Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix21.03.2017
ölçüsü5,01 Kb.
#12217
1   2   3   4   5   6   7   8   9   10   11

İzahlı qeydlər 
 
«Hər şey bizim əlimizdədir. Buna görə əlləri yana salmaq, ruhdan düşmək 
olmaz»  
Fransız modelyeri Koko Şanel (Coco Chanel; 1883–1971) 
 
* * * 
 
«Ağacın yarpaqları hər il dəyişdiyi kimi, köhnə sözlər də yaşayaraq  
ömrünü başa vurur, öz yerini yeni doğulan sözlərə verir».  
Roma ədəbiyyatı «qızıl əsrinin» görkəmli nümayəndəsi, bizim eradan əvvəl I 
əsrdə yaşayıb-yaratmış şair Kvint Horasi Flakk (Quintus Horatius Flaccus) 
 
1
«Parafiliya» termini iki yunan sözünün birləşdirilməsindən əmələ gəlmişdir ki, 
para – ətrafında, kənarında, qırağında, yanında və philia – rasional olmayan sevgi, qeyri-
sağlam məhəbbət deməkdir. 
2
Qumilyov
 
Nikolay Stepanoviç (rusca Николай Степанович Гумилѐв) – 

141 
 
 
 
Şəkil  52.  Gimnaziyanın  yuxarı  sinfində  oxuyan  Nikolay  Stepanoviç 
Qumilyovun fotoqrafiyası 
 
3
Krafft-Ebinq Rixard Frayherr fon (almanca Richard Freiherr von Krafft-Ebing; 
rusca Рихард Фрайхерр фон Краффт-Эбинг; 1840–1902) – Avstriya-Almaniya psixiatrı, 
nevroloq, kriminalist, insan seksuallığını müfəssəl tədqiq etmiş mahir sənətkarlardan biri. 
Onun  tam  adı  Rixard  Fridolin  Yozef  Frayherr  Krafft  fon  Festenberq  auf 
Fronberq (Richard Fridolin Joseph Freiherr Krafft von Festenberg auf Frohnberg) olmuş, 
lakin çox vaxt sadəcə fon Ebinq (von Ebing) adlandırılmışdur. Tədqiqatçının adı rus dilinə 
tərcümə edilərkən Rixard yerinə Riçard yazılmış, həmçinin Krafft sözündəki «f» hərfinin 
biri  götürülmüşdür  (nəticədə  rus  dilində  olan  ədəbiyyatlarda  belə  təqdim  edilir:  Риxард 
Фрайхерр фон Крафт-Эбинг).  
Haqlı olaraq seksologiyanın banilərindən biri hesab edilən Krafft-Ebinq 1886-cı 
ildə  «Seksual  psixopatiya»  («Psychopathia  sexualis»)  adlı  əsərini  Ştutqardtda  nəşr 
etdirməklə  elm  üçün  böyük  töhfəsini  vermişdir.  Həkim  və  hüquqşünaslar  üçün  klinik-
məhkəmə-tibb  etüdü olan qiymətli əsərin  adı  əslində  «Cinsi hissin pozğunluğuna xüsusi 
diqqət  yetirilməklə  seksual  psixopatiya»  («Psychopathia  sexualis,  mit  besonderer 
Berucksichtigung  der  contraren  Sexualempfindung»)  olmuşdur.  Alman  dilində  əlavələr 
edilməklə buraxılan 13-cü nəşri tibb doktorları Nikolay Abramoviç Viqdorçik və Gennadi 
İvanoviç Qriqoryev tərəfindən tərcümə edilmişdir. Maraqlı kitab birinci dəfə 1909-cu ildə 
Sankt-Peterburqda  işıq  üzü  görmüşdür.  1996-cı  ildə  Moskvanın  «Respublika» 
nəşriyyatında yenidən buraxılmışdır. Tələbat olduğu nəzərə alınaraq qiymətli əsər 2013-cü 
ildə Moskvanın «Kniqovek» («Kitab əsri») kitab klubunda 2013-cü ildə (redaktoru: Pyotr 
Petroviç Aprışko) bir daha nəşr edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, kitabın sonuncu 
nəşrinin  baş  tutduğu  müəssisənin  adı  bir  qədər  qondarma  olub,  sadəcə  maraq  xatirinə 
«Kitab əsri», yaxud «Əsrin kitabı» kimi tərcümə edilə bilər. 
 

142 
 
 
Şəkil 53. Rixard Frayherr fon Krafft-Ebinq (Richard Freiherr von Krafft-Ebing; 
1840–1902) 
 
4
İmelinski  Kazimej  (polyak  dilində  Kazimierz  Imielinski;  rusca  Казимеж 
Имелинский; 1929–2010) – məşhur polyak həkim-seksoloqu, habilitasiya keçmiş doktor, 
professor, Polşada seksologiyanın pioneri. 
1929-cu  ilin  6  dekabrında  Kepetsk  voyevodluğunun  Dombrova-Qurniça 
şəhərində  doğulmuşdur.  81  il  ömür  sürmüş,  2010-cu  ilin  16  iyulunda  Polşada  vəfat 
etmişdir. 
Dünyanın  müxtəlif  ölkələrinin  çoxlu  sayda  universitetində  fəxri  doktor  adına 
layiq  görülmüşdür.  2004-cü  ildə  Polşanın  Dirçəlişinin  Böyük  Xaç  Ordeni  ilə  təltif 
olunmuşdur. Rus alimləri Georgi Stepanoviç Vasilçenko və Sergey Sergeyeviç Libixlə bir 
yerdə seksologiyada aksioloji yanaşmaya ilk keçənlər sırasına aid edilir. 
Ailə münasibətlərinin və seksual kənarlanmaların müxtəlif mövzularına dair 73 
kitabın müəllifi və həmmüəllifi olmuşdur. Bir neçə əsəri rus dilinə tərcümə edilmişdir. 
 

143 
 
 
Şəkil 54. Kazimej İmelinski (Kazimierz Imielinski)
 
 
 
 
Şəkil  55.  Kazimej  İmelinskinin  «Seksologiya  və  seksiatriya  cizgiləri» 
kitabı1986-cı ildə rus dilinə «Seksologiya və seksopatologiya» kimi tərcümə edilmişdir. 
 
5
Lev-Staroviç  Zbiqnev  (polyak  dilində  Zbigniew  Lew-Starowicz)  –  məşhur 
polyak psixiatrı, psixoterapevt və seksoloqu, habilitasiya olunmuş doktor, professor, Polşa 
Seksologiya Cəmiyyətinin sədri, seks və seksuallıq haqqında çoxlu sayda populyar kitabın, 
həmçinin sosiokultural seksologiya üzrə ilk əsərlərin müəllifi. 
1943-cü  ilin  25  oktyabrında  Polşanın  Seradz  şəhərində  anadan  olmuşdur. 
Kitablarının bir çoxu rus dilinə tərcümə olunmuşdur. 
 

144 
 
  
    
 
       
        
Şəkil 56. Zbiqnev Lev-Staroviç (Zbigniew Lew-Starowicz). Müxtəlif illərdə 
çəkdirdiyi şəkillər 
 
6
Arezin  Likke  (almanca  Lykke  Aresin;  Ликке  Арезин)  –  məşhur  alman 
mütəxəssisi, nevrologiya və psixiatriya professoru. 1921-ci ildə anadan olmuşdur. Yen və 
Höttingendə tibbi öyrənmişdir. 1965–1990-cı illərdə Leypsiq Universitetinin nikah və ailə 
məsələləri üzrə qadın klinikasının konsultasiya xidmətinə rəhbərlik etmişdir. 1991-ci ildə 
Leypsiqdə  «Pro  familia»  konsultativ  mərkəzinin  nəzdində  transseksuallara  yardım 
xidmətini yaratmış və həmin vaxtdan etibarən ona rəhbərlik etmişdir. 200-dən artıq elmi və 
elmi-kütləvi əsərin müəllifidir. 2011-ci ildə Leypsiqdə vəfat etmişdir. 
7
Ştarke  Kurt  (almanca  Kurt  Starke;  rusca  Курт  Штарке)  –  məşhur  alman 
mütəxəssisi,  seksoloq  və  sosioloq.  1938-ci  ildə  anadan  olmuşdur.  1967–1990-cı  illərdə 
Leypsiqdə Karl Marks adına Universitetdə təhsilini baş vurduqdan və orada assistent kimi 

145 
 
çalışdıqdan  sonra  Leypsiq  Mərkəzi  Gənclər  İnstitutunda  işləməyə  başlamış,  orada 
seksologiyanın  öyrənilməsinə  yardım  etmiş,  bu  sahədə  nəhəng  layihələrin  rəhbəri 
olmuşdur.  Elə  həmin  vaxtdan  Leypsiqdə  Seksologiya  Tədqiqat  Mərkəzinə  rəhbərlik 
etmişdir. 1990-cı ildən Elmi Seksoloji Cəmiyyətin təsisçisi və sədridir. Çoxlu sayda elmi 
və  elmi-kütləvi  əsərlərin  müəllifidir.  Bunların  arasında  «30  yaşa  qədər  məhəbbət  və 
seksuallıq», «Şərqdə homoseksualizm» kimi bestsellerləri, «Balacalar üçün seks» suallar 
və cavablar kitabını xüsusi olaraq qeyd etmək lazım gəlir. Leypsiq və Soykritsdə yaşayır. 
8
Lidiya (türkcə Lidya, yunanca Lidia) qədim dövrlərdə Kiçik Asiyanın qərbində 
yerləşmiş bir ölkədir. Əvvəllər «Meoniya» (yunanca «Meionie») adlandırılan həmin ölkə 
qızılla  zəngin  olmuşdur.  Lidiyanın  ərazisində  Hett-Luviya  dillərindən  birində  danışan 
Hind-Avropa tayfaları məskunlaşmışdı.  
9
Qarışıqlıq  yaranmaması  naminə  Lidiya  hökmdarlarını  ardıcıllıqla  izləyək 
(cədvəl 2). 
Cədvəl 2 
Lidiya hökmdarlarının ardıcıllığı 
 
Heraklidlər sülaləsi 
I Ardis (sələfin oğlu) 
I Aliatt (I Ardisin oğlu) 
Meles 
Kandavl (böyük ehtimalla Meleslə eyniləşdirilən Mirsin oğlu) 
Mermnadlar sülaləsi 
Gig 
II Ardis 
Sadiatt 
Adiatt (III Aliatt) 
Kroz 
Bizim eradan əvvəl 564-cü ildə Lidiya fars dövlətinin tərkibinə daxil edilir 
 
Cədvəldən göründüyü kimi, Heraklidlər sülaləsindən dörd nəfər taxt-taca sahib 
olmuşdur: I Ardis (sələfin oğlu), I Aliatt (I Ardisin oğlu), Meles, Kandavl (böyük ehtimalla 
Meleslə eyniləşdirilən Mirsin oğlu). 
Qeyd edək ki, Mermnadlar sülaləsindən aşağıdakı hökmdarlar çıxmışdır:  Gig, II 
Ardis, Sadiatt, Adiatt (III Aliatt), Kroz. 
Mermnadlar  sülaləsinin  banisi  Gig  olmuşdur,  ondan  sonra  II  Ardis  taxt-taca 
çıxmışdır.  Sadiatt  –  Lidiyanın  28-ci  şahı,  Mermnadlar  sülaləsindən  olan  üçüncü 
hökmdardır,  bizim  eradan  əvvəl  629-dan  617-ə,  yaxud  615-ci  ildən  610-cu  ilə  qədər 
hökmdar  olmuşdur.  Herodot  öz  «Tarix»  əsərində  onun  12  il  hökuməti  idarə  etdiyini 
yazmışdır. Sadiatt Gigin nəvəsi, II Ardisin (Ardys II) oğlu, II Aliattın atası və Kryozun 
babasıdır. 
Adiatt  –  bəzi  mənbələrdə  Kandavlla  eyniləşdirilən  şahdır.  Böyük  ehtimalla, 
onun  Kandavlla  identik  (eyni)  adı olmuşdur.  Çünki  lidiyalıların  dilində,  həmçinin  digər 
anatolik  dillərdə  «l» və  «d»  arasında dayanan bir samit səsdən istifadə  edilmişdir.  Qeyd 

146 
 
edək ki, Adiatt Lidiyanın hərbçi, döyüşkən çarı olmuşdur. Adiatt Mermnadlar sülaləsinin 
axırıncıdan  əvvəlki  nümayəndəsi,  Sadiattın  oğlu,  Kryozun  atasıdır.  Adiatt  öz  dövlətinin 
sərhədlərini  əhəmiyyətli  dərəcədə  genişləndirmişdir.  Müasir  tarixi  ədəbiyyatda  bəzən 
İkinci Adiatt, yaxud Üçüncü Adiat adlandırılır. Adiatt bizim eradan əvvəl 560-cı ildə vəfat 
etmişdir. 
Aliatt Sadiattın oğlu, Krozun atası, Mermnadlar sülaləsinin axırıncıdan əvvəlki 
olan  hökmdardır.  Müasir  tarixi  ədəbiyyatda  bəzən  İkinci  Aliatt,  yaxud  Üçüncü  Aliatt 
adlandırılır. Aliattın Arienis adında qızı Kiaksarın oğlu olan Astiaqa ərə getmişdir.  
Mermnadlar sülaləsindən olan sonuncu Lidiya çarı Kryoz (Kroisos) çox məşhur 
olmuşdur. Onu Kres, Krez, Kros, Kroz da adlandırırlar.   
10
Plini  Böyük  (latınca  Plinius  Maior;  rusca  Старший  Плиний)  –  qədim 
Romanın  erudit  yazıçısı.  Onun  əsl  adı  Qay  Plini  Sekund  (Gaius  Plinius  Secundus) 
olmuşdur. Bizim eranın 22-ci və 24-cü illəri arasında Yeni Komda dünyaya gəlmiş, 79-cu 
ilin  24/25  avqustunda  Stabiyada  vəfat  etmişdir.  Sağlığında  heç  bir  portreti  qalmamış, 
əsərlərdə saxlanmamışdır. Buna görə onu ancaq təsəvvür etmək olar. 
 
Şəkil 57. Qay Plini Sekund (Gaius Plinius Secundus) çox vaxt «Böyük Plini» 
kimi tanınır. XIX əsrdə xəyala gətirilmiş portret 
 
11
Qotye Pyer Jül Teofil (fransızca Pierre Jules Theophile Gautier; rusca Пьер 
Жюль Теофиль Готье; 1811–1872) – fransız şairi və romantik məktəbin tənqidçisi.  
1811-ci  ilin  31  avqustunda  Tarb  şəhərində  doğulmuşdur.  1872-ci  ilin  23 
oktyabrında Paris yaxınlığında Nyoyi şəhərində vəfat etmişdir.  
 

147 
 
  
 
 
 
Şəkil 58. Pyer Jül Teofil Qotye (Pierre Jules Theophile Gautier; 1811–1872) 
 
12
«Dünyada  diqqətəlayiq  adamlardan  nümunələr  külliyyatı  onların  ən  yaxşı 
seçilmiş  müəlliflərin  əsərlərindən  götürülən  tərcümeyi-halları  qısaldılmış  şəkildə  əlavə 
edilməklə» (latınca «Promptuarii iconum insigniorum a seculo hominum, subiectis eorum 
vitis,  per  compendium  ex  probatissimis  autoribus  desumptis»)  –  Fransanın  Lion  (Lyon) 
şəhərində fransız humanisti, XVI  əsrdə ən məşhur kitab naşirlərindən biri Giyom Ruye 
(fransızca  Guillaume  Rouille)  tərəfindən  1553-cü  ildə  nəşr  edilmiş  qravüralar 
məcmuəsidir.  Odur  ki,  ona  çox  vaxt  sadəcə  «bioqrafiyalar  məcmuəsi»  (latınca 
«Promptuarii  iconum  insigniorum»)  da  deyilir.  Məcmuədə  portretlər  medal  formasında 
icra edilmiş və qısa bioqrafiyalarla müşayiət olunmuşdur. 
Qeyd edək ki, latışnlaşdırılmış formada Rovilli (Rovillium) adlandırılan həmin 
sənətkar «sekstodesimo» («sextodecimo») adı altında cib kitabları formatını ixtira etmişdir. 
Həmin  kitablarda  hər  səhifə  çap  vərəqinin  1/16  hissəsini  təşkil  etmişdir.  Sekstodesimo 
«oktavo» deyilən formadan iki dəfə kiçik olur. Giyom Ruye həmçinin çoxlu sayda tarixi və 
tibbi əsərləri, poetik əsərləri, müxtəlif məcmuələri və sorğu kitablarını nəşr etmişdir.  
13
Ptolemey  Hefestion  (rus.  Птолемей  Гефестион)  –  bizim  eranın  II  əsrinin 
birinci  yarısında  yaşayıb-yaratmış  yunan  yazıçısı.  Henn  (Chenn)  ləqəbli  Hefestionun 
oğludur. Odur ki, onu başqa cür Henn Ptolemey (Ptolomey Chennus) də adlandırdılar. 
14
Herodot  (latınca  Herodotus) qədim  yunan tarixçisidir.  Mənbələrdə  bir  qayda 
olaraq  Halikarnaslı  Herodot  (ingiliscə  Herodotus  of  Halicarnassus)  kimi  təqdim  edilir. 
Bizim eradan əvvəl təqribən 484-cü ildə doğulmuş, bizim eradan əvvəl təqribən 425-ci ildə 
vəfat  etmişdir.  Herodot  mənşəcə  asiyalı  hesab  edilir,  Kiçik  Asiyada  yerləşən  Halikarnas 
şəhərindən  çıxmışdır.  Herodot  Yunan–İran  müharibələrinin  tarixini  yazmışdır.  Lakin 
həmin əsərdə tarixçi təkcə müharibələr barəsində deyil, eyni zamanda döyüşdə iştirak edən 
xalqların tarixi haqqında məlumat vermişdir. Herodot öz əsəri üçün material toplamaqdan 

148 
 
ötrü  Əhəmənilər  dövlətinin  bir  çox  ölkələrini  gəzmiş,  gördükləri,  yerli  sakinlərdən 
eşitdikləri haqqında yazmışdır. Herodot tarixi faktları ilk dəfə müqayisə edən, onları bir-
birilə  zəncirvarı  hadisələr  kimi  araşdıran  və  səbəblərini  açmağa  cəhd  göstərən 
araşdırıcılardan olmuşdur. 
 
 
 
Şəkil 59. Halikarnaslı Herodot 
 
Herodot  indiyə  qədər  saxlanmış  «Tarix»  adlı  (başqa  sözlə  «Muzalar» 
adlandırılan) ilk iri həcmli tarixi traktatın müəllifidir. Herodot özünün «Tarix» əsərindən 
parçaları  ilk  dəfə  Olimpiya  oyunları  zamanı  oxumuşdur.  Dinləyicilər  Herodotun  gözəl 
yazıçı olduğunu  bildiklərindən ona həyacanla  qulaq asırdılar.  Onlar  kitabdan çox ləzzət 
aldılar. Buna görə kitab ətrafında söhbətlər və orada təsvir edilən rəvayətlər qısa zaman 
ərzində  bütün  Yunanıstana  yayıldı.  Tezliklə  məşhurlaşan  Herodotun  əsəri  hələ  qədim 
zamanlarda  çox  yüksək  qiymətləndirilmişdir.  Herodotun  «Tarix»  kitabı  –  qədim 
Yunanıstanda  və  Ön  Asiyada,  Misirdə  və  həmçinin  vətənimiz  Azərbaycanda 
məskunlaşmış xalqların qədim tarixi üzrə biliklərimizin ən mühüm mənbələrindən biridir 
[15, səh. 124–125]. 
Ümumiyyətlə,  Herodotun  əsərləri  antik  mədəniyyətin  öyrənilməsi  üçün  çox 
böyük  əhəmiyyətə  malikdir.  Təsadüfi  deyildir  ki,  qədim  Roma  siyasi  xadimi,  orator  və 
filosofu Mark Tulli Siseron (Marcus Tullius Cicero) onu «tarixin atası» adlandırmışdır. 
15
Platon  (rusca  Платон;  yunanca  Piaton)  –  qədim  yunan  idealist  filosofu, 
əvvəlcə Kratilin, sonralar Sokratın şagirdi, Aristotelin müəllimi, «Platon akademiyası»nın 
yaradıcısı, təqribən 30 dialoq və məktubun müəllifi. Bizim eradan əvvəl 428/427-ci ildə 

149 
 
Afinada  dünyaya  gəlmişdir.  Doğularkən  adı  Aristokl  olmuşdur.  Müsəlman  Şərqində 
Əflatun kimi məşhurlaşmışdır. Eramızdan qabaq 348/347-ci ildə Afinada vəfat etmişdir. 
 
 
Şəkil 60. Platon (Piaton) 
 
 
Şəkil  61.  Platon  böyük  italyan  naqqaşı,  qrafik  və  arxitektoru  Rafael  Santinin 
(Raffaello Santi) yaratdığı mənzərədə 
 
16
Nikolay Damasklı (latınca Nicolaus Damascenus; rusca Николай Дамасский;  
yunanca  Nicolaus  Damascenus)  –  qədim  yunan  tarixçisi,  şair  və  filosofu,  bizim  eradan 
əvvəl birinci əsrin Yunan–Şərq mədəniyyətinin görkəmli nümayəndəsi.  
17
Arxilox  (latınca  Archilochus)  –  eramızdan  əvvəl  VII  əsrin  ikinci  yarısında 
yaşamış qədim yunan şairidir.  
 

150 
 
 
Şəkil 62. Arxilox (Archilochus) 
 
Mənbələrdə bir qayda olaraq Paroslu Arxilox (ingiliscə Archilochus of Parosus) 
kimi  təqdim  edilir.  Onun  bizim  eradan  əvvəl  680-ci  ilə  qədər  anadan  olduğu  bildirilir. 
Antik dövrdə Arxiloxu «dahi lirik şair» adlandırmışlar. Lirik şeir, elegiya, himn, epitafiya, 
həcv  və  təmsillərindən  parçalar  (200–250  misra)  qalmışdır.  Arxilox  yamb  trimetrində 
yazıb-yaratmışdır.  Yamb  trimetri  antik  poeziyada  bir  şeir  ölçüsü,  kvantitativ  metrikanın 
mühüm  ölçülərindən  biridir.  Təsadüfi  deyildir  ki,  Arxilox  yamb  vəzninin  ixtiraçısı, 
yaradıcısı hesab edilir. Sənətkar yamb trimetri lirikasından faciə və komediyaya keçmişdir. 
Parosdan olan Arxilox Gig tərəfindən Kandavlın öldürülməsi barəsində ilk dəfə 
danışan  müəlliflərdən  biri  olmuşdur.  Qədim  yunan  tarixçisi  Halikarnaslı  Herodot 
(Herodotus) məhz Arxiloxa isnad etdiyini gizlətməmişdir.  
Arxilox bizim eradan əvvəl təqribən 640-cı ildə vəfat etmişdir.
 
18
Sard (lidiyalıların dilində Sfarda, qədim fars dilində Sparda) qədim dünyanın 
ən böyük şəhərlərindən biri olmuş, Lidiyanın paytaxtı kimi məşhurlaşmışdır. 
Tiran  (rus.  тиран)  –  1)  tarixdə:  Qədim  Yunanıstanda  hakimiyyətə  zorla 
sahiblənən  şəxs;  2)  hökmdar,  müstəbid;  3)  məcazi  mənada:  qaniçən,  qəddar,  zalım, 
zülmkar.
 
19
Xiton  (rus.  хитон;  yunanca  chiton)  –  qədim  yunanlarda,  həmçinin  Kiçik 
Asiyanın və Yaxın Şərqin bəzi digər xalqlarında hər iki cinsin nümayəndələri tərəfindən 
istifadə edilən, uzun köynəyə oxşayan, çox vaxt qolsuz olan geyim.  
20
Barbar  (rus.  варвар)  –  1)  tarixdə:  qədim  romalılarda  və  yunanlarda  yadelli 
adam; 2) danışıqda: özünü vəhşi kimi aparan, mədəniyyətsiz olan, kobud davranan, qaba 
hərəkətlər  etməyindən  qalmayan  adam.  Yunanca  «barbara»  sözündən  olub,  «əcnəbi», 
«anlaşılmaz dildə danışan» deməkdir [12, səh. 15, sol sütun]. 

151 
 
21
Kretyen de Trua (fransızca Chretien de Troyes; rusca Кретьен де Труа) – orta 
əsr  kurtuaz  romanının  ustası,  fransız  yazıçısı  və  şairi.  Onun  həyatı  haqqında  çox  az 
məlumat vardır. 1130-cu illərdə (əksər mənbələrdə təxminən 1135-ci ildə, bəzi mənbələrdə 
hətta  1150-ci  ildə)  anadan  olduğu,  1190-cı  ilə  qədər  (böyük  ehtimalla  təqribən  1183-cü 
ildə) dünyadan köçdüyü qeyd edilir. Romanlarının süjeti və stili onun savadlı olmasından, 
öz  zəmanəsinin  kliriklərinə  xas  yaxşı  təhsil  almasından,  eyham  və  ithafları  isə  sarayla 
mütəmadi əlaqə yaratmasından xəbər verir. 
 
  
 
Şəkil 63. Kretyen de Trua 
 
22
İveyn  (fransızca  Yvain;  rusca  Ивейн  или  Ивэйн)  –  Breton  ədəbi 
mənbələrində  Urien  və  Morqananın  oğludur.  Onu  İvayn,  Ovayn,  yaxud  Oven  kimi  də 
təqdim edirlər. Latın dilində olan salnamələrdə Iventus Uriani filius hesab edilir, həmçinin 
köhnə fransız janrında yazılmış şeir formasında hekayələrdə (fablyo) və digər mənbələrdə 
(lais) onun adı çəkilir. 
 
 
 
 
Şəkil 64. «İvayn» romanına çəkilmiş orta əsr illüstrasiyası 
 

152 
 
Rıtsar (rusca рыцарь) – 1) tarixdə: Qərbi Avropada feodalizm dövründə hərbi-
zadəgan  təbəqəsinə  mənsub  olan  şəxs;  cəngavər;  2)  məcazi  mənada:  alicənab,  comərd, 
fədakar, mərd adam. 
  
23
Fransua de Salinyak, markiz de La Mot-Fenelon (François de Salignac de La 
Mothe-Fenelon dit Fenelon) – fransız ruhanisi və ilahiyyatçısı, yazıçı və pedaqoqu. 
1651-ci  ilin  6  avqustunda  doğulmuşdur.  1715-ci  ilin  7  yanvarında  64  yaşında 
ikən vəfat etmişdir. 
 
 
Şəkil 65. Fransız naqqaş-portretçisi Jozef Vivyenin (Joseph Vivien) fırçasından 
çıxmış  Fransua  de  Salinyak,  markiz  de  La  Mot-Fenelon  (François  de  Salignac  de  La 
Mothe-Fenelon dit Fenelon) portreti. 
 
24
Uells Herbert Corc (ingiliscə Herbert George Wells; rusca Герберт Джордж 
Уэллс;  1866–1946)  –  ingilis  yazıçısı  və  publisisti.  1866-cı  ilin  21  sentyabrında  Böyük 
Britaniyanın Bromli şəhərində doğulmuşdur. Prozaik və esseist H. C. Uells elmi fantastika, 
bioqrafiya və fəlsəfi esse janrlarında gözəl əsərlər yaratmış, tarixi oçerklər qələmə almışdır. 
1946-cı ilin 13 avqustunda 80 yaşında ikən London şəhərində vəfat etmişdir.  
 

153 
 
 
Şəkil  66.  Herbert  Corc  Uellsin  (Herbert  George  Wells)  1897-ci  ildə  işıq  üzü 
görən «Görünməz insan» («The invisible man» adlı elmi-fantastik romanı 
 
Herbert  Corc  Uells  üç  dəfə  Rusiyada  olmuş,  Vladimir  İliç  Lenin  və  İosif 
Vissarionoviç Stalinlə görüşmüşdür. 
 
 
Şəkil  67.  Herbert  Corc  Uells  (Herbert  George  Wells).  Viktorian  epoxasının 
ingilis fotoqrafı Corc Çarlz Beresfordun (George Charles Beresford) fotosu, 1920-ci il 

154 
 
 
Şəkil 68. Herbert Corc Uells 1907-ci ildə Sendgeytdəki öz evinin qapısı yaxınlığında 
 
 
Şəkil 69. Herbert Corc Uells (Herbert George Wells). 1943-cü ildə 
 
25
«Görünməz insan» romanının motivləri üzrə eyniadlı iki kinofilm çəkilmişdir. 
Birinci dəfə 1933-cü ildə kinorejissor, səsli kinoda dəhşətlər filmi janrının yaradıcılarından 
(əsasını  qoyanlardan)  biri  Ceyms  Ueyl  (James  Whale)  filmi  tamaşaçıların  ixtiyarına 
vermişdir.  

155 
 
 
Şəkil 70. Ceyms Ueylin rejissorluq etdiyi «Görünməz insan» filminin posteri 
 
Növbəti film XX əsrin 80-ci illərinin ortalarında, daha dəqiq desək, 1984-cü ildə 
sovet  mütəxəssisləri  tərəfindən  ərsəyə  gətirilmişdir.  Filmin  premyerası  1985-ci  ilin 
iyulunda  Sovet  Sosialist  Respublikaları  İttifaqında,  1986-cı  ilin  21  avqustunda  isə 
Macarıstanda baş tutmuşdur. 
 
 
Şəkil 71. «Görünməz insan» sovet filminin posteri 
 
26
Tolkin Con Ronald Ruel (ingiliscə John Ronald Reuel Tolkien; rusca Джон 
Рональд  Руэл  Толкин;  1892–1973)  –  ingilis  yazıçısı,  linqvist,  şair,  filoloq,  Oksford 
Universitetinin professoru. 

156 
 
1892-ci ilin 3 yanvarında Oranj Respublikası (Oranje-Vrijstaat; Oranje-Vrystaat) 
müstəqil dövlətinin Blumfonteyn şəhərində doğulmuşdur. 1973-cü ilin 2 sentyabrında 81 
yaşında İngiltərənin Bornmut şəhərində vəfat etmişdir. 
 
 
Şəkil 72. Con Ronald Ruel Tolkin (John Ronald Reuel Tolkien) 1916-cı ildə 
 
27
«Üzüklərin hökmdarı»  (ingiliscə  «The  lord of the  rings»;  rusca  «Властелин 
колец») – ingilis yazıçısı Con Ronald Ruel Tolkinin yazdığı roman-epopeya olub, fentezi 
janrında olan ən məşhur əsərlərdən biridir. XX əsrin ən məşhur və populyar kitablarından 
biridir.  38  dilə  tərcümə  edilən  qiymətli  əsər  fentezi  janrında  ədəbiyyatın,  stolüstü  və 
kompüter  oyunlarının,  kinematoqrafiyanın  inkişafına  nəhəng  bir  ölçüdə  təsir  göstərmiş, 
ümumiyyətlə, dünya mədəniyyətində silinməz iz buraxmışdır. 
 
 
Şəkil 73. Üzüklərin hökmdarı (The lord of the rings) 
 
 

157 
 
Tolkin  «Üzüklərin  hökmdarı»nı  birinci  dəfə  «Allen  və  Anvin»  («Allen  and 
Unwin»)  nəşriyyatına  təklif  etmişdir.  Yazıçı  həmin  əsərlə  eyni  vaxtda  «Silmarillion» 
kitabını da nəşr etdirməyi niyyətində tutmuşdu. Lakin nəşriyyat buna getməmiş, kitabı çap 
etməyə  razılıq  verməmişdir.  1950-ci  ildə  Tolkin  öz  əsərini  «Kollinz»  («Collins») 
nəşriyyatına təklif etmiş, lakinmüəssisənin əməkdaşı Milton Uoldmen (Milton Waldmen) 
«kitabın  kəsilərək  qısaldılmasına  kəskin  ehtiyac  olduğunu»  bildirmişdir.  Ancaq  kitabı 
qısaltmağa heç cür əli gəlməyən müəllif bir neçə qeydinin olduğu müraciətlə onu yenidən 
«Allen  və  Anvin»  nəşriyyatına  göndərir.  Onun  aşağıdakı  sözləri  xüsusən  təsirli  alınır: 
«Mən  mətnin  istənilən  hissəsinin  nəşr  edilməsinin  mümkünlüyünü  böyük  sevinclə 
qarşılayar və nəzərdən keçirərdim». Nəşriyyat romanı heç bir «kəsim əməliyyatına» məruz 
qoyulmadan  bütövlükdə  nəşr  etməyə  razılıq  verir.  Ancaq  müharibədən  sonrakı  dövrdə 
kağız çatışmadığından naşirlər Tolkindən romanı ad qoyulmadan sadəcə altı yerə bölməyi 
xahiş edirlər. Əvvəlcə Tolkin öz romanının bölünməsiinin əleyhinə çıxmışdır, lakin heç bir 
nəşriyyatın  onu  bütövlükdə  çap  etməyə  razılıq  vermədiyini  gördükdə  buna  məcbur 
olmuşdur.  Vahid kitab  kimi  yazılmış  əsərin həcmi  böyük olduğuna  görə onun  altı  yerə 
bölünməsi  qərarı  məcburiyyət  üzündən  dəstəklənir.  Sonra  əlverişlilik  üçün  onlar  cüt 
halında birləşdirilir, birinci və ikinci kitablar Üzüyün qardaşlığı» («The fellowship of the 
ring»),  üçüncü  və  dördüncü  kitablar  «İki  qala»  («The  two  towers»),  beşinci  və  altıncı 
kitablar  isə  «Kralın  qayıtması»  («The  return  of  the  king»)  adı  altında  işıq  üzü  görür. 
Beləliklə,  əsər  birinci  nəşrində  üç  hissəyə  bölünmüş  olur.  Bu  qiymətli  kitab  trilogiya 
şəklində  indiyədək  dərc  edilməkdədir.  Əslində  çətinlik  həmin  vaxt  təkcə  kağız 
çatışmazlığında deyildi, insanların maddi vəziyyətinin yaxşı olmadığı bir dövrdə kitabın ilk 
cildlərinin  qiymətinin  aşağı  olması  və  buraxılan  seriyanın  müvəffəqiyyətlə 
qiymətləndirilməsi  məqsədi  güdülmüşdü.  Bağlanmış  müqaviləyə  görə,  müəllif  kitabın 
nəşri  yolunda  çəkilən  xərc  çıxana  qədər  heç  bir  qonorar  almır,  lakin  əsər  sürətlə 
satıldığından çox keçmədən əhəmiyyətli dərəcədə böyük bir məbləğ əldə edir. 
28
Ksanf (rusca Ксанф; yunanca Xanth) – mənşəcə Sarddan olmuş, bizim eradan 
əvvəl V əsrin birinci yarısında yaşamış qədim yunan tarixçisi. Ksanf Lidiya tarixi haqqında 
dörd  kitabında  yazmış,  lakin  onlardan  yalnız  hissələr  qalmışdır.  Lidiya  haqqında  öz 
hekayələrində Herodot, həmçinin sonralar Halikarnaslı Dionisi məhz Ksanfın əsərlərindən 
istifadə  etmişdir.  Ksanf  təkcə  coğrafi  və  tarixi  məlumatlar  çatdırmamış,  eyni  zamanda 
Lidiya  mifologiyası  və  etnoqrafiyası  haqqında  danışmışdır.  Hətta  maqlar  və  Empedokl 
haqqında əsərlər elə Ksanfın ayağına yazılır.  
29
Romanlaşdırma  (rusca  романизация)  –  genişləndirilmiş  latın  əlifbası 
vasitələrilə  diakritik  işarələri  və  hərf  birləşmələrini  tətbiq  etməklə  qeyri-latın  yazılı 
abidələrinin  ötürülməsidir.  Ona  başqa  sözlə  romanizasiya  da  deyilir.  Latınca  romanus  – 
Romaya  aid  olan,  Romaya  məxsus  hesab  edilən,  Romanınkı  kimi  baxılan  deməkdir. 
Romanlaşdırma transliterasiyanın növlərindən biridir. 
30
Dionisi Skitobraxion (rusca Дионисий Скитобрахион) – bizim eradan əvvəl 
II–III  əsrlərdə  yaşayıb-yaratdığı  iddia  edilən,  daha  çix  mifoloji  romanlar  müəllifi  kimi 
tanınan yazıçı. 

158 
 
31
Delfa  (Delfi)  Yunanıstanda  Cənub-Şərqi  Fokidada  yerləşmiş  qədim  yunan 
şəhəridir,  Apollon  orakulu  və  məbədi  ilə  şöhrət  tapmış  ümumyunan  dini  mərkəzi 
olmuşdur.  
Delfa  orakulu  Fokidada  Parnas  dağının  cənub  yamacında  Delfada  Apollon 
məbədində  yerləşmiş  bir  kahinlikdir.  Qədim  yunan  mifologiyasına  görə,  Apollonun  son 
dərəcə böyük, bədheybət, dəhşətli Pifon ilanı üzərində qələbə çaldığı yerdə elə onun özü 
tərəfindən orakulun əsası qoyulmuşdur. Orakulda nominal olaraq (yalnız adda, ancaq kağız 
üzərində) baş, əsas şəxs kahinə (pifiya) olmuşdur. Lakin faktik olaraq bütün qabaqcadan 
deyilən  xəbərlər  hadisələrə  şərh  verən,  onları  yozan  məbəd  kahinələri  tərəfindən  tərtib 
edilmişdir. Ellin dünyasında baş kahinliklərdən biri olmuşdur. 
Əfsanəyə görə, qədim yunan mifologiyası və dinində Zevs (Zeus) qədim Roma 
mifologiyasında isə Yupiter (Yupiter) kimi qələmə verilən baş allah «dünyanın göbəyini» 
(«cahanın ortasını») müəyyən etmək məqsədilə Yer kürəsinin hər iki başından üz-üzə eyni 
sürətlə uçan iki qartal buraxırlar. Qartallar qədim yunan şəhəri Delfa üzərində görüşürlər. 
Məhz buna görə də Delfa şəhəri «dünyanın ortası» hesab edilir və Zevsin əmri ilə buraya 
omfal  qoyulur.  Yunan  dilində  «omfal»  («omphalos»)  sözü  hərfi  mənada  «göbək» 
deməkdir.  Omfala  «müqəddəs  daş»,  «göydən  gələn  daş»  kimi  baxılırdı.  Daşın  meteorit 
olması onun belə məna qazanmasına (fetişləşdirilməsinə) gətirib çıxarmışdır. Bu daşın hər 
iki yanına qızıl qartal fiqurları həkk edilmişdi [2]. 
Yunanıstanda  omfal  daha  çox  pərəstiş  edildiyindən  bir  baytil  hesab  edilirdi. 
Qədim Yunanıstanda allahların məskəni (yurdu) hesab edilən və fetiş xidmətini görən daşı 
«baytil» adlandırırdılar. Qədim kult obyekti (omfal) Delfada Apollon məbədi yaxınlığında 
yerləşən bir baytil kimi məşhurlaşmışdı (şəkil 1). 
 
 
Şəkil 74. Delfada arxeoloji muzeydə saxlanılan omfal 
 
32
Pifiya  (Pythia)  qədim  Yunanıstanda  Parnas  dağının  döşündə  (yamacında) 
yerləşən  Delflərdəki  Apollon  məbədində  Delfa  orakulunun  gələcəyi  görən  kahinəsidir. 
«Pifiya» sözü Delfiya orakulunun əvvəllər mühafizəçisi olmuş Pifon, yaxud Piton (Python) 

159 
 
ilanının  adından  götürülmüşdür.  Apollon  doğulandan  dörd  gün  sonra  oxla  həmin  ilanı 
vurub öldürmüş və orakulun mühafizəsilə özü məşğul olmuşdur. 
 
 
Şəkil 75. Pifiya (Pythia) 
 
33
Aşşurbanipal (rusca Ашшурбанипал) – Assur çarı, Asarxaddonun oğlu. Ona 
həmçinin Aşşurbanapal deyirdilər. Bizim eradan əvvəl 669-cu ildə taxt-taca çıxmışdır. Tir 
və  arvad  şəhərlərini  işğak  etmiş,  şərqdə  və  şimalda  kimmerilər,  skiflər,  midiyalılar 
(madalılar) və digər xalqlarla mübarizə aparmışdır. Qardaşı Şamaşşumukinin Babilistanda 
ona qarşı qaldırdığı üsyanı bizim eradan əvvəl 648-ci ildə yatırmışdır. Eramızdan qabaq 
təqribən 639-cu ildə Elamı ələ keçirmişdir.  
Aşşurbanipal eramızdan əvvəl VII əsrin 40-cı illərində bəzi ərəb tayfalarını və 
dövlətlərini özünə tabe etmişdir. Bizim eradan əvvəl təqribən 628-ci (bəzi mənbələrdə 627-
ci) ilə qədər çarlığı idarə etmişdir.  
Aşşurbanipal  təkcə  Aşşur  çarlığının  axırıncı  böyük  çarı  kimi  deyil,  eyni 
zamanda  qədim  yazılı  abidələrin  toplayıcısı  kimi  məşhurdur.  1849–1854-cü  illərdə 
aparılan  qazıntılar  zamanı  Nineviyada  (Neynəvada)  Aşşurbanipalın  kitabxanası 
tapılmışdır. 
 

160 
 
 
Şəkil 76. Aşşurbanipalın at belində şir ovuna çıxması. Aşşur relyefi  
 
34
Psammetix  Birinci  Uaxibra  (rusca  Уахибра  Псамметих  I)  –  qədim  Misir 
fironu. Bizim eradan əvvəl təxminən 664-cü ildə doğulmuşdur. Eramızdan qabaq 610-cu 
ildə vəfat etmişdir. 
 
 
Şəkil  77.  Sinkretik  Günəş  allahı  Ra-Horaxteyə  bəxşiş  verən  Uaxibra  Birinci 
Psammetixin təsvir edildiyi relyef. Pabasa məqbərəsi 
 
35
Yevsevi  Kesariyalı  (latınca  Eusebius  Caesariensis;  rus.  Евсевий 
Кесарийский; 263–340) – Roma xristianlıq tarixçisi və təfsirçisi, yazıçı, klerik, Kesariya 
yepiskopu. Haqlı olaraq «xristianlıq tarixinin atası» («kilsə tarixinin atası») hesab edilir. 
Onun ən erkən əsəri «Xronika» IV əsrin əvvəlində yazılmış fundamental bir əsərdir. Tam 
mətni yalnız erməni dilinə tərcümədə saxlanılmışdır.  
Kesariyalı  Yevsevinin  qələmə  aldığı  «Xristianlığın  tarixi»  adlı  əsəri  olduqca 
məşhurdur. 
Kesariyalı Yevsevi (Eusebius Caesariensis) 
 

161 
 
 
 
Şəkil 78. Kesariyalı Yevsevi (Eusebius Caesariensis; 263–340) 
 
36
Plutarx Heroneyalı (rusca Плутарх из Херонеи; yunanca Plutarchos) – yunan 
filosofu, yazıçı, tarixçi, bioqraf və moralist. 
Təqribən 46-cı ildə Heroneyada doğulmuşdur. Təqribən 127-ci ildə 81 yaşında 
Bestiyada vəfat etmişdir. 
 
 
Şəkil 79. Plutarxın doğma vətəni Heroneyada qoyulmuş büstü 
 
37
Mayolika  (italyanca  maiolica;  rusca  майолика)  –  naxışlı  minadan  istifadə 
edilməklə  fayans  (saxsı)  qalıqlarından  (bişmiş  gildən)  hazırlanan  keramika  növü.  Ona 
başqa sözlə malyorka, yaxud kaşı deyilir.  
38
Yordans Yakob (niderlandca Jacob Jordaens; rusca Якоб Йорданс) – flamand 
barokkosunun görkəmli nümayəndələrindən biri, rəssam. 

162 
 
 
 
Şəkil  80.  Yakob  Yordans  (Jacob  Jordaens).  Sənətkarın  «Ailə  portreti»  adlı 
silsiləsindən avtoprtreti, təqribən 1615-ci il. 
 
Yakob Yordans 1593-cü ilin 19 mayında Antverpendə doğulmuş, 1678-ci ilin 
18 oktyabrında elə həmin şəhərdə vəfat etmişdir. 
«Lidiya şahı Kandavl öz arvadını Gigə göstərir» (ingiliscə «King Candaules ...») 
əsərini göstərmək olar.  
39
Lafonten Jan de (fransızca Jean de La Fontaine; rusca Жан де Лафонтен) – 
fransız şairi. 
1621-ci ilin 8 iyulunda Şato-Tyerri (indiki En departamenti) Şampan şəhərində 
doğulmuşdur.  1684-cü  ildən  Fransa  Akademiyasının  üzvü  olmuşdur.  İlk  əsərlərini 
klassisizm  ənənələri  əsasında  yazmışdır.  Bunlardan  1658-ci  ildə  yazdığı  «Adonis» 
poeması,  1669-cu  ildə  qələmə  aldığı  «Psixeya  və  Kupidonun  məhəbbəti»  povesti  və 
başqaları göstərilə bilər. Realist novellaları böyük marağa səbəb olmuşdur. 1665–1685-ci 
illərdə  yaratdığı  «Mənzum  nağıllar  və  hekayələr»  əsəri  5  kitabdan  ibarət  olmuşdur. 
İstedadlı təmsilçi 1668–1694-cü illərdə ərsəyə gətirdiyi «Təmsillər» əsəri 12 kitab halında 
buraxılmışdır.  Müəllif  realist  novellalarında  və  xüsusən  təmsillərində  hakimsiniflərin 
özbaşınalığını,  ruhanilərin,  məmurların riyakarlığını və satqınlığını satira  atəşinə tutmuş, 
xalqın müdrikliyini və mənəvi saflığını onlara qarşı qoymuşdur. 
1692-ci  ilin  dekabr  ayının  ortalarında  Lafonten  ağır  xəstələnir,  tamam  ruhdan 
düşür,  həyata  marağını  itirir,  dünya  həzzlərinə  biganə  münasibət  bəsləməyə  başlayır. 
Gənclik illərində teologiyaya maraq göstərdiyini yadına salıb «İncil»dən möhkəm yapışır 
və onu dəfələrlə oxuyur. Cənnət və cəhənnəmin mövcudluğuna dair məsələ ona rahatlıq 
vermir. Yüngül, ədəbsiz hekayələr müəllifi ona əbədi cəza veriləcəyini fikirləşir, onu belə 
bir  təhlükə  gözləməyinə  görə  qorxu  yaşayır,  öz  hekayələrinə  görə  təəssüf  və  peşmanlıq 
hissi keçirir, bir növ tövbə edir. 
1695-ci ilin 13 aprelində Paris şəhərində vəfat etmişdir. 
 
 
 

163 
 
 
Şəkil 81. Jan de Lafonten (Jean de La Fontaine; 1621–1695) 
 
40
Magistr (rusca магистр) – 1) birinci alimlik dərəcəsi, yaxud belə bir dərəcəni 
aslmış şəxsin özü; 2) tarixdə: ruhani rıtsar ordeni başçısı. 
Magistr elmi dərəcəsi almağa namizəd olan adam magistrant adlanır. 
41
Ner Eqlon Hendrik van der (niderlandca Eglon Hendrick van der Neer; rusca 
Эглон  Хендрик  ванн  дер  Нер;  1635–1703)  –  Hollandiyanın  qızıl  əsrinin  sənətkarı, 
Niderland  naqqaşı  və  peyzajçısı  1635-ci  ildə  Amsterdam  şəhərində  anadan  olmuşdur. 
1703-cü ilin 3 mayında 68 yaşında ikən Düsseldorfda vəfat etmişdir. 
 
 
 
Şəkil  82.  Eqlon  Hendrik  van  der  Ner  (Eglon  Hendrick  van  der  Neer). 
Avtoportret, 1696, Uffisi 
 

164 
 
42
Fontenelin
 
Bernar  Le  Bovye  de  (fransızca Bernard le  Bovier de Fontenelle; 
rusca Бернар Ле Бовье де Фонтенель; 1657–1757) – fransız yazıçısı və alimi. 
1657-ci  ilin  11  fevralında  Ruanda  anadan  olmuş,  1757-ci  ilin  9  yanvarında 
Parisdə  vəfat  etmişdir.  100  yaşının  tamam  olmasına  bir  aydan  az  qalmış  dünyasını 
dəyişmişdir. 
 
 
Şəkil  83.  Bernar  Le  Bovye  de  Fontenelin  (Bernard  le  Bovier  de  Fontenelle) 
portreti. Fransız naqqaşı Nikola de Larjilyer (Nicolas de Largilliere) tərəfindən yaradılmış 
portret 
 
43
Palatso (rusca палаццо) – İtaliyada saray. 
44
Pittoni Covanni Battista (italyanca Giovanni Battista Pittoni; rusca Джованни 
Баттиста Питтони; 1687–1767) – Venesiya məktəbinin yetirməsi olmuş italyan naqqaşı. 
C.  B.  Pittoni  1738-ci  ildə  Venesiya  Naqqaşlıq  və  Heykəltəraşlıq 
Akademiyasının  prezidenti  vəzifəsində  çalışan  görkəmli  sənətkar  Covanni  Battista 
Tyepolonu (Giovanni Battista Tiepolo) əvəz etmişdir.  
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin