KAYNAKÇA
Bostan, İdris, “Kemal Reis”, DİA, Ankara: Türkiye Diyanet Vakfı Yayınları,
2002, c. XXV, ss. 226-227.
Canatar, Mehmet, “Cenâbî Musafa Efendi”, DİA, İstanbul: Türkiye Diyanet
Vakfı Yayınları, 1993, c. VII, ss. 352-353.
Cenâbî, Ebû Muhammed Mustafâ b. Seyyid Sinan b. Ahmed, el-Bahrü’z-zehhâr
ve’l-‘aylemü’t-tayyâr, Süleymaniye Kütüphanesi Rağib Paşa Koleksiyonu, no. 986.
Çelebi, Hacı Halife Mustafa b. Abdullah Kâtib, Fezleketü akvâli’l-ahyâr fî
‘ilmi’t-târîh ve’l-ahbâr (Fezleketü’t-tevârîh): Târîhü Mülûki Âli Osmân, tsh. Seyyid
Muhammed es-Seyyid, Ankara: Türk Tarih Kurumu Yayınları, 2009.
Çelebi, Kâtib, Fezleketü’t-tevârîh, Beyazıt Devlet Kütüphanesi, no. 10318.
Çelebi, Kâtib, Keşfü’z-zünûn, nşr. Şerefettin Yaltkaya-Kilisli Rıfat Bilge,
İstanbul: Milli Eğitim Bakanlığı Yayınları, 1971.
Çelebi, Kâtib, Takvîmü’t-tevârîh, Süleymaniye Kütüphanesi Ayasofya Kolek-
siyonu, no. 3169; Bağdatlı Vehbi Koleksiyonu, no. 1235; Çelebi Abdullah
Koleksiyonu, no. 257.
Danişmend, İsmail Hami, İzahlı Osmanlı Tarihi Kronolojisi, İstanbul: Türkiye
Yayınevi, 1971.
Efdaleddîn, “Bir Vesîka-ı Mü’lim”, TOEM, c. IV (1328), ss. 201-210.
Hammer, Joseph Freiherr von, Devlet-i Osmâniye Târîhi, çev. Mehmet Ata,
İstanbul: Keteon Bedrosyan Matbaası, r. 1330/m. 1914.
İlter, Aziz Samih, Şimali Afrika’da Türkler, İstanbul: Vakit Gazete Matbaa,
1936.
Kantemir, Dimitri,
Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi, çev.
Özdemir Çobanoğlu, Ankara: Kültür Bakanlığı Yayınları, 1979.
Konrapa, M. Zekâî, “Endülüs Mersiyesi-Nizâmî Tercümesi ve Endülüs Tarihine
Kısa Bir Bakış”, İstanbul Yüksek İslâm Enstitüsü Dergisi, c. II (İstanbul, 1964), ss.
165-184.
Kuran, Ercüment, “Cezayirli Türklerin Endülüs Müslümanlarını Kuzey
Afrika'ya Nakli ve Neticeleri”,
Endülüs'ten İspanya’ya, Ankara: Türkiye Diyanet
Vakfı Yayınları, 1996, ss. 63-67.
Özdemir, Mehmet, “Endülüs Müslümanlarına Osmanlı Yardımı”, Türkler,
Ankara: Yeni Türkiye Yayınları, 2002, c. IX, ss. 393-408.
Qiyas Şükürov
46
Parmaksızoğlu, İsmet, “Kemâl Reis”, İA, İstanbul: Milli Eğitim Bakanlığı
Yayınları, 1977, c. VI, ss. 566-569.
Piri Reis,
Kitâb-ı Bahriye, ed. Ertuğrul Zekai Öteke, Ankara: Kültür ve Turizm
Bakanlığı Yayınları, 1988.
Seyfi, Alî Rızâ, Kemâl Reîs ve Baba Oruc, Dersaâdet: Sehâ Matbaası, r.
1325/m. 1909.
Şükrî, Mehmed, Esfâr-ı Bahriye-i Osmâniye, İstanbul: Karabet Matbaası, r.
1306/m. 1890.
Şükürov, Qiyas, “Endülüs İstidanamesi ve Kemal Reis’in İspanya Seferi”,
İSTEM (İslâm San’at, Tarih ve Mûsikîsi Dergisi), sy. 14 (Konya, 2009), ss. 311-334.
Uzunçarşılı, İsmail Hakkı, Osmanlı Tarihi: İstanbul’un Fethinden Kanunî
Sultan Süleyman’ın Ölümüne Kadar, Ankara: Türk Tarih Kurumu Yayınları, 1995.
Yınanç, Mükrimin Halil, “Fezleket Ekval el-Ahyâr Hakkında”, Kâtip Çelebi:
Hayatı ve Eserleri Hakkında İncelemeler, Ankara: Türk Tarih Kurumu Yayınları,
1985, ss. 93-100.
Yüksel, Azmi, “Endülüs’ten II. Bayezid’e Yazılan Anonim Bir Şiir”, Belleten,
c. LII, sy. 205 (Ankara, 1988), ss. 1575-1583.
Kâtip Çelebi’nin kayıtlarında Osmanlı-Endülüs münasebetlerinin erken safhası
47
EKLER
Ek 1. Kâtip Çelebi’nin Takvîmü’t-tevârîh Eserine Aldığı Kronolojik Kayıt
(Süleymaniye Kütüphanesi Çelebi Abdullah Koleksiyonu, no. 257, v. 60b)
Qiyas Şükürov
48
Ek 2. Kâtip Çelebi’nin Fezleketü’t-tevârîh Eserine Eklediği Haşiye Notu
(Beyazıt Devlet Kütüphanesi no. 10318, v. 210b)
Kâtip Çelebi’nin kayıtlarında Osmanlı-Endülüs münasebetlerinin erken safhası
49
Ek 3. Mustafâ Cenâbî’nin el-Bahrü’l-zehhār ve’l-‘aylemü’t-tayyār Eserindeki
Tarihî Kayıt
(Süleymaniye Kütüphanesi Rağib Paşa Koleksiyonu, no. 986, v. 339a-b)
Çapa tövsiyə etdi: f.f.d. M.M.Mürsəlov
Qiyas Şükürov
50
ÖZET
Kâtip Çelebi, Osmanlı-Endülüs münasebetlerinin erken safhası hakkında bilgi
veren, ilk Osmanlı müelliflerindendir. Müellifimizin Takvimü’t-tevârîh ve
Fezleketü’t-tevârîh eserlerinde bu konuyla ilgili birkaç pasaj vardır. Söz konusu
tarihî pasajların içeriği ve erken dönem Endülüs (İspanya)-Osmanlı münasebetleri
açısından arz ettiği önem bu çalışmanın temel araştırma konusunu oluşturmaktadır.
Araştırmanın amacı, sözü edilen eserlerin yazma nüshaları üzerinde tetkikler
yapılması, paradoks ve müphemlik içeren böylesine önemli konunun açıklığa
kavuşturulmasından ibarettir. Mercek altına alınan dönem kısa olup, İspanya’daki
son Endülüs teşekkülü olan Benî Ahmer tarihinin son 10 senesini kapsamaktadır.
Dolayısıyla dar alanda derinlemesine araştırmalar yapılması hedeflenmiştir.
ABSTRACT
THE EARLY STAGES OF OTTOMAN-ANDALUSIAN RELATIONS IN
THE HISTORICAL RECORDS OF KĀTIB ÇELEBĪ
Kātib Çelebī is one of the Ottoman authors providing historical information on
the the early stages of Ottoman-Andalusian relations. There is a few interested
passages in the books of
Tākvīm al-Tawārīkh and Fazlaka al-Tawārīkh written by
Kātib Çelebī. In question of the passages and early ottoman-andalusian relations are
the main problem of this study. The aim of study is to investigate the manuscripts
mentioned above, and to clarify the paradoxes and ambiguity of theme. The scope of
them is very restricted. Indeed it covers the final decade of the last Andalusian state
or Nasrid Kingdom. So that our study has set a goal to get deep investigations in the
interested area.
İslamda vəsiyyət və onun mahiyyəti
51
UOT 28 –İSLAM
İSLAMDA VӘSİYYӘT VӘ ONUN MAHİYYӘTİ
i.f.d. dosent Səbinə Həmid qızı Mirzəyeva
Bakı Dövlət Universiteti
Açar sözlər: İslam, miras, vəsiyyət, hüquq, ölüm
Keywords: Muslim, legacy, precept, law, death
Ключевые слова: Ислам, наследие, предписание, закон, смерть
İslam ehkamları insanın ölümdən qabaqkı və ölümdən sonrakı həyatını vahid
bir silsilə kimi təsəvvür etməyə, müsəlmanı öz yaradılışının hikmətini daha dərindən
dərk etməyə sövq edir. Müsəlman təkcə özünün həyatı ərzində deyil, vəfatından
sonra da dünya işlərinin necə cərəyan edəcəyi haqda narahatlıq keçirir. Özündən
asılı olmayaraq, dünya həyatında qurub-yaratdıqlarının, keçirdiyi pəhrizkar həyat
tərzinin, rəhbər tutduğu əxlaqi-mənəvi dəyərlərin qorunub - saxlanmasında və
davam etdirilməsində bir maraq hiss edir. Müvafiqən, müsəlman ömrünü «necə
gəldi» başa vurub köçməyə tələsmir, müəyyən məsləkə, prinsiplərə qulluq edir.
Ölümündən qabaq imkan tapıb kiməsə vəsiyyət etmək, dünya həyatında nail olduğu
maddi və mənəvi uğurların davam edəcəyinə inam hiss etməyə ehtiyac duyur.
Bununla əlaqədar olaraq, islamı, ölüm hadisəsinə münasibətdə insan təfəkkürünün
yeni mərhələsi hesab etmək olar. İslamın zühuru ilə ölümdən qabaq vəsiyyət etmək
bir hüquqi mərasim halını alır. Müsəlman aləmində geniş yayılmış bir məsəldə
deyilir: «Mən matə bila vəsiyyə, matə bi-1-cahiliyyə» (Kim vəsiyyət etməmiş
ölmüşsə, cahiliyyə əqidəsində olaraq ölmüşdür). Burada cahiliyyət qanunlarına,
ənənələrinə nifrət ifadə olunmaqla bərabər, həm də İslamın zühuru nəticəsində
insanın şüur və mədəniyyətinin yeni bir mərhələyə yüksəlmiş olduğu vurğulanır.
İslam öyrədir ki, ölüm haqdır: «Hər bir kəs (canlı) ölümü dadacaqdır» (1,«Ali-
İmran»185). «Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində
olsanız belə, ölüm sizi haqlayacaq» (1,«Nisa»76). Lakin dünya həyatı konkret
fərdlər üçün müvəqqəti olsa da, ümumiyyətlə bəşəriyyət üçün davam edir və bir
nəfərin ölümü artıq cəmiyyətdə kök salmış həyat tərzinə, dini əqidəyə xələl
gətirməməlidir. Lüğəvi mənası "vəfa qılmaq, Allahla olan əhdinə, vəfa qılaraq
Səbinə Həmid qızı Mirzəyeva
52
dünyasını dəyişmək» olan vəfat hadisəsiylə insanın dünya həyatı ilə qarşılıqlı əlaqəsi
qırılmış olur, onun zürriyyətini və yaxın qohumlarını görərək, onlara nəsə tapşırmaq,
nədənsə xəbərdarlıq etmək imkanı qalmır: «Artıq nə bir vəsiyyət etməyə iqtidarları
çatar, nə də ailələrinin yanına qayıda bilərlər» (1,«Yasin»50). Bunu da demək
lazımdır ki, vəsiyyətin şəri qüvvəsi Quran tərəfindən qorunur: «Bunlar Allahın
sərhədləridir (hökmləridir)» (1,«Nisa»13). «(Ölənin) vəsiyyətini eşitdikdən sonra
onu dəyişənlər günah sahibi olarlar». (1,«Bəqərə»186). İslamın vəsiyyət prinsipi o
qədər güclüdür ki, qeyri-adi şəraitdə, qürbətdə, yaxın adamın olmadığı şəraitdə can
verməli olsa belə, müsəlman təsadüfən rastlaşdığı və ya yol yoldaşı olduğu
müsəlmana etibar edərək, vəsiyyətini öz əhlinə çatdırmağı xahiş edə bilər və həqiqi
müsəlman bu vəsiyyəti çatdırmağa borcludur.
Vəsiyyətin məzmunu hədsiz dərəcədə çeşidli və rəngarəng olub, dini əqidə
məsələlərini, maddi məsələləri, mal-mülk bölgüsünü, ailə münasibətlərini və əxlaqi
problemləri əhatə edir. Әqidə məsələləri barədə vəsiyyət etməkdə peyğəmbərlər
parlaq nümunələr göstərmiş, onların hər biri ölməzdən qabaq vəsiyyət edərək,
zürriyyətinin islam dinində qalacağına zəmanət almışlar: "İbrahim və (sonra da)
Yaqu b bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib, hər biri dedi:"«Ey
oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din seçdi, siz də ancaq müsəlman
olaraq ölməlisiniz» (1,«Bəqərə»132).
Yaqub peyğəmbər can verməzdən qabaq oğlanlarından «Məndən sonra nəyə
ibadət edəcəksiniz?» - deyə soruşur və yalnız «Sənin Allahına və atalarımız İbrahi-
min, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olub, Ona ibadət edəcəyik», -
cavabını aldıqdan sonra arxayınlıqla canını təslim edir (1, «Bəqərə133»).
Zəkəriyyə, ölüm gününün yaxınlaşdığını hiss edərək Rəbbinə «Mən özümdən
sonra gələn qohum-əqrəbamdan (yerimə keçəcək əmioğlularının və digər
vərəsələrimin məsləkini ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram» - deyə
müraciət edir. Allaha yalvararaq oğul istəyən Zəkəriyyə öz ricasını, məsləkini
ləyaqətlə davam etdirəcək bir etibarlı adamın olmaması ilə izah edir. O, qohum-
əqrəbaya etibar etməyərək, məhz oğul istəyir və bu da təsadüfi deyildir. Atanın
təəssübünü, birinci növbədə, oğul çəkməlidir. Ölüm saatının yaxınlaşdığını hiss edən
islam peyğəmbər özü ilə birlikdə həcc ziyarətinə çıxmış minlərlə müsəlmanın
qarşısında «vida xütbəsi» edərək, əqidəvi, sosial, siyasi və iqtisadi məsələləri əhatə
edən geniş məzmunlu nitqlə çıxış etmişdir. O bu çıxışında mal-mülkü mühafizə
etmək ona qarşı istər fərd, istərsə də ictimaiyyət tərəfindən təcavüz edilməsinin
qarşısını almağı, mal-mülk sahibindən öz sərvətini hansı yolla qazandığını
İslamda vəsiyyət və onun mahiyyəti
53
soruşmağı, qəza və maliyyə işlərində etibarlı olmağı və sələmdən imtina etməyi
vəsiyyət etmişdi.
Әdəb-ərkan və davranış qaydalarına aid vəsiyyətə Loğmanın öz oğluna etdiyi
vəsiyyəti misal göstərmək olar. Loğman öz oğluna etdiyi öyüd-nəsihətində Allaha
şərik qoşmamağı («Loğman 13) namaz qılmağı (17) həm də yaxşı işlər görməyi (17)
adından təkəbbürlə üz döndərməməyi və yer üzündə lovğa-lovğa işində müvazinət
gözləməyi (19), danışanda səsini çıxarmamağı (19) ədəb-ərkan qaydalarını gözlə-
məyi əmr edir.
Loğmanın öz oğluna verdiyi öyüd-nəsihət bəşəriyyətin bu gün riayət etməli
olduğu əxlaq normalarından başqa bir şey deyildir.
Mal bölgüsü və mirasla əlaqədar bir sıra məsələlər Quranda öz əksini tapmışdır.
Məsələn, ayələrin birində ailə üzvlərindən hər birinin payına düşən mirasın miqdarı
belə müəyyən olunur: «Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki,
oğula iki qız hissəsi qədər pay düşür. Әgər (ölən şəxsin) qızlarının sayı ikidən
artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Әgər təkcə bir nəfər qızdırsa, mirasın
yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə
mirasın altıda bir hissəsi verilir. Әgər onun övladı olmayıb, varisi yalnız ata və
anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir (Qalan hissə tamamilə ataya
çatır). Әgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir
(Yerdə qalan hissə yenə atanın payına düşür). Bu bölgü ölə şəxsin vəsiyyəti yerinə
yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və
övladlarınızdan hansı birinin xeyir və mənfəət cəhətdən sizə daha yaxın olduğunu
bilmədiyiniz üçün bu (bölgü), Allah tərəfindən müəyyən edilmişdir» (1,«Nisa»11).
Lakin Quranda göstərilən əmr və nəhylər, müsəlmanların həyatını tənzim edən
ümumi fərmayişlər Allahın dəyişməz hüdudlarıdır və konkret hallarda bu əmr və
nəhylərə uyğun olaraq müvafiq əlavələr etmək lazım gəlir. Məsələn, ümumiyyətlə
miras bölgüsü ilə bağlı olan hər şey şəriət qanunları ilə tənzim olunmuşdur və kimə
nə miqdarda pay düşəcəyi məlumdur. Ancaq konkret vəziyyətdən çıxış edərək,
konkret faktları nəzərə almaqla, daha zəruri halları bariz şəkildə nəzərə çatdırmaqla
mömin şəxs ölümündən qabaq daha məqsədyönlü şəkildə vəsiyyət edir. Bunu şəriət
qanunları tələb edir. Quranda buyurulur: «Sizin hər birinizi ölüm haqlayan zaman
qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün
ədalət üzrə vəsiyyət etməyiniz zəruridir.» (1,«Bəqərə»180). Bütün bunlar nə qədər
kədərli və təbiidir. Artıq dünya həyatını başa vurmuş, müəyyən məslək, dünya
görüşünə və mövqeyə malik olan müsəlmanın özündən sonra dininin müqəddəratına
Səbinə Həmid qızı Mirzəyeva
54
və mal-mülkündə kimin sahiblik edəcəyinə görə nigarançılığından irəli gələn bir
haldır. Vəsiyyət etmək, ürəyindəki son sözləri demək arzusu göstərir ki, vəsiyyət
edən şəxs müəyyən məslək, prinsip sahibidir, ömrünü bivec keçirməmişdir və ondan
sonra nələrin, hansı hadisələrin baş verəcəyinə laqeyd deyildir. Vəsiyyət,
müsəlmanın bir tərəfdən, dünya həyatının gəldi-gedərliyini və ölümündən sonra bir
daha dünyaya qayıtmayacağını dərk etməsindən, digər tərəfdən isə Xaliq tərəfindən
mükəlləf edildiyi xəlifəlik vəzifəsinin yüksək səviyyədə yerinə yetirilməsi
istəyindən irəli gəlir. Allah-təala onun xilqətinə daxil edib ki, dirilər kimi ölülər də
yer üzündə cərəyan etməkdə olan hadisələrə qarşı laqeyd olmamalıdır. Müsəlman
bilir ki, vəfatı ilə o, birdəfəlik olaraq axirət aləminə qovuşur, vəfatından sonra yer
üzündə baş verəcək hadisələrə görə cavabdeh deyildir. Amma bununla belə, konkret
əqidə və məslək sahibi olan insan hiss edir ki, onun vəfatı ilə bəşər cəmiyyətinin
inkişafına bir xələl gəlməməlidir (4, 243).
Vəsiyyət hər bir adama edilmir, bu vəzifə şərəfli olduğu qədər də məsuliy-
yətlidir. Әsl varis atasının ölümü zamanı qürbətdədirsə, qayıdıb atasının ölüm xəbə-
rini eşidincə, dərhal onun vəsiyyətnaməsini soruşmalıdır. O, vəsiyyətnaməyə əsasən
həm mərhumun borclarını qaytarmalı, qisası varsa, qisasını almalı, kimisə əşirənin
rəhbəri kimi tanımalı və ona itaət etməli, kiməsə sirrini açmamalı və ondan uzaq
olmalı, mal-mülkün vəsiyyətə görə bölünməsinə nəzarət etməlidir. Әsl varisin
həddi-büluğa çatmamış olması ilə, ölümün qəfildən gəlməsi ilə və s. hallarda ölmək-
də olan şəxs etibar etdiyi, həqiqi varisi olmayan və ya təsadüfi bir adama vəsiyyət
edərək, onu həqiqi varisinə çatdırmağı xahiş də edə bilər. Bu vəsiyyət müqəddəs bir
əmanətdir. Vaxtı və şəraitindən asılı olmayaraq, vəsiyyəti öz üzərinə götürmüş şəxs
onun məxfiliyini qorumalı, onu ürəyində daşıyaraq gec-tez varisə çatdırmalıdır.
İslamda insanın xəlq edilməsi nə qədər ciddi və mənalı bir hadisədirsə, dünya
tərk etməsi də bir o qədər dərin hikmətə malikdir. Bunun hikməti ondadır ki, Yer
üzündə Allahın xəlifəsi olmaq üçün xəlq edilmiş insan bu risalənin gətirib müəyyən
nöqtəyə çatdırdıqdan sonra onu yeni nəslə təhvil verir və dünya evindən axirət evinə
köçür. O, dünyasını dəyişməzdən qabaq bəşəriyyətin bir daha cahiliyyə adət-
ənənəsinə qayıtmayacağına, yurdunun xarabazarlığa çevrilməyəcəyinə, burada
özbaşınalığın, böyük-kiçiksizliyin, daxili didişmələrin baş alıb getməyəcəyinə, ata
mülkünün viran qalmayacağına əmin olmaq istəyir. Bütün bunlar məhz İslam
dininin daxili mahiyyətindən irəli gələn istək və tələbatlardır. Bu mütəmadilik
qırılmazdır. Mömin insanın xilqətinə xas olan qurub-yaratmaq, çoxaltmaq, artıq əldə
edilmiş uğuru möhkəmlətmək meyli onu dünya hadisələrinə qarşı laqeyd olmağa
İslamda vəsiyyət və onun mahiyyəti
55
qoymur. Dünyasını dəyişməyə hazırlaşan müsəlmanı, onun dinində, ailəsində,
tayfasında, əmlakında baş verə biləcək hər bir hadisə narahat edir. Öz vəsiyyəti ilə
bu dağıdıcı hadisələr qarşısında sipər çəkməyə çalışır. Müsəlmanın düşüncəsinə
görə, dünyasını dəyişməklə onun dünya həyatı ilə əlaqəsi tamamilə kəsilmir. Bu
əlaqə yalnız birtərəfli şəkil alır. Digər sözlə desək, o, dünya həyatında baş verənləri
qəbir evindən sezir, lakin onlara öz təsirini göstərə bilmir. Bu onun əzabını daha da
artırır. Buna görə də ölüm yatağında olan şəxs haqqında bəzən deyirlər: «Nə isə
demək istəyirdi», «gözləri ilə kimisə axtarırdı». Bəzən də elə olur ki, ölüm yatağında
olan şəxs varisini görərək vəsiyyətini eləyir və rahatlanır, asanlıqla canını təslim
edir. Vəsiyyətin konkret məzmunundan asılı olmayaraq o, varisi gözlənilən
çətinliklərdən, fəlakətlərdən, rüsvayçılıqdan, maddi xəsarətdən uzaqlaşdırmağa
yönəlmişdir. Məsələn, pis əməlləri ilə tanınmış bir tayfaya və ya nəsiə öz
münasibətini bildirərək deyir: «uzaq ol», «alver etmə», «qohumluq etmə», «yol
yoldaşı olma» və s. İnsan ölərkən, özünün arxasınca heç bir mübahisəli məsələ,
ixtilaf doğuracaq, səhv yozula biləcək məsələ qoymaq istəmir. Vərəsəlik hüququnun
həyata keçirilməsində əsas məsuliyyət varisin, qəyyumun (vəlivvü-l-əmr) və
şahidlərin üzərinə düşür. Buna görə də, onların hər birini seçərkən ciddi düşünməli,
onları dəfələrlə sınamalı, mötəbər və qədir bilən adamlara ürək qızdırmalıdır. Bəzən
mərhumun mal-mülkünün tar-mar olduğunu, susuzluqdan yanıb qurumuş bağını
sönmüş ocağını görərək səmimiyyətlə onun halına acıyırlar. Bu mərhumun yurdunda
həqiqi varis olmayan, tamamilə kənar bir şəxsin, varisliyə layiq olmayan adamın
qaldığı hallarda daha bariz şəkildə özünü göstərir: "Gorun od tutub yansın, gör
yurdunda kim qaldı?..." Belə hallarda mərhum haqqında deyirlər: "Qəbrində çevrilir,
qovrulur, qəbri od tutub yanır". Vəsiyyət ediləcək şəxsin seçilməsində qohumluq
əlaqəsi, ata xətti ilə yaxınlıq, ikinci növbədə isə, şəxsin mötəbərliyi, nüfuz, qətiyyət,
gözütoxluq mühüm rol oynayır. İslam tarixində, mömin adamların ölümündən qabaq
nökər və kənizlərini azad etməyinin, onların haqqını ödəyərək onlardan halallıq
almasından, zövcələrin hüququnun müəyyən edilməsinin, hətta sevimli at və ya
dəvəsindən halallıq istəməyin şahidi oluruq ( 5, 134). Dünya həyatını tərk etməyə
hazırlaşan adam kiməsə borclu olub, ödəmək iqtidarında deyilsə, o, borc sahibindən
halallıq istəyir. Әgər borc sahibi halal etmirsə, o bu məsələni öz varisi ilə razılaşdırır
və qazanıb həmin məbləği ödəməyi tapşırır. Qeyd etmək lazımdır ki, bu ənənə
müsəlman xalqlarının həyatında dərin kök salmışdır. Dəfn zamanı mərhumu qəbrə
qoymazdan əvvəl bu mərasimə rəhbərlik edən din xadimi, varisin (oğul, ata, qardaş,
ata xətti ilə daha sonrakı qohumlar) iştirakı ilə camaata müraciət edir və mərhumun
Səbinə Həmid qızı Mirzəyeva
56
kiməsə borcu, kiminsə ona qarşı iddiası olub-olmadığını soruşur. Yalnız camaatın
razılığından sonra mərhumu torpağa tapşırırlar. Bunu da qeyd etməliyik ki, mal-
mülk bölgüsü vəsiyyətin şərtlərini yerinə yetirdikdən sonra, daha ödənilməli
məxaricin qalmadığı təqdirdə aparılır: "Bu, (vərəsələrə) zərər toxunmadığı halda
edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra
olunur" (1, Nisa-12).
İslamdan qabaq cahiliyyət mühitində anlaşılmazlıq və mübahisə doğuran
məsələlər arasında ölüm və onun səbəbləri xüsusi yer tuturdu.
O dövrdə ərəb şüurunda dərin kök salmış təsəvvürlərdən biri də bu idi ki, insan
həyatı kortəbii şəkildə yox, müəyyən bir fövqəltəbii qüvvə tərəfindən idarə olunur.
Bu qüvvəni insan iradəsindən asılı olmayan, onun idrak çərçivəsindən kənarda
mövcud olan tale" (məniyə) adlandırmaqla kifayətlənirdilər. VI əsrin əvvəllərində
yaşamış şairlər isə zamanın sonsuzluğunu və eyni hadisələrin dövri olaraq təkrar
olunduğunu, mövcud olan hər şeyin müvəqqətiliyini göstərən "dəhr" sözündən daha
çox istifadə edirdilər. Cahil ərəblərin təsəvvürüncə, "dəhr" insanın həyatına yardım
etməkdən daha çox onun məhv edilməsinə yönəldilmişdir. İnsanın öz gündəlik
həyatında qarşılaşdığı bütün çətinliklər və uğursuzluqlar "dəhr"dəndir. Heç kəs
zamanın gərdişindən yaxa qurtara bilmədiyi kimi onu irəlidən də görə bilməz
.Taleyin hökmü insanın idrakı üçün anlaşılmaz bir şeydir. İnsan yalnız onu bilir ki,
taleyin hökmü (xətm əl-qeyb) onu istədiyi vaxt yaxalaya bilər ( 6, 263).
Әrəblərin şüurunda "axirət dünyası" məfhumu özünə yer tapmamış olsa da,
onlar həyata müvəqqəti, fani bir şey kimi baxırdılar. İnsanların gündəlik həyatında
baş verən xoş və bəd hadisələrin, xüsusilə də insanın birdən-birə yox olaraq
həyatdan getməsi hadisəsinin izah edilməmiş qalması cahiliyyət dövrü kahin və
şairlərini düşünməyə, bu qəribə hadisənin köklərini aramağa sövq edirdi.
"Həyat" anlamının özü bədəvi məişətinin müxtəlif sahələrini əks etdirən "eyş",
"bəqa", "ümr" kimi sözlərlə ifadə olunurdu. Әrəblər yalnız bu dünyada mövcudluğu
qəbul edir və ölüm anında onun sona yetdiyini düşünürdülər. Ölüm "fəna" və ya
"zəval" kimi başa düşülürdü. Qədimdə ərəb təsəvvür edirdi ki, insan həyatında
yaradıcı, xəlqedici qüvvə ilə yanaşı, həm də bir qəhredici qüvvə fəaliyyət göstərir.
Bu qəhredici qüvvənin nədən ibarət olduğu haqda ziddiyyətli fikirlər söyləyən cahili
kahinləri xəlq edilməklə qəhr edilmək arasında barışmaz bir əksliyin mövcud
olduğunu hiss etsələr də, bunun səbəbini zaman, dövr, qəhr, dəhr və başqa sözlərlə
ifadə etməyə çalışırdılar. Hər qəbilənin öz dövrü və xüsusi keçmişindən seçilərək
götürülmüş müəyyən hadisə ilə bağlı olan tarixi mövcud idi ( 5, 265).
İslamda vəsiyyət və onun mahiyyəti
57
Cahiliyyət ərəbləri ölüm hadisəsini yenidən dirilmə, sorğu və axirət həyatı ilə
əlaqələndirməyərək, insanın ölüm nəticəsində sadəcə olaraq məhv olduğunu
düşünür, taleyin mütləq qəhredici qüvvəsinə məruz qalaraq yox edildiyi qənaətinə
gəlirdilər. İnsanın həyatda müvəqqətiliyi onun öz ömrünü necə keçirdiyindən asılı
olmayaraq labüd şəkildə zavala uğrayacağı və bununla da hər şeyin bitəcəyi haqda
təsəvvürlər ölüm hadisəsini ikrah hissi ilə qarşılamağa məcbur edirdi (2,96).
İslam bu təsəvvürləri alt-üst edərək dünya və axirət həyatı haqqında tamamilə
yeni anlayış gətirdi. O, ölüm, yenidən dirilmə, sorğu-sual, mükafat və cəza, axirət
həyatı anlamları ilə insanın mənalı yaşamasını, davranışına görə məsuliyyət
daşımasını və hər bir addımını ölçüb-biçməsini şərtləndirdi. Dünya həyatının axirət
həyatına qovuşmaq üçün bir körpü olduğunun etiraf edilməsi insanın təkcə dünya
həyatı üçün deyil, həm də axirət həyatı üçün məsuliyyət daşıdığına inama gətirib
çıxardı. İslam ehkamları insanın ölümündən qabaqkı və ölümündən sonrakı həyatını
vahid bir silsilə kimi təsəvvür etməyə imkan verirdi. Müsəlman təkcə özünün həyatı
ərzində deyil, vəfatından sonra da dünya işlərinin necə cərəyan edəcəyi haqda
narahatlıq keçirməyə başladı. Buna görə də müsəlman ömrünü "necə gəldi" başa
vurub köçməyə tələsmir, müəyyən məsləkə, prinsiplərə qulluq edir. Ölümündən
qabaq imkan tapıb kiməsə vəsiyyət etmək, dünya həyatında nail olduğu maddi və
mənəvi uğurların davam edəcəyinə inam hissi keçirməyə ehtiyac duyur.
Bu baxımdan islamı ölüm hadisəsinə münasibətdə insan təfəkkürünün yeni
mərhələsi hesab etmək mümkündür. İslamın meydana gəlməsi ilə, ölümdən qabaq
vəsiyyət etmək ənənəsi bir hüquqi mərasim şəkilini alır.
Burada cahiliyyə qanunlarına və ənənələrinə nifrət ifadə olunmaqla yanaşı,
həm də islamın meydana gəlməsi nəticəsində şüur və mədəniyyətin yeni bir mərhə-
ləyə yüksəlmiş olduğu vurğulanır (7,67). İslam öyrədir ki, ölüm insan həyatının keç-
məli olduğu labüd bir mərhələdir. İslam vəsiyyət məsələsini o qədər ciddi bir şəkildə
qoyur ki, qeyri-adi şəraitdə, qürbətdə, yaxın adamın olmadığı şəraitdə can verməli
olsa belə, müsəlman təsadüfi yol yoldaşı olduğu adama etibar edərək vəsiyyəti öz
əhlinə çatdırmağa borcludur. Vəsiyyətin məzmunu hədsiz dərəcədə çeşidli və rənga-
rəng olub dini məsələləri, əmlak bölgüsünü, ailə münasibətlərini, əxlaqi və sairə
problemləri əhatə edir. Məsələn, əmək bölgüsü və vərəsəlik hüquqları ilə əlaqədar
bir sıra öyüd-nəsihətlər Quranda öz əksini tapmışdır. Әmlak bölgüsü ölmüş şəxsin
vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır (3,152).
Vəsiyyət ediləcək şəxsin seçilməsində qohumluq əlaqəsi ata xətti ilə yaxınlıq,
ikinci növbədə isə şəxsi mötəbərlik, nüfuz qətiyyətlilik və gözütoxluq mühüm rol
Səbinə Həmid qızı Mirzəyeva
58
oynayır. İslam tarixində mömin adamların ölümdən qabaq nökər və kənizlərin azad
etməsinin, onların haqqını ödəyərək halallıq almasının, zövcələrin hüququnu
müəyyən etməsinin, hətta sevimli at və dəvəsindən halallıq istəməsinin şahidi
oluruq. Dünyasını dəyişməyə hazırlaşan adam kiməsə borclu olub ödəmək
iqtidarında deyilsə, o borc sahibindən halallıq istəyir. Әgər borc sahibi halal etmirsə,
o, bu məsələni varislə razılaşdırır və qazanıb həmin məbləği ödəməyi tapşırır. Qeyd
etmək lazımdır ki, bu ənənə müsəlman xalqlarının həyatında dərin iz salmışdır. Dəfn
zamanı, məhrumu qəbrə qovmazdan əvvəl bu mərasimə rəhbərlik edən din xadimi
varisin iştirakı ilə camaata müraciət edir və mərhumun kiməsə borcu, kiminsə ona
qarşı iddiası olub-olmadığını soruşur. Yalnız camaatın razılıgından sonra mərhumu
torpağa tapşırırlar.
Mürəkkəb demoqrafik proseslərlə səciyyəvi olan, əhalinin səpələnmiş olduğu və
gediş-gəlişin çətinləşdiyi, gözlənilməz ölüm hallarının artmış olduğu müasir şəraitdə
islamın insan həyatı və onun sonu məsələsində mövqeyi xüsusi maraq doğurur. Çox
nadir hallarda insana əsl mənada qocalıq mərhələsini yaşamaq, özünü bir ağsaqqal
kimi hiss etmək, həyat təcrübəsini tələsmədən ümumiləşdirmək, yeni nəslə
çatdırmaq nəsib olur. Onun bu arzusu qəfil ölüm, yaxın adamın qürbətdə olması və
s. üzündən ürəyində qalır. Buna görə də vəsiyyəti yalnız uzun ömür yaşamış,
dünyasını dəyişməsi qanunauyğun olan adamın vəzifəsi hesab etmək düzgün
deyildir. Hər bir əqidə və məslək sahibi, cəmiyyətin, ailəsinin və əmlakının
müqəddəratına görə məsuliyyət hiss edən hər bir insan daima ölüm anını göz önünə
gətirməli, gözlənilmədən dünyasını dəyişəcəyi ehtimalını nəzərdən qaçırmamalı,
necə deyərlər, «vəsiyyətini yastığı altında saxlamalıdır». Vəsiyyətin qəbul edilib-
edilməməsi şərtləri isə onun xoş məramlı olması, fitnəkarldığa və təcavüzə təhrik
etməməsi ilə bağlıdır.
İslamda vəsiyyət və onun mahiyyəti
59
Dostları ilə paylaş: |