İkinci fəsil. Kandavlizmin klinik mənzərəsi, diaqnostikası, müalicəsi və
profilaktikası
§ 2.1. Kandavlistin portreti
– Tolik, ay Tolik, gəl svinqlə məşğul olaq.
– Svinq nə deməkdir ki?
– Kül başına, dünyadan xəbərin yoxdur, svinq çoxlu sayda
insanın bir yerdə sekslə məşğul olmasıdır.
– Yaxşı, bəs kimlər olacaq?
– Başqa adam nəyimizə lazımdır, mən, sən, bir də sənin arvadın. Mənim bu işə
can-başla girişməyimi yaxşı bilirsən, sənin arvadın da etiraz etmir, yaxın vaxtlarda
söhbətimizdə dilindən eşitmişəm, qalır bir dənə sən, razılıq versən peşman olmazsan.
– Yoox! Mən istəmirəm!
– Özünü naza çəkməyin yetər, yaxşı, istəmirsən heç dünəndən istəmə, oturub
sənə yalvarası deyilik ki, siyahıda adının üstündən xətt çəkirəm...
(Lətifə)
* * *
«İnsanın portretini onun əməl və hərəkətləri əsasında tərtib etmək mümkündür.
Lakin həmin portret öz prototiplərindən əhəmiyyətli dərəcədə fərqlənir».
80
İdman radioreportajı sovet məktəbinin banisi olmuş məşhur jurnalist,
radiokommentator, 1941–1945-ci illər müharibəsinin iştirakçısı, mayor Vadim
Svyatoslavoviç Sinyavski (Вадим Святославович Синявский; 1906–1972)
Kandavlizmə mübtəla olmuş ər onun arvadının çılpaq bədənini yad kişilərin
gözlərilə yediklərini özündə ehtiva edən qısqanclıqla yoğrulmuş «şirin» mənəvi əzab
keçirir və bundan seksual oyanma hiss edir.
Kandavlist haqsız olduğu halda özünü haqlı sayan, tələbi yerinə yetiriləcəyi
təqdirdə ailəni fəlakətlə üzbəüz qoyacağını yaxşı bilə-bilə yenə onu israrla həyata
keçiirməyə çalışan, səhvini heç vaxt etiraf etməyən, verdiyi vədinə xilaf çıxan, sözünün
ağası olmayan, abır-həyanı, ədəb-mərifəti bir kənara qoyub şərəfsiz və cılız hisslər dalınca
düşən, ailəni firavanlığa aparan təxirəsalınmaz işlərdən yapışmaqdansa yaxşı gələcək vəd
etməyən lazımsız tədbirləri görməklə məşğul olan, sanki özünü gic yerinə qoyan, özünün
ağıllı məsləhətə çox ehtiyacı olduğu halda başqalarının başına ağıl qoymağa çalışan,
məntiqin qalib gəldiyinə heç vaxt inanmayan, sağlam mühakimədən uzaq olan, bütün fikri-
zikri arvadını tərifləyib soyundurmaqdan və yad kişilərə nümayiş etdirməkdən ibarət olan,
qanmaz, qalınqafa, kütbeyin, yekəbaş, dar gözlü, məhdud baxışlı kişi cinsli bir şəxsdir.
Kandavlizmdən əziyyət çəkən ərə birdən-birə iki bədbəxtlik üz vermiş olur.
Birincisi, kandavlizmə mübtəla olmuş ər özünün «ikinci yarısı» ilə öyünüb lovğalanır, tez-
tez onun gözəlliyi, erotik cazibədarlığı, seksual uğurları haqqında ətraflı məlumat verir.
İkincisi, kandavlizmli ər öz arvadını başqa kişilərlə bölüşməyə nail olduqdan sonra utanıb
xəcalət çəkmək əvəzinə böyük bir uğura imza atmış adam kimi misli-bərabəri olmayan
məmnunluq, təminolunma, qənaətlənmə hissi keçirir.
Kandavlistin seksual tələbatının təmin edilməsinə aparan yol onun məftunedici
əzab çəkməsindən keçir. Maraqlıdır ki, valehedici iztirab keçirilməsinin ardınca seksual
oyanma gəlir. Kandavlizm əzab və şəhvətin birləşdiyi, iztirab və ehtirasın qovuşduğu
qəribə bir parafiliyadır. Kandavlizm kişinin özündən asılı olmayan, iradəyə tabe etdirilə
bilməyən, əxlaqi tabu sisteminin üstündən çalın-çarpaz xətt çəkən bir pozğunluqdur.
Arzusu və ondan irəli gələn tələbləri yerinə yetirildikdən sonra kandavlist bir müddət
sakitləşir, lakin sonra yığılan seksual enerji onu növbəti addım atmağa məcbur edir. Beləcə
kandavlizm tutmaları vaxtaşırı olaraq təkrarlanır. Buna görə kandavlizm dövri olaraq
kəskinləşən bir patologiyadır.
Bəzi adamların məhrəm şeyləri öz dost və tanışları ilə, hətta bir çox hallarda
tamamilə kənar şəxslərlə bölüşmələri həmişə heyrətə səbəb olur. Belə şeyləri eşidəndə
adam çaşıb qalır. Kandavlist öz arvadı ilə məhəbbət aktının necə baş verdiyini maraq
oyadan bütün təfərrüatı ilə, incəliyinə qədər danışır, onun çılpaq fotoqrafiyasını göstərir.
Kandavlizm elə seksual perversiyadır ki, bu zaman ər öz seksual partnyoru olan
qadının (arvadının, məşuqəsinin) «nyu» stilindəki surətlərini, hətta bir çox hallarda canlı
olaraq özünü digər şəxslərə nümayiş etdirməkdən seksual həzz əldə edir. Kandavlizmin
patoqnomonik əlaməti ondan ibarətdir ki, belə patologiyalı adamlar ətrafındakılara sadəcə
hər hansı mücərrəd (qeyri-real) naturanı deyil, kifayət qədər yaxın olan bir şəxsin – həyat
yoldaşının surətini və yaxud özünü çılpaq halda nümayiş etdirir.
81
Kandavlizm elə bir meyl pozğunluğudur ki, onun qarşısında individ tamamilə
gücsüz olur və təslim olmaqdan başqa yolu qalmır. Kişilərin bir «azarı» olan kandavlizm
ailə üçün ciddi təhlükədir.
Ruslar arasında işlənən və hamıya tanış gələn atalar sözlərində deyilir ki, kişi öz
arvadının gözəlliyi ilə öyünüb lovğalanmamalıdır, çünki bununla başqa qadınları incik sala,
kişiləri isə hərəkətə keçirə bilər. Belə ki, bir kişinin arvadını çox tərifləməsi, onun
gözəlliyinin misli-bərabəri olmadığından ağızdolusu danışması onu eşidən digər qadınların
qəlbini sındıra bilər. «Gözəl olan təkcə sənin arvadın deyil» kimi sözlərin işlənməsi artıq
zərif cinsin nümayəndələrinin inciyib küsmələrindən xəbər verir. Yad kişilərə gəldikdə
onlar arvadı ağzından düşməyən həmin insanın həyat yoldaşının həqiqətən gözəl-olub
olmadığını müəyyənləşdirmək fikrinə düşə bilərlər.
Məşhur fransız yazıçısı, tarixçi, hüquqşünas, maarifləndirici filosof və ictimai
xadim Şarl Lui Monteskyö (Charles-Louis de Montesquieu)
105
demişdir: «Fransızlar
demək olar ki, öz arvadları haqqında danışmırlar: kişilər yad adamların yanında arvadları
barəsində danışmaqdan qorxurlar, çünki kənar adamlar bu arvadları ərlərinə nisbətən daha
yaxşı tanıyırlar».
Ancaq kandavlist ər ataların müdrik sözlərinə məhəl qoymur, onların əleyhinə
çıxış edir. Belə kişi qarayaxa, zəhlətökən, təngətirən olmasa da, hər halda həyat yoldaşının
gözəl, lətafətli, məlahətli, zərif olması barəsində öz fikirlərindən əl çəkmir, səbatlılıq
nümayiş etdirir, «sözünün üstündə durur». Arvadının gözəllikdə tayı-bərabərinin
olmadığını inadla söyləyir, onun incəliyini, cazibədarlığını bütün boyaları ilə, üstəlik bir
qədər bəzək-düzək verməklə, azca şişirtməklə təsvir edir. Belə təkidli, israrlı mövqe heç
vaxt onu bezikdirib usandırmır. Kişi söhbəti eşidənlərdən, iştirakçılardan kiminsə
həqiqətən onun arvadının yaxşı, gözəl olduğuna praktikada əmin olmaq fikrinə düşə
biləcəyinə xəlvətdə ümid edir. Heç kəs bilmədən, gizlində olan həmin arzusunun həyata
keçməsi üçün kişi arvadını çılpaq halda nümayiş etdirməyə başlayır. Çox keçmədən ərin
əməyi öz «bəhrəsini verir». Barəsində tez-tez danışılan arvadı məhz çılpaq vəziyyətdə
çoxdan görməyə çalışan yad kişilər yaranmış vəziyyətdən dərhal istifadə edirlər. Arvadın
gözəlliyinə, cazibədarlığına qəti surətdə əmin olmaq üçün onlar fürsəti əldən vermək
istəmir, heç olmasa erogen zonalarına baxmağa hökmən can atırlar.
Əgər arvad hər hansı bir kişinin könlünə yatırsa, onun baxışlarını özünə cəlb
edirsə, kandaulezist ər bundan çox məmnun qalır. Kandaulezist ər yalnız bunu arzulayır ki,
hər kim istəsə onun arvadını ələ keçirsin, ən müxtəlif ekzotik pozisiyalarda bədəninə
yiyələnsin. Kandaulezist ər nəyə görəsə belə bir fikirdə olur və dam bunu istəyir.
Kandaulezist ər öz qəribə meylinə görə yeganə adam olmadığını yaxşı bilir. Bu
mövzuda internetdə artıq xeyli sayda sayt vardır. İnsanlar məsələyə münasibətini bildirir,
öz fikirlərini açıqlayır, verilən sualları cavablandırmağa çalışırlar. Saytlarda tarixçələr təsvir
edilir, şəkillər yerləşdirilir, belə ailələrin bir-birilə tanış olmaları üçün lazımi rekvizitlər
verilir. Ayrı-ayrı forumlarda mövzu ciddi müzakirə edilir. Onlar əsasən əcnəbi dillərdə
olur. Şükürlər olsun ki, Azərbaycan dilində saytlarda belə məlumatlar hələlik çox deyildir.
Yalnız ayrı-ayrı saytlarda epizodik xarakterli «çağırışlara» rast gəlinir. Lakin «cücərtilərin»
olması artıq təhlükənin yaxınlaşmasından xəbər verir. Seksual kənarlanmaların təbiətinə
dair fikir yürüdəndə yalnız elmi məlumatlar əsasında qərar vermək lazımdır.
82
Kandaulezist ər səmimiyyətlə, açıq şəkildə etiraf edir ki, qeyri-adi həvəsin
əxlaqi-etik və tibbi-psixoloji tərəfləri onlara qətiyyən toxunmur. Kandavlizmə mübtəla
olmuş kişi bu cür şeylərə görə zərrə qədər olsa belə narahatlıq keçirmir, ayrı-ayrı insanların
ona hansı qiyməti verəcəklərini heç vaxt vecinə almır, buna görə anlaşılmaz və qəribə cinsi
meyli barəsində görüb-eşidənlərin ona dərhal tüpürəcəklərini, onu qeyrətsiz, namussuz,
şərəfsiz hesab edəcəklərini qabaqcadan yaxşı bilir, daim özünü buna hazırlayır. «Onlar
hamısı boş-boş söhbətlərdir, mənim üçün ümdə olanı öz seksual tələbatımı təmin
etməyimdir» müddəası kandaulezist ərin həyat devizinə çevrilir. Kandavlizmdən əziyyət
çəkən kişi eyni meylə malik olan, baxışlarını bölüşən həmcinslərilə rastlaşdıqda onlarla
birlikdə məsələni məmnuniyyətlə dərindən müzakirə edir və xeyli rahatlıq tapır.
§ 2.2. Kandavlizmin təsnifatı və ayrı-ayrı formalarının klinik mənzərəsi
«Bizim keçirdiyimiz xəstəliklər elə min illərlə bundan qabaq olmuş
naxoşluqlardır, lakin həkimlər onlara çox baha qiyməti olan adlar axtarıb tapmışlar».
Naməlum müəllif
* * *
Səfeh İvan çarın qızı ilə evlənir və səltənətin yarısının sahibi olmaq hüququ
qazanır. Təmtəraqlı toy edilir, məclis başa çatır, qonaqlar dağılışırlar. Yatmaq vaxtı gəlib
çatır, gəlin onu qoyub harasa gedən İvanı xeyli gözləyir. Bəyin gəlib çıxmadığını görən
gəlin dilxor halda onu axtarmağa başlayır. Sarayın bütün otaqlarına baxan gəlin
mehtərlərdən İvanı görüb-görmədiklərini soruşmaq üçün at tövləsinə yollanır. Çar qızı
adaxlısını tövlədə görəndə çox təəccüblənir və nəzakətlə ondan soruşur:
– Mənim İvanım, sənin belə zarafat eləməyin də varmış! Bayaqdan
səni gözləməkdən artıq yoruldum.
Atabaxanlarla zarafat edə-edə şirin-şirin kart oynayan sarsaq İvan gəlinin
tövləyə niyə gəlməsini soruşur:
– Sənə nəsə lazımdır? Bura niyə düşmüsən?
– Necə bəyəm?! Bilmirsən ki, bu gecə bizim ilk nikah gecəmizdir! Səbirsizliklə
gözlədiyim bir gecə! Daha yubanmaq nəyə lazım, kartı qoy bir qırağa,
sabah oynamağa vaxtın çox olacaq.
Gəlinin «inadkarlığından» narazı kimi görünən İvan kartı saxlamaq
fikrinin olmadığını bildirir:
– Olsun, eybi yoxdur, indi əmr edərəm, gəlib sənin məsələni həll edərlər, bir
pərdəni cırmaqdan ötrü oyunu bu maraqlı yerində saxlamayacağam ki?!
İvanın necə gicliklə davranmasına məəttəl qalan mehtərlər ağızlarının suyunu
axıda-axıda onun məhz kimə əmr edəcəyini həsrətlə gözləyirdilər...
(Lətifə)
83
Əvvəlcə kandavlizmin ayrı-ayrı prinsiplərə görə ayırd edilən müxtəlif
formalarının ümumiləşdirilmiş təsnifatını verək, sonra onların hər birinin ayrılıqda klinik
mənzərəsi ilə tanış olarıq.
Kandavlizm formalarını təsnif etmək üçün əsas götürülən bir sıra xüsusiyyətlər
vardır. Təsnifat vaxtı bir prinsip olaraq istinad edilən həmin xüsusiyyətlər aşağıdakılardan
ibarətdir:
I. Seksual partnyor sayılan qadınla bağlı olan xüsusiyyətlər;
II. «Gözaltı edilən» kişi ilə bağlı olan xüsusiyyətlər;
III. Meyl pozğunluğunun özü ilə bağlı olan xüsusiyyətlər.
Seksual partnyor sayılan qadınla bağlı olan xüsusiyyətlər arasında ikisi daha
mühümdür:
A. Seksual partnyorun qanuni olub-olmaması;
B. Kandavlistik təklifin seksual partnyor tərəfindən cavablandırılması.
«Gözaltı edilən» kişi ilə bağlı olan xüsusiyyətlər sırasında aşağıdakılar nəzəri
cəlb edir:
A. «Gözaltı edilən» kişinin yaşı;
B. «Gözaltı edilən» kişinin tanış olub-olmaması;
C. «Gözaltı edilən» kişilərin sayı.
Nəhayət, meyl pozğunluğunun özü ilə bağlı olan xüsusiyyətlər əhəmiyyət kəsb
edir ki, bunların arasında daha çox diqqət yetirilənləri aşağıdakılardır:
A. Kandavlistik təmayülün «dozası»;
B. Kandavlistik meylin həyata keçmə səviyyəsi;
C. Kandavlistik meylin gizli və yaxud aşkar olması;
Ç. Kandavlistik meylə başqa parafiliyaların qoşulub-qoşulmaması;
D. Kandavlistik meylin xarakteri;
E. Kandavlistik meylin səbəbi və inkişaf mexanizmi;
Ə. Kandavlistik meylin ağırlıq dərəcəsi.
İndi qeyd edilən prinsiplərə əsasən kandavlizm formalarını sistemləşdirilmiş
(qruplaşdırılmış) şəkildə belə təsəvvür etmək olar:
I. Seksual partnyor sayılan qadınla bağlı olan xüsusiyyətlərə görə
A. Seksual partnyorun qanuni olub-olmamasına görə
1. Arvada münasibətdə yaranan kandavlizm
2. Arvadı əvəz edən qadına münasibətdə yaranan kandavlizm
1) məşuqəyə münasibətdə yaranan kandavlizm
2) daim ünsiyyət qurulan qadına münasibətdə yaranan kandavlizm
B. Kandavlistik təklifin seksual partnyor tərəfindən cavablandırılmasına görə
1. Pozitiv cavablandırılmış kandavlizm
1) volyuntarist kandavlizm
a) altruistik kandavlizm
b) elpistik kandavlizm
c) şantaj kandavlizmi
ç) matrimonial kandavlizm
2) könüllü kandavlizm
84
a) marginal kandavlizm
b) mutual kandavlizm
2. Neqativ cavablandırılmış kandavlizm
II. «Gözaltı edilən» kişi ilə bağlı olan xüsusiyyətlərə görə
A. «Gözaltı edilən» kişinin yaşına görə
1. Yaşca eyni olan kişiyə yönəldilmiş kandaulezizm
2. Yaşca fərqli olan kişiyə yönəldilmiş kandaulezizm
1) yaşca böyük olan kişiyə yönəldilmiş kandavlizm
2) yaşca kiçik olan kişiyə yönəldilmiş kandavlizm
B. «Gözaltı edilən» kişinin tanış olub-olmamasına görə
1. Tanış kişiyə yönəldilmiş kandaulezizm
1) ailənin dostu olan kişiyə yönəldilmiş kandaulezizm
a) ərin dostu olan kişiyə yönəldilmiş kandaulezizm
b) arvadın dostu olan kişiyə yönəldilmiş kandaulezizm
c) ərlə arvadın hər ikisinin dostu olan kişiyə yönəldilmiş
kandaulezizm
2) ailəyə qohum olan kişiyə yönəldilmiş kandaulezizm
a) ərə qohum olan kişiyə yönəldilmiş kandaulezizm
b) arvada qohum olan kişiyə yönəldilmiş kandaulezizm
c) ərlə arvadın hər ikisinə qohum olan kişiyə yönəldilmiş
kandaulezizm
2. Tanış olmayan kişiyə yönəldilmiş kandaulezizm
C. «Gözaltı edilən» kişilərin sayına görə
1. Monokandavlizm
2. Polikandavlizm
1) müxtəlifmomentli kandaulezizm
2) eynimomentli kandaulezizm
III. Meyl pozğunluğunun özü ilə bağlı olan xüsusiyyətlərə görə
A. Kandavlistik təmayülün «dozasına» görə
1. Fizioloji kandavlizm
2. Patoloji kandavlizm
B. Kandavlistik meylin həqiqi olub-olmamasına görə
1. Qeyri-həqiqi kandavlizm
2. Həqiqi kandavlizm
C. Kandavlistik meylin gizli və yaxud aşkar olmasına görə
1. Latent kandavlizm
2. Manifest kandavlizm
Ç. Kandavlistik meylin həyata keçməsinin səviyyəsinə görə
1. Fantaziya olunan kandavlizm
2. Reallaşdırılan kandavlizm
D. Kandavlistik meylə başqa parafiliyaların qoşulub-qoşulmamasına görə
1. İzolyativ kandavlizm
2. Kombinativ kandavlizm
85
1) akustisizmlə qovuşmuş kandavlizm
2) doqqinqlə qovuşmuş kandavlizm
3) plüralizmlə qovuşmuş kandavlizm
4) promiskuitetlə qovuşmuş kandavlizm
5) vizionizmlə qovuşmuş kandavlizm
6) vizionizm, sadomazoxizm, plüralizm və narsissizmlə qovuşmuş
kandavlizm
7) vizionizm, sadomazoxizm, plüralizm, pornoqrafomaniya və
narsissizmlə qovuşmuş kandavlizm
E. Kandavlistik meylin xarakterinə görə
1. Adi kandavlizm
2. Elektron kandavlizmi
1) erotik kandavlizm
2) pornoqrafik kandavlizm
Ə. Kandavlistik meylin səbəbinə və inkişaf mexanizminə görə
1. Öyünmə kandavlizmi
2. Səxavətlilik kandavlizmi
3. Görməmişlik kandavlizmi
4. Uğurlara sevinmə kandavlizmi
F. Kandavlistik meylin ağırlıq dərəcəsinə görə
1. Yüngül kandavlizm
1) surət kandavlizmi
a) portret kandavlizmi
b) fotoqrafik kandavlizm
2) video kandavlizmi
2. Ağır kandavlizm
1) ekstrakoital kandavlizm
a) çimərlik kandavlizmi
b) hovuz kandavlizmi
c) hamam kandavlizmi
ç) masaj kandavlizmi
d) müayinə kandavlizmi
e) poza kandavlizmi
ə) rəqs kandavlizmi
2) koital kandavlizm
a) seksual partnyorun başqa kişiyə verilməməsilə
səciyyələnən koital kandavlizm
seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə
cinsi əlaqənin açıq yerdə getməsilə səciyyələnən
koital kandavlizm
seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə
cinsi əlaqənin qapalı yerdə getməsilə səciyyələnən
koital kandavlizm
86
b) seksual partnyorun başqa kişinin ixtiyarına verilməsilə
səciyyələnən koital kandavlizm
seksual partnyorun başqa kişinin ixtiyarına
verilməsi, lakin ərin özünün iştirak etməməsilə
səciyyələnən koital kandaulezizm
seksual partnyorun başqa kişinin ixtiyarına
verilməsi, lakin ərin özünün iştirak etməsilə
səciyyələnən koital kandavlizm
► akustisizmlə qovuşmuş koital kandavlizm
► vizionizmlə qovuşmuş koital kandavlizm
► plüralizmlə qovuşmuş koital kandavlizm
Kandavlizmin ayrı-ayrı formalarının klinik mənzərəsi
Əvvəlcə seksual partnyor sayılan qadınla bağlı olan xüsusiyyətlərə görə ayırd
edilən kandavlizm formaları haqqında danışaq. Artıq yuxarıda qeyd edildiyi kimi, seksual
partnyor sayılan qadınla bağlı olan xüsusiyyətlər arasında ikisi daha mühümdür:
A. Seksual partnyorun qanuni olub-olmaması;
B. Kandavlistik təklifin seksual partnyor tərəfindən cavablandırılması.
İlk baxışda seksual partnyorun qanuni olub-olmamasının məsələyə nə dəxli ola
bilməsi maraqlı görünür. Ancaq dərinliyə vardıqda bunun çox dəxli var. Çünki seksual
partnyorun qanuni olub-olmamasından asılı olaraq onun kişi həyatındakı rolu fərqlənir.
Kandavlizm ərin öz seksual partnyorunu imkan daxilində daha açıq-saçıq
şəkildə ətrafdakılara nümayiş etdirmək arzusudur. Seksual partnyora görə kandavlizm iki
növə ayrılır:
1. Arvada münasibətdə yaranan kandavlizm;
2. Arvadı əvəz edən qadına münasibətdə yaranan kandavlizm.
Hər şeydən öncə, kandavlizmə mübtəla olmuş ər arvadını çılpaq halda başqa
kişiyə göstərməyə çalışır və çox vaxt buna nail olur. Belə hal arvadın çılpaq halda başqa
kişiyə göstərilməsi, meyl pozuntusunun özü isə arvada münasibətdə yaranan kandavlizm
adlanır.
Həmçinin kişinin arvadı olmayan, lakin onunla dərin emosional əlaqə saxlayan
qadının bir seksual partnyor olaraq çılpaq halda başqa kişiyə göstərilməsi mümkündür.
Belə hal arvadı əvəz edən qadının çılpaq halda başqa kişiyə göstərilməsi, meyl
pozuntusunun özü isə arvadı əvəz edən qadına münasibətdə yaranan kandavlizm adlanır.
Kişinin məşuqəsi (aşnası), daim ünsiyyətdə olduğu başqa bir qadın (tez-tez əlaqə saxladığı
və yaxın münasibət yaratdığı fahişə) və başqaları «arvad əvəzedicisi» rolunda çıxış edirlər.
Arvadın yerini tutan həmin qadınların bədəninin lüt halda digər kişilərə göstərilməsindən
də həzz əldə edilir. Lakin arvadın çılpaq halda nümayiş etdirilməsi zamanı yaranan
məmnunluq daha şiddətli olur. Çünki arvadın yerini tutan qadının reaksiyası bir çox
hallarda reallığı əks etdirmir, qeyri-səmimi olur, maddi mülahizəyə söykənir, nikah-ailə
münasibətlərinə dəxli olmur, ümumiyyətlə, individin münasibətlərinin stabilliyi üçün elə
bir əhəmiyyət kəsb etmir. Ancaq arvad ailə başçılarından və nikah münasibətlərinin
87
qurulmasını təmin edən tərəflərdən biri, ərin həyat yoldaşı, onun uşaqlarının anası və çox
vaxt əsas tərbiyəçisidir. Təsadüfi deyildir ki, kandavlizmdən əziyyət çəkən kişi ilk növbədə
arvadını, əgər nikahda deyilsə, onda məşuqəsini, hərgah məşuqəsi də olmazsa, daim
ünsiyyət yaratdığı başqa bir qadını, məsələn, həyat yoldaşı qədər yaxın münasibət yaratdığı
fahişəni çılpaq halda nümayiş etdirməyə qərar verir. Arvada münasibətdə yaranan
kandavlizm tədqiqatçılar tərəfindən daha çox diqqət yetirilən bir cinsi pozğunluq
formasıdır.
Kandaulezistik təmayülün «dozasına» görə kandaulezizmin fizioloji və patoloji
olmaqla daha iki növü ayırd edilir.
Əgər kandaulezistik təmayül cüzi «dozada» olarsa, buna fizioloji kandaulezizm
(candaulesismus physiologica) deyilir. Belə hal başqa sözlə normal kandaulezizm da
adlanır.
Əgər kişi öz arvadı ilə fəxr edirsə, onun gözəlliyilə öyünürsə, belə bir cazibədar
qadınla yatdığına görə olmazın sevinirsə, qüvvətli cinsin digər nümayəndələrinin də onun
füsunkar bədəni qarşısında baş əydiklərini hiss edirsə, başqa kişilərin ona məftun
olduqlarını gizlədə bilmədiklərini aşkarcasına duyursa, həyat yoldaşının valehediciliyi
qarşısında davam gətirməyin mümkün olmadığını söyləyirsə və bunu praktik olaraq sübut
edirsə, burada ilk baxışda pis, yaramaz bir şey axtarmağa lüzum olmadığı qənaətinə gəlinə
bilər. Ümumi götürdükdə arvadının heyranedici bədənini başqa kişilərə göstərməkdən
ehtiraslanan ərin bir sarsaq, səfeh hesab edilməsi həqiqətən ədalətsizlik, ona qarşı bir
haqsızlıq kimi dəyərləndirilə bilər. Hətta ailəli kişilərin çoxunda kandaulezizmə meyllilik,
buna bir təmayül, həvəs vardır. Qısqanclıq kompleksi olmayan kişilər üçün cüzi «dozada»,
fizioloji ölçüdə kandaulezistik təmayülün təzahür etməsi tamamilə normal bir əlamətdir.
Ağlabatan, məntiqə uyğun davranmağı üstün tutan, həyat yoldaşının «incə maraqlarına»
hörmətlə yanaşmağı bacaran, mənalı və rəngarəng ömür sürməyi arzulayan adamlar
bundan müəyyən qədər fayda götürə bilərlər. Gözəl arvad ərinin və başqa kişilərin nəzərini
cəlb edə biləcək bədənə sahib olmasına görə özünü xoşbəxt hiss edir. Həmçinin həddən
ziyadə gözəl arvada sahib olduğunu düşünən kişi bunu həyatının bir uğuru kimi qarşılayır
və istər-istəməz öyünür. Yalnız şüurlu, dərrakəli, qanacaqlı yanaşma çərçivəsində sağlam
mühakiməli partnyorlar mövcud vəziyyətdən öz xeyirlərinə istifadə edir, bir-birinin qədir-
qiymətini bilir, biri digərini əziz tutur, onun sevilməyə, hörmət edilməyə layiq olduğunu
özü üçün sübut edir. Arvadının gözəlliyinə heç kimin şübhə etmədiyinə dair qənaətin hasil
olması kişiyə sevincli anlar bəxş edir. Kişinin bundan sui-istifadə etməyə çalışmaması, öz
arvadının (rəfiqəsinin) rəy və hisslərinə hörmət etməsi nikaha qara qüvvələrin soxulmasına
imkan verilməməsinin başlıca şərtidir. Arvadının gözəl, füsunkar, cazibədar olması ərin
özü haqqında çox böyük fikirdə olması üçün əsas verməməlidir. Hər iki partnyorun
kandaulezistik təmayülə normal qapılmaları, onunla başlarını qarışdırmağa çalışmaları
intim həyata yeni rəng qataraq onlara həzz bəxş edə bilər. Bu zaman belə oyanma mənbəyi
demək olar ki, bitib-tükənmək bilmir, heç vaxt qurtarmır. Lakin belə bir qəribə meylin
«dozasının» artırılması artıq narahatlığın təməlinin qoyulması üçün kifayət edir.
Kandaulezizmin parafiliyalar sırasına aid edilməsi əbəs yerə olmamışdır, bunu partnyorlar
heç bir vəchlə unutmamalıdırlar.
88
Hərgah kandaulezistik təmayülün «dozasında» artıqlıq olarsa, buna patoloji
kandaulezizm (candaulesismus pathologica) deyilir. Belə hal başqa sözlə qeyri-normal
kandaulezizm da adlanır.
Kandavlistik meylin həqiqi olub-olmamasına görə kandavlizm qeyri-həqiqi və
həqiqi olmaqla iki növə ayrılır.
Bəzən insan hər şeyi bilmək həvəsinə düşür. Hətta belə insan öz seksual
partnyorunu çılpaq halda başqalarına göstərmək, sonra özündə və həyat yoldaşında
yaranan reaksiyaları təhlil etmək qərarına gələ bilər. Həvəskar adam sadəcə seksual
partnyorun çılpaq halda başqalarına göstərilməsindən doğan hissləri yaşamaq və həmçinin
həyat yoldaşına yaşatmaq xatirinə buna yol verir. Təmiz maraqdan doğan belə hal qeyri-
həqiqi kandavlizm (candaulismus spura), yaxud psevdokandavlizm (pseudocandaulismus)
və yaxud yalançı kandaulezizm adlanır. Buna başqa sözlə tranzitor kandavlizm
(candaulismus tranzitoris) də deyilir. Həmçinin onu parsial kandavlizm (candaulismus
partialis), yaxud hissəvi kandavlizm adlandırmaq olar.
Cinsi həyat məsələlərinə dair çox geniş məlumatı olan insanlar kandavlistik
eksperiment apara bilərlər. Bundan başqa, bir çox hallarda uzaq ölkədə səfərdə olan
cütlərin istirahət vaxtı tam boşalmaya nail olmaq məqsədilə belə bir addımı atması
mümkündür. Yenə rus saytlarından birində «müasir baxışlı» cütün səmimi etirafını izləyək.
«Mən arvadım Marina ilə internetdə tanış olmuşam. Hər ikimiz Moskva
şəhərindənik. Ancaq tanış olarkən bir-birimizdən çox uzaq məsafədəydik. Həmin vaxt mən
Yunanıstandaydım. Demək olar ki, düz iki il əlaqə saxladıq, getdikcə bir-birimizi daha çox
sevdiyimizi hiss edirdik... Günlərin birində onu Yunanıstana öz yanıma dəvət etdim. Biz
bir il Yunanıstanda yaşayıb sonra vətənə qayıtmağa qərar verdik.
Qız gəlib çıxdı, icarəyə mənzil götürdük və bir yerdə yaşamağa başladıq. Çox
gözəl və xoşbəxt həyat sürürdük. Maddi imkanımız da pis deyildi, elə bir şeydən korluq
çəkmirdik. Cinsi həyatımız da həmçinin normal keçirdi. Mən özüm konservativ (köhnəlik
tərəfdarı) və kompleksli adam deyiləm, bizim yataqda hər ikimizi cəlb edən istənilən
hərəkət qəbul edilirdi, hər şeyə «yer tapılır» və vaxt ayrılırdı. Arvadım mehmanxanada
çalışırdı, ancaq mən ixtisassız fəhlə işləyirdim. İşləməyə və bir yerdə keçirməyə vaxtımız
çatırdı.
Biz tez-tez bara, kluba, çimərliyə gedirdik. Bəzən arvadımı rəqsə dəvət edirdilər,
ancaq mən qısqanmırdım, elə özüm də başqa qadınları rəqsə dəvət edir, onlarla
oynayırdım. Arvadımla rəqs edən kişilər çox vaxt bir partnyor olaraq onun döşlərinə və
hətta sağrılarına toxunur, ayaqlarını əzizləyirdilər. Mən arvadıma inanırdım, buna görə belə
şeylərə çox diqqət yetirmirdim, münasibətlərin bundan dərinə getməyəcəyini yaxşı
bilirdim. Bizim bir-birimizə həmişə səmimi və sədaqətli olacağımızla bağlı aramızda ciddi
söhbət edib razılığa gəlmişdik, həmişə doğru danışacağımıza, yalan işlətməyəcəyimizə, hər
şeyi bir-birimizə düz, necə varsa söyləyəcəyimizə, ürəyimizdən keçənləri dərhal
bildirəcəyimizə söz vermişdik. Aramızda gizlin heç bir şey ola bilməzdi. Bir dəfə evdə
yatağa girib uzanaraq söhbət edirdik. Ordan-burdan xeyli danışdıq, birdən Marina məndən
soruşdu:
– Əzizim, oradakı qarayağız qız deyəsən sənin xoşuna gəlmişdi?
Mən ona səmimi cavab verdim, fikrini təsdiqlədim:
89
– Onu çox bəyəndim, səndən nə gizlədim, qız sağrılarını çox yaxşı oynadırdı,
şirin və cazibəli görünürdü.
Arvadım mənə bir qədər qəribə və anlaşılmaz şəkildə baxdı, dediyim sözlərin
heç də onun ürəyincə olmadığını çatdırmağa çalışdı. Mən onu intizarda qoymayıb tez
sakitləşdirməyə qərar verdim və bunları dedim:
– Maşenka, qısqanmaq lazım deyil, səni çox sevdiyimi yaxşı bilirsən, belə
qarabuğdayı qız, yaxud bir başqası nə qədər mənim nəzərlərimi cəlb etsə də, onlarla
münasibətlərim zamanı edə biləcəklərimdən asılı olmayaraq heç kim sənin yerini tuta
bilməz. Belə qızlardan heç birini sənə dəyişmərəm, heç vaxt səni onların ayağına
vermərəm, bundan xatircəm ola bilərsən.
– Əzizim, mən çox şadam, belə sözləri eşitmək xoşdur, yaxşı birdən mən sənə
xəyanət etsəm və analoji şeyləri söyləsəm, sən buna necə baxarsan, ancaq unutma ki, belə
bir şey olarmışsa onu yalnız əyləncə kimi qəbul etməliyik, özün demişkən, başqa kişilərdən
heç birini əsla, heç vaxt sənə dəyişmərəm.
Doğrusu, belə analoji cavab gözləmirdim, buna görə nə deyəcəyimi bilmirdim,
ancaq öz-özümə fikirləşə-fikirləşə onun bir tərəfdən haqlı olduğunu görürdüm.
– Gözəlim, məni düzgün başa düş, əgər mən sənə xəyanət etsəm bununla səni
alçaltmaram, hörmətdən salmaram, təhqir etmərəm, ancaq sən mənə xəyanət etsən
hörmətdən düşərəm. Arvadın vəfasızlığı kişi üçün çox böyük təhqirdir, bunu həzm etmək
olmur.
– Deyirsən ki, alçalarsan, hörmətdən düşərsən, bilmək olarmı, kimin qabağında?
– Aydındır ki, cəmiyyət qarşısında.
– Artur, boş-boş danışma, belə axmaqlığı qırağa qoymaq lazımdır. Onsuz da sən
bu şəhərdə heç kimi tanımırsan, özün də tezliklə Rusiyada yaşamağa hazırlaşırsan. Bizim
burada nələrsə etməyimizdən bir kimsə xəbər tutmayacaq. Gəl, burada ancaq özümüz üçün
həyat keçirək.
Arvadımın dedikləri mənə çox qəribə görünürdü, ancaq onun yenidən haqlı
olduğunu, hər şeyi düz dediyini fikirləşirdim.
– Marişka, düz deginən, məndən heç nəyi gizlətmə, sən həqiqətən mənə xəyanət
etmək istəyirsən?
– Mən bunu heç də büsbütün xəyanət hesab etməzdim, adətən ərə vəfasızlıq
edəndə bu barədə ona heç nə demirlər, mənsə sadəcə olaraq bizi burada heç kimin
tanımaması situasiyasından istifadə etmək, yararlanmaq istəyirəm. Başqa bir kişinin dadını
sınaqdan keçirmək, onu yoxlamaq arzum var, ancaq səni alçaltmadan, təhqir etmədən,
aramızdakı hörməti saxlamaq şərtilə bunu həyata keçirmək istəyirəm. Moskvada belə
şeylərlə anonim məşğul olmaq mümkün deyil.
Mən bir qədər fikrə getdim, qərar verməkdə tərəddüd edirdim. Arvadımın atdığı
addım bir tərəfdən alqışlanmağa, təriflənməyə layiq idi, çünki öz arzusunu vicdanla,
gizlətmədən, çox səmimi şəkildə mənə söyləmişdi, digər tərəfdən qəlbimə toxunmasını
istəmirdi, hətta məni incik salmadan, özündən küsdürmədən bunu necə həyata keçirməyi
də fikirləşmişdi. Bir qədər düşündükdən sonra dedim:
– Əzizim, mən razıyam, ancaq deyə bilərsənmi, sən artıq birini tapmısan?
90
– Yox, hələlik heç kimi tapmamışam, sənə demədən, sənin razılığını almadan
bunu edə bilməzdim, indi madam ki, etiraz etmirsən, elə günü sabah çimərliyə gedəndə
orada taparam.
– Bəs bunu necə edəcəksən? Mən orada ola-ola kiminsə sənə yaxınlaşacağını
güman etmirəm.
– Düzdür, sən orada yanımda olacaqsan, ancaq özünü elə apararsan ki, mənimlə
bir yerdə olduğunu hiss etməzlər. Heç kimin bunu başa düşməməsi üçün bir qədər aralıda
özün üçün gündə qaralarsan. Aramızda məsafə qalanda artıq heç kim şübhələnməyəcəkdir.
Fikirləşdiyimiz kimi də etdik. Növbəti gün Marina ilə çimərliyə getdik. Adam
çox idi. Arvadımdan təxminən beş metr aralıda uzandım. Arvadım qum üzərində kürəyi
üstə uzanıb özünü günə verirdi. Çiyinlərində zolaqcıqlar qalmamasından ötrü öz lifçiyinin
ilməyini açmışdı. Onun yanında təqribən 25 yaşında gözəl bədənə malik qanışirin, cazibəli
bir oğlan uzanmışdı. Arvadım onu yanına çağırıb dedi:
– Bağışlayın, sizi bir dəqiqəlik olar?
– Əlbəttə, buyurun, nə kömək edə bilərəm?
– Gündə qaralma üçün kremi mənim bədənimə sürtə bilərsiniz?
Oğlan sevinə-sevinə:
– Kremi verin, məmnuniyyətlə sürtərəm.
Oğlan arvadımın kürəyini, belini ovuşdurdu, tədricən sağrılarına endi. Çimərlik
paltarı kremi bütün bədənə sürtməyə əngəl törədirdi, buna görə arvadımın xahişi ilə əllərini
içəri salıb hər tərəfi, xüsusən onun çılpaq sağrılarını ovuşdurdu. Mən uzanmış halda
sakitcə, səssiz-səmirsiz bir oğlanın arvadımı əllədiyinə baxırdım, gördüklərimin mənə
yaxşı təsir bağışladığını, xoşuma gəldiyini xəlvəti deyə bilərəm. Oğlanın əlləri arvadımın
cinsiyyət dodaqlarına çatmışdı. Qadının qıçlarını araladığını görən oğlan həmin nahiyəni
daha fəal surətdə, enerjili şəkildə ovuşdururdu. Sonra oğlan qadının bud və ayaqlarına
krem çəkməyə başladı. Marina arxası üstə çevrildi. Oğlan onun döşlərini, məmələrinin
gilələrini əlləşdirdi... Arvadımın sifətindəki ifadəyə görə bunun ona xoş gəldiyini sezmək
çətin deyildi. Döşlərindən sonra oğlan qarnına krem çəkməyə başladı və qasıqdan aşağıya
doğru istiqamət götürdü. Əllərini çimərlik paltarının altına soxan oğlan onun qasıq
nahiyəsini yaxşıca ovuşdurdu. Evdən çıxmazdan bir qədər qabaq öz əllərimlə onun qasıq
nahiyəsinin tüklərini qırxmışdım.
Oğlan ona tapşırılmış işi qurtaran zaman ağzını arvadımın qulağına yaxınlaşdırıb
nəsə pıçıldayır, onların hər ikisi gülümsəyir, sonra xeyli müddət qaynayıb-qarışmış
adamlar kimi bir-birini uzun-uzadı şəhvətli öpüşlərə qərq edirlər. Ancaq aralarında
başlayan münasibət təkcə öpüşməklə bitənə oxşamırdı. Çimərliyin arxasında elə uzaq
olmayan məsafədə balaca həyətləri olan fin evləri vardı. Ehtiraslanmış oğlan arvadımı ora
apardı. Mən hiss edilməyən şəkildə onların arxasınca getdim. Fin evlərindən birinin
qabağında görünməz yerdə dayandıqlarını gördüm. Oğlan oradakı yırğalanan kürsü tipində
kresloda əyləşdi, mənim gözəlçəm isə dizləri üstündə onun cinsiyyət üzvünü sormağa
başladı. Oğlan qadının başından tutmuşdu, cinsiyyət üzvünü onun ağzında getdikcə daha
dərinə soxduğu aydın hiss edilirdi. Təxminən 15 dəqiqə sormadan sonra oğlan ayağa
qalxdı, arvadımı qaldırdı. Arvadım onun ayaqları arxasından yapışdı, beləcə oğlan onu öz
cinsiyyət üzvünə otuzdurdu. Arvadımın həzz alaraq qışqırdığı eşidilirdi. Onlar belə bir
91
yolla xeyli müddət cinsi əlaqədə oldular. Sonra oğlan kürəyi üstə uzandı, mələkciyim isə
onun üstündə oturdu, yeyin hərəkətlə enib-qalxdığı aydın görünürdü. Sonra oğlan qadını
çevirib ona dizi üstə dayanma pozasını verdi. Öz «aqreqatını» əlinə alıb qadının üzünə tərəf
yaxınlaşdı və toxumunu püskürtməyə başladı. Arvadım dili ilə spermanı yalayırdı. İxrac
edilmiş spermanın bir qismi onun ağzının qıraqlarından axıb tökülürdü. Cinsi əlaqəni başa
çatdırdıqdan sonra onlar üst-başlarını sahmana saldılar. Arvadım ona öz telefon nömrəsini
saxladı, yenidən onun dodaqlarından öpdü. Sonra biz evə qayıtdıq. Yol boyu heç nə
haqqında danışmadıq. Yalnız yatağa girəndə arvadım məndən soruşdu:
– Əzizim, yəqin ki, məndən küsməmisən. Bunu bir haqsızlıq, heysiyyətinə
toxunan hərəkət kimi başa düşmədiyinə, məndən incimədiyinə ümid edirəm.
– Yox, əlbəttə, narahat olmaya bilərsən, mənim gözəlçəm.
– Əla, belə də zənn edirdim, onda mən onun yanına bir də gedəcəm, sevgilim.
– Əzizim, necə lazım bilirsənsə elə də edərsən, sənə inanıram, canım.
– Hər şeyi başa düşdüyünə görə mən səni belə çox sevirəm.
Biz Yunanıstanda bir il yaşadıq, həmin müddətdə arvadım xoşuna gələn kişilərlə
görüşmüş, dəfələrlə cinsi əlaqədə olmuşdu. Sonra biz Moskvaya qayıtdıq, indi onun mənə
xəyanət etmədiyinə yüz faiz əminəm. Yalnız bir yerdə harasa istirahətə gedəndə arvadım
mənə xəyanət edir...»
Doğrusu, qeyd edilən hadisəni təsvir edərkən materialın «pornoqrafik
məzmunlu» yerlərini təxirə salmaqla keçinmək olardı, lakin ağır kandavlizmli kişinin baş
verənlərə münasibətini, onun psixoloji halətini başa düşmək üçün mətni elə olduğu kimi
saxlamaq qərarına gəldik. Burada bir neçə məqamı xüsusi olaraq qeyd etmək lazım gəlir.
Birincisi, internetlə tanışlıqdan sonra qurulmuş ailədə özünəməxsus qarşılıqlı inam hökm
sürür, qısqanclığa yer ayrılmır. İkincisi, arvadda eyni vaxtda bir neçə cinsi pozğunluq
olduğu aydın görünür. Hər şeydən əvvəl onda promiskuitetə meylilik açıq-aşkar özünü
büruzə verir. Bundan əlavə, konsensual adyulter (razılaşdırılmış nikahdankənar cinsi əlaqə)
tərəfdarı olduğu şübhə doğurmur. Təsadüfi deyildir ki, nikahdankənar cinsi əlaqə (adyulter)
təklifi birinci dəfə məhz onun tərəfindən edilir. Qadının seksual xarakterli məsələlərə dair
baxışlarının son dərəcə liberal olması da burada rol oynayır. Ola bilsin ki, müvafiq
situasiyada oralizm (kişi cinsiyyət üzvünə ağızla nəvaziş göstərməyə tələbat hissi) də özünə
çıxış yolu tapır. Bundan başqa, qadında böyük ehtimalla ekshibisionizm olduğunu
fikirləşmək mümkündür. Qadının başqa oğlanla öpüşməkdən başlayıb cinsi əlaqəyə
girməyə qədər gedib çıxan müxtəlif intim hərəkətləri insanların görə biləcəyi yerdə,
xüsusən ərinin gözləri önündə etməkdən çəkinməməsi məhz bundan irəli gəlir. Üçüncüsü,
razılaşdırılmış xəyanətin ailədaxili münasibətlərə heç bir təsir etmədiyi, zərrə qədər olsa
belə qısqanclıq hissi doğurmadığı aşkar duyulur. Dördüncüsü, seksual meyl qəribə xarakter
aldıqda və qarşısıalınmaz olduqda sosial normaların əhəmiyyətini itirdiyi nəzərə çarpır.
Tamamilə yad bir cəmiyyət qarşısında alçalmaqdan, hörmətdən düşməkdən qorxu hissi
götürülür. Tərəflər qərib yerdə ancaq özləri üçün həyat keçirir, «qonşu üçün yaşamağı»
sanki vətənə saxlayırlar. İnsanların ancaq öz yaşadıqları yerdə ədəb-ərkanlı görünməyə
çalışmaları, özlərini mərifətli və nəzakətli göstərmələri diqqətdən yayınmır. Ancaq ərlə
arvad vaxtaşırı olaraq istirahət üçün başqa ölkəyə getdikdə dərhal fürsətdən istifadə edib öz
qeyri-adi seksual tələbatlarını təmin etməyə başlayırlar. Beşincisi, qadında başqa bir kişini
92
dadmaq, onu yoxlamaq arzusu ürəkdən gəlir və tamamilə təbii görünür. Altıncısı, ər öz
arvadının cavan oğlanla intim hərəkətlərini kənardan müşahidə edir, bundan nəinki pis
olmur, əksinə, həmin aktivlik onun xoşuna gəlir. Bütün bunlar onun kandavlizmə mübtəla
olduğuna dəlalət edir.
Qeyri-həqiqi kandavlizm müvəqqəti xarakter daşıyır. Çünki tərəflər seksual
təminedilmənin ancaq maraq doğuran müvəqqəti üsulu kimi buna əl atırlar. Əksər hallarda
tərəflər qeyri-adi təcrübəni davam etdirmək istəmirlər.
Qeyri-həqiqi kandavlizm yeniliyə cəhd edən, hər şeydən baş çıxarmağı
arzulayan, özünü və seksual partnyorunu istənilən situasiyaya hazırlamağı sevən adamın
bir hərəkəti kimi qiymətləndirilir. İlk baxışda qeyri-həqiqi kandavlizmin sadəcə seksual
eksperiment aparmanın bir forması olaraq təhlükəsizliyi, hətta cinsi həyatı rəngarəng
etməsi baxımından müəyyən qədər əhəmiyyət kəsb etdiyi qənaətinə gəlinə bilər. Lakin
məsələnin dərinliyinə vardıqda ona ötəri bir məşğuliyyət kimi yanaşmaq doğru olmazdı.
Birincisi, seksual partnyorun hətta cəmi bir dəfə çılpaq halda başqa kişiyə göstərilməsi,
yaxud onun ixtiyarına verilməsi həyat yoldaşına qarşı nifrət hissi formalaşdıra, ona
münasibətdə ikrah doğura bilər. Həyat yoldaşına qarşı rəğbət hissinin üstündən qalın xətt
çəkən belə bir nifrət hissinin uzun müddət aradan qalxmaması mümkündür. İkincisi, qəribə
tərzdə cinsi həyat yaşamağın dadına baxdıqdan sonra tərəflərin iyrənib onu birdəfəlik
unudacağı mümkün ola bildiyi kimi, yenə təkrar etmək qərarının çıxarıla biləcəyi də istisna
edilmir. Həqiqətən qeyri-adi aktivliyin təcrübədən keçirilməsindən sonra tərəflərdən biri,
yaxud nadir hallarda hər ikisi onu xoşlaya və sonradan yenidən təkrarlamaq fikrinə düşə
bilər. Üçüncüsü, kandavlistik təcrübə hər bir kişinin qəlbində ola biləcək oxşar meyl
cücərtisinin sürətlə inkişaf etməsinə təkan verə bilər.
Bir çox hallarda kandavlizm kişinin həyatında sarsılmaz xarakter alır, çox
möhkəm olur və normal cinsi həyatı tamamilə əvəz edə bilir. Adəti qaydada yaşanan cinsi
akt kişiyə heç bir ləzzət bəxş etmir. Ancaq kişi kandavlistik təmayülünü reallaşdırdıqda çox
möhkəm ehtiraslanır, güclü seksual oyanma və orqazm yaşayır. Odur ki, belə hal həqiqi
kandavlizm (candaulismus vera), yaxud qeyri-yalançı kandavlizm adlanır. Bəzi
mənbələrdə ona əsl kandavlizm, yaxud xalis kandavlizm deyilir. Həmçinin onu total
kandavlizm (candaulismus totalis), yaxud tam kandavlizm də adlandırmaq olar.
Kandavlistik meylin gizli və yaxud aşkar olmasına görə kandavlizmin latent
(gizli) və manifest (aşkar) formaları fərqləndirilir.
Bəzi hallarda ər arvadını çılpaq halda başqa kişiyə göstərmək istəsə də, sadəcə
ona fikrini söyləməyə dərhal cürət etmir. Ancaq kişidə arvadının yalın bədənini başqa
kişiyə göstərmək arzusu qalır və reallaşacağı anı gözləyir ki, buna latent kandavlizm
(candaulismus latentis) deyilir. Belə hal başqa sözlə gizli kandavlizm də adlanır. Gizli
kandaulezizmdən əziyyət çəkən ər qəlbinin dərinliklərində gizlətdiyini məqam gəldikcə
müəyyən qədər həyata keçirməyə çalışır.
Digər hallarda ər məqsədinə nail olmaq üçün konkret tədbir görməyə başlayır ki,
buna manifest kandavlizm (candaulismus manifestis) deyilir. Belə hal başqa sözlə aşkar
kandavlizm də adlanır.
Kandavlistik meylin həyata keçməsinin səviyyəsinə görə kandavlizmin iki növü
ayırd edilir: fantaziya olunan və reallaşdırılan.
93
Bir sıra hallarda şəxs kandavlistik meylini yalnız xəyal edir, belə bir mövzuda
xülyaya qapılır, ancaq onu həyata keçirmək iqtidarında olmur ki, buna fantaziya olunan
kandavlizm deyilir. Belə hal başqa sözlə xəyali kandavlizm də adlanır.
Fantaziya olunan kandavlizmin səciyyəvi cəhəti individin belə bir arzunu yalnız
xəyalına gətirməklə kifayətlənməsidir. Kişinin öz arvadını (məşuqəsini) və yaxud onun
surətini başqa adamlara göstərməsi və bundan həzz alması fantaziya olunan kandavlizmi
fərqləndirən əsas əlamətdir. Çılpaq halda olan arvadının başqa kişilər tərəfindən
bəyənilməsi, onların nəzərlərini özünə cəlb etməsi, hətta bir çox hallarda belələrinin
qucağına atılması, yatağına girməsi və digər səhnələr tez-tez kandavlist ərin xəyalına gələn
başlıca mövzulardır.
Forumlardan birində rus kişinin ürəyindən keçirdiklərini izləyək: «Mənim 36
yaşım var, arvadım məndən düz 10 yaş kiçikdir, 6 yaşlı qızımız var, arvadımı və qızımı
çox istəyirəm. Xeyli vaxt bundan qabaq günlərin birində ani olaraq üçlükdə seksi sınamaq,
onun dadına baxmaq tipli seksual xarakterdə fikirlər ağlıma gəldi, sonra keçirdiyim hissi
öz-özümə təhlil edəndə belə bir səfehliyə görə özümü çox qınadım, başımın işləmədiyini,
ruhən xəstələnməyə başladığımı güman edib bir qədər qorxdum, özümdən çox şey
soruşdum, axırda «bu cür hərəkətlər etmək axmaqlıqdır, giclikdir» deyib onların
mənasızlığı barəsində qəti qərara gəldim. Bir müddət rahat dolandım, hər şeyin düzəldiyini,
sarsaq fikirlərin arxada qaldığını zənn etdim. Ancaq sonradan bambaşqa məzmunda,
üstəlik əvvəlkinə baxanda daha kəskin formada yeni fikir yaranıb bütün beynimi məşğul
etdi. Böyük ölçüdə cinsiyyət üzvü ilə elə mənim yanımda, gözlərim önündə arvadımla
intim yaxınlıqda ola biləcək bir kişi tapmaqdan ibarət qarşısıalınmaz arzu yarandı, sonra
zehnimi tam çulğaladı, elə bil məni cana gətirdi, hərəkətə sövq etdi. İndi həmin arzu məni
rahat buraxmır. Arvadıma bunu necə deyəcəyimi bilmirəm, onun şoka düşəcəyindən
ehtiyatlanıram, ancaq arzumu ona hökmən bildirmək istəyirəm, sadəcə nədən başlamağı,
necə izah etməyi bilmirəm. Belə bir situasiya ilə rastlaşan kişi və qadınlardan münasibət
bildirmələrini xahiş edirəm. Düzdür, dərhal arzunun normal olmadığını söyləyəcəksiniz.
Ancaq nəzərə alın ki, onun qarşısını almaq iqtidarında deyiləm. Əgər birdən arvadım buna
razılıq versə və ürəyimdən keçirdiyim baş tutsa, bundan sonra gözlənilməz hallarla üzləşib-
üzləşməyəcəyimizi müəyyənləşdirməkdə çətinlik çəkirəm. Öhdəsindən gəlinməsi
mümkün olmayan bir arzu reallaşacağı təqdirdə bizi nələr gözləyəcəyini təsəvvür edə
bilmirəm. Bundan sonra arvadımla bir yerdə necə yaşayacağımı, onunla hansı səviyyədə
ünsiyyət quracağımı fikirləşdikcə heç cür bir nöqtədə dayana, qərar tuta bilmirəm, fikirlər
bir-birini sürətlə əvəz edir. Ola bilsin ki, bunu bir dəfə dadmaqla şəhvət hissinin təzə
qazandığı qeyri-adi xarakter keçib gedəcəkdir, bəlkə yeni təcrübəni hər ikimiz
xoşlayacağıq, sonra ona aludə olacağıq, indidən heç nə deyə bilmirəm. Ancaq gözəl
arvadımı başqa kişi ilə bölüşməklə bağlı yaranmış anlaşılmaz arzunu özümdən
uzaqlaşdırmaq, onu boğmaq istəmirəm, əksinə, bunu bir dəfə yoxlamaqla hər şeyə aydınlıq
gətirməyin doğru olduğunu fikirləşirəm. Başına belə fikirlər gəlmiş və sonra onu həyata
keçirmiş insanların məsləhətinə ehtiyacım var, köməyinizi əsirgəməməyinizi xahiş
edirəm».
Əlavə şərhə ehtiyac yoxdur. Kişidə fantaziya olunan kandavlistik arzunun
reallaşma ehtimalı çox böyükdür.
94
Həqiqətən bir çox hallarda individ kandaulezistik meylini reallaşdırmağa çalışır.
Odur ki, buna reallaşdırılan kandavlizm deyilir. Belə hal başqa sözlə həyata keçirilən
kandavlizm da adlanır.
Reallaşdırılan kandavlizm kifayət qədər ciddi bir pozuntudur. Çünki bu zaman
kandavlizm bir seksual praktika forması kimi çıxış edir, artıq hər şey həyat səhnəsinə keçir,
ər aktiv fəaliyyətə başlayır.
Kandavlistin «gözaltı etdiyi» kişinin yaşına gəldikdə burada meyl pozuntusunun
formasından asılı olaraq seçimlər bir-birindən fərqlənir. Kandavlistlərin bir qismi cəlb
ediləcək kişinin yaşca böyük, ikinci qismi əksinə kiçik, üçüncü qismi isə eyni olmasını
arzulayır. Adətən yüngül kandavlizm zamanı çirkin oyuna çəkilən kişinin yaşca kiçik
olması arzu edilir. Ağır kandavlizmə mübtəla olmuş ər öz arvadını qucağına atmağa
hazırlaşdığı kişinin yaşca böyük və seksual təcrübəsinin çox olmasını istəyir. Lakin bütün
kandavlistlər üçün universal resept olduğunu söyləmək mümkün deyildir.
Əslində kandaulezist ərin arvadının kişiləri tanıyıb-tanımaması mühüm
əhəmiyyət kəsb edir. Kandaulezistin arvadını (şəklini, yaxud özünü) təklif etmək üçün
nəzərdə tutduğu kişi tanış ola bildiyi kimi, onun qətiyyən tanış olmaması da mümkündür.
Odur ki, «gözaltı edilən» kişinin tanış olub-olmamasına görə kandavlizm aşağıdakı iki
növdə ola bilər: 1) tanış kişiyə yönəldilmiş kandavlizm; 2) tanış olmayan kişiyə
yönəldilmiş kandavlizm.
Çox vaxt kandaulezist ər arvadını tanış kişiyə doğru sövq etdirir. Belə hal tanış
kişiyə yönəldilmiş kandavlizm adlanır.
Arvadın tanıdığı kişiyə onun çılpaq halda göstərilməsi bir sıra cəhətlərilə dərhal
seçilən qeyri-adi hadisədir. Aşağıdakılardan biri tanış kişi qismində «prosesə» cəlb edilə
bilər: a) ailənin dostu olan kişi; b) ailəyə qohum olan kişi.
Beləliklə, tanış kişiyə yönəldilmiş kandavlizm öz növbəsində iki növ olur: 1)
ailənin dostu olan kişiyə yönəldilmiş kandavlizm; 2) ailəyə qohum olan kişiyə yönəldilmiş
kandavlizm.
Ailənin dostu olan kişi birtərəfli və ikitərəfli müstəvidə dayana bilər.
Birtərəfli dost olan kişi dedikdə söhbət ailə başçılarından yalnız birinin dostu
olan kişidən gedir. Ona görə belə kişi öz növbəsində bunlardan biri ola bilər: a) ərin dostu
olan kişi; b) arvadın dostu olan kişi.
Kandavlizm zamanı kişi arvadını çılpaq vəziyyətdə öz dost və tanışlarına
göstərir. Kandaulezist ərin dostu olan kişiləri arvad yavaş-yavaş tanımağa başlayır. Əksər
ailələrdə arvad ərinin kimlərlə dostluq etdiyini yaxşı bilir. Ər kandaulezizmdən əziyyət
çəkən hallarda onun dostu olan kişilərdən biri, yaxud bir neçəsilə rastlaşma ehtimalı
getdikcə çoxalır. Çünki arvadını göstərmək istəyən ər müəyyən əlamətdar günləri bəhanə
edib qonaqlıq təşkil etməklə, mərasimlərdə görüşlər keçirməklə, dostlarını evinə qonaq
çağırmaqla və başqa yollarla məqsədinə doğru irəliləyir.
İkitərəfli dost olan kişi dedikdə ailə başçılarından hər ikisinə, yəni eyni vaxtda
həm ərə, həm də onun arvadına dost hesab edilən kişi nəzərdə tutulur. Şübhəsiz ki, ərlə
arvadın hər ikisinin dostu olan kişi daha üstün tutulur.
95
Ailənin dostu olan kişi adətən kandavlist ərin plan və məqsədindən bixəbər olur.
Ancaq müəyyən zaman keçdikdən sonra gözlənilməz hadisələrin bir neçə dəfə
təkrarlanması artıq dostda müəyyən şübhələr yaradır.
Beləliklə, ailənin dostu olan kişiyə yönəldilmiş kandavlizm özü üç növ olur: a)
ərin dostu olan kişiyə yönəldilmiş kandavlizm; b) arvadın dostu olan kişiyə yönəldilmiş
kandavlizm; c) ərlə arvadın hər ikisinin dostu olan kişiyə yönəldilmiş kandavlizm.
Bir çox hallarda ailəyə qohum olan kişi kandaulezist ərin diqqət mərkəzində
dayanır. Ərin qəribə meylini həytata keçirmək üçün istifadə etməyə hazırlaşdığı belə bir
kişi yenə birtərəfli və ikitərəfli qohum ola bilər. Çox vaxt birtərəfli qohum olan kişi
«nəzarətə götürülür». Əgər ərlə arvad nikaha daxil olmazdan qabaq bir-birilə qohum
olarlarsa, belə hallarda kandaulezistin qohum kişiləri «toruna salma» ehtimalı çoxalır.
Çünki hər iki tərəfdən qohum olan kişilər ailəyə daha tez-tez gəlir.
Beləliklə, ailəyə qohum olan kişiyə yönəldilmiş kandavlizm üç növ ola bilər: a)
ərə qohum olan kişiyə yönəldilmiş kandavlizm; b) arvada qohum olan kişiyə yönəldilmiş
kandavlizm; c) ərlə arvadın hər ikisinə qohum olan kişiyə yönəldilmiş kandavlizm.
Bir çox hallarda kandaulezist ər arvadını tamamilə yad (özgə) olan kişiyə doğru
istiqamətləndirir. Belə hal tanış olmayan kişiyə yönəldilmiş kandavlizm adlanır.
Arvadın tanımadığı kişiyə onun çılpaq halda göstərilməsi artıq fərqli olan bir
hadisədir. Əlbəttə, arvadı nümayiş etdirmək üçün «gözaltı edilən» kişinin ona qohum
olmaması kandaulezist əri daha çox maraqlandırır. Arvadın yaxın qan qohumu olan kişilər
kandaulezist ərin diqqətini cəlb etmir. Çünki həmin kişilərdə öz yaxın qan qohumu olan
arvada qarşı seksual meyl yaranmaya bilər. Məsələn, arvadın qardaşı, atası, əmisi, dayısı və
başqa qohumları üçün onun çılpaq halda göstərilməsinin heç bir mənası yoxdur. Əksinə,
belə hal baş verərsə, onlar arvadın ərinin nataraz, qeyri-normal insan olması barəsində
qərara gələ və lazımi tədbirlər görə bilərlər. Ancaq kandaulezist ər özünün qohumlarına
arvadını çılpaq halda göstərmək istəyir. Çünki həmin kişilərdə çılpaq arvada qarşı seksual
meyl yaranması ehtimalı çox olur. Hərçənd burada milli, etnik xüsusiyyətlərin, adət və
ənənələrin böyük rolu vardır. Məsələn, azərbaycanlılar arasında qardaşın arvadına, yaxud
əmioğlunun həyat yoldaşına, həmçinin dayıoğlunun xanımına və başqa qadın cinsli
qohumlara pis gözlərlə baxmazlar. Hətta «gəlinbacı», «əmidostu», «dayıdostu», «əmimin
gəlini», «dayımın gəlini» kimi ifadələr artıq həmin qadınların namusunun qorunmasından,
onlara pis gözlərlə baxa biləcək hər hansı insanla mübarizədən çəkinilməməsindən xəbər
verir. Halbuki dünyanın bir çox ölkələrində hətta ailə üzvləri arasında seksual
münasibətlərin formalaşması mümkündür. Artıq Qərbi Avropa ölkələrindən bir çoxu
homoseksualizmin ardınca insesti də leqallaşdırmaq haqqında fikirləşməyə başlayıblar.
Həqiqətən əksər hallarda arvad əri tərəfindən çılpaq halda göstərildiyi başqa
kişini tanımır. Buna görə arvad tanış olmadığı kişinin qabağında çılpaq halda qalanda, əri
yanında olsa da, bunu özünə bağışlaya bilmir, istər-istəməz çəkinir və tez əl-ayağa düşüb
heç olmasa ayıb yerlərini gizlətməyə çalışır. Ancaq başıbəlalı arvadın əri bütün bunları seyr
etməkdən seksual təminolunma həddinə çatır.
Bəzi hallarda ər arvadını çılpaq halda başqa kişiyə göstərəndə gözlənilməz
vəziyyət yaranır. Çünki ərin yad bildiyi, özgə hesab etdiyi həmin kişini arvad tanıyır. Belə
olan halda ərin münasibəti dəyişə bilər.
96
Arvadın çılpaq halda göstərildiyi kişilərin sayı kandaulezist ər üçün əhəmiyyət
kəsb edə bilər. Bu baxımdan aşağıdakı iki hal mümkündür: 1) arvadın yalnız bir kişiyə
göstərilməsi; 2) arvadın bir neçə kişiyə göstərilməsi.
Buna müvafiq olaraq kandavlizm daha iki formaya ayrılır: monokandavlizm və
polikandavlizm.
Bəzən arvadın yalnız bir kişiyə göstərilməsi kandaulezist əri qane edir ki, buna
monokandavlizm (monocandaulismus) deyilir.
Bir çox hallarda arvadın bir neçə kişiyə göstərilməsi zərurəti yaranır ki, buna
polikandavlizm
(polycandaulismus)
deyilir.
Polikandavlizm
öz
növbəsində
müxtəlifmomentli (növbəli) və eynimomentli (qrup) ola bilər.
Bundan başqa, kandavlistik meylə başqa parafiliyaların qoşulub-qoşulmamasına
görə kandavlizm izolyativ və kombinativ formalara ayrılır.
Əksər hallarda kandaulezistik meyl müstəqil surətdə yaranır. Buna izolyativ
kandavlizm deyilir. Belə hal başqa sözlə izolyasiya olunmuş kandavlizm də adlanır.
Kandavlizm həmçinin başqa deviasiya və parafiliyalarla birləşə bilər. Buna
kombinativ kandavlizm deyilir. Belə hal başqa sözlə kombinasiya olunmuş kandavlizm də
adlanır.
Praktikada kombinasiya olunmuş kandavlizmin aşağıdakı variantları daha çox
müşahidə edilir: 1) akustisizmlə qovuşmuş kandavlizm; 2) doqqinqlə qovuşmuş
kandavlizm; 3) plüralizmlə qovuşmuş kandavlizm; 4) promiskuitetlə qovuşmuş
kandavlizm; 5) vizionizmlə qovuşmuş kandavlizm; 6) vizionizm, sadomazoxizm,
plüralizm və narsissizmlə qovuşmuş kandavlizm; 7) vizionizm, sadomazoxizm, plüralizm,
pornoqrafomaniya və narsissizmlə qovuşmuş kandavlizm.
Bəzi hallarda akustisizm və kandavlizm eyni şəxsdə bir yerdə rast gəlinir. Buna
akustisizmlə qovuşmuş kandavlizm deyilir. Belə hal başqa sözlə akustik kandavlizm də
adlanır.
Ayrı-ayrı hallarda doqqinq və kandavlizm bir-birinə qovuşur. Buna doqqinqlə
qovuşmuş kandavlizm deyilir. Belə hal başqa sözlə doqqinqli kandavlizm də adlanır.
Nadir hallarda kandavlizm plüralizmlə qovuşmuş vəziyyətdə olur. Buna
plüralizmlə qovuşmuş kandavlizm deyilir. Belə hal başqa sözlə plüralistik kandavlizm də
adlanır.
Bir sıra hallarda kandavlizm promiskuitetlə bir yerdə olur. Odur ki, buna
promiskuitetlə qovuşmuş kandavlizm deyilir. Promiskuitetlə qovuşmuş kandavlizmə tipik
nümunə olaraq amerikan naşiri, «Pleyboy» («Playboy») jurnalının yaradıcısı və şef-
redaktoru, həmçinin «Playboy Enterprises» kompaniyasının təsisçisi Hyu Merston Hefner
(Hugh Marston Hefner) göstərilə bilər.
Bəzən kandavlizm vizionizmlə birləşmiş halda olur. Buna vizionizmlə
qovuşmuş kandavlizm deyilir. Belə hal başqa sözlə vizionistik kandavlizm, yaxud
skoptofilik kandavlizm və yaxud vuayeristik kandavlizm adlanır.
Vuayerizm kifayət qədər güclü erotik cəlbediciliyə malik olan bir mövzudur.
Buna görə vuayerizm səhnəsi rəssamları daim özünə cəlb edə bilmişdir.
Vuayerizmlə qovuşmuş kandavlizm ingilis yazıçısı Entoni Dimok Pouell
(Anthony Dymoke Powell) tərəfindən 1951-ci ildən 1975-ci ilə qədər dərc etdirilən 12
97
cilddə «Zamanın musiqi sədaları altında rəqs» («A dance to the music of time») adlı
silsilədəki mövzulardan biridir.
Elə hallar olur ki, kandavlizmi vizionizm, sadomazoxizm, plüralizm və
narsissizm müşayiət edir. Odur ki, buna vizionizm, sadomazoxizm, plüralizm və
narsissizmlə qovuşmuş kandavlizm deyilir.
Nadir hallarda kandavlizmə eyni vaxtda vizionizm, sadomazoxizm, plüralizm,
pornoqrafomaniya və narsissizm qovuşur. Buna vizionizm, sadomazoxizm, plüralizm və
narsissizmlə qovuşmuş kandavlizm deyilir. Məşhur ispan naqqaşı və sürrealist rəssamı,
qrafik, heykəltəraş, rejissor və yazıçı, sürrealizmin görkəmli nümayəndələrindən biri
Salvador Dalinin (Salvador Dali) vizionizm, sadomazoxizm, plüralizm və narsissizmlə
qovuşmuş kandavlizmdən əziyyət çəkdiyi iddia edilir.
Xarakterinə görə kandavlizm adi və elektron olmaqla iki növə ayrılır.
Kandavlizm nisbətən məhdud sahəni əhatə edərsə, buna adi kandavlizm deyilir.
Kandavlizm nisbətən daha böyük kütləni əhatə edərsə, buna elektron
kandavlizm deyilir.
Qadın partnyorun personal təsvirlərinin internetdə publikasiyası dövrümüzdə
tez-tez rast gəlinən bir hadisəyə çevrilmişdir.
Elektron kandavlizmi yeni səslin sağlam düşüncəli nümayəndələrini yolundan
azdıra bildiyinə görə çox təhlükəlidir. Çünki yetişməkdə olan nəsil internet boyunca kütləvi
şəkildə yayımlanmanı gördükdə bunu özünə bir «nümunə» kimi seçə bilər.
Demək olar ki, bizim hər birimizin qəlbində bir iblis əyləşmişdir. Həmin iblis
eşələnib xaricə çıxan zaman etdiyimiz hərəkətlərə görə tanınmaz oluruq. Bizi tanımayan,
nabələd adamlar əcayib-qəraib hərəkətlərimizi gördükdə buna elə bir reaksiya nümayiş
etdirməyə bilərlər. Ancaq həyatda nələr etməyə qadir olduğumuzu yaxşı bilən insanlar
bizdən belə hərəkətlər gördükdə çaşıb qalırlar. Neçə illər ərzində qazanılan hörməti bir
nalayiq hərəkətimizlə heçə endirə bilərik. Buna görə addım atanda, həyatda yenilik etmək
istəyəndə, başqa cürbəcür işlər görəndə bunların doğura biləcəyi əks-sədanı qabaqcadan
təsəvvür etmək, ən yaxşısı ləyaqəti alçalda bilən istənilən hərəkətdən uzaq olmağa
çalışmaq hər birimizin borcudur.
İblisin insan qəlbindən bayıra çıxması səbəbindən özünə yer tapan əməllər,
həyata keçən hərəkətlər seksual xarakterli olduqda vəziyyət xüsusən qəlizləşir. Seksual
həyat məsələlərinə toxunan məqamlarda hərəkətlərin dəyərləndirilməsi bir başqa
müstəviyə keçir. Çünki cinsi həyat gündəmə gələndə onun səs-küyü daha çox olur,
doğurduğu effekt geniş kütləni özünə cəlb edir. Sanki başqa hallarda adi bir şey kimi
görünən, xırda məsələ hesab edilən hər hansı bir xüsusiyyətin sekslə bağlılığı aşkara
çıxarıldıqda gözlənilmədən bir məxsusi itilik, tündlük qazanır, istər-istəməz narahatlıq
yaradır, gərginliyə səbəb olur. Təsadüfi deyildir ki, dünyanın əksər ölkələrində hər hansı
sahədə, xüsusən böyük bir vəzifəyə iddialılıq ortaya çıxdıqda, siyasi müstəvidə və başqa
hallarda arzuolunmaz fiquru gözdən salmaq, onu mübarizə meydanından rahat
uzaqlaşdırmaq üçün cinsi həyatı ilə bağlı qeyri-adi təsir bağışlayacaq epizodun gündəmə
gətirilməsi kifayət edir. Bir çox hallarda dövlət təhlükəsizlik orqanı əməkdaşları tərəfindən
təqib edilən insanın yataq səhnələri şüurlu surətdə təşkil edilir və gizli kameralar vasitəsilə
lentə alınır, sonra lazım gəldikdə onlardan çox məharətlə istifadə edilir. Özlərini gündəmdə
98
görmək istəyən bəzi şou-biznes adamları çox müzakirə olunmaq üçün bilərəkdən intim
xarakterli məlumatlar sızdırırlar. Tarixin müxtəlif dövrlərində seksuallığı araşdırmış və
cinsi həyat məsələləri haqqında kitab yazmış tədqiqatçılar bir çox hallarda möhkəm
təzyiqlərə məruz qalmış, sıxışdırılmış, əxlaqsızlığı yaymaqda günahlandırılmış, titulları
əlindən alınmış, qəsdən maliyyə sıxıntısına məruz qoyulmuş, hətta bəzən zindanlara
salınmışlar. Bir sözlə, cinsi həyat məsələləri həmişə şiddətli surətdə nəzərə çarpır.
Ənənəvi nikahla başlayan seksual münasibətlərdə bir çox hallarda hədsiz sayda
qeyri-ordinar
106
hallar baş verməsi barəsində məlumatlar verilir.
Kandavlizm cinsi motivasiyanın pozulmasının bir forması olub, kişinin çılpaq
halda olan arvadını, yaxud onun surətini başqa adamlara nümayiş etdirməkdən cinsi həzz
əldə etməsilə səciyyələnir.
Kandavlizm seksual üstün tutmanın pozulmasının bir formasıdır. Kişiləri belə
tünd, kəskin bir addım atmağa məhz nəyin təhrik etdiyini söyləmək çox çətindir. Lakin
burada mazoxizmin bütün əlamətləri göz qabağındadır. Kandavlizm zamanı çox vaxt
mazoxizmlə ekshibisionizm bir yerdə müşahidə olunur. Təsadüfi deyildir ki, kandavlizm
passiv alqolaqniyanın (mazoxizmin) ekshibisionizmlə qovuşmasının mürəkkəb, qəribə,
təmtəraqlı bir formasıdır. Psixoanalitik ənənədə kandavlizm məhz mazoxizm və
ekshibisionizmin qovuşması, onların birləşməsi kimi şərh olunur.
Məşhur polyak seksoloqu Kazimej İmelinski (Kazimierz Imielinski)
kandavlizm və onun yaranma səbəbləri barəsində məlumat vermişdir.
Əlbəttə, bir seksual deviasiya olaraq kandavlizmdə müəyyən mazoxist
tendensiyalar rol oynayır [40, səh. 302].
Kandavlizm zamanı ekshibisionizmdə olan mexanizm özünü göstərir. Lakin
kandavlizm kişi ekshibisionizmindən yalnız onunla fərqlənir ki, burada fallosun (ereksiya
vəziyyətində olan kişi cinsiyyət üzvünün) yerində sevimli arvadın bədəni dayanır. Xüsusən
arvadın bədəni gözəl olduqda onun fetişizasiyası halında şəxsin qürrələnməsini və güclü
seksual oyanma əldə etməsini aydın müşahidə etmək olar. Bu zaman həqiqətən kandavlist
ər arvadının çılpaq halda göstərdiyi bədəninin gözəl olmasından fəxr duyur və həzz əldə
edir. Əlbəttə, çılpaq arvadı görən kişilərin onun gözəl olması barəsində yüksək fikirləri və
bunu təsdiqləmələri belə binamusun ürəyində əvəzsiz bir rahatlıq və özünəarxayınlıq
yaradır. «Bəxtəvərin arvadının nə gözəl bədəni var», «gözəl arvad elə bu cür bədənə malik
olmalıdır» kimi ifadələr işlədilirsə və bundan həmin kişi xəbər tutursa, sevincinin həddi-
hüdudu olmur. Yad baxışlar kişinin «xüsusi malına» ünvanlandığı üçün ona ləzzət edir.
Belə mazoxistik komponent də həmçinin kişiyə arzusunu reallaşdırmaqda müəyyən qədər
kömək edir. Buna görə polyak seksoloqu Kazimej İmelinski haqlı olaraq kandavlizmi
«mazoxizmlə birləşən ekshibisionizmin bir növü» kimi təqdim etmişdir. K. İmelinski
kandavlizmə ekshibisionizmlə mazoxizmin qovuşmasının xüsusi bir forması kimi
baxmışdır. K. İmelinski deyirdi ki, kandavlizm zamanı özünə əzab, işkəncə vermənin
mazoxist komponenti əsas rol oynayır [33].
Səbəbinə və inkişaf mexanizminə görə kandavlizmin aşağıdakı dörd forması
ayırd edilir: 1) öyünmə kandavlizmi; 2) səxavətlilik kandavlizmi; 3) görməmişlik
kandavlizmi; 4) uğurlara sevinmə kandavlizmi.
99
Əgər kişi arvadının həddən ziyadə gözəl olduğunu bildirirsə, erotik cazibədarlığa
malik belə bir qadına yiyələnməsinə görə öyünürsə, çılpaq halda göstərdiyi həmcinslərinin
ona valeh olduqlarına əmin olursa, bundan sonra dost, tanış və digər kişilər arasında
lovğalanırsa, həmin hadisəyə öyünmə kandavlizmi deyilir. Supermen
1
olduğunu zənn edən
kandavlist bununla təkcə hamının heyran olduğu arvadını deyil, eyni zamanda onun yataq
yoldaşı olan özünü də tərifləmiş olur. Arvadının gözəlliyi və cazibədarlığı ilə öyünüb
lovğalanmaqla səciyyələnən kandavlizm forması kifayət qədər geniş yayılmışdır. Öyünmə
kandavlizmi hələ lap qədim dövrlərdən müşahidə edilmişdir. Hökmdarlardan tutmuş sıravi
kişilərə qədər xeyli kişinin öyünmə kandavlizminə mübtəla olmaları barəsində ədəbiyyatda
çoxlu məlumat vardır.
Uşaqlıq illərində xəsislik üstündə möhkəm cəzalandırılmış oğlanın böyüdükdən
sonra hər şeyini, hətta arvadını belə bölüşməyə hazır olmasından ibarət olan pozğunluğa
səxavətlilik kandavlizmi deyilir. Tədqiqatçıların gəldiyi qənaətə görə, uşaqlıq illərində
xəsislik (simiclik) üstündə oğlanın möhkəm cəzalandırılması, aramsız tənbeh edilməsi
bunun üçün bir əsas olaraq xidmət göstərə, ona zəmin hazırlaya bilər. Uşağa durmadan
təlqin edilir ki, yaxın adamlar və dostlar üçün heç nəyi əsirgəmək, verdiyinə təəssüflənmək,
heyfsilənmək olmaz. Zıqqılıq üstündə bir neçə dəfə üzü danlanan, məzəmmətləndirilən,
«nəsə bir şeyi verməyə təəssüf etmək, buna peşman olmaq pis xasiyyətdir» kimi
nəsihətlərlə qulaqları doldurulan uşaq xəsisliyin yaraşmayan bir cəhət olduğunu çox
möhkəm mənimsəyir, «dərs alır», böyüyəndən sonra topladığı həyat təcrübəsinə əsasən
əlində olduğu istənilən bir şeyi həmişə və artırılmış dərəcədə mütləq mənada hamı ilə
bölüşməyin lazım gəldiyini düşünür, belə bir addımın daha doğru olduğuna şübhə etmir.
Artıq böyüyüb kişi olmuş həmin şəxs nəsihətə qulaq asaraq öz arvadını da bölüşməyə
qərar verir. Halbuki həyatda heç də hər şeyin bölüşdürülməli olmadığı elə uşaq vaxtında
ona izah edilməliydi. Oğlana elə uşaq vaxtında başa salınmalıydı ki, məhrəm hesab edilən,
gizli tutulan, məxfi saxlanan şeyləri bölüşməzlər. Xüsusən ailənin intim dünyasına aid olan
bütün əlamət və hadisələr başqalarına bildirilməməlidir, bunlar bölüşmək üçün deyildir.
Ümumiyyətlə, uşaqlıq dövründə amansız cəzalandırma heç vaxt yaddaşdan
silinmir və yaşa dolduqdan sonra özünün acı nəticəsini ortaya qoyur. Uşaqlıq dövrünün
kədərli anları yetkin yaşda insanı cürbəcür anormal meyllərə səsləyə, onu cinsi həyatda
qeyri-standart addımlar atmağa haylaya bilər. Həqiqətən uşaqlıq dövründə individin hər
hansı xoşagəlməz hadisədən həddən ziyadə məyus olması, onun pərt və dilxor halda
yaşaması yaddaşından silinmir. Sözümüzün canı ondadır ki, parafiliyaların yaranmasında
uşaqlıq illərinin ovqatı təlx edən xatirələri müstəsna əhəmiyyətə malikdir. Şübhəsiz ki,
kandavlizm bir parafiliya forması olaraq belə bir mexanizmdən kənarda qala bilməz. Gəlin,
bir klinik nümunəni nəzərdən keçirək.
2002-ci ilin sentyabr ayının 7-də Ukraynanın «Faktlar və şərhlər» adlı
qəzetində
107
tanınmış jurnalist Aleksandr Mixayloviç Qoroxovski
108
maraqlı bir məqalə
dərc etdirmişdi. Məqalədə təsvir edilən hadisənin bir klinik nümunə olaraq kandaulezizmin
etiologiyası və patogenezi haqqında söhbətə aydınlıq gətirilməsi üçün əhəmiyyətini nəzərə
alıb aşağıda onu təqdim edirik [29].
Bir neçə ildir ki, nikahda olan gənc ər-arvad iki uşaq böyüdüb tərbiyə ediblər.
Onların seksual həyatı adəti çərçivəyə salınmışdır. Tərəflər praktik olaraq oral nəvazişlərə
100
qədər müxtəlif əzizləmə hərəkətlərinə yer ayırmış, hər cür aktivlik formasını təcrübədən
keçirmiş, sadəcə maraq xatirinə qeyri-ənənəvi kontaktları yoxlamış, cürbəcür seksual
oyuncaq və ləvazimatları sınamış, müxtəlif vasitələr tətbiq etmiş, erotik alt paltarı
geyinməklə seks yaşamağın dadına baxmışlar. Lakin bütün bunlar yalnız fraqmentar
109
olmuş və aralarındakı seks əsasən tipik formada keçirilmişdir. Hərçənd onlar fantaziya
düzəltməyi, xəyala qapılmağı çox sevmişlər. Çox gözəl oyun hərəkətləri etməyi bacaran
arvad bəzən əri üçün açıq-saçıq rəqs seansları təşkil etmişdir. Əgər nikahın başlanğıcında,
izdivacın əvvəlində əri öz gözəl arvadını çox qısqanırdısa, ancaq zaman keçdikcə bunu
dayandırmışdır. Gənclər özlərini tam azad insanlar kimi aparmış, ən gözəl cinsi partnyorlar
kimi bir-birinin qarşısında bütün xasiyyət və qabiliyyətlərini tam çılpaqlığına qədər açmış,
biri digərindən heç nəyi gizlətməmişdir. Daim nəsə yeni bir şeyə can atan, həyata rəng
qatmağa təşəbbüs göstərən ər-arvadın arasında açıq və səmimi münasibət qurulmuş, onlar
bir-birinə ürəkdən inanmış, etibar etmiş, könüllərindən keçirdiklərini bir-birinə
söyləməkdən çəkinməmişlər. Lakin elə bu gözəl hisslər ər-arvadla çox pis zarafat etmişdir.
«Darina» anonim konsultativ mərkəzində cütlə iş prosesində evlənənə qədər ərin zərif
cinslə münasibətlərinin elə uğurlu alınmadığı artıq məlum olmuşdur. Oğlanın görüşmək
istədiyi qızlar ondan imtina etmiş, təklifini cavabsız qoymuşlar. Lağa qoyulmasını və ələ
salınmasını istəməyən oğlan sadəcə istehza və rişxənd obyekti olmamaqdan ötrü gözəl
olmayan qızlarla münasibət qurmuşdur. Oğlan onda elə bir xüsusi hiss doğurmayan, ancaq
bunun əvəzində təklifini müsbət cavablandıran, belə demək mümkünsə, səsinə səs verən,
qarşılıqlı surətdə reaksiya nümayiş etdirən həmin gənc qızların çox da gözəl olmadıqlarını
özü etiraf etmişdir. Əlbəttə, bütün bunlar oğlanda müəyyən komplekslər əmələ gətirmişdir.
Bir külçə kimi tapdığı qızla evlənən oğlan onu ələ keçirdikdən sonra iftixar hissinin ölçüsü
bilinməmiş, sevinci aşıb-daşmış, lovğalanmağa başlamış, sanki aləmə car çəkmək, son
dərəcə zərif və məlahətli görünən, eşidilməmiş və görünməmiş dərəcədə gözəlliyə malik
olan, hər kəsi heyrətə salan, xoş mənada təəccübləndirən arvadını hamıya göstərmək
istəmişdir. Oğlan ona necə gözəl bir xanım nəsib olduğunu qışqıraraq, var gücü ilə
çığıraraq, bar-bar bağıraraq bütün dünyaya demək istəmişdir. Oğlan son dərəcə valehedici
olan, görənləri heyrətləndirən gözəl bir qızın qismətinə düşdüyünü ilk növbədə öz
yaxınlarına göstərmək həsrətilə alışıb-yanmışdır. Onun belə arzuları sonradan qəribə bir
şəkil almış və cinsi meylinin təhrif edilməsilə nəticələnmişdir. Oğlanda «kandaulezizm»
adlanan bir parafiliya inkişaf etmişdir.
İndi ərin seksual oyanması və təmin edilməsi üçün arvadını çılpaq halda başqa
kişilərə göstərməsindən ibarət qeyri-adi bir tələbat yaranmışdır. Əvvəlcə bu ərin arvadını
dərin kəsiyi (döşündə açıq yeri) olan paltar və yaxud qısa yubka geyinməsinə nail olmaq
üçün onu tilə tutmasında ifadəsini tapmışdır. Əri belə açıq-saçıq geyimin ona çox
yaraşdığını, onu həddən ziyadə füsunkar və cazibədar göstərdiyini bildirməklə məqsədinə
nail olmuşdur. Sonra fotoqrafiyalarla son dərəcə maraqlanan gənc kişi öz arvadının erotik
pozalarda şəklini çəkməyə başlamışdır. Zaman keçdikcə çəkilən şəkillər daha açıq-saçıq
olmuşdur. Kişi fotoları tanışlarına göstərərək onları nümayiş etdirən zaman xüsusi bir həzz
almış, məmnunluq duymuşdur. Bu fakt arvadda narahatlıq, sıxılma, utanma və hərəkətlərin
məhdudlaşması kimi hallar doğurmuşdur. Lakin qadın ərköyünlənmiş ərinin nazını
çəkdiyindən, onun könlünü açan hərəkətlər etməyi xoşladığından özünün narahat olması
101
kimi hissini büruzə verməməyə çalışmış, ona bildirməmək üçün əlindən gələni etmişdir.
Qəlbi məhəbbətlə dolu olan arvad bunun ərinə xoş gəldiyini yaxşı bildiyi üçün güzəştə
getmiş, özünün narahatlığını göstərməməyə çalışmış və məqsədinə nail olmuşdur.
Növbəti addım axşam qonaqlıqlarından birində striptiz göstərməkdən ibarət
olmuşdur. Seksual tələbatının təmin edilməsi üçün ər onun dostlarının toplaşacağı axşam
qonaqlığında striptiz göstərməsindən ötrü öz arvadını dilə tutmuş, çox yalvar-yaxardan
sonra onu yola gətirə bilmişdir. Arvadında striptizin çox yaxşı alınacağına onu inandıra
bilən ər təklifinə razı salmağı bacarmışdır. Kompaniya artıq kifayət qədər qızışmış və çox
açıq-saçıq rəqslər başlamışdır. Bərk həvəslənmiş kişi öz gözəl arvadının əynindəki
paltarların hamısını çıxarmış, yalnız bir trusuda saxlamışdır. Əgər bu arvadın özü və
ətrafındakılar tərəfindən sadəcə əyləncəli zarafat, gülməli bir epizod, əhvali-ruhiyyənin
yüksək olduğu vaxtda yeni və maraqlı addım kimi qəbul edilmişdisə, ancaq kişi bunu
seksual fəaliyyətinə zəruri bir yanaşma olaraq dəyərləndirmişdir. Əlbəttə, qadının çılpaq
vəziyyətə düşməsi spirtli içki qəbulundan sonra erotik elementlərin qatıldığı bir zarafatyana
hərəkət kimi qarşılana bilərdi. Halbuki kişi baş verənləri öz fəaliyyətinə əsaslanma kimi
başa düşmüşdür. Bundan sonra kişi hər vasitə ilə olursa-olsun bu və yaxud digər
qonaqlıqda, ziyafətdə arvadının striptiz göstərməsini istəmiş, onu aramsız olaraq dilə
tutmuşdur.
Hər əyləncə gecəsində ər arvadından dostları üçün striptiz ifa etməyi tələb
etmişdir. Əri öz arzusuna belə bəraət qazandırmışdır ki, başqa adamların qarşısında
arvadının soyunmağa başladığını görəndə və digər kişilərin onun çılpaq bədəninə qeyri-adi
nəzərlər yetirdiyinə əmin olanda bundan olmazın dərəcədə oyanıqlıq əldə edir və seksual
meyli şiddətlənir. Arvad başqa kişilərin qarşısında soyunmağa başlayarkən ərinin
inanılmaz dərəcədə şadlandığına və onda güclü seksual meyl yarandığına şübhə etmirdi,
artıq buna bir neçə dəfə əmin olmuşdu. Ancaq özünə yaxın bildiyi kəslərin, hətta sevdiyi
adamın sifarişi əsasında tanımadığı kişilərin kompaniyasında soyunmaq, əlbəttə, arvadın
heç cür xoşuna gələ bilməzdi. Qəribə seksual marafonun apogeyi
110
ərin rəisinin doğum
günü oldu. Ər rəisinin şərəfinə axşam təşkil ediləcək qonaqlıqda arvadının büsbütün
soyunmaqla striptiz ifa etməsini istəmiş, onu dilə tutub buna razı salmışdır. Ərinin tam
soyunmaqla bağlı xahişini yerinə yetirmək arvada çox ağır gəlirdi. Ancaq əri iddia edirdi
ki, guya arvadının atacağı həmin addım nəinki onu seksual oyandıracaq, eyni zamanda
bütün xidmət yoldaşları yanında hörmətinin daha artıq olacağına, karyerasında
111
uğur
qazanacağına və vəzifəcə yüksələcəyinə kömək edəcəkdir. Ancaq arvadı sonra danışmışdır
ki, böyük ehtimalla bu adi bir şantaj olmuşdur. Əksinə, arvadın özünü büsbütün
çılpaqlaşdırmaqla striptiz göstərməsi ərinin bir yerdə işlədiyi yoldaşlar arasında olan-olmaz
hörmətini heçə endirə bilərdi. Sadəcə olaraq ərinin «karyerada uğur qazanmağıma imkan
yaratmadın», «mənsəbə çatmağım üçün təkan verə bilərdin» kimi bitib-tükənməyən
xülyaları qarşısında aciz qalan arvad güc-bəla ilə buna razılaşır. Lakin arvad nə qədər
çalışmasına baxmayaraq son anda nəfsinə üstün gəlməyi bacarmamış, təzəcə rəqs etməyə
başlayan anda hal-təbdən çıxaraq banket zalından qaçmışdır. Əri baş verənlərdən çox
dilxor olmuş, arvadının hərəkətini təhqir (həqarət) kimi qarşılamış, onun seksual arzusuna
ehtiramsızlıq və saymazlıq kimi dəyərləndirmişdir. Bundan sonra hər ikisinin intim həyatı
102
çox çətinliyə düşmüşdür. Yaranmış situasiyadan çıxış yolu tapmaqdan ötrü gənc adamlar
mütəxəssisə müraciət etməli olmuşlar.
Vaxtilə heç bir qız yaxın durmayan, lakin sonradan vəziyyətin dəyişməsi
nəticəsində qismətinə çox qəşəng bir xanım düşən kişinin öz həyat yoldaşının həqiqətən
məlahətli və valehedici olduğunu hər kəsə nümayiş etdirmək arzusuna görməmişlik
kandavlizmi deyilir.
Çox böyük ehtimala görə, ərdə kişi kollektivində özünü təsdiqləməyə
112
qarşısıalınmaz tələbat təzahür edir. Belə ər bunu yalnız öz seksual keyfiyyətləri hesabına
etməyə cəhd göstərir: «Əgər hamının təriflədiyi belə seksual qadın mənə gəlibsə, onda
özümü supermen hesab edə bilərəm. Axı, hər kəsi valeh etməyi bacaran belə gözəlçə ilə
məhz mən yatıram».
Belə hesab etmək qəbul olunmuşdur ki, kandavlizm aşkara çıxarılan kişi şüuraltı
olaraq natamamdəyərlilik kompleksindən əziyyət çəkir. Onun bütün dünyaya acığı,
hiddəti, hirsi, kini, qərəzi, qəzəbi özünü natamam dəyərli adam hiss etməsindən
qaynaqlanır. Kompleksli kişi istənilən üsulla özünü təsdiqləməyə can atır. Sahib olduğu
arvadının gözəl görünüşlü və cəlbedici çılpaq bədəni qısa vaxt ərzində güclü effekt
verməklə özünü təsdiqləmək üçün kifayət edir. Başqalarının diqqətini özünə çəkən arvadın
əri olması ona bu kompleksin öhdəsindən gəlməyə imkan verir, çatışmazlığı aradan
qaldırmaqda kömək edir. Buna görə ərin ətrafındakı adamların, xüsusən kişilərin onun
arvadını tərifləməsi xoş bir mənzərə yaradır, əhvali-ruhiyyəsinin yüksəlməsinə səbəb olur.
Kənar adamların füsunkar və cazibədar arvad barəsindəki tərifli, qızğın fikirləri, yüksək
qiymətləri, müsbət rəyləri kişinin istədiyinin cavabsız qalmaması, sanki səsinə səs
verilməsi kimi qavranılır. Bütün bunlardan halı xoş olan kişinin özünə inamı artır. Arvadın
tərifə layiq olmasını ehtiva edən fikirlər inkişaf edib dəyişərək kişidə məxsusi seksual
oyanma halına çevrilir, məhz bunun hesabına cinsi tələbatın yüksək səviyyədə təmin
olunmasına, olmazın dərəcə həzz bəxş etməsinə gətirib çıxarır.
Arvadının yataqdakı uğurlarına sevinən, onun başqa kişilərlə intim yaxınlığı
zamanı aktivlik tələb edilən hərəkətləri müvəffəqiyyətlə yerinə yetirdiyini kənardan
müşahidə edən kişinin mübtəla olduğu meyl pozğunluğuna uğurlara sevinmə kandavlizmi
deyilir.
Kandaulezizmin xas olduğu kişidə həmin qeyri-adi meyl məqamı gələndə
dərhal özünü büruzə verir. Fikrimizi əsaslandırmaq üçün rus saytlarından birində təsvir
edilmiş söhbəti xatırlayaq.
Bir kişi və onun arvadı universitetdə oxuduğu vaxt qəribə hadisə baş vermişdi.
Arvad haradasa üçüncü kursda özünün başına gələn qəribə qəziyyəni ərinə təfsilatı ilə
danışmışdı. Həmin vaxt onlar hələ evlənməmişdilər, sadəcə dostluq edirdilər. Tələbələr hər
tədris ilində universitetin poliklinikasında tibb komissiyasından keçməli olurdular. Növbəti
dəfə tibbi baxışdan keçmək üçün ginekoloqun kabinetinə daxil olan qız soyunmağa
başlayır – şalvar və trususunu çıxarır, yalnız corabları və koftası qalır. Yanındakı qapı
dəhlizə deyil, başqa kabinetə açılırdı. Qıza elə gəlir ki, həmin qapı ginekoloji kabinetin
prosedurlar üçün nəzərdə tutulmuş otağının qapısıdır. Belə bir qərara gəlmiş qız heç nədən
narahat olmadan soyunmaqda davam edirdi. Halbuki həqiqətdə qapı cərrahın kabineti idi
və orada tibbi baxışa gəlmiş ondan artıq tələbə vardı. Qapı açıq olduğundan yoldaşlar qızı
103
yaxşı görürdülər. Lakin qız bundan çox gec – dik durub başını qaldırarkən duyuq düşdü.
Uşaqlar səssiz-səmirsiz gözlərini ona zilləmişdilər. Həkimin stoluna yaxınlaşmaqdan və
açıq qapıya dalını, daha doğrusu çılpaqlaşdırdığı yumşaq yerini tutmaqla dönməkdən
başqa bir çıxış yolu qalmadığını yaxşı anlayan qız belə də edir. Ginekoloqun kartoçkanı
yazması təxminən üç dəqiqə çəkir. Həmin müddətdə qızın tələbə yoldaşlarının baxışları
onun çılpaq bədəninə tuşlanmışdı. Qız sonradan öyrənir ki, ona diqqətlə baxan uşaqlar eyni
fakultədə təhsil alan birinci kurs tələbələridir. Həkim qeydlərini yekunlaşdırdıqdan sonra
qız kresloya yaxınlaşır. Kreslo kabinetin qalan hissəsindən qalın şirma vasitəsilə ayrılmışdı.
İçərisinə parça çəkilmiş çərçivələrdən ibarət olan və asanlıqla bükülən həmin arakəsmənin
yanında soyunub-geyinmək lazım gəlirdi. Ancaq qız bunu çox gec görmüşdü.
Qız qəhqəhə ilə gülməklə söhbəti ərinə danışır. Ancaq arvadının gülməli
söhbətini dinləyən əri qeyri-adi və bir qədər anlaşılmaz hiss keçirir. Onda eyni vaxtda həm
qısqanclıq, həm də çox güclü oyanma yaranır. Qısqanclıq ehtiraslanmaya qarışıb qəribə
təsir bağışlayır. Belə təəccüblü həyəcanlanma ərin həyatında birinci dəfə baş verirdi. Kişi
bundan sonra nəyin ona xoş gəldiyini başa düşməyə başladı. Hər dəfə həmin hadisəni
xatırladıqca onun vücudunu qəribə hiss bürüyürdü.
Məşhur avstriyalı həkim və psixoanalitik, məhkəmə təbabəti eksperti, seksual
deviasiyalar tədqiqatçısı, nəhəng nəzəriyyəçi və klinisistlərdən biri, həmçinin dahi
Ziqmund Freydin ardıcılı İsidor Ayzek Zadger (Isidor Isaak Sadger)
113
belə bir hipotez irəli
sürmüşdür ki, kandavlist özünü məhz öz seksual partnyorunun bədəni ilə tamamilə
identifikasiya edir (eyniləşdirir), onun şüurunun dərinliyində özünü təzahür etdirir. Bu
barədə alman antropoloqu, etnomusiqişünası, psixoanalitik və seksoloqu Ernst Vilhelm
Yulius Bornemann (Ernst Wilhelm Julius Bornemann)
114
məlumat vermişdir. Sadəcə
Ernest Borneman (Ernest Borneman) kimi məşhur olan araşdırıcı 1984-cü ildə Hannibal
şəhərində dərc etdirdiyi «Məhəbbət leksikonu» («Lexikon der liebe») adlı əsərində həmin
məsələdən danışmışdır [1].
Yeniyetməlik
və
gənclik
illərində
seksual
meylin
realizasiyasının
istiqamətləndirilməsi baxımından uğursuzluq olması həyatın sonrakı dövründə istər-
istəməz özünün qaçılmaz nəticələrini ortaya qoyur. Bunu aydın başa düşmək üçün məşhur
ispan sənətkarı Salvador Dalinin (Salvador Dali) həyatına dair məlumata nəzər yetirmək
maraqlı olardı. Bu barədə kandavlizm formalarının təsnifatı mövzusunda ətraflı
danışılacaqdır.
Bir çoxlarının fikrincə, kandavlizm psixi kənarlanmadır. Belələrinin gəldiyi
qənaətə görə, psixikasında ciddi bir dəyişiklik olmayan adam belə nalayiq hərəkətə yol
vermək istəməz, bunu heç cür özünə sığışdırmaz. Həqiqətən kandavlizm bir psixopatoloji
vəziyyətdir, psixikada ciddi patoloji dəyişikliyin baş verməsilə səciyyələnən ayrıca bir
haldır. «Kandavlizm simptomokompleksi», «kandavlizm sindromu» kimi terminlərin
işlənməsi məhz bundan xəbər verir.
Kandavlizmin maniakal epizodlu bipolyar affektiv pozğunluq, şizofreniya və
digər psixi xəstəliklər zamanı rast gəlinə bilməsi nəzəri olaraq mümkündür, lakin konkret
olaraq ədəbiyyatda belə məlumatlar verilməmişdir. Bunun səbəbi kandavlizmin özünün
dərindən araşdırılmamasında və ona kifayət qədər yer ayrılmamasında axtarıla bilər.
104
Arvadın özünün xəbəri olub-olmaması, proseslərdə şəxsən iştirak edib-
etməməsi kandavlizmin ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün çox əhəmiyyətlidir.
Arvada münasibətdə yaranan kandaulezizm ağırlıq dərəcəsinə görə yüngül və ağır olmaqla
növbəti iki növə bölünür.
Əgər kandaulezistik təmayül arvadın özünün bilavasitə canlı olaraq iştirakı
olmadan həyata keçirilərsə, buna kandavlizmin yüngül forması, yaxd sadəcə yüngül
kandavlizm (candaulismus mitis) deyilir. Latınca mitis – yumşaq, yüngül deməkdir. Belə
hal başqa sözlə intakt kandavlizm də adlanır. Ona həmçinin sadə kandavlizm də deyilir.
Hətta bəzi mənbələrdə «mini-kandaulezizm» terminindən istifadə olunur. Bunu «cansız»
kandaulezizm, yaxud kandaulezizmin «cansız» forması kimi təsəvvür etmək olar. Yüngül
kandaulezizm zamanı ər müəyyən vasitələrdən istifadə edir. Odur ki, belə hal vasitəli
kandaulezizm də adlanır. Ona başqa sözlə dolayı kandaulezizm də deyilir.
Seksual partnyor olan qadının yalnız surətini və yaxud intim hərəkətlərinin yer
aldığı video görüntülərini başqa kişilərə göstərməklə məhdudlaşan hal kandavlizmin
yüngül forması hesab edilir. Bir çoxlarının gəldiyi qənaətə görə, yüngül kandavlizm
müalicə tələb etmir.
Əksər hallarda ər arvadının çılpaq şəkillərini və yaxud intim səhnələrin yer aldığı
video görüntülərini başqa kişilərə göstərməklə kifayətlənir. Kandaulezist kişi ən çox
fotoaparatdan (fotoqrafiya üçün), videokameradan (video görüntünü lentə almaq
məqsədilə) və başqa texniki vasitələrdən istifadə edir. Yüngül kandaulezizm dost, tanış,
qohum və yaxud tamamilə yad (özgə) olan kişiyə arvadını və yaxud seksual partnyor kimi
seçdiyi qadının (məşuqənin, daim əlaqə saxladığı fahişənin) fotoqrafiyalarını və yaxud
intim səhnələrin yer aldığı video görüntülərini nümayiş etdirməkdən ibarət olan cinsi
pozğunluqdur. Buna görə yüngül kandaulezizm özü iki növ olur: 1) surət kandaulezizmi;
2) video kandaulezizmi.
Arvadın surəti çıxarılmaqla başqa kişilərə göstərilməsindən seksual oyanma və
təminolunma yaranmasına surət kandaulezizmi deyilir. Surət kandaulezizmi özlüyündə iki
növə bölünür: a) portret kandaulezizmi; b) fotoqrafik kandaulezizm.
Arvadın çılpaq halda olan portreti hazırlanır, sonra başqa kişilərə göstərilir. Belə
yolla seksual tələbatın təmin edilməsinə portret kandaulezizmi deyilir. Portret
115
özü
kandavlist kişinin məqsədinə yetişməsi üçün onun karına gələ bilən vasitələrdən biridir.
Bəzən kişi arvadının çılpaq halda olan bədənini təsvir etməyi rəssamdan xahiş
edir. Bir çox hallarda özü rəssamlıq etməyi bacaran kişilər kandaulezistik meylini
reallaşdırmış olurlar. Böyük yaradıcı insanlarda məhz spesifik oyanma və ehtiraslanma
mexanizmi səbəbindən şedevrlər (şah əsərlər) meydana çıxdığını istisna etmək olmaz.
Yalnız fotoqrafiyaların göstərilməsilə məhdudlaşan kandavlizmə fotoqrafik
kandavlizm deyilir. Fotoqrafik kandavlizm öz çılpaq arvadının fotoqrafiyalarını kənar
şəxslərə göstərən kişinin bundan olmazın seksual həzz əldə etməsidir. Belə hallarda
fotoqrafiya
116
kandavlistin öz arzusuna qovuşması üçün istifadə etdiyi bir vasitədir.
Arvadın çılpaq halda fotosurəti çıxarılmaqla baş verən kandaulezizm barəsində
ədəbiyyatda kifayət qədər məlumat vardır. Bu zaman kişi aldığı fotoaparatla gizlincə,
yaxud aşkarda arvadının lüt şəklini çəkir, sonra onları başqa kişilərə, daha çox tanışlarına
göstərir və bundan seksual ləzzət əldə edir (şəkil 49).
105
Öz partnyoru olan qadının gözəlliyilə öyünmək üçün onun xəbəri olmadan
çılpaq halda və yaxud intim situasiyalarda çəkilmiş fotoqrafiyalarını başqa kişilərə, çox
vaxt tanışlarına göstərən ərin davranışı müəyyən mənada kandavlizmə çox oxşayır.
Şəkillərə göz yetirən kişilərin həmin qadını çox tərifləmələri, ona valeh olmaları ərin özünə
inamını gücləndirir. Çünki ər patriarxal adətlə özünü başdan çıxaran gözəlliyə malik
qadının sahibi, onun yiyəsi hesab edir. Füsunkar və zərif qadının həddən ziyadə valehedici
olması, ona görən hər kəsi məftun etməsi «sahibin» könlündə olmazın bir məmnunluq
doğurur [22].
Dostları ilə paylaş: |