İSTİFADӘ OLUNMUŞ ӘDӘBİYYAT
Muhammed Abduh b. Hasan Hayrullah Abduh. Tevhid risalesi / tərc. Sabri
Hizmetli, Ankara: Fecr Yayınevi, 1986.
Әbdüh, Risalətut-tövhid, Qahirə 1353.
Baqillani. ət-Təmhid. Qahirə 1947.
əl-Matüridi. Kitabut-Tövhid. Ankara: İSAM Yayınları, 2005.
Gölcük Ş. Topraq S., Kelam (Tarih Ekoller Problemler). Konya: Tekin kitabevi,
2001.
İzmirli İsmail Hakkı. Yeni İlmi-Kelam. İstanbul: 1341.
İzmirli. Muhassalül-kelam vel-hikme. İstanbul, 1336.
Kılavuz A. S. Anahatlarıyla İslam akaidi ve kelama giriş. İstanbul: Ensar
neşriyyatı, 1987.
Osmanlıdan Cumhuriyete İslam düşüncesinde arayışlar / Sadeleştirenler:
Abdurrahman Dodurgalı, Adil Bebek, Ahmet Yücel, Ferhat Koca, İlyas Çelebi,
Mehmet Erdoğan, İstanbul: Rağbet yayınları, 1999.
Özervarlı M.S. Kelamda Yenilik Arayışları (XIX. yüzyıl sonu-XX. yüzyıl başı).
İstanbul, 1998.
Rüştü Erkul T. Yeni Kelam Dersleri. Ankara, 1967.
Şibli. əl-Kəlam. Karaçi 1929.
Şibli. Siratun-Nəbi. Lahor 1979.
Topaloğlu B. Kelam ilmi (Giriş). İstanbul: 1996.
Abdüllatif Harputi. Tenkihül-kelam fi akaidi ehlil-İslâm/ Dersaâdet: Necm-i
İstikbal Matbaası, 1330.
Filibeli Şehbenderzade Ahmed Hilmi, Allah'ı inkar mümkün müdür /
sadələşdirən: Necip Taylan, Eyüp Onart, İstanbul: Çığır Yayınları, 1977.
Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü)
73
XÜLASӘ
Məqalə kəlam elmində yeni elmi-kəlam dövü kimi tanınan yenilənmə
hərəkatından bəhs edir. XIX-XX əsrlərdə qərbdəki materializm, freydizm, darvinizm
kimi axımların və elmi nailiyyətlərin İslam dünyasında əks-səda oyandırması
nəticəsində klassik dövrdə yazılmış əsərlərin yetərsiz olduğunu, günümüz problem-
lərini əhatə etmədiyini irəli sürən bu axım İslam elmlərinin bir çoxunda yenilənməyə
olan ehtiyac dilə gətirilmişdir. Yeni metod və məsələlərin tədqiqinə önəm verən, hər
dövrdə aktual məsələlərin vurğulanmasının zəruriliyini müdafiə edən bu axımın bir
çox ölkədə nümayəndələri olmuşdur. Məqalədə bu dövrdə kəlam sahəsində yazılmış
əsərlərin məzmun xüsusiyyətlərinə və önəmli nümayəndələrinin fikirlərinə yer
verilir. Çünki kəlam elminin iki önəmli vəzifəsi vardır: birincisi İslam əqidə
əsaslarını düzgün formada insanlara izah etmək, ikincisi İslam əqidəsini şübhə və
etirazlardan qorumaq.
RESUME
The article is dedicated to the renovation process in Muslim theology that
known as a new ilmi kalam. In the second half of the 19th and at the beginning of
the 20th centuries the intellectual trends that appeared in the West began to spread in
Muslim world. With the influences of these trends, the expectations of renovation
emerged in the field of Kalam (Islamic Theology). The representatives of new
Islamic theology argued that traditional kalam could not respond to the challenges of
scientific materialism, and therefore there was a need to a new ilmi kalam whose
methods and presuppositions must conform to contemporary needs. In this period,
the intellectual trends that arose in the West such as Materialism, Positivism,
Darwinism and Atheism included thoughts incongruous with Islamic basic beliefs.
For Islamic theology has two functions: firstly, explaining Islamic belief correctly to
the people; and secondly, protecting Islamic belief from the assault of doubts.
Adilə Tahirova
74
РЕЗЮМЕ
В связи с процессами застоя, стагнации мусульманские общества все чаще
задавались вопросом о том, каким образом это произошло, в чем причины
кризиса мусульманского мира? С этого момента (XIX-XX вв.) в различных
регионах мусульманского мира появилось модернистское или реформаторское
направление мысли. Как известно, модернизм это способ и форма
приспособления религии и теологии к новым условиям их существования с
целью преодоления кризиса ввиду возникших вопросов и новых течений с
атеистическим мировоззрением таких как материализм, дарвинизм, фрейдизм
и т.п. Новые мыслители пытались найти ответы актуальным проблемам и
новые методы адаптации к новым условиям. Как известно мусульманская
теология имеет две функции: первое объяснить исламскую веру правильным
образом, второе беречь исламскую веру от сомнений.
Çapa tövsiyə etdi: i.f.d. A.M.Şirinov
Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti
75
AZӘRBAYCANDA DİNİ ETİQAD AZADLIĞI:
QANUNVERİCİLİYİN SOSİAL-FӘLSӘFİ MAHİYYӘTİ
Sakit Yəhya oğlu Hüseynov
AMEA Fəlsəfə və Hüquq İnstitutunun
“Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri”
şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru
Açar sözlər: dini etiqad, vicdan azadlığı, insan hüquqları, qanunvericilik,
hüquqi aspektlər.
Ключевые слова: вероисповедание, свобода совести, права человека,
законодательство, правовые аспекты.
Keywords: religion, freedom of conscience, human rights, law, legal aspects.
Dini etiqad azadlığının əsas sosial-hüquqi mahiyyəti “Dini etiqad azadlığı haq-
qında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuşdur. Bu qanunun birinci
maddəsində göstərilir ki, “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir,
hər hansı dinə təkbaşına və ya başqaları ilə etiqad etmək, dinə münasibəti ilə əlaqə-
dar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Hər bir şəxsin dinə müna-
sibətinin müəyyənləşdirməsində, dinə etiqadında, ibadətlərdə, dini ayin və mərasim-
lərin icrasında iştirak etməsində, dini öyrənməsi yolunda hər hansı maneçiliyə yol
verilmir. Dini etiqadların, dini həyat tərzinin və zor işlədilməklə və ya insanlar ara-
sında nifaq salmaq məqsədi ilə təbliği, dini etiqada məcbur etmək qadağandır”
(1. 571).
Buradan göründüyü kimi mövcud qanuna görə respublikamızda hər bir kəs dinə
münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. Eyni
zamanda dini etiqadların, dini ibadətlərin zor işlətməklə və ya insanlar arasında
nifaq salmaqla təbliğ edilməsi qanunla qadağandır. Qeyd edək ki, mövcud qanunun
1-ci maddəsində dini təhlükəsizliyin təmin edilməsi baxımından əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın qadağan edilməsi təsbit
olunmuşdur.
Sakit Yəhya oğlu Hüseynov
76
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun əsas
vəzifələri 3-cü maddədə aydın şəkildə göstərilmişdir. Belə ki, bu qanun: cəmiyyətdə
sosial ədaləti, bərabərliyi, vətəndaşların dinə münasibətindən asılı olmayaraq onların
hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir, dini qurumlarla
münasibətdə dövlətin vəzifələrini müəyyənləşdirir, adamların dünyagörüşündən və
dini əqidəsindən asılı olmayaraq milli əxlaqın və humanizmin təzahürü, vətən-
daşların əmin-amanlığı və əməkdaşlığı üçün əlverişli şəraiti himayə edir, dini
qurumların fəaliyyəti ilə əlaqədar münasibətləri nizama salır.
Qanunun növbəti (4-cü maddə) maddəsində göstərilir ki, ölkə vətəndaşlarının
dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın
bütün sahələrində bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Dövlət və dini
qurumların hüquqi münasibətlərindən bəhs edən qanunun 5-ci maddəsində aydın
şəkildə göstərilir ki, Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən
ayrıdır. Bunu nəzərə alaraq “dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini
dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır”. Lakin buna baxmayaraq
dini qurumlar Azərbaycan Respublikasının mövcud qanunlarına əməl edir və
məsuliyyət daşıyırlar. Qanuna görə dini qurumlar siyasi partiyaların fəaliyyətində
iştirak etmir və onlara maliyyə yardımı göstərmir. Digər tərəfdən din xadimləri
dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə onların din xadimi
kimi fəaliyyəti həmin müddətdə dayandırılır.
Qanunda göstərilir ki, bütün dinlər və dini qurumlar qanun qarşısında
bərabərdir. Bir din və dini qurum üçün digərinə nisbətən hər hansı üstünlük və ya
məhdudlaşdırmalar müəyyən edilməsinə yol verilmir. Mövcud qanunda irəli sürülən
hüquqi müddəalar bir daha Azərbaycan Respublikasının sivil, dünyəvi, demokratik,
milli və dini cəhətdən tolerant bir ölkə olduğunu göstərir.
Dinin təhsil qurumları ilə hüquqi münasibətlərinə gəldikdə, qeyd etmək
lazımdır ki, qanunvericilikdə bu məsələlər də öz hüquqi ifadəsini tapmışdır. Burada
(maddə 6) dövlət təhsil sisteminin dindən ayrı olduğu göstərilir, eyni zamanda
dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə
tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər, həmçinin
vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyatı
öyrənə və dini təhsil ala bilərlər.
Dini etiqad azadlığı haqqında mövcud qanunvericiliyin II fəsli dini qurumlar,
dini icmalar, dini mərkəzlər və idarələr, dini tədris müəssisələrinin hüquqi təsni-
fatının şərh edilməsi və dini qurumların əsas funksiyalarının izah edilməsini əhatə
Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti
77
edir. Qeyd etmək lazımdır ki, rəsmi şəkildə Әdliyyə Nazirliyində qeydiyyatdan
keçmiş müxtəlif dini qurumlar, dini icmalar, dini birliklər, dini tədris müəssisələri və
s. bu qanunla və özlərinin təsdiq edilmiş nizamnamələrinə (əsasnamələrinə) müvafiq
olaraq fəaliyyət göstərirlər. Hər bir dini qurumun nizamnaməsi (əsasnaməsi) dindar
şəxslərin ümumi yığıncağında və ya dini qurultay və konfranslarda qəbul olunur.
Hüquqi prinsiplərə görə yaradılması nəzərdə tutulan dini qurumların nizamna-
məsində (əsasnaməsində) aşağıdakıların göstərilməsi tələb olunur:
– dini qurumun növü, dini məsuliyyəti və yeri;
– dini qurumun əsas fəaliyyət istiqamətləri;
– dini qurumun əmlak vəziyyəti;
– yaradılmış yeni dini qurumun müəssisələr, kütləvi informasiya vasitələri,
digər dini qurumlar, tədris müəssisələri təsis etmək hüquqları (maddə 11).
Qanunvericiliyin “Dini qurumların dövlət qeydiyyatına alınması” adlanan
maddəsində (maddə 12) dini icma və s. dini ictimai birliklərin dövlət qeydiyyatına
alınması şərh edilmişdir. Burada göstərilir ki, dini birliklərin dövlət qeydiyyatına
alınması üçün dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (yəni – Dini Qurum-
larla İş üzrə Dövlət Komitəsinə) təsis sənədi və nizamnamə (əsasnamə) təqdim
edilir. Bundan sonra dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı 15 gün ərzində
həmin sənədləri öz rəyi ilə birlikdə hüquqi şəxslərin dövlət qeydiyyatı orqanına
göndərir. Ümumiyyətlə, dini qurumların dövlət qeydiyyatına alınması, yaxud dövlət
qeydiyyatından imtina edilməsi, eyni zamanda mübahisəli məsələlərin həlli və
məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının müvafiq qanunve-
riciliyinə uyğun həyata keçirilir.
Qanunun III fəslinə əsasən dini qurumların əmlak vəziyyəti ilə bağlı hüquqi
məsələlər təsbit olunmuşdur. Bu fəsildə dövlətin, ictimai təşkilatların və ya
vətəndaşların mülkiyyəti olan əmlakdan istifadə (maddə 16), tarix və mədəniyyət
abidələri olan əmlakın istifadəyə verilməsi (maddə 17), dini qurumların istehsal və
təsərrüfat fəaliyyəti (maddə 19), fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı
barəsində hüquqi vəziyyət və s. məsələlər öz hüquqi şərhini tapmışdır.
Mövcud qanunun 4-cü fəslində dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və
dini qurumların hüquqları, dini ayinlərin və mərasimlərin keçirilməsinin hüquqi
tərəfləri (maddə 21), dini ədəbiyyat və dini təyinatlı əşyaların istifadəsi, istehsalı,
idxalı və yayılmasının hüquqi əsasları (maddə 22), dini qurumların xeyriyyə və
mədəni-maarif fəaliyyəti (maddə 23), dindarların və dini qurumların beynəlxalq
əlaqələri (maddə 24) və s. məsələlər təsbit olunmuşdur.
Sakit Yəhya oğlu Hüseynov
78
Qanunun 4-cü fəslində sovet rejimindən yenicə qurtulmuş və öz müstəqilliyini
elan etmiş Azərbaycan Respublikasının dindar vətəndaşları üçün dini etiqad azadlığı
ilə bağlı bir çox əməli məsələlər öz hüquqi ifadəsini tapmışdır. Məsələn, sovet
dövründə dini ibadət və ayinləri qeyri-leqal şəkildə həyata keçirən bəzi hərbi
qulluqçular, dövlət məmurları və s. sosial qruplar mövcud qanunun qəbul edilmə-
sindən sonra bu sahədə müəyyən hüquqi azadlıqlar əldə etdilər. Bununla bağlı
qanunun 21-ci maddəsində hərbiçilərin ibadət etmələri ilə əlaqədar göstərilirdi ki:
“Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) hərbi qulluqçuların
boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələrinə mane ola
bilməz. Әsgəri bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol
verilir”(1. 578).
Ordudan başqa digər dövlət idarələrində də leqal şəkildə dini ibadətin həyata
keçirilməsinə icazə verilməsi bu qanunda təsbit olunmuşdur. Belə ki, qanunda
göstərilmişdir ki: “Xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində,
yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər orada olan şəxslərin
xahişi ilə keçirilir. Həmin idarələrin müdiriyyəti ruhanilərin dəvət olunmasına
yardım göstərir, ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və başqa
şərtlərin müəyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq ibadətlər, dini
ayinlər və mərasimlər, yığıncaq, mitinq, nümayiş və yürüşlərin keçirilməsi üçün
müəyyən edilmiş qaydada icra olunur”(1. 578).
Yuxarıda göstərildiyi kimi qanunda mühüm əhəmiyyət kəsb edən məsələlərdən
biri də dini ədəbiyyat və dini təyinatlı əşyaların istifadəsi, istehsalı, idxalı və
yayılması məsələsidir. Bu məsələ ilə bağlı qanunun 22-ci maddəsində qeyd
olunmuşdur ki: “Dini qurumlar dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat
materiallarını istehsal, idxal edə və sərbəst yaya bilər” (1. 578).
Qanunun 5-ci fəslində dini icma və dini qurumlarda əmək fəaliyyətinin hüquqi
və sosial aspektləri əhatə olunmuşdur. Hər şeydən əvvəl qanunun bu fəslində dini
qurumlarda əmək-hüquq münasibətləri (maddə 25), dini qurumlarda işləyən
vətəndaşların əmək hüququ, onların sosial təminatı və sosial sığortası (maddə 26,
27) təsbit olunmuşdur. Mövcud qanunun 6-cı fəslində isə dövlət orqanları ilə dini
qurumlar arasında sosial-hüquqi münasibətlər təsbit olunmuşdur. Bu bölmədə dini
işlər üzrə müvafiq icra hakimiyyəti orqanının (qeyd edək ki, mövcud qanun qəbul
ediləndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmamışdı və bu qurumu
digər müvafiq icra orqanları əvəz edirdi) əsas funksiyası, fəaliyyət istiqamətləri
Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti
79
müəyyən qədər şərh edilmiş, dini etiqad azadlığı haqqında qanunvericilik üzərində
nəzarətin həyata keçirilməsinin hüquqi aspektləri öz ifadəsini tapmışdır.
Mövcud qanunun şərhi və sosioloji müşahidələr göstərir ki, qanun qəbul olu-
nandan (1992) indiyə kimi Azərbaycan cəmiyyətində bütün sahələrdə irəliyə doğru
böyük inkişaf baş verməsinə baxmayaraq dini məsələlər, dini etiqad azadlığının bəzi
hüquqi tərəfləri, xüsusən dini etiqad azadlığı və dini təhlükəsizliyin qarşılıqlı
münasibətləri ilə bağlı əvvəlki qanunda bəzi hüquqi boşluqlar vardır. Məhz qanunda
olan bu boşluqların doldurulması üçün vaxtaşırı olaraq dini etiqad azadlığı ilə bağlı
qanunvericiliyə əlavə və dəyişikliklər edilmişdir. Mövcud qanunvericilikdə və ona
edilən əlavə və dəyişikliklərdə irəli sürülən hüquqi və sosioloji aspektlərin sosial-
fəlsəfi cəhətdən araşdırılması mövcud yarımbölmənin əsas mahiyyətini təşkil edir.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda siyasi, sosial-iqtisadi, mədəni sa-
hədə inkişaf və yüksəlişə doğru ciddi dəyişiklik baş verdikcə ölkəmizin qanun-
vericilik sistemində də hüquqi cəhətdən bu inkişafla uzlaşan dəyişikliklər də baş
vermişdir.
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının
Qanununa vaxtaşırı olaraq müxtəlif illərdə bir çox yeni əlavə və dəyişikliklər
edilmişdir. Bu qanuna edilən əlavə və dəyişikliklər, həm hüquqi, həm də müxtəlif
sosioloji aspektləri əhatə etmişdir. Məsələn, Milli Məclisin 8 may 2009-cu il tarixli
qərarına görə qanunun 8-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə
olunmuşdur: “İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq
icra hakimiyyəti orqanına məlumat verməklə Qafqaz Müsəlmanları İdarəsi tərə-
findən təyin edilir” (2. 1571).
Azərbaycan Respublikası Milli Məclisinin həmin qərarına əsasən qanunun 21-ci
maddəsinə “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan
Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən
həyata keçirilə bilər” məzmununda üçüncü hissənin əlavə edilməsi nəzərdə tutul-
muşdur.
Sosioloji müşahidələrə görə burada göstərilən əlavələrin edilməsi ondan irəli
gəlmişdir ki, 90-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və hərc-mərclik
nəticəsində istər dini ibadət yerlərinə rəhbərlik edilməsi, istərsə də dini ayin və
mərasimlərin həyata keçirilməsində müəyyən çatışmazlıqlar yaranmışdır. Məhz
mövcud qanuna vaxtaşırı edilən əlavələr qanunda olan bəzi hüquqi boşluqların
aradan qaldırılmasına xidmət edirdi.
Sakit Yəhya oğlu Hüseynov
80
Bundan başqa 6-cı maddənin dördüncü hissəsinin aşağıdakı redaksiyada veril-
məsi nəzərdə tutulmuşdur: “Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə)
uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini
təhsili üçün tədris müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə
prosesini həyata keçirə bilərlər” (3. 1080).
Qanunda olan bu boşluqlardan biri də burada dini qurumların dövlət qeydiy-
yatına alınması (maddə 12) təsbit olunduğu halda, “Dini qurumların ləğv edil-
məsi”nin bu qanunda öz əksini tapmaması idi. Bunu nəzərə alaraq “Dini qurumların
ləğv edilməsi” adlanan 12-ci maddədən sonra 12-1-ci maddə ilə qanuna əlavə
olunmuşdur. Bu maddəyə görə dini qurumların ləğv edilməsi aşağıdakı halda ləğv
edilə bilər:
1) təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna vəkil edilmiş orqanın qərarı ilə;
2) müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə.
Bu qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum
məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər:
1) dini qurum tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, bu qanu-
nun və digər qanunların pozulması, yaxud həmin qurumun yaranma məqsədlərinə
zidd olan fəaliyyətin həyata keçirilməsi;
2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq ediləcəyi ilə hədələməklə,
habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədilə təbliğ
edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini
alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması
və təbliğ edilməsi;
3) ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulması;
4) terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı
cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi;
5) dünyəvi təhsil alınmasına mane olma;
6) dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz
əmlaklarından imtina edilməsinə təhrik və məcbur etmə;
7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan
çıxmasına mane olma;
8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və
digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə;
Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti
81
9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya
sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti
orqanına təqdim edilməsi tələbinə təkrarən əməl olunmaması(3.1081-1082).
Yuxarıda qeyd olunan əlavə və dəyişikliklər dini qurum, dini icma və dini
birliklərin ləğv edilməsi hallarının sosial-hüquqi şərtlərini göstərir. Dini qurumların
ləğv edilməsi hallarının mövcud qanuna əlavə edilməsi son illərdə dini
təhlükəsizliyə olan təhdidlər, dini radikalizm meyllərinin artması, beynəlxalq
terrorçuluğun dindən istifadə etməsi, bəzi qüvvələrin dini etiqad azadlığından sui-
istifadə edərək qanunçuluğu pozmaq zərurətindən irəli gəlmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni
inkişafı, ölkəmizin Avropaya inteqrasiyası, Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunun artması, dövlətimizin yeni-yeni beynəlxalq konvensiyalara qoşulması
başqa sahələrdə olduğu kimi dini etiqad azadlığı, milli-mənəvi dəyərlər sahəsində də
qanunvericiliyin müasir tələblərə uyğun şəkildə dəyişdirilməsini zəruri etmişdir.
Qeyd edək ki, dini etiqad azadlığı ilə bağlı milli qanunvericilik bu sahədə
fəaliyyət göstərən Beynəlxalq Konvensiyalara tamamilə uyğun gəlir. Bu baxımdan
respublikamızın mütəxəssis alimlərinin fikirləri də diqqəti cəlb edir: “Din və etiqad
azadlığı hüququ Avropada Təhlükəsizlik və Әməkdaşlıq təşkilatının müvafiq
sənədlərində də bənzər şəkildə öz əksini tapmış və üzv dövlətlər bu hüquqa hörmətlə
yanaşacaqlarına dair öhdəliklər götürülmüşdür. Avropa Konvensiyasının 9-cu
maddəsi, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsi din
və etiqad azadlığını fundamental insan hüququ olaraq açıq şəkildə təminat altına
almışdır” (4. 12).
Qeyd etmək lazımdır ki, Azərbaycan respublikasının Konstitusiyasının 18-ci
maddəsində din və dövlətin hüquqi münasibətləri və dini etiqadların qanun
qarşısında bərabər olması təsbit olunmuşdur. Bununla bağlı Konstitusiyasının
yuxarıda göstərilən maddəsində qeyd olunmuşdur ki: “Azərbaycan Respublikasında
din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir” (5. 9).
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 20 avqust
1992-ci il tarixində qəbul edilmişdir. Qanun qəbul edildikdən sonra indiyə kimi
ölkəmizin sosial-iqtisadi və mədəni inkişaf istiqamətlərinə uyğun olaraq bu qanuna
müxtəlif illərdə bir çox əlavələr və dəyişikliklər edilmişdir. Müxtəlif illərdə mövcud
qanuna əlavə və dəyişikliklərin edilməsi onun həm hüquqi, həm də sosial-fəlsəfi
aspektlərinin araşdırılmasını zəruri etmişdir. “Dini etiqad azadlığı haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər əsasən, 7 iyun 1996-cı
Sakit Yəhya oğlu Hüseynov
82
il tarixli (117-IQD saylı), 5 noyabr 1996-cı il tarixli (188-IQD sayli), 27 dekabr
1996-cı il tarixli, 10 oktyabr 1997-ci il tarixli (380-IQD saylı), 8 may 2009-cu il
tarixli (812-IIIQD saylı), 30 iyun 2009-cu il tarixli (841-IIIQD saylı), 10 iyun 2011-
ci il tarixli və s. vaxtlarda prezident sərəncamları ilə təsdiq edilmişdir.
Göstərilən zərurətdən irəli gələn səbəblərə görə AR Milli Məclisinin 10 iyun
2011-ci il tarixli iclasında “Dini etiqad azadlığı haqqında” qanuna bəzi dəyişikliklər
edilmişdir. Bu dəyişikliklərdən ən mühümü “Peşəkar dini fəaliyyət və din xadimi”
adlı yeni maddənin mövcud qanuna əlavə edilməsidir. Qanuna əlavə edilən bu
maddə iki hissədən ibarətdir. Bu maddənin birinci hissəsi – “peşəkar dini fəaliyyət”,
ikinci hissəsi isə “din xadimi” – anlayışlarını ifadə edir. Burada “peşəkar dini
fəaliyyət” dedikdə – dini mərasimlərin tələb olunan səviyyədə keçirilməsi, dini
tərbiyə, dini təhsil, dinlərin yayılması, dini ayinlərin icrası, moizə və xütbələrin
oxunması, “Quran”ın düzgün təfsir olunması və s. başa düşülür. “Din xadimi”
dedikdə isə ali və orta səviyyəli dini təhsilə malik olan, peşəkar dini fəaliyyətlə
məşğul olan, xalq arasında öz dini savadı ilə fərqlənən din xadimi başa düşülür.
Qeyd edək ki, qanun qəbul olunan vaxtlarda (1992) Azərbaycan cəmiyyətində
peşəkar din xadimi anlayışı yox idi. Fikrimizcə, görünür bu səbəbdən 1992-ci ildə
mövcud qanun qəbul edilən zaman bu qanuna “dini fəaliyyət və peşəkar din xadimi”
ilə bağlı ayrıca maddə daxil edilməmişdir. Lakin müstəqil respublikamızın indiki
dövründə ümumi dünyagörüşünə görə müasir tələblərə cavab verən, hərtərəfli dini
savada malik olan, dinşünaslıq və ilahiyyat ixtisası sahəsində yaxşı mütəxəssislərin
fəaliyyətinə mühüm sosial ehtiyac vardır. Məhz bu sosial ehtiyac “peşəkar din
xadimi” anlayışının mövcud qanunvericilikdə hüquqi cəhətdən təsbit olunmasını
zəruri etmişdir.
Göstərmək lazımdır ki, məlum (ideoloji) səbəblərə görə sovet dönəmində
Azərbaycanda ali dini təhsil almaq mümkün deyildi. Çünki keçmiş SSRİ-də islam
dini üzrə ali dini təhsil təkcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində mövcud idi.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin indiki başçısı şeyxülislam Hacı
Allahşükür Paşazadə, vaxtilə həmin Daşkənd universitetində ali dini təhsil almışdır.
Yuxarıda göstərilən səbəblərə görə, o vaxtlar peşəkar din xadimlərinin hazırlanması
qeyri-mümkün olsa da, o dövrdə leqal və ya qeyri-leqal şəkildə Azərbaycanda
mollalıqla məşğul olanlar var idi. Həmin mollalıqla məşğul olanların bəziləri öz
dindar valideynlərindən, bəziləri də yaşlı molla yanında qeyri-leqal şəkildə müəyyən
dini dərs alaraq Quran oxumaq, yas mərasimlərini idarə etmək, kəbin kəsmək,
məhərrəmlik mərasimi dövründə məscidlərdə fəaliyyət göstərmək və s. şəriət işlərini
Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti
83
yerinə yetirməklə məşğul idilər. Әlbəttə, bu mollaların əksəriyyəti dini savadı az
olan, dini ayin və mərasimləri öz bildikləri kimi şərh edən, təbiət hadisələrini elmi
cəhətdən izah edə bilməyən, mövhumat və xurafata çox meylli insanlar idi. Məhz
buna görə də dini mərasimlərdə iştirak edən və islam dininin əsl mahiyyətini
anlamağa çalışan bir çox insanlar, xüsusən gənclər həyatda baş verən bəzi sosial-
təbii hadisələrin elmi səbəblərini dərk etmək üçün dinlə bağlı kifayət qədər müəyyən
suallara qaneedici cavablar ala bilmirdilər.
Gənclərimizin dini mərasimlərdə, o vaxtkı mollalardan kifayət qədər dini
bilgilər ala bilməməsinin əsas səbəblərindən biri əvvəla, həmin mollaların
əksəriyyətinin savad dərəcəsinin aşağı olması idi. İkincisi isə, həmin dövrdə bəzi
mollaların peşə yönümü və sosial vəziyyəti də insanları qıcıqlandırırdı. Məsələn,
vaxtilə sürücü, satıcı işləmiş, hətta həbsxanalarda yatıb-çıxmış adamların, sonradan
molla kimi dini mərasimləri idarə etməsi və dini əxlaqdan danışmasını insanlar
həzm edə bilmirdilər. Məhz bu kimi hallar o vaxtkı mollalara qarşı insanlarda mənfi
münasibətin formalaşmasına səbəb olurdu və həmin mollalar cəmiyyətdə peşəkar
din xadimi statusuna yiyələnə bilmirdilər.
Lakin bununla yanaşı sovet dönəmində də, tək-tək də olsa, dinşünaslıq və
ilahiyyatı yaxşı bilən, öz savadı, davranışı və əxlaqı ilə xalq arasında xüsusi hörmətə
malik olan din xadimləri olmuşdur. Məsələn, o vaxtlar cənub bölgəsində xalq
arasında böyük nüfuza malik olan Mir Məhəmməd ağa, Mir Sultan ağa, Şeyx
Məhəmməd, Mir Səfər ağa və s. kimi din xadimləri nəinki, Cəlilabad və
Biləsuvarda, hətta bütün bölgədə tanınırdı. Bu cür din xadimlərini tanıyan insanlar
indi də onları hörmət və ehtiramla xatırlayırlar. Fikrimizcə, vaxtilə xalq arasında
hörmət və nüfuz sahibi olmuş bu cür din xadimlərinin həyat və fəaliyyətlərinin
işıqlandırılması, indiki gənclərimizdə milli-mənəvi və dini dəyərlərimizin
formalaşdırılmasına müəyyən fayda verə bilər.
Ümumiyyətlə, dini etiqad azadlığı cəmiyyətdə təkcə, hüquqi məsələ deyil, bu
həm də insanların ictimai şüuru ilə bağlıdır. Buna görə də cəmiyyətimiz inkişaf
etdikcə dini etiqad azadlığı ilə bağlı olan mövcud qanunvericilik sahəsində yeni-yeni
əlavə və dəyişikliklərin baş verməsini zəruri hesab edirik.
Hazırki şəraitdə dini etiqad və vicdan azadlığının ölkəmizdəki durumunu şərh
edən prezident İ.Әliyev bu azadlıqların ölkə qanunvericiliyinə və beynəlxalq hüquqi
sənədlərin tələblərinə uyğun olaraq təmin edilməsindən bəhs edərək demişdir: “Bu
gün ölkəmizdə dini etiqad və vicdan azadlığının Azərbaycan Respublikasının
Konstitusiyasına, eyni zamanda, beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğun
Sakit Yəhya oğlu Hüseynov
84
olaraq təmin edilməsi üçün zəruri hüquqi-siyasi şərait yaradılmışdır. Azərbaycanda
dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əməkdaşlıq şəraitində fəaliyyət
göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları və təriqətlər dini inanclarını azad
və sərbəst şəkildə icra edirlər. Son illər tarixi mədəniyyət abidələrinin, məsçid və
ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən
regionda ən böyük sinaqoqun inşası, vaxtilə bolşeviklər tərəfindən dağıdılmış rus
provoslav kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq, dindarların
istifadəsinə verilməsi-bütün bunlar Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-
mənəvi durumun göstəriciləridir.” (8. 5)
Dostları ilə paylaş: |