Kafedra: «İctimai elmlər»



Yüklə 486,89 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix10.05.2022
ölçüsü486,89 Kb.
#57397
1   ...   5   6   7   8   9   10   11   12   13
291 felsefe m N10ictimai shuurun qurulushu ve formalari eyani

Fəlsəfi  şüur.  Fəlsəfi  şüur  da  başqa  şüur  formaları  kimi  ictimai  münasibətlərlə 

əlaqədardır.  Bu  əlaqə  vasitəli  xarakter  daşıdığı  üçün  adətən  o,  hər  hansı  münasibətlər 

sisteminə  bilavasitə  aid  edilmir.  Fəlsəfi  şüurun  ictimai  münasibətlərlə  əlaqəsi  dini  və 

estetik  şüurun  əlaqəsi  kimidir.  Əxlaq,  siyasi  və  hüquqi  şüur  bilavasitə  insanlar 

arasındakı  münasibətlərin  nəticəsi  olduğu  halda,  fəlsəfi  şüur  onlardan  fərqli  olaraq, 

gerçəkliklə  və  insanlar  arasında  mövcud  münasibətlərlə  genetik,  funksional  surətdə 

əlaqədardır.  Fəlsəfə digər ictimai  şüur  formalarının  təşəkkül  tapmasının və  inkişafının 

mexanizmini izah edir. 

Fəlsəfə  dünyaya  baxış  və  bu  dünyada  insanın  yeri  haqqında  ümumiləşmiş 

dünyagörüşü  sistemini  formalaşdırır,  insanın  dünyaya  idrakı,  sosial-siyasi,  mənəvi-

estetik və s. münasibətlərini tədqiq edir. Digər tərəfdən dünyagörüşün nəzəri əsası kimi 

sosial maraqlar və insanların həyat fəaliyyətinin müxtəlif formaları ilə əlaqədardır. 

Sosial  gerçəkliklə  şərtlənən  fəlsəfi  şüur  öz  növbəsində  ictimai  varlığa  fəal  təsir 

göstərərək, yeni idealların, mənəvi və mədəni dəyərlərin yaranmasına kömək edir. Bu, 

hər şeydən öncə fəlsəfənin dünyagörüşünün əsası olması ilə şərtlənir 

Fəlsəfə  dünyagörüşü  kimi  insanların  praktiki  fəaliyyəti  ilə,  ictimai  münasibətlərlə 

əlaqədardır.  Müxtəlif  tarixi  dövrlərdə  bu  əlaqə  müxtəlif  olmuşdur.  Belə  ki,  sinifli 

cəmiyyətlərdə fəlsəfə ayrı-ayrı siniflərin dünyagörüşünü, onların maraqlarını məqsəd və 

vəzifələrini nəzəri səviyyədə əks etdirmişdir. Uzun müddət filosoflar dünyanın universal 

izahına, dünya  haqqında  başqa  elmlərdən  yüksəkdə duran biliklər  sistemini  yaratmağa 

cəhd  etmişlər.  Ona  görə  də  fəlsəfə  təkcə  dünyagörüşü  deyil,  həm  də  idrak 

nəzəriyyəsidir. Ontoloji  mənada  fəlsəfə  varlıq-şüur  münasibətlərini, qnoseoloji  mənada 

isə  dünyanın  dərk  olunmasının  yollarını  və  üsullarını, onun  daxili  inkişaf  dinamikasını 



19 

 

izah  edir.  Təbiətin  və  ictimai  həyatın  ən  ümumi  qanunlarının  dərk  edilməsi  fəlsəfənin 



qarşısında duran mühüm vəzifədir. Fəlsəfə həm də idrak prosesini tədqiq edir. 

Fəlsəfə konkret  elmlərdən  ayrılmazdır, daima  onların nailiyyətlərindən bəhrələnir. 

Təbiət  elmlərinin  inkişaf  səviyyəsi,  onların  əldə  etdikləri  nəticələr  fəlsəfi  tədqiqatların 

istiqamətini müəyyənləşdirir. 

Fəlsəfə  müxtəlif  tarixi  mərhələlərdə başqa  ictimai  şüur  formalarının, xüsusilə dini 

təsəvvürlərin  təsirinə  məruz  qalmışdır.  Bu,  orta  əsrlərdə  dinin  cəmiyyətdə  hakim 

mövqeyi  ilə  izah  olunur.  Lakin  bu  heç  də  fəlsəfənin  passiv  mövqedə  durduğunu 

göstərmir. 

Təbiət  və  ictimai  həyat  hadisələrinin  tədqiq  və  izah  edilməsi  üçün  ümumi 

metodların  işlənilib  hazırlanması  da  fəlsəfənin  üzərinə  düşür.  Fəlsəfənin  başlıca 

xüsusiyyəti  onun  dünyagörüşü  olmasındadır.  Yuxarıda  xarakterizə  olunan  şüur 

formalarından başqa, bəzən fəlsəfi ədəbiyyatda iqtisadi və ekoloji şüur da ictimai şüurun 

müstəqil formaları hesab olunur. Lakin bu məsələ hələlik mübahisəli olaraq qalır. 

 

 




20 

 


Yüklə 486,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin