§ 2.4. Kandavlizmin müalicəsi
«Sağalmanın şərtlərindən biri onu arzulamaqdır».
Roma stoik-filosofu, şair və dövlət xadimi
Lusi Anney Kiçik Seneka (Lucius Annaeus Seneca minor)
* * *
134
«Həkimin sizdə müşahidə etdiyi xəstəliyin adını bilməsi onun hələ həmin
naxoşluq barəsində mükəmməl məlumata malik olması demək deyildir».
Amerikan yazıçısı, «Merfi qanunları» haqqında məşhur kitabın müəllifi Artur
Blox (Arthur Bloch; 1948-ci ildə doğulmuşdur)
Kandavlizm problemi ilə əlaqədar olaraq insanlar tibbi yardım almaqdan ötrü
çox nadir hallarda müraciət edirlər. Kandavlizmə mübtəla olmuş kişilər heç vaxt həkimə
müraciət etmək istəmirlər. Çünki onlar belə davranışdan olmazın həzz alırlar. Kandavlist ər
burada heç bir qəbahət görmür. Çünki kandavlizm ərin seksual tələbatının təmin edilməsi
yoludur.
Azərbaycanlı kişilərin məhz kandavlizm problemi ilə bağlı həkimə müraciət
etmələri ümumiyyətlə, inandırıcı görünmür. Ona görə ki, kandavlizmə mübtəla olmuş ər
özündəki əlaməti açıqlayan kimi onun dərhal nakişi hesab ediləcəyini bilir. Tarixin lap
uzaq dövrlərindən üzü bəri azərbaycanlılar arasında kişilik yüksək tutulmuş, kişinin öz
arvadını qorumağa, onun namusunu hifz etməyə, qeyrətini çəkməyə borclu olduğu uşaqlıq
illərindən aşılanmış, kişi sözü hər şeyə təminat vermiş, yaxşı əməl, təqdirəlayiq hərəkət
məhz kişi hərəkəti kimi qiymət almış, əksinə, yaramaz bir davranış müşahidə edildikdə
kişiyə yaraşmayan hərəkət, belə bir xasiyyətin özü isə nakişilik kimi dəyərləndirilmişdir.
Dünyanın məşhur səyyah, yazıçı və etnoqrafları Qafqazı gəzib dolandıqdan sonra
xatirələrində azərbaycanlılar arasında kişi sözünün həllediciliyini məftunluqla təsvir
etmişlər. Tanınmış fransız yazıçısı, dramaturq və jurnalisti Aleksandr Düma-ata
(Alexandre Dumas pere)
130
«Qafqaz səfəri», «Qar yığını», «Sultanetta», «Parisdən
Həştərxana» və başqa əsərlərində azərbaycanlıların qonaqpərvərliyini, səxavətliliyini
qələmə almış, bu xalqın zəngin mədəniyyətə malik olduğunu göstərmiş, xüsusən dadlı
mətbəxindən və söz bütövlüyünün rolundan bəhs etmişdir. Həqiqətən görkəmli sənətkar
haqlıydı, axı, azərbaycanlılarla bir şey barəsində sövdələşəndə onlardan imzalanmış sənəd
tələb etməyə ehtiyac yoxdur. Əgər kimsə söz verdisə, sövdələşməni bitmiş hesab etmək
olar. Kişi sözü hər cür imzalanıb möhürlənmiş sənəddən üstündür.
Təəssüf ki, milli-mənəvi dəyərlərimizin qorunması, gözəl adət və ənənələrimizin
saxlanması uğrunda nə qədər mübarizə aparılsa da, bu barədə xeyli əsər yazılsa da, mətbuat
səhifələrində ondan çox danışılsa da, ancaq sözünə əməl etməyən, vədinə dönük çıxan,
ailəsini qorumağı bacarmayan, arvadının, qızının, gəlininin nalayiq və namussuz hərəkətlər
etməsinə göz yuman, şərəfsizliyini boynuna alan kişilərlə son vaxtlar tez-tez rastlaşmaq
olur. İndi pozğun arvadının çörəyini yeyən ərciklər, tirinin altındakı zərif cinsli şəxslərin
min hoqqadan çıxdığını görməyib ağızdolusu qeyrətdən dəm vuran kişiciklər çoxalıb.
Həyat yoldaşının həddən ziyadə açıq-saçıq geyindiyini, çılğın hərəkətlərə yol verdiyini
dostyana, mədəni şəkildə, bir qədər də başıörtülü işarə etmək istəyəndə «ə, nə danışırsan,
lap biabırçılıq olub, görmürsənmi filankəsin arvadı gündə Dubaydadır, bəhmənkəsin gəlini
neçə yüz minlik maşın sürür...» kimi mülahizələrlə mövcud vəziyyəti «xırdalamağa»
çalışır, belələrilə müqayisədə özününkülərinin gül parçası olduğu təsəvvürünü yaradır.
Əminliklə demək olar ki, açıq-saçıqlığın geniş vüsət tapmasında, qeyrətsizliyin
çoxalmasında kandavlizmə mübtəla olmuş kişilərin çox böyük rolu vardır.
135
Ancaq çox nadir hallarda kişilər özləri kandavlizm münasibətilə həkimə
müraciət edə bilərlər. Bunun aşağıdakı üç səbəbini göstərmək olar. Birincisi, ailədə
yaranmış seksual disharmoniya artıq münasibətlərin davam etdirilməsinə imkan vermir.
İkincisi, arvadın konkret olaraq güzəştsiz tələbi ortaya çıxır, «ya ailə, ya da sənin gic-gic
hərəkətlərin» qərarı qarşısında seçim etməyə məcbur olur, ancaq ailəsinin dağılmasını
istəmir. Üçüncüsü, meyl pozuntusundan irəli gələn hərəkətləri iradəyə tabe etdirmək
mümkün olmasa da, hər halda məqsədə yetişdikdən sonra vicdan əzabı çəkən, belə şeylərin
bitib-tükənməməsindən artıq yorulan, təngə gələn kişi əməlli-başlı ölçü götürmək və lazımi
tədbir görmək qərarına gəlir.
Bir çox hallarda kandavlizmə mübtəla olmuş kişinin arvadı tibbi yardım
almaqdan ötrü mütəxəssisə müraciət edir. Əlbəttə, qadını buna təhrik edən səbəblər daha
çoxdur. Birincisi, qadın heç cür boşanmaq istəmir, ailəsinin dağılmasına, uşaqlarının
gələcəyinə görə narahatlıq keçirir. İkincisi, arvad ərində müəyyən bir psixi pozuntu
olmasından şübhələnir. Üçüncüsü, formalaşan seksual disfunksiya ailədə normal
münasibətlərin davam etməsini əngəlləyir, dözülməz vəziyyət yaradır. Dördüncüsü, arvad
ərində müşahidə olunan hazırkı pozğunluğun daha təhlükəli formaya keçəcəyindən, yaxud
yeni kənarlanma növlərinin qoşula biləcəyindən ehtiyat edir. Beşincisi, arvadın başqa
cəhətdən heç cür pis hesab edilə bilməyən, yaxşı keyfiyyətləri olan ərinə sadəcə bir insan
olaraq yazığı, rəhmi gəlir, ona kömək etmək istəyir. Altıncısı, arvad cəmiyyət içərisində
imicinə xələl gələcəyindən, karyerasında büdrəyəcəyindən ehtiyatlanır.
Həqiqətən kandavlizm nikah-ailə münasibətlərini sarsıda bilən bir pozuntudur.
Kandavlizmlə mübarizənin təkcə tibbi aspektdən deyil, eyni zamanda sosial baxımdan
əhəmiyyət kəsb etməsi məhz buradan qaynaqlanır.
Kompleksli kişinin tələblərinin yerinə yetirilməsi lazım gələn hallarda arvadın
«Bəli, baş üstə, yaxşı, qoy olsun» sözlərini həddən ziyadə tez deməsi, ancaq «Xeyr,
alınmayacaq, çox pis, edə bilmərəm» kəlmələrini söyləmək üçün yubanması, onları çox
gec dilinə gətirməsi ərin xeyrinə işləyir. Əlbəttə, vəziyyətin dəyişməsindən ruhlanan kişi
bundan çox məharətlə istifadə edir. Ailə münasibətlərində güzəştə getməkdən qiymətli ola
biləcək ikinci bir addım tapmaq çətindir, bəlkə də mümkün deyildir. Ancaq hər hansı meyl
pozğunluğuna, xüsusən kandavlizmə mübtəla olmuş ərin tələbləri qarşısında güzəştə
getmək onun cızdığı planlarının həyata keçməsinə kömək etməyə bərabərdir. Arvadının
xasiyyətinin mülayim olmasından sui-istifadə edən kişi tezliklə məqsədinə çatır.
Kandavlizm barəsində müfəssəl məlumatı olmayan bəzi insanlar arvadı belə
yaramazla ailə qurmasına görə qınayırlar. Halbuki burada bilinməyən bir neçə məqam
vardır. Birincisi, kişi yalnız ailə qurduqdan sonra özündəki qəribəliyi aşkara çıxara bilər.
Həqiqətən bir çox ailələrdə nikahın bağlanmasından xeyli zaman keçdikdən sonra kişidə
kandavlizm əlaməti özünü göstərməyə başlayır. İkincisi, kandavlizmə mübtəla olmuş
kişinin qeyri-adi meyl pozğunluğundan əziyyət çəkdiyini zahirən müəyyənləşdirmək, bunu
əməllərindən sezmək, hərəkətlərindən duymaq, davranışından anlamaq çox çətindir və
əksər hallarda mümkün deyildir. Əgər kandavlist kişi öz qəribəliyini evlənmək istədiyi
qızdan gizlətməyi, yalnız ailə qurduqdan sonra ona bildirməyi qarşısına məqsəd
qoymuşdursa, onun qeyri-adi meyl pozğunluğundan əziyyət çəkdiyini qabaqcadan təyin
etmək olduqca çətinləşir. Son vaxtlar ailə qurmağa hazırlaşan insanların nikahdan əvvəl
136
sağlamlıq halının yoxlanması kimi gözəl bir tədbir həyata keçirilir. Lakin belə bir tədbir
kandavlizm kimi qeyri-ənənəvi cinsi meyl formalarını aşkara çıxarmaq iqtidarında deyildir.
Yalnız təcrübəli həkimlər, xüsusən psixiatr və seksoloqlar ciddi anamnez toplayarkən
kişidə kandavlizm olmasından müəyyən qədər şübhələnə bilərlər.
Bir sözlə desək, qızın sevdiyi oğlanda kandavlizmi aşkara çıxarması böyük
ehtimalla mümkün deyildir. Elə buna görədir ki, kandaulezist oğlanla hətta uzun müddət
münasibətdə olan, lakin heç nədən şübhələnməyən qız yalnız onunla evləndikdən sonra
bunu aşkara çıxara bilir. Məsələn, rus saytlarından birində verilmiş məlumatda 26 yaşlı
Oksana baş verənləri belə açıqlayır: «Biz üç aydır ki, görüşürük. İlk vaxtlar onun praktik
olaraq dostunun olmaması mənim diqqətimi cəlb etdi. Sevdiyim oğlan heç kimlə bir yerə
getmirdi. Ona heç kim zəng vurmurdu. Yalnız arabir işlə bağlı nəsə soruşurdular. Bir dəfə
onun korporativ «tusovka»
131
yerində olarkən hamı mənə qəribə baxdı. Sonra onun
qəribəliyindən xəbər tutdum. Oğlan guya təsadüfən olurmuş kimi mənim çılpaq
fotoqrafiyalarımı adamların görə biləcəyi yerə səpələyirdi. Artıq yoldaşları şəkillərin
bilmədən ətrafa dağılmasına inanmırdılar. Oğlan çılpaq şəkillərimi bütün ofisin kişilərinə
göstərmək üçün mümkün olan hər yoldan yararlanır, xüsusən onların diqqətini cəlb etmək
üçün kifayət qədər açıq-saçıq olan surətimi monitorun işçi stoluna qoyurdu. Mənə qədər
onun həyatında başqa qızlar da olmuşdur. ofisdəki bütün kişilər həmin qızların hamısının
lüt-üryan şəkillərini görmüşdülər. Sonra qızlar məsələdən agah olan kimi oğlandan
aralanmışdılar. İndi ofisin işçiləri mənim şəkillərimə baxırdılar. Həmin vaxtdan etibarən
özümün çılpaq halda şəklimin çəkilməsinə heç bir vəchlə bir kimsəyə imkan vermirəm.
Ancaq bundan sonra özümü necə aparmaqda qərar verməkdə çətinlik çəkirəm».
Həyatda kompleksli kişidən pis yoldaş heç vaxt ola bilməz. Kompleksli kişi
həmişə pis olan həyat yoldaşıdır. Bədbəxtlik burasındadır ki, belə kişi heç özünü də sevmir
və neqativ münasibətini başqalarına sirayət etdirməyindən qalmır. Özünü sevməyən,
bədgüman olan, özünə hörmət qoymayan, daim arvadını incidən, onu narahat edən kişidən
həyat cığırdaşı, həmrah olmaz. Əslinə qalsa hər kəsə cəmi bir dəfə nəsib olan həyatı belə
yaramazla keçirməyə də dəyməz. Arvadın kandavlist ərinin istəkləri yolunda itirəcəyi
həyatına heyfi gəlməlidir. Ömrü kandavlistlə çürütməkdənsə, vaxtında ondan aralanmaq
daha yaxşıdır. Bütün bunları deməkdə məqsəd kandavlizm qeydə alınan ailənin tez
dağılmasına çağırış etmək, tərəflərin boşanmasına nail olmaq deyildir. Psixiatr və
seksoloqlar yaxşı bilirlər ki, həqiqi parafiliyalardan qurtulmaq üçün hikmətli sözlər, ağıllı
nəsihətlər, içilən andlar, verilən vədlər yetərli ola bilməz. Parafiliyaların yüngül, tranzitor
formalarında tərbiyələndirici söhbətlər, çəkindirici tövsiyələr, edilən dualar lazımi nəticə
almağa imkan verə bilər. Ancaq parafiliyaların ağır, stabil formalarında belə şeylər heç bir
işə yaramır. Parafiliyanın öhdəsindən gələ bilməkdən ötrü təcrübəli mütəxəssis tərəfindən
qəbul edilmiş qaydalara uyğun nizamlı və ardıcıl mübarizə aparılması lazımdır.
Kandavlizmə mübtəla olmuş ər yalnız belə müalicəni götürməyə razılıq verdiyi təqdirdə
arvadı onunla yollarını ayırmaya bilər. Arvadın kandavlist ərinə reaksiyaları və
münasibətlərini davam etdirməyə razılığının səbəbləri haqqında müvafiq bölmədə ətraflı
məlumat verilmişdir. Burada onu əlavə edə bilərik ki, ərinin qeyri-adi meyldən
uzaqlaşmağa cəhd etdiyini görən arvad həkimin təyin etdiyi müalicənin dəqiq yerinə
yetirildiyinə əmin olmaqdan savayı, ona psixoloji dəstəyini əsirgəməməlidir.
137
Aydındır ki, əgər qadının lap yaxın vaxtlarda tanıdığı gənc oğlan onu elə
küçənin ortasında soyundurmağa çalışırsa, açıq-saçıq olan nəsə bir şey geyinməyə təhrik
edirsə, heç bir yerini gizlətmədən çox qəribə pozalarda şəklini çəkməyi təklif edirsə,
həmçinin başqa yollarla onun çılpaq bədənini başqa kişilərə nümayiş etdirməyə can atırsa,
ayıq-sayıq, ehtiyatlı olmaq, onun hərəkətlərinə diqqət vermək lazımdır. Lakin daim
səksəkə içərisində həyat sürməyi istəməyən qadınların bir çoxu yubanmadan kandaulezist
ərini başından rədd etməyə çalışır, normal kişi tapacağına ümid edərək ondan uzaqlaşırlar.
Təsadüfi deyildir ki, kandaulezist kişilərin nikahı çox çəkmir. Lakin kandaulezist ərlərin
böyük əksəriyyəti həyatın başqa sahələrində tamamilə ziyansız, əlindən pislik gəlməyən,
safdil və ürəyitəmiz insanlardır. Onların bu keyfiyyətlərini nəzərə alan bəzi arvadlar
boşanmaq istəmirlər.
Tibbi yardım almaqdan ötrü ilk növbədə həkim-psixiatra, həkim-seksoloqa,
psixoterapevtə, klinik psixoloqa müraciət etmək lazımdır. Bəziləri yaxşı mütəxəssis kimi
tanıdığı və ürək qızdırıb sözünü deyə bildiyi həkimə müraciət edir, ancaq onun başqa
ixtisas üzrə çalışdığının fərqinə varmır. Məsələn, nevroloq, ümumi praktika həkimi,
androloq, ginekoloq və başqa ixtisaslı həkimlərə müraciət edilməsi halları çox müşahidə
olunur. Əgər qeyd edilən ixtisaslar üzrə çalışan həkim həqiqətən yaxşı mütəxəssisdirsə,
parafiliya diaqnozu aşkara çıxarılan kimi mütləq söhbət edib həkim-psixiatra, həkim-
seksoloqa, psixoterapevtə, klinik psixoloqa müraciət etməyin lazım gəldiyini başa salır,
məhz onların gözlənilən effekti verə biləcəklərini aydınlaşdırır. Ümumiyyətlə, pasiyentin
parafiliyadan əziyyət çəkdiyi aşkar olunarsa, onu lağa qoymaq, mübtəla olduğu meylinə
barmaqarası baxmaq, yaxud «buna nə var ki, bir-iki dənə sakitləşdirici dərman yazaram,
bir az da söhbət edərəm, çıxıb gedər, ancaq filan qədər pul qopara bilərəm» kimi vicdansız
qənaətlə vəziyyətdən öz mənafeyi üçün istifadə etmək olmaz. Yalnız vaxtında mütəxəssisə
müraciət edilən halda parafiliyanın korreksiyasının mümkünlüyü haqqında danışmağa
dəyər.
Həkimlərin bir qismi kandavlizmdən əziyyət çəkən şəxsləri heç cür xəstə hesab
etmir, onların durumunu sadəcə yumşaq dildə «səhhət üçün yaramayan bir kənarlanma»
kimi dəyərləndirirlər. Lakin sağlam olmayan hər bir insana artıq sağlamlığı pozulmuş kimi
baxılmalıdır. Söz yox ki, «xəstələnmə» və «xəstəlik», bunlara müvafiq surətdə
«xəstələnən» və «xəstə» sözlərinin arasındakı fərqi silmək, ortadan götürmək olmaz.
Amma sağlam olmayanla sağlam olana da eyni gözlə baxmaq düzgün deyildir.
Kandavlizm səhhəti yerində olmayan, sağlam hesab edilməyən insanın meyl
pozuntusudur. Nəzərə alsaq ki, kandavlizm bir parafiliya formasıdır, özü də sadə
pozğunluq deyildir, onda buna ciddi surətdə yanaşmaq vacibdir. Bildiyimiz kimi,
parafiliyalar müalicəyə asan tabe olmayan cinsi pozğunluqlardır. Bu mənada kandavlizmə
adi bir kənarlanma kimi baxmaq, onu sadəcə əyləncə kimi dəyərləndirmək olmaz.
Bir sıra şəxslər, hətta həkimlərdən bəziləri yüngül kandavlizmin müalicəyə
ehtiyacı olmadığını bildirməklə yanlışlığa yol verirlər. Birincisi, yüngül kandavlizmin özü
də xoşagələn deyildir, söz yox ki, ağır formaya nisbətən şükür ediləsi vəziyyətdir, ancaq
istənilən halda qadının ürəyini bulandırır, ailədə diskomfort yaradır. İkincisi, kandavlizm
yüngül formadan ağır formaya transformasiya edə bilər. Üçüncüsü, yüngül kandavlizm
daxil olmaqla hər hansı qeyri-normal təmayül başlı-başına buraxıldıqda zaman uzandıqca
138
digər parafilik elementləri özünə birləşdirmə təhlükəsi olur. Parafiliya dünyasında «rəzalət
qanunu» hökm sürür. Həmin qanuna görə, eyni vaxtda bir neçə meyl pozuntusunun təməli
qoyulur. Aqil atalarımız «dərd gələndə dərdlə gələr» sözlərini əbəs yerə deməyiblər.
Sadəcə olaraq situasiyaya müvafiq surətdə parafiliya formalarından biri təzahür edir,
dominant mövqe tutur, sonra «rüşeym» halında olan digər pozğunluqlar məqam gəldikcə
«cücərməyə» başlayır. Xüsusən kandavlizmin qəliz, təmtəraqlı parafiliya formalarından
biri olduğu nəzərə alınmalı, onun təhlükəli ola biləcəyi unudulmamalıdır. Ümumiyyətlə,
həyat yoldaşını «razılaşdırılmış xəyanətə» təhrik edən hər hansı parafiliya forması artıq
təhlükəsiz hesab edilə bilməz.
Kandaulezizmin
müalicəsi
konkret olaraq işlənib hazırlanmamışdır.
Parafiliyaların ümumi müalicə strategiyaları eynən burada tətbiq edilir.
§ 2.5. Kandavlizmin profilaktikası
«Skeptik yeni xəstəlik haqqında məqaləni oxumağa qabil olan və barəsində təzə
məlumat əldə etdiyi naxoşluğun heç bir simptomunu özündə tapmayan insandır».
Naməlum müəllif
* * *
Gənc ər-arvad seksoloqun yanına gələrək intim münasibətlərindən
məmnun olmamalarından şikayət edirlər:
– Təsəvvür edirsiniz, həkim, bütün pozaları təcrübədən keçirmişik, hər cür
oyundan çıxmışıq, seks-şopda oyuncaq qalmayıb, daşımışıq evimizə, ancaq bunların heç
birinin faydası yoxdur, seksual təminedilmə mümkün olmur.
Belə de – həkim danışmağa başlayır – yaxşı, qoy görüm, sizin probleminizin
həlli üçün bir ağıllı məsləhət verə bilirəm. Pəncərəyə boylana-boylana danışan həkim
birdən küçədə cinsi əlaqədə olan itləri görür, tez yanına məsləhətə gələn cütü çağırıb
soruşur: siz belə cinsi əlaqədə olmusunuz, bunu heç yoxlamısınız?
– Yox, həkim, doğrusu, ağlımıza gəlməyib!
– Onda sınaqdan keçirib düz iki həftədən sonra təzədən
yanıma gələrsiniz, baxaq görək, nə alınır.
İki həftə sonra həkimin yanına gələn gənclərin sifətində
açıq-aşkar təbəssüm duyulurdu:
– Həkim, çox sağ olun, hədsiz xoşumuza gəldi, olduqca yaxşıdır. Söz yox ki, ilk
vaxtlar yoldan keçənlərə görə bir qədər sıxılırdıq, ancaq indi öyrəşmişik!
(Lətifə)
Təəssüf ki, kandaulezizmin müalicəsi kimi profilaktikası da işlənib
hazırlanmasını gözləyir. Parafiliyalar üçün qəbul edilmiş profilaktika tədbirləri eynən
burada tətbiq edilir. Amma buna baxmayaraq kandavlizmin qabaqlanması üçün görülməsi
vacib olan bir sıra tədbirlər haqqında danışmaq vaxtı çatmışdır.
139
Kandavlizmin profilaktikasında arvadın özünəhörmət qanununa necə əməl
etməsi çox önəmlidir. Ailə qurulan ilk gündən arvad daim ona qarşı hörmət qoyulmasına
nail olmalı və özünə inanmalıdır. Sonra zaman keçdikcə arvad hər gün zərrə qədər olsa da
bu hörmət və inamı artırmalıdır, daha onun üstündən götürməli deyildir. Özünəhörmət və
özünəinam baxımından yığımcıl olmaq çox vacibdir, belə demək mümkünsə, «adamın bir
əli həmişə üstünə əlavə etməlidir». Özünəhörmət və özünəinam elə nadir keyfiyyətlərdir
ki, onlar xərclənmək üçün deyil, məhz yığılmaq üçündür. Hər gün bunlara əlavə edilməsi
alınmaz qala yaradır, basılmaz divar hörür. Arvadın özünə həddən ziyadə çox hörmət
qoyduğu, gücünə inandığı bilinəndən sonra nəinki kənar şəxslər, heç həyat yoldaşının özü
də yaramaz təkliflə ona üz tuta bilməz. Söz yox ki, kişi qəlbindən keçirdiyi, ancaq
açıqlamağa ehtiyat etdiyi sözü ilk olaraq məhz arvadına deməli, onunla bölüşməli,
məsləhətləşməlidir. Alınmaz qala, basılmaz divar dedikdə arvada söz söyləməyin
mümkünsüzlüyü başa düşülməməlidir. Arvad elə söz demək üçün bir həyat yoldaşıdır.
Amma arvada hər sözü də demək, onu təhqir etmək olmaz. Arvad ona başqa kişi ilə bir
balışa baş qoyması təklifi deyiləcək qədər əlçatan olmamalıdır. Bir sözlə, özündə
kandavlizm əlamətlərinin yarandığına şübhə etməyən ər arvadının özünə çox hörmət
qoymasından ehtiyat edərək qəlbini sızladan rəzil fikirlərini ona söyləməkdən çəkinə bilər.
Arvad özünə hörmət qoymağa çalışmaqla bərabər, eyni zamanda sevimli ərinə
layiq həyat yoldaşı olmağı bacarmalıdır. Kişinin hörmətini qazanmağın başlıca yolu
səmimi və nəzakətli olmaq, hüquqların tapdalanmasına yol verməməkdir.
Ağıllı arvad haqlı olduğuna əmindirsə, hüququnun tapdalanmasına heç vaxt yol
vermir, öz hüquqlarını qorumağı bacarır, onların tanınmasını hər kəsdən, lap elə ərinin
özündən tələb edir, azadlığının boğulmasına qətiyyən imkan yaratmır. Arvad onun
maraqlarını boğan, ailəni təhlükə qarşısında qoya bilən hər hansı xahişi rədd etməyi
bacarmalı, yaramaz və nalayiq təklifi yerinə yetirməyin mümkün olmadığını söyləməkdən
çəkinməməli, rüsvayçılığa aparan əmələ qarşı müqavimət göstərməkdən utanmamalı,
gələcək biabırçılığın vaxtında qarşısını almaq üçün elə bu gün tədbir görməyə başlamalı,
bunları sabaha saxlamamalıdır. Bununla bir vaxtda arvad ədalətli olmağa, düzgün
davranmağa, ərinin hüquqlarına hörmətlə yanaşmağa borcludur.
Aydın məsələdir ki, ər kandavlizmdən əziyyət çəkdikdə artıq ailədəki vəziyyət
bir başqa xarakter alır. Belə hallarda ən doğru yol ərə kandavlistik əmələ ehtiyac
olmadığını izah etmək, bunun üçün «şükürlər olsun ki, özünü təsdiqləmisən, gül kimi ailən,
uşağın var, artıq belə cılız yola əl atmaqla bunu başqalarına bildirməyə ehtiyacın yoxdur»,
«uşaqlıq dövrü arxada qalıb, biz artıq yekə adamlarıq, gəl bütün xırda hissləri bir kənara
qoyub bu gün üçün yaşayaq, gələcəyimiz barəsində fikirləşək, sabahın planlarını cızaq» və
başqa şəkildə təsirli sözlərlə onu meylindən daşındırmağa çalışmaq, lakin bununla
kifayətlənməyib yubanmadan mütəxəssisin yanına yollanmaq, kobudluq etməmək, həyat
yoldaşını alçaltmamaq, əksinə, ona mənəvi dəstək vermək, dayaq durmaq, təyin edilən
müalicənin düzgün yerinə yetirilməsinə çalışmaq, vaxtlı-vaxtında klinik psixoloqla
məsləhətləşmək lazımdır.
Kandavlizmin profilaktikasında spirtli içkilərdən, narkotik vasitələrdən və
psixikaya aktiv təsir göstərməyə qabil digər zərərli vasitələrdən uzaq durmağın çox mühüm
rolu vardır. Heç kimə sirr deyildir ki, ağlı başdan çıxaran vasitələr parafiliyalardan irəli
140
gələn arzuların reallaşmasına şərait yaradır. Xüsusən spirtli içkilərin qəbulu çox
təhlükəlidir. Birincisi, içki abır-həyanı götürür. İkincisi, içki insanı lüzumsuz hərəkətlər
etməyə cürətləndirir. Bayaqdan deməyə cəsarət etmədiyi sözləri sərxoş adam indi
asanlıqla, geniş təqdimatla deyir, hətta nalayiq ifadələr işlətməkdən çəkinmir. Üçüncüsü,
spirtli içki qəbulunun fonunda müəyyən müddət ərzində cinsi meyl güclənir. Dördüncüsü,
spirtli içki ləyaqətsizlik edilən hallarda özünə bəraət üçün bir amilə çevrilir. Hətta elə hallar
olur ki, parafiliyadan əziyyət çəkən adam özünü ağır sərxoş kimi aparır, vəziyyətdən
istifadə edib öz məqsədinə yetişir, səhərisi gün dava-dalaşlı müzakirə vaxtı «içkili
olmuşam, özümdə deyildim, heç nədən xəbərim olmayıb» deməklə çox asan şəkildə
qurtula bilir, başqalarının da ona deməyə sözü qalmır. «İçkilidir, fikir vermə» kəlmələrini
tez-tez eşidirik.
Təsadüfi deyildir ki, nalayiq hərəkətlərin çox böyük bir qismi məhz içkili
anlarda törədilir. Spirtli içki qəbulu elə buna görə haram buyurulub. İçkidən sui-istifadə
edilən ölkələrdə parafilik halların çox tez-tez müşahidə edilməsinin başlıca səbəblərindən
biri məhz bundan ibarətdir. Söz yox ki, əgər bir adam parafiliyaya mübtəla olubsa, içki
qəbul etmədiyi vaxtda onun həmin pozğunluğu yoxa çıxmır, sadəcə olaraq ayıq halda olan
insan bunu hər zaman büruzə verə bilmir, məqam gözləyir, ona görə «başqa vaxta qalsın,
bu gün heç bir şey alınan deyil» qənaəti zamanın uzanmasına gətirib çıxarır. Ancaq içki
qəbulu qeyri-adi meylin reallaşacağı anı tezləşdirir, «vaxtını qabağa çəkir».
Kandavlizm kimi halların qarşısının alınmasında ictimai rəy mühüm rol oynaya
bilər. Belələrinə doğru yol göstərilməsi çox vacibdir.
Bundan başqa, kandavlizm və digər cinsi pozğunluqların meydana çıxmasını
qabaqlamaq məqsədilə ailə tərbiyəsinin düzgün təşkil edilməsi, xüsusən cinsi tərbiyənin
dürüst verilməsi olduqca zəruridir.
Dostları ilə paylaş: |