ӘDӘBİYYAT
1.
Гурани Кярим. Яряб дилиндян тяръцмя едянляр З.М.Бцнйадов;
В.М.Мяммядялийев. Бакы: Гисмят, 2004, 607 с.
2.
Donuk Abdulkadir. “Çeşitli topluluklarda ve eski Türklerde aile”. İstanbul:
1992, 175s.
3.
Йусиф Щаъы Ябдуррящман. Исламда аиля цзвляринин щцгугу. Бакы, 1998,
164с.
4.
Актан Щамза. Ислам мирас щукуку. Истанбул: Ъаьалоьлу, 1991, 297 с.
5.
Берки Али Щиммет. Ислам щукукунда фераиз ве интикал. Анкара: Аййылдыз
матбаасы, 1985, 186 с.
6.
Кыйыъы Селащаттин. Ислам щукукунда юрф ве адетлер. Истанбул: Ъаьалоьлу,
н.и.й., 143 с.
7.
Йазычы оьлу М. Саид. Ислам дцшцнъесинин тарищсел эелишими. Анкара:
Акчаь йайымлары, 2001, 206 с.
8.
Керимов Г.М. Шариат и его социальная сущность. Москва: Наука, 254
стр.
9.
Сюкияйнен Л.Р. Мусульманское право и семейное законодательство
стран Арабского Востока. Москва: Мусульманское право, 1984, 296 стр.
10.
Balcı Ramazan. Әbu Hureyre. İstanbul: Nəsil, 2006
Səbinə Həmid qızı Mirzəyeva
60
XÜLASӘ
İSLAMDA VӘSİYYӘT VӘ ONUN MAHİYYӘTİ
S.H.Mirzəyeva
İslam ehkamları insanın ölümdən qabaqkı və ölümdən sonrakı həyatını vahid
bir silsilə kimi təsəvvür etməyə, müsəlmanı öz yaradılışının hikmətini daha dərindən
dərk etməyə sövq edir. Bir müsəlmanın ölümündən qabaq imkan tapıb kiməsə
vəsiyyət etməsi, dünya həyatında nail olduğu maddi və mənəvi uğurların davam
edəcəyinə inam hissi keçirməsinə ehtiyac yaradır.
Bu baxımdan islamı, ölüm hadisəsinə münasibətdə insan təfəkkürünün yeni
mərhələsi hesab etmək mümkündür. İslamın meydana gəlməsi ilə, ölümdən qabaq
vəsiyyət etmək ənənəsi bir hüquqi mərasim şəkilini almışdır.
РЕЗЮМЕ
ЗАВЕЩАНИЕ В ИСЛАМЕ И ЕГО СУЩНОСТЬ
С.Г.Мирзоева
Исламские догмы стимулируют представление человеком жизни до
смерти и после смерти в единой системе/цепи, а также стимулирует
мусульманина более глубоко воспринимать суть своего сотворения.
Нахождение со стороны мусульманина кого-нибудь кому можно завещать
создает необходимость в чувство веры в продолжение материальных и
духовных успехов, достигнутых в земной жизни.
С этой точки зрения, отношение ислама к смерти можно считать новым
этапом человеческого мышления. С приходом ислама завещание до смерти
(предсмертное завещание) приняло форму юридического мероприятия.
İslamda vəsiyyət və onun mahiyyəti
61
SUMMARY
TESTAMENT IN ISLAM AND ITS ESSENCE
S.H.Mirzoyeva
Islamic dogmas encourages/stimulates a human being to imagine a life before
death and life after death in one system/chain; also stimulates a Muslim to perceive
essence/nature of his creation more deeply. A process of finding someone whom you
can testament to/ bequeath to creates belief in continuation of material and spiritual
achievements reached in mundane life.
From this point of view, relation of Islam to death can be considered as a new
stage/period of human thinking. With Islam coming to the arena, premortal
testament has gained a form of juridical act.
Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü)
63
KӘLAMDA MӘZMUN VӘ METOD BAXIMINDAN YENİLӘNMӘ
HӘRӘKATI (YENİ ELMİ-KӘLAM DÖVRÜ)
i.f.d. dosent əvəzi Adilə Tahirova
Bakı Dövlət Universitetinin
İlahiyyat fakültəsinin
İslam elmləri kafedrasının müəllimi
Açar sözlər: Kəlam, yeni elm-kəlam, modernizm, İslam elmləri
Keywords: Kalam (theology), new Islamic theology, Islamic sciences
Ключевые слова: Теология (калам), реновация, модернизм, исламские науки
XIX əsrdə yaşanan hərbi və siyasi uğursuzluqlar elm adamlarını İslam aləmində
baş verən “inxitat”, “inqiraz” və “təəxxur” (tənəzzül) səbəblərini araşdıran əsərlər
yazmaya sövq etmişdir. Daha çox qəzet və məcmuələrdə yer alan bu cür yazılarda
başda mövcud təhsil sistemi olmaqla təsbit edilən uğursuzluqlar üzərində
durulmuşdur. İslam elmlərinin məzmun və əsaslarının ehtiyaca cavab vermədiyi
şəklindəki yayğın qənaət bunları yeniləmə və canlandırma fikrini gündəmə gətirdi.
İstər fəlsəfənin yeni məzmunuyla inanc və dəyərlərə zərbə vurması, istərsə də dini
əhatə etməyən cərəyanların gün keçdikcə ziyalıları öz təsiri altına alması elm
adamlarını axtarışlara yönəltdi. Bu vəziyyətdə kəlamçıların üzərinə məsuliyyət
yükləndiyi və sürətlə yeni araşdırmalara ehtiyacın olduğu dilə gətirilirdi. Kəlamın
yeni tələblərə və ehtiyaca cavab vermədiyi irəli sürülərək zamanın tələbinə uyğun
əsərlərin yazılmasının zəruriliyi vurğulanırdı.
Osmanlılar dövrü kəlam elmi ilə əlaqəli fikir və izahlar mövzusunda əsas yerlərdən
birinə sahibdir. Jurnallardakı müxtəlif məqalə və mübahisələrdə son dövr İslam alimləri
arasında kəlam kitablarının ehtiyaca cavab vermədiyi dilə gətirilirdi. “Sırati-Müsta-
kim”də çıxan bir yazıda əhatə etdiyi mövzu və problemlər baxımından beş yüz il qabaq
yazılan kəlam və fəlsəfə kitablarının artıq kafi olmadığı bildirilərək qədim sufistaiyyənin
(sofistlərin) yerinə artıq maddiyyun (materialistlər) və təbiətçilərin (naturalistlər)
keçdiyini, dəhriyyunun da şəkil dəyişdirdiyini, bu səbəblə mövcud fikirlərə qarşı rədd
cavabını verə biləcək əsərlərin yazılmasına ehtiyacın olduğu vurğulanmışdır.
Adilə Tahirova
64
Tarix boyu İslam alimləri də ortaya çıxan ehtiyaclara görə hərəkət etmişdir.
Әqaid və kəlam elminin əsas mövzuları (məsail) eyni qalsa da, bu mövzuları izah
edərkən və ya etirazlara cavab verərkən metod və izah tərzləri dövrə və düşüncə
məktəblərinə görə dəyişmişdir. Zaman keçdikcə mütəqəddimunun qurduğu, mütəəx-
xirunun inkişaf etdirib sistemləşdirdiyi klassik kəlamda, yeni ortaya çıxan məsələ-
lərə də cavab tapmaq üçün metod dəyişdirmə zərurəti ortaya çıxmışdır.
Xüsusilə XX əsrdə aktual olan Yeni elmi-kəlam dövrünün əsas xüsusiyyətləri
bunlardır:
– Materializmi və fəlsəfi bir fikir kimi pozitivizmi rədd edən, dinə qarşı olan
bioloji (Darvinizm) və psixoloji (Freydizm) tənqidlərə cavab vermək.
– Bütün elmlərdən istifadə edərək Allahın varlığını isbat etmək.
– İslamın əqaid məsələlərini inkar edən, xüsusilə ateist cərəyanlara qarşı isbat,
izah və müdafiə etmək.
1
Әvvəlki kəlam əsərlərində də isbati-Vacib (Allahın varlığının isbatı) mövzusuna
yer verilsə də, XX əsr üçün yetərli hesab edilməmişdir. Çünki bu dövrdə ateizm çox
inkişaf etməmişdir. Müəttilə, Maddiyyun, Təbiiyyun və daha çox Dəhriyyun adı ilə
bilinən axımlara qarşı fikirlər söylənsə də XX əsrdəki qədər qədər aktual olmamış-
dır.
2
Yeni çıxan fikirlərə cavab vermək üçün də yeni əsərlər yazma zərurəti var idi.
XIX əsrdə İslam elmlərinin yenidən İslam cəmiyyətinə istiqamət verə biləcək
səviyyəyə gəlməsi üçün müzakirələr aparılmışdır. İslam elmlərinin mövzu və
metodlarının ehtiyaca cavab verə bilmədiyi düşüncəsi onları yeniləmə və canlan-
dırma fikrini gündəmə gətirdi (təcdid və islah). Təfsir, fiqh və digər elmlər kimi
kəlamda da yenilik ehtiyacı ortaya çıxmışdır. Türkiyədə yenilənmə hərəkatının
nümayəndələri Filibeli Ahmet Hilmi (1865-1914), İzmirli İsmayıl Hakkı (1868-
1946) və s. olmuşdur. Onlar kəlamın yenilənməsindən bəhs edərkən klassik kəlamın
gözardı edilməməsini xüsusilə vurğulayırdılar. Misirdə kəlam problemləri ilə
məşğul olan Məhəmməd Әbdüh (1849-1905) olmuşdur. Hindistanda bu hərəkatın
nümayəndələri kimi Seyyid Әhməd Xanın (1817-1898), Şibli Numaninin (1857-
1914) adları qeyd edilməlidir. Pakistanda isə Məhəmməd İqbalın (1876-1938) bu
sahədə önəmli xidmətləri olmuşdur. Bu alimlərin hər birinin özünəməxsus üslubu
olub bəzən mühafizəkar düşüncədən xeyli uzaq fikirlərə sahib olmuşlar. Kəlamda
1
Gölcük Ş. Topraq S., Kelam (Tarih Ekoller Problemler). səh. 73-75; Kılavuz A. S.
Anahatlarıyla İslam akaidi ve kelama giriş. səh. 286-288.
2
Topaloğlu B. Kelam ilmi (Giriş). səh. 19-23, 104, 139.
Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü)
65
yenilik ehtiyacı müxtəlif yazılarda müdafiə olunub səbəbləri ortaya qoyulmağa
çalışılarkən bu görüşün başlıca təmsilçiləri başladıqları yenilik hərəkatına model
yaratmaq və bu səpkidə işlərin davam etdirilməsinə təşviq etmək məqsədi ilə yeni
kəlam əsərləri yazdılar. Bunlar arasında Abdullatif Harputinin “Tənkihul-kəlam”,
Filibeli Ahmed Hilminin “Üssi-İslam”, “Yeni akaid”, İzmirli İsmail Hakkının “Yeni
ilmi-kelam”, Məhəmməd Әbdühün “Risalətut-tövhid” və Şibli Numaninin “Kəlam”
əsərləri sayıla bilər. Seyyid Әhməd Xanın (1817-1898) “Təfsirul-Quran”, Cəmaləd-
din Qasıminin (1866-1914) “Məhasinut-təvil”, Rəşid Rzanın (1865-19354)
“Təfsirul-mənar”, Mahmud Şükri əl-Alusinin (ö. 1924) “Ma dəllə əleyhil-Quran”,
Elmalılı Hamdi Yazırın (1878-1942) “Hak dini, Kuran dili” adlı təfsirləri də yeni
elmlərə uyğun izahların edildiyi, daha çox əqli ayələrə üstünlüyün verilmiş olduğu
yeni cərəyana aid əsərlərdəndir.
Yeni elmi-kəlam dövrünün bəzi nümayəndələri və əsərləri:
Fərid Vəcdi, əl-İslam fi əsril-ilm.
Abbas Mahmud əl-Әqqad, Allah.
İzmirli İsmayıl Hakkı (1869-1946), Yeni ilmi-kelam.
Muhəmməd Әbdüh (1905), Risalətut-tövhid.
Şibli Numani (1857-1914), İlmi-Kəlam, İlmi-kəlami-cədid.
Abdullatif Harputi, Tənkihul-Kəlam
Bu dövrün digər nümayəndələri:
Cəmaləddin Әfqani, Seyyid Әhməd Xan (1817-1898), Filibeli Ahmet Hilmi,
Ömer Nasuhi Bilmen, İsmail Fenni, Şemseddin Günaltay.
İndi isə yeni elmi-kəlam əsərlərinə nümunə olaraq bu dövrdə İslam dünyasının
fərqli bölgələrində yaşamış bir neçə alimin əsərlərindən bəhs etmək yernə düşər.
Kəlam mövzularının yenilənməsi məsələsi ilə ciddi məşğul olanlardan biri
Osmanlıların son dövr kəlamçısı Abdullatif Harputidir (1842-1914). Elm və fəlsə-
fədəki dəyişikliklərdən xəbərdar olan və bəzilərinin elmi dinə qarşı istifadə etmək
istədiklərini bilən Harputi bu səbəbdən fizika və astronomiya ilə maraqlanmıştır.
3
“Yeni Әqaid” adıyla bir risalə nəşr edən Filibeli Ahmet Hilmi (1865-1914) bu
mövzuyla maraqlananlar arasındadır. O, “Hər dövr insanının bir zehniyyəti olduğu
üçün bu günün insanının keçmişin məntiq və elmləri ilə kifayətlənməsi mümkün
3
Harputi. Tenkihul-kelam. səh. 439.
Adilə Tahirova
66
deyildir”, – deyə bildirmişdir.
4
Beləliklə ona görə, İslam toplumunun düşüncə
dəyişikliyinə və ciddi bir yenilənməyə ehtiyacı vardır.
Kəlamdakı yenilənmə hərəkatının Türkiyədəki ən önəmli siması İzmirli İsmail
Hakkıdır (1868-1946). “Yeni ilmi-kelam” adlı əsəri və eyni mövzuda çıxan bir çox
məqaləsi ilə kəlamın yenilənməsi üçün böyük səy göstərən İzmirlinin bu çalışmaları
daha çox Cümhuriyyətdən əvvəlki dövrə təsadüf edir. İzmirliyə görə, necə ki,
Fəxrəddin Razi kəlamı Baqillani kəlamının yerinə keçmişdisə, yəni Razinin əsrində
Baqillani kəlamı yetərli hesab edilmirdisə, onun dövründə də artıq Razi kəlamı
ehtiyaca cavab verə bilmirdi.
5
Aristotel fəlsəfəsi ətrafında olan tənqidlər kəlamın ona
istinad edən bəzi məsələlərinin də dəyişməsini, beləcə əsrin və mövcud fəlsəfənin
ehtiyaclarına uyğun kəlam əsərlərinin yazılmasını labüd edir.
6
İzmirliyə görə təsis ediləcək kəlamda yeni məntiq ölçü olaraq alınmalı, fəlsəfi
mövzulardan isə dəlillərdə istifadə etmək üçün nəticələrinə yer verilməlidir. Beləcə
Yunan fəlsəfəsi yerinə modern qərb fəlsəfəsi ilə lazımi ölçüdə münasibət qurulmalı,
sxolastik zehniyyət tərk edilərək metodoloji qaydalar tətbiq edilməlidir.
7
“Yeni ilmi-kelamın” müəllifi kəlamda həyata keçirmək istədiyi dəyişikliklər
planını belə təqdim edir: Kəlam elminin ana mövzuları və məqsədləri, yəni vəhyə
istinad edən təməlləri hər zaman eyni olub dəyişməməklə birlikdə, istifadə olunan
vasitə və giriş məlumatlar, yəni izah və isbat şəkli zaman və ehtiyaca görə dəyişir.
Kəlam müxalif düşüncə və cərəyanların zamanla dəyişməsilə də metod dəyişdirir.
Məsələn, klassik kəlamda Allahın varlığı üçün aləmin hüdusunu, aləmin hüdusu
üçün də ərəzlərin (aksidensiya) dəyişməsi dəlil olaraq istifadə olunmuşdur. Bu gün
isə bunların yerinə təbiət qanunları, təcrübə metodu və digər dəlillərə yer
verilməlidir. Әgər bu edilməzsə, İslam dininin elmi mühitdə yayılması çətinləşər.
8
İzmirli İsmail Hakkının yazdığı bir müqəddimə və iki bölümdən ibarət olması
düşünülən “Yeni ilmi-kelam” çox təəssüf ki tamamlanmamış, nübüvvətin işlənəcəyi
ikinci bölüm və nəticə hissəsi yazılmamışdır. Tarixi arxaplan ilə epistemoloji
problemi və istilahi məlumatlara yer verilən uzun müqəddimədən sonra gələn ki-
tabın əsas hissəsi uluhiyyətlə əlaqəlidir. Әsərin metod və sistemi haqqında məlumat
verilərkən anlaşılan dildə olması üçün səy göstəriləcəyi, Allahın varlığı mövzusunda
4
Filibeli. Allahi inkar mümkünmüdür. səh. 165.
5
İzmirli. Muhassalül-kelam vel-hikme. səh. 13.
6
İzmirli. Muhassalül-kelam vel-hikme. səh. 13.
7
İzmirli. Yeni ilmi-kelam. səh. 18-19.
8
İzmirli. Yeni ilmi-kelam. səh. 11-12.
Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü)
67
yeni istidlal metodunun istifadə ediləcəyi, nübüvvət bölümündə isə həz. Peyğəm-
bərin həyatı və əxlaqi səciyyələrindən dəlil olaraq istifadə olunacağı bildirilir.
Mütəəxxirun dövrü əsərlərindən fərqli olaraq giriş hissədə İslami elmlərin
meydana gəlməsi və inkişaf etməsinə yer verilmiş, bu elmlərdəki metod fərqlilikləri
üzərində durulmuşdur. Ayrıca etiqadi və fiqhi məzhəblərin adları və əsas fikirləri
verilmiş, ancaq Batiniyyə xaricində heç bir məzhəb haqqında mənfi rəy bildiril-
məmişdir. Uluhiyyət bəhsinə ayrılan bölümdə Allahın varlığının dəlilləri ilə sifətlər
kimi iki əsas mövzudan bəhs edilmişdir. Birincisi ilə əlaqəli əvvəlcə İslam alimlə-
rinin klassik dəlilləri, filosofların fərqli görüşləri ilə birlikdə verilmiş,
9
sonradan
modern fəlsəfənin dəlilləri açıqlanmışdır
10
. Uluhiyyət mövzusunda irəli sürülən
şübhələr istinad etdikləri fəlsəfi cərəyanlarla birlikdə sayılaraq bunlara tək-tək cavab
verilmişdir.
11
“Әsma ve sifati-ilahiyyə” mövzularında məzhəblərin fərqli görüşləri,
“əfali-ilahiyyə” başlığı altında isə kəlam elminin problemləri olan iradə, hidayət,
qədər məsələləri haqqında yazılmışdır.
Bəhs etdiyimiz dövrdə Misirdə kəlam problemləri ilə məşğul olan mütəfəkkir
Məhəmməd Әbdüh olmuşdur (1849-1905). Bu illərdə o, bütün gücünü tədrisi
yenidən düzəltməyə, kəlam və fiqhdə isdidlal və ictihadı funksional hala gətirməyə,
beləcə bu elmləri ilk dövrlərdəki kimi canlandırmağa yönəltmişdir. Dövründəki
kəlam elminin vəziyyətini bəyənməyən Әbdüh heç kimin əlində Әşəri, Matüridi,
Baqillani, İsfərayiniyə aid bir kitabin olmamasından və hətta kitabxanalarda da
onların kitablarına rast gələ bilməməsindən şikayətlənir. O, dövründəki kəlam
tədrisindən də məmnun olmamışdır. Çünki tələbələrin mütəəxxirunun müxtəsər
kitabları xaricində heç bir əsər oxumadığını, ən güclü tələbələrin sadəcə ibarələrin
nə mənaya gəldiyini öyrənməklə kifayətləndiyini, dəlil və müqəddimələri ilə bir
bəhsi öyrənib doğrusunu doğru olmayanından ayıra bilmədiklərini bildirmişdir.
Mutəəxxirun dövrünün kəlamçılarını filosoflardan təsirlənib onların nəzəriyyə
və müqəddimələrini təqlid və müdafiə etməklə günahlandıran Әbdüh, nəticədə
fəlsəfə ilə əsl kəlam mövzularının qarışdığını, beləliklə də kəlam kitablarında söz və
üslub müzakirələrindən başqa bir şeyin qalmadığını və ağlın gözardı edildiyini
vurğulamışdır.
12
Әbdühün kəlamı təməldə və məzmun etibarı ilə mövcud ənənə-
9
İzmirli. Yeni ilmi-kelam. səh. 5-30.
10
İzmirli. Yeni ilmi-kelam. səh. 30-42.
11
İzmirli. Yeni ilmi-kelam. səh. 42-83.
12
Әbdüh. Risalə. səh. 20-21.
Adilə Tahirova
68
lərdən fərqli olmamışdır. Bütün fərqliliyi bəzi məsələləri çox vurğulaması və bəzi
mövzulara toxunmamasıdır.
Әbdüh İslam prinsiplərinin təməl elmi olan kəlamı asanlaşdırmaq istəmiş, ona
görə də ən önəmli kəlam kitabı olan “Risalətut-tövhidi” olduqca qısa və xülasə bir
şəkildə yazmışdır. Çünki o, öz dövrünün şərtləri içində çox vurğulanan “birliyi
qoruma” idealıyla məzhəb ayrılıqlarına yer verməmək üçün keçmişdəki müza-
kirələrə toxunmamağa böyük səy göstərmişdir.
Beyrut mədrəsəsində sürgün həyatı yaşadığı üç-dörd il ərzində oxuduğu kəlam
və əqaid qeydlərinin genişləndirilmiş şəkli olan Risalətut-Tövhid o vaxta qədər Әz-
hərdə və digər mədrəsələrdə oxudulan şərh kitablarından fərqli bir uslubda yazılmış,
fərqli izah və yeniliklər olan bir əsərdir. Әsəri nəşr edən Rəşid Rzanın fikrinə görə,
yüz illər boyunca Risalətut-Tövhid qədər kəlam elminin ölçüləri içində İslamı təq-
dim edən bir kitab yazılmamışdır.
13
Bu kitabın əsas yeniliyi baş tərəfdə uzun bir gi-
rişlə kəlam elminin başlanğıc və sonrakı dövrlərindən bəhs edilərək bu elmin ortaya
çıxmasına səbəb olan hadisə və müzakirələrə yer verilməsi və bəzi təhlillər apa-
rılmasıdır. Yenilikləri ilə yanaşı klassik mövzuları da əhatə edən Risalə ümumilikdə
Әşəri məzhəbinin xüsusiyyətlərini büruzə versə də, onda digər məzhəblərdən də bəzi
izlərə rast gəlmək mümkündür. Məsələn, əsərdə Allahın feilləri, hüsn və qubh,
insanın iradə azadlığı kimi mövzularda Matüridilərin və Mötəzilənin təsiri görünür.
Şibli Numaninin əl-Kəlam əsərinin başında əsərin sadə və anlaşılan dildə olmasının
hədəfləndiyi ifadə edilir.
14
Burada kəlam tarixindəki görüşlərdən istifadə edilmiş və
beləcə ənənədən uzaqlaşmadan kəlamı yeniləmək fikri ortaya atılmışdır. Hər fürsətdə
ağla yetəri qədər yer vermədiyi və təbiətdəki səbəb-nəticə əlaqəsini rədd etdiyi üçün
Әşəri məzhəbi elmdən uzaqlaşmaqla ittiham edilmişdir. Әsərdə tədqiq edilən mövzular
sistemi baxımından klassik kəlam kitablarından bir qədər fərqlidir. Kitabın əsasını
uluhiyyət və nübüvvət məsələləri təşkil edir. Bununla belə axirət mövzusuna az təmas
edilmiş, imamət bəhsinə isə heç toxunulmamışdır. Bütün kəlam kitablarının girişində
yer alan elm bəhsi yerinə dinin mahiyyəti, fitriliyi məsələsi işlənmiş, dinin doğuşdan
gələn və hər kəsdə olan bir xüsusiyyət olduğu məsələsi vurğulanmışdır.
Әsərə diqqətlə baxdığımız zaman müəllifin qərb elm adamlarından etdiyi
nəqllərdən və istifadə etdiyi bəzi fəlsəfi terminlərdən zamanındakı elm və fəlsəfə
anlayışını izləyərək dəyişikliklərin fərqində olduğu müşahidə edilir.
13
Risalə (müqəddimə) .
14
Şibli. əl-Kəlam. səh. 161.
Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü)
69
Günümüzün şərtləri əslində fəthdən sonrakı İslam dünyasının şərtlərinə bənzə-
yir. O gün fəth edilən yerlərdə yerli mədəniyyətlərə qarşı İslamı müdafiə ehtiyacı var
idi. Bu gün isə kütləvi informasiya vasitələrinin gətirdiyi xarici mədəniyyət və əqi-
dələrə qarşı öz əqidə və dəyərlərimizi qorumaq zərurəti varıdr. Buna görə kəlamın
funksional ola bilməsi üçün müəyyən struktur dəyişikliklərinə ehtiyac olmuşdur.
Məzmun baxımından yeni elmi-kəlam dövrü əsərlərinin xüsusiyyətlərinə
gəlincə, bu dövrdə yazılmış əsərlərin məzmun baxımından növlərini belə təsnif
etmək mümkündür:
a) Әvvəlki ənənəyə sadiq və ənənəvi kəlam kitablarından hesab edilən əsərlər.
b) Әnənəvi kəlam mövzularından bəhs etməklə yanaşı, yeni problemlərə də yer
verən əsərlər.
c) Allahın varlığı və birliyi mövzusunda yazılanlar.
Dinin zəruri məsələlərindən olmadığı halda məzhəb ixtilafları səbəbi ilə klassik
kəlam kitablarında uzun və təfərruatlı şəkildə yer verilən bəzi mövzuların tərk
edilməsi və ya bunlara qısa bir şəkildə təmas edilməsi bəhs etdiyimiz dövrün əsər-
lərində görülən əsas fərqlərin başında gəlir. Daha əvvəl də bildirdiyimiz kimi, İslam
dünyasının vəziyyəti bu dövrün alimlərini ixtilaflara son qoyub daha əhəmiyyətli
məsələlərlə məşğul olmağa sövq etmişdir. Ona görə də bu dövrün alimləri insanların
mövcud problemlərinin xaricində qalan, o gün üçün əhəmiyyət kəsb etməyən
müzakirələrdən uzaq durmuşlar.
15
Bu dövrdə məzmun baxımından görülən yenilik və fərqliliklərə gəlincə qeyd
etdiyimiz kimi, klassik münaqişələr əsasən əhəmiyyətini itirmişdir. Çünki zərurati-
diniyyədən olmadığı halda, bəzi məsələlərə məzhəb ixtilaflarına görə kəlam
kitablarında uzun və təfərrüatlı bir şəkildə yer verilmişdir. Şibli Numani də İslamın
iki təməl inancı olan tövhid və nübüvvətdə mövcud olan açıqlıq və sadəliyə
baxmayaraq uzun müddət bu məsələyə lazımsız haşiyə və əlavələr edilərək bu
mövzunun başa düşülməyən bir hala gətirildiyini bildirmişdir. Quranın məxluq olub
olmadığı, Allahın sifətlərinin zatıyla eyni olub olmadığı, əməllərin imandan olub
olmaması kimi məsələlərin küfr ya da imanın ölçüsü olaraq qəbul edilməsinə mənfi
münasibət bildirən Şibli ilk dövrlərdə bu məsələlərin heç birinin müzakirə
olunmadığına diqqət çəkir. Şibliyə görə bu məsələlər kəlam elminin əsas məsələləri
deyil. Çox təəssüf ki, bu mövzular səhvən uzun müddət İslamın əsas məsələləri kimi
15
M. Sait Özevarlı. Kelamda yenilik arayışları. səh. 125.
Adilə Tahirova
70
göstərilmişdir.
16
Bu dövrün alimləri qəza və qədər mövzusuna da girməkdən və bu
mövzunun müzakirələrindən uzaq durmuşdur. Onlara görə bu mövzularda müzaki-
rələr aparmaq iman məsələlərindən olmayıb, zehni çalışdırmaq və fəlsəfə ilə məşğul
olmaq arzusundan başqa bir şey deyil.
17
Daha çox nəzəri ixtilaflardan irəli gələn və təfərrüata aid olan müzakirələrin
önəmini itirib ikinci plana keçməsi, bunun yerinə Allahın varlığı və nübüvvət məsə-
lələrinin ön plana çəkilməsi bu elmin təkrar dövrün problemləri ilə məşğul olmağa
başladığına bir işarədir. Bu dövrdə kəlamçıların mübarizə apardığı əsas fəlsəfi
cərayanlar materealizm, pozivitizm və qismən də darvinizm olmuşdur. Şübhəsiz ki,
bu dövrün ən çox müzakirə olunan məsələlərindən biri də nübüvvət olmuşdur.
Çünki, son əsrlərdə hakim olan modern düşüncənin əsas hədəfi Tanrı inancı deyil,
yer üzünə ilahi bir müdaxilənin edilməsi, yəni vəhylə gələn əmr və qadağalardır.
Bu dövrün kəlamçılarında gördüyümüz fərqliliklərin ən önəmlisi yalnız iman
əsasları və inanc məsələləri ilə kifayətlənməyib dinin fərdi və ictimai əsaslarından da
bəhs edərək modern insanın başa düşəcəyi bir tərzdə izah edillib açıqlanmasıdır.
Modern elm və fəlsəfə nəzəriyyələrindən gələn Allahın varlığı, nübüvvət və vəhy
haqqında tənqidi fikirlər heç bir fərq qoymadan bütün dinləri hədələməkdə idi. Xüsusi
olaraq İslama yönələn tənqidlər ümumilikdə həz. Peyğəmbərin şəxsiyyəti, gətirdiyi
həyat tərzi, qurduğu sistem və müəssisələrlə bağlıdır. Ona görə də dövrün alimləri
İslama hansı mövzuda tənqid gəlirsə gəlsin, o məsələlərlə məşğul olub əsərlər yazmağı
özlərinin vəzifəsi bilmişlər. Məsələn, Şibli kəlamın siyərlə əlaqəsini qurmaq
istəmişdir. O, dinin sadəcə Allaha imandan ibarət olmadığını, nübüvvətin də onun bir
hissəsi olduğunu, vəhyi qəbul edən Peyğəmbərin həyatı və şəxsiyyəti ilə bağlı ortaya
çıxan problemlərin də kəlam elmi tərəfindən həll edilməli olduğunu bildirmişdir.
18
İslam düşüncə tarixində digər ilahi dinlərə və onların inanclarına əksər hallarda
kəlam kitablarında yer verilmişdir. Ancaq bu, müqayisə şəklində olmayıb, ümu-
milikdə rəddiyə və digər din mənsublarının görüşlərini tənqid etmək məqsədi ilə
edilmişdir.
19
Bəhs etdiyimiz dövrün kəlamçıları isə İslamın inanc və prinsiplərinin
doğruluq və fitrətə uyğunluğunu digər dinlərin bu mövzulardaki fikirləri ilə
müqayisə etmişlər. Müqayisə edilən mövzuların başında İslamın tövhid anlayışı
16
Şibli. İlmi-Kelam. səh. 144-146.
17
M. Sait Özevarlı. Kelamda Yenilik Arayışları. səh. 134.
18
Şibli. Siratun-Nəbi. səh. 7.
19
Matüridi. Kitabut-Tövhid. səh. 210-215; Baqillani. ət-Təmhid. səh. 93-125.
Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü)
71
gəlir. Bu məsələyə digər dinlərdən fərqli olaraq İslamda çox həssaslıqla yanaşıl-
dığının xüsusi şəkildə qeyd olunduğu bildirilmişdir. Yeni dövrün kəlam alimləri
bütün ilahi dinlərin tövhid inancına əsaslandığını, ancaq müxtəlif sosial və tarixi
səbəblərlə öncəki dinlərdə bu inancın zədələndiyi fikrini müdafiə etmişdirlər.
İslamın bu çərçivədə digər dinlərdən fərqli bir nöqtəsi də Allahla qul arasında heç
bir vasitə qəbul etməyib birbaşa Allaha müraciəti əmr etməsidir. Bu dövr kəlam
alimlərinin vurğuladığı vəhyin ağla və elmə uyğunluğu məsələsi də digər din və
mədəniyyətlərlə müqayisə olunan məsələlərdən olmuşdur. Bir çox dində nübüvvət
bəşəri xüsusiyyətlərdən uzaqlaşdırılaraq uluhiyyətin bir hissəsi olaraq göstərildiyi
halda, İslamda peyğəmbərlərin heç birinin bəşərilik sərhədlərini keçmədiyi açıq və
dəqiq bir şəkildə bəyan edilmişdir.
20
Hinduizmdə və xristianlar arasında yayılmış
əzab, guşənişinlik və rahiblik anlayışı qarşısında İslamdakı din-dünya tarazlığı,
21
yenə də hinduizmdəki ayrıseçkilik məsələsinə qarşı İslamdakı bütün insanların
bərabər olması məsələsi ön plana çıxan məsələlərdir.
22
Yaxın dövr əsərlərində ixtilaflar aza endirilib daha əhəmiyyətli və aktual məsə-
lələrə önəm verilmişdir. Bu dövrün digər yeniliyi məzhəb təəssübkeşliyinin zəiflə-
məsi və tənqid zehniyyətinin inkişafıdır. Fiqhdəki ictihad hərəkatına paralel olaraq,
kəlamda da tənqid anlayışı yerləşdirilərək yeni fikirlərə zəmin hazırlanmışdır. Başqa
bir yenilik isə kəlamda yeni mövzulara yer verilməsidir. Bir düşüncəyə görə İslama
hansı yöndən tənqid gəlirsə, onunla məşğul olmaq kəlamın və kəlamçıların vəzifəsi
hesab edilməlidir. Məsələn insan haqları, qadının sosial mövqeyi, ibadətlərin lüzum
və qayəsi və s. Kəlam elminin uluhiyyət, axirət, nübüvvət kimi əsas mövzuları tərk
edilməsə də, bəzi mövzuların vurğulanması və dəlilləri istifadə barəsində fərqli
metodlara müraciət edilmişdir.
Bu dövrü ümumi olaraq dəyərləndirsək, qeyd edə bilərik ki, yaxın dövr kəlam-
çılarının sistematik bir metodu olmamış, bəzilərinin irəli sürdüyü kimi tək istiqamət
(sələfi, modernist, rasionalist) izləməmişlər. Kəlam elmini dayandığı təməllərə,
vəhylə gələn xəbərlərin başa düşülməsi xidmətinə bir xələl gətirmədən yeniləmə,
kökləri və keçmişi ilə olan əlaqələrini kəsmədən dövr ilə əlaqələndirmə səyləri zəru-
ridir. Ancaq bu yanaşma olmayan problemləri yaratmaq, bizimlə əlaqəsi olmayan
problemləri özümüzə problem etmək şəklində başa düşülməməlidir.
20
Şibli. e.ə., səh. 118-119.
21
Şibli. e.ə., səh. 123-124.
22
Şibli, e.ə., səh. 140-144.
Adilə Tahirova
72
Dostları ilə paylaş: |