İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ


İSTİFADӘ OLUNMUŞ ӘDӘBİYYAT



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

 

İSTİFADӘ OLUNMUŞ ӘDӘBİYYAT 

 

1.  Azərbaycan  Respublikasının  Qanunlar  Külliyatı,1991-1993.  I  kitab,  B., 

“Qanun”, 1997, s.571 (844s.) 

2. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu №7 (145) 31 iyul 2009. 

s.1571 

3. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu №5 (143) 31 may 2009. 



s. 1080 

4.  Din  və  etiqad  azadlığı.  Beynəlxalq,  regional  və  milli  hüquqi  sənədlərdə. 

Bakı,Elm və Təhsil.2012.(s.475) səh.12. 

5.  Azərbaycan  Respublikasının  Konstitusiyası.  Bakı.  -  Qanun.  2009.  (səh.68) 

s.9. 

6.  Heydər  Әliyev  və  Azərbaycanda  din  siyasəti:  gerçəkliklər  və  perspektivlər. 



Bakı, “Әbilov, Zeynalov və oğulları” NPE, 2007, s. 

 

 



 

Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti 

85 


 

XÜLASӘ 

 

AZӘRBAYCANDA DİNİ ETİQAD AZADLIĞI: 

QANUNVERİCİLİYİN SOSİAL-FӘLSӘFİ MAHİYYӘTİ 

 

Sakit Hüseynov 

 

Məqalədə  20  avqust  1992-ci  il  tarixində  qəbul  edilmiş  “Dini  etiqad  azadlığı 

haqqında” Azərbaycan Respublikasının qanununun sosial-fəlsəfi mahiyyəti araşdırıl-

mışdır. 


Məqalədə  mövcud  qanunun  əsas  prinsipləri,  respublikamızda  sosial-iqtisadi, 

siyasi, mədəni-mənəvi sahədə baş verən inkişaf və tərəqqi ilə əlaqədər bu qanunda 

edilən  bəzi  əlavə  və  dəyişikliklərin  şərhi  öz  əksini  tapmışdır.  Сəmiyyətin  sosial-

mədəni  inkişafı  kontekstində  dini  etiqad  azadlığının  nəinki  hüquqi,  həm  də  sosial-

fəlsəfi aspektlərinə diqqət yetirilməsi ilə bağlı bəzi təkliflər irəli sürülmüşdür. 

 

 



РЕЗЮМЕ 

 

СВОБОДА ВЕРОИСПОВЕДАНИЯ В АЗЕРБАЙДЖАНЕ:  

СОЦИАЛЬНО-ФИЛОСОФСКИЙ СУЩНОСТЬ ЗАКОНОДАТЕЛЬСТВА 

 

Сакит Гусейнов 

 

В  статье  рассматриваются  правовые  и  социологические  аспекты  свободы 

религиозной  веры  на  основе  закона  от  20  августа  1992  года  о  «Свободе 

религиозной убежденности». 

В  статье  были  разъяснены  основные  принципы  и  положения  данного 

закона,  растолкованы  некоторые  изменения  в  законах  на  фоне  развития  и 

прогресса  в  политической,  социально-экономической  и  культурно-моральной 

сфере  в  нашей  республике.  Было  предложено  рассмотрение  не  только 

правовых  сторон,  но  и  социологических  аспектов  свободы  религиозной 

убежденности в контексте социо-культурного развития общества. 

 


 Sakit Yəhya oğlu Hüseynov 

86 


 

ABSTRACT 

 

RELIGIOUS FAITH LIBERTY IN AZERBAIJAN:  

SOCIAL SUBSTANCE OF LEGISLATION 

 

Sakit Huseynov 

 

The article considers legal and sociological aspects of the religious faith liberty 

on  the  base  of  the  accepted  law  regarding  “Liberty  of  the  religious  faith”  by  20 

august 1992. 

The article explains the main principles and duties of the law, commented some 

changes  in  law  against  the  background  of  development  and  progress  of  political, 

socio-economic,  and  cultural-moral  spheres  in  our  republic.  It  was  suggested  to 

consider alongside with legal side, the sociological aspects of religious faith liberty 

in the context of socio-cultural development of the society. 

 

 



Bu  iş  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin  İnkişafı 

Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-2014-9(24)-

14/14/5 

 


Ailə tərbiyəsinə yeni baxş 

87 


 

 

AİLӘ TӘRBİYӘSİNӘ YENİ BAXŞ 



 

Dosent Səfurə Bayram qızı Allahverdiyeva 

Vəfa Məsim qızı Çıraqova 

Bakı Dövlət Universiteti 

 

 

Açar sözlər: ailə, valideyn, övlad, cəmiyyət 

Key words: a family, parent, descendant, society 

Ключевые слова: семья, родитель, ребенок, общество 

 

Qədim  Şərqin  belə  bir  atalar  sözü  var:  “Әgər  sənin  planın bir  illikdirsə  –  darı 



səp, on illikdirsə – ağac ək, əgən planların əsrlərə hesablanırsa – insan tərbiyə et”. 

Göründüyü  kimi  cəmiyyətin  inkişafının,  insanların  xoşbəxt  gələcəyinin 

təminatçısı düzgün tərbiyə olunan gənclikdir. Bu günün düzgün tərbiyə olunan gənci 

bizim xoşbəxt gələcəyimiz və xoşbəxt qocalığımızdır. Bu isə bizin onlara verdiyimiz 

tərbiyədən,  həyat  haqqında  nəyi,  nələri  necə  öyrətməyimizdən  asılıdır.  Bu  gün 

cəmiyyətdə  baş  verən  xoşagəlməz  hadisələr,  boşanmaların  sayının  artması, 

yeniyetmələr  arasında  cinayətlərin,  intiharların  çoxalması,  yaşlı  valideynlərin 

qocalar  evinə  atılması,  eləcə  də  uşaqların  atılması  və  s.  hər  kəsi  düşünməyə  vadar 

edir. Bütün bunları doğuran səbəblər nədir? Biz nədə səhv etmişik? Bunları aradan 

qaldırmaq üçün nə etmək lazımdır? 

Uşaq  hüquqları  haqqında  Azərbaycan  Respublikasının  qanununda  deyilir: 

“Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları 

sağlam  böyütməli,  ümumbəşəri  və  milli  dəyərlər  əsasında  tərbiyə  etməli,  müstəqil 

həyata  hazırlamalıdırlar.  Uşağın  qabiliyyətinin  inkişaf  etdirilməsi,  onun  maddi  və 

mənəvi  tələbatlarının  təmin  edilməsi,  hüquq  və  mənafelərinin  mühafizəsi 

valideynlərin  əsas  vəzifələridir”.  Deməli,  hər  bir  valideyn  dünyaya  gətirdiyi 

övladının  qayğısına  qalmalı,  onu  düzgün  tərbiyə  etməlidir.  Yaxşı  tərbiyə  olunan 

övlad baş ucalığı, rahatlıq və xoşbəxt qocalıqdır. Gələcəyimiz olan uşaqların düzgün 

tərbiyəsi günümüzün ən aktual problemlərindən biridir. Ailə uşaqların dünyaya göz 

açdığı  ilk  məkan  və  tərbiyə  məktəbidir,  ilk  müəllimi  və  tərbiyəçisi  isə  onun 

valideynləridir.  Doğrudur,  uşağa  ailə  ilə  bərabər,  onun  yaşadığı  mühit,  yoldaşları, 


 Səfurə Bayram qızı Allahverdiyeva, Vəfa Məsim qızı Çıraqova 

88 


onu əhatə edən insanlar, bütövlükdə cəmiyyət və məktəb güclü təsir edir. Ona görə 

də ailə tərbiyəsi ilə ictimai tərbiyə vəhdətdə götürülməlidir. Belə ki, əgər ictimai və 

ailə  tərbiyəsi  arasında  qarşılıqlı  əlaqə  olmazsa  uşağın  davranışında  normalardan 

kənara çıxmalar baş verə bilər və onun şəxsiyyət strukturunda xətalar yarana bilər. 

Buna  görə  də  tərbiyə  sistemi  hər  bit  cəmiyyətin  xüsusiyyətlərinə  uyğun  sosial, 

iqtisadi və mənəvi həyat tələblərindən asılı olaraq qurulur. Yəni, tərbiyə prosesi hər 

bir  fərdin  şəxsi  fəallığı  və  təbii,  sosial  və  mədəni  mühitin  təsiri  altında  həyata 

keçirilir.  O  cümlədən  valideynlərin  pedaqoqların  xüsusi  təşkil  olunmuş  məqsəd-

yönlü fəaliyyəti, tərbiyəçi ilə tərbiyə edilənin, eləcə də tərbiyə olunanların öz arala-

rındakı təsir də tərbiyə prosesinin səmərəliliyini təmin edən şərtdir. Ailə cəmiyyətin 

əsası, kiçik mikromühitdir. Ailə ər və arvadın qarşılıqlı səyi, qayğısı, məhəbbəti sa-

yəsində yaranır və cəmiyyətin əsasını təşkil edir. Yaxşı və mükəmməl ailə gözəl cə-

miyyət, güclü dövlət deməkdir. Fransız kraliçası A.Sentekzüperi yazırdı ki, dünyada 

ən  qiymətli  sərvət,  daş-qaş  insanın  bir-birinə  olan  səmimi  münasibəti  və  bir-birini 

anlamasıdır.  Bunun üçün  hər  bir  ailə  üzvü,  ailə  başçısı  evdə  sağlam,  təmiz,  həqiqi 

normal psixoloji və mənəvi iqlimin yaradılmasına çalışmalıdır. Belə ki, ailədə yara-

nan əsəbilik, gərginlik, mənəvi psixoloji sıxıntı uşaqları narahat edir, əhvallarını kor-

layır, onların tərbiyəsinə mənfi təsir göstərir, çox zaman bu onların evdən uzaqlaş-

masına, intihara gətirib çıxarır. Uşaqların tərbiyəsində ata ilə ana həmrəy olmalıdır.  

Günəş  bir  damla  suda  əks  olunduğu  kimi,  cəmiyyətin  bütün  ünsürləri  də  ailə 

münasibətlərində  əks  olunur.  Dünyaya  gələn  hər  bir  uşaq  kiçik  yaşlarından  ata-

analarını, digər ailə üzvlərini diqqətli bir şəkildə izləyir, hər şeyi onlardan öyrənir, 

demək  olar  ki,  onları  təqlid  edir.  Bu  mənada  ata-ana  övladlarına  yaxşı  nümunə 

olmalıdır.  Necə  ki,  “Kitabi  Dədə-Qorqud”  dastanında  deyilir:  “Qız  anadan 

görməyincə  öyüd  almaz,  oğul  atadan  görməyincə  süfrə  açmaz”.  Deməli,  övlad 

tərbiyə edən hər bit ata-ana ədəb-ərkanlı, tərbiyəli, mərhəmətli, səxavət və kəramətli 

olmalıdır. Uşağı sevmək, əzizləmək vacibdir, lakin bir şeyi unutmaq olmaz ki, hər 

şey  qədərindən  artıq  olduqda  dərdə-bəlaya  çevrilir.  Bəzən  valideyn  övladını 

həddindən artıq sevir, bu “kor məhəbbətə” çevrilir, övladının nöqsanını görə bilmir, 

bu da tərbiyədə pis nəticəyə gətirib çıxarır. Uşağı sevməklə yanaşı həm də ciddi və 

tələbkar  olmaq,  həyatın  çətinliklərini,  xoşbəxt  yaşamağın  yollarını  onlara  başa 

salmaq  vacibdir.  Bu  gün  informasiya  bolluğunda  uşaqların  tərbiyəsi  nisbətən 

çətinləşir.  Belə  ki,  internetlərdə  və  sosial  şəbəkələrdə  yayılan  xoşagəlməz  xəbərlər 

onların  psixologiyasına  mənfi  təsir  göstərir,  ruhi  sarsıntı  keçirir,  özlərinə  qapanır, 

həyatlarında bir boşluq yaranır. Çox zaman uşaq bu boşluğu doldurmaq üçün kənara 


Ailə tərbiyəsinə yeni baxş 

89 


qaçır,  bəzən  də  pis  mühitə,  pis  adamların  təsiri  altına  düşür.  N.Tusi  deyirdi  ki, 

“Uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oyna-

mağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər”. 

Uşaq bütün gün televizorda mənasız döyüş filmlərinə, seriallara baxır, onlardan 

təsirlənir,  orada  göstərilən  dırnaq  arası  qəhrəmanlara  oxşamaq  istəyirlər.  Bu  gün 

yeniyetmələr  cinayət  törədərkən,  hətta  öz  dostlarını,  yaxınlarını  öldürməkdən  belə 

çəkinmirlər.  Bu  baxımdan  valideynlər  olduqca  diqqətli  olmalı,  uşaqların  boş 

vaxtlarını səmərəli təşkil etməklə, yaşlarına uyğun olmayan filmlərə baxmağa icazə 

verməməlidirlər.  

Böyük pedaqoq A.S.Makarenko yazırdı ki, “O ailədə ki, valideynlər özləri fəal 

mədəni  həyat  sürürlər,  qəzet  və  kitab  məişətin  zəruri  ünsürüdür,  teatr  və  kino 

məsələləri  hamını  çox  maraqlandırır,  belə  ailədə,  hətta  valideynlər  ilk  baxışda 

mədəni  vərdişlər  haqqında  düşünməsələr  də,  mədəni  vərdişlər  tərbiyəsi  özünü 

mütləq  göstərəcəkdir”.  Unutmaq  olmaz  ki,  milli-mənəvi  dəyərlərə  istinad  edən 

təlim-tərbiyə  ilə  yanaşı,  həm  də  normal  ictimai  mühitdə  yaşayan  uşaq  sözsüz  ki, 

qabiliyyətli, mənəviyyat baxımından təmiz, milli dəyərlərə hörmət edən faydalı bir 

şəxsiyyət  kimi  formalaşacaqdır.  Belə  ki,  ata  və  analar  öz  mədəni  davranışları, 

insanlara  səmimi  münasibətləri,  vicdanlı,  xeyirxahlıqları  ilə  övladlarına  nümunə 

olmaqla  öz  övladlarını  daha  yaxşı  tərbiyə  edə  bilərlər.  Yüz  eşitməkdən  bir  dəfə 

görmək daha faydalıdır” demişlər. 

Ailə  tərbiyəsində,  ailə  işlərinin  nizamlanmasında  uşaqların  tərbiyəsində  atanın 

yaxın  köməkçisi,  dayağı  yaxşı  anadır.  Belə  bir  deyim  var:  “Layla  anadan,  qayğı 

atadan”.  Ana  övladı  dünyaya  gətirən,  südü  ilə  bəsləyən,  ruhuna,  qəlbinə  məlhəm 

olan bir varlıqdır. Ata isə ailənin mənafeyini qorumaqla yanaşı, həm də ailə üzvləri 

arasında  normal  münasibətin  yaranmasına  çalışmalı,  ailəni  dolandırmağı  və  ida-

rəetməyi bacarmalıdır. N.Tusi yazırdı ki, yaxşı qadın övladlarına, ərinə dost, kəniz-

dirsə, pis qadın zalım və düşməndir. Gələcəyimiz olan uşaqların fitrəti, qəlbi olduq-

ca mürəkkəb və zərifdir. Onları duymaq, arzu və istəklərini nəzərə almaq vacibdir. 

Hər bir tərbiyəçi uşağı, tərbiyəlilik səviyyəsini, mənəvi keyfiyyətlərini müəyyən et-

məli,  onları  yaxşı  tanımalıdırlar.  Bundan  sonra  onlara  təsir  etmək  yollarını  müəy-

yənləşdirməlidirlər.  Belə  ki,  valideynlər  uşaqdan  nə  tələb  olunduğunu  ona  aydın 

başa salmalıdır. Bəzən uşaqların qarşısında qeyri-müəyyən tələblər qoyulur, məsələn 

olmaz, dəymə, ora getmə, səbəb izah olunmur. Bu da uşaqlarda çaşqınlıq yaradır və 

tələb yerinə yetirilmir. Həyati bir misal: iki qonşu ailə çox mehribandırlar, bir-birinə 

get-gəlləri  var.  Bu  ailələrdə  iki  eyni  yaşlı  uşaq  böyüyür.  Onlar  bir  məktəbdə,  bir 


 Səfurə Bayram qızı Allahverdiyeva, Vəfa Məsim qızı Çıraqova 

90 


sinifdə  oxuyur  və  dostluq  edirlər.  Günlərin  birində  valideynlər  arasında  münaqişə 

yaranır  və  dostluq  pozulur.  Onlar  uşaqlara  bir-birilə  danışmağı,  dostluq  etməyi 

qadağan edirlər. Uşaqlar isə bunu istəmirlər. Öz aralarında belə razılığa gəlirlər ki, 

valideynlərinin  yanında  küsülü  kimi  davransınlar,  məktəbdə  isə  əvvəlki  kimi  dost 

olsunlar. Göründüyü kimi düzgün olmayan tələb uşaqların tərbiyəsini korlayır, onlar 

yalançı və ikiüzlü kimi böyüyürlər, tərbiyə işi heç bir nəticə vermir. 

Məhəmməd  (s.ə.s.)  buyurmuşdur:  “İnsanın bədənində bir ət parçası vardır.  Bu 

yaxşı  olarsa,  bütün  üzvlər  yaxşı  olur,  bu  pis  olarsa,  bütün  orqanlar  pozuq  olur.  bu 

qəlbdir”.  Elə  buna  görə  uşaq  qəlbinin  saflığı,  nəcibliyi  qorunmalı  və  tərbiyə 

olunmalıdır.  Göründüyü  kimi  tərbiyə  işinin  əsasında  hisslər,  duyğular,  sonra  isə 

davranış durur. Belə ki, uşaq hər hansı bir əxlaqi keyfiyyəti hiss olaraq yaşadıqdan 

sonra,  ürəyinin  süzgəcindən  keçirir  və  əməli  işdə,  davranışında  gerçəkləşdirir.  Hər 

bir  uşaq  özünə  qarşı  yaşlılardan  diqqət  və  qayğı  gözləyir.  Valideynlər  bundan 

istifadə  edərək  uşağın  ağlına,  şüuruna,  hisslərinə  təsir  etmək  üçün  başa  salma, 

məsləhət  vermə  və  nümunə  göstərmə  kimi  üsullardan  istifadə  etməlidirlər. 

Makarenko  yazırdı  ki,  uşağa  normal  davranış  qaydaları  öyrədilməlidir,  yalan 

danışmaq,  qeybət  etmək,  dava-dalaş  salmaq,  boş  yerə  mübahisə  etmək  onların 

tərbiyəsinə mənfi təsir göstərir. Bu günlərdə belə bir hadisənin şahidi oldum. Ana ilə 

oğul  bir-birini  məhkəməyə  verib.  Ata  dünyasını  dəyişdikdən  sonra  ondan  qalan 

miras üstə mübahisə yaranır. Oğul hər şeyin ona məxsus olduğunu iddia edir. Onu 

məzəmmət etdikdə ki, ana ilə belə rəftar etmək olmaz. O cavabında deyir: “Atamla 

anam  nənəmlə  babamın  evini  satıb  pulunu  mənimsəyəndə,  onları çölə  atanda  olur, 

mənə olmaz?” Çətin bir sual, ağır bir ittiham. Burada ataların bir sözü yada düşür: 

“Nə əkərsən, onu biçərsən”. Böyük söz ustadı M.Әvhədi: 

 

“Ey ata, bir utan öz övladından, 

Pisi rəva görmə ona heç zaman. 

Oğluna pis deyib söymə dünyada, 

Onda söyüş söyən olacaq o da. 

Abır həya gözlə söz danışanda, 

O da həya edər, utanar onda. 

 

deyərək  atanı  öz  oğluna  nümunə  olmağa  çağırır.  Yaxşı  nümunə,  uşaqla  düzgün 



rəftar,  səmimi  münasibət  tərbiyə  işinin  əsasıdır.  Düzgün  tərbiyə  olunmayan  övlad 

valideynin  ən  böyük  bədbəxtliyi,  onun  başının  bəlasıdır.  Pis  övlad  əldə  altıncı 



Ailə tərbiyəsinə yeni baxş 

91 


barmaq  kimidir,  kəssən  ağrıdar,  kəsməsən  eybəcər  görünər.  M.Әvhədi  valideynin 

övlad  qarşısında  məsuliyyətini  qeyd  etməklə  yanaşı,  övladın  da  valideynə  qarşı 

diqqətli, ləyaqətli olmasını vacib hesab edir. 

Bu  gün  öz  valideynlərinə  laqeyd  olan,  onları  qocalar  evinə  atan  övladlar 

düşünməlidir ki, bu aqibət bir zaman onların özünə də qismət ola bilər. Göründüyü 

kimi  valideynlər  təkcə  sözlə  yox,  həm  də  nümunə  ilə  tərbiyə  edirlər.  Gələcəyimiz 

olan uşaqların düzgün tərbiyəsi hər kəsin, xüsusilə də valideynlərin ən önəmli borcu 

və  vəzifəsidir.  Bu  şərəfli  vəzifəni  yerinə  yetirərkən  valideynlərin  bu  məsələləri 

nəzərə almaları vacibdir: 

-

 



Uşaq  ruhu  tökülmüş  beton  kimidir,  üzərinə  nə  düşərsə  izi  qalar;  illər  keç-

dikcə bu izi pozmaq olmur. 

-

 

Tərbiyədə  öyüd-nəsihətdən,  sözdən  çox,  gözəl  şəxsi  nümunəyə  üstünlük 



vermək; 

-

 



Siz  uşağınızı  və  sizi  əhatə  edən  insanları  sevib,  hörmət  etsəniz,  o  da  ləya-

qətli, mərifətli olacaq, əksinə, kin-kidurət içində böyütsəniz, o da kobud və dalaşqan 

olacaqdır; 

-

 



Uşaqların  asudə  vaxtları  düzgün  dəyərləndirilməli,  muzeylərə,  teatrlara 

aparmaq, elmi-mədəni tədbirlərdə iştirakını təmin etmək; 

-

 

Siz səbrli-təmkinli, ədalətli olsanız, yaxşı işlərinə görə onları bəyənib qiymət-



ləndirsəniz, o da səbrli, təmkinli olar, təqdir etməyi və qiymətləndirməyi öyrənər; 

-

 



Ailədə sağlam psixoloji mühitin, gözəl şəraitin yaradılması vacibdir

-

 



İKT, sosial şəbəkələrdən düzgün istifadə etməsinə nəzarət etmək; 

-

 



Məktəblə, ictimai təşkilatlarla sıx əlaqə yaratmaq. 

 

 



 

ӘDӘBİYYAT SİYAHISI 

 

1.

 



Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu 

2.

 



L.Qasımova, R.Mahmudova “Pedaqogika”, Bakı 2013 

3.

 



F.İbrahimov, R.Hüseynzadə “Pedaqogika, Bakı 2013 

4.

 



Ә.Әlizadə  “Müasir  Azərbaycan  məktəbinin  psixoloji  problemləri”,  Bakı 

1998 


5.

 

Z.Qaralov “Tərbiyə”, 3 cild, Bakı 2003 



6.

 

Z.Qaralov “İdeologiya və mənəviyyat”, Bakı 2008 



 Səfurə Bayram qızı Allahverdiyeva, Vəfa Məsim qızı Çıraqova 

92 


 

XÜLASӘ 

 

Məqalə bu gün üçün çox aktual olan bir məsələyə, yetişməkdə olan gənc nəslin 



ailə tərbiyəsinə həsr olunmuşdur. Ailə tərbiyəsi yeni aspektdən araşdırılaraq, qarşıya 

çıxan çətinliklər, aradan qaldırılması yolları ilə tövsiyələr verilmişdir. 

 

 

SUMMARY 



 

This article is dedicated the actual issue of the family education of the younger 

generation.  Family  education  is  being  investigated  from  the  new  aspects,  valnable 

recommendations have been shown the ways of overcoming the difficulties. 

 

 

ОРГАНИЗАЦИЯ 



 

В  статье  нашли  свое  отражение  актуальные  на  сегодняшний  день  задачи 

семейного  воспитания  молодожи.  Исследование  нового  аспекта  в  семейном 

воспитании, устранение встречающийся на этом пути преград указаны пути их 

устранения. 

 

 



Çapa tövsiyə etdi: Dos. M.Məlikov 

Mütənəbbinin şeirlərində Quran, hədis və ürfan məsələləri 

93 


 

 

MÜTӘNӘBBİNİN ŞEİRLӘRİNDӘ QURAN, 



HӘDİS VӘ ÜRFAN MӘSӘLӘLӘRİ 

 

Əhməd Qənnad oğlu Şabani Minaabad 

Bakı Dövlət Üniversiteti  

Şərqşünaslıq fakültəsinin doktorantı 

 

 

Açar sözləri: Mütənəbbi, Quran, ürfan və hikmətamiz şeirlər 

Keywords: Mutanabbi, Quran, Mysticism, Philosophical Poems 

Ключевые  словы:  Мутанабби,  Коран,  философские  мысли,  философские 

стихи 

 

Giriş 

Mütənəbbi təxəllüsü ilə məhşur olan Әbu ət-Tayyib Әhməd bin əl-Hüseyn ərəb 

əsilli  olub,  Bəni  Cufi  və  Kuhəlan  qəbilələrindən  olan  Qəhtani  ərəblərindəndir. 

(5,s.13)  Hicri-qəməri  tarixi  ilə  303-cu  ildə(m.915)  Kufənin  Kində  məhəlləsində 

yoxsul bir ailədə doğulmuşdur.(6,s.128) Buna görədə Kində təxəllüsü ilə də tanınır. 

Atası Kində məhəlləsinin suçusu idi. Camaat ona “Suçu Abdan” deyirdilər.(7,s.440) 

Әbu  ət-Tayyib  usaqlıqdan  anasını  itirmişdi  və  nənəsi  ona  analıq  etməyi  öhdəsinə 

götürmüşdü. 

Mütənəbbi Abbasilər dövrünün mədəniyyət mərkəzlərindən biri sayılan Kufədə 

böyüyüb  boya-başa  çatmışdır.  Çox  çəkmədən  o  güclü  hafizəsi,  iti  zəkası  və  şeir 

yazmaq istedadı ilə tanınır. Başqa uşaqlardan fərqli olaraq, onun həyata baxışı daha 

ciddi idi. 

Şairin  Mütənəbbi  (yalandan  özünü  peyğəmbər  elan  edən)adlanmasının  səbəbi 

ilə bağlı fikir ayrılığı vardır. Lakin heç bir şübhə doğurmayan budur ki, şair dini və 

siyasi xarakter daşıyan bir üsyana rəhbərlik etmişdi.  Şirinsözlü  və gözəl dilə sahib 

olan şair Bəni Kəlb qəbiləsinin və ələvi tayfasının bir qismini öz ardınca apara bildi. 

Bəlkə də, üsyançılar arasında peyğəmbərlik iddiasında olmuş və ona vəhy gəldiyini 

fikirləşsinlər  deyə  onlar  üçün  bəzi  şeylər  oxumuşdur.  Üsyanın  dalğası  yüksəl-

diyindən  Hims  əmiri  İxşid  tərəfindən  göndərilən  Lulu  ordusu  ilə  ona  hücum  etdi. 

Döyüşdən sonra tərəfdarları dağıldı, özü də əsir alınıb zindana düşdü. Beləliklə də, 


 Əhməd Qənnad oğlu Şabani Minaabad 

94 


hekayə  sona  çatdı,  zindan  da  öz  iddiasından  tövbə  etdi.(5,s.13)  Beytlərində  özünü 

peyğəmbərə  bənzətməsi  də  bu  təxəllüsün  verilməsinin  başqa  bir  səbəbi  kimi 

göstərilir. Buradan da Mütənəbbi təxəllüsü “peyğəmbər iddiasında olan” mənasında 

verilmişdir. Eyni zamanda “Divan”ındakı beytlərə də istinad edirlər. Bir qəsidədən 

verilmiş nümunə aşağıdakı kimi: 

ام

 



یماقُم

 

 ِضْرَأِب



 

 َةَل ْخَن

 

 الإ


 

 ِماقُمَک

 

 ِحیسَمْلا



 

 َنْیَب


 

 ِدوُهَیْلا

 

 (8,1-ci cild,səh.133,beyt:5) 



"Şübhəsizki, mənim (Nəxlə kəndində) qalmağım İsa 

peyğəmbərin yəhudilərin arasında qalması kimidir " 

Deyilənə  görə,  Mütənəbbi  bu  beytində  isə  özünü  İsa  peyğəmbərlə  müqaisə 

etmişdir: 

اَنَأ

 

یف



 

  ةَّمُأ


 

اَهَکَرادَت

 

 

  بیرَغ ُهـاللا



 

  حِلاصَک

 

یف

 



وُمَث

 

ـ 



 (8,1-ci cild,səh.135,beyt:2) 

"Mən camaat arasında – ümidvaram ki, Allah onları islah etsin – qəribəm və 

qəmginəm. Saleh (ə) Səmud tayfası arasında olduğu kimi " 

Bu  beytlə  əlaqədar  olaraq  deyilir  ki,  Mütənəbbi  özünü  həzrət  Salehə  (ə) 

bənzədərək Allahın peyğəmbərlərindən biri olduğunu vurğulamışdır. 

 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin