§ 2.3. Kandavlizmin diaqnostikası
«Diaqnostika sahəsində elə böyük müvəffəqiyyətlər əldə edilmişdir ki, artıq
sağlam insan praktik olaraq qalmamışdır».
Britaniya riyaziyyatçısı, filosof və ictimai xadimi Bertran Artur Uilyam Rassel
(Bertrand Arthur William Russell; 1872–1970)
* * *
«Ağır xəstəlik özünü təzə-təzə göstərməyə başlayan vaxt onu müalicə etmək
asan, lakin müəyyənləşdirmək çətin olur, sonrakı vaxtlarda xeyli
gücləndiyindən rahatlıqla diaqnozu qoyulur, fəqət bunu
müalicə etmək artıq müşkülə çevrilir».
İtalyan mütəfəkkiri, filosof, yazıçı və siyasi xadimi
Nikkolo di Bernardo de Makiavelli
(Niccolo di Bernardo dei Machiavelli; 1469 – 1527)
Tibb elmində qəbul edilmiş ənənəyə uyğun olaraq kandavlizmin diaqnostikası
iki istiqamətdə həyata keçirilir: adi və diferensial.
Kandavlizmin adi diaqnostikası dedikdə onun əlamətlərinə şübhə olduğu
hallarda sindromun əsaslı şəkildə təsdiqlənməsi, yaxud inkar edilməsi nəzərdə tutulur.
Kandavlizmin adi diaqnostikası elə bir çətinlik törətmir. Təcrübəli həkimin müfəssəl
topladığı anamnez bunun üçün kifayət edir. Xəstənin həyat yoldaşının müayinəyə cəlb
edilməsi mütləq şərtdir. Bir çox hallarda məhz onun verdiyi informasiya diaqnostikada
həlledici əhəmiyyət kəsb edir.
Kandavlizmin diferensial diaqnostikası dedikdə oxşar əlamətlərin təzahür etdiyi
hallarda onun başqa sindrom və xəstəliklərdən fərqləndirilməsi başa düşülür. İlk baxışda
kandavlizmin diferensial diaqnostikasına zərurət olmadığı təsəvvürü yaranır. Lakin
bununla belə ekshibisionizm və mazoxizmin müxtəlif formaları ilə diferensial
diaqnostikanın aparılması vacibdir. Bir çox hallarda kandavlizm seksual plüralizmin
səbəblərindən biri kimi çıxış edə bilir. Buna görə kandavlizmi xüsusən triolizmdən
fərqləndirmək lazım gəlir.
Arvadının xəyanət etdiyini aşkara çıxaran və bunu müəyyən yollarla video
görüntüsü şəklində qeydə alan namuslu bir kişinin cinayət törətməklə (zinakara xəsarət
yetirməklə, onu öldürməklə) qisas almaq fikrindən uzaq olub, sadəcə əldə etdiyi faktları
ictimaiyyətə açıqlaması mümkündür. Şübhəsiz ki, arvadının intim görüntülərini geniş
kütləyə bəyan edən belə bir əri dərhal kandavlist hesab etmək ədalətsizlik olardı. Beləsinə
dərhal kandavlist damğasını vurmaq qətiyyən doğru yanaşma hesab edilə bilməz. Ər
arvadının intim görüntülərini internetdə, televizorda və başqa məkanlarda paylaşırsa,
burada hadisəyə verilən qiymət birmənalı olmur. Aydındır ki, ərini aldadan, ona xəyanət
edən həyat yoldaşı sərt tənqid edilir, onun «sevgilisi» kimi çıxış edən və başqasının
127
ailəsindəki stabilliyi pozan kişinin də vətəndaşın azadlığına təcavüz etmə, qadını
əxlaqsızlığa sürükləmə kimi əməllər törədərək qanun qarşısında cavab verməli olduğu
bildirilir. Xoşagəlməz olayın baş verdiyi el-oba belə biabırçılığın geniş kütlə içərisində
müzakirəyə çıxarılmasını özlərinin aşağılanması, onların təhqir edilməsi kimi başa düşür
və haqlı narazılığını çatdırır, hətta rüsvayçı görüntülərin yayımına etiraz edən sakinlər
onlardan üzr istənilməsini tələb edirlər. Halbuki bir qədər əvvəl qeyd etdiyimiz kimi, həyat
yoldaşının başqa kişi ilə olan intim münasibətini gizlincə videoya çəkib ictimaiyyət
içərisinə çıxaran ərin belə bir addımı atmaqla yardım istəməsi qisas almaqla cinayət
işlətmək istəməyən bir vətəndaşın çarəsiz vəziyyətə düşməsi zamanı etdiyi hərəkət kimi
qarşılana və müəyyən mənada başa düşülə bilər. Çox böyük ehtimalla aldanmış kişi
xəyanətkar həyat yoldaşının əxlaqsızlığını ifşa etdiyindən məhz belə bir yolla ondan
heyfini almaq istəmişdir.
«Kandavlizm» adlandırılan hadisə sadə xalq dilində «dəyyusluq» və
«qurumsaqlıq» kimi başa düşülə, buna müvafiq surətdə belə meyl pozğunluğuna mübtəla
olmuş kişilərin özləri «dəyyuslar» və «qurumsaqlar» kimi anlaşıla bilər. Halbuki
«kandavlizm», «dəyyusluq» və «qurumsaqlıq» istilahlarının hamısını eyniləşdirmək doğru
olmazdı. Söz yox ki, «dəyyus», «qurumsaq» kimi tanınan kişilərin arasında kandavlistlər
vardır, bunu inkar etmək mümkün deyildir. Ancaq «dəyyus» və «qurumsaq» adını
qazananların hamısını kandavlist hesab etmək olmur, hətta «dəyyusla» «qurumsağın» eyni
olmadığı unudulmamalıdır. Hər «qurumsağa» da «dəyyus» deməzlər. Buna görə
psixiatriya, seksologiya, psixologiya, sosiologiya və digər yanaşı elm sahələrində istifadə
edilən «kandavlizm» termini ilə bizim dildə işlənən «dəyyusluq» və «qurumsaqlıq»
istilahları arasındakı əlaqədən söz açmaq və dəqiq məlumat vermək lazım gəlir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri
doktoru, professor Əliheydər Abbas oğlu Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə
hazırlanmış «Azərbaycan dilinin izahlı lüğəti»ndə oxuyuruq: «Dəyyusluq – öz arvadının
namussuzluğuna dözmə; qeyrətsizlik, namussuzluq» [3, səh. 611, sağ sütun].
Himayəsində olan qadının qeyrətini çəkməyən, ailəsinin namus və ləyaqətini
qorumayan, arvadının qayğısına qalmayan kişi cinsli şəxsə dəyyus deyilir. Yenə həmin
lüğəti vərəqləyək: «Dəyyus – öz arvadının xəyanətinə dözən adam; qeyrətsiz, namussuz»
[3, səh. 611, sağ sütun].
«Dəyyus» sözü mənşəyinə görə ərəb sözüdür. Ərəb mənşəli «dəyyus» kəlməsini
bəzən «əd-dəyyus» kimi yazırlar. Həmin kəlmənin süryani dilindən ərəb dilinə keçdiyi,
oradan isə digər dillərə sirayət etdiyi söylənilir.
«Dəyyus» sözü bəzən söyüş yerində işlənir. Məsələn, azərbaycanlı yazıçı,
dramaturq, jurnalist və ictimai xadim Cəlil Hüseynqulu oğlu Məmmədquluzadənin
əsərində Xudayar bəyin dilindən deyilir: «... Eşşəyi mənə o dəyyus özü veribdi».
Dəyyus – arvadının (zövcəsinin) başqa kişilərlə intim yaxınlığına göz yuman,
onu digər kişilərə qısqanmayan zəif ərdir. Dəyyus arvadının və yaxınları sayılan digər
qadınların namusuna xələl gətirəcək davranışa qarşı müqavimət göstərmək iqtidarı
olmayan, qısqanma və qeyrət hisslərini itirən, şərəf hissini duymayan, nikahdankənar cinsi
əlaqəyə biganə qalan kimsədir.
128
Bir qeyrətsiz adam olaraq dəyyus xalq arasında olan-olmaz hörmətini itirir.
Dəyyusun çox vaxt camaat arasına çıxmağa üzü olmur. İslam dininin banisi Məhəmməd
peyğəmbər salavatullah buyurur: «Üç nəfər cənnətə girməz: valideyninin üzünə ağ olan
övlad, dəyyus kişi və özünü kişiyə bənzədən qadın».
Söhbətin daha aydın olması naminə gəliun «Azərbaycanca-rusca lüğət»ə
müraciət edək:
Dəyyusluq – isim qismində: характер мужа, мирящегося с изменой жены.
Dəyyus – isim qismində: рогоносец (муж, которому изменяет жена) [7, səh.
760, sol sütun].
Həqiqətən belədir: dəyyusluq – arvadının xəyanətinə dözən, onun ayağısürüşkən
olması ilə razılaşan, zinakarlığı ilə barışan ərin xarakteridir. Növbəti cümlədə arvadının ona
xəyanət etdiyini bilən ərdən – dəyyusdan söhbət gedir və beləsi «buynuzdaşıyan» (rusca
«рогоносец») adlandırılır. Elə buradan söhbət qızışır. Stol üzərinə «Rusca-azərbaycanca
lüğət» gətirilir: «Рогоносец – köhnəlmiş söz: dəyyus, qurumsaq (arvadı tərəfindən
aldadılan ər)» [19, səh. 113, sol sütun].
Qarışıqlıq yaranmamasından ötrü «qurumsaqlıq» və «qurumsaq» sözlərinə
aydınlıq gətirək, sonra «buynuzdaşıyan» ətrafında söhbətimizi davam etdirərik.
Həqiqətən «dəyyus», «qurumsaq» sözləri köhnə ədəbiyyatlarda işlənmiş
sözlərdir. «Azərbaycanca-rusca lüğət»dən başlayaq:
Qurumsaqlıq – isim qismində: бесчестие, позор.
Qurumsaq – I. Sifət qismində: бесчестный; II. İsim qismində: 1. Мерзавец,
негодяй; 2. негодник [8, səh. 227, sağ sütun].
İsim qismində işlənən «qurumsaqlıq» sözü eyni vaxtda həm «biabırçılıq»,
«həqarət», «namussuzluq», «rüsvayçılıq», «təhqir», həm də «bədnamlıq», «üzüqaralıq»
kimi anlaşılır. Buradan aydın olur ki, «qurumsaqlıq» insan üçün pis addır, biabırçılıq və
rüsvayçılıqdır, belə şeyə yol vermək həqarət, təhqir sayılır, namussuzluq kimi qarşılanır,
bədnamlıq, üzüqaralıq olaraq dəyərləndirilir.
«Qurumsaq» sözü sifət qismində işlənərkən «abırsız», «arsız», «namussuz»,
«şərəfsiz» mənasını kəsb edir, ancaq isim kimi istifadə edilərkən eyni vaxtda həm söyüş
olaraq «alcaq», «əclaf», «yaramaz», həm də oğlan uşağına münasibətdə «dəcəl»,
«şuluqçu» mənalarını özündə ehtiva edir. Azərbaycan yazıçısı, ədəbiyyatşünas və
ssenaristi İsmayıl Şıxlının əsərlərindən birində oxuyuruq: «Kəs səsini, dınqıra süzən
qurumsaq!»
Deyilənlərə əsasən belə nəticə hasil olur ki, «qurumsaqlıq» məfhumu müəyyən
hallarda «dəyyusluq» anlayışı ilə eyniləşdirilə bildiyi kimi, ondan fərqli yaramaz
xüsusiyyətləri də əhatə edə, özündə birləşdirə bilir.
Ancaq «dəyyusluq» və «buynuzluluq» məfhumları tam-üst-üstə düşür.
Dəyyusluq hesab edilən xarakterə malik kişi sadə xalq dilində «arvadı
ayağısürüşkən olan kişi», «arvadı paylayan kişi», «arvadı verən kişi» və başqa adlar
almışdır. Bundan başqa, kişinin arvadı ona xəyanət edirsə, belə kişinin «buynuzu» olduğu
zənn edilir. Odur ki, ona «buynuzlu», «buynuzu olan», «buynuzdaşıyan»,
«buynuzgəzdirən» deyirlər.
129
Bəzi araşdırıcıların fikrincə, dəyyusluq təkcə insana deyil, eyni zamanda
heyvanlara, məsələn, donuzlara da xas olan bir əlamətdir. Belə araşdırıcıların gəldikləri
qənaətə görə, «donuz qısqanclıq duymaz, namus bilməz».
Monoqam həyat sürən heyvanlar arasında öz seksual partnyoruna vəfalılıq
möhkəm olur. Ancaq cinsi həyatı poliqam tipi üzrə gedən heyvanlar seksual partnyorlarını
tez-tez dəyişdirirlər.
Heyvanlar arasında dəyyusluq hadisəsinə bir qədər başqa aspektdən yanaşmaq
lazım gəlir. Məsələ burasındadır ki, təbiət daha sağlam olan fərdlərin saxlanmasında,
onların nəslinin davam etdirilməsində maraqlı olur. Buna görə dişi fərdlə cütləşmək
üstündə erkəklərin bir-birilə döyüşə çıxmaları, bəzən amansız mübarizənin ağır xəsarətlə,
hətta ölümlə nəticələnməsi vəhşi təbiətdə tez-tez rast gəlinən səhnədir. Belə səhnələrin
təşkil edilməsində güdülən məqsəd qalib gəlmiş erkəyin dişiyə sahib çıxaraq nəslini davam
etdirə bilməsinə şərait yaratmaqdır.
Bundan başqa, insestə yol verməmək naminə heyvanlar arasında dəyyusluq
tamamilə normal bir hal kimi meydana çıxa bilər. Yəni, «kənar» erkəklərdən mühafizə
edilən («namusu qorunan») dişi son halda öz yaxınları (qan qohumları) ilə cütləşmək
məcburiyyətində qala bilər.
İnsanın təkamülü prosesinin gedişində müəyyən dövr ərzində oxşar mənzərənin
müşahidə edildiyi iddia olunur. Güman edilir ki, kənardan davanın nəticəsini gözləyən
qıza, qadına yalnız qarşı tərəfi məğlub etmiş kişi sahib ola bilərdi.
Dəyyusluq şüurlu ictimai varlıq olan insana münasibətdə əhəmiyyət kəsb edir.
Hətta bəzi xalqlarda təkcə kişinin deyil, eyni zamanda qadının da dəyyus ola bildiyi bəyan
edilir. Buradan belə çıxır ki, həmin xalqlarda əri xəyanət edən qadına da dəyyus kimi
baxılır. Təsadüfi deyildir ki, təxminən 1815-ci ildə çəkildiyi güman edilən bir fransız satirik
şəklində həm kişi, həm də qadın cinsli şəxslər arasında buynuzdaşıyanlar təsvir edilmişdir.
Şəkil 51. Həm kişi, həm də qadın cinsli şəxslər arasında buynuzdaşıyanların
təsvir edildiyi fransız satirik şəkli. Təxminən 1815-ci il.
130
Ancaq qəbul edilmiş ənənəyə görə, dəyyus kişi cinsli şəxsdir. Arvadı xəyanət
edən kişiyə dəyyus deyirlər. Qeyd edək ki, ərə xəyanət epizodik və sistematik ola bilər.
Yalnız nadir hallarda, çox gec-gec edilən xəyanətə epizodik xəyanət deyilir. Bəzən xəyanət
mütəmadi hal alır. Belə hallarda ona sistematik xəyanət deyilir.
Kifayət qədər davamlı olan və geniş yayılan «buynuzdaşıyan» istilahının
etimologiyasına (mənşəyinə) dair bir neçə versiya vardır. Daha çox inandırıcı olan
versiyalardan birinə görə, «buynuzdaşıyan» istilahı Bizansda (Vizantiyada) çox geniş
yayılmışdı. Onu imperator Birinci Andronik Komnin (Andronikos I Komnenos)
125
adı ilə
bağlayırlar.
Birinci Andronik Komnin Bizans tarixində ən qeyri-adi və maraqlı fiqurlardan
biri olmuşdur. Onun hərbi sahədə başına gələn sərgüzəştlər məhəbbət macəralarına
qarışaraq özü haqqında qəribə bir təsəvvür formalaşdırmış, paytaxt sakinlərinin dedi-qodu
yaymalarının və fərqli xəbər gəzdirmələrinin mənbəyinə çevrilmişdir. Həm alçaq, həm də
yüksək keyfiyyətlərə malik olan Komnin çox ziddiyyətli bir adam olaraq qalmışdır. Güclü,
cəsarətli, zirək, bacarıqlı, ağıllı və gözəl olması onun ləyaqətli şəxsiyyət kimi tanınmasını
təmin edirdisə, irsən aldığı hakimiyyətpərəstlik, səbirsizlik, tədbirsizlik, daim istənilən növ
cinayəti törətməyə hazır olma, zalımlıq (amansızlığa yol vermə), qisasçılığa meyllilik,
şorgözlük və digər cəhətlər onun hörmətdən düşməsinə gətirib çıxarırdı. Birinci Andronik
Komnin öz amur (eşq) macəralarına görə əməlli-başlı ad çıxarmış, şöhrət qazanmışdı.
Özünün cavan arvadı və bir neçə məşuqəsi olmasına baxmayaraq gözü doymaq bilməyən,
daim başqalarının gözəl və cazibədar arvadlarına tamah salan hökmdar «başdan çıxardan
imperator» reputasiyasını qazanmışdı. Andronik öz əxlaqsız hərəkətlərinə görə
şəhərlilərdən «Bizans Priapı» ləqəbini almışdı. Paytaxt sakinlərini ələ salan, lağa qoyan,
onlara masqara, rişxənd edən basilevs
126
bəzi kişilərin öldürdükləri maralların buynuzlarını
meydanlarda asmaqla onların arvadlarının əxlaqsızlığını göstərmiş, ayağısürüşkənliyini
ifadə etmişdir.
İmperator öz məşuqələrinin ərlərinə kompensasiya qismində maral buynuzu
hədiyyə edirdi. Ərin maral buynuzu alması ona cəmiyyətdə bir sıra imtiyazlar (üstünlüklər)
qazandırırdı. Məsələn, buynuza sahib olan kişi şahın malikanəsində, ona məxsus olan
torpaq sahəsində ov etmək hüququ qazanırdı. Arvadı şah tərəfindən «ovlanan» kişi indi
sarayın həndəvərində heyvan ovlamaq ixtiyarı əldə edirdi. Buna müvafiq olaraq belə ərləri
«buynuza malik olan ərlər», «buynuza yiyələnmiş ərlər» adlandırmağa başladılar. Tədricən
uzun kəlmələr yığcamlaşdırılaraq «buynuzdaşıyan» və yaxud «buynuzgəzdirən» halına
salınmışdır [23; 24].
Bir sözlə desək, arvadı sarayda imperatorun yatağında olan «başıpapaqlıların»
maral buynuzlarını gəzdirməkdən başqa yolu qalmırdı. Onlar həm buynuzun özünü, həm
də sözünü gəzdirməli, daşımalı olurdular.
İkinci versiyaya görə, sabitliyini mühafizə edə bilən «buynuzdaşıyan» məfhumu
Qərbi Avropada linqvistik internasionalizasiya (dilçilik beynəlmiləlləşdirilməsi)
nəticəsində meydana çıxmışdır. Belə ki, köhnə fransız sözü olan «cuccu» artıq insanlara
münasibətdə istifadə edilməyə başlamışdır. «Cuccu» sözü rus dilinə «kukuşka»
(«кукушка»), bizim dilə isə «ququ quşu» kimi tərcümə edilmişdir.
131
Yeri gəlmişkən qeyd edək ki, «kukuşka» sözünün ekvivalenti kimi lüğətlərin
bəzisində «qu-qu quşu» ifadəsi işlənir. Ancaq digər lüğətlərdə mürəkkəb söz olaraq yazılır,
yəni «quququşu» şəklinə salınır. Məsələn, «Rusca–azərbaycanca zooloji terminlər lüğəti»
adlı kifayət qədər sanballı mənbədə «kukuşka» sözü «quququşu» kimi tərcümə olunmuş,
nəticədə «gümüşü quququş», «kar quququş» və başqa istilahlar yaranmışdır [17, səh. 185].
Bildiyimiz kimi, ququların (Cuculi) bəzi növləri yuva qurur, 2–7 yumurta qoyur
və kürt yatır, lakin balalar çıxan kimi onları yad valideynlərin yanına atırlar, digər növləri
isə nə yuva qurur, nə də kürt yayır, yumurtalarını başqa quşların yuvasına qoyurlar. Yuva
sahibi olan quş ora qoyulan yumurtalardan da bala çıxarır və başqa görünüşə malik
körpələri elə öz balası kimi bəsləməyə başlayır. «Yuvalama parazitizmini» özləri üçün
həyat devizi seçən həmin quşların adı seksoloji terminologiya qurulmasında kara gəlir.
«Cuccu» sözünün axırına alçaldıcı mənaya malik alman mənşəli «ault» şəkilçisini artıran,
onları birləşdirən ingilislər özləri üçün «cuccuault» istilahını düzəldirlər. İngilislər ordan-
burdan yığıb-yumurlamaqla hasilə gətirdikləri yeni istilahı özününküləşdirmək üçün ona
yüngülvari «əl gəzdirərək» son halda «cuckold» terminini ortaya qoyurlar. Yəni, zaman
keçdikcə «cuccuault» sözü ingilislər üçün anlaşıqlı olan «cuckold» sözünə transformasiya
edilir, çevrilir [21].
Hazırda «kukold» («cuckold») sözü elə «buynuzdaşıyan», «buynuzu olan», sırf
bizim dildəki sözlə ifadə etsək «dəyyus» deməkdir. 2012-ci ildə işıq üzü görən «İngiliscə-
azərbaycanca lüğət» («English-Azerbaijani dictionary for all») bizə aşağıdakı məlumatı
verir: Cuckold – I. Noun (isim): dəyyus, qurumsaq; II. Verb (feil): həyat yoldaşına xəyanət
etmək [11, səh. 216, sol sütun].
Həmçinin «buynuzdaşıyan» sözündən əlavə «buynuzgəzdirən» kəlməsi də
işlənir. Hər iki söz rus dilində işlənən «рогоносец» sözünün kalka üsulu ilə tərcüməsi
nəticəsində əmələ gəlmişdir.
Bəzi hallarda «buynuzlu» sözü işlənir. Rusca ona «рогач» deyirlər. «Buynuzlu»
sözü aşağıdakı dörd mənanı özündə ehtiva edir ki, onları iki qisimdə birləşdirmək olar: 1)
zoologiyada: a) qayçılı cücü; b) buynuzu olan (buynuzu çıxan, buynuza malik olan) maral,
buğa və başqa erkək heyvan; 2) məhəlli söz: a) tutğac (kürədən, ocaqdan, təndirdən və
digər qapalı isti yerdən qabı bayıra çıxartmaq üçün işlənən alət); b) əvvəllər
«buynuzdaşıyan», «buynuzgəzdirən» anlamında işlənmiş, lakin artıq köhnəlmiş sayılan
söz.
Danışıq vaxtı «buynuz qoymaq», «ərdə buynuz çıxması» kimi ifadələr işlənir.
Geniş yayılmış ifadə olan «buynuz qoymaq» (rusca «рога наставить») arvadın öz ərini
aldatmasını, ona qarşı vəfasız olmasını bildirir. «Buynuz qoymaq» arvadın öz ərinə
xəyanət etməsi, onu aldadaraq başqa kişinin qucağına girməsidir. Belə bir lətifə var: «zalım
arvad ərinin başında şiş yaradar, xoşxasiyyət arvad isə buynuz». Rus dilində lap yaxşı
alınır: «Злые жѐны ставят мужьям шишки, а добрые – рога». Şübhəsiz ki, burada hər
rastına çıxan kişinin üzünə gülüb onun altına girərək ərinin başında «buynuz» əmələ
gətirən arvadın «ürəyiyumşaq», «xoşxasiyyət» olması gülüş mövzusuna çevrilir.
«Filankəsə nə olub ki, məgər buynuzu-zadı var?!» kəlmələri dilə gətiriləndə
hansısa kişinin zəif olmadığını, arvadına yiyə çıxa bildiyini kobud şəkildə və bir qədər
əsəbi notla ifadə etmək məqsədinin güdüldüyü dərhal anlaşılır.
132
Ayrı-ayrı insanlarda kandavlezizmin digər parafiliyalarla qovuşa bilməsi
unudulmamalıdır. Əlbəttə, kandavlizm başqa seksual pozğunluqlara qarışdıqda hansı meyl
pozğunluğunun dominantlıq təşkil etdiyini müəyyənləşdirmək çətin olur.
Şübhəsiz ki, kandavlizm və ona oxşar olan digər seksual pozğunluqlar
cəmiyyətdə ədəbsizlik, əxlaqsızlıq yaradır. Kandavlist kişinin hərəkətlərinə baxan yeni
nəslin nümayəndələri bunları adi bir şey kimi başa düşə və təkrarlamaq istəyə bilərlər.
Beləcə kandavlizmdən əziyyət çəkməyən kişi də oxşar əməlləri törətmiş olur. Söz yox ki,
əxlaqsızlığı doğuran başqa amillər də vardır. Ancaq istənilən halda seksual pozğunluqlar,
xüsusən parafiliyaların ağır formaları cəmiyyətdə əxlaqsızlığın geniş vüsət tapmasında çox
mühüm rol oynayır. Bu baxımdan arvadını satma xüsusən nəzəri cəlb edir.
Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış məşhur alim,
fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü
Ziyəddin Bahadur oğlu Göyüşov 1969-cu ildə nəşr etdirdiyi «Həzz və iztirab» adlı
kitabında yazırdı: «Qərbi Avropanın bir sıra ölkələrində bəzən elə hallara rast gəlmək olur
ki, namus, qeyrət və şərəf hissindən tamam məhrum olmuş burjualar öz varlanmaları,
karyeraları naminə öz arvadlarını satır, onun «böyüklərlə» yaşamasına razı olurlar» [10,
səh. 302].
Markiz, fransız kavaleriya generalı, Paris kommunasının cəlladı, hərbi nazir
Qaston Aleksandr Ogüst de Qalife (Gaston Alexandre Auguste de Galliffet)
127
qadınlardan
uzaq durmağa çalışmışdır. Hələ üç yaşı olarkən Qastonun anası «tezötən çaxotka»
128
nəticəsində ölmüşdür. Qaston heç bir qadının təsiri, nəvazişi olmadan yalnız oyuncaq
əsgərciklərin və taxtadan hazırlanmış atların əhatəsində böyümüş, elmlə çox məşğul
olmuş, bütün silah növlərilə davranmağı bacarmış, yaxşı at sürmüş, süvari qoşunda xidmət
etmiş, lakin kübar dairələrinə mənsub söhbətlərdə iştirak etməyi bacarmamış, parket
üzərində rəqs edə bilməmişdir. 16 yaşı olarkən Luiza de qranon adlı bir qızla tanışlığı uzun
müddət xatirəsindən silinməmişdir. Məsələ burasındadır ki, məlahətli qız ona tünd rəngdə
ovsunlayıcı gözlərilə baxanda qaston bundan tam sarsılmış, özünü itirmiş, söhbət edərkən
qızarıb portmüş və kəkələmişdir. Onda qız qəsdən ucadan həyəcanla demişdir: «Ax, bu
gənc Qalife çox darıxdırıcı və maraqsızdır, kobudcasına davranır, onunla bir yerdə olmaq
cansıxıcı və çətindir. Görünür, onun at tövləsində tərbiyə aldığını düz deyiblər...» Həmin
gün Qaston möhkəm ağlamışdır. Tezliklə Luiza qırx yaşlı modabaz bir kişiyə ərə
getmişdir. Öz rəqibini bal və teatrda görən Qaston qəşəng geyinməyi sevən həmin adamı
mühakimə etmiş, onun çox baha, təmtəraqlı və əlvan geyinməsini başa düşə bilməmişdir.
Ola bilsin ki, gənc markizdə qısqanclıq öz sözünü demişdir.
1862-ci ildə Meksikaya ekspedisiya qoşununun komandanı kimi yollanan
Qaston Puebla şəhərində qarnından ağır yaralanmış, buna görə zədələnmiş nahiyəni
qoruyan polad lövhə gəzdirmişdir.
1870–1871-ci illərdə Fransa–Prussiya müharibəsində aldığı yara nəticəsində bud
sümüyü eybəcər hala düşmüş və əyilmişdir. Sedan kapitulyasiyasından sonra əsir düşmüş,
Koblensə göndərilmiş və 1871-ci ilin mart ayına qədər orada saxlanmışdır.
Fransa ordusunda sığın dərisindən tikilən və bədənə oturan (yapışan) şalvar
istifadə edildiyindən general bunu geyinə bilmirdi və heç yerə getmirdi. Günlərin birində
polkovnik Kovenkyur onu fransız hökumətinin təşkil etdiyi bala (rəqs gecəsinə) dəvət edir.
133
Qalife getmək istəmir, lakin polkovnikin qızı Anne-Mari onunla danışıb yola gətirir.
General özü üçün qeyri-adi şalvar tikdirmişdi. Həmin dövr üçün kifayət qədər orijinal
fason hesab edilən şalvar diz nahiyəsində çox dar olduğundan ona yapışır, lakin buda
doğru getdikcə qüvvətli dərəcədə genişlənir. General məclisə yeni şalvarda gedir. Şalvar
qeyri-adi biçimli olmasına baxmayaraq yaxşı görünürdü. Anna-Mari şalvarın generala çox
yaraşdığını bildirmişdi. Rəqs gecəsindən sonra general Anna-Marini özünə arvad götürür.
Onun geyindiyi şalvar getdikcə populyarlıq qazanır. Onun göstərişi əsasında fransız
kavaleriyası (atlı, süvari qoşunu) xüsusi biçimli (fasonlu) reytuzlarla təchiz edilir. Belə
reytuzlar sonradan onun şərəfinə olaraq «qalife» adını alır. Ancaq hərbçi təkcə qalife
şalvarının yaradıcısı kimi deyil, eyni zamanda alfons kimi tarixə düşür.
Məşhur alman filosofu, sosioloq və ictimai xadimi Karl Henrix Marks (Karl
Heinrich Marx)
129
fransız generalı Qaston Qallifenin «İkinci imperiyanın eyş-işrət
məclislərində öz bədənini həyasızcasına hamıya göstərməklə şöhrət qazanmış» arvadının
«alfonsu» olduğunu qeyd etmişdir. K. H. Marks göstərmişdir ki, Qaston Qallife məhz öz
arvadını özgələrin ağuşuna verməklə yüksək karyera əldə edə bilmişdir [14, səh. 502].
XX əsrin 60-cı illərinin axırlarında İtaliya qəzetləri bir məhkəmə prosesi
haqqında məlumat dərc etmişdir. Məlumatda deyilirdi ki, Rino Vinçequerra nədənsə narazı
qalaraq Marvarini məhkəməyə vermiş, yaxın günlərdə bağladığı bir sövdələşmənin
pozulmasını ondan tələb etmişdir. İşə məhkəmədə baxılması zamanı Marvazinin rəsmi
müqavilə bağlayıb müəyyən miqdarda pul müqabilində öz arvadı Klaranı danışdıqları
müddətə Rinoya satdığı məlum olmuşdur. Rino bir neçə gecə yaşadıqdan sonra
qabaqcadan deyilən üstünlüklərin özünü doğrultmadığını görüb müqaviləni pozmaq
qərarına gəlmiş, Marvazinin «əmtəəsini» özünə qaytarmışdır. Maraqlıdır ki, İtaliyanın
Neapol şəhər dövlət məhkəməsi dəhşətli fakta heç də təəccüblü bir hadisə kimi
baxmayaraq belə konflikti «adi mülki mübahisələrdən biri» hesab etmiş, qanunun
tələblərinə uyğun surətdə hökm çıxarmışdır [10, səh. 303].
Arvadını satma, həyat yoldaşını müəyyən mülahizələr əsasında müəyyən
müddətə başqa kişinin ixtiyarına vermə, seksual partnyorunu başqa kişinin partnyoru ilə
müvəqqəti dəyişdirmə, həmçinin digər oxşar hallar ərdə kandavlizm olmadan da baş verə
bilir. Lakin belə halların həyata keçməsində seksual perversiyalar (ekshibisionizm,
vuayerizm, sadizm, mazoxizm, kandavlizm və başqaları), həmçinin pula meyllilik,
«zəhmət çəkmədən karyera qazanma xəstəliyi» və digər yaramaz keyfiyyətlər mühüm rol
oynayır.
Dostları ilə paylaş: |