Şəkil 84. Covanni Battista Tyepolo (Giovanni Battista Tiepolo; 1696–1770)
165
1767-ci ildə dünyasını dəyişən C. B. Pittoni Venesiyada San Cakoço kilsəsində
dəfn olunmuşdur. Sənətkar özünün axırıncı işini məhz həmin kilsə üçün icra etmişdir.
Sonuncu əsərində artıq neoklassisizmin təsiri duyulmuşdur.
45
Etti Uilyam (ingiliscə William Etty; rusca Уильям Этти; 1787–1849) – ingilis
naqqaşı.
Şəkil 85. Uilyam Etti (William Etty). 1844-cü ilin oktyabrında Devid Oktavius
Hill (David Octavius Hill) və Robert Adamsonun (Robert Adamson) çəkdikləri fotoşəkil
əsasında yaradılmış avtoportret
Uilyam Etti 1787-ci ilin 10 martında Yorkda anadan olmuş, 1849-cu ilin 13
noyabrında elə orada vəfat etmişdir.
46
Kolorist – 1) şəkildə boyaları düzməkdə mahir olan rəssam; kolorit ustası; 2)
fabrikdə parça rəngləyən usta.
47
Jozef Ferdinand Buassar de Buadenye (fransızca Joseph Ferdinand Boissard
de Boisdenier; rusca Джозеф Фердинанд Буассар де Буаденье; 1813–1866) – fransız
romantik rəssamı və naqqaşı. Çox vaxt qısaca olaraq Fernan Buassar (Fernand Boissard)
adlandırılır.
1813-cü ilin 4 martında Endr departamentində doğulmuşdur. Əsasən dini
məzmunlu mənzərələr üzərində işləmişdir. 1866-cı ilin 1 dekabrında 53 yaşında ikən
Parisdə vəfat etmişdir.
48
Hüqo Viktor Mari (Victor Marie Hugo; 1802–1885) – fransız yazıçısı (şair,
prozaik, dramaturq), fransız romantizminin başçısı və nəzəriyyəçisi. 1802-ci ilin 26
fevralında Bezansonda doğulmuşdur. 1841-ci ildən Fransa Akademiyasının üzvü
olmuşdur. 1885-ci ilin 22 mayında 83 yaşında ikən Parisdə vəfat etmişdir.
166
Şəkil 86. Viktor Mari Hüqo (Victor Marie Hugo; 1802 – 1885)
49
Bodler Şarl Pyer (fransızca Charles Pierre Baudelaire; rusca Шарль Пьер
Бодлер; 1821–1867) – fransız şairi, prozaik, tənqidçi, esseist və tərcüməçi, bütün sonrakı
Avropa poeziyasının inkişafına təsir göstərmiş simvolizm və dekadans estetikasının banisi.
Şəkil 87. Şarl Pyer Bodler (Charles Pierre Baudelaire; 1821–1867). Fransız
rəssamı, karikaturaçı, fotoqraf, yazıçı və jurnalist Etyen Karjanın (Etienne Carjat)
fotoqrafiyasından bir fraqment
167
Şəkil 88. Şarl Pyer Bodlerin (Charles Pierre Baudelaire) avtoportreti
Şəkil 89. Şarl Pyer Bodlerin (Charles Pierre Baudelaire) məzarı
1821-ci ilin 9 aprelində Parisdə doğulmuşdur. 1848-ci il inqilabında iştirak
etmiş, barrikadalarda vuruşmuş, lakin sonralar ictimai tərəqqiyə inamını itirmişdir. 1857-ci
ildə «Şər çiçəkləri», 1860-cı ildə «Saxta cənnət», 1869-cu ildə «Kiçik mənsur poemalar»
və başqa əsərlərində dekadentliyin ilk əlamətləri duyulur. Lakin yaradıcılığında burjua
mühitinə, zülmə, haqsızlığa qarşı üsyankarlıq və zəhmətkeşlərə rəğbət motivləri də ifadə
olunmuşdur. «Gözəllik himni», «İnsan və dəniz», «Yaxşı yalan» və digər şeirləri
Azərbaycan dilinə tərcümə edilmişdir.
Həşişin insan orqanizminə təsirinin kifayət qədər aydın başa düşülən, yaxşı
anlaşılan təsvirlərindən biri məhz Bodlerə məxsusdur. Onun qeydləri çətənə bitkisindən
alınan psixotrop təsirli məhsullar haqqında yazmış bütün sənətkarlar üçün uzun illər
ərzində bir etalon olmuşdur. Məşhur fransız psixiatrı, klinik psixofarmakologiyanın əsasını
qoyanlardan biri Jak Jozef Moro de Tur (Jacques-Joseph Moreau de Tours) tərəfindən
təməli qoyulan «Həşişçilər klubu» onun nəzərlərini çox cəlb edir. Bodler 1844-cü ildən
1848-ci ilə qədər «Həşişçilər klubu»na getmiş və davamesk qəbul etmişdir. Davamesk
Şimali Afrika psixotrop məhsulu olub, tərkibində yüksək miqdarda tetrahidrokannabinolun
olması ilə fərqlənir, XVIII–XIX əsrlərdə Misirdə, Tunisdə və Əlcəzairdə populyar
168
olmuşdur. Xüsusən Əlcəzairdə çox istifadə edildiyinə görə ədəbiyyatların bir çoxunda onu
«həşişin Əlcəzair növü», yaxud sadəcə «Əlcəzair həşişi» adlandırırdılar.
Teofil Qotyenin şəhadətinə görə, klubun həyatında aktiv iştirak edən Bodler
«eksperimentləri gedişində həşişi cəmi bir, yaxud iki dəfə qəbul etmişdir, heç vaxt onu
daimi istifadə etməmişdir. Aptekdə alınan və jiletin cibində daşınan bu xoşbəxtlik onda
ikrah doğurmuş, onun ürəyini bulandırmışdır». Sonralar Bodler opiuma öyrəşir, lakin
1850-ci illərin əvvəllərində meylinin qabağını ala, onun öhdəsindən gələ bilir, öz
psixodelik təcrübəsi haqqında üç böyük məqalə yazır. Həmin məqalələr 1860-cı ildə «Süni
cənnət» məcmuəsini təşkil etmişdir. Məqalələrdən ikisi kannabinoidlərə həsr olunmuşdur.
1851-ci ildə «Çaxır və həşiş», 1858-ci ildə «Həşiş haqqında poema» dərc edilmişdir.
Bodler onların təsirinin maraqlı olduğunu bildirmiş, lakin yaradıcı şəxsiyyət üçün
qəbuledilməz hesab etmişdir. Bodlerin gəldiyi qənaətə görə, «çaxır insanı ünsiyyətcil edir
və xoşbəxt göstərir, həşiş onu təcrid edir. Çaxır iradənin tərifini göylərə qaldırır, həşiş onu
məhv edir». Buna baxmayaraq Bodler öz məqalələrində obyektiv müşahidəçi kimi çıxış
edir, həşişin psixotrop effektlərini şişirtmir və artıq dərəcədə öyüd-nəsihət vermək istəmir.
Buna görə öz təcrübəsindən çıxardığı qeyri-qənaətbəxş, kifayətləndirməyən nəticələr
müəyyən etimad payı olan məlumatlar kimi qavranılır, qəbul edilir.
1865-ci ildə Bodler Belçikaya köçür. Cansıxıcı və darıxdırıcı Belçika həyatına
nifrət etməsinə və sağlamlığının sürətlə pisləşməsinə baxmayaraq iki il yarımdan artıq bir
müddətdə orada qalır. Namyurda Sen-Lu kilsəsində olarkən Bodler huşunu itirir və birbaşa
daş pilləkənlərin üstünə yıxılır.
1866-cı ildə Bodler ağır xəstələnir. Şair öz naxoşluğunu belə təsvir edirdi:
«boğulma başlayır, fikirlərim qarışır. Yıxılma duyğusu meydana gəlir, başım gicəllənir,
çox güclü baş ağrısı yaranır, soyuq tər basır, qarşısıalınmaz apatiya başlayır».
Məlum səbəblərə görə şair özündəki sifilis xəstəliyi haqqında qəsdən heç bir şey
söyləməmişdir. Buna baxmayaraq xəstəlik hər gün onun halını pisləşdirir. 1866-cı ilin 3
aprelində Bodler ağır vəziyyətdə Brüssel xəstəxanasına çatdırırlar, lakin anası gəlib
çıxdıqdan sonra onu mehmanxanaya köçürürlər. Həmin vaxt Bodler çox qorxunc, dəhşətli
bir görünüş əldə etmişdi, belə ki, ağzı əyilmiş, baxışları büsbütün dayanmış, sözləri tələffüz
etmək imkanını praktik olaraq tam itirmişdir. Xəstəlik proqressivləşir və artıq bir neçə
həftədən sonra fikirlərini cəmləşdirib fadə edə bilmir, tez-tez prostrasiyaya qapılır (ruh
düşkünlüyü, üzgünlük, laqeydlik, bezginlik), artıq yatağı tərk etməkdən qalır. Buna
baxmayaraq onun bədəni hələ müqavimət göstərməkdə davam edir, şairin idrakı
(dərrakəsi) sönür. Onu Parisə köçürür və dəlilər üçün klinikada yerləşdirilir. 1867-ci ilin 31
avqustunda elə oradaca dünyasını dəyişir.
Monparnas qəbristanlığında dəfn olunur, bir vaxtlar nifrət etdiyi atalığı ilə eyni
qəbirdə torpağa tapşırılır. 1871-ci ilin avqustunda dar məzar şairin anasının da cənazəsini
qəbul edir. Müfəssəl epitafiyada Bodler haqqında cəmi üç sətir var: «General Jak Opikin
oğulluğu və Karolina Arşanbo-Defainin oğlu. 1867-ci ilin 31 avqustunda Parisdə 46
yaşında ikən vəfat etmişdir». Şair Bodler haqqında heç bir söz işlənməmişdir.
50
Pradye
Jan Jak (fransızca Jean-Jacques Pradier; rusca Жан-Жак Прадье;
1790–1852) – İsveçrə mənşəli fransız rəssamı və heykəltəraşı. Bəzən sadəcə Ceyms
Pradye (James Pradier) adlandırılır.
169
1790-cı ilin 23 mayında İsveçrənin Cenevrə şəhərində doğulmuşdur. 1852-ci ilin
4 iyununda 62 yaşında ikən Fransanın Bujival şəhərində vəfat etmişdir.
Şəkil 90. Jan Jak Pradye (Jean-Jacques Pradier)
51
Şasserio Teodor (fransızca Theodore Chasseriau; rusca Теодор Шассерио;
1819–1856) – fransız rəssamı
Teodor Şasserio 1819-cu ilin 20 sentyabrında Santo-Dominqo şəhərində anadan
olmuşdur. 1856-cı ilin 8 oktyabrında Paris şəhərində 37 yaşında ikən vəfat etmişdir.
Şəkil 91. Teodor Şasserio (Theodore Chasseriau). Avtoportret, 1835-ci il.
52
Fransız naqqaşı, impressionist hərəkatının ən görkəmli və orijinal
nümayəndələrindən biri İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas) çox vaxt
qısaca Edqar Dega (Edgar Degas) adlanır.
İler-Jermen-Edqar de Qa 1834-cü ilin 19 iyulunda Paris şəhərində anadan
olmuşdur. 1917-ci ilin 27 sentyabrında 83 yaşında vəfat etmişdir.
170
Şəkil 92. İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas). Avtoportret,
1854–1855-ci il. Paris şəhərinin Orse muzeyində saxlanılır.
53
Jerom Jan-Leon (fransızca Jean-Leon Gerome; rusca Жан-Леон Жером;
1824–1904) – fransız rəssamı, naqqaş və heykəltəraş, akademizm nümayəndəsi.
1824-cü ilin 11 mayında Vezulda doğulmuş, 1904-cü ilin 10 yanvarında 80
yaşında Parisdə vəfat etmişdir.
Şəkil 93. Jan-Leon Jerom (Jean-Leon Gerome; 1824–1904). XX əsrin
başlanğıcında çəkilmiş fotoqrafiya.
54
«Neoyunan» (rusca «неогрек») – 1820-ci illərdə meydana çıxmış və klassik
yunan nümunələrinə «qayıtmağa» əsaslanan arxitektura stili.
55
Tragizm (rusca трагизм) – 1) ədəbiyyatda: dram əsərində faciə ünsürü,
faciəvilik; 2) faciə, faciənin olması, faciəlilik.
171
56
Yu
Şarl Dezire (fransızca Charles Desire Hue; rusca Шарль Дезире Ю)
mənbələrdən bəzisində 1825-ci ildə, digərlərində isə 1830-cu ildə anadan olduğu göstərilir.
Həmçinin ölüm tarixi dəqiq deyildir. Bəziləri 1880-ci, digərləri isə 1883-cü ildə öldüyünü
yazırlar. Sənətkarın 1830-cu ildə anadan olduğunu iddia edənlər onun 1880-ci ildə 50
yaşında vəfat etdiyini bildirirlər. Halbuki rəssamın 1825-ci ildə doğulduğunu güman edən
müəlliflər onun 58 yaşında 1883-cü ildə dünyasını dəyişdiyini qeyd edirlər.
57
Karre Mişel Antuan Floranten (fransızca Michel Antoine Florentin Carre;
rusca Мишель Антуан Флорантен Карре; 1821 – 1872) – fransız dramaturqu və
librettisti.
1821-ci ilin 20 oktyabrında Bezansonda doğulmuşdur. 1872-ci ilin 27 iyununda
arjanyoyda vəfat etmişdir.
Qeyd edək ki, Mişel Antuan Floranten Karre çox vaxt «ata Mişel Karre»
adlandırılır, çünki fransız kinorejissoru, ssenarist, aktyor və librettist Mişel Karrenin
atasıdır. Müvafiq olaraq sonuncu «oğul Mişel Karre» adlandırılır.
58
Dias Ejen (fransızca Eugene Diaz; rusca Эжен Диас) bir çox mənbələrdə Ejen
Diaz kimi yazılır.
59
Sen-Jorj Jül-Anri Vernua de (fransızca Jules-Henri Vernoy de Saint-Georges;
rusca Жюль-Анри Вернуа де Сен-Жорж;) – məşhur fransız dramaturqu və prozaiki,
nəhəng miqdarda opera və balet librettolarının müəllifi.
1799-cu ilin 7 noyabrında Parisdə doğulmuşdur. Lakin mənbələrin bəzilərində
onun 1799-cu ildə deyil, iki il sonra 1801-ci ildə dünyaya gəldiyi qeyd edilir. 1875-ci ilin
23 dekabrında vəfat etmişdir.
Onun tərəfindən yazılan və musiqiçilərin diqqətini cəlb edən libretto rus dilində
ilk dəfə yalnız 2012-ci ildə nəşr olunmuşdur.
Şəkil 94. Jül-Anri Vernua de Sen-Jorj (Jules-Henri Vernoy de Saint-Georges;
1799/1801–1875)
172
60
Puni Sezar (italyanca Cesare Pugni; rusca Цезарь Пуни) – italyan bəstəkarı.
Doğularkən adı Çezare Punyi olmuşdur. 1802-ci ilin 31 mayında Sardinsk krallığında
Genuyada doğulmuşdur. Milan, Paris, London və Sankt-Peterburq teatrlarında işləmişdir.
312 baletin, 10 operanın, 40 messin, həmçinin simfoniya, kantata və digər əsərlərin
müəllifi olmuşdur. 1870-ci ilin 14 yanvarında 67 yaşında ikən Rusiya imperiyasının Sankt-
Peterburq şəhərində vəfat etmişdir.
Şəkil 95. Sezar Puni (Cesare Pugni; 1802–1870)
61
Petipa Marius İvanoviç (fransızca Marius Petipa; rusca мариус Иванович
Петипа; 1818–1910) – fransız və rus balet solisti, baletmeyster, teatr xadimi və balet
pedaqoqu.
173
Şəkil 96. Marius İvanoviç Petipa (Marius Ivanovich Petipa) 1898-ci ildə
1818-ci ilin 1 martında Fransanın Marsel şəhərində doğulmuşdur. 1910-cu ilin 1
iyulunda 92 yaşında Rusiya imperiyasının Tavri quberniyasının Qurzuf şəhərində vəfat
etmişdir.
62
Jid Andre Pol Giyom (fransızca Andre Paul Guillaume Gide; rusca Андре
Поль Гийом Жид; 1869–1951) – fransız yazıçısı, prozaik, dramaturq və esseist.
Şəkil 97. Andre Pol Giyom Jid (Andre Paul Guillaume Gide) 1920-ci ildə
A. Jid təkcə XX əsr fransız ədəbiyyatına deyil, eyni zamanda fransızların bir
neçə nəslinin əhvali-ruhiyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
174
Andre Jid 1869-cu ilin 22 noyabrında Parisdə doğulmuşdur. 1893-cü ildə 24
yaşı olarkən ağciyərlərinin ağır xəstəliyindən (vərəmə şübhə olmaqla) sonra Andre Jid
müalicə olunmaq məqsədilə Şimali Afrikaya yollanmışdır. Orada gənc ərəblər təzə-təzə
yazmağa başlayan yazıçının bircinsli məhəbbətə qoşulan həqiqi təbiətini aşkara çıxarırlar.
1893-cü və 1895-ci illərdə Afrika boyunca səyahətlərdən aldığı təəssüratlar 1902-ci ildə
işıq üzü görən «İmmoralist» povestində öz əksini tapır.
Özündən üç yaş böyük olan əmisi qızı, fanatik protestant və məşum qadın kimi
ad çıxaran Madlen Rondoya bəslədiyi məhəbbətin fonunda Jid homoseksuallığını başa
düşür və bundan narahat olur, çox həyəcanlanır. Qorxuya düşən yazıçı 1895-ci ildə
keçirdiyi təlaşına görə həkimə müraciət edir. Həkim söz verir ki, nikaha daxil olduqdan
sonra hər şey normaya düşəcək, yoluna qoyulacaqdır.
Amma həkimin dedikləri özünü doğrultmur. 1910-cu illərin axırlarında
gənclərin digər pərəstişgahı fransız yazıçısı, şair, dramaturq, rəssam və kinorejissor, XX əsr
fransız ədəbiyyatında ən nəhəng simalardan biri Jan Moris Ejen Kleman Kokto (Jean
Maurice Eugene Clement Cocteau) ilə «soyuq müharibə» halında olur. Bunun səbəbi
fransız kinorejissoru gənc Mark Alleqrenin (Marc Allegret) hər iki ədəbiyyatçıya pərəstiş
etməsindəydi. Jidin sonralar məşhur rejissor kimi tanınacaq Alleqre ilə mürəkkəb çoxillik
münasibəti onun 1925-ci ildə qələmə aldığı «Saxtakarlar» romanında əksini tapmışdır.
Həmin roman yazıçının ən qiymətli əsəri hesab edilir. Özünün xeyli sayda əlamətini
romanın baş qəhrəmanı yazıçı Eduara şamil etmişdir.
Jid 1911-ci ildə «Koridon» traktatını yazaraq orada sübut edir ki,
homoseksuallıq psixi kənarlanma deyil, insan seksuallığının tamamilə təbii bir formasıdır.
Onun fikrincə, homoseksuallıq daha mədəni olan və estetik şüur səviyyəsi yaxşı inkişaf
edən cəmiyyətlərə xas bir əlamətdir. Ən böyük incəsənət əsərlərində homoseksuallıq
özünün parlaq əksini tapır. Əfsanəvi qədim yunan şair-dastançısı Homer və qədim
Romanın ən böyük şairlərindən biri Publi Vergili Marondan (Publius Vergilius Maro)
tutmuş ingilis şairi və dramaturqu Uilyam Şekspir (William Shakespeare) və italyan
heykəltəraşı, rəssam, arxitektor,şair və mütəfəkkiri Mikelancelo Buonarrotiyə
(Michelangelo Buonarroti) qədər xeyli sayda dahinin əsərində homoseksuallıq barəsində
danışılır. Traktat 1924-cü ildə Fransada dərc edildikdən sonra ictimai qalmaqalı qızışdırmış
oldu. Jid hətta dostları tərəfindən obstruksiyaya məruz qoyuldu.
Bununla bərabər Jid bütün həyatı boyu öz arvadına dərin hiss bəsləmişdir.
Onunla dramatik münasibətləri yazıçının bir çox əsərləri üçün ilkin material xidmətini
görmüşdür. Lakin Jidin arvadına bəslədiyi münasibət elə platonik məhəbbət olaraq
qalmışdır. Bunun səbəbi Madlenin fiziki yaxınlıq qarşısında nevrotik qorxu keçirməsi
(koitofobiya) olmuşdur.
Andre Jid «həqiqətə cəsarətli məhəbbətlə və dərin psixoloji açıqgözlülüklə
bəşəri problemlərin təqdim olunduğu mənalı və bədii cəhətdən qiymətli əsərlərinə görə»
1947-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı almağa layiq görülmüşdür. Elə həmin
il yazıçı Oksford universitetinin fəxri doktoru olmuşdur. 1951-ci ilin 19 fevralında Parisdə
vəfat etmişdir.
63
Semlinski Aleksandr fon (almanca Alexander von Zemlinsky; rusca
Александр фон Цемлинский) – Avstriya bəstəkarı və dirijoru.
175
1871-ci ilin 14 oktyabrında Avstriya-Macarıstanda Vyana şəhərində
doğulmuşdur. 1942-ci lilin 15 martında 71 yaşında ikən Amerika Birləşmiş Ştatlarının
Nyu-York şəhərində vəfat etmişdir.
Şəkil 98. Aleksandr fon Semlinski (Alexander von Zemlinsky; 1871–1942)
Semlinskinin atası şöhrətpərəst olmuş, öz familiyasına aristokratlığı (kübarlığı,
əsilzadəliyi) bildirən «fon» sözünü əlavə etmişdir. Halbuki Semlinskinin əcdadları arasında
heç kim aristokrat olmamışdır. Bundan başqa, ata familiyanın birinci variantı olan
«Semlinski» sözündəki birinci «S» hərfini «Z» ilə əvəz etmişdir.
64
Bley Frans (ingiliscə Franz Blei; rusca Франц Блей) – Avstriya yazıçısı,
tərcüməçi və ədəbi tənqidçisi. Bəzi mənbələrdə Frans Blay kimi təqdim edilir. 1871-ci ilin
yanvar ayının 18-də Vyana şəhərində doğulmuşdur. 1942-ci ilin 10 iyulunda 71 yaşında
Nyu-Yorkda vəfat etmişdir.
65
Pedantik (rusca педантический) – pedantizmə söykənən.
İnsanın hər hansı hərəkətində son dərəcə dəqiqliyi və səliqəliliyi nəzərdə tutan
şəxsiyyət keyfiyyətinə pedantiklik, yaxud pedantizm (pedantismus) deyilir. Latınca
paedagogans – təlqin edən, verən, fransızca pedant – müəllim, öyrədən deməkdir.
66
Rasional (rusca рациональный) – rasionalizmə söykənən.
«Rasionalizm» termini iki mənada işlənir: 1) fəlsəfədə: təfəkkürü duyğu
qavrayışından ayıran və yanlış olaraq zəkanı insan idrakı və davranışının əsası sayan
idealist fəlsəfi cərəyan; 2) məcazi mənada: əql və idrak ilə iş görmə; öz işində və
hərəkətlərində ancaq əqlə və idraka əsaslanma.
Rasionalizm əqli yeganə idrak vasitəsi hesab edən bir cərəyandır. Fransızca
rationalisme – rasionalizm, latınca rationalis – ağıllı, ratio – zəka deməkdir.
67
Pouell Entoni Dimok (ingiliscə Anthony Dymoke Powell; rusca Энтони
Димок Поуэлл) – ingilis yazıçısı, romanist. Onu həmçinin Pauell kimi yazırlar. 1905-ci
ilin 21 dekabrında doğulmuşdur. 2000-ci ilin 28 martında 95 yaşında vəfat etmişdir.
176
2008-ci ildə «Tayms» qəzeti 1945-ci ildən həmin vaxta qədər yaşayıb-yaratmış
50 ən böyük Britaniya yazıçısının adlarının olduğu siyahıya Pouelli də daxil etmişdir.
29 yaşında evlənmiş və iki uşaq böyüdüb tərbiyə etmişdir.
Pouellin müasiri, görkəmli ingilis yazıçısı, romanist, belletrik bioqrafiyalar
müəllifi, XX əsr ingilis prozasında ən incə stilistlərdən biri Artur İvlin Sent Con Vo (Arthur
Evelyn Sent John Waugh) onun «Rəqs» silsiləsini yüksək qiymətləndirmişdir. Sənətkar bu
silsiləni fransız yazıçısı, novellist və tənqidçi, ədəbiyyatda modernizmin nümayəndəsi
Valentin Lui Jorj Ejen Marsel Prustun (Valentin Louis Georges Eugene Marcel Proust)
əsərlərilə müqayisə etmişdir. İvlin Vo qeyd etmişdir ki, Marsel Prustun əsərlərindən fərqli
olaraq Entoni Dimok Pouellin silsiləsi «daha realistik və gülməli alınmışdır».
Şəkil 99. Entoni Dimok Pouell (Anthony Dymoke Powell; 1905–2000)
68
Peyzaj – 1) mənzərə; 2) rəssamlıqda mənzərə şəkli; 3) ədəbiyyatda təbiət
təsviri.
Peyzajçı (peyzajist) – 1) mənzərəçi; 2) rəssamlıqda mənzərə şəkli çəkən rəssam;
3) ədəbiyyatda mahir təbiət təsvirçisi olan yazıçı.
69
Konrad Vits (almanca Konrad Witz; rusca Конрад Виц) alman və İsveçrə
rəssamı. Təxminən 1400-cü ildə Baden-Vürtemberqdə, ehtimalla Rotvaylda doğulmuşdur.
1445/1146-cı ildə Bazeldə, yaxud Cenevrədə vəfat etmişdir.
70
Smuqleviç Fransisk (polyak dilində Franciszek Smuglewicz; rusca Франциск
Смуглевич) – Polşa rəssamı, Litva milli naqqaşlıq məktəbinin banisi. 1745-ci ilin 6
oktyabrında Varşavada anadan olmuşdur. 1807-ci ilin 6 sentyabrında Vilnada vəfat
etmişdir.
71
«Esfirin bəzənməsi» (fransızca «La toilette d’Esther») fransız rəssamı Teodor
Şasserionun (Theodore Chasseriau) çəkdiyi şəkildir. Onu həmçinin «Esfirin çimməsi»,
«Esfirin üz-gözünü bəzəməsi» kimi tərcümə etmək olar. Mənzərə ekzotik erotizm janrına
aid edilə bilər. Mənzərənin baş personajı Bibliya çariçası Esfirdir. Bibliyada ona ayrıca bir
kitab həsr olunmuşdur. Bibliya süjeti burada canlı və çox həssas səhnəni təsvir etmək üçün
yalnız bir bəhanə kimi istifadə olunur. Mənzərə baron Artur Şasserio tərəfindən 1934-cü
177
ildə muzeyə vəsiyyət edilmişdir. Hal-hazırda Luvrda Sulli qalereyasının ikinci
mərtəbəsində 63-cü zalda saxlanılır.
72
Hersoq (rusca герцог) – Qərbi avropada yüksək zadəgan rütbələrindən biri.
73
Kreasiya (creatio) nəyinsə yaradılması, törədilməsi, əmələ gətirilməsidir.
Latınca «kreasiya» («creatio») sözü hərfi mənada «yaratma», «törətmə», «əmələ gətirmə»
deməkdir.
Hər hansı zadəgan titulunun, məsələn belə bir qrafın və yaxud başqasının təsis
edilməsinə titul kreasiyası deyilir. Adətən Qərbi Avropa monarxları tərəfindən həyata
keçirilmişdir. Hər hansı şəxsə titul verilməsi barəsində qərar çıxarılır. Çox vaxt titulun yeni
nəslə ötürülməsi hüququ olur. Əgər sonsuzluq, xəstəlik, qətl və digər səbəblər üzündən
daşıyıcı nəslin kökü kəsilərsə, həmçinin monarx tərəfindən tituldan məhrum edilərsə,
bundan sonra təkrarən və bir neçə dəfə titul təsis edilə bilərdi. Buna görə də «titulun birinci
kreasiyası», «titulun ikinci kreasiyası» və digər məfhumlar işlənməsinə zərurət
yaranmışdır. Fransalı Lüdovik (Louis de France) Orlean hersoqlarının (Duc d’Orleans)
ikinci kreasiyasının birinci nümayəndəsidir.
74
Lüdovik XIV (fransızca Louis XIV; rusca Людовик XIV; 1638–1715) –
1643-cü ilin 14 mayından Fransa və Navarra kralı.
1638-ci ilin 5 sentyabrında Sen-Jermen-an-Le şəhərində doğulmuşdur.
Doğularkən Lui Dyodonne (Louis-Dieudonne) adını almışdır. Həmçinin «Günəş-kral»
(«Louis XIV Le Roi Soleil») adını qazanmışdır. Bundan başqa, Böyük Lüdovik (Louis le
Grand) hesab edilmişdir. Burbonlar sülaləsindən olduğundan çox vaxt De Burbon XIV
Lüdovik adlandırılmışdır. XIV Lüdovik 1643–1715-ci illərdə Fransa kralı olmuşdur,
göründüyü kimi, onun hakimiyyətdə olduğu dövr düz 72 il çəkmişdir. Onun hakimiyyətdə
olduğu dövr Fransa mütləqiyyətinin zirvəsi hesab edilir. Fasiləsiz müharibələr aparılması,
xüsusən İspaniya irsi uğrunda müharibənin olması, kral sarayının böyük xərc çəkməsi, ağır
vergilər yığılması sadə xalqənm vəziyyətini hədsiz pisləşdirmiş, çoxlu üsyana səbəb
olmuşdur. Günlərin birində kral ov vaxtı atdan enərkən ayaqlarını zədələmişdir. Sonra yara
pisləşmiş və qanqrenaya keçmişdir. Həkimlər ayağın amputasiyasını (kəsilib atılmasını)
məsləhət görmüşlər. Lakin kral belə bir əməliyyatın keçirilməsini öz şəninə sığışdırmamış,
onun yolverilməz olduğunu bildirmişdir. Kral bir neçə sutka aqoniya vəziyyətində olan
XIV Lüdovik 1715-ci ilin 1 sentyabrında Versalda saray adamlarının əhatəsində səhər saat
9-a 15 dəqiqə işləyəndə vəfat etmişdir.
178
Şəkil 100. XIV Lüdovik
Bəzi tədqiqatçıların fikrincə, özündən çox razı olan, özünü bütün cəmiyyətdə
üstün keyfiyyətlərə malik yeganə vücud hesab edən, habelə rəhbər mövqedə olduğu vaxt
özbaşınalıq edən adamları səciyyələndirmək üçün işlətdiyimiz «dövlət mən özüməm»
ifadəsi ilk dəfə Fransa kralı XIV Lüdovikə isnad edilir. 1655-ci ildə zadəganlar, şəhərlilər
və ruhanilərdən ibarət Fransa parlamentinin iclasında XIV Lüdovikdən öz siyasətini
dəyişməsi xahiş edilmişdi. Kral «nə üçün?» deyib təəccüb etmiş və qaşlarını çatmışdı. İclas
iştirakçıları bir ağızdan söyləmişdilər: «Çünki bu siyasət dövlətin siyasətinə ziddir». Onda
kral soyuqqanlıqla «dövlət mən özüməm» cavabını vermişdi. Parlament də əlahəzrətin
iradəsi ilə hesablaşmağa məcbur olmuşdu. Tədqiqatçıların bəziləri XIV Lüdovikin bu
ifadəni işlətdiyinə şübhə edirlər. Lakin burası var ki, Fransa kralları həmişə özlərini belə
aparmış, şəxsiyyətləri barədə yüksək fikirdə olmuşlar. Məşhur Fransa yazıçısı Aleksandr
Düma üç muşketyor haqqında özünün bənzərsiz trilogiyasının üçüncü hissəsi olan «Vikont
de Brajelon və ya on il sonra» romanında kral XIV Lüdovikin nitqində həmin ifadəni
olduğu kimi işlətmişdir.
Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin bir felyetonunda deyilir:
«Firəngistanın padşahı on dördüncü Lüdovik həmişə deyərdi: dövlət ibarətdir tək mənim
vücudumdan» [2].
75
Dofin (fransızca dauphin; rusca дофин) – 1830-cu ilin inqilabında Fransada
vəliəhd, şahzadə.
Dofin Fransa taxt-tacı varisinin XIV əsrdən tituludur. Ona tam halda
Fransa dofini (Dauphin de France) və yaxud Vyen dofini (Dauphin de Viennois) deyilir.
76
Patronessa (rusca патронесса) – bəzi ölkələrdə xeyriyyə təşkilatına
himayədarlıq edən qadın.
77
Adresat (rusca адресат) – adına nəsə göndərilən, ötürülən, verilən, göstərilən
şəxsdir. Ona başqa sözlə adres sahibi də deyilir. Fransızca adresser – müraciət etmək,
göndərmək, yönəltmək deməkdir.
179
78
Bastard (rusca бастард) – nikahdankənar cinsi kontaktdan qazanılan uşaq.
79
Delakrua Ferdinand Viktor Ejen (fransızca Ferdinand Victor Eugene
Delacroix; rusca Фердинанд Виктор Эжен Делакруа; 1798–1863) – fransız boyakarı və
qrafiki, Avropa boyakarlığında romantik istiqamətin seçilmiş nümayəndəsi, mütərəqqi
romantizmin görkəmli nümayəndəsi.
Delakrua 1798-ci ilin 26 aprelində Paris şəhərində doğulmuşdur. Delakrua
fransız rıtsarı Filipp de Mezyerin (Philippe de Mezieres) şagirdidir. Onun yaradıcılığı XIX
əsr dünya boyakarlığı zirvələrindən biridir. Delakrua 1863-cü ilin 13 avqustunda 65
yaşında Parisdə vəfat etmişdir.
Şəkil 101. Ferdinand Viktor Ejen Delakrua (Ferdinand Victor Eugene
Delacroix; 1798–1863). Avtoportret, 1837-ci il
80
Çox vaxt Markiz de Sad (Marquis de Sade) adlandırılan məşhur fransız
aristokratı, siyasətçi, yazıçı və filosofu Donasyen Alfons Fransua de Sad (Donatien
Alphonse François de Sade) 1740-cı ilin iyun ayının 2-də Parisdə doğulmuş, 1814-cü ilin 2
dekabrında 74 yaşında ikən elə həmin şəhərdə vəfat etmişdir.
Şəkil 102. Donasyen Alfons Fransua de Sad (Donatien Alphonse François de
Sade; 1740–1814)
180
81
Potaskuxa (rusca потаскуха) – yüngül davranışlı qadının bir formasıdır.
Nikahda olmasına baxmayaraq kənarda kişilərlə seks yaşamağı sevən ərli qadını ifadə
etmək üçün jarqon kimi «potaskuxa» sözü işlənir. Lüğətlərimizdə onun tərcüməsi
verilməmişdir. Onu «aparılan qadın», «evdən çıxarılan qadın» kimi təsvir etmək olar.
82
«İnfant İzabellanın kameristkasının portreti» (flamand dilində «Sael doegter
van de Infante tot Brussel»; rusca «Портрет камеристки инфанты Изабеллы») – Piter
Paul Rubensin əsəri olan bir portret. Təxminən 1623–1626-cı illərdə (böyük ehtimalla
1625-ci ildə) yaradıldığı güman edilir. Mənzərə Rubens yaradıcılığı üçün xarakterik
olmayan psixoloji portret janrına bir müraciətdir. Portret saray xanımı ispan infantı İzabella
Klara Yevgeninin (Isabel Clara Eugenia de Austria) təsvir edir. Ancaq əsərin adı burada
infantın kameristkasının təsvir edildiyini göstərir. Xatırladaq ki, İspaniya və Portuqaliyada
monarxiya dövründə şahzadəyə infant, keçmişdə xanımların xüsusi xidmətində olan
qulluqçuya isə kameristka deyirdilər.
83
Pinakoteka (fransızca pinacotheque; rusca пинакотека) qədim yunanlarda
naqqaşlıq, rəssamlıq təsvirlərini saxlamaq üçün otağa deyirdilər. Yunanca pinax – şəkil,
mənzərə, təsvir və theke – anbar, otaq, saxlanılan yer deməkdir. Lüğətlərdə pinakoteka
dedikdə şəkil muzeyi, yaxud şəkil qalereyası nəzərdə tutulur.
84
Ser Riçard Uorsli (Sir Richard Worsley) 1751-ci ilin 13 fevralında anadan
olmuş, 1805-ci ilin 8 avqustunda vəfat etmişdir.
85
Seymur Doroti Fleminq (Seymour Dorothy Fleming) 1758-ci ilin oktyabr
ayının 5-də doğulmuş, 1818-ci ilin sentyabr ayının 9-da vəfat etmişdir.
86
İdilliya (rusca идиллия) – 1) ədəbiyyatda: təbiət ağuşunda asudə və sakit
həyatı təsvir edən bədii əsər; 2) məcazi mənada: dinc, sakit həyat.
İdillik (rusca идиллик) – idilliyaçı (idilliya müəllifi).
İdillik janr (rusca идиллический жанр) – idilliya tərzində olan janr.
İdillik münasibət (rusca идиллическое отношение) – dinc, sakit münasibət.
87
Reputasiya (rusca репутация) – ad, etibar, şöhrət.
88
Miledi (rusca миледи) – İngiltərədə imtiyazlı siniflərdən olan ərli qadına
hörmətlə müraciət.
89
Reynolds Coşua (ingiliscə Joshua Reynolds; rusca Джошуа Рейнольдс;
1723–1792) – ingilis tarixi və portret naqqaşı, XVIII əsr portret naqqaşlığı ingilis
məktəbinin görkəmli
nümayəndəsi, incəsənət nəzəriyyəçisi,
Kral Rəssamlar
akademiyasının birinci prezidenti, London Kral Cəmiyyətinin üzvü, antik incəsənəti
öyrənmək məqsədilə yaradılmış Diletantlar Cəmiyyətinin üzvü. 1723-cü ilin 16 iyulunda
Böyük Britaniyanın Devon qraflığının Plimpton şəhərində doğulmuşdur. 1792-ci ilin 23
fevralında 69 yaşında Böyük Britaniyanın paytaxtı London şəhərində vəfat etmişdir.
181
Şəkil 103. Ser Coşua Reynolds (Joshua Reynolds). Avtoportret
90
Bulvar romanı (rusca бульварный роман) – ciddi məzmundan və bədii
keyfiyyətdən məhrum olan, adətən oğru, fırıldaqçı, avantürist və digər yaramaz ünsürlərin
həyatını təsvir edən romana deyilir.
91
«Doqquzluq gəlmək» bir frazeoloji ifadədir. Doqquzluq gəlməyə rus dilində
belə deyirlər: обвести вокруг пальца, умело обмануть, ловко обмануть, провести [7,
səh. 811, sol sütun].
Filoloqlar Qulu Məmmədqulu oğlu Məhərrəmli və Rafiq Ələkbər oğlu
İsmayılovun 2015-ci ildə çap etdirdikləri «Azərbaycan dilinin frazeologiya lüğəti»ndə
«doqquzluq gəlmək» dedikdə «aldatmaq» başa düşüldüyü qeyd edilir. Həmin istilahın
sinonimi kimi aşağıdakı frazeoloji ifadələr göstərilir: əyri yola əl atmaq; fırıldaq işlətmək;
hiylə gəlmək; hiylə işlətmək; hiyləyə əl atmaq; kələk gəlmək; nömrə gəlmək [15, səh. 96].
Görkəmli dilçi Musa İsrafil oğlu Adilov 1982-ci ildəçap etdirdiyi «Niyə belə
deyirik» adlı kitabında «doqquzluq gəlmək» ifadəsi haqqında söhbətində yazır: «Müasir
dilimizdə «aldatmaq» anlayışını ifadə etmək üçün bir vulqarizm kimi işlənən bu birləşmə
əslində çox qədim türk adətləri ilə əlaqədar yaranıb formalaşmışdır» [2, səh. 151].
Bəzən «qabağına doqquzluq çaxarmaq» ifadəsi işlənir. Rus dilində həmin
ifadəyə belə deyirlər: утереть нос [19, səh. 495, sol sütun].
92
Gillrey Ceyms (ingiliscə James Gillray; rusca Джеймс Гиллрей) – ingilis
karikaturaçı rəssamı və oymaçısı. 1756-cı (bəzi mənbələrə görə 1757-ci) ilin 13
avqustunda Çelsidə, indiki London rayonunda anadan olmuşdur. Əsasən 1792-ci ildən
1810-cu ilə qədər dərc etdirdiyi aşılanmış siyasi və sosial satiraları ilə məşhurluq
qazanmışdır. C. Gillrey haqlı olaraq «siyasi karikaturanın atası» adlandırılmışdır. İki ən
nüfuzlu və təsirli karikaturaçıdan biri hesab edilir. Digər karikaturaçı məşhur ingilis
rəssamı, milli naqqaşlıq məktəbinin banisi və nəhəng nümayəndəsi, illüstrator, satirik
qravüralar müəllifi Uilyam Hoqart (William Hogarth) naqqaşlıq və qrafikada yeni janrlar
kəşf etmişdir. Lakin incəlikləri daha ağıllı təsvir etməsinə, yumor hissinin güclü və həyat
bilgilərinin geniş olmasına, resurs məhsuldarlığına, ərsəyə gətirdiyi əsərlərin həddən ziyadə
gözəl alınmasına və gülüş doğuran xüsusiyyətinin kəskin duyulmasına görə bütün
karikaturaçılar arasında birinci yer tərəddüd edilmədən məhz Ceyms Gillreyə verilir. Onun
baronetdən tutmuş aş nazir və generallara qədər yaratdığı satirik əsərlər sevilə-sevilə
182
baxılır. Sənətkarının əsərlərinin əksəriyyəti üçün böyük qrotesk və boyaların parlaq
çalarlarının zəngin palitrası xarakterikdir.
Ceyms Gillrey 1815-ci ilin 1 iyununda London şəhərində vəfat etmişdir.
Şəkil 104. Ceyms Gillrey (James Gillray; 1756/1757–1815)
Şəkil 105. Uilyam Hoqart (William Hogarth; 1697–1764). Avtoportret, 1745-ci
il
93
Bioqrafik film – tanınmış, məşhur insanların, şöhrətli şəxsiyyətlərin həyat yolu
haqqında söylənən əfsanələri, edilən rəvayət və hekayələri, danışılan nağılları, açıqlanan
təhkiyələri özündə birləşdirən kinematoqrafik janrdır. Onlar başqa sözlə bioqrafiya filmi,
yaxud film-bioqrafiya adlanır. Bioqrafik filmlərin əsas məqsədi fakt və hadisələrin gedişinə
müəyyən personaların təsirini açıb göstərməkdir. Real həyat hadisələrinə istinad etdiyindən
bunların mühüm tarixi əhəmiyyəti vardır. Bir çox insanların bioqrafik filmləri maraqla
izləmələrinin səbəbi məhz həqiqətə uyğun fakt və hadisələrin açılmasıdır. «Biabırçı ledi U»
filmi məhz belələrindəndir.
183
94
Rabenhold Holli (ingiliscə Hallie Rubenhold; rusca Холли Рабенхольд) –
britaniyalı tarixçi. Onu həmçinin Helli Rubenhold kimi də yazırlar. 1971-ci ildə Amerika
Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində doğulmuşdur.
Şəkil 106. Holli Rabenhold (Hallie Rubenhold).
95
Dormer Natali (ingiliscə Natalie Dormer; rusca Натали Дормер) – britaniyalı
aktrisa.
184
Şəkil 107. Teleseriallar ulduzu Natali Dormer (Natalie Dormer). 1982-ci ilin 11
fevralında Böyük Britaniyanın Redinq şəhərində anadan olmuşdur.
96
Ohanyan Robert Robertoviç (rusca Роберт Робертович Оганян; 1964–2008)
– erməni əsilli rus yazıçısı, ingilis və fransız dillərindən tərcüməçi. 1964-cü ilin 2 mayında
doğulmuş, 2008-ci ilin 12 martında 44 yaşında ikən vəfat etmişdir.
Şəkil 108. Robert Robertoviç Ohanyan (1964–2008)
97
Saatçi Çarlz (ingiliscə Charles Saatchi; rusca Чарльз Саатчи) – Böyük
Britaniya biznesmeni, sahibkar, öz qardaşı Morislə birlikdə «Saatçi və Saatçi» («Saatchi &
Saatchi»; 1995-ci ilə qədər dünyada ən nəhəng agentlik olmuşdur) reklam agentliyinin
həmtəsisçisi, art-diler, incəsənət əsərlərinin qiymət qoyanı və kolleksioneri, «Saatçi
qalereyası» («The Saatchi gallery») sahibi.
185
Şəkil 110. Çarlz Saatçi (Charles Saatchi). 1943-cü ilin 9 iyununda İraqın
paytaxtı Bağdad şəhərində anadan olmuşdur. 73 yaşlı sənətkar hazırda Böyük Britaniyada
yaşayır.
Şəkil 111. Çarlz Saatçi. Rəssam Pol Harvinin (Paul Harvey) əsəri
186
98
Elüar Pol (fransızca Paul Eluard; rusca Поль Элюар; 1895–1952) yüzdən artıq
poetik məcmuə buraxdırmış istedadlı fransız şairidir. 1895-ci ilin 14 dekabrında Sena
departamentinin Sen-Deni şəhərində doğulmuşdur. Əsl adı Ejen Emil Pol Qrendel (Eugene
Emile Paul Grindel) olmuşdur. 1952-ci ilin 18 noyabrında Parisdə 57 yaşında ikən vəfat
etmişdir.
Şəkil 109. Pol Elüar (Paul Eluard; 1895–1952)
99
Nurəliyeva Pərvin Ələmdar qızı – gənc yazıçı, Prezident mükafatçısı və
təqaüdçüsü.
Şəkil 113. Pərvin Ələmdar qızı Nurəliyeva
100
Ernst Maks (almanca Max Ernst; rusca Макс Эрнст; 1891–1976) – XX əsr
dünya avanqardında nüfuzlu fiqurlardan biri, alman və fransız rəssamı (1891-ci ilin 2
aprelində Almaniya imperiyasının Bryul şəhərində doğulmuş, 1976-cı ilin 1 aprelində 85
yaşının tamam olmasına bir gün qalmış Paris şəhərində vəfat etmişdir)
187
Şəkil 112. Maks Ernst (Max Ernst; 1891–1976) – solda və alman sosial-
demokrat siyasətçisi, Nobel mükafatı laureatı Villi Brandt (əsl adı Herbert Ernst Karl Fram
(Herbert Ernst Karl Frahm) – sağda 1972-ci ildə Münhendə Olimpiya oyunları zamanı
101
Bohema (rusca богема) – 1) daimi gəliri olmayan, sərsəri həyat keçirən
ziyalılar təbəqəsi (aktyorlar, rəssamlar, şairlər və başqaları bohema dairəsi əmələ gətirirlər);
2) belə bir mühitdə yaşayan adamların pozğun həyatı.
102
Muza – 1) qədim yunan mifologiyasında: incəsənət və elm ilahəsi; 2) məcazi
mənada: ilham; ilham mənbəyi; şeir; yaradıcılıq.
103
Tryuk (rusca трюк) – 1) hünər, məharət, ustalıq; 2) məcazi mənada: fırıldaq,
hiylə, hoqqa, kələk, oyun.
Tryukçu (rusca трюкач) – 1) tryuk ustası; 2) məcazi mənada: fırıldaqçı,
hiyləbaz, hoqqabaz, kələkbaz, oyunbaz.
Tryukçuluq (rusca трюкачество) – 1) tryuk ustası olma; 2) məcazi mənada:
fırıldaqçılıq, hiyləbazlıq, hoqqabazlıq, kələkbazlıq, oyunbazlıq.
Tryukçuluqla (rusca трюкаческий) – 1) tryuk ustası olmaqla; 2) məcazi
mənada: fırıldaqçılıqla, hiyləbazlıqla, hoqqabazlıqla, kələkbazlıqla, oyunbazlıqla.
104
Şansonye (fransızca chansonnier; rusca шансонье) – Fransa estrada
müğənnisi, kuplet və «monmartr» stilində janr mahnıları ifaçısı, çox vaxt onların sözlərinin
və musiqisinin müəllifidir. Fransızca «chanson» sözü hərfi mənada «mahnı», «nəğmə»
deməkdir. «Şansonetka» sözü iki mənada işlənir: 1) kafeşantanlarda oxunulan oynaq,
bayağı nəğmə; 2) köhnəlmiş söz: belə nəğmələri oxuyan müğənninin özü.
105
Şarl Lui Monteskyö (Charles-Louis de Montesquieu) – fransız yazıçısı,
tarixçi, hüquqşünas, maarifləndirici filosof və ictimai xadim, cəmiyyətin öyrənilməsində
naturalistik yanaşmanın tərəfdarı.
Təbiətşünaslıq və ictimaiyyat, həmçinin incəsənət və din sahələrində geniş biliyə
malik olmuş, hakimiyyətlərin bölünməsi haqqında mükəmməl doktrina işləyib
hazırlamışdır.
1689-cu ilin 18 yanvarında Fransanın Bordo yaxınlığında yerləşən La-Bred
qəsrində doğulmuşdur. Dünyaya gələrkən adı belə olmuşdur: Şarl Lui de Sekonda, baron
Lya Bred i de Monteskyö (Charles-Louis de Seconda, Baron de La Brede et de
Montesquieu). Lakin mənbələrin çoxunda sadəcə Monteskyo kimi yazılır. 1755-ci ilin 10
fevralında 66 yaşında ikən Fransanın paytaxtı Paris şəhərində vəfat etmişdir.
188
Monteskyö zadəgan ailəsindən çıxmış bir mütəfəkkir və yazıçıdır. Sonsuz (uşağı
olmayan) dayısının adı, qraf titulu, vəzifəsi və bütün var-dövləti irsən ona keçmişdir.
Monteskyö əvvəlcə dini təhsil müəssisəsində oxumuş, sonra hüquq elmini öyrənmişdir.
Tutduğu vəzifədən imtina edərək botanika, anatomiya, fizika kimi təbiət elmlərini və tarixi
öyrənməyə başlamış, Avropa boyunca səyahətdə olarkən qitə ölkələrinin siyasi və ictimai
quruluşunu dərindən araşdırmışdır. İyirmi il ərzində apardığı araşdırmalarının nəticəsi
olaraq 1748-ci ildə «Qanunların ruhu» əsərini çap etdirmişdir. 1990-cı ildə həmin əsər rus
dilinə tərcümə olunaraq «Qanunların ruhu haqqında» adı altında nəşr edilmişdir.
«Qanunların ruhu» əsəri istər həmvətənlərinin, istərsə də xarici ölkələrdə çalışan
məsləkdaşlarının dünyagörüşünə, onların fikirlərinin zənginləşməsinə çox güclü təsir
göstərmiş, hər kəsin əhvali-ruhiyyəsində dərin iz buraxmışdır. Monteskyönün fəlsəfi
konsepsiyası deizm və mexaniki materializm prinsiplərinə əsaslanmışdır. Monteskyö
Fransa Elmlər Akademiyasına üzv seçilmişdir. Bir yazıçı olaraq məşhurlaşmasında onun
«Fars məktubları» adlı romanı xüsusi rol oynamışdır. Fransanın ali cəmiyyətinin əxlaqını
və siyasi rejimini satira atəşinə tutan həmin kitabın satışı çox keçmədən qadağan
edilmişdir. Monteskyö «Elm, incəsənət və sənətkarlıq ensiklopediyası, yaxud izahlı lüğəti»
adlı mənbədə xeyli sayda məqalənin müəllifi olmuşdur.
Monteskyö nikahlılığın tərəfdarı olmuş, nikahsızlığın əxlaqsızlıqdan,
pozğunluqdan doğduğunu vurğulamışdır. «Kişilərin vəfasızlıq və dəmdəməkiliyinin ən
yaxşı dəlili, onların dönüklüyünün əsas səbəbi nikah institutunun tətbiq edilməyə
başlamasıdır». «Nikahsızlıq əxlaqsızlıqdan doğmuş, pozğunluqdan irəli gəlmişdir. Hər iki
cins onların həyatını daha yaxşı etməli olan nikahdan qaçır, gen durur, əvəzində onları pis
hala gətirən birlikdə yaşamağa üstünlük verir».
Şəkil 114. Monteskyönün doğulduğu və işlədiyi La-Bred qəsri
189
Şəkil 115. Şarl Lui Monteskyö (Charles-Louis de Montesquieu; 1689–1755)
106
Ordinar – 1) coğrafiyada: çayda, körfəzdə və digər təbii su hövzəsində
(hovuzunda) suyun bir neçə il ərzindəki orta səviyyəsi; 2) adi. Ordinar hadisə dedikdə adi
hadisə nəzərdə tutulur. Buna müvafiq olaraq qeyri-ordinar hadisə adi olmayan bir
hadisədir, qeyri-adi haldır.
107
«Faktlar və şərhlər» (rusca «Факты и комментарии») – rus dilində çıxan
ümumukrayna gündəlik qəzetidir. 1997-ci ilin avqustundan dərc edilir. Çox vaxt sadəcə
«Faktlar» adlandırılır. «Faktlar» qəzeti bazar günü və bazar ertəsindən başqa həftədə beş
dəfə çıxır.
108
Qoroxovski Aleksandr Mixayloviç (rusca Александр Михайлович
Гороховский) – Ukraynanın tanınmış jurnalisti. 1973-cü ilin 28 iyulunda Ukraynanın
paytaxtı Kiyev şəhərində anadan olmuşdur.
Şəkil 116. Ukrayna jurnalisti Aleksandr Mixayloviç Qoroxovski
109
Fraqmentar – bəzi mənbələrdə «fraqmental» kimi yazılır. Lakin müəlliflərin
böyük əksəriyyəti həmin sözün «fraqmentar» kimi yazılmasının daha doğru olduğunu
qeyd edirlər.
110
Apogey (rusca апогей) – 1) astronomiyada Ay orbitinin yerdən ən uzaq
nöqtəsi; 2) ən yüksək dərəcə, ən yüksək nöqtə, ən yüksək zirvə.
190
111
Karyera (rus. карьера) – 1) köhnəlmiş söz: peşə, sənət; 2) mənsəb – hər hansı
bir sahədəki fəaliyyətə görə cəmiyyətdə tutulan mövqe. Karyera etmək (rus. сделать
карьеру) – artmaq, böyümək, müvəffəqiyyət əldə etmək, mənsəbə çatmaq.
112
Özünütəsdiq (rusca самоутверждение) – subyektin öz şəxsiyyətini, onun
dəyərini, yaradıcılıq fəaliyyətini və şüurunu təsdiq etməsidir. Ona başqa sözlə
autoaffirmasiya, yaxud avtoaffirmasiya deyilir. İngilis dilində olan mənbələrdə «self-
affirmation» termini işlənir.
113
Zadger İsidor Ayzek (ingiliscə Isidor Isaak Sadger; rusca Исидор Айзек
Задгер; 1867–1942) – məşhur avstriyalı həkim və psixoanalitik, məhkəmə təbabəti
eksperti, seksual deviasiyalar tədqiqatçısı, nəhəng nəzəriyyəçi və klinisistlərdən biri,
həmçinin dahi Ziqmund Freydin ardıcılı.
Şəkil 117. İsidor Ayzek Zadger (Isidor Isaak Sadger; 1867–1942)
114
Bornemann Ernst Vilhelm Yulius (Ernst Wilhelm Julius Bornemann; Эрнст
Вильгельм Юлиус Борнеманн; 1915–1995) – alman antropoloqu, etnomusiqişünası,
psixoanalitik və seksoloqu.
Şəkil 118. Ernst Vilhelm Yulius Bornemann (Ernst Wilhelm Julius Bornemann;
1915–1995)
191
115
«Portret (fransızca portrait; rusca портрет) – hər hansı bir şəxsin, yaxud
adamlar qrupunun təsviridir. Avropa mədəniyyətində «portrait» sözü ilk vaxtlar istənilən
obyektin «təsvirinin yenidən hasil edilməsini» bildirmişdir. Köhnə fransız sözü olan
«portraire» hərfi mənada «hər hansı bir əlaməti cizgilərdə yenidən yaratmaq», «təsvir
etmək» deməkdir. Onun köhnə «parsuna» kəlməsindən, sonuncunun isə latınca «adam»,
«şəxs»,
«şəxsiyyət»
kimi
anlaşılan
«persona»
sözündən
götürüldüyü
müəyyənləşdirilmişdir.
Portret boyakarlıq, heykəltəraşlıq və qrafikanın, eləcə də foto sənətinin əsas
janrlarından biridir. Portreti çəkilən şəxslə təsvir arasındakı oxşayış portretin əsas
meyarıdır.
116
Fotoqrafiya (fransızca photographie; latınca photographia; rusca
фотография) – 1) foto ilə şəkil çəkmə; 2) foto ilə çəkilmiş şəkil; 3) fotoqrafxana
(əksxana0.
İşıqla çəkmə texnikası fotoqrafiya adlanır. Çox vaxt ona başqa sözlə işıqla
çəkmə deyilir. Yunanca photos – işıq və grapho – yazıram, çəkirəm, təsvir edirəm
deməkdir.
117
Pikant (rusca пикантный) – 1) kəskin, tünd; 2) məcazi mənada: maraq
doğuran, maraq oyadan, maraqlı; 3) çox cazibəli, incə, zərif.
Pikantlıq (rusca пикантность) – 1) kəskinlik, tündlük; 2) məcazi mənada:
maraqlılıq; 3) cazibəlilik, incəlik, zəriflik.
118
Video (rusca видео) – mütəhərrik təsvirin formalaşması, yazılması, emal
edilməsi, ötürülməsi, saxlanması və yenidən canlandırılmasını həyata keçirən, televiziya
prinsiplərinə, həmçinin audiovizual törətmə məhsullarından istifadəyə əsaslanan elektron
texnologiyadır. Bəzən informasiya fiziki daşıyıcıda yazılır. Videodisk, videokasset və
başqaları belə daşıyıcılardandır.
119
Toples (ingiliscə topless; rusca топлесс) – ictimai yerdə, çox vaxt çimərlikdə
bədənin yuxarı hissəsinin paltarsız olması, örtülməməsi halını bildirmək üçün istifadə
edilən termindir. İngiliscə topless üstü götürülmüş, üstü olmayan, yuxarı hissədən məhrum
olan, yuxarısız deməkdir. Toples qurşağa qədər açıq, çılpaq qalmaqdır. Halbuki kişilərə
münasibətdə də toples mümkündür. Sadəcə olaraq kişi döşlərinin açıq qalması elə bir
erotik-seksual hiss doğurmur. Çimərlik paltarı olmaqla toples dedikdə yuxarı hissəsi
(büsthalteri) olmayan çimərlik kostyumunun geyinilməsi başa düşülür. Qadın üçün
nəzərdə tutulan, lakin onun döşlərini örtməyən çimərlik paltarından istifadə edildiyi
hallarda bunu müşahidə etmək olar. Çox vaxt toples dedikdə qadının döşlərinin açıq
vəziyyətdə olması başa düşülür.
Dünyanın bəzi ölkələrində qanunla qadağan edilir və yaxud məsləhət görülmür.
Buna görə toples halında olan insandan paltar geyinməsinin tələb edilməsi onun
azadlığının əlindən alınmasına bərabər tutulmur.
120
Nyu (fransızca nu; rusca ню) – heykəltəraşlıqda, naqqaşlıqda, fotoqrafiya və
kinematoqrafiyada bədii janr olub, çılpaq insan bədəninin gözəllik və estetikasını əks
etdirir. Nyu» istilahı fransızca «çılpaqlıq», «lütlük», «lüt-üryanlıq» anlamını özündə ehtiva
edən «nudite» sözünün qısaldılmış şəklidir.
192
121
İm Luitqard (almanca Luitgard Im; rusca Луитгард Им) – məşhur alman
kino və teatr aktrisası.
Şəkil 119. Luitqard İm (Luitgard Im). 1930-cu ilin 12 yanvarında doğulmuş,
1997-ci ilin 21 fevralında 67 yaşı tamam olandan təxminən ay yarım sonra vəfat etmişdir.
122
Trenajor (rusca тренажѐр) – müxtəlif şəraitlərdə və yaxud yüklərə məruz
qoyulduqda obyekti idarə etmək və onunla əlaqədar vərdişləri təkmilləşdirmək üçün tədris-
təlim qurğusudur. İngiliscə train – məşq etmək, öyrənmək, məşq etdirmək, öyrətmək
deməkdir. Təyinatına görə təlim və idman trenajorları fərqləndirilir. İdman trenajorları çox
vaxt ayrıca zallarda təşkil edilir. Odur ki, belə yerlərə trenajor zalları deyilir.
123
Sergey Sergeyeviç Korsakov 1854-cü ilin 22 yanvarında Qus-Xrustal
şəhərində anadan olmuşdur. S. S. Korsakov ulu babalarından irsən aldığı kökəlməyə
meyllilik ucbatından bədən çəkisinin artıq olmasından və bunun nəticəsində ürək-damar
sistemi xəstəliklərindən əziyyət çəkmişdir. 1898-ci ilin 20 iyununda 44 yaşında ikən
məzuniyyət götürüb Voloqdaya gedərkən yolda ürək tutması (birinci infarkt) olmuş, yerli
xəstəxanada beş gün yatdıqdan sonra Moskvaya qayıtmış, burada müalicə həkimləri onda
«ürəyin piylənməsini» müəyyən etmişlər. Elə həmin ilin iyul ayının ortalarında
Korsakovda ikinci ürək tutması olmuşdur. Kəskinləşən xəstəlik universitet tələbələrilə
praktik məşğələləri aparmaqdan azad olmaq üçün ərizə verməsinə məcbur etmişdir. 1899-
cu ilin iyununda Sergey Korsakov mütəxəssislərlə məsləhətləşmək üçün Vyana şəhərinə
yollanmışdır. Orada xəstədə piylənmə və miokarditlə əlaqədar olan ürək hipertrofiyası
aşkara çıxarılmışdır. Vyanadan Roqas şəhərinə gedən alim orada doktor Bayali
institutunda vanna qəbul etmiş və gimnastik tapşırıqlar yerinə yetirmişdir. Sərhəd xaricində
1899-cu ilin 25 avqustuna qədəq qalan S. S. Korsakov özündə xeyli yaxşılaşma hiss
etmişdir. Lakin 1900-cü il başlayan kimi vəziyyəti yenidən pisləşmiş və 22 yanvarda
193
özünün 46-cı ad gününü yataqda keçirmişdir. S. S. Korsakov 1900-cü ilin 1 mayında
paytaxt Moskvada dünyasını dəyişmişdir.
Şəkil 120. Sergey Sergeyeviç Korsakov (1854–1900). Müxtəlif illərdə
çəkdirdiyi şəkillər
124
Seluyko Valentina Mixaylovna (rusca Валентина Михайловна Целуйко) –
həm psixoloji, həm də pedaqoji elmlər namizədi, Volqoqrad Dövlət Pedaqoji
Universitetinin təhsil və inkişaf psixologiyası kafedrasının dosenti.
Şəkil 121. Valentina Mixaylovna Seluyko
125
Mənbələrin bəzisində verilən məlumata görə, Andronik Birinci Komnin
1118-ci ildə doğulmuşdur. Ancaq başqa mənbələrdə onun 1123-cü ildə dünyaya gəldiyi
göstərilmişdir. Birinci İsaak Komninin oğlu olan Andronik imperatriça Mariyaya qarşı
üsyan qaldıraraq hakimiyyəti ələ keçirmiş, 1183-cü ildən Komninlər sülaləsindən
imperator olmuşdur. Komninlər sülaləsinin Konstantinopol taxt-tacında əyləşən sonuncu
nümayəndəsi kimi tarixə düşmüşdür. Konstantinopolun varlı dairələrinə (şəhər
194
zadəganlarına) arxalanan Birinci Andronik başlıca olaraq demaqoqluq və amansız
terrorçuluq yolu ilə feodal pərakəndəliyi meyllərinə qarşı mübarizə aparır, bürokratik
aparatın möhkəmlənməsinə çalışır, məmurların vəzifədən sui-istifadə etmələrinin qarşısını
almaq və korrupsiyanı (rüşvətxorluğu) ləğv etmək məqsədilə ağır cəzalar tətbiq edir,
Qərblə ticarət əlaqələrinin qurulması məqsədilə bir sıra tədbirlər həyata keçirirdi. Birinci
Andronik Komninin dövründə Dalmasiyanı, Dunay çayı boyunca yerləşən strateji
cəhətdən mühüm ərazilər və Kipr adası itirilmiş, Bizans süqut etməyə başlamışdır. Siciliya
normanları Fessalonikanı ələ keçirərək qarət etdilər. Normanlarla müharibədə Birinci
Andronikin müvəffəqiyyətsizliyindən istifadə edən Konstantinopol aristokratiyası üsyan
qaldırdı. Nəticədə Birinci Andronik Komnin devrildi (taxtdan salındı) və 1185-ci ilin 12
sentyabrında edam olundu.
126
Basilevs (rusca басилевс; yunanca basileus) – Qədim Yunanıstanda Miken
epoxasında böyük olmayan yaşayış məskəninin idarəedicisi, Homer dövründə hərbi gücü,
kahini və məhkəmə hökuməti olan tayfa və yaxud tayfa birliklərinin başçısı (bir monarx
olaraq ilk vaxtlar seçilirdi, sonralar irsən ötürüldü), orta əsrlərdə Bizans imperatorlarının
rəsmi titulu, həmçinin Skif və Bosfor çarlığı hökmdarları. Onu həmçinin «basiley»,
«bazilevs», «vasilevs» də adlandırırdılar.
Şəkil 122. Bizans imperatoru Birinci Andronik Komnin (Andronikos I
Komnenos).
127
Qalife Qaston Aleksandr Ogüst de (Gaston Alexandre Auguste de Galliffet) –
markiz, fransız kavaleriya generalı, Paris kommunasının cəlladı, hərbi nazir. Ayrı-ayrı
ədəbiyyatlarda Qaliffe, Qallife, Qalliffe kimi də yazılır. 1830-cu ilin 23 yanvarında
Fransanın paytaxtı Paris şəhərində anadan olmuş, 1909-cu ilin 8 iyulunda elə həmin
şəhərdə vəfat etmişdir.
195
Şəkil 123. Qaston Aleksandr Ogüst de Qalife (Gaston Alexandre Auguste de
Galliffet; 1830–1909). Müxtəlif illərdə çəkdirdiyi şəkillər
128
«Tezötən çaxotka» dedikdə vərəm xəstəliyinin çox tez inkişaf edən, qısa vaxt
ərzində ölümlə nəticələnən forması başa düşülür.
129
Marks Karl Henrix (almanca Karl Heinrich Marx; rusca Карл Генрих
Маркс; 1818–1883) – məşhur alman filosofu, sosioloq, iqtisadçı, yazıçı, şair, siyasi
jurnalist və ictimai xadim.
Şəkil 124. Karl Henrix Marks (Karl Heinrich Marx) 1875-ci ildə
196
122
Düma-ata Aleksandr (fransızca Alexandre Dumas pere; rusca Александр
Дюма отец; 1802–1870) – fransız yazıçısı, dramaturq və jurnalisti. 1802-ci ilin 24
iyulunda doğulmuş, 1870-ci ilin 5 dekabrında 68 yaşında vəfat etmişdir.
Şəkil 125. Aleksandr Düma-ata (Alexandre Dumas pere; 1802–1870)
131
Təəssüf ki, lüğətlərdən heç birində «tusovka» sözünə rast gəlinmir. Doğrusu,
onun ekvivalenti qismində bir anlığa ürəyimdən «curluq» sözü keçdi, lakin tam əhatə edə
bilmədiyinə görə fikrimdən daşındım. Rusların «tusovka» dediyi birlik mahiyyətinə görə
hər hansı konkret məqsəd olmadan özünü sərbəst aparmaqla, sıxılmadan, qeyri-məcburi
ünsiyyət yaratmaq, tanış olmaq, fikirlərini bölüşmək üçün müntəzəm olaraq görüşən, rahat
şəkildə toplaşan insanların istənilən kompaniyasıdır.
Dostları ilə paylaş: |