I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə13/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   9   10   11   12   13   14   15   16   ...   94

1878) hələ XIX əsrin əvvəllərində ərəb əlifbasının dəyişdirilməsi təşəbbüsü ilə uzun müddət 

mübarizə aparmış, lakin onun cəhdləri səmərəsiz qalmışdır. 1863-cü ildə M.F.Axundov ərəb 

əlifbasının dəyişdirilməsi ideyasına dəstək almaq üçün İstanbula Sədrəzəm Fuad Paşanın yanına 

gedir. M.F.Axundov yazırdı: «....yaxşı olar ki, ərəb əlifbasını ləğv edək. Avropa yazı üsuluna keçək, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



65

yəni soldan sağa yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün 

hərflər də daxil edək».  

«Pəncşənbə» sözü ilə bağlı M.F.Axundovun yarızarafat, yarıdoğru dedikləri onun ərəb 

qrafikasına münasibətini bir daha nəzərə çarpdırır: Bir gün Mirzə Fətəli işdən evə çox gec gəlmiş və 

arvadı bunun səbəbini soruşduqda, o, ərəb əlifbasında çoxlu nöqtə olduğuna və bunların 

qoyulmasına çox vaxt sərf edilməsinə işarə edərək demişdi: - Pəncşənbənin nöqtələrini qoymağa 

başım qarışdığından gecikdim! 

Çox təəssüf ki, o nöqtələrdən qurtula bilmədik. Latın qrafikalı yeni Azərbaycan əlifbasında 

incə saiti göstərmək üçün yenə nöqtələrdən istifadə olunur. 

Lakin, M.F.Axundovun yeni əlifba yaratmaq cəhdi, sonralar onun yenidən bu məqsədlə 

İstanbula və Tehrana səfərləri heç bir nəticə vermir, onun yaratdığı əlifba layihələri həyata keçmir. 

XX əsrin 20-ci illərində yeni əlifbaya keçid, ərəb əlifbasının Azərbaycan dilinə uyğunlaşdırılması 

məsələləri yenidən aktuallaşdı. Görkəmli türkoloq-alim, Krımtatar və Azərbaycan dilçisi, 

ədəbiyyatşünas, şair Bəkir Çobanzadə «Yeni yol» qəzetinə müsahibəsində məsələyə münasibətini 

belə ifadə edirdi: «...bütün mahiyyəti ilə dilimizə uymayan ərəb əlifbasını islah etmək çətindir. Ərəb 

əlifbasını islah etmək, yalnız yeni hərflər icad etmək deyil, bəlkə bütün sistemi dəyişmək 

məsələsidir ki, bu təqdirdə də yeni bir əlifba meydana gətirmiş oluruq. Latın əlifbası xaricdən əvvəl 

Azərbaycanda tam müvəffəqiyyət qazanmalıdır». 

1921-ci ildə Xalq Komissarları Soveti tərəfindən Azərbaycanda Əlifba Komitəsi 

yaradılmışdır. 1922-ci ildə N.Nərimanovun başçılıq etdiyi xüsusi komissiya geniş müzakirələrdən 

sonra latın qrafikalı yeni Azərbaycan əlifbasının layihəsini mətbuatda dərc etdi. 1923-cü ildə 

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurası 1924-cü ildən başlayaraq, ərəb 

əlifbası ilə bərabər, yeni əlifbanı rəsmi olaraq dövlət əlifbası kimi qəbul etmək haqqında dekret 

imzaladı. 1929-cu il yanvarın 1-dən rəsmi olaraq tam şəkildə latın qrafikasına keçildi. 

1939-cu ildə isə heç bir hazırlıq mərhələsi olmadan kiril əlifbasına keçidlə bağlı qərar 

verildi. 1940-cı il yanvarın 1-dən Azərbaycanda, keçmiş SSRİ-nin tərkibində olan bir çox digər 

müttəfiq respublikalarda olduğu kimi kiril əlifbası tətbiq olundu. Həmin il sentyabrın 1-dən 

məktəblər kirilə keçmiş oldu. 

Ümumiyyətlə, əlifbanın tez-tez dəyişdirilməsi hər hansı bir mədəni xalq üçün ağır nəticələr 

verir. Ərəb əlifbasını dəyişməklə biz minillik tariximizdən, mədəniyyətimizdən, elm 

xəzinələrimizdən ayrı düşdük. Yenidən latından kirilə keçidlə 15 illik tariximizdən, yazı 

vərdişimizdən aralandıq. Yeni latın qrafikalı əlifbaya son keçid nəticəsində isə 70 illik tariximizdən 

, nəşr olunmuş bütün mədəni irsimizdən (bu, heç də az itki deyil, bütün klassik irsimiz, dünya 

mədəniyyəti və ədəbiyyatı inciləri kirildə çap olunmuşdu) imtina etməli olduq. 

1991-ci il dekabr ayının 25-də Azərbaycan Respublikasının Ali Soveti «Latın qrafikalı 

Azərbaycan əlifbasının bərpası haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi 

barədə qərar verdi. Bu əlifba kiçik fərqlər nəzərə alınmazsa, demək olar ki, türk əlifbası əsasında 

yaradılmışdır. Bu, türk xalqlarının yaxınlaşması, ortaq türk ədəbi dili, ortaq türk terminologiyası 

yaradılması sahəsində olduqca mühüm addımdır. Bu baxımdan vahid əlifbanın mövcudluğu zəruri 

şərtdir. 

Yeni əlifbaya keçidin ağrısız və səmərəli olması üçün keçid dövrünün olması mühüm 

şərtdir. Azərbaycanda yeni əlifbaya keçid prosesi təxminən 10 il olmuşdur. İlk əvvəl olaraq orta 

məktəblərin birinci sinifləri yeni əlifbaya keçmiş, 10-cu sinifdə artıq yeni əlifbanı mənimsəmiş yeni 

nəsil yaranmışdır. Həmin ildən ali məktəblərin İ kursları yeni abituriyentləri qəbul etmiş, onlar artıq 

yeni qrafikalı dərsliklərdən istifadə etməyə başlamışlar. Keçid dövrü həm də zəruri Ədəbiyyatın, 

dərsliklərin, lüğətlərin çapı baxımından zəruridir. 

Azərbaycan Respublikasında Azərbaycan dilinə qayğı dövlət səviyyəsindədir və bir çox hüquqi 

sənədlər, Prezident sərəncamları ilə tənzimlənir. Onların ən mühümlərini nəzərdən keçirək: 

• 

Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası 



Prezidentinin Fərmanı ( H.Əliyev, 18 iyun 2001-ci il ); 

• 

Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (H.Əliyev, 4 iyul 2001-ci il); 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



66

• 

Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında Azərbaycan 



Respublikası Prezidentinin Sərəncamı (H.Əliyev, 9 avqust 2001-ci il ); 

• 

Azərbaycan Respublikasında Dövlət dili Haqqında Azərbaycan Pespublikasının Qanunu 



(H.Əliyev, 30 sentyabr 2002-ci il ); 

• 

«Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 



tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (H.Əliyev, 2 yanvar 

2003-cü il); 

• 

Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında (İ.Əliyev, 12 yanvar 2004-cü il ); 



• 

Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə ( İ.Əliyev, 

12 yanvar 2004-cü il); 

• 

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə 



dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbycan Respublikası Prezidentinin 

23 may 2012-ci il tarixli sərəncamı; 

• 

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki 



bazasının gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2012-ci 

il tarixli qərarı. Həmin qərarla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 

Bu fərman və sərəncamlarla bağlı xeyli iş görülmüş, Azərbaycan dilində latın qrafikası ilə 

kütləvi nəşrlər həyata keçirilmiş, bütün zəruri ədəbiyyat çap olunmuşdur. 

Ümummilli lider Heydər Əliyevin dil siyasəti onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla 

davam etdirilməkdədir. 

Azərbaycan əlifbası keçmiş MDB məkanında yaşayan türkdilli respublikalar üçün örnəkdir. 

Məlum olduğu kimi, Krım tatarları və Qazaxıstan Respublikasında da latın qrafikalı əlifbaya keçid 

sahəsində intensiv işlər aparılmaqdadır. Sevindirici haldır ki, bir çox türkdilli respublikalarda latın 

qrafikalı Azərbaycan əlifbasına keçid təcrübəsi öyrənilir, bizim bu sahədə nailiyyətlərimiz nümunə 

kimi götürülür. Bu da gələcəkdə ortaq türk əlifbasına keçid prosesini həyata keçirmək imkanı 

yaradır. Yaxın zamanlarda digər türkdilli respublikalarda da latın qrafikalı milli əlifbaya keçidlə 

bağlı mühüm qərarların qəbul edilməsi günümüzün reallığıdır. 

 

Masud Mahmudov 



 

I Turkish Congress and the experience of the transition to the 

Latin graphic alphabet in Azerbaijan 

Summary 


The information about the experience of transition to the Azerbaijani Latin graphic alphabet 

is given compactly in the article.  

Key words: azerbaijani alphabet, the latin graphic alphabet, congress turkological, the 

transition period, arabic alphabet  

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



67

 

Roza Eyvazova, fil.ü.e.d., prof. 



AMEA Nəsimi adına Dilçilik institutu  

Sosiolinqvistika və dil siyasəti şöbəsi, baş elmi işçi 

 

BİRİNCİ TÜRKOLOJİ QURULTAYDA QOYULAN MƏSƏLƏLƏRƏ AKADEMİK 



TOFİQ HACIYEVİN MÜNASİBƏTİ 

 

Müasir Türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk 



cümhuriyyətlərinin bir sırada inamla addımları türk dünyasının xoşbəxt sabahından xəbər verir. 

 

          Heydər 



Əliyev 

 

Akademik Tofiq Hacıyevin təbirincə deyilsə, türkcə otuza qədər xalqın ana dilidir. Bu gün 



qloballaşma dövründə siyasi-iqtisadi-mədəni əlaqələri sıxlaşdırmaq üçün bu xalqların bir ünsiyyət 

(ilətişim) dilinə ehtiyacı var. Bu təcrübə tarixən olub. Zamanında Altaydan Dunaya qədər 

coğrafiyada yaşayan türklərin yerli təzahürləri ilə yanaşı, bu gün Orxon kitabələrinin dili kimi 

götürdüyümüz vahid ədəbi dili, ümumi ünsiyyət dili olub. Bu anlaşmanın bu gün də olması imkan 

verir ki, türkcələrdən birini ortaq ünsiyyət (ilətişim) dili kimi işlədək. Türkcələrdən hər biri öz 

vətənində ədəbiyyat, elm, mətbuat, ailə dili kimi bütün imkanlarını saxlamaqla uluslararası 

tədbirlərdə, siyasi-mədəni toplantılarda ümumi anlaşma üçün türkcələrdən birini işlətmək 

mümkündür və faydalıdır. 

Tofiq Hacıyev İlham Əliyevin çıxışından bir sitat təqdim edir: “Türk dünyası böyük dünyadır. 

Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır”. 

Tofiq Hacıyev yazır ki, əslində tarix bizə bir şans verib. Daşkənddə, Ankarada, Astanada, 

Aşqabadda, Bakıda, Ufada, Qazanda, Naxçıvanda, Nukusda, Çimkənddə, İstanbulda keçirilən 

beynəlxalq – uluslararası mədəni tədbirlərdə, iş adamlarının bir araya gəlməsində, türk dövlət 

başçılarının sammitlərində hamının anlayacağı bir türk dili işlənsə, gözəl olar, ürəkaçan bir atmosfer 

yaranar. Türk xalqlarının Dostluq, Qardaşlıq, İşbirliyi (əməkdaşlıq) qurumunun 2008-ci ildə 

Antalya qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını bütün salon 

ayaq üstə alqışladı… 2010-cu ildə Bakıda Atatürkün heykəlinin açılışında Türkiyə Cümhuriyyətinin 

baş naziri (R.E. hazırda Prezidenti) Rəcəb Tayyib Ərdoğanın çıxışı eyni dərəcədə səmimi və sürəkli 

alqışlarla qarşılandı… Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev riyazi dəqiqliklə 

düsturlaşdırıb: “Biz bir millət, iki dövlətik”, “Dədə Qorqud kitabı”nın 1300 illik yubileyinə (Bakı, 8 

aprel 2000) Qırğızıstanın məsul dövlət adamı bu müdrik kəlamı çox müdrikliklə improvizə elədi: 

“Biz bir millət, altı dövlətik”. Altı müstəqil türk dövləti (Qazaxıstan, Qırğızıstan, Özbəkistan

Türkmənistan, Azərbaycan, Türkiyə) nəzərdə tutulurdu. Bunlar oğuz, qıpçaq, karluq dilli 

dövlətlərdir. 

Türklər üçün ortaq ünsiyyət dili məsələsini aydınlaşdırmaq məqsədilə Tofiq Hacıyev 2001-ci 

ildə “Ulus” qəzetinin jurnalisti ilə etdiyi mükaliməni aşağıdakı şəkildə nəzərə çatdırır: 

- Neçə ildir ki, vahid türk dili ideyası atılıb ortalığa. Bunun reallaşması nə dərəcədə həqiqətə 

uyğundur? 

- Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib, təzə dil yaratmaz. Sadəcə 

müasir türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili 

sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə ana dilində 

danışacaqsan. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə beynəlxalq 

(uluslararası) tədbirlərdə işlətməlisən, o sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa 

bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır. Tanrı 

da ki, bildiyimiz kimi, şərik sevməz. 

- Azərbaycan dili bu yerdə şanslıdırmı? 

- Bunun üçün dövlətin iqtisadi, siyasi gücü olmalıdır. O güc ancaq Türkiyədədir. 

Tofiq Hacıyev qeyd edir ki, mən bu fikri 1996-ci ildə Ankarada III Uluslararası Türk Dili 

Qurultayında da demişəm, yeni türk dili yaratmağı donkixotluq saymışam, bu gün də həmin 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



68

fikirdəyəm. Dil əlifba deyil ki, gündə dəyişək, imla qaydası deyil ki, mütəxəssislər yığışıb yaxşı-pis 

bir norma təklif etsinlər. Dil xalq yarananda yaranır, ictimai-siyasi, iqtisadi, mədəni şəraitlə bağlı 

inkişaf edərək, təbii surətdə dəyişir. Dillərin ayrılması təbii prosesdir və bütün dil ailələrində belə 

olub; ilk insan cəmiyyətlərində bu qədər dil olmayıb. Dil ailəsi anlayışı buradan gəlir… Heç bir 

türkcənin hüququna toxunmadan, hər birinin tarixi inkişaf yolunu davam etdirməsi şərtilə elə bir 

məxrəcə gəlmək olar ki, bütün türklər bir dildə danışsınlar. 

“İdeyanın tarixcəsi” bölməsində (səh. 10-47) Tofiq Hacıyev qeyd edir ki, ideya ehtiyacdan 

doğulur. Ehtiyac duyulanda tarix ideyanı və bu ideyanı düşünənləri yaradır. Türklər üçün ümumi dil 

məsələsi belə ideyalardandır. Bu ideya o zaman dirçəldi ki, rus imperiyasındakı türklər bir-biri ilə 

ünsiyyətlərini, qarşılıqlı anlaşmalarını itirirdilər. İmperiya bunu şüurlu şəkildə edirdi. İmperiya türk 

toplumlarını bir-birindən təcrid edir, hər biri ilə təkbətək öz ünsiyyətini qururdu. İşi elə qururdu ki, 

rus dili türk cəmiyyətlərinə daxil olsun. Bu işi türk ziyalıları ilə, türk elitası ilə birbaşa ünsiyyətdən 

başlayırdı. Ancaq bu yola düşənlər xalqın oğulları, bəy, zadəgan nəsilli nümayəndələri olduğundan 

hər şey çarın düşündüyü kimi olmur. Krım türkü İsmayıl bəy Qaspıralı imperiya ərazisindəki 

türklərin bir ədəbi dildən istifadə etməsi fikrini irəli sürür. O, bu ideyanı mümkün bilir və üzünü 

bütün türk dünyasına tutub deyir: “İşdə, fikirdə, dildə bir!” 

XIX əsrin birinci yarısında təcrübi iş kimi fəaliyyətə başlayan, Qazan Universitetinin 

Şərqşünaslıq fakültəsində başqa şərq dilləri ilə yanaşı, bir neçə türk dilinin tədrisinə rəhbərlik edən 

Mirzə Kazımbəy çalışırdı ki, yetişdirdiyi türkoloqlar müxtəlif türkcələrə bələd olsunlar; bir türk dili 

üzrə mütəxəssis, yaxud bir türkcədə danışan şəxs o biri türkcələri də başa düşsün. Buna görə də o, 

dərslik mətnlərinin dilini, ümumən, bu prinsiplə tərtib edirdi. Kazımbəyin işi siyasi dəyər daşımırdı, 

ictimai hərəkata çevrilməmişdi; adi təcrübə, pedaqoji iş idi. 

İsmayıl bəy Qaspıralının ümumi türk ədəbi dili məsələsi siyasi-ictimai məzmun kəsb edirdi. 

Ancaq İsmayıl bəy Qaspıralı qəzetçilik fəaliyyətində Kazımbəyin 50 il əvvəl başladığı dil 

təcrübəsini əsas götürmüşdü. Qaspıralının “Tərcüman” qəzeti Krımdan Qafqaza, Türküstana, 

Volqaboyuna yayıldı, oxundu, anlaşıldı. Bunun bir səbəbi o idi ki, Krım tatarlarının dili oğuz 

xüsusiyyətli və qıpçaq xüsusiyyətli dialekt əsasında formalaşmışdı. Türkiyə ilə daimi tarixi əlaqə 

Krım türkcəsində oğuz elementlərini gücləndirdiyi kimi, Qazan tatarları ilə bilavasitə yaxınlıq, 

folklor-dastan müştərəkliyi qıpçaq faktlarını genişləndirir və yeniləşdirirdi. Bu halda “Tərcüman”ın 

dilini oğuz və qıpçaq coğrafiyalarının ziyalıları rahat anlamalı idilər. İkinci tərəfdən, İ.Qaspıralı bu 

işin ustadı Mirzə Kazımbəyin iş üslubunu davam etdirərək, şüurlu şəkildə müxtəlif türkcələrin 

leksik materialından istifadə edirdi. 

Rusiya imperiyasının bütün şərqşünaslıq təsisatlarında Türkiyə türkcəsi müntəzəm tədris 

olunduğundan, ümumiyyətlə, Qaspıralı da, başqaları da Türkiyə türkcəsinin qrammatik şəkilçilərini 

işlətməkdə sərbəstlik göstərirdilər. Azərbaycan mətbuatının babası Həsən bəy Zərdabi Qaspıralının 

bu işinə rəğbətlə yanaşırdı: “Tərcüman” 30 ildir çıxır. Bu otuz il müddətində hər tərəfin 

müsəlmanları qeyri qəzeti olmadığına görə onu aparıb oxuyublar. Odur ki, bəradərimiz İsmayıl bəy 

istəyir ki, “Tərcüman”ın dili ümumi dil olsun (“Həyat” qəzeti, 11 yanvar 1906, № 9). 

Deməli, böyük ictimai xadim Həsən bəy Zərdabi də ümumi türk dili ideyasını bəyənirdi. 

Ümumi türk ədəbi dili uğrunda böyük mübariz Əli bəy Hüseynzadə bu fikri öz qəzetində çap 

etməklə böyük ideoloq İsmayıl bəy Qaspıralıya rəğbətini bildirmiş olur. 

İsmayıl bəy Qaspıralı (1850-1913) Bağçasaraydan Türkiyəyə, Qafqaza, Daşkəndə, Buxaraya, 

Səmərqəndə, Volqaboyuna, Misirə, Hindistana, Moskvaya, Vyanaya qədər və onlardan da geniş 

coğrafiyaya səyahətlər etmiş, keçmişdə Çingiz xanın, Əmir Teymurun, Sultan Süleymanın, 

“Tərcüman”ın fəth etdiyi diyarları gəzirdi… İsmayıl bəy türkün maariflənməsi üçün əməyi keçən 

hər kəsi dəyərləndirirdi. O, öz ideyalarının Əlibəy Hüseynzadələrin, Əhməd bəy Ağaoğluların, Ziya 

Göyalpların, Mehmet Emin bəylərin davam etdirəcəklərinə qəlbən inanırdı. 

Tofiq Hacıyev yazır ki, Əlibəy Hüseynzadənin elmi fikri və məslək amalı budur ki, mövcud 

türk şivələrini, əslində, pərakəndə türkcələri islah edərək birləşdirib bütün türklərə qulluq edəcək 

mədəni və ədəbi bir ümumi türk dili yarada bilərik. Dili xalq yaradır, xalq yaşadır. Ancaq ədəbi dili 

kütlə yox, xalqın elitası, seçmə zəka sahibləri yaradır. Əlibəy Hüseynzadə bu gerçəkliyi diqqətdə 

saxlayır. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



69

Tofiq Hacıyev qeyd edir ki, Əlibəy Hüseynzadə “Həyat”, “Füyuzat əzəmətli ümumi türk 

ədəbi dilinin yaradılmasını hər qələm sahibinə yox, türklərin zəka sahibi elitasına etibar edirdi. 

Əlibəy Hüseynzadə bilirdi ki, ümumi ədəbi türkcəni hazırlamaq üç-beş ilin işi deyil. Ona görə də bu 

işə uşaqları, balaları hazırlamaqdan başlamağı inadla tövsiyə edir, mükəmməl uşaq Ədəbiyyatının, 

intellektual ibtidai məktəb dərsliklərinin yaradılmasını məsləhət bilirdi. Əli bəy 1926-cı ildə son 

dəfə Bakıya, Türkoloji Qurultaya gələrkən öz ata yurdunda, ana vətənində elan etdi ki, insan 

ucalmaq üçün ayağını ana torpağa dayamalıdır, top yerə dəydikdə göyə qalxdığı kimi, insan da 

torpaqdan, yəni xalqından güc alaraq yüksəlir; beləcə, ədəbi dil də zirvələnmək üçün xalqın, 

millətin dilinə söykənməlidir. 

Birinci Türkoloji Qurultayda (Bakı, 1926) türklər üçün ədəbi dil məsələsindən bəhs edən 

Tofiq Hacıyev yazır ki, qurultayın ən səs-küylü, ətrafında ən qızğın mübahisə gedən məsələsi əlifba 

mövzusu idi. Əlifbanın müzakirəsi beş iclası əhatə etdi. Əslində, Moskvanın bu qurultayı təşkil 

etməsi türk xalqlarını əzizləməsindən irəli gəlmirdi. O, bir tərəfdən türklərin bir-biri ilə ünsiyyətini 

kəsmək, o biri tərəfdən, onları öz qədim, dolğun tarixlərindən məlumatsızlaşdırmaq istəyirdi. Bunun 

üçün min ildən çox işlətdiyi əlifbasını onun əlindən almaq lazım idi. Türkün böyük, şərəfli tarixi bu 

əlifba ilə yazılmışdı. “Elmi terminologiyanın sistemi haqqında” məruzəsində Bəkir Çobanzadə qeyd 

edir ki, Asiya tarixinin ən mühüm, ən uca dövrləri, monqollar, hunlar, teymurilər dövrü, ya islamın 

yayılma dövrü bu əlifba ilə yazılmışdı. Gələcək türk nəsilləri öz babalarının bu şanlı tarixini oxuya 

bilməyəcək, kimin övladları olduqlarından xəbərsiz qalacaq və tarixini 1920-ci illərdən başlandığını 

sanacaqlar və türklər özlərini “böyük rus tarixinin” qarşısında yazıq sanacaqdılar. Hələ də dərin 

niyyətini pərdələmək üçün “slavyan çirkabını” gizlədib, riyakar siyasi biclik işlədərək, “Oktyabr 

inqilabında” imperiya xalqlarına verdiyi hörmət vədini saxlayaraq”, kiril-filan təklif etmədən tarixi 

əlifbasının yerinə türkə müasir Avropanın və dünyanın ən böyük işlənmə coğrafiyasına malik olan 

latın əlifbasını təklif etdi. 

Tofiq Hacıyev bu məsələyə münasibətini bildirərək yazır ki, rus hökumət dairələrinin türkün 

taleyinə hazırladığı dramın səhnəarxası faciə məzmunundan qurultay nümayəndələri xəbərsizdilər. 

Hətta qurultayın Moskva təşkilatçısı professor Aleksandr Nikolayeviç Samoyloviç də, nəhəng 

şərqşünas “Dədə Qorqud kitabı”nın rus dilinə gözəl tərcüməçisi V.V.Bartold da bu səhnəarxası 

qurğu haqqında heç nə bilmirdilər, latın əlifbasına keçməyi sadəcə mədəni hadisə sayırdılar. 

Türklər üçün ədəbi dil məsələsi qurultayın 14-cü iclasında Türkiyənin və o dövr 

şərqşünaslığının böyük ədəbiyyatşünası professor Mehmet Fuad Küprülüzadənin “Türk xalqlarında 

ədəbi dilin inkişafı” adlı məruzəsinin müzakirəsi ətrafindakı çıxışlarda qaldırıldı. Bu çıxışların 

hamısının canı odur ki, Türkcələr yaxındır, başa düşüləndir və asanlıqla ortaq türk dili yaratmaq 

olar. Qurultaydan sonra mübahisəni davam etdirənləri incik salan bu idi ki, həmin yüksək tribunada 

bu məsələ nə üçün “layiqincə” qoyulub həll edilmədi, yəni niyə ortaq dilin yaradılması üçün plan, 

proqram verilmədi. 

Qurultaydakı bu məsələ ilə bağlı münasibətini bildirən Tofiq Hacıyev yazır ki, söylənənlərin 

içərisində həm elmi-məntiqi məzmunu, həm türklər üçün milli obyektiv münasibəti baxımından ən 

çox diqqəti çəkən türk olmayan, ancaq ürəyində türkə böyük sevgisi olan professor Aleksandr 

Nikolayeviç Samoyloviçin çıxışı idi. A.N.Samoyloviç söylədi ki, ümumi türk ədəbi dili məsələsinə 

pessimist yanaşmamalıyıq. O dedi ki, vaxtilə bu mövzuda bu ideyanın müəllifi İsmayıl bəy 

Qaspıralı ilə şəxsən üz-üzə söhbəti olub. İsmayıl bəy də bu fikirdə olduğunu söyləyib ki, bürokratik 

yolla, əmr etməklə dərhal ümumi ədəbi dil yaratmaq olmaz, bu, tarixi inkişaf prosesinin nəticəsində 

reallaşa bilər. Türk dillərinə yaxşı bələd olan A.N.Samoyloviç dedi ki, çuvaşca və  yaqutcaları 

çıxmaqla qalanları ayrı-ayrı dillər yox, bir dilin dialektləri və şivələridir. Bunu böyük professional 

kürsüdən rəsmi elan etdi: “Başqa dil ailələri ilə müqayisədə türk dilinin dialekt və şivələri o qədər 

yaxındır ki, hətta slavyan və german qrupları arasında belə yaxınlıq yoxdur” (Stenoqramma, səh. 

328). A.N.Samoyloviç müşahidə etmişdi ki, tarixən bir-birinə yaxın cənub-qərb qrupundakı dillər 

kimi (Azərbaycan, Türkiyə türkcələri kimi), Özbəkistanda və Volqaboyunda ədəbi və danışıq dilləri 

arasında yaxınlaşma gedir. Bu faktı gözləri ilə gördüyü üçün deyirdi ki, ümumi ədəbi dilin 

hazırlanmasına pessimist baxmağa heç bir əsas yoxdur. Deməli, məktəb, mətbuat və dövlət birləşsə, 

bu iş baş tutar (Stenoqramma, səh. 329). 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin