Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix21.03.2017
ölçüsü5,01 Kb.
#12217
1   2   3   4   5   6   7   8   9   10   11

 

48 
 
 
Yelena  Furman  qüdrətli  sənətkarın  yaradıcılığında  əsas  yer  tutan  obrazlardan 
olmuşdur.  Rubens  sevimli  arvadını  lüt  halda  təsvir  etmişdir.  Rubens  arvadını  əvvəlcə 
mifologiya və Bibliya kompozisiyalarında təsvir etmişdir. Təqribən 1635-ci ildə yaratdığı 
«Virsaviya» əsərinin qəhrəmanı onun ikinci arvadının surətidir. Həmin əsər Almaniyada 
Drezden Şəkil Qalereyasında saxlanılır (şəkil 30). 
 
 
Şəkil 30. Piter Paul Rubens. «Virsaviya», yağla ağac üzərində çəkilmiş 175 x 
126  santimetr  ölçülərində  olan  tablo,  təqribən  1635-ci  il,  Almaniya,  Drezden  Şəkil 
Qalereyası 
 

49 
 
P. P. Rubensin təqribən 1638–1640-cı illərdə təsvir etdiyi «Kürk» portreti yenə 
Yelena  Fourmentin  portretidir.  Həmin  ecazkar  portret  Vyanada  Bədii-Tarixi  Muzeydə 
saxlanılır (şəkil 31). 
 
 
Şəkil 31. Piter Paul Rubens. «Kürk», təqribən 1638–1640-cı illər, Vyana Bədii-
Tarixi Muzeyi 
 
Arvadı  Yelena  Fourmenin  çılpaq  halda  şəkillərini  çəkməsi  və  sonra  onları 
sərgiyə  çıxarması  səbəbindən  bəzi  müəlliflər  Rubensin  yaradıcılığında  kandavlizm 
elementlərini  görməyə  meylli  olmuşlar.  Rubensin  kandavlizmdən  əziyyət  çəkdiyini  K. 
İmelinski və başqa müəlliflər qeyd etmişlər [33]. 

50 
 
1996-cı ildə rus alimləri, tibb elmləri namizədləri A. A. Bova və Y. M. Savina 
tərəfindən  tərtib  edilən  «Seksologiya  və  seksopatologiya  üzrə lüğət  (şərh  və  əlavələrlə)» 
adlı  kitabda  K.  İmelinskinin  çılpaq  arvadını  təsvir  etdiyi  mənzərələri  sərgiyə  çıxaran 
Rubensin  yaradıcılığında  kandaulezizm  əlamətlərinin  olduğunu  göstərməsi  fikrinin 
mübahisəli olması qeyd edilmişdir. Müəlliflər məsələni ona görə mübahisəli hesab edirlər 
ki, rəsamlardan bir çoxu (məsələn, Salvador Dali) eyni şeyi ediblər və hazırda da edirlər 
[47].  
Flandriyalı  mühacirdə  kandavlizm  əlamətlərinin  özünü  qabarıq  şəkildə 
göstərdiyi heç bir vəchlə inkar edilə bilməz. Tədqiqatçıların fikrincə, Piter Paul Rubensdə 
kandaulezistik  meyl  yeniyetməlik  yaşlarından  olmuş,  ömrünün  sonunadək  onda 
saxlanılmışdır.  Boyakar  arvadının  çılpaq  şəkillərini  açıq-açığına  müzakirə  mövzusuna 
çıxarmaqla  çoxlarını  təəccübləndirmişdir.  Rəssamın  yaratdığı  qəşəng  formalı,  həssas  və 
koppuş qadınlar görənləri heyrətə gətirmişdir. Rəssam arvadını çox, bir neçə dəfə, özü də 
həvəslə  çəkmişdir.  Sənətkar  arvadının  bədəninə  baxıb  ləzzət  almış  və  belə  gözəl  qadına 
yiyələndiyini hamıya bildirmək, onun cəlbediciliyini başqa kişilərə göstərmək istəmişdir. 
Buna  görə  Rubens  çılpaq  Yelenanın  yer  aldığı  mənzərələri  ümumi  kütlənin  seyr  etməsi 
üçün onları tez-tez sərgiyə qoymağı sevmişdir. Antverpen sakinləri lövhə üçün məhz kimin 
model xidməti gördüyünü dərhal bilmişlər. Rubensin buna əmin olması onu oyandırmış, 
ehtirasa  gətirmişdir. Rubens  çılpaq  şəkillər  sərgidə  nümayiş  olunarkən dostlarının onlara 
tamaşa  etmələrindən  çox  ruhlanmış,  vəcdə  gəlmişdir.  Ağıllı  Yelena  ərinin  qeyri-adi 
meylini duymuş, onun zəifliyinə barmaqarası baxmışdır.  
 
* * * 
 
Məşhur  kandavlistlər  haqqında  danışdıqda  Uorsli  ailəsindən  söhbət  açmamaq 
mümkün  deyildir.  Həmin  ailə  Britaniya  ali  cəmiyyətində  (kübar  mühitində)  nəhəng 
biabırçılığa səbəb olmuş, qrandioz rüsvayçılığa yol açmışdır.  
XVIII  əsrdə  ingilis  siyasi  xadimi  və  qədimdən  qalma  şeylər  kolleksioneri  ser 
Riçard  Uorsli  (Sir  Richard  Worsley)
84
  və  varlı-hallı  evin  qızı  Seymur  Doroti  Fleminq 
(Seymour Dorothy Fleming)
85
 arasındakı nikah çox böyük səs-küyə səbəb olmaqla tarixə 
düşür. 7-ci baronet (7th baronet) kimi məşhur olan 24 yaşlı Riçard və vəliəhd qız 17 yaşlı 
Seymur  1775-ci  ildə  kəbin  kəsdirirlər  (nikahlanırlar).  Onların  zəmanəsi  məhzun  (kədər 
gətirən) vaxtlar idi, həmin dövrdə hətta son dərəcə ağıllı, varlı və çox gözəl qadın kişinin 
yalnız  «xüsusi  mülkiyyəti»  sayılırdı.  Çox  yaraşıqlı  Seymur  Fleminqə  yüz  min  funt 
dəyərində cehiz verilmişdi. Əlbəttə, bu başgicəlləndirici məbləğ idi, ancaq həmin məbləğlə 
qadın yalnız mehtəri (atabaxanı) və yaxud bağbanı sevə bilərdi. Ərin var-dövləti onun üçün 
heç bir şey həll edə bilməzdi. İlk vaxtlar onları ideal cüt hesab edirlər. Ser Riçard Uorsli 
Nort  lordu  hökumətində  vəzifəcə  yüksəldiyindən  parıldayan  ulduz,  ledi  Uorsli  isə  ali 
cəmiyyətin  sevimlisi  sayılırdı.  Əvvəlcə  gənc  ledi  Seymur  baron  Uorsli  ilə  öz  nikahını 
entuziazmla qarşılayır, ona vurulur. Qadın Riçard Uorslini sevir və ona söz verir ki, onun 
üçün ürəyi istəyəni edəcəkdir. Hələ ərinin qeyri-adi intim vərdişlərindən şübhələnmədiyi 
bir vaxtda onun istədiyini həyata keçirəcəyini vəd edir. Lakin ailə cəbhəsində işlər heç də 
zənn  edildiyi  qədər  idillik
86
  deyildi.  Çox  keçmədən  onların  ailəsində  nifaq  başlayır. 

51 
 
Danışırdılar ki, ser Riçard qadınlarla elə çox maraqlanmazdı. Ledi Uorsli sonralar etiraf 
etmişdir ki, onların ilk nikah gecəsi üç ay uzanmışdır. Söz yox ki, həmin informasiyanın nə 
qədər həqiqət olduğu məlum deyildir. Lakin gənc siyasətçinin arvadına az diqqət yetirməsi 
göz qabağında olan bir fakt idi və heç kimdə şübhə doğurmurdu. 
Baronun  təhrif  olunmuş  zövqü  meydana  çıxır.  Əvvəllər  arvadı  sadəcə 
corablarını  necə  soyunduğunu  gizlicə  müşahidə  edirdi.  Sonra  onun  başqa  kişilərlə 
görüşlərinin  təşkil  edilməsinə  şərait  yaratdı.  Vuayerizmə  mübtəla  olmuş  Riçard  Uorsli 
arvadını başqa kişi ilə yatmağa məcbur etməyə başlayır, özü isə açar deşiyindən onların 
cinsi  əlaqəsinə  baxır.  Ər  öz  kefi  istəyən  kimi  arvadının  xəyanətini  müşahidə  etməyə  və 
bundan həzz almağa başladı. Deyilənlərdən belə çıxır ki, aldadılmış ər əslində öz arvadının 
reputasiyasının
87
 korlanmasına qol qoymuş, «imza çəkmişdir».  
Ərinin qəribə meylindən sui-istifadə edən ledi Uorsli pozğun həyat sürür. Ledi 
Uorslinin dalbadal məşuqları peyda olur. Xanım qısa vaxt ərzində bir yığın kişinin yatağına 
girir, onun məşuqlarının sayı-hesabı olmur. Yayılan xəbərlərə görə, ledinin cinsi yaxınlıqda 
olduğu  kişilərin  sayı  artıq  27  nəfərə  çatır.  Hətta  onlardan  biri  –  Corc  Bissettə  (George 
Bissett)  üçün  bir  qız  doğur.  Belə  ki,  əxlaqsız  qadın  1781-ci  ildə  nikahdankənar  cinsi 
əlaqədən qazandığı uşaq doğur. Lakin ser Riçard biabır-rüsvay olmamaq, qınaq obyektinə 
çevrilməmək üçün doğulan körpənin onun öz uşağı olduğunu etiraf edir. Həmin vaxt cütün 
artıq  qanuni  doğulmuş  bir  oğlan  uşağı  –  varis  (nəslin  davamçısı)  vardı.  Bununla 
kifayətlənməyən həyasız arvad ərinin seyrçi münasibətindən yorulduğunu bəhanə edərək 
1781-ci  ilin  18  noyabrında  «rəşadət  göstərirmiş»  kimi  dəliqanlı  kapitan  Corc  Bissettə 
qoşulub  qaçır.  Güman  edilir  ki,  arvad  tez  boşanacağına  ümid  edərək  belə  bir  addım 
atmışdı. Lakin bu variant qəzəblənmiş əri qane etmədi. Ərini qoyub öz məşuqu ilə qaçan 
arvad bununla əsəbləri tarıma çəkir. «Cinayətkar dedi-qodu» hər yerə yayılır.  
Ledi  Uorslinin  zinakarlığı  ser  Riçard  Uorslini  kapitan  Corc  Bissettlə  üzbəüz 
qoyur, onları məhkəmədə «görüşdürür». Ovqatı təlx olmuş, məyus Riçard Uorsli dəlibaş 
kapitanı məhkəməyə verir. 
1782-ci  ildə  Britaniya  və  Amerika  Birləşmiş  Ştatlarının  sakinləri  arasında 
məhkəmə çəkişməsi başladı. Elə çox tanınmayan Corc M. Bissett Uayt adası qubernatoru 
ser Riçard Uorslinin arvadı ilə nikahdankənar cinsi əlaqə yaratmaqda günahlandırılırdı. 
Nikaha xitam vermək (boşanmaya nail olmaq) üçün ər arvadının zinakarlıq aktı 
törətdiyini, ona xəyanət etdiyini sübut etməliydi. «Əmlakının» (arvadının) korlanmasına, 
reputasiyasının  zərər  görməsinə  (ad-sanına  ləkə  gətirilməsinə),  şərəf  və  ləyaqətinin 
alçaldılmasına  görə  nəhəng,  külli  bir  məbləğ  tələb  edilirdi.  Belə  ki,  ser  Riçard  pulla 
kompensasiya  kimi  iyirmi  min  funta  bərabər  bir  məbləği  ələ  keçirmək  üçün  dişlərini 
qıcamışdı. Tələb edilən məbləğ heç də kiçik deyildi, həmin vaxtlar heç yerdə eşidilməmiş, 
misli görünməmiş dərəcədə böyük bir məbləğ sayılırdı. Hətta bəzi jurnalistlər onu indiki 
dövr  məbləğinə  çevirərək  üç  milyon  dolları  keçdiyini  bildirirlər.  Əslində  Riçardın  pula 
ehtiyacı yox idi, sadəcə olaraq arvadını qaçırmış kapitanı cəzalandırmaq məqsədilə buna 
getmişdi.  Ancaq  proses  (məhkəmə  işinin  gedişi)  çox  qəribə,  «nəşəli»  bir  xarakter  aldı. 
Londonlular  şahidlərin  ifadələrinin  toplandığı,  onların  canlı  təsvir  olunduğu  kitabçalar 
aldılar.  Buradakı  məlumatlar  kifayət  qədər  inandırıcı  sayılırdı,  hətta  miledini
88
  zöhrəvi 
xəstəlikdən müalicə etmiş həkimin verdiyi ifadə belə kitabçaya salınmışdı.  

52 
 
Arvadın məşuqunu uzunmüddətli türmə gözləyirdi, hətta həyatının son gününə 
qədər həbsxana divarları arasında keçirməli ola bilərdi.  
Məşuqunun  var-dövlətinin  əlindən  çıxmaması  (müflisləşməməsi)  naminə 
pozğun arvad kapitan Bissett onun həyatına girənə qədər özünün qiymətinin «iyirmi min 
funt  olmadığını»,  artıq  reputasiyasının  çoxdan  korlandığını,  hörmət  və  etibardan 
düşdüyünü  bildirir,  ümidsizcəsinə  davrandığını  bildirir.  Məhkəmədəki  şahid  ifadələrinə 
görə, onun çoxlu sayda pərəstişkar və qulluqçuları olmuşdur. Altı illik nikah dövrü ərzində 
ledi  Uorslinin  27  məşuq  olduğu  rəsmi  surətdə  elan  edildi.  Onlardan  biri  hətta  xanımı 
tripper (süzənək) xəstəliyilə yoluxdurmuşdu.  
Lakin məhkəmə arvadın zinakarlığı və məşuqlarının sayca çoxluğu barəsindəki 
informasiyadan  deyil,  adlı-sanlı  bir  vəzifə  sahibinin  öz  həyat  yoldaşını  əxlaqsızlığa 
sürükləməsindən şoka düşmüşdü. 
Ledi Uorsli etiraf etmişdir ki, əri onun sevgi əyləncələrinə xəlvəti tamaşa etməyi 
çox  sevir,  hətta  məşuqlarından  bir  çoxunu  özü  ilə  evə  gətirirdi.  Sevgilisini  xilas  etmək 
istəyən  Seymur  məhkəmədə  sübut  etmək  istəyirdi  ki,  əri  onun  nikahdankənar  cinsi 
əlaqəsinə etiraz etməyib, eyni zamanda belə əlaqələri mükafatlandırıb, həvəsləndirir, təşviq 
edirdi. Birtərəfli mövqe tutmamaq üçün məhkəməyə ledinin dediklərini təsdiqləmək lazım 
gəlirdi. Bu baxımdan sadə hamamçı qadının verdiyi ifadə hər kəsin təəccübünə səbəb olur. 
Hamamçı qadın danışır ki, ər Riçardın öz dostu Bissetti çılpaq arvadına baxıb zövq almaq, 
onu ləzzətlə seyr etmək üçün gətirdiyi günü yaxşı xatırlayır. Bissettə rahat olsun deyə hətta 
ser Riçardın altda dayanaraq onu öz kürəyinə çıxarmasını təklif etdiyini yaddan çıxarmaq 
mümkün deyildir.  
Bissettin vəkili dəyyusa (buynuzdaşıyana) sarsıdıcı, həlledici zərbə endirir. Vəkil 
bəyan  edir  ki,  «Uorsli  ər-arvadları  Meydstonda  istirahət  edən  zaman  arvadı  hamamda 
çimərkən ser Riçard onu Bisettə göstərmişdir. Riçard bunu sadəcə kənardan işarə etməklə 
deyil,  onu  belinə  çıxarıb  yuxarı qaldırmaqla həyata  keçirmişdi.  Riçardın  çiyinləri  üstünə 
çıxandan sonra Bisett xeyli yuxarı qalxdığından çimən arvadı yaxşıca görmüş, ona gizlincə 
tamaşa etmişdi. Ledi Uorsli çimib qurtardıqdan sonra centlmenlərə qoşulmuş, şən üçlük 
gəzintiyə çıxmışdır. Riçardın öz çılpaq arvadını başqa kişiyə göstərməsi heç də cəmi bir 
dəfə  olmamışdır.  Riçard  oxşar  qaydada  öz  tanışlarını  bir  neçə  dəfə  əyləndirmişdi. 
Arvadının başqa kişilərlə cinsi əlaqələrinin hamısını cənab Uorsli altdan, xəlvəti müşahidə 
etmişdir.  Ser  Riçardın  anlaşılmaz  və  qəribə  meyli  nəzərə  alınaraq  onun  boşanması 
haqqında söhbət gedə bilməz. Hər şeydə onun özü günahkardır». 
 İnsident təkcə arvadın vəfasızlığına görə deyil, eyni zamanda ərin seksual meyl 
pozğunluğundan lap qızışmışdı. Uorslilərin işinə baxıldığı məhkəmə XVIII əsrin ən səsli-
küylü  məhkəməsi  hesab  edilir.  Dindirilməsi  və  ifadələrinin  alınması  üçün  ledi  Uorslinin 
əvvəlki  məşuqələri  məhkəməyə  çağırılırdı.  Bütün  London  camaatı  bu  sirkə  baxmağa, 
tamaşa  etməyə  can  atırdı.  Vanna  qəbul  edən  ledinin  gizlicə  başqa  kişiyə  göstərilməsi 
xəbərçilərin  dilindən  düşmürdü.  Lakin  əhalinin  imtiyazlı  təbəqələri  tərəfindən  seçilmiş 
məhkəmə iclasçıları vəkilin tutarlı arqument gətirməsinə baxmayaraq arvadı qoşulub qaçan 
ərə rəhmdilliklə yanaşırlar. Pis vəziyyətə düşmüş ərə yazığı (rəhmi) gələn iclasçılar belə bir 
verdikt  irəli  sürürlər:  «Uorslinin  ailəsini  dağıdan  Bissett  günahkar  bilinsin  və  ona 
kompensasiya qismində ... bir şillinqə bərabər məbləğ ödəsin». Söz yox ki, aldadılmış və 

53 
 
təhqir  edilmiş  ər  məhkəmə  işini  udur.  Ancaq  çox  qızğın  müzakirələrdən  sonra 
məhkəmənin  çıxardığı  qərarda  kompensasiya  kimi  ona  vur-tut  bir  şillinq  verilməsi 
göstərilir. Əlbəttə, işini qurtaran məhkəmənin ərə dəyən mənəvi zərərə görə cəmi bir şillinq 
ödənilməsinə dair verdiyi hökm sadə bir qərar kimi qarşılanmamışdır. Hər yoldan keçən 
kişinin  altına girmiş  arvadın qiymətinin  cəmi  bir şillinq olması, həmçinin qeyrətsiz  ərin 
belə  cinsi  kontaktları  alqışlaması,  onlara  şərait  yaratması,  hətta  bir  çox  hallarda  özünün 
şəxsən baş verənləri kənardan müşahidə etməsi, həmçinin başqa məqamlar qərarın kifayət 
qədər ədalətli olduğuna dəlalət edirdi. Bəziləri məhkəmədə ərin udduğunu iddia edir, ancaq 
digərləri qadının qələbə çaldığını söyləyirdi. Əslində belə biabırçılıqdan sonra onların hər 
ikisinin məhkəmədə udduğu, ancaq həyatda uduzduğu etiraf edilməlidir. 
 
 
Şəkil  32.  Ser  Riçard  Uorslinin  (Sir  Richard  Worsley)  portreti.  Məşhur  ingilis 
tarixi və portret naqqaşı ser Coşua Reynolds (Joshua Reynolds)
89 
tərəfindən 1775/1776-cı 
ildə çəkilmişdir. 
 
1782-ci ildə məhkəmə stenoqrammaları azqala ən çox satılan nəşrə çevrilmişdi. 
İşə  məhkəmədə  baxılması  stenoqramması  7  dəfə  nəşr  edilmişdi.  Deyilənə  görə,  hətta 
nüfuzlu  dövlət  xadimləri,  hətta  ölkə  başçıları  nəşrə  maraq  göstərmişdilər.  Məsələn, 
amerikan dövlət xadimi, Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Vaşinqton (George 
Washington) nəşrin bir ekzemplyarını (nüsxəsini) əldə etmişdir. 
Seksual  xarakterli  informasiyanın  aristokrat  yatağından  məhkəmə  zalına 
keçməsi və bulvar nəşrə  (oxunaqlı olan, lakin ideya və  bədii cəhətdən zəif  sayılan bədii 
əsərə)
90
 çevrilməsi səbəbsiz ola bilməzdi. 
Lakin  seksual  xarakterli  tarixi  hadisə  bununla  başa  çatmır.  Alçaldılmış  ser 
Riçard arvadının boşanmasına icazə verməkdən imtina edir. Ledi Uorsli gülünc vəziyyətə 

54 
 
düşür,  masqaraya  qoyulur,  oyuncaq  yerinə  qoyulan  adam  səviyyəsinə  enir.  Arvad  artıq 
Bissettdən  ikinci  dəfə  hamilə  qalmışdı.  Bissett  onu  ikicanlı  vəziyyətdə  atır.  Qadın  heç 
olmasa  acından  ölməmək,  yalnız  yaşamaq  xatirinə  fahişəliklə  məşğul  olmağa  başlayır. 
Arvad bir daha ərinin qabağına doqquzluq çıxarmaq
91
 istəyir. 
 Qanuna görə, zinakar arvada yalnız cib xərcliyi verilə bilərdi. Arvadın nəhəng 
cehizi, paltar və bəzək-düzək vasitələri (zir-zinəti) ərində qalırdı. Lakin ser Riçardın ona 
uşaqları ilə görüşməsini qadağan etməsi ilə müqayisədə bu itkini müqayisə etmək çətin 
olardı. Çox keçmədən baxımsızlıq ucbatından onun balaca qızı ölür. Ərlə arvadın ümumi 
uşağı sayılan oğlan bədbəxt hadisə nəticəsində 12 yaşında tələf olur.  
Ali cəmiyyət (aristokratlar içərisinə) çıxmaq onun üçün həmişəlik (əbədi) üzünə 
bağlanır, qadağan edilir. Yalnız hərdənbir (təyin olunmuş vaxtı gələndə) anası və bacısı ilə 
görüşməsinə icazə verilirdi. 
1805-ci ilin 8 avqustunda 54 yaşlı Riçard dünyasını dəyişir. Yalnız ser Riçard 
öldükdən sonra qanuna görə ledi Uorslinin haqqı çatan pullar onun ixtiyarına keçmişdir. 
Ser Riçard dünyasını dəyişdikdə ledi onu dəfn etmişdir.  
Əri ilə həmişəlik vidalaşdıqdan sonra ledi Uorsli özü istədiyi kimi yaşamağını 
davam etdirmiş, daim həzz almağa çalışmış, aşna (məşuqə) rolunda bütün Avropa boyunca 
səyahətdə  olmuş,  Fransa  inqilabı  sayəsində  zəbt  edilən  böyük  bir  ərazini  gəzib-
dolanmışdır.  
47 yaşlı ledi yaşca özündən iki dəfə kiçik olan bir kişiyə ərə getmişdir. Onlar 
İtaliyaya  köçüb  orada  yaşamışlar.  Ledi  və  onun  cavan  əri  13  il  bir  yerdə  olmuşlar. 
Acınacaqlı  məşhurluq  qazanmış  ledi  Uorsli  məhz  həmin  kişinin  qolları  üstündə 
keçinmişdir. 
Uorsli  soyadlı  ər-arvadın  ailə  faciəsi  təkcə  məhkəmə  stenoqrammalarında 
əbədiləşdirilmədi.  Onlar  həmçinin  çoxsaylı  karikaturaların  qəhrəmanlarına  çevrildilər. 
Karikaturaçılar həmin momentdən məharətlə istifadə etdilər. Öz çiyinləri üstündə kapitan 
Bissetti saxlayan ser Uorslinin təsviri bunların içərisində ən məşhurlarından biridir. İngilis 
karikaturaçı rəssamı və oymaçısı Ceyms Gillrey (James Gillray) 1782-ci il 14 martında 
ərsəyə gətirdiyi «Ser Riçard öz arvadının aşağı hissələrini çılpaqlaşdırarkən kələkbazdan da 
pis görünür!» («Sir Richard Worse-than-sly, exposing his wife’s bottom – o fye!») əsəri 
çox məşhurdur. Ser Riçard Uorslinin (Sir Richard Worsley) karikaturasından bir fraqment 
33-cü şəkildə göstərilmişdir. Əsər Londonda Milli Portret Qalereyasında (National Portrait 
Gallery, London) saxlanılır. Onun «Yaradıcılıq fondu!» («Creative commons!») lisenziyası 
vardır.  
Ledi  Uorsli  çimərkən  başqa  kişinin  ona  daha  rahat  və  yaxşı  göz  gəzdirə 
bilməsindən ötrü ər tərəfindən qəribə addım atılmışdı. Karikatura yalnız şahidlərdən birinə 
həsr  olunmuş  illüstrasiyadan  başqa  bir  şey  deyildir.  Ancaq  bu  bədii  sənəd  hazırda 
Londonda  Milli  Portret  Qalereyasında  saxlanılır.  Reynoldsun  qarşısında  poza  almış  ledi 
Uorsli tarixə məhz həmin görkəmdə düşəcəyini əsla ağlına gətirə bilməzdi. 
 

55 
 
 
Şəkil  33.  Ser  Riçard  Uorslinin  (Sir  Richard  Worsley)  karikaturası.  İngilis 
karikaturaçı rəssamı və oymaçısı Ceyms Gillrey (James Gillray)
92 
tərəfindən 1782-ci ilin 
14  martında  çəkilmişdir.  «Ser  Riçard  öz  arvadının  aşağı  hissələrini  çılpaqlaşdırarkən 
kələkbazdan da pis görünür!» («Sir Richard Worse-than-sly, exposing his wife’s bottom – 
o fye!») əsərindən bir fraqment. Londonda Milli Portret Qalereyasında (National Portrait 
Gallery,  London)  saxlanılır.  «Yaradıcılıq  fondu!»  («Creative  commons!»)  lisenziyası 
vardır. 
 
Cəncəlli  Ledi  Uorsli  təkcə  Coşua  Reynoldsun  mənzərəsində  deyil,  eyni 
zamanda  «Rüsvayçı  ledi  U»  («The  scandalous  lady  W»)  adlı  Britaniya  filmində 
görünməyə başladı, onun qəhrəmanına çevrildi. 2015-ci ildə «BBC» telekanalı tərəfindən 
çəkilmiş  filmi  «Biabırçı  ledi  U»  kimi  də  tərcümə  etmək  olar.  Britaniya  televiziya  bədii 
filmi bioqrafik filmlərdən
93
 biridir. Ssenarinin əsasında britaniyalı tarixçi Holli Rabenhold 
(Hallie  Rubenhold)
94
 2008-ci ildə  yazdığı  «Ledi  Uorslinin  şıltaqlığı»  kitabı dayanmışdır. 

56 
 
«Rüsvayçı ledi U» filmi öz əxlaqsız və pozğun davranışı, həmçinin səsli-küylü boşanma 
prosesi ilə kübar cəmiyyətini sarsıtmış ledi Seymur Uorslinin həyat tarixçəsindən danışan 
bir  filmdir.  Əlbəttə,  «Biabırçı  ledi  U»  filminin  yaradıcıları  komediya  deyil,  faciə 
çəkmişdilər.  Bədii  filmin  baş  rolunu  Natali  Dormer  (Natalie  Dormer)
95
  ifa  etmişdir. 
«Tüdorlar»  teleserialında  Anna  Boleyn,  «Taxt-tac  oyunu»  teleserialında  Margeri  Tirell 
rollarını  ifa  etmiş  britaniyalı  aktrisa  Natali  Dormer  bir  vaxtlar  səsli-küylü  məhkəmə 
prosesinə  cəlb  edilməsi  və  məşuqələrinin  sayca  çox  olması  ilə  əlaqədar  məşhurlaşan 
aristokrat  qadını  ekranda  canlandırır.  Şahidlər  elə  həmin  məhkəmədə  öz  eşqbazlıq 
səhnələrini aydın təsvir etmişdilər. Filmin qəhrəmanı Natali Dormer ekranda əri və məşuqu 
arasında qalır. Ser Riçard Uorsli rolunu Şon Evans (Shaun Evans), kapitan Bassett rolunu 
Aneyrin Barnard (Aneurin Barnard) oynayır. 
 
 
Şəkil 34. Coşua Reynolds (Joshua Reynolds). Ledi Reynoldsın portreti. 1776-cı 
il. 236 x 144 sm 
 
Tarixi və portret naqqaşlığı üzrə məşhur ingilis sənətkarı ser Coşua Reynoldsun 
(Joshua  Reynolds)  fırçasından  çıxmış  ledi  Uorslinin  portreti  bizim  günlərə  qədər 
saxlanmışdır (şəkil 34). Lakin portret rəssamın özündə qalmışdır. Çünki arvadın əri ona pul 
ödəməkdən boyun qaçırmışdır. 
 

57 
 
 
Şəkil 35. «Rüsvayçı ledi U» («The scandalous lady W») filminin posteri 
 
* * * 
 
Fransız  heykəltəraşı  Fransua  Ogüst  Rene  Roden  (François-Auguste-Rene 
Roden)  də  həmçinin  kandavlist  hesab  edilir.  1840-cı  ilin  12  noyabrında  Paris  şəhərində 
doğulmuşdur. Sənətkar «Qucaqlaşmalar» adlı əsərində öz sevgilisini təsvir etmişdir (şəkil 
37). 
 
 
Şəkil  36.  Fransua  Ogüst  Rene  Roden  (François-Auguste-Rene  Roden;  1840–
1917). 1891-ci il  

58 
 
 
 
Şəkil  37.  Fransua  Ogüst  Rene  Roden  (François-Auguste-Rene  Roden;  1840–
1917). «Qucaqlaşmalar» 
 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Rodenin  ecazkar  sənəti  müasir  heykəltəraşlığın 
inkişafına  çox  güclü  təsir  etmişdir.  Onu  haqlı  olaraq  müasir  heykəltəraşlığın 
yaradıcılarından biri hesab edirlər. Qəribədir ki, hətta müxtəlif bədii cərəyanlara mənsub 
olan  sənətkarlar  belə  onu  özlərinə  müəllim  sayırdılar.  İmpressionistlər  Rodeni 
«impressionizmin banisi» adlandırır, realist sənətkarlar, eləcə də digərləri, hətta simvolistlər 
belə ondan çox şey öyrənirdilər [12, səh. 145].  
Həmçinin rəsm və ofort ustası kimi tanınan Rodenin yaradıcılığı heykəltəraşlıq 
tarixində mühüm mərhələ təşkil edir. Müəyyən olunmuşdur ki, 1880-ci illərin ortalarından 
O.  Rodenin  yaradıcılığında  mürəkkəb  simvolik  obrazlara,  ziddiyyətli  və  ifrat  insan 
emosiyalarının üzə çıxarılmasına meyl artmışdır [6, səh. 167, orta və sağ sütunlar].  
O. Roden 1917-ci ilin 17 noyabrında Myodonda vəfat etmişdir. 
 
* * * 
 
Arvadın  başqa  kişinin  qarşısında  çılpaqlaşdırılmasından  danışdıqda  məşhur 
fransız naqqaşı və oymaçısı, impressionizmin banilərindən biri Eduard Manenin (Edouard 
Manet) 1863-cü ildə yaratdığı «Ot üstündə səhər yeməyi» əsəri barəsində hökmən söhbət 
açmaq  lazım  gəlir.  Atası  fransız  hüquqşünası  Ogüst  Mane  (Auguste  Manet),  anası 
diplomat  Joze-Antuana-Ennemo  Furnyenin  (Joseph-Antoine-Ennemond  Fournier)  qızı 
Ejeni-Dezire Furnye (Eugenie-Desiree Fournier) olmuşdur. Eduard Mane 1832-ci ilin 23 
yanvarında Parisdə dünyaya gəlmişdir. 
Sənətkarın  ailə  quracağı  holland  Süzanna  Leenhoff  (Suzanne  Leenhoff) 
musiqiçi olmuş, 1849-cu ildən Manenin kiçik qardaşları Ejen və Qustava  fortepianodan 

59 
 
dərs  demişdir.  1852-ci  ilin  19  yanvarında  Süzannanın  oğlu  olur  və  adını  Leon  (Leon 
Leenhoff) qoyur. Süzanna uşağın atası kimi sənəddə Koel yazdırır, lakin onun barəsində 
heç bir məlumat vermir. Eduard Mane uşağın xaç atası olur. Bəziləri uşağın atasının Ogüst 
Mane,  digərləri  isə  Eduard  Mane  olduğunu  bildirir.  Leon  və  Suzannanın  yaşadığı  evdə 
təkcə onlar deyildi.  Belə ki,  Süzannanın qardaşları  –  heykəltəraş Ferdinand  Leenhoff və 
rəssam Rudolf Leenhoff, həmçinin nənəsi bir yerdə qalırdılar. Güman edilir ki, Süzanna 
naqqaşın atası Ogüstün məşuqəsi olmuşdur. Atasının ölümündən düz bir il sonra 1863-cü 
ilin 28 oktyabrında Eduard Mane onunla evlənmişdir. Sənətkarın onunla sevgi macərası on 
il  ərzində  davam  etmişdir.  Balaca  Leon  və  anası  Süzanna  rəssamın  çoxlu  sayda  lövhəsi 
üçün bir model kimi xidmət göstərmişdir.  
 
 
Şəkil 38. Eduard Mane (Edouard Manet), təxminən 1870-ci il. Məşhur fransız 
fotoqrafı, karikatura ustası, romanist yazıçı, jurnalist və təyyarəçi Nadarın (Nadar; əsl adı 
Qaspar Feliks Turnaşon – Gaspard Felix Tournachon) əsəri olan portret 
 
1863-cü  ilin  oktyabrında  fransız  şairi,  tənqidçi,  esseist  və  tərcüməçi  Şarl  Pyer 
Bodler (Charles Pierre Baudelaire) öz dostuna yazırdı: «Mane indicə təəccüblü bir xəbəri 
mənimlə bölüşdü. Bu gün axşam Hollandiyaya yola düşür, öz arvadı ilə geri qayıdacaq... 
deyilənə  görə,  onun  arvadı  çox  qəşəng,  nəzakətli,  xoşrəftar  bir  qadındır,  gözəl  piano 
ifaçısıdır». 
Eduard, Süzanna və Leon bir yerdə yaşayırlar. Lakin rəssamın ailəsinə və Paris 
ictimaiyyətinə Leon Süzannanın oğlu kimi deyil, kiçik qardaşı kimi təqdim edilmişdir. 
Eduard  Manenin  1863-cü  ildə  yağlı  boyalarla  çəkdiyi  «Ot  üstündə  səhər 
yeməyi»  (fransızca  «Le  dejeuner  sur  l’herbe»)  əsəri  cəncəlli  və  biabırçı  bir  mənzərədir. 
Paris  salonu  üçün  nəzərdə  tutulan  əsər  ilk  vaxtlar  «Çimmə»  (fransızca  «Le  bain») 

60 
 
adlandırılmışdır. Lakin burada rüsvayçı elementlərin çox olduğunu görən jüri üç mindən 
artıq  digər  tablo  ilə  birlikdə  sərgiyə  çıxarılmasına  icazə  verməmişdir.  Belə  mənzərələr 
imperator  III  Napoleonun  təşəbbüsü  əsasında  yaradılan  «Qəbul  edilməmiş  əsərlər 
salonu»nda sərgiyə çıxarılmışdır. 
 
 
Şəkil 39. Eduard Mane (Edouard Manet). Ot üstündə səhər yeməyi (Le dejeuner 
sur l’herbe), 1863-cü ildə yağlı boyalarla çəkilmiş 208 x 264,5 santimetr ölçülərində olan 
şəkil. Hal-hazırda Parisin Orse muzeyinin 19-cu zalında saxlanılır. 
 
Mənzərənin  süjet  seçiminə  gəldikdə  tam  geyimli  halda  olan  iki  kişinin  çılpaq 
qadınlarla  təbiətin  qoynunda  olması  aşkar  anlaşılmazlıq  doğurmuş,  müəllifin  pis  zövqə 
malik olmaqda və dekadentlikdə günahlandırılmasına səbəb olmuşdur. Tamaşaçılar təkcə 
süjetə görə deyil, eyni zamanda çılpaq qadının utanmadan, abır-həya etmədən düz seyrçiyə 
baxmasına,  həmçinin  personajların  tanınmazlığına  hiddətlənmişlər.  Qadın  modeli  kimi 
Eduard  Manenin  sevimlisi,  fransız  rəssamı  və  musiqiçisi  Viktorina  Luiza  Myoran 
(Victorine  Louise  Meurent),  kişilərdən  biri  qardaşı  Mane  Qustav,  digəri  gələcək  qaynı 
Ferdinand Leenhoff olmuşdur. Geyimli olan kişilər dendi kimi qavranılırlar. Dendi (dandy) 
XIX əsrin sosial-kultural tipidir, özünə fikir verən, zahiri görünüş və davranışının estetik 
biçimliliyinə  nəzarət  edən,  nitqinin  nəzakətliliyinə  çalışan,  həmin  keyfiyyətlərini  xüsusi 
olaraq  nəzərə  çarpdıran  kişini  belə  adlandırırdılar.  Kişilərin  başı  söhbətə  elə  qarışıb  ki, 
sanki  onlar  yanlarında  çılpaq  qadın  olduğunu  hiss  etmirlər.  Kişilərin  qabağında 
soyunulmuş qadın paltarı, meyvələrlə dolu zənbil və dəyirmi çörək vardır. Arxa planda 
əyninə  yüngül  paltar  geyinib  çayda  yuyunan  ikinci  qadın  görünür.  Həmin  qadın  ön 
plandakı fiqurlarla müqayisədə qeyri-mütənasib şəkildə böyük ölçüdə görünür. Mənzərə 
fonu üçün dərinlik çatışmır, bütün səhnənin təbiət qoynunda deyil, studiyada baş verməsi 
təəssüratı yaranır. Demək olar ki, kölgə verməyən işıqla həmin təəssürat güclənir.  
E. Mane «Ot üstündə səhər yeməyi» əsərini bazar günü Sena sahilinə Arjanteyə 
(Argenteuil)  səyahət  edən zaman  fikirləşmişdir. Mane kompozisiyanın  əsası kimi böyük 
italyan naqqaşı, qrafik və arxitektoru, Umbriya məktəbinin nümayəndəsi Rafael Santinin 
(Raffaello Santi) şəkilləri üzrə italyan oymaçısı Markantonio Raymondinin (Marcantonio 
Raimondi) «Paris məhkəməsi» qravürasından fraqment götürmüşdür.  

61 
 
Eduard Mane 1883-cü ilin 30 aprelində vəfat etmişdir. 
 
* * * 
 
Məşhur  ispan  naqqaşı  və  sürrealist  rəssamı,  qrafik,  heykəltəraş,  rejissor  və 
yazıçı,  sürrealizmin  görkəmli  nümayəndələrindən  biri  Salvador  Dalinin  (Salvador  Dali) 
vizionizm,  sadomazoxizm,  plüralizm  və  narsissizmlə  qovuşmuş  kandavlizmdən  əziyyət 
çəkdiyini iddia etmək olar. 
 
 
Şəkil 40. Salvador Dali (Salvador Dali). Amerikan yazıçısı və fotoqrafı Karl van 
Vextenin (Carl van Vechten) fotosu, 1939-cu il 29 noyabr 
 
Nəhəng  imperiyanın  hegemonluq  etdiyi  illərdə  işıq  üzü  görən  «Azərbaycan 
Sovet Ensiklopediyası»nda Salvador Dali yaradıcılığına verilmiş ümumi qiymət belədir: 
«Burjuaziyanın  siyasi,  dini  və  estetik  mənafeyinə  xidmət  edən  Dalinin  əsərləri  ideyaca 
mürtəce xarakter daşıyır» [4, səh. 321, sağ sütun]. 
Salvador  Dalinin  intim  həyatı  haqqında  məlumatlar  hələ  yetərincə  deyildir. 
Ancaq bir çox mənbələrdə artıq belə məlumatlar çoxalmaqdadır. Erməni əsilli rus yazıçısı, 
ingilis  və  fransız  dillərindən  tərcüməçi  Robert  Robertoviç  Ohanyan
96
  2001-ci  ildə  rus 
dilində nəşr etdirdiyi «Məhəbbətin anlaşılmaz tərəfi» adlı kitabında «Salvador Daliyə görə 
seks sürrealizmi» başlıqlı mətndə bu sənətkarın cinsi həyatı haqqında dolğun və maraqlı 
məlumatlarını bölüşmüşdür [41, səh. 272–277].  
Böyük  Britaniya  sahibkarı  Çarlz  Saatçi  (Charles  Saatchi)
97
  Salvador  Dalinin 
kandavlizmə mübtəla olmasının onun əsərlərinə təsir etdiyini nəzərdən keçirmişdir. Çarlz 
Saatçi  məşhur  rəssamın  bioqraflarının  qeydlərindəki  epizodlara  isnad  edərək  belə  qərara 
gəlmişdir. S. Dalinin arvadı Qala başqa kişilərə nümayiş etdirilir. 

62 
 
Ancaq müəlliflərin bir qismi Salvador Dalinin kandavlizmdən əziyyət çəkməsi 
fikri  ilə  razılaşmır  [47].  Məsələ  ciddi  olduğundan  və  barəsində  danışdığımız  mövzuya 
toxunduğundan onu ətraflı şərh etməyə çalışacağıq.  
XX  əsrin  ən  istedadlı  və  bununla  bir  vaxtda  ziddiyyətli  rəssamlarından  biri 
Salvador Dali bütün həyatı boyu qəlbində gəzdirdiyi istəklərdən əziyyət və iztirab çəkmiş, 
sözün həqiqi mənasında bunlardan üzülmüşdür. Sanki onun həyatı daim gizli arzularından 
əzab çəkməklə keçmişdir. 
Sadəcə  Salvador  Dali  kimi  məşhurlaşan  rəssamın  tam  adı  Salvador  Dominqo 
Felip Jasint Dali i Domenek, markiz de Dali de Pubol (Salvador Domingo Felipe Jacinto 
Dali i Domenech, Marques de Dali de Pubol) olmuşdur. Salvador Dali 1904-cü ilin 11 
mayında  Kataloniya  (Cataluna)  muxtar  vilayətinin  Figeras  (Figueras)  şəhərciyində 
dünyaya  gəlmişdir.  Bundan  bir  qədər  əvvəl  valideynləri  böyük  oğlu  itirmişdilər. 
Meningitdən  ölən  uşağın  adı  Salvador  idi.  Doğulan  uşaqla  ölənin  zahirən  bir-birinə  çox 
oxşaması  səbəbindən,  həmçinin  itirilmiş  körpənin  xatirədən  silinməsinə  heç  vaxt  yol 
verilməməsi  naminə  dünyaya  yeni  gələn  oğlanın  da  adını  Salvador  qoyurlar.  Görünür, 
özünüeyniləşdirmənin  (özünüoxşatmanın)  belə  ikitərəfliliyi  Salvador  Dalini  bütün  həyatı 
boyu  təqib  etmişdir.  Yeri gəlmişkən qeyd  edək ki,  «Salvador» sözü  ispan  dilindən hərfi 
tərcümədə  «xilaskar»  deməkdir.  Xristianlıqda  mərkəzi  şəxsiyyət  olmuş  İisus  Xristosun 
ardınca  belə  bir  şeyin  təkrarlanması  istər-istəməz  maraq  doğurur.  Axı,  xristianlarda  İsa 
peyğəmbəri «xilaskar» adlandırırdılar. 
Dali lap balacalıqdan anlaqlı, fəhmli, tez başa düşən, lakin dikbaş, təkəbbürlü, 
idarəedilməz və sözə qulaq asmayan bir uşaq olmuş, öz tərslik və şıltaqlığı ilə seçilmiş, tez-
tez  simulyasiya  etmiş,  həmişə  başqalarından  fərqli  olmağa  çalışmış  və  ətrafdakıların 
diqqətini özünə cəlb edə bilmişdir. Çoxlu sayda kompleksi olmuş, xüsusən şala cırcıraması 
qarşısında  irrasional  qorxu  keçirmişdir.  Həmyaşıdları  ilə  tez-tez  dalaşmış,  məktəbdəki 
qızğın  oyunlar  vaxtı  uduzduqda  özünü  qələbə,  zəfər  çalmış  kimi  aparmış,  bir  şadlıq 
etməklə  sanki  müvəffəqiyyət  qazandığını  göstərmişdir.  Eyni  sinifdə  oxuyan  uşaqlar  onu 
«qəribə və anlaşılmaz yoldaş» hesab etmişdilər. 
Dali 1921–1926-cı illərdə İspaniyanın paytaxtı Madrid şəhərində San-Fernando 
Rəssamlıq  Akademiyasında  oxumuşdur.  Akademiyaya  daxil  olduğu  il  anasını  itirmiş, 
bunu  faciə  kimi  qarşılayaraq  çox  kədərlənmişdir.  1922-ci  ildə  istedadlı  gənclər  üçün 
Madriddə  yerləşən  «Rezidensiya»  («Residencia  de  Estudiantes»)  tələbə  yataqxanasına 
köçmüş  və  təhsilinə  başlamışdır.  Həmin  illərdə  hamı  Dalinin  modabazlığını  görmüş, 
yoldaşları onun şıq geyinməyi sevdiyini qeyd etmişlər. Dali incəsənət məktəbində təhsil 
alan vaxt Luis Bunyuel, Federiko Qarsia Lorka, Pedro Qarfias ilə tanış olmuş, Ziqmund 
Freydin əsərlərini həvəslə oxumuşdur. 
Xüsusən ispan şairi və dramaturqu, musiqiçi və rəssam-qrafik Federiko Qarsia 
Lorka  (Federico  Garcia  Lorca)  ilə  münasibətlər  Dalinin  həyatına  mühüm  təsir  etmişdir. 
XX  əsr  ispan  mədəniyyətinin  ən  parlaq  və  nüfuzlu  xadimlərindən  biri  Qarsia  Lorkanın 
Dalidən çox xoşu gəlmişdir. Bütün mövcud məlumatları nəzərə alaraq demək olar ki, Loria 
gənc tələbəyə vurulmuş, uzun müddət ərzində onu təqib etmiş, dalına düşmüş, məhəbbət 
kələkləri  gəlmiş,  istədiyini  ondan  qoparmağa  çalışmışdır.  Lakin  onların  arasında 
homoseksual roman (bircinsli eşq macərası) olub-olmadığını söyləmək çətindir. 

63 
 
Hələ erkən gənclik illərində Dali özünü gözəl rəssam-qrafik və istedadlı naqqaş 
kimi  göstərmişdir.  Onun  naqqaşlıqda  yeni  cərəyanlarla  tanışlığı  inkişaf  etmişdir.  Dali 
kubizm və dadaizm metodlarını tətbiq etməklə eksperimentlər aparmışdır.  
Salvador  Dali  özünü  son  dərəcə  qəribə  apardığından,  heç  vaxt  ipə-sapa 
yatmadığından çoxları onu dəli hesab edirdi. Yaxınları Salvador Dalinin evdə, doğmaları 
arasında tamam başqa, sakit, normal adam, maraqlı həmsöhbət, qayğıkeş dost olduğunu 
söyləyirdilər.  Deyilənə  görə,  hətta  bir  dəfə  evində  dostları  üçün  məclis  quran  Salvador 
sakitcə söhbət etdiyi, danışıb-güldüyü məqamda qəfildən qapının zəngi çalınır, özünü itirən 
rəssam  «hələlik  açmayın,  bir  qədər  gözləyin,  Salvador  Dalini  əynimə  «geyinim»,  sonra 
açarsınız» deyib otağına qaçır. Dostları bir neçə dəqiqə öncəki Salvadorla indikinin çox 
fərqli  olmasından  heyrətlənirlər.  Dali  kənar  adamın  yanında  özünü  çox  qəribə  aparır, 
dəliliklər  edir,  aqressiv  danışır  və  digər  yaramaz  hərəkətlər  edir.  Rəssam  yalnız  molbert 
arxasında özü olurdu. Buna görə heç vaxt iş prosesinin fotoya, videoya çəkilməsinə icazə 
vermirdi. Salvador Dalinin ancaq özünə çox məhrəm bildiyi, son dərəcə yaxın hesab etdiyi 
az sayda, belə demək mümkünsə, «bir ovuc» adam onu tanıya bilərdi. Dalinin ən böyük 
iddiası, dünyadan umduğu yeganə təmənnası yadda qalmaq, unudulmamaq idi. Buna görə 
insanları ən adi üsullarla qıcıqlandırır, onları fərdi yollarla hirsləndirir, bunun müqabilində 
xeyli düşündürürdü. Məsələn, müsahibə verməyə gedəndə başına skafandr taxar, tanınmış 
bir adamın görüşünə paltarsız çıxar, restoranda ona heyranlıq nümayiş etdirən fanatlarının 
üstünə yemək ata bilərdi. Amma bütün qəribəliklərinin arxasındakı böyük sənət hər şeyi 
üstələyir,  bütün  umu-küsüləri  bir  kənara  qoyurdu.  İnsanlar  Dalinin  hər  düşünülməmiş 
hərəkətini, hətta səfehliklərini onun sənətinə görə bağışlamağa hazır idilər.  
Heç  kəsi  bəyənməyən,  başqalarına  xor  baxan,  etinasızlıq  göstərən  Dali 
təkəbbürlü  olmasının  tezliklə  altını  çəkmişdir.  Belə  ki,  müəllimlərinə  qarşı  nəzakətsizlik 
etdiyinə  və  saymazyana  münasibət  bəslədiyinə  görə  1926-cı  ildə  onu  Akademiyadan 
qovulmuşdur. Elə həmin ildə Parisə köçmüşdür. Fransa paytaxtına birinci dəfə gələn Dali 
burada  ispan  rəssamı,  heykəltəraş,  qrafik  teatral  rəssam,  keramist  və  dizayner  Pablo 
Pikasso  (Pablo  Picasso)  ilə  tanış  olmuşdur.  Öz  stilini  tapmağa  cəhd  edən  Dali  1920-ci 
illərin axırlarında Pablo Pikassonun və başqa bir ispan rəssamı, heykəltəraş və qrafiki Joan 
Miro-i-Ferranın (Joan Miro i Ferra) təsiri altında bir sıra əsərlər yaratmışdır. Dali Parisdə 
məşhur  fransız  yazıçısı  və  şairi,  sürrealizmin  banisi  Andre  Bretonun  (Andre  Breton) 
başçılıq etdiyi sürrealistlər qrupuna qoşulmuş, oranın üzvü olmuşdur. 1929-cu ildə dostu, 
görkəmli kinorejissor Luis Bunyuel Portoles (Luis Bunuel Portoles) ilə birlikdə «Andaluz 
köpəyi»  (fransızca  «Un  chien  andalou»)  adlı  16  dəqiqəlik  səssiz  sürrealistik  filmin 
yaradılmasında iştirak etmişdir. Bəzi mənbələrdə filmin adı «Andaluz iti» kimi tərcümə 
olunur.  Film  bəzi  kadrlarına  görə  elitar  cəmiyyətdə  səs-küy  salmış,  hətta  qadağan 
olunmuşdu. Dalinin ssenarisi əsasında rejissor dostu tərəfindən çəkilən filmdə Lorka bir 
qədər  kədərlənməklə  özünü  (sevimlisini)  və  təsvirdəki  parodiya  motivlərini  tanımışdır. 
Belə bir mənzərə Lorka ilə Dalinin münasibətlərində nəsə bir sərhəd yaratmışdır. Bunun 
ardınca onlar qəti surətdə bir-birindən aralanmışlar. 
Qeyd  edək  ki,  İspaniyada  vətəndaş  müharibəsinin  əvvəlində  1936-cı  ilin  19 
avqustunda  Lorka  öldürülür.  Tarixi  yaddaşın  bərpa  olunması  haqqında  qanuna  görə, 
öldürülən adamların dəfn olunduqları yer məzarlıq şəklinə salınır. Lakin belə bir versiya 

64 
 
var ki, şair öldürülməyib, sadəcə itkin düşüb. Lorka ilə bir yerdə güllələndiyi iddia edilən 
müəllimin  nəvəsi  2008-ci  ildə  ümumi  qəbirdəki  cəsədlərin  ekshumasiyasını  tələb  edir. 
Lorkanın  da  olduğu  güman  edilən  qəbirin  və  daha  18  məzarın  ekshumasiyası  üçün 
məhkəmənin  əmri  verildikdən  sonra  işə  başlanılır.  Nəinki  açılan  qəbirlərdə,  hətta  rəsmi 
versiyaya  görə  faciənin  qeydə  alındığı  bütün  bələdiyyə  ərazisində  heç  bir  qalıq  aşkar 
edilmir.  Nisbətən  daha  mifik  görünən  bir  versiyada  yaralı  şairin  gizlincə  Argentinaya 
ötürüldüyü, lakin onun öz keçmişini və hətta adını xatırlamadığı təsdiqlənir. 1965-ci ildə 
Lorkanın  sosialist  baxışlarına,  masonlara  mənsub  olmasına  və  homoseksual 
oriyentasiyasına  görə  onun  «etibarsızlığını»  təsdiqləyən  polis  raportu  hazırlanması  və 
frankistlər  tərəfindən  güllələnməsi  xəbəri  verilmişdir.  Belə  bir  xəbər  2015-ci  ilin  22 
aprelində İspaniyada dərc edilmişdir. 
 
 
Şəkil 41. Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898–1936) 
 
1929-cu ildə Dali Pol Elüar (Paul Eluard)
98
 və onun arvadı rus emiqrantı Qala ilə 
tanış olur.  
Qalanın  əsl  adı  Yelena  İvanovna  Dyakonova  olmuşdur.  1894-cü  ilin  26 
avqustunda  Kazan  şəhərində  dünyaya  gəlmişdir.  Atası  İvan  Dyakonov  təvazökar  bir 
məmur  olmuş,  1905-ci  ildə  vəfat  etmişdir.  Anası  Antonina  Deulina  ikinci  dəfə  vəkil 
Dimitri İliç Qomberqə ərə getmişdir. Qız həmin kişini öz atası adlandırmış və onun adına 
uyğun  olaraq  Yelena  İvanovna  Dimitriyevna  kimi  tanınmışdır.  1905-ci  ildən  sonra  ailə 
Moskva şəhərinə köçmüşdür. Mötəbər mənbələrdə verilən məlumata görə, Yelenanın ana 
xətti üzrə nənəsi Tobolskda yaşamış, onun ailəsi Sibirdə qızıl mədəninə yiyələnmişdir. 
Yelena  Moskvada  Mariya  Qustavovna  Bryuxonenko  adına  qadın 
gimnaziyasında  oxumuşdur.  1912-ci  ildə  vərəm  xəstəliyindən  müalicə  olunmaq  üçün 
İsveçrənin Klavadel sanatoriyasına göndərilmişdir. Fransız şairi Pol Elüar (Paul Eluard) da 
orada  dincəlirdi.  Onun  atası  daşınmaz  əmlak  ticarətilə  məşğul  olan  varlı  bir  insan  idi. 
Sanatoriyada rus qızı 18 yaşlı Yelena və fransız oğlu 17 yaşlı Pol tanış olurlar. Yelena 
Dyakonovanın  coşğunluğu  (ehtiraslılığı),  qətiyyətliliyi  (əzmkarlığı),  kübarlığı  (yüksək 
mədəniyyətinin  olması)    gənc  Elüarda  xoş  təəssürat  yaradır.  Qız  adının  əvvəlcə  Qalina 

65 
 
olduğunu deyir, sonra qarşı tərəfin çətinlik çəkməməsi üçün özünü sadəcə Qala adlandırır, 
Elüar vurğunu axırıncı hecaya salmaqla ona Gala kimi müraciət edir. 
«Qala» sözünü özünə ləqəb götürməyi Yelenaya anası məsləhət görmüşdü. Yeri 
gəlmişkən  qeyd  edək  ki,  «gala»  sözü  fransız  dilindən  tərcümədə  «bayram»  deməkdir. 
Gənc  yazıçı,  Prezident  mükafatçısı  və  təqaüdçüsü  Pərvin  Ələmdar  qızı  Nurəliyeva
99
 
«Dalinin  dəlisi»  adlı  öz  essesində  bu  baxımdan  maraqlı  bir  paralel  aparır:  «Qalanın 
bioqrafiyasına nəzər saldıqda bu adın ona necə uyğun olması aydın görünür. Doğrudan da, 
Yelena  Dyankova  –  Qala  çoxlarının  həyatına  bayram  kimi  gəlirdi,  amma  həyat  yalnız 
bayramdan  ibarət  olmadığı  üçün  zamanı  çatanda  sakitcə  gedirdi,  buraxırdı,  uzaqlaşırdı. 
Onun qeyri-adi sənət duyumu, çox incə zövqü vardı. Və çox güman ki, o qədər də gözəl 
olmayan  bu  qadında  kişiləri  cəlb  edən  məhz  zövqü,  istedadı,  ağlı  idi.  Amma  ən  əsası 
kişilərin ağlını başından alan onun qadınlığı idi. Qala qadınlığının sadə bir resepti vardı. O 
deyirdi: «... heç vaxt mətbəx arvadı olmayacam. Çoxlu kitab oxuyacam, lap çoxlu. Ürəyim 
istəyən hər şeyi edəcəm, amma bununla belə özünə çox da əziyyət verməyən zərif qadın 
cazibəmi  saxlayacam.  Məndən  həmişə  yüngül,  dəcəl  qızlar  kimi  xoş  qoxular  gələcək, 
dırnaqlarım manikürlü, əllərim gözəl olacaq». 
... Əslində ilk baxışdan nə qədər sadədir, deyilmi?! Və bunları oxuyanda sual 
yarana bilər: məgər manikürlü dırnaqlar, səliqəli əllər, gözəl ətir şərtdi? Bəli, şərtdi! Amma 
daha vacib olanı ürəkdi, ağıldı, ruhdu, iradədi, zəngin daxili aləmdi... Və məncə, Qalanın 
adidən adi görünüşünü sehrli edən də bunların cəmi idi. Bir də yaratmaq qabiliyyəti. Onun 
xarakterindəki  analıq  mayası,  valideyn  mehri  ifrat  həddə  idi.  Sevdiyi  kişinin  ana  kimi 
qayğısına qalırdı, qadın kimi sevirdi, amma həm də «yaradırdı» onu. Sənətkar yaradırdı. 
Görünür,  Yelena  bu  bacarığını,  istedadını  –  kişi,  sənətkar  yaratmaq  «sənətinin» 
incəliklərinə  bələd  olmasını  özü  hamıdan  qabaq  anlamışdı.  Ona  görə  azca  sənət  qoxusu 
duyduğu anda dəyişilirdi, başqalaşırdı, gözəlləşirdi... Qarşı cinsdə də onu yalnız incəsənət 
istedadı maraqlandırırdı. Qala sevgini sənətdən kənarda, ayrı təsəvvür etmirdi. Onun adi, 
yüngül flirtləri də, ciddi, dərin sevgiləri də sənət «içində», aurasında olmalı idi» [18]. 
Pol çılğın bir aşiq kimi gözəl sevgi şeirləri yazır. Elüarın məhəbbət poeziyasının 
ilk coşğunluğu məhz Yelenadan başlayır, yaradıcılıq ilhamı onun sonrakı əsərlərində uzun 
müddət  davam  edir.  Bir  müddət  onlar  bir-birindən  ayrı,  Pol  Parisdə,  Yelena  Moskvada 
yaşadı.  Əslində  ayrılıq,  həsrət,  uzaq  məsafə  yazışma,  şeir  bəstələmə  üçün  bir  bəhanəyə 
çevrilmişdi.  Yelena  uzaqdan  qayğıkeş  ana  kimi  sevdiyi  kişini  əzizləyir,  ona  yazırdı: 
«Əzizim, ruhum, balacam. Sənə ehtiyacım var, əvəzolunmazım!» [18]. 
Elüarın  ailəsi  onun  rus  qızıyla  evlənmək  arzusuna  qarşı  çıxırdı.  Amma  buna 
baxmayaraq onlar ailə qurdular. 1917-ci ildə Yelena Elüarla nikaha daxil oldular. Bir ildən 
sonra Qala həmin nikahdan bir qız doğdu, adını Sesil qoydular. 
Amma Elüar və Qalanın ailəsi şablonlardan uzaq olmaqla qeyri-adiliyinə görə 
seçilirdi, dərhal fərqliliyi nəzərə çarpırdı. Bununla bərabər Pol da ehtiraslı qadının özünü 
ifadə etmək, bacarıqlarını sınamaq üçün şair qəlbli bir «obyekt» hesab edilə bilər. Məhz 
Pol Elüarın «imzası, möhürü» ilə Yelena Dyankova həmişəlik Qala oldu. Bu qadın əbədi 
bir  enerjiyə  bənzəyirdi,  ruh  mənbəyi,  ilham  mühərrriki  kimi  çıxış  edirdi.  Sanki  sənətin, 
şeirin  yaranması  üçün  nədən  hansı  miqdarda  lazım  olduğunu  zərgər  dəqiqliyilə  bilirdi. 
Çoxlu  sevgini,  ondan  az  olmayan  ehtirası,  bir  qədər  əzabı  iki  qram  zəhərlə,  üç  damla 

66 
 
fransız  ətriylə  qarışdırıb  səhər,  axşam  Elüara  «içirdirdi»...  Sirli  eliksirin  əvəzində  çoxlu 
sevgi şeiri alırdı. Tənhalıq, qorxu, təlaş, arada bir qədər qısqanclıq şairə çox lazım gəlirdi. 
Qala  yeni,  gözəl  sənətin  yaranması  üçün  lazım  olan  emosiyaları  yaşatmaqda  mahir 
partnyor hesab edilə bilərdi. Qala ilham pərisi roluna girməmişdi, onu oynamırdı, sadəcə 
özü beləydi.  
... Yazılan hər növbəti şeirlə Qala yenidən doğulurdu sanki. Bir gün iblis, bir gün 
mələk, bir dəfə ana, növbəti dəfə övlad kimi, bunların hamısını özündə birləşdirən qadın 
kimi... Bu mənada Qala Elüarın həyat və yaradıcılığında böyük rol oynamışdı. Qalanın bir 
qadın kimi özünü dərk  etməsində  Eıüarın xidmətini kiçiltmək olmazdı.  Elüar  hüdudsuz 
enerjiyə, tükənməz sevgiyə, güclü ehtirasda, dərin istedada malik Qalaya hansısa çərçivə 
qoymaq,  ona  münasibətdə  qadağalar  sistemini  tətbiq  etmək,  onu  özününküləşdirmək 
fikrindən uzaq idi. Onların sevgi və münasibətinin izaholunmaz qəribə cəhəti məhz bundan 
ibarət olmuşdur [18]. 
1921-ci  ildə  Elüar  və  Qala  Almaniyaya  gedir,  Kölndə  çalışan  rəssam  Maks 
Ernstə
100
 baş çəkirlər. Yelena Elüarın arvadı qalmaqla həmin rəssamın qarşısında poza alır 
və  onun  məşuqəsi  olur.  Növbəti  ildə  rəssam  Elüarın  Fransada  Valduazedə  olan  evinə 
köçür. Məhəbbət üçbucağı heç kimdən zərrə qədər olsa belə gizlədilmir. 
Qalanın  Salvador  Dali  ilə  tanışlığının  səbəbkarı  Elüar  oldu.  Qalanın  sənət 
zövqünü, arzu və baxışlarını yaxşı bilən Pol Elüar xanımını Dali kimi əcayib bir adamla 
görüşdürmək,  yaxından  tanış  etmək  istəyirdi.  Elüarın  öz  kandavlistik  meylindən,  yaxud 
sadəcə pozğun gözəlçəni bu yolla başından rədd etmək, «dəlinin birinə» sırımaq fikri də 
istisna edilmir. Həmin vaxtlar Dali kiçik bir ispan kəndi olan Kadakes (Cadaques) kəndinin 
bələdiyyəsindəki  evində  yaşayırdı.  1929-cu  ildə  Elüar  və  Qala  kataloniyalı  rəssam 
Salvador  Dalinin  Kadakesdəki  evinə  təşrif  buyurdular.  İstedadlı  fransız  şairin  həyat 
yoldaşıyla  birlikdə  qonaq  gələcəyini  əvvəlcədən  bilən  Dali  həmin  görüşə  xüsusi 
hazırlaşmışdı. Göy boyaqla bədənini «rəngləmiş», özünün hazırladığı pis qoxulu maye ilə 
«ətirlənmişdi». Amma Qalanı hələ pəncərədən görəndə bədənindən sanki elektrik cərəyanı 
keçdi, tez bədheybət «rəngini», üfunətli «ətrini» yudu, özünə abıra saldı, əynini dəyişib adi, 
normal adam kimi qonaqlarını qarşıladı. Bunu Dalinin ilk baxışdaca Qalaya vurulmasının 
ən  birinci  əlaməti,  ona  sevgisinin  işarəsi  kimi  izah  etmək  mümkündür.  Salvador  Dalini 
«əyninə geyinmədən» qadını qarşılamaması, onunla oynamaq istəməməsi nədənsə xəbər 
verirdi. Qalanı ilk baxışdan yaxın, məhrəm bilməsi kimi yozula bilərdi. Qala saçları laklı, 
özündən 11 yaş gənc rəssamı görən kimi onda özünə qarşı qəribə bir doğmalıq, bənzərsiz 
bir istilik duymuşdu, hərarətini almışdı. Dalinin sənət aurası böyük bir cazibə qüvvəsilə 
qalanı alıb aparmışdı. Müsahibələrinin birində Qala bu barədə deyirdi: «Elə həmin dəqiqə 
başa düşdüm ki, Dali dahidir. Elüar istedadlıydısa, Dali dahiydi!» [18]. 
Gözlənilməz  vizit  onların  hər  ikisi  üçün  ildırım  vurması  kimi  çox  güclü  təsir 
bağışlayır. Məhəbbət həm Yelenanı, həm də Salvador Dalini sarsıdır. Dalinin ondan düz 
on bir yaş kiçik olması da heç nəyi əngəlləmir. Qala rəssam Dalinin arzuladığı eleqant, 
zərif bir qadın kimi onun həyatına girir. Dali onu ilk dəfə pəncərədən görəndə bunu anladı, 
ömrünün sonuna kimi buna inandı. Qala elə ilk görüşdə rəssama demişdi: «Sən ömrün 
boyu məni çəkəcəksən!» [18]. 

67 
 
Dali  və  Qala  arasında  məhəbbətin  alovlandığını  görən  Elüar  kənara  çəkildi. 
Qalanı Dalinin evində qoyub özü Parisə qayıtdı.  
Qala Dalinin rəsmlərinə baxandan sonra qərarını verdi və ona bildirdi: «Biz heç 
vaxt  ayrılmayacağıq,  balaca!»  Qala  Dalini  gördüyü  ilk  gündən  onun  sənətinə  vurulmuş, 
böyüklüyünə inanmış, dahiliyinə güvənmişdi. Salvador Daliyə olan sevgisi, onun sənətinə 
olan  məhəbbəti  Qalaya  sanki  əbədi  bir  həyat  bəxş  etmişdi.  Həqiqətən  Salvador  Dalinin 
ömrünün sonuna kimi Qala onun sevgisi, ilham pərisi, modeli, əsərlərinin baş qəhrəmanı 
oldu. Onları yalnız Qalanın ölümü ayırdı [18]. 
Qalanın  Daliyə  münasibətində  onun  istedadlı  olması  yeganə  meyar  kimi 
götürülə bilərdi. Sanki Qala axtardığı dahini tapdığını elə ilk baxışdan anlamışdı, onunla 
birinci görüşündəcə bunu bəyan etməyi qərarlaşdırmışdı. İndi onların birlikdə yaşamağına, 
ömürlərini bir yerdə keçirmələrinə, qurub-yaratmalarına heç bir şey əngəl törədə bilməzdi. 
Qalanın ailə qurması, hətta qızının olması maneə deyildi. Dali «Bir dahinin gündəliyi» adlı 
əsərində yazırdı: «Qala mənə dahi kimi baxmağa, məndən öyrənməyə başlamışdı. Məni 
yarıdəli  hesab  edirdi,  amma  bununla  bərabər  böyük  ruhu,  gücü  olan  biri  sayırdı.  Sanki 
nəyisə  –  ola  bilsin  öz  xəyal  və  miflərinin  həyata  keçməsini  gözləyirdi.  Hesab  edirdi  ki, 
məhz mən xəyallarını təcəssüm etdirə bilərəm...» [18]. 
Qala  və  Dalinin  görüşü  sadəcə  iki  insanın  tanış  olması  kimi  dəyərləndirilə 
bilməzdi. Ona sənət hadisəsi kimi baxılması daha doğru olardı, çünki Dali sənətinin üzə 
çıxması,  çiçəklənməsi,  sözün  birbaşa  mənasında  rənglənməsi  və  təsdiqlənməsi  üçün 
ehtiyac  duyulan  tarixi  görüşə  çevrilmişdi.  Gənc  yazıçı  Pərvin  Ələmdar  qızı  Nurəliyeva 
«Dalinin dəlisi» adlı məqaləsində yazır: «Dalinin qabı idi, qəlibi idi Qala. Qalasız Dali gur-
gur axan, aşıb daşan, amma nə mənbəyi, nə də mənsəbi bilinən çay kimiydi. Qalaya qədər 
Dali qorxaq uşaq, kompleksli yeniyetmə, qüsurlu kişiydi. Qalanı tanıyana kimi Dali sadəcə 
qəribə, çoxlu psixoloji kəsiri olan rəssam idi. Rejissorsuz, rolunu itirmiş aktyor idi. Qala ilə 
dahi oldu... Qala ilə özünü tapdı... Salvador Daliyə çevrildi» [18].  
Bir  qədər  vaxt  keçdikdən  sonra  Qala  Elüardan  ayrılır  və  Dali  ilə  yaşamağa 
başlayır.  1932-ci  ildə  Dali  və  Qala  öz  nikahlarını  rəsmi  qaydada  qeydiyyata  aldırırlar. 
Amma evliliyin dini mərasimi 26 il sonra – 1958-ci ildə təşkil edilir. 
Elüarı  atıb  Salvador  Dalinin  yatağına  girən  Qala  onunla  yaxınlıq  etdiyi  bir 
vaxtda əri ilə görüşürdü. Elüarın sevgilisinə, indi Salvador Dalinin ilham pərisinə çevrilmiş 
bir  qadına  məhəbbətlə  dolu  məktublar  yazması  ən  heyrətamiz  məqamlardan  biri  kimi 
qiymətləndirilə bilərdı... Hətta Elüar özü artıq başqa qadının əri olsa belə ona məktublarını 
yazmaqda davam edirdi. 
Qala təkcə Dali və Elüarla deyil, həmçinin digər şair və rəssamlarla intim, yanaşı 
münasibətlərindən də qalmırdı. Onun nizamsız cinsi həyat sürməsi bohema dairəsi
101
 üçün 
qəbul edilən bir yaşam tərzi sayılırdı. Dostunun arvadını faktik olaraq əlindən alan, güclə 
«qopardığını» başa düşən Salvador «kompensasiya» qismində onun portretini çəkmişdir.  
Qala rəssam Salvador Dalinin bir neçə tablosunda Qradiva kimi iştirak etməklə 
müzakirə obyekti olur. 
Qala Salvador Dalinin kiçik bacısı Anna-Mariya istisna olmaqla onun yeganə 
qadın modeli və ilhama (təbə) gəlməsinin başlıca süjeti kimi çıxış edir. «Dahi rəssamın 
əsərləri  onun  Qalaya  sevgisinin,  heyranlığının  ən  bariz  nümunəsidir.  Qala  Dalidən  ötrü 

68 
 
Zəfər idi – «Amerikanın kəşfi» tablosunda Kolumbun bayrağı üzərində Qalanın şəkli idi... 
Qala  Dali  üçün  müqəddəs  idi  –  «Maddonna»  əsərində  Qalanı  qucağında  oğlu  ilə 
Müqəddəs Məryəm obrazında çəkmişdi. Qala Dali üçün qadınlığın, insanlığın, gözəlliyin, 
zərifliyin  və  ən  əsası  ölməzliyin  təcəssümü  idi...  Sevginin  ölməzliyinin,  sənətin 
ölməzliyinin» [18]. 
Rəssam arvadını tərifləməyi (mədh etməyi) heç vaxt kəsməmiş, onu canlı mif və 
müasir  ikona  kimi  təqdim  etməkdən  yorulmamışdır.  «Dahi  ispan  sürrealist  rəssamı 
Salvador  Dali  tarixdə  təkcə  yaratdığı  əsərləri,  dizaynını  verdiyi  bəzək  əşyaları  ilə  deyil, 
həm də çərçivələrə sığmayan davranışı, əndrəbadi xasiyyəti, epatajla dolu jestləri, dəli-dolu 
bəyanatları ilə qalıb. Müsahibələrindən birində «sürrealizm – mənəm» demişdi və bununla 
da  eyni  cərəyana  aid  rəssam  dostlarını  incik  salmışdı.  Amma  doğrudan  da  nədənsə 
sürrealizm dedikdə ağıla ilk öncə Salvador Dali gəlir. Sənəti ilə həyatı bu qədər harmoniya 
təşkil edən başqa sənətkar adını çəkmək çətindir. Dali təkcə sürrealist rəssam deyildi, həm 
də sürrealist adam idi. O öz rəsmlərinə bənzəyirdi: ilk baxışdan anlamaq, məntiqlə təhlil 
etmək mümkün deyil, ayrı-ayrı elementlərə, cəhətlərə ayıranda heç bir məna tuta bilmirsən, 
amma  sənət  əsəri  olması  da  şübhəsizdi...  Dali  sadəcə  reallıqla  irreallığın  kəsişməsində 
gözəl  sənət  əsərləri  yaratmırdı,  bu  sərhəddə  yaşayırdı.  Yaxud  da  bunu  oynayırdı.  O, 
mühitin,  cəmiyyətin  diqqət  mərkəzində  olmaq  üçün  həmişə  rolda  idi;  bir  az  dəli,  bir  az 
aqressiv, gözlənilməz hərəkətlər edən, müsahibələr verən sənətkar rolunda. Salvador Dali 
xarakterində dəliliklə dahiliyin sərhəddi  azqala gözəgörünməz  idi, onun hərəkətlərini də, 
yaşam tərzini də, sənətini də müxtəlif cür yozmaq mümkün idi. Dahilik də saymaq olardı, 
dəlilik də... Məhz rus qızı Qalanın gəlişi ilə Salvador Dalinin həyatı dəyişdi. Daha doğrusu, 
adi  bir  rus  əyalətində,  Kazanda,  sadə  bir  məmur  ailəsində  dünyaya  göz  açmış  Yelena 
Dyankova, yəni Qala cığal uşaqdan Salvador Dali yaratdı desək, yalan olmaz» [18]. 
Məhz  bu  qadın  Dalinin  təkcə  seksual  allüziyaları  dünyasında  deyil,  eyni 
zamanda biznes sahəsində yolgöstərən ulduzuna çevrilir. Qala öz tərəfindən ərinin maliyyə 
işlərini əlinə alır və onu gəlir gətirməyə məcbur etməyi bacarır.  
Jurnalistlər  Qalanı  özünün  varlanması  üçün  Dalidən  istifadə  etməkdə 
günahlandırır,  rəssamı  gərgin  işləməyə  həvəsləndirməklə,  onun  əsərlərinin  satılmasına 
çalışmaqla  pislik  etdiyini  bildirirdilər.  Dalinin  muzasına
102
  çevrilən  Qala  kifayət  qədər 
dünyəvi qadın idi, onu hər vəchlə ancaq  «bu dünyanın insanı» saymaq olardı, onu heç bir 
vəchlə «o dünya üçün yaşayan insan» kimi dəyərləndirmək olmazdı, onun «Yer adamı» 
olduğu dərhal duyulurdu, çünki «göylə» işi olmazdı. Qala həyatın maddi tərəfini həddən 
ziyadə yüksək qiymətləndirir, mənəvi tərəfinə isə heç arabir boylanmaq belə istəmirdi.  
Qalanın Dalidən maddi cəhətdən istifadə etməsi fikri ilə barışmayanlar da vardır. 
Məsələn,  yazıçı  Pərvin  Ələmdar  qızı  Nurəliyeva  həmin  fikri  heç  cür  yaxına  buraxmır. 
Onun qənaətinə görə, zamanla dəbdəbəli həyat, daha çox qazanc əldə etmək istəyi, əlbəttə, 
insanın  xarakterini,  dünyaya,  münasibətlərə  baxışını  dəyişə  bilər,  amma  hər  halda  Qala 
Daliyə aşiq olub, «biz heç vaxt ayrılmayacağıq» – deyəndə rəssam heç də dünya şöhrətli 
milyoner  deyildi,  bu  fədakar  qadın  ərinin  qazancına  qənaət  etmək  üçün  uzun  müddət 
paltarlarını özü tikir, evdən maksimum dərəcədə az çıxır, ziyafətlərə qatılmırdı [18].  
«... Amma Qalanın fədakarlığı yalnız sözdə deyildi. Qala hər kəsin anlaya, duya 
bilmədiyi  sürrealist  rəssamı  dünyaya  təqdim  etmək,  tanıtmaq,  sevdirmək  üçün  hər  şeyə 

69 
 
hazır idi. Dalinin işi sadəcə rəsm çəkməkdi. Yerdə qalan bütün təşkilati məsələləri, təbliğat, 
reklam işlərini Qala öz üzərinə götürmüşdü. O, bir yandan sevgilisini ruhlandırmaq, onda 
özünə,  sənətinin  gücünə  inam  yaratmaq  üçün  əlindən  gələni  edir,  qeyri-adi  bir  ruh 
aləmində,  real  olmayan  dünyada  yaşayır,  digər  tərəfdən  də  soyuq  hesablamalar  aparır, 
sponsorlar  tapır,  rəsmləri  müxtəlif  imkanlı  adamlara  bəyəndirmək  üçün  yollar  axtarır, 
Salvador  Dali  imperiyasını  kərpic-kərpic  hörürdü...  Onun  qadın  fəhmi  menecer  kimi 
gördüyü işlərə əlavə rəng qatır, kömək olurdu» [18]. 
Əslində Qalanın pula çox həris olduğu hər addımından sezilirdi. Buna görə rus 
qadın Dalini daha artıq qazanmaq üçün həvəsləndirir, onun çox pul əldə etmək arzusunu 
gücləndirirdi.  Məhz  bunun  əsasında  tezliklə  Dalini  «Breton  qrupundan»  çıxarırlar.  Paris 
rəssamları  arasında  formalaşmış  mühitdə  elə  həmin  Bretonun  ipi-sapı  olmayan  «yüngül 
dili» ilə Dali «Avida Dollars» ayama-anaqramması alır. Dalinin adından və familiyasından 
düzəldilən  həmin  ifadə  təxmini  tərcümədə  «dollarlar  axtarıram»  deməkdir.  Tamamilə 
mümkündür  ki,  həyat  yoldaşının  pula  hərisliyi  Dalinin  yaradıcı  fantaziyasını  müəyyən 
dərəcədə  kasıblaşdırmış  və  məhdudlaşdırmışdı,  ancaq  bunun  müqabilində  ona 
ümumdünya şöhrəti qazandırmışdı. 
Qalanın  bir  qadın  kimi  xüsusi  vurğulanmağa  layiq  üstün  cəhəti  onun 
xarakterinin  möcüzəvi  tərəfindəydi.  Qala  sevdiyi  kişinin  ürəyindən  keçəni  böyük 
dəqiqliklə elə həmin andaca duyurdu, sonra həyata keçirirdi,  arzuladığını edirdi, eşitmək 
istədiyini  deyirdi.  Qala  kişinin  ehtiyacına  uyğun  qayğıkeş  ana,  mehriban  dost,  tələbkar 
sevgili, yaxud ehtiraslı məşuqə ola bilirdi. Qadının dilə gətirilməyən ehtiyacları hiss etməsi 
daha maraqlıydı. Qalanın bacısı Lidiya öz dostları ilə söhbətlərində təəccübünü gizlətmirdi: 
«Qala Dalinin uşaq kimi nazıyla oynayır. Axşamlar onun üçün kitab oxuyur, ona hansısa 
həbləri içirdir, gecənin bir aləmi ərinin vahimə və narahatlıqlarını qovmaq, pis fikirlərini 
dağıtmaq  üçün  səbrlə  nələrsə  danışır...  Dali  saatı  qonağın  üstünə  tullayanda  Qala  tez 
sakitləşdirici damcılarla onun üstünə cumur ki, birdən Allah eləməmiş ürəyi gedər...» [18]. 
Rəssam  «Bir  dahinin  gündəliyi»  əsərində  yazırdı:  «Qala  sanki  iştahadan 
kəsilmiş övladına görə narahat olan ana kimi səbrlə təkrar edirdi: «Balaca, bax gör, sənə nə 
tapmışam?! Sən bunu bir yoxla, maye ənbərdir. Özü də bişirilməyib... Deyirlər ki, Vermer 
də bundan qəbul edəndən sonra yaxşıca şəkil çəkirmiş». 
Qalanın Daliyə qayğıkeş, kövrək münasibət bəsləməsi ona heyrətamiz dərəcədə 
güclü  sakitləşdirici  təsir  bağışlayırdı.  Amma  bu  yupyumşaq,  mehriban  «ananın»  yeri 
gələndə  təzadlı  hisslər  keçirən,  emosional  böhran  dövrünü  yaşayan  sevgilisinə  «məni 
öldür!» deməsi möcüzəli görünür. Dali sevgisinin aşıb-daşdığı, emosiyalarının dözülməz 
həddə çatdığı, ilhamının coşduğu, aqressiyasının artdığı bir məqamda Qalanın boğazından 
yapışıb  yüngülcə  boğur  və  qışqıraraq  deyir:  «İndi  sənə  nə  edim,  de  görüm,  nə  edim 
səninlə?!»  Qala  həmin  möcüzəvi  cavabını  verir:  «məni  öldür!»  İstedadlı  yazıçımız  bu 
məqama xüsusi qiymət verir: «Öldür məni – deyir, ona görə yox ki, ölmək istəyir, ona görə 
yox ki, qorxur... Yox, ona görə ki, indi, məhz bu an Dali o cavabı gözləyir, o cavabı almaq 
istəyir!  Bu,  oyun  deyil,  əsla,  burada  riyakarlıq,  saxtakarlıq  da  yoxdur.  Bu,  sadəcə  qadın 
fədakarlığının daha dərin, daha gizlin məqamıdır»  [18]. 
Qala  təkcə  sevdiyi  kişilərin  həssas  damarını  deyil,  dünyanın  da  nəbzini  tuta 
bilirdi.  Şübhəsiz  ki,  qadının  hər  müşahizəsinin  maddiyyata  söykənməsi  burada  az  rol 

70 
 
oynamamışdı. 1934-cü il Amerika səfəri məhz onun istəyilə baş tutmuşdu. Ancaq başqa 
mənbələrdə  Dalinin  arvadı  ilə  birlikdə  yalnız  1940-cı  ildə  Amerika  Birləşmiş  Ştatlarına 
köçdüyü, 1955-ci ilə qədər orada yaşadığı qeyd edilir. Qala hansısa altıncı hisslə Salvador 
Dalinin  məhz  Amerikada  seviləcəyini,  şöhrət  tapacağını  duymuşdu  və  yanılmamışdı. 
Həqiqətən  öz  «ticarət  markasını»  qazanmaq  və  böyük  məbləğdə  pullar  qazanmaq 
mənasında məhz Amerikada keçirilən dövr Dali üçün düşərli olmuş, ona uğur gətirmişdir 
[41].  
Dalinin  səfəriylə  bütün  Amerika  sürrealizmlə  xəstələnmişdi.  Kolleksionerlər 
Dalinin rəsmlərini baha qiymətə alır, bütün mətbuat dahi rəssamdan danışırdı. Dali və Qala 
bir neçə il Amerikada yaşadılar və yenidən İspaniyaya qayıdanda artıq varlı və dünyaca 
məşhur idilər.  
Qalanın xarakterinin maraqlı tərəflərindən biri də sirr saxlamaq bacarığı idi. O, 
Daliylə birgə yaşasa da, Pol Elüardan boşansa da, yalnız Pol öləndən sonra Dali ilə rəsmi 
nikaha girir. Pol sağ olduğu vaxtda onu incitmək, ona əzab vermək istəmir və heç vaxt 
birinci əriylə münasibətlərinin intim tərəfləri haqqında danışmır. Salvador ilə isə hər şey 
daha qəliz, daha çətin idi. Mətbuat Dali haqda ən müxtəlif şayiələr yazırdı. İndi də Dalinin 
intim həyatı haqqında çox az məlumat olsa da, bəzən rəssamın oriyentasiyası şübhə altına 
alınır.  Həyya  onunən  yaxın  dostu  Lorkayla  münasibətləri  haqda  bədii  film  də  çəkilib. 
Rəssamın psixi problemlərinin olmasını da deyənlər, yazanlar var. Qaladan isə ömrünün 
sonuna kimi bu haqda heç bir söz qoparda bilməyiblər [18]. 
«Onların  arasında  heç  bir  məsuliyyət,  borc,  məhdudiyyət  yox  idi.  Dali  yeni 
modellərini  ürəklə  Qalaya  göstərir,  onları  bəyənməsini  arzulayırdı.  Qala  bəzən  təzə 
heyranlarını  evə  dəvət  edir,  Salvadorla  tanış  edirdi.  Və  bütün  bu  yüngül  flirtlər,  ötəri 
münasibətlər onların sevgisi qarşısında adi idi, keçəri idi və keçirdi də!!!» [18]. 
Dali  marksizmə,  mazoxizmə,  sürrealizmə  və  digər  «izm»lərə  böyük  maraq 
göstərmiş,  lakin  həmişə  özünə  inamlı  olaraq  qalmış,  öz  individuallığını,  fərdiliyini 
saxlamağı bacarmışdır. Bu barədə sənətkar özü belə yazmışdır: «Əgər özünə məxsus olan, 
yalnız  özününkü  hesab  edilən  triumfa  nail  olmaq  istəyirsənsə,  səninlə  ümumi  çox  şeyə 
malik  hər  kəsi  məhv  etməli  olacaqsan,  şərikliliyi  çatan  bütün  adamları  ortadan 
götürməlisən, belələrini yolundan uzaqlaşdırmalısan. Kollektivə məxsus olan hər şey sənə 
qəbir  qazıyır,  məzar  hazırlayır.  İstənilən  ittifaq,  hər  hansı  birlik  sənin  individuallığını 
zəiflədir, hər cür bağlantı sənin fərdiliyini laxladır. Kollektiv ondan yararlandığın ana qədər 
sənə  lazımdır.  Sadəcə  kollektivin  təcrübəsindən  (səriştədən)  istifadə  etmək  və  hücuma 
keçmək lazımdır! Bu zaman onu hökmən təklikdə etməyin vacibliyi, belə məsuliyyətli bir 
işi  heç  kimə  etibar  etmədən  yalnız  tək-tənha  həyata  keçirməyin  labüdlüyü 
unudulmamalıdır». 
İspaniyaya  qayıtdıqdan  sonra  Dali  öz  villasında  pornoqrafik  tamaşalar  təşkil 
etmişdir.  Bunlar  sənətkarın  təxəyyülünü  həyəcana  gətirmiş,  xəyalında  canlandırdıqlarını 
həyata  keçirməyə  çağırmış,  təsəvvürlərini  genişləndirmişdir.  Tamaşalara  rejissorluğu  elə 
Dalinin  özü  etmişdir.  Tamaşa  Daliyə  lazım  olan  şəkildə  alınmayanda,  müvəffəqiyyətlə 
başa gəlməyəndə, ürəyi istədiyi kimi baş tutmayanda sənətkar bundan hədsiz iztirab çəkir, 
çox dilxor olurdu. Bu zaman Qala proseslərdə şəxsən iştirak edir və «rejissor assistenti» 
kimi  işləyirdi.  Dəvət  edilən  qızlar  tədricən  soyundurulur,  sonra  bədənlər  ağlasığmaz 

71 
 
fiqurlar  halında  bir-birinə  sarılır,  çəlpəşir,  əndamlar  təsəvvüredilməz,  mümkün  olmayan 
«şəbəkə» təşkil edir, bunun ardınca iştirakçılar bir-birilərilə istədiklərini edir, daha dəqiq 
desək, «böyük ssenaristin» təlqin etdiyi, öyrətdiyi hərəkətləri həyata keçirirdilər [41].  
Dali bir-birinə dolaşmış elastik bədənli qızları böyük maraqla, olmazın həvəslə 
müşahidə  edir,  onları  acgözcəsinə,  hərisliklə  izləyirdi.  Lakin  Dalinin  çılpaq  bədənlərə 
şövqlə,  hərarətlə  baxmasının,  onun  belə  tamahkarlıq  və  gözüdoymazlığının  arxasında 
ehtiraslanmış  iştirakçılarla  cinsi  əlaqədə  olmaq  istəyi  dayanmırdı.  Belə  kəskin,  şiddətli, 
tünd duyğular sadəcə olaraq onun yaxşı işləməsi üçün lazım gəlirdi. Müəmmalı və qəribə 
«fiqurlar» sənətkarın ilhamlanması, onun cuşa gəlməsi üçün tələb edilirdi. 
Dali özünə seks  yaradıcısı demiurq  rolunu  ayırmışdı, ötürmüşdü.  Görünür, bu 
zaman  Qala  yeganə  bəşəri  varlıq,  rəqibsiz  insani  məxluq  olaraq  qalırdı  ki,  təkcə  onun 
bədənindən Dali qorxmurdu, yalnız onunla əsl, xalis seks yaşayırdı.  
Dolaşdırılmış  bədənlər,  mürəkkəb  arzular,  ehtirasın  «nazilmiş»  çalarları 
(şəhvaniliyin fərqli olduğu dərhal sezilən incə xüsusiyyətləri) – bütün bunlar Dali üçün bir 
növ  narkotik  rolunu  oynayırdı.  Həyatının  bundan  sonrakı  dövründə  Dali  yalnız  belə 
müşahidələrin  ehtiraslandırıcı  təsiri  altında  yazıb-yarada  bilirdi.  Bu  zaman  «adamların 
yanında»  Dalinin  Qala  ilə  birlikdə  çağırıcı  eskapadaları  böyük  ehtimalla  sadəcə  onun 
yaradıcılığına kütlənin marağını cəlb etməyə hesablanmış reklam tryukları
103
 hesab edilə 
bilərdi [41].  
Dali öz qəlbinin dərinliyində bir müşahidəçi, seyrçi, passiv tamaşaçı, xəyalçı idi. 
Onu bir növ insan ruhunun hər hərəkətində xarakterik cizgiləri görən, səciyyəvi əlamət və 
xassələri  aşkara  çıxaran,  mümkün  cəhətləri  müəyyənləşdirən,  ən  xırda  detalını  tapana 
qədər qazıyıb axırına çatmağı bacaran, bütün təfsilat və təfərrüatı ilə ortaya qoyan kamil bir 
vuayerist hesab etmək olar.  
S.  Dali  bəşər  övladının  cisminin  ən  incə  hərəkətlərinin  diqqətli  müşahidəçisi 
olaraq  onların  arxasındakı  ruhun  hərəkətinin  «sürrealistik»  mənasını  tanıya  bilmiş,  onu 
duymağı, müəyyən etməyi bacarmışdır.  
Salvador  Dalinin  çəkdiyi  çoxlu  sayda  mənzərədə  fallik,  sadomazoxistik  və 
yaxud  svinger  motivləri  aydın  görünür.  Əlbəttə,  qeyd  edilən  motivlər  sənətkarın  belə 
şeylərdən həddən ziyadə qorxmasının, bunlardan imkan qədər uzaq durmağa çalışmasının 
ifadəsi  kimi  də  dəyərləndirilə  bilər.  Lakin  sənətkarın  cinsi  həyatına  dair  toplanmış 
məlumatları  təhlil  etdikdə  bunun  əksini  zənn  etmək  lazım  gəlir.  Mənzərədə  görünən 
seksual xarakterli qeyri-adi motivlər böyük ehtimalla sənətkarın bunları həyatda ehtirasla 
arzulamasının  labüd  ifadəsidir.  Yaradıcı  insan  arzu  etdiyini  ehtirasla  əsərinə  hopdurur, 
ürəyində gəzdirdiyini, qəlbində bəslədiyini hərarət və həvəslə qələminin, fırçasının və digər 
vasitələrinin köməyilə tamaşaçısına, oxucusuna çatdırmağa çalışır, qamçılamaq istədiyini 
qızğın  surətdə  tənqid  atəşinə  tutur,  bütün  bunları  istedad  və  qabiliyyətinə  güvənərək 
coşğunluqla edir, məhz onun yaradıcılığında dünyaya gəlməsinə çalışır. Görünür, bayaq 
xatırladılan motivlər Dali yaradıcılığında işıq üzü görür, üzə çıxır, ortada olan kimi dərhal 
qiymətini alır.  
Dalinin  qadınlara  aid  fikirləri  başqaydı,  qadınlığa  baxışları  seçilirdi.  Rəssam 
sadəcə  gözəl  deyil,  eleqant,  zərif  qadın  arzulayırdı,  onun  təkcə  estetik  biçimli  xarici 
görünüşüylə kifayətlənmirdi. Rəssam «Bir dahinin gündəliyi» əsərində yazırdı: «Gözlər! 

72 
 
Bunlar çox vacibdir! Gözlər heç olmasa ağıllı təsir bağışlamalıdır. Eleqant qadının üzündə 
sadəcə gözəl xanıma xas səfeh ifadə ola bilməz... Eleqant qadının dodaqlarının ətrafında 
mütləq  bir  yadlıq,  özündən  razılıq,  kədər  sezilməlidir.  Amma  hərdənbir,  həyəcanlı 
dəqiqələrdə onun siması dəyişir, başqalaşır, səmavi bir incəliklə dolur...» [18]. 
Dalinin muzası Qala sonralar deyirdi ki, rəssam məhəbbətin hər hansı şəhvani 
təzahürünə nifrət bəsləyirdi, sadəcə olaraq yad bədənə toxunmaqdan çox qorxardı, bundan 
tez vahiməyə düşərdi. 
Dali istedadının inkişaf  tarixi  bununla  məşhur  psixoanalitik  Ziqmund  Freydin 
irəli  sürdüyü  nəzəriyyənin  ümumi  müddəalarını  büsbütün  təsdiqləyir.  Qadınlarla 
münasibətində son dərəcə utancaq olan, zərif cinsin nümayəndələri qarşısında sıxılan, heç 
vaxt onlara pərəstişkarlıq etməyən, heç bir qıza, qadına, arvada seksual partnyor gözü ilə 
baxmayan, bunu bacarmayan Dali birdən-birə erotizm simvolu olur, XX əsr erotikasının 
«seks  üzrə  firma  nişanına»  çevrilir.  Rəssamın  erotik  məzmunlu  kənarlanmaları,  normal 
göstərici kimi qəbul edilmiş həddən aşkar surətdə qırağa çıxmaları onun uğursuz gəncliyi 
ilə  tam  şəkildə izah  edilə  bilər.  Çünki  həmin  illərdə gənc insanın  əsas vəzifəsi  Federiko 
Qarsia  Lorkanın  arzuolunmaz  təsirlərindən  və  müvafiq  surətdə  onun  homoseksual 
meylindən azad olmaqdan ibarət idi. Bu məqsədinə çatdıqdan sonra Daliyə xeyli müddət 
ərzində  füsunkar  qadın  bədənindən  qeyri-sağlam  qorxma  hissinin  qarşısını  almaq  üçün 
amansız  mübarizə  aparmaq  lazım  gəlmişdi.  Beləcə  seksual-erotik  hisslərin  qaynayıb-
coşduğu, kifayət qədər məhsuldar olduğu dövrdə cinsi instinktin tələblərini yerinə yetirmək 
əvəzinə  lüzumsuz  qüvvələrlə  qaçılmaz  mübarizə  aparmaq  zərurəti  yaranmışdı.  Dalinin 
cızdığı  «ssenari»  əsasında  onun  gözləri  önündə  əyilmiş  qadın  bədənlərinin  tikanlı 
konstruksiyalarla  əhatəyə  alınması,  yaxud  elastik  gözəlçələrin  bir-birinə  bağlantılarına 
çiçək  formasının  verilməsi  təsadüfi  ola  bilməzdi.  Bükülmüş  qadın  bədənlərinin  çıxıntılı 
qurğularla  dövrələnməsi  burada  sadomazoxist  motivləri  görməyə  imkan  yaradır,  çiçək 
formasının verilməsinə gəldikdə sual altında olsa belə bunu böyük ehtimalla narsissizmin 
təzahürü  kimi  şərh  etmək  mümkündür.  Əlbəttə,  anlaşılmaz  fantaziyanın  doğurduğu 
nəticələr  öz  qeyri-adiliyinə  baxmayaraq  təsviri  incəsənət  həvəskarlarında  böyük  tələbata 
səbəb olmuşdur. Dalinin əsərlərinin yaxşı satılması və Qalanın pul dağarcığının gündən-
günə böyüməsi belə bir tələbatın son dərəcə yüksək olduğunu təsdiqləmişdir. Bununla bir 
vaxtda belə şeylər freydist üçün yaradıcılıqda şəxsiyyətin seksual motivlərinin çox güclü 
şəkildə sıxışdırılmasına (sublimasiyasına) şəhadət verən faktlar kimi dəyər qazanır [41]. 
Salvador  Dali  dünyada  seksual  meylin  şüuraltı  motivlərinə  dərindən  nüfuz 
etməyi  bacarmış  çox  olmayan  rəssamlardan  biridir.  Şübhəsiz  ki,  S.  Dalinin  yaradıcı  irsi 
təkcə sənətşünaslar (incəsənət mütəxəssisləri) üçün deyil, eyni zamanda seksoloqlar (seks 
mütəxəssisləri) üçün hələlik yetərincə aparılmamış tədqiqatların nəhəng bir sahəsidir. Bunu 
araşdırmalar  üçün  geniş  bir  meydan  kimi  təsəvvür  etmək  olar.  Dali  yaradıcılığının  çox 
yaxşı öyrənilmədiyi heç kimə sirr deyildir.  
Dalinin  bəzi  əsərlərində  dəhşətli  kabuslar,  əcaib-qəraib  məxluqlar  təsvir 
olunmuşdur.  Bu  baxımdan  1931-ci  ildə  yaratdığı,  Nyu-Yorkda  Müasir  İncəsənət 
muzeyində saxlanılan «Yaddaşın sabitliyi», 1935-ci ildə ərsəyə gətirdiyi, Bazeldə Kütləvi 
bədii  kolleksiyada  saxlanılan  «Alovlanan  zürafə»  əsərlərini  xatırlamaq  olar.  Həmin 

73 
 
əsərlərdə  «qeyri-təbii  şəraitin  və  əşyaların  məntiqsiz  surətdə  qəsdən  bir-biri  ilə 
əlaqələndirilməsi yalnız zahirən real təsir bağışlayır [4, səh. 321, sağ sütun].  
Salvador Dali dini mövzuda çəkdiyi əsərlərində klassik süjetlərə ifrat dərəcədə 
ekssentrik  (qeyri-adi)  fantastika  gətirmişdir.  Buna  nümunə  olaraq  1955-ci  ildə  çəkdiyi, 
hazırda  Vaşinqtonun  Milli  İncəsənət  Qalereyasında  saxlanılan  «Məxfi  axşam»  əsəri 
göstərilə bilər. 
«...  Möhtəşəm,  güclü  Qalanın  tək  bir  düşməni  vardı:  illər.  İllər  onun  dərisiylə 
birgə ruhunu da soldurur, qocaldırdı. O, öz şuxluğunu saxlamaqdan ötrü min cür vasitəyə 
əl atırdı. Amma çifayda... xeyri yox idi! İllərin necə ciddi rəqib olduğunu başa düşüncə 
Qala təkliyə, ərinin ona hədiyyə etdiyi qədim Pubol qəsrinə çəkilir. 
Dalidən  uzaqlaşır...  Gənc  aşiqləriylə  şəxsi  qəsrində  görüşür,  onları 
«vitaminlərim»  adlandırır.  Amma  bu  «vitaminlər»  də  keçib  gedən  gəclik  təravətini 
qaytarmaqda  aciz  idilər.  Qala  Daliyə  yalnız  özünün  təyin  etdiyi  günlərdə  qalaçaya 
gəlməyə,  onunla  görüşməyə  icazə  verirdi.  Və  bu  da  onun  ərinə  qeyri-adi  münasibətinin 
daha bir göstəricisi idi... Çox güman ki, Qala bu qaydanı öncədən hazırlaşmaq, bacardığı 
qədər təracvətli görünmək üçün qoyub» [18]. 
 
 
Şəkil 42. Salvador Dalinin öz arvadı Qalaya hədiyyə etdiyi Pubol qəsri 
 
 
 
Şəkil 43. Qala Dali. Salvador Dalinin Marbelyedə ucaltdığı heykəl 
 
1968-ci ildə rəssam Qala üçün Jirona əyalətində Pubol deyilən kiçik qəsəbədə 
bir qəsr  almışdır.  Lakin  razılaşdırılmış şərtə görə  əri arvadının qabaqcadan  yazılı icazəsi 
olmadan  qəsrə  baş  çəkə  bilməzdi.  Yelena  həyatının  son  illərini  orada  keçirmişdir. 

74 
 
Həyatının son illərində Qala tez-tez təkrarlayırdı: «Ölüm günü həyatımın ən xoşbəxt günü 
olacaq!» 
Ömrü boyu güclü, cazibədar bir qadın olan Qala 1982-ci ilin 10 iyununda 88 
yaşında  ikən  İspaniyanın  Kadakes  (Cadaques)  bələdiyyəsinin  Port-Liqat  şəhərində vəfat 
etdi.  Vəsiyyətinə  görə qadın  əri  Dalinin ona hədiyyə  etdiyi  Pubol qəsrində dəfn olundu. 
Xanımının vəsiyyətini yerinə yetirmək üçün rəsam İspaniya qanunlarını pozmaqla bir riskə 
getmişdi. Məsələ burasındadır ki, ispan qnunlarına görə, insan dünyasını dəyişdikdən sonra 
rəsmi icazə olmadan onun cəsədini bir yerdən başqa yerə aparmaq qəti surətdə qadağan 
edilmişdi.  Ancaq  Dali  Qalanı  geyindirib  maşınına  qoymuş  və  tanış  bir  rahibəni  özüylə 
götürərək qəsrə yollanmışdı. Qala qəsrdə dəfn edilərkən Dali orada iştirak etmir, yalnız bir 
neçə  saatdan  sonra  qəbrə  yaxınlaşıb  xeyli  baxmış  və  demişdi:  «görürsən,  ağlamıram?!» 
[18]. 
Qaladan sonra Dali yeddi il yaşayır. Əslində Qalanın dünyadan köçməsilə sanki 
Dali  də  ölmüşdü.  Qalasız  Dali  qorxaq  uşağa,  kompleksli  yeniyetməyə,  qüsurlu  kişiyə 
bənzəyirdi. Həqiqətən Qala vəfat etdikdən sonra Dali tamam başqa bir adama çevrilmişdi, 
sarsılmışdı.  Sadəcə  olaraq  qəribə,  çoxlu  psixoloji  qüsura  malik  bir  rəssam,  rejissorunu 
itirmiş, rolunu unutmuş bir aktyor olaraq ölümünü gözləyirdi [18]. 
Salvador  Dali  1989-cu  ildə  Figerasdakı  öz  malikanəsində  öldü.  Yer  kürəsinin 
çox  ölkəsini  gəzən  sənətkarın  məhz  burada  canını  tapşırmasında  da  bir  qəribəlik  vardı. 
Həyat  ona  hər  sifətdə  ola  bildiyini  sübut  etmiş,  çox  şeyi  başa  salmış,  öyrətmiş,  enişli-
yoxuşlu yollarında onu çox mətləblərdən xəbərdar etmiş, dünyanın çox yerini gəzdirmiş, 
lakin axırda planetin üzərində işıqlı aləmə göz açdığı nöqtəyə qaytarmış, yalnız bundan 
sonra ondan ayrılmış, onunla vidalaşmışdı. Beləliklə, Dalinin məkan daxilindəki simvolik 
həyat sikli qapanmış, rəmzi yaşam dövrü başa çatmışdır, ancaq zaman daxilində onun heç 
vaxt  qapanmayacağını,  gələcək  nəsillər  üçün  daim  açıq  qalacağını  əminliklə,  tərəddüd 
etmədən söyləmək mümkündür.  
Dali adamların ayaqları altında torpağa tapşırılmasını vəsiyyət etmişdi, öləndən 
sonra  məzarı üstündə  insanların  gəzməsini  istədiyini  bildirmişdi.  Onun  vəsiyyətinə  əməl 
edildi.  Sənətkar  Figerasda  yerləşən  teatr-muzeyin  döşəməsinin  altında  basdırıldı.  İndi 
həmin muzeyə incəsənət həvəskarları Dalinin teatr-muzeyi kimi baş çəkirlər. 
 
 
 

75 
 
 
Şəkil 44. Salvador Dalinin məzarı 
 
Pol Elüar və Salvador Dalinin kandavlist olduqlarına heç bir şübhə yeri qalmır. 
Xüsusən  Salvador  Dalinin  psixi  pozğunluğu  onun  seksual  meyl  pozğunluğunu 
qəlizləşdirmiş, mürəkkəbləşdirmişdir. Elə buna görə də Dalinin simasında eyni vaxtda bir 
neçə parafiliya forması cəmləşmişdir. Kazandan baş götürüb özünü güclə, tamamilə qərəzli 
şəkildə  fransız  kişilərinin  həyatına  soxan,  nəsə  bir  şey  qopardıla  bilməyi  özünəməxsus 
fəhmlə  sezən,  bundan  sonra  qırsaqqız  olub  «axtarışlarını»  davam  etdirən  Qala 
əxlaqsızlıqda heç də onlardan geri qalmır. İstənilən halda Qalanı adyulterlə yoğrulmuş bir 
nizamsız cinsi həyat keçirən, Elüarın və Ernstin altından çıxıb Dalinin Qalasına çevrilən, 
bununla bir vaxtda çoxlu sayda başqa kişi ilə kontakt yaratmaqla promiskuitet tələbatını 
aşkarcasına  ödəyən,  ümumiyyətlə,  kişilərin  kandavlist  xarakterli  qəribəliyindən  və  digər 
seksual  «zəiflik»  və  «üzgörənliyindən»  həm  varlanmaq,  həm  də  poliqamik  arzusunu 
həyata keçirmək məqsədilə məharətlə istifadə edən, pula son dərəcə həris olan, namus və 
ləyaqət  hissindən  məhrum  tipik  rus  əxlaqsızı  kimi  təsəvvür  etmək  lazımdır,  həyat  tərzi 
olduqca pis bir nümunə ola biləcək belə yaramazı heç bir vəchlə mələkləşdirmək olmaz. 
 
* * * 
 
Promiskuitetlə  qovuşmuş  kandavlizmə  tipik  nümunə  olaraq  amerikan  naşiri, 
«Pleyboy»  («Playboy»)  jurnalının  yaradıcısı  və  şef-redaktoru,  həmçinin  «Playboy 
Enterprises»  kompaniyasının  təsisçisi  Hyu  Merston  Hefner  (Hugh  Marston  Hefner) 
göstərilə bilər. 
«Dünyanın baş kroliksaxlayanı» qısaca olaraq Hef ləqəbilə tanınmışdır. 1926-cı 
ilin 9 aprelində Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində dünyaya gələn Hefner ilk 
vaxtlar promiskuitet tərəfdarı kimi ad çıxarmışdır. Hefner həyatda tez-tez məşhur, tanınmış 
qadınlarla olmağa can atan kişilərdən biridir. Ancaq Hefnerdə promiskuitet kandavlizmlə 
qovuşmuşdur.  Məsələ  burasındadır  ki,  «zəif  cinsin»  ən  gözəl  nümayəndələri  dəstəsinin 
əhatəsində olan, onların çoxu ilə cinsi əlaqəyə girən Hefner seksual partnyorlarının çılpaq 
fotolarının  hamıya  göstərilməsi,  tamaşaçı  kütləsinə  göstərilməsi  imkanı  düşən  kimi  heç 

76 
 
vaxt onu əldən verməmişdir. Qadın düşkünü «real şou» trendindən istifadə etməyin lazım 
gəldiyini başa düşmüş, öz işinin spesifikliyini nəzərə alaraq minlərlə gözəl üsula əl atmaqla 
bunu  etməyin  mümkün  olduğunu  özü  üçün  aydınlaşdırmışdır.  Artıq  qocalıq  dövrünü 
yaşayan, 90 yaşına qədəm qoyan Hefner buna baxmayaraq romantikliyindən qalmır. 
 
 
Şəkil  45.  Hyu  Merston  Hefner  (Hugh  Marston  Hefner)  2009-cu  ildə  Los-
Ancelesdə 
 
* * * 
 
Məşhur  fransız  şairi  və  bəstəkarı,  mahnılar  müəllifi  və  ifaçısı,  aktyor, 
kinorejissor  və  ssenarist  Serj  Gensbur  (Serge  Gainsbourg)  da  kandavlistlər  sırasında  yer 
tapır. 
 
 
Şəkil 46. Serj Gensbur (Serge Gainsbourg; 1928–1991) 
 
Doğularkən əsl adı Lüsyen Jozef Ginzburq (Lucien Joseph Ginsburg) olan, hətta 
rus dilində olan mənbələrdə Lüsyen İosifoviç Ginzburq kimi təqdim edilən sənətkar qeyri-
adi həyat sürmüşdür. 1928-ci ilin 2 aprelində doğulan Serj Krımın cənub-şərq sahilindəki 
Feodosiya  şəhərindən  olmuş,  Böyük  Oktyabr  Sosialist  İnqilabından  sonra  Fransaya 

77 
 
emiqrasiya etmiş yəhudilərin oğludur. Mənbələrin bir qismində Serj Genzbur kimi təqdim 
edilən  məşhur  şansonye
104
  dörd  dəfə  nikahda  olmuşdur.  Tanınmış  gözəlçələr  –  aktrisa 
Katrin  Denyov  (Catherine  Deneuve),  teatr  və  kino  aktrisası  İzabel  Yasmina  Adcani 
(Isabelle Yasmina Adjani), aktrisa, müğənni və fotomodel Vanessa Şantal Paradi (Vanessa 
Chantal Paradis) onun yatağında olmuşlar. Serj evində toplaşan kişi dostlarının qarşısında 
məşuqələrinin  döşlərini  çılpaqlaşdıraraq  təntənəli  surətdə  yeriyib  keçməsini  həddindən 
artıq sevmişdir. Axırıncı arvadı, model, müğənni və aktrisa Karolin fon Paulusu (Caroline 
von Paulus) camaatın qabağında, tamaşaçı kütləsinin önündə çılpaq bədənlə rəqs etməyə 
məcbur etmişdir. Serj Gensbur 1991-ci ilin 2 martında vəfat etmişdir. 
 
* * * 
 
Daha  bir  kandavlist  Amerika  Birləşmiş  Ştatlarının  Federal  Təhqiqatlar 
Bürosunun agenti Robert Filip Henssen (Robert Philip Hanssen) hesab olunur. 
 
 
Şəkil 47. Robert Filip Henssen (Robert Philip Hanssen) 2001-ci ilin qışında 
 
1979-cu ildən 2001-ci ilə qədər 22 ildən artıq bir müddət ərzində əvvəlcə sovet, 
sonralar  rus  xüsusi  xidmət  əməkdaşları  üçün  Birləşmiş  Ştatlar  əleyhinə  casusluq  edən, 
vacib məxfi xəbərləri qarşı tərəfə çatdıran silistçi kifayət qədər ağıllı, bacarıqlı, təcrübəli bir 
işçi  olmuşdur.  1944-cü  ilin  18  aprelində  Amerikanın  Çikaqo  şəhərində  dünyaya  gələn 
Robert dini katolik ailədən çıxan Bonni Vok adında bir qızla evlənmiş, bir müddət başqa 
sahələrdə çalışmış, rus dilini mükəmməl bildiyindən keçmiş Sovet İttifaqı ərazisində əks-
kəşfiyyat  şöbəsinə  keçirilmişdir.  İttifaq  dağıldıqdan  sonra  Rusiya  xüsusi  xidmət 
əməkdaşları  ilə  əlaqə  saxlamışdır.  2001-ci  ilin  18  fevralında  şpionaj  (casusluq)  üstündə 
həbs  olunmuş  və  əfv  edilməsi  istisna  olunmaqla  ömürlük  azadlıqdan  məhrumolunma 
cəzasını  almışdır.  İstintaq  gedişində  13  casusluq  epizodunu  sübut  etmək  mümkün 
olmuşdur.  
Bədnam  casusun  cinsi  həyatında  bir  anlaşılmaz  qəribəlik  hökm  sürürdü. 
Allahdan  qorxan  və  kifayət  qədər  ciddi  olan  arvadını  başqa  kişinin  qucağında  təsəvvür 

78 
 
etməsi onun xoşuna gəlirdi. Robert öz seksual fantaziyalarını dostu Cek Hoskoerlə elektron 
poçt  vasitəsilə  bölüşürdü.  Sonra  ər  öz  dindar  (mömin)  arvadının  aşkar  intim 
fotoqrafiyalarını dostuna göndərməyə başladı. Lakin bununla kifayətlənməyən kəşfiyyatçı 
öz  dostu  Ceki  evinə  dəvət  etmiş  və  ondan  arvadı  ilə  cinsi  əlaqəsini  gizlində  izləməsini 
xahiş etmişdir. Henssenin evinə nadir hallarda gələn Cek dostunun mübtəla olduğu meyl 
pozğunluğundan  xəbərdar  olduğundan  onun  sözünü  yerə  salmamış,  xahişinə  əməl 
etmişdir. Dostunun öz ər borcunu necə yerinə yetirdiyini gizlincə müşahidə edə bilməkdən 
ötrü  bir  neçə  yol  fikirləşib  tapmışdılar.  Belə  ki,  Robert  arvadı  ilə  cinsi  kontaktda  olan 
zaman  dostu  əvvəlcə  evin  xaricindəki  pəncərədən  onlara  baxırdı.  Sonra  Robert  yataq 
otağının  divarında  kiçik  deşik  açır.  Bunun  ardınca  texniki  vasitələrin  –  yataq  otağında 
gizlədilən  videokameraların  köməyilə  dostu  onları  müşahidə  edir.  Henssen  qonaq 
otağından yataq otağına rahat baxa bilmək üçün qapalı televiziya sistemini quraşdırmaqdan 
ötrü Federal Təhqiqatlar Bürosunun video qurğularını dostunun istifadəsinə verir.  
Bob Henssenin seksual qayğılı olması təkcə arvadına münasibətdə özünü büruzə 
verməmişdi.  Hələ  1993-cü  ildə  Federal  Təhqiqatlar  Bürosunun  mənzil-qərargahında 
Henssen  mübahisə  vaxtı  kəşfiyyatçılardan  olan  bir  analitik  qadını  döşəmədə  sürüyüb 
fırlamış, bundan sonra cəza olaraq beş sutka ərzində xidməti vəzifəsini yerinə yetirməkdən 
uzaqlaşdırılmışdı. Əxlaqsız casus internet üçün pornoqrafik məzmunlu tarixcələr özündən 
uyduraraq tez-tez onları yeniləyirdi. Henssen öz arvadını xəbərdar etmədən, onun xəbəri 
olmadan  açıq-saçıq  tarixcələri  sayta  qoyurdu.  Maraqlıdır  ki,  casus  özünü  tanıtdırdığı 
oxucularının onu identifikasiya edə bilmələrindən ötrü arvadının başlıca yer tutduğu belə 
tarixcələri qərəzli şəkildə internetdə yerləşdirirdi. Bundan başqa, Henssen bacısı Bonniyə 
seksual  meyl  göstərirdi.  Belə  ki,  bacısı  uşağına  süd  verərkən  onun  döşlərindən 
yapışmaqdan çəkinmirdi.  
Sonralar ələ keçiriləndən sonra dindirilən casus danışırdı ki, «başqa kişilərin öz 
dillərini çıxardaraq onun arvadı arxasınca qaçmalarını çox istəmişdir». Ehtiraslı casus bu 
anlarda özünü Britaniya yazıçısı, jurnalist və hərbi-dəniz kəşfiyyat zabiti Yan Lankaster 
Fleminqin  (Ian  Lancaster  Fleming)  romanlarının  baş  personajı,  uydurma  agent,  məşhur 
kino qəhrəmanı ser Ceyms Bond (Sir James Bond) kimi təsəvvürünə gətirmişdir. Böyük 
Britaniyanın  xarici  kəşfiyyat  və  axtarış  işləri  üzrə  dövlət  orqanı  olan,  çox  vaxt  hərbi 
kəşfiyyat (Military Intelligence) hesab olunduğundan qısaca Mİ-6 (MI-6) kimi işarə edilən 
məxfi kəşfiyyat xidməti (Secret Intelligence Service) kimi mötəbər bir qurumun əməkdaşı 
Ceyms  Bond  həqiqətən  yazıçının  romanlarının  ekranlaşdırılmasından  sonra  geniş 
populyarlıq qazanmışdır. Bəxti çox gətirməyən minlərlə kişi «agent 007» kimi məşhur olan 
bu adamın məhəbbət qələbələrinə qibtə etmişlər.  
Göründüyü  kimi,  pozğun  casus  Robert  Filip  Henssendə  eyni  vaxtda 
kandavlizmlə  bir  yerdə  sadizm  (qadına  qarşı  zorakılıq  tətbiq  etməkdən  çəkinməmə), 
insestofiliya  (bacısının  döşlərindən  yapışma)  və  pornoqrafomaniya  (əxlaqsız  tarixçələr 
tərtib edib internetdə yerləşdirmə) təzahür etmişdir.  
 

79 
 
 
 
Şəkil  48.  Mİ-6  məxfi  xidmət  agenti,  ekranların  unudulmaz  obrazı,  Böyük 
Britaniyanın Hərbi-Dəniz Donanmasının kommanderi ser Ceyms Bond (Sir James Bond). 
Şotland  mənşəli  Britaniya  kinoaktyoru  və  prodüseri  ser  Tomas  Şon  Konnerinin  (Sir 
Thomas Sean Connery) ifasında. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin