Lidiya şahı Kandavla və onun arvadına həsr olunmuş məşhur əsərlərin
xronoloji ardıcıllıqla düzülüşü
Əsərin yaradılma tarixi
Əsərin adı və janrı
Əsərin müəllifi
Bizim eradan əvvəl V əsr «Tarix»
Halikarnaslı Herodot
(Herodotus)
20
Bizim eranın I–II əsrləri Müxtəlif əsərlər
Heroneyalı Plutarx
(Plutarchos)
Təxminən 1540–1550-ci
illər
«Şah Kandavl öz mənzilində arvadı
Nissiyanı Gigə göstərir» adlı yastı
mayolika formasında əsər
Anonim italyan keramisti
1646/1670-ci il
«Lidiya çarı Kandaules öz arvadını
Qiqesə göstərir» («King Candaules of
Lydia showing his wife to Gyges»)
Yakob Yordans (Jacob
Jordaens)
1674-cü il
«Şah Kandavl və hüquq magistri»
(fransızca «Le Roi Candaule et le
maitre en droit»
Jan de Lafonten (Jean de La
Fontaine; 1621–1695)
1675–1680-ci illər
«Kandaules gizlincə arvadını Qiqesə
göstərir» («La femme de Candaule
decouvre Gyges») adlı əsər
Eqlon Hendrik van der Ner
(Eglon Hendrick van der
Neer)
1683-cü il
«Kandavl – Giges» dialoqu
Bernar Le Bovye de
Fontenelin (Bernard le Bovier
de Fontenelle)
1720-ci illərin əvvəlləri
«Şah Kandavlın ölümü» («Death of
king Candaules») adlı naqqaşlıq əsəri
Covanni Battista Pittoni
(Giovanni Battista Pittoni)
1830-cu il
«Lidiya çarı Kandaules çarpayıda
uzanmağa hazırlaşan arvadını
gizlincə öz nazirlərindən biri Qiqesə
göstərir» («Candaules, king of Lydia,
shews his wife by stealth to Gyges,
one of his ministers, as she goes to
bed»)
Uilyam Etti (William Etty)
1841-ci il
«Şah Kandavl və Gig tablosu»
(fransızca «Tableau Le Roi Candaule
et Gyge spar»), yaxud «Heterasını
təklif edir» (fransızca «Hetaire
offerte»)
Jozef Ferdinand Buassar de
Buadenye (fransızca Joseph
Ferdinand Boissard de
Boisdenier)
1844-cü
ilin
oktyabr
ayının 1-dən 5-ə qədər
«Şah Kandavl» (fransızca «Le roi
Candaule») novellası
Pyer Jül Teofil Qotye (Pierre
Jules Theophile Gautier)
1848-ci il
«Şah arvadı Nissiya» (La reine
Nyssia»)
Jan Jak Pradye (Jean-Jacques
Pradier)
1850-ci il
«Lidiya çarı gizlincə öz gözəl
arvadını etibarlı dostu Qiqesə
göstərir» («Candaules, king of Lydia,
showing the beauty of his queen to
his confidant Gyges»)
Teodor Şasserio (Theodore
Chasseriau)
1855-ci il
«Şah Kandavlın arvadı» (fransızca
«La femme du roi Candaule»)
əsərinin eskizi
İler-Jermen-Edqar de Qa
(Hilaire Germain Edgar de
Gas)
21
1858–1859-cu illər
«Şah Kandavl» («Le Roi Candaule») Jan-Leon Jerom (Jean-Leon
Gerome)
1864-cü il
«Şah Kandavl haqqında mif»
(ingiliscə «The myth of king
Candaules», fransızca «Le mythe du
roi Candaule»), yağlı boya vasitəsilə
çəkilmiş 72,4 x 59,7 sm (28,5 x 23,5
v) ölçülərində olan şəkil
Şarl Dezire Yu (Charles
Desire Hue)
1865-ci il
«Şah Kandavl» operası
Mişel
Antuan
Floranten
Karrenin (Michel Antoine
Florentin Carre) librettosu və
Ejen Diasın (Eugene Diaz)
musiqisi əsasında
1868-ci il
«Şah Kandavl» baleti
Marius İvanoviç Petipa
1899/1901-ci il
«Şah Kandavl»
Andre Pol Giyom Jid (Andre
Paul Guillaume Gide)
1935–1936-cı illər
«Şah Kandavl»
Aleksandr
fon
Semlinski
(Alexander von Zemlinsky)
«Şah Kandavl» librettosu
Frans Bley (Franz Blei)
1951–1975-ci illər
«Zamanın musiqi sədaları altında
rəqs» («A dance to the music of
time») adlı silsilə
Entoni
Dimok
Pouell
(Anthony Dymoke Powell)
Şəkil 3. «Şah Kandavl öz mənzilində arvadı Nissiyanı Gigə göstərir». Təxminən
1540-cı ildən 1550-ci ilə qədər olan zaman arasında anonim italyan keramisti tərəfindən
yastı mayolika formasında yaradılmış əsər
22
Yunan filosofu, yazıçı, tarixçi, bioqraf və moralist Heroneyalı Plutarx
(Plutarchos)
36
məşhur Kandavl tarixi hadisəsini iki dəfə xatırlamışdır.
Təxminən 1540-cı ildən 1550-ci ilə qədər olan zaman arasında anonim italyan
keramisti tərəfindən yastı mayolika
37
formasında «Şah Kandavl öz mənzilində arvadı
Nissiyanı Gigə göstərir» əsəri yaradılmışdır (şəkil 3).
Şəkil 4. Yakob Yordans (Jacob Jordaens). «Lidiya şahı Kandavl öz arvadını
Gigə göstərir» (ingiliscə «King Candaules of Lydia showing his wife to Gyges»), 1646-cı
il.
Flamand barokkosunun görkəmli nümayəndələrindən biri, rəssam Yakob
Yordans (Jacob Jordaens)
38
«Lidiya şahı Kandavl öz arvadını Gigə göstərir» («King
Candaules of Lydia showing his wife to Gyges») adlı əsərini yaratmışdır (şəkil 4).
Mənbələrin bəzisində həmin əsərin 1646-cı ildə, digərlərində isə 1670-ci ildə yaradıldığı
23
göstərilir. Həmçinin əsərin adı bir qədər fərqli şəkildə göstərilir. Belə ki, bir çox
mənbələrdə əsər sadəcə «Lidiya şahı Kandavlın arvadı» adlandırılır.
1674-cü ildə fransız şairi Jan de Lafonten (Jean de La Fontaine; 1621–1695)
39
«Şah Kandavl və hüquq magistri» (fransızca «Le Roi Candaule et le maitre en droit»
əsərində məşhur süjetə istinad etmişdir. Bəzi mənbələrdə əsərin adı «Şah Kandavl və
qanunda usta» kimi göstərilir. Əslində «hüquq magistri»
40
və «qanunda usta» ifadələri bir-
birinə çox yaxın olsalar da, ancaq bunlardan birincisi orijinala çox yaxın olduğundan məhz
onun daha doğru olduğu qənaətinə gəlinir.
Hollandiya qızıl əsrinin görkəmli nümayəndəsi, niderland naqqaşı və
mənzərəçisi Eqlon Hendrik van der Ner (Eglon Hendrick van der Neer)
42
1675–1680-ci
illərdə «Kandavl arvadını gizlincə Gigə göstərir» («La femme de Candaule decouvre
Gyges») adlı əsərini yaratmışdır (şəkil 5). Mənbələrin bir qismində əsərin 1675-ci ildə
yaradıldığı bildirilir. Bundan başqa, yaradılmış əsərin adı mənbələrin bəzisində «Kandavlın
arvadı və Gig», digərlərində isə «Kandavlın yataq otağında» kimi göstərilir.
Şəkil 5. Eqlon Hendrik van der Ner (Eglon Hendrick van der Neer). «Kandavl
arvadını gizlincə Gigə göstərir» («La femme de Candaule decouvre Gyges»), 1675–1680-
ci illər
Fransız yazıçısı və alimi Bernar Le Bovye de Fontenelin (Bernard le Bovier de
Fontenelle)
42
1683-cü ildə «Kandavl–Giges» dialoqunu qələmə almışdır.
Müvəqqəti şahın səsli-küylü seksuallığı təsvir halında növbəti dəfə Venesiya
palatsosunun
43
tavanı altında göründü. Venesiya məktəbinin yetirməsi olmuş italyan
24
naqqaşı Covanni Battista Pittoni (Giovanni Battista Pittoni)
44
1720-ci illərin əvvəllərində
«Şah Kandavlın ölümü» («Death of king Candaules») adlı əsərini yaratmışdır (şəkil 6).
Şəkil 6. Covanni Battista Pittoni (Giovanni Battista Pittoni). «Şah Kandavlın
ölümü» («Death of king Candaules»). İtaliya. 1720-ci illərin əvvəlləri. 161 x 210 santimetr
ölçülərində olan, yağlı boya vasitəsilə çəkilmiş şəkil. 1923-cü ildən Sankt-Peterburqdakı
Dövlət ermitajında saxlanılır.
Bəzi mənbələrdə «Şah Kandavlın ölümü» əsərinin italyan rokokosu üslubunda
işləyən nəhəng rəssam, freska və qravüralar ustası, Venesiya məktəbinin axırıncı böyük
nümayəndəsi Covanni Battista Tyepolo (Giovanni Battista Tiepolo) tərəfindən yaradıldığı
qeyd edilməklə yanlışlığa yol verilir. Bunu üç səbəblə izah etmək olar. Birincisi, onların
hər ikisi Venesiya məktəbindən çıxmış sənətkarlardır. İkincisi, hər iki sənətkarın adları və
atalarının adları eynidir, yalnız soyadlarına görə seçilirlər. Üçüncüsü, C. B. Tyepolo
Venesiya Naqqaşlıq və Heykəltəraşlıq Akademiyasının prezidenti vəzifəsində çalışarkən
C. B. Pittoni onu əvəz etmişdir.
Növbəti rəssamlıq nümunəsi kimi ingilis naqqaşı Uilyam Etti (William Etty)
45
tərəfindən yaradılmış mənzərə xatırladıla bilər. Kolorist
46
kimi məşhur olan sənətkarın
yaradıcılığının başlıca mövzusu çılpaq qadın naturası olmuşdur. Onun tərəfindən 1830-cu
ildə ərsəyə gətirilmiş «Lidiya çarı Kandavl arvadı çarpayıda uzanmağa hazırlaşarkən onu
gizlincə öz nazirlərindən biri Gigə göstərir» («Candaules, King of Lydia, shews his wife by
stealth to Gyges, one of his Ministers, as she goes to bed») adlı əsər çox məşhurdur (şəkil
7). Bəzi mənbələrdə əsərin 1820-ci ildə yaradıldığı iddia edilir. Mənzərənin süjet xətti kimi
Herodotun «Tarix» əsərinin birinci kitabındakı səhnə xidmət göstərmişdir. Kandavl
cangüdəni Gigi evinə dəvət edir, yataq otağında gizlədir, arvadı Nisanı yatmağa
hazırlaşarkən ona göstərir. yağlı boyalarla çəkilmiş şəkil bəzi mənbələrdə belə bir adla
təqdim edilir: «Lidiya çarı Kandavl çarpayıda uzanmağa hazırlaşan arvadını gizlincə öz
cangüdəni Gigə göstərir». Çox vaxt onu qısaca olaraq belə adlandırırlar: «Kandavl öz
25
arvadını xəlvəti Gigə göstərir». Ancaq mənbələrdə əsərin ən qısa adının belə olduğu
deyilir: «Kandavlın ehtiyatsızlığı» («The imprudence of Candaules»). Əsər hazırda Böyük
Britaniyanın paytaxtı London şəhərinin bədii muzeyi olan «Britaniya Teyti» («Tate
Britain») qalereyasında saxlanılır.
Şəkil 7. Uilyam Etti (William Etty). «Lidiya çarı Kandavl arvadı çarpayıda
uzanmağa hazırlaşarkən onu gizlincə öz nazirlərindən biri Gigə göstərir» («Candaules,
King of Lydia, shews his wife by stealth to Gyges, one of his Ministers, as she goes to
bed»), 1830-cu il. 45,1 x 55,9 santimetr ölçülərində olan və yağlı boyalarla çəkilmiş şəkil.
Böyük Britaniyanın paytaxtı London şəhərinin bədii muzeyi olan «Britaniya Teyti» («Tate
Britain») qalereyasında saxlanılır.
Rəssam yaratdığı mənzərədəki süjetdən tamaşaçıların qadınların mülkiyyət
olmamasından və onların hüquqlarını pozan hər kəsin ədalətli şəkildə
cəzalandırılacağından ibarət əxlaqi dərs götürəcəklərinə ümid edir. Lakin öz fikir və
niyyətini aydınlaşdırmaq üçün rəssam bütün gücünü ortaya qoymur. Mənzərə 1830-cu ildə
Kral Akademiyasında sərgiyə qoyulur və dərhal şiddətli tənqidə məruz qoyulur,
pornoqrafik təsvirin və xoşagəlməz süjetin sinik (abırsız, ədəbsiz, utanmaz) kombinasiyası
kimi qavranılır, zorakılıq və amorallığın qarışdırılması kimi çox pislənilir, əxlaq
qaydalarına zidd olduğu bildirilir. Ancaq buna baxmayaraq incəsənət həvəskarı Robert
Vernon tərəfindən alınır və 1847-ci ildə millətə hədiyyə edilir. 1929-cu ildə mənzərə
«Teyt» qalereyasına satılır və hal-hazırda orada saxlanılmaqla nümayiş etdirilir.
Fransız romantik rəssamı və naqqaşı Jozef Ferdinand Buassar de Buadenye
(Joseph Ferdinand Boissard de Boisdenier)
47
tərəfindən 1841-ci ildə yaradılan «Şah
Kandavl və Gig tablosu» (fransızca «Tableau Le Roi Candaule et Gyge spar») çox
məşhurdur (şəkil 8). Mənbələrin çoxunda həmin əsər sadəcə «Şah Kandavl və Gig»
26
(fransızca «Le Roi Candaule et Gyge») adlandırılır. Ancaq mənbələrin bir qismində əsərin
adı belə göstərilir: «Heterasını təklif edir» (fransızca «Hetaire offerte»). Tabloya baxan
insan ruhlanır, özünü yazıb-yaratmağa təhrik olunmuş kimi hiss edir, sanki ona ilham
verilir.
Şəkil 8. Jozef Ferdinand Buassar de Buadenye (fransızca Joseph Ferdinand
Boissard de Boisdenier). «Şah Kandavl və Gig tablosu» (fransızca «Tableau Le Roi
Candaule et Gyge spar»), yaxud «Heterasını təklif edir» (fransızca «Hetaire offerte»),
1841-ci il
Fransız şairi və romantik məktəbin tənqidçisi Pyer Jül Teofil Qotye (Pierre Jules
Theophile Gautier) 1844-cü ilin oktyabr ayının 1-dən 5-ə qədər «Press» («La Presse»)
qəzetində beş felyeton şəklində dərc etdirdiyi «Şah Kandavl» (fransızca «Le roi
Candaule») novellasında Herodotu çox dəqiq təqib edir, onun fikirlərini əlində rəhbər tutur,
sadəcə olaraq hekayəyə (əfsanəyə) antik və Şərq koloriti qatır. Şah arvadının adının Nissiya
olduğu bizim eranın II əsrinin birinci yarısında yaşayıb-yaratmış yunan yazıçısı Hefestion
Ptolemeydən götürülmüşdür. Lakin novellada Nissiya baktriya satrapının qızı kimi təqdim
edilir, Gig isə cangüdəndən qvardiya komandanına çevrilir.
Herodotun süjetini inkişaf etdirən Qotye şah Kandavlın həyatı bahasına başa
gələn əməlini boş-boşuna şöhrətpərəstlik (şöhrət düşkünlüyü) kimi izah etməmiş, eyni
zamanda şahı bir estet, incəsənəti sevən insan, qeyri-adi gözəlliyi başqa adamlardan
gizlətməyi arzulamayan bir ehtiraslı şəxs kimi təsvir etmişdir.
Qotyenin novellasında şah arvadının təhqir olunmağa görə qisas alma arzusu
Herodotun əsərində olduğu kimi izah edilir. Lakin Qotye bədii effekti gücləndirmək üçün
yazırdı ki, Nissiya ərindən savayı heç kimin yanında üzü açıq gəzməmişdir. Çox böyük
ehtimalla qadının kişilərdən üzünü gizlətməsi Nissiyanın vətəninin adətlərinə uyğun gəlir.
Ancaq belə bir adət Kiçik Asiya üçün həddən artıq ciddi görünür.
Novella kütlə arasında müvəffəqiyyət qazanır. Növbəti il «Novellalar»
məcmuəsində dərc edilir. Sonralar daha bir neçə dəfə onun yenidən nəşr edilməsinə ehtiyac
yaranır.
27
«Şah Kandavl» haqqında fərəhlə rəyini bildirən Viktor Mari Hüqo (Victor
Marie Hugo)
48
Teofil Qotyeyə yazdığı məktubunda novellanın onu vəcdə gətirdiyini
çatdırmış, əsərə məftun olduğunu aşağıdakı sözlərilə ifadə etmişdir: «Möcüzəli gücünüzlə
sübut etdiniz ki, «romantik poeziya» adlandırılan bir şey günlərin birində bütün dahiləri
birləşdirir, yunan dühası başqa zəkalarla qovuşur. Sizin poemanızı oxuduqca hər anda
Günəşin valehedici şüalarını duyursan. Əlbəttə, bu çox gözəldir, olduqca yaxşıdır,
məftunedicidir».
Həmçinin fransız şairi, prozaik, tənqidçi, esseist və tərcüməçi, bütün sonrakı
Avropa poeziyasının inkişafına təsir göstərmiş simvolizm və dekadans estetikasının banisi
Şarl Pyer Bodler (Charles Pierre Baudelaire)
49
Teofil Qotyenin yaradıcılığı haqqında
etüddə novellaya yüksək qiymət verir. Fransız və dünya ədəbiyyatı klassiki Ş. P. Bodler
qeyd edir ki, «bundan daha çox işlənmiş, gələcəkdən daha artıq dərəcədə xəbər verən faciə
seçmək çətindir».
Novelladan ilhamlanan İsveçrə mənşəli fransız rəssamı və heykəltəraşı Jan Jak
Pradye (Jean-Jacques Pradier)
50
1848-ci ildə «Şah arvadı Nissiya» heykəlini yaratmışdır
(şəkil 9). Mənbələrin bir çoxunda sadəcə «Nissiya» («Nyssia») adlandırılır.
Şəkil 9. Jan Jak Pradye (Jean-Jacques Pradier). «Şah arvadı Nissiya» (La reine
Nyssia»), 1848-ci il. Mərmərdən hazırlanmış heykəl. Monpelye şəhərində İncəsənət
muzeyində saxlanılır.
Daha bir əsər fransız rəssamı Teodor Şasserionun
(Theodore Chasseriau)
51
1850-ci ildə yaratdığı «Lidiya şahı Kandavl gizlincə öz arvadını Gigə göstərir»
(«Candaules, king of Lydia, showing the beauty of his queen to his confidant Gyges»)
əsəridir (şəkil 10). Bəzi mənbələrdə əsər belə adlandırılır: «Lidiya çarı Kandavl gizlincə öz
gözəl arvadını etibarlı dostu Gigə göstərir».
28
Şəkil 10. Teodor Şasserio (Theodore Chasseriau). «Lidiya şahı Kandavl gizlincə
öz arvadını Gigə göstərir» (ingiliscə «Showing the beauty of his queen to his confidant
Gyges»), 1850-ci il
Fransız naqqaşı, impressionist hərəkatının ən görkəmli və orijinal
nümayəndələrindən biri İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas)
52
1855-
ci ildə «Şah Kandavlın arvadı» (fransızca «La femme du roi Candaule») adlı mənzərə
çəkməyi niyyət etmiş, lakin onun yalnız eskizini hazırlamışdır (şəkil 11). Bəzi mənbələrdə
eskizin 1855–1856-cı illərdə hazırlandığı qeyd edilir.
Şəkil 11. İler-Jermen-Edqar de Qa (Hilaire Germain Edgar de Gas). «Şah
Kandavlın arvadı» (fransızca «La femme du roi Candaule») əsərinin eskizi, 1855-ci il.
29
Fransız rəssamı, naqqaş və heykəltəraş, akademizm nümayəndəsi Jan-Leon
Jerom (Jean-Leon Gerome)
53
1858–1859-cu illərdə «Şah Kandavl» (ingiliscə «King
Candaules», fransızca «Le Roi Candaule») adlı əsərini yaratmışdır (şəkil 12). Əsəri bəzən
belə adlandırırlar: «Şah Kandavl öz gözəl həyat yoldaşını Gigə göstərir». Hazırda həmin
əsər Puerto-Rikoda Ponse incəsənət muzeyində saxlanılır.
Şəkil 12. Jan-Leon Jerom (Jean-Leon Gerome). «Şah Kandavl» (ingiliscə «King
Candaules», fransızca «Le Roi Candaule»), 1858–1859-cu illər, Puerto-Rikoda Ponse
incəsənət muzeyində saxlanılır.
Jan-Leon Jeromun əsərləri bəzən «neoyunan»
54
stilinə aid edilir. Mənbələrin
böyük əksəriyyətində əsərin 1859-cu ildə yaradıldığı göstərilir, ancaq cüzi bir qismində
onun 1858-ci ildə işıq üzü gördüyü qeyd edilir. Bunu nəzərə aldıqda əsərin yaradılma
tarixinin 1858–1859-cu illər kimi göstərilməsi daha məqsədəuyğun görünür.
«Şah Kandavl» əsəri Herodotun «Tarix» əsərindəki süjet əsasında yaradılmış bir
erotik kompozisiyadır. Rus yazıçısı, çoxlu sayda populyar əsərin müəllifi Aleksandr
Anatolyeviç Şestimirovun fikrincə, erotika situasiyanın tragizmini
55
yumşaltmağa çağırır.
Nəticədə həm tarixi süjet həvəskarlarında, həm də nyu janrının dəyərləndiricilərində Jerom
yaradıcılığı populyar olur (məşhurluq qazanır). Salonda müvəffəqiyyət qazanmasından
ruhlanan rəssam bundan İncəsənət məktəbində professor yerini almaq üçün yararlanmağa
cəhd edir, onlara müvafiq ərizə göndərir, lakin heç bir cavab almır.
30
Fransız rəssamı Şarl Dezire Yu (Charles Desire Hue)
56
tərəfindən 1864-cü ildə
yağlı boya vasitəsilə «Şah Kandavl haqqında mif» (ingiliscə «The myth of King
Candaules») adlı əsər yaradılmışdır (şəkil 13). Bəzi mənbələrdə əsər «Hökmdar Kandaules
haqqında mif», yaxud sadəcə «Şah Kandavl mifi» adlandırılır.
Şəkil 13. Şarl Dezire Yu (Charles Desire Hue). «Şah Kandavl haqqında mif»
(ingiliscə «The myth of king Candaules», fransızca «Le mythe du roi Candaule»), yağlı
boya vasitəsilə çəkilmiş 72,4 x 59,7 sm (28,5 x 23,5 v) ölçülərində olan şəkil, 1864-cü il
Fransız dramaturqu və librettisti Mişel Antuan Floranten Karrenin (Michel
Antoine Florentin Carre)
57
librettosu və Ejen Diasın (Eugene Diaz)
58
musiqisi əsasında
1865-ci ildə «Şah Kandavl» operası yaradılmışdır. Lakin elə bir xüsusi qiymət almamış,
çox müvəffəqiyyət qazanmadığı hesab edilmişdir.
Pyer Jül Teofil Qotyenin novellası əsasında məşhur fransız dramaturqu və
prozaiki, nəhəng miqdarda opera və balet librettolarının müəllifi Jül-Anri Vernua de Sen-
Jorj (Jules-Henri Vernoy de Saint-Georges)
59
tərəfindən yazılan libretto musiqiçilərin
diqqətini cəlb edir. İtalyan bəstəkarı Sezar Puni (Cesare Pugni)
60
tərəfindən bəstələnən
musiqiyə 1868-ci ildə Peterburq şəhərində Böyük Daş Teatrın səhnəsində Marius İvanoviç
Petipa
61
«Şah Kandavl» baletini oynayır.
Fransız yazıçısı, prozaik, dramaturq və esseist Andre Pol Giyom Jidin (fransızca
Andre Paul Guillaume Gide)
62
məlum mifin motivləri əsasında 1899/1901-ci ildə «Şah
31
Kandavl» pyesini yazmışdır. Andre Jidin pyesi əsasında Avstriya bəstəkarı və dirijoru
Aleksandr fon Semlinski (Alexander von Zemlinsky)
63
tərəfindən 1935–1936-cı illərdə
eyniadlı opera «Der König Kandaules» yaradılmış, lakin tamamlanmamışdır. Opera yalnız
1991-ci ildə dirijor Entoni Bomont (Antony Beaumont) tərəfindən orkestrləşdirilmişdir.
Ancaq əksər mənbələrdə librettonun 1992-ci ildən 1996-cı ilə qədər orkestrləşdirildiyi, ilk
dəfə 1996-cı ildə Hamburq şəhərində nümayiş etdirildiyi göstərilir.
Avstriya yazıçısı, tərcüməçi və ədəbi tənqidçisi Frans Bley (Franz Blei)
64
tərəfindən fransız dilindən tərcümə əsasında bir alman librettosu yaradılmışdır. Libretto şah
Kandavl haqqında deyilənləri faktik olaraq təkrarlamış, lakin tarixi hadisələri daha
pedantik
65
və rasional
66
şəkildə açıqlamışdır.
İngilis yazıçısı, romanist Entoni Dimok Pouell (Anthony Dymoke Powell)
67
1951-ci ildən 1975-ci ilə qədər 12 cilddə «Zamanın musiqi sədaları altında rəqs» («A
dance to the music of time») adlı silsiləsini dərc etdirmişdir. Əsər məşhur fransız rəssamı
Nikola Pussenin (Nicolas Poussin) mənzərəsi əsasında belə adlandırılmışdır. Yazıçının
məhz həmin əsəri ona daha çox məşhurluq gətirmişdir. Əsərdə diqqət yetirilən
mövzulardan biri kandavlizm olmuşdur. Vuayerizmlə qovuşmuş kandavlizm mövzusunun
romanlar ardıcıllığından keçdiyini sezməmək mümkün deyildir. Yazıçının uydurduğu
personaj, baş cinayətkar, yaramaz Kennet Uidmerpul (Kenneth Widmerpool) arvadı öz
məşuqu ilə yaxınlıqda olarkən onu müşahidə edir.
Bundan başqa, xeyli sayda filmdə şah Kandavl və onun arvadı canlandırılmış,
kandavlizmin mahiyyəti açıqlanmışdır.
Tarix boyu kandavlizmə mübtəla olmuş kişilər haqqında danışanda şah
Kandavlın ardınca daha bir neçə məşhur tarixi şəxsiyyətin adını çəkmək lazım gəlir.
Hökmdar, rəssam, boyakar, peyzajçı (mənzərəçi)
68
, heykəltəraş, yazıçı, şair, bəstəkar,
müğənni, aktyor, kinorejissor, ssenarist, siyasətçi və başqa kişilər arasında kandavlizm
dəfələrlə qeydə alınmışdır. Buradan belə bir nəticə hasil olur ki, bir-birindən fərqli ixtisaslar
üzrə çalışan kişilər kandavlizmdən əziyyət çəkə bilərlər.
* * *
Tarix boyu bir çox hökmdarlarda, maddi imkanının geniş olmasına görə
seçilmək istəyən təkəbbürlü kişilərdə öyünmə kandavlizmi olmuşdur. Hətta bəzi hallarda
kişi arvadına bir «əşya» kimi yanaşmış, onun çılpaq bədənini yad adamlara göstərmək
lazım gələndə əmrinin dərhal yerinə yetirilməsini istəmişdir. Çox nadir hallarda arvadın
qeyri-adi təklifi yerinə yetirməkdən boyun qaçırması qüdrətli və imkanlı kişinin nüfuzuna
xələl gətirmişdir. Buna parlaq bir nümunə olaraq Vaştinin başına gələnləri xatırlaya bilərik.
Əhəmənilər sülaləsindən olan fars şahı Artakserks (I Kserks) bizim eradan əvvəl
486–465-ci illərdə hakimiyyətdə olmuşdur. Qədim fars dilində «Xsayarsa» sözü hərfi
mənada «qəhrəmanlar padşahı», yaxud «şahlar arasında qəhrəman» deməkdir. 36 yaşı
olanda taxt-taca çıxmışdır. Yəhudi mənbələrində Ahaşveroş kimi tanınır.
Ester kitabında (The book of Esther) qeyd edilir ki, Ahaşveroş fars taxt-tacının
qanuni varisi deyildi. Lakin varlı və güclü olduğundan xalq arasında yaxşı təəssürat yarada
bilmiş və bütün Persiya torpaqlarında öz hökmranlığını bərqərar etmişdir. Ahaşveroş bir
32
neçə uğurlu müharibə aparmış, nəticədə 127 əyalətdən ibarət olan və Hindistandan
Efiopiyaya qədər uzanan nəhəng bir imperiya üzərində padşahlıq etmişdir. Ahaşveroş
Nevuxadnesarın nəvəsi və axırıncı fars şahı Belşasarın qızı Astin ilə evlənmişdir. Astin
yəhudi dilində Vaşti adlanır. Həmin söz hərfi mənada «arzu edilən arvad», «sevilən
xanım» deməkdir.
Şəkil 14. Fars şahının (böyük ehtimalla Kserksin) şəkli olan barelyef. Persepolda
şah sarayı
Şəkil 15. Lülə halında bükülmüş kağız formasında olan Ester kitabı. XIII/XIV
əsr. Ənənəvi olaraq hər iki tərəfdən deyil, yalnız sol tərəfdən diyircəyə (çarxa) bərkidildiyi
görünür.
Ahaşveroş möhkəm, sarsılmaz və mətanətli bir adam olmuş, dəmir əllərilə öz
şahlığını müvəffəqiyyətlə idarə etmiş, gəldiyi qəti qərarın yerinə yetirilməsinə nail olmuş,
xəyanətdə şübhələndiyi hər hansı şəxsi dərhal edam etdirməkdən çəkinməmişdir. Hətta
yəhudilər tərəfindən Yeruşalaimdə (Qüdsdə) «Allah evi»nin tikintisini dayandırmışdır.
Xatırladaq ki, Əhəmənilər sülaləsindən olan, qədim fars dilində Kuruş, digər mənbələrdə
Koreş adlandırılan fars şahı Böyük II Kir yəhudilərə Bet-Amikdaşı yenidən inşa etmələrinə
icazə vermişdi. Yəhudilərin hiyləgər düşmənləri olan şomronit və ammonitlər həmin
33
qərarın ləğvi yolunda aramsız kampaniyalar aparmış, vəziyyətin dəyişməsindən həmişə
yetərincə yararlanaraq yenə məqsədlərinə nail olmuşdular.
Şəkil 16. Padşah arvadı Vaşti
«Allah evi»nin inşasını dayandıran Ahaşveroş bir qədər narahat olmuşdur.
Hökmdar yəhudi dövlətinin və Yeruşalaimdəki məbəd tikintisinin bərpasının onun
imperiyasının dayaqlarını laxlada biləcəyindən ehtiyat etmişdir. Buna görə şah həmin
yetmiş illik müddətin başa çatmasını səbrsizlik və həyəcanla gözləmişdir. Ahaşveroş
hakimiyyətdə olduğu üçüncü ildə qərara gəlir ki, axırıncı yəhudi şahlarından olan
Yexoniyanın (ivrit dilində «Yehoyaxin» sözü hərfi mənada «Allah tərəfindən qoyulmuş»
deməkdir) qovulmasından sonra təyin edilən yetmiş illik müddət artıq başa çatmışdır.
Halbuki təqvimə görə, həmin hadisədən 67 il keçmiş, hələ üç il qalmışdır. Sadəcə olaraq
Ahaşveroş qədim adətə əsaslanaraq hökmranlığın natamam ilini bütöv il olaraq hesab
etmişdir. Beləcə Yerusalim məbədinin bərpası dayandırılmış oldu. Şah həsrətlə gözlədiyi
müddətin başa çatdığını və onun üçün heç bir xoşagəlməz hadisənin baş vermədiyini görüb
yəhudi peyğəmbərlərinin bu məsələdə səhvə yol verdiklərini düşünmüş və arzuladığı
günün yetişməsini təntənəli surətdə qeyd etməyə qərar vermişdir. Möhtəşəm ziyafətin düz
180 gün keçirilməsi nəzərdə tutulmuşdur. Bütün prinslər (şahzadələr), zadəganlar (əyanlar)
və yüksək çinli məmurlar təntənəli qonaqlığa dəvət olunurlar. Fars şahının əyləşdiyi
sarayın bütün zənginliyi bu ziyafətdə geniş göstərilir.
Təmtəraqlı ziyafətin sonunda Ahaşveroş Şuşanın bütün əhalisi üçün yeddi gün
ərzində xüsusi banket təşkil edir. Kütlənin rəğbətini qazanmaq məqsədini güdən banketdə
sadə insanlara fəxri yerlər təqdim olunur, onların çox kiçik arzuları belə dərhal yerinə
yetirilir. Yəhudilər də həmçinin şah qonaqlığına dəvətlilər sırasında idilər. Lakin «Əhdi-
Ətiq» personajı Mardoxey (ivritcə Mordexay) haram yeməklə və şərabla yoldan
çıxarılmamaqdan ötrü yəhudiləri saraya getməməyə inandıra bilir. Buna baxmayaraq
yəhudilərdən bir çoxu başdan çıxaran şeylərin cəzbedici qüvvəsi qarşısında aciz qalaraq
34
Mardoxeyin fikri ilə razılaşmır, onun xəbərdarlığına məhəl qoymurlar. Ziyafətə təşrif
buyuran yəhudilər şah stolunu bəzəyən əşyalar arasında Bet-Amikdaşın müqəddəs
qablarını və yeməkxana ləvazimatlarını gördükdə bundan dəhşətə gəlirlər. Ancaq dala
qayıtmağın yersiz olduğunu fikirləşən yəhudilər digər qonaqlarla bir yerdə qalaraq
şənlənirlər.
Ahaşveroş hörmətli qonaqlarını qəbul edən vaxt onun arvadı Vaşti də öz
apartamentində (son dərəcə qəşəng və kifayət qədər böyük olan otağında) qadınlar üçün
bal (rəqs gecəsi) təşkil edir. Banketin yeddinci günü aramsız içdiyi şərabın təsirindən dili
açılan Ahaşveroş öz var-dövləti, rəhbərlik etdiyi nəhəng imperiyası haqqında danışmaqla
öyünür, üstəlik bir yastığa baş qoyduğu arvadının gözəlliyini göylərə qaldırır, füsunkarlıq
və cəlbedicilikdə onun tayı-bərabəri olmadığını əminliklə bəyan edir. Özünü öyən,
lovğalığından yerə-göyə sığmayan Ahaşveroş sözlərinin doğru olduğunu sübut etməkdən
ötrü xidmət edən yeddi xədimi (Mequman, Bizfe, Xarbon, Biqfe, Avaqfe, Zefar və
Karkas) Vaştinin dalınca göndərir, onun bütün gözəllik və əzəmətini qonaqlara göstərmək
üçün məclisə təşrif buyurmasını bildirir. Məclisdəki knyazlara göstərilməkdən ötrü əyninə
heç bir şey geyinmədən, yalnız başına şah çələngi qoymaqla gəlməsindən ibarət amoral
əmrin xidmətçilər tərəfindən arvada çatdırılmasından sonra vəziyyət dəyişir. Vaşti bundan
dəhşətə gəlir, ərindən çox inciyir və hər zaman bildiyini edən şahın ağılsız fərmanını yerinə
yetirməkdən imtina edir. Ziyafətə çılpaq halda çıxa bilməyəcəyini bəyan edən şah arvadı
deyir: «Sən şahsan, ancaq unutma ki, bir vaxtlar mənim atamın yanında mehtər olmusan.
Atamın Navuxadnesar olduğunu gərək unutmayasan. Mənim atam bir vedrə spirt içdiyi
halda, heç vaxt sərxoş olmazdı, ancaq sən azca çaxır içən kimi artıq özündə deyilsən».
Əslində həqiqət olan belə sözləri eşitmək şaha ağır gəlir. Hökmdar bunu qaba hərəkət,
ədəbsizlik kimi qəbul edir, kobudluğa görə onun cəzalanmasını ürəyindən keçirir. Əmrinin
icra olunmamasından azğınlaşan, bundan bərk qəzəblənən Ahaşveroş birdən qanunun
aliliyini, məhz onun daim hökmran olduğunu yadına salır. Ahaşveroş qəbul edilə bilməyən
əmr verdiyini, öz hökmranlığını legitimlik riskinə məruz qoyduğunu fikirləşir, qanun və
hüquqa görə necə hərəkət etməli olduğunu soruşur. Şah Vaştini itaətsizlik (tabe olmama)
üstündə mühakimə etməyi öz müdrik adamlarından (əllamələrindən) xahiş edir.
Vəziyyətin qəlizləşməsini istəməyən əllamələrdən biri, rabbi Yossi bar Hanina
belə bir cavab verir: «Şah arvadının bədəni cüzam səpkilərilə örtülü olduğundan özünü
çılpaqlaşdırmaqdan utanmış və yalnız buna görə lüt halda içəri girərək şahı pərt etmək
istəməmişdir». Mişnanın ağıllı adamları başqa bir izah verirlər: «Mələk Qabriel elə edib ki,
ziyafətdə olduğu müddətdə Vaştinin quyruğu çıxıb, buna görə xanım soyunmaqla hörmətli
qonaqlar arasına çıxmaqdan utanıb». Əlbəttə, bunların heç biri dəlisov şahın ağlına bata
bilməzdi.
Ancaq müdrik olduğuna şübhə edilməyən insanların xeyli qismini qanunilikdən
və yaxud əxlaqilikdən çox şahlığın mövcudluğu narahat edir, belələrini hökmdarlığın
davam etdirilməsi daha artıq dərəcədə maraqlandırır. Buna görə özlərini ağıllı sayan həmin
yaramazlar Vaştinin niyə çılpaq halda məclis iştirakçıları önünə çıxmaqdan imtina
etməsinin səbəbini soruşurlar. Onlar bəyan edirlər ki, şah arvadı iştirakçılar arasında
seksual intizamsızlıq atmosferinin, əxlaqsızlıq və pozğunluq ab-havasının meydana
35
çıxmasına imkan verə biləcək bir məclisin təşkil edildiyini özü şəxsən qabaqcadan
bildiyinə görə qeyri-adi təklifə hazır olmalıydı.
Şah hüquq məsləhətçisi Baqasa müraciət edərək ondan yol göstərməsini xahiş
edir. Mənşəcə fars olan Baqas çağırışı sevinclə qəbul edir və yaranmış böhranı həll etmək
üçün yaradıcı hüquqi qərar tapılmasından ötrü zamana ehtiyac olduğunu bildirir. Lakin
ondan fərqli olaraq Memuxan adında kiçik bir məmur tez tərpənir. Həmin vaxtlar heç kim
tərəfindən tanınmayan yəhudi şaha ədalətin lazım gəlmədiyini, əksinə, onun öz amoral
əmrinin haqlı olduğunu istədiyini tez anlayır və bundan yararlanmağa başlayır. Memuxan
öz fikrini söyləməyə cürət edən yeganə məsləhətçi kimi şahın diqqətini cəlb edir. Məmur
Vaştini vəzifəsindən çıxarmağı, yubanmadan onu saraydan uzaqlaşdırmağı məsləhət görür,
fikrini belə əsaslandırır ki, digər qadınlar Vaştidən nümunə götürərək öz ərlərinə itaətsizlik
göstərə bilərlər. Hökmdarın qəlbinə yol tapdığına şübhə etməyən məmur əminliklə
Vaştinin təkcə şah qarşısında deyil, bütün knyazların qabağında və hökmranlığın əhatə
etdiyi ərazidəki xalqın önündə günah işlətdiyini, bunun başqa qadınlara pis örnək
olduğunu, əgər vaxtında tədbir görülməsə, itaətsizliyin başqa sahələrə, hətta orduya sirayət
edə biləcəyini söyləyir. Məmurun mühakiməsinə görə, şahın sözünə qulaq asmayan, onun
əmrini kənara qoyan bir qadınla ünsiyyətin davam etdirilməsi özünə hörmətsizlik kimi
qarşılana bilər. Nəticədə ərinə saymazlıq göstərən Vaştini dərhal saraydan rədd edib onun
yerinə başqa bir gözəl qadının gətirilməsi məsləhəti verilir. Sonralar Aman kimi
məşhurlaşacaq həmin məmurun sözləri dəlibaş şahın ağlına girir. Bundan sonra Aman
şahın sevimlisinə çevrilir. Şahın əmri ilə Vaştinin şah arvadı titulu əlindən alınır.
Ahaşveroşun gözəl arvadı dərhal edam edilir.
Şəkil 17. Konrad Vits
69
. Artakserksin önündə əyləşən Esfir. Təxminən 1434–
1435-ci illər. Bazel bədii muzeyində saxlanılır.
Bundan sonra bütün ərazi boyunca şah üçün layiq arvad axtarışına başlanılır.
Nəhəng imperiyanın bütün yerlərindən ən gözəl qadınlar şahın sarayına göndərilir. Şah
tərəfindən Vaştinin yerinə arvad olaraq seçilməkdən ötrü qızlar növbəyə düzülürlər. Bir
qədər əvvəl barəsində qısa məlumat verilmiş Mardoxeyin həddən artıq gözəl, məlahətli və
şəfqətli bir qohumu vardı. Binyamin nəslindən olan Avixaylın qızı Ester erkən yaşlarından
ata-anasını itirir. Mənbələrdə Adass, yaxud Yesfir kimi təqdim edilən, ivrit dilində Ester
adlandırılan yetim qız əmisi Mardoxeyin yanında qalır və onun doğma övladı kimi tərbiyə
36
edilir. Saraya göndərilən gözəlçələr arasında Ester də olur. Mardoxey qıza özünün yəhudi
mənşəli olduğunu gizlətməyi məsləhət görür, yalnız bu sirri aça biləcəyi məqam yetişəndə
onu deməyi tapşırır. Esterin cazibədarlığı və gözəlliyi qarşısında özünü itirən, heyran olan
şah onu özünə arvad seçir. Beləcə təxminən dörd ildən sonra Vaştinin yerini Esfir tutur.
Ester vəfalı yəhudi qızlarını əhatəsinə yığır, sirri kənara çıxartmamağı onlardan tələb edir.
Şəkil 18. Fransisk Smuqleviç. Ester Artakserksin önündə, 1778-ci il
70
Şəkil 19. Teodor Şasserio. «Esfirin bəzənməsi» (fransızca «La toilette
d’Esther»)
71
. Luvr muzeyində saxlanılır.
Arvadının məsləhəti əsasında Mardoxey şahın məsləhətçisi olur və tez-tez onun
sarayına gedir. Çox keçmədən iki kamergerin (saray xadiminin) şahın həyatına qəsd etmək
fikrinə düşdüyünü aşkara çıxaran Mardoxey xəbəri Esterə söyləyir. Arvad hazırlanmış sui-
37
qəsd planı haqqında məlumata şaha çatdırır, onu xəbərdar edir. Həqiqətən belə bir
cinayətin düşünüldüyü təsdiqlənir və sui-qəsdçi əlbirlər asılır. Adətə görə, baş verən bütün
hadisələr şah salnaməsinə yazılır.
Fars imperiyası ərazisində yaşayan yəhudilərin məhv olunmaqdan xilas
edilməsini yaddaşlarda hifz etməkdən ötrü «purim» adlı bir bayram keçirilir. Akkad dilində
«puru» sözü hərfi mənada «bəxt», «qismət», «nəsib», «tale» deməkdir.
Maraqlı olduğu nəzərə alınaraq bir qədər ətraflı şərh edilən tarixi hadisədə şahın
öz qarşısıalınmaz kandavlistik meylini həyata keçirməkdən ötrü hər cür imkanından
yararlanmağa çalışdığı, həmçinin şərabın buna təkan verdiyi dərhal aydın nəzərə çarpır.
* * *
Dünyanın məşhur kandavlistlərindən biri Fransalı Lüdovik (Louis de France)
olmuşdur. Onu tarixdə I Lüdovik (Louis de I), yaxud Orlean Lüdoviki (Louis d’Orleans)
kimi tanıyırlar. Orlean hersoqlarının (Duc d’Orleans)
72
ikinci kreasiyasının
73
birinci
nümayəndəsidir. Bəziləri Fransalı Lüdovik deyən kimi dərhal XIV Lüdoviki nəzərdə
tutmaq istəyərlər, lakin onlar ayrı-ayrı şəxslərdir
74
.
Şəkil 20. Milanlı Valentinanın sağ ikən çəkilən portreti
38
Birinci Lüdovik 1372-ci ilin 13 martında doğulmuşdur. Orlean Lüdoviki arvadı
Valentina Viskontinin (Valentina Visconti) gözəlliyilə fəxr etmiş, onu başqalarına
göstərmək imkanını əldən vermək istəməmişdir.
Şəkil 21. Valentina Viskontinin təxminən 1386-cı ildə çəkilən portreti
Valentina 1371-ci ildə Milanda dünyaya gəlmişdir. Bəzi mənbələrdə onun
1366-cı ildə dünyaya gəldiyi göstərilir. Milanın birinci hersoqu Gian Galeatso Viskonti
(Gian Galeazzo Visconti) və fransız prinsessası İzabella Valuanın (Isabelle de France)
yeganə qızı olmuşdur. Lakin şahzadə xanım növbəti doğuş vaxtı ölmüş, Valentina erkən
anasız qalmış, Paviyada öz nənəsi Byanka Savoyskayanın yanında tərbiyə almışdır. Çox
gözəl oxumuş, əla təhsil almış və nəhəng məbləğdə cehizlə təchiz edilmişdir. Valentina
Avropanın ən çox arzu edilən gəlinlərindən biri olmuş, dörd dəfə nişanlanmışdır. Öz siyasi
mövqeyini möhkəmləndirməkdən ötrü atası onu rəsmi olaraq «Sevgili» («Ou le Bien-
Aime») ləqəbi verilmiş, 1380-ci ildən Fransa kralı olmuş Ağılsız VI Karlın (Charles VI le
Fol) kiçik qardaşına ərə getməsinə razılıq vermişdir. 1386-cı ilin 25 noyabrında böyük
şərtlər daxilində nikah müqaviləsi bağlanmışdır. Lakin qızının hələ ailə qurmaq üçün
yaşının çox erkən olduğunu görən atası onu Milanda yubatmağa qərar vermişdir. Toy
mərasimi yalnız 1387-ci ilin 8 aprelində Milanda olmuşdur. Əslində vaxtın uzadılmasında
bir kələk vardı, burada heç də erkən ərə vermənin qarşısını almaq deyil, nikah
müqaviləsinin dəyişdirilməsinə cəhd edilməsi məqsədi güdülmüşdür. Çünki Milan hersoqu
yeni arvadı Katerina Viskontinin (Caterina Visconti) ona bir oğlan doğacağına və bununla
əlaqədar olaraq nikah müqaviləsində dəyişiklik etməyə imkan qazanacağına ümid
bəsləyirdi. Həqiqətən 1388-ci ilin 7 sentyabrında Valentinanın qardaşı Covanni Mariya
39
Viskonti (Giovanni Maria Visconti) doğulur və mirasın ötürülməsi baxımından nikah
müqaviləsində müvafiq müddəanın dəyişdirilməsi, ona yenidən baxılması zərurəti yaranır.
1389-cu ilin 17 avqustunda nikah mərasimi Melyonda baş tutur. Valentina ər evinə misli
görünməmiş bir cehizlə yola salınır. Gənc cüt bir müddət Vensen şəhərində yaşamağa
qərar verir. Həmin dövrdə Valentina üç uşaq doğur, lakin körpələrdən ikisi vaxtından əvvəl
ölür.
Ağılsız VI Karlın sarayında Valentinanın günü yaxşı keçmir. Çünki kralın
arvadı İzabella Bavarskaya (fransızca Isabeau de Baviere) gəlinlə heç cür yola getmək
istəmir. Çox vaxt Yelizaveta Bavarskaya (almanca Elisabeth von Bayern), yaxud sadəcə
İzabo (Isabo) adlandırılan kral arvadı, onun ana tərəfdən qohumları (dayısı və xalası
uşaqları) Valentinanı sarayda görmək istəmirlər. Tarixçilər bunu izah edərkən iki səbəb
göstərirlər. Birinci səbəb odur ki, Karl öz gəlininə simpatiya bəsləmiş, Valentinaya ayrıca
diqqət yetirmiş, onun belə münasibətini bəyənməyənlərin üstünə nifrətlə getmişdir. Kral
gəlinini «sevimli bacısı» hesab etmiş, saray mərasimlərinin hamısında onun həmişə
yaxından iştirakını tələb etmişdir. Kralın gəlini belə üstün tutması, ona xüsusi hörmət
bəsləməsi, daim diqqət yetirməsi, xətrini əziz tutması saray adamlarının ürəyincə ola
bilməzdi. Buna görə Valentinanı sarayda əhatə edən insanlarda ona qarşı paxıllıq, həsəd
yaranmışdır. İkinci səbəb budur ki, gəlinin saraya gəlməsindən sonra kral arvadı
İzabellanın Birinci Lüdoviklə münasibətlərində əngəl yaranmışdır.
Gəzən şayələrə görə, Valentinanın əri ilə kral arvadı İzabella arasında roman
(eşqbazlıq) yaşanırdı. Birinci Lüdovik kral arvadının qaynı (ərinin qardaşı) olmasına
baxmayaraq onlar sevişirdilər. İfritə İzabella Valentinanı ərinə qarşı sui-qəsd təşkil
etməkdə və onu tilsimləməkdə günahlandırırdı. Kral arvadı ərinin başını belə fikirlərlə
durmadan doldururdu ki, gəlin taxt-tacın Orlean Lüdovikinə keçməsindən ötrü canfəşanlıq
edir. Hətta arvad müəyyən arqumentlər gətirməklə fikrini əsaslandırmağa çalışırdı. Belə ki,
Valentinanın atası bir vaxtlar öz dayısını taxtdan salmışdır. Onun dayısı kral arvadının
babası olduğundan köhnə ədavət lap qızışmışdı. Hətta kral arvadının sonrakı antimilan
siyasətini məhz bununla əlaqələndirirlər. Valentina dofini
75
zəhərli alma ilə zəhərləməyə
cəhd göstərməkdə və cadugərlikdə günahlandırılırdı. Gəlini görən kimi kralın əhvalının
yaxşılaşması cadu nəticəsində əmələ gələn xəta kimi dəyərləndirilirdi. Həqiqətən
Valentinanın və yaxud onun ərinin yanında kralın əhvali-ruhiyyəsinin düzəlməsi, özünü
dərhal yaxşı hiss etməyə başlaması açıq-aşkar görünürdü və kənardakılar bunu qısqanclıqla
qarşılayırdılar. Buna görə Valentinanın ayağına cadugərlik (ovsunçuluq, sehrbazlıq) və
qara magiya yazırdılar. Ağılsız kralın hər yeni tutmasından sonra gəlinə nifrətin ölçüsü
artırdı.
Yaranmış mübahisələrdən sonra Valentina Parisdən Sent-Pol şəhərinə qovulur.
Arvadını düşmənlərindən qorumaqdan ötrü Lüdovik 1396-cı ilin martında Asnierə köçür.
Orada olduqları müddətdə Valentina daha dörd uşaq doğur. Lüdovik Bluadakı qəsrini
genişləndirir və möhkəmləndirir. Təxminən 1400-cü ildə Valentina asnierdən Bluaya
köçür. Qəsr mürəkkəb coğrafi ərazidə olduğundan (hökmdarın düşmənləri sayılan
Burqund hersoqlarının malikanələrinin yaxınlığında yerləşdiyindən) Valentinanın əri oranı
əsl qalaya çevirir. 1402-ci ildə Valentinanın atası taun xəstəliyindən dünyasını dəyişir,
onun dul qalan arvadı Katerina Milan hökumətini idarə etməyə başlayır.
40
Siyasi situasiyanın mürəkkəb olması və hakimiyyət uğrunda mübarizənin
kəskinləşməsi ilə əlkaqədar olaraq ağılsız kralın adından hakimiyyəti idarə etmək
imkanından yararlanmaq fikrinə düşən Lüdovik kral arvadı İzabella ilə müqavilə bağlayır.
Onların məhəbbət əlaqələri davam etdiyindən kral arvadı razılıq verir. Lüdovik burqundlar
əleyhinə mübarizədə ona kömək edir. 1407-ci ilin 23 noyabrında İzabella öz axırıncı
uşağını doğur, lakin körpə cəmi bir neçə saat sonra ölür. Həmin gün Orlean Lüdoviki öz
məşuqəsi kral arvadı İzabellanın Paris şəhərində Köhnə məbəd küçəsində yerləşən evindən
çıxarkən qətlə yetirilir. 1407-ci ilin 23 noyabrında Orlean Lüdoviki öz düşməni, Burqund
hersoqu Qorxmaz Janın (Jean sans peur) sifarişi əsasında Raul Danketonvill tərəfindən
qətlə yetirilmişdir.
Ərinin öldürülməsindən sonra Valentina Parisə gələrək günahkarların
cəzalandırılmasını kraldan xahiş edir. Zəif kral əvvəlcə öz razılığını bildirir, lakin çox
keçmədən fikrindən daşınaraq onu saraydan uzaqlaşdırır.
Valentina ərinin 38 yaşında ikən öldürülməsini çox kədərlə qarşılayır, şiddətli
şəkildə ağlayır, bundan çox əsəbiləşir, göz yaşlarının gümüş rəngli fontanı onun gerbi,
«artıq mənim üçün heç nə hər şeydir, hər şeysə heç nədir» («Plus ne m’est rien, rien ne
m’est plus») kəlmələri devizi olur. Ərinin öldürülməsinə cəmi bir il dözən Valentina 1408-
ci ilin dekabr ayının 4-də Bluada dünyasını dəyişir. Valentina ölüm yatağında uşaqlarını
başına toplayıb onları öz evlərinin böyüklüyünü qoruyub saxlayacaqlarına və atalarının
öldürülməsinə görə qisası yerdə (cavabsız) qoymayacaqlarına söz verib and içmələrinə
vadar edir.
Valentinanın Milana hökmdarlıq etmək hüququ sonralar XII Lüdovik və I
Fransisk arasında italyan müharibəsinə səbəb olmuşdur. Qeyd edək ki, Fransa kralı XII
Lüdovik Orlean Lüdovikin nəvəsidir, I Fransisk (François I) isə XII Lüdovikin əmisi
oğludur.
Valentina italyan, fransız, alman dillərində səlis danışmış, latın dilini mükəmməl
bilmişdir. Arfada çalmağı bacarmış, mütaliəni sevmiş, topladığı kitablar Fransa Milli
Kitabxanasının nüvəsini təşkil etmişdir. Onun şərəfinə bir neçə şeir yazan XIV əsr fransız
şairi və şeirşünası Estaş Deşanın (Eustache Deschamps) patronessası
76
olmuşdur.
Həmçinin italyan mənşəli orta əsr fransız yazıçısı Kristina de Pizanın (Christine
de Pizan) adresatı
77
olmuşdur.
Əlavə olaraq Valentina dövrünün sayılıb-seçilən adamlarından bir neçəsinin
anası kimi məşhurluq qazanmışdır.
Valentina ölkənin kralı Orlean Lüdoviklə nikahda olduğu müddətdə düz on uşaq
doğmuşdur.
Valentinanın bir oğlu Birinci Orlean Karlı (Charles d’Orleans) xüsusən çox
tanınırdı. Orlean hersoqu Birinci Orlean Karlı növbəti dövr Fransa şairləri içərisində ən
məşhurlarından biri, görkəmli fransız feodalı və hərbi rəisi, Valua kral evinin üzvü, qraf
olmuşdur. Fransa kralı XII Lüdovikin atasıdır.
Valentinanın digər oğlu Orlean Filippi de Vertü qrafı olmuşdur.
Başqa oğlu Orlean Janı (Jean d’Orleans) həmçinin Xeyirxah III Jan kimi
məşhurlaşmışdır. Orlean Janı Angulem qrafı (comte d’Angouleme) olmuşdur, kral I
Fransiskin babasıdır.
41
Qızı Orlean Marqaritası Etamp qrafı Riçard Bretana ərə getmişdir.
Valentinanın dörd oğlu və iki qızı uşaq yaşlarında ölmüşlər.
Şəkil 22. Orlean Lüdoviki (I Lüdovik)
Bundan başqa, Valentina 1405-ci ildə öz ərinin bastardı
78
olan Jan de Dünuanı
(Jean de Dunois) faktik olaraq oğulluğa götürmüşdür. Hərbçi olan həmin insan çox vaxt
Orlean bastardı olan Jan (Jean le batard d’Orleans) adlandırılmışdır. Birinci Lüdovikin və
Marietta Dengienin oğludur. Beş yaşı olanda atasını itirmiş, bundan bir il sonra analığı
Valentina dünyasını dəyişmişdir.
Ehtimal edilir ki, Birinci Lüdovik öz arvadını deyil, məşuqəsini başqalarına
göstərməkdən həzz almışdır. Maraqlı olduğunu nəzərə alıb həmin tarixi vərəqləyəcəyik.
Fransız boyakarı və qrafiki, Avropa boyakarlığında romantik istiqamətin
seçilmiş nümayəndəsi, mütərəqqi romantizmin görkəmli nümayəndəsi Ferdinand Viktor
Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix)
79
tərəfindən 1825–1826-cı illərdə
yağlı boyalarla çəkilmiş «Öz məşuqəsini göstərən Orlean Lüdoviki» («Louis d’Orleans
unveils a mistress») adlı mənzərədə məhz bundan bəhs edilir (şəkil 23).
İspaniyanın paytaxtı Madrid şəhərində Tissen-Bornemiz (Tissen-Bornemisa)
kolleksiya fondunda saxlanılan şəkil bir tərəfdən incəsənət əsəri, digər tərəfdən diqqətlə
baxılarkən tarixin hər hansı hissəsi qeyri-ixtiyari olaraq xatırlamağa imkan verən
mükəmməl bir abidədir. Ejen Delakrua tərəfindən təsvir edilmiş «Öz məşuqəsini göstərən
Orlean Lüdoviki» («Louis d’Orleans unveils a mistress») adlı mənzərəsindən bir
fraqmentdə məhz ən məşhur kandavlist Orlean Lüdoviki təsvir edilmişdir. Əsəri həmçinin
«Orlean Lüdoviki öz məşuqəsinin gözəlliyilə öyünür» kimi tərcümə etmək olar.
İstedadlı rəssam dövrünün əxlaqi eybəcərliyini yaratdığı mənzərədə təcəssüm
etdirmişdir. Əsərin süjet xətti zəmanənin dünyagörüşünü bu aspektdən tamamlayır. Bahalı
paltarlar geyinmiş varlı hersoq çarpayıda uzanmış gənc qadının üstündəki örtüyü götürür.
Üstünün açıq qalmasından utanıb sıxılan qadın sifətini çevirir və əllərilə döşlərini örtməyə
çalışır. Karıxıb həyəcanlanmış məşuqəsinin çılpaq bədənini diqqətlə gözdən keçirən və
onun gözəlliyilə öyünən kişinin nəsə mədhedici sözlər dediyi, tərifləyici ifadələr işlətdiyi
onun sifət cizgilərindən aydın görünür.
42
Delakruanın portretində Orlean Lüdovikinin öz məşuqəsinin gözəl bədənini
nümayiş etdirdiyi kişi zahirən VI Karla oxşayır, lakin bunu dəqiq demək çətindir, həmçinin
yataqdakı
əxlaqsızın
İzabo,
Valentina,
yoxsa
Odetta
olduğu
dəqiq
müəyyənləşdirilmədiyindən suallar doğurur.
Şəkil 23. Ferdinand Viktor Ejen Delakrua. «Öz məşuqəsini göstərən Orlean
Lüdoviki» («Louis d’Orleans unveils a mistress»). 1825–1826-cı illər. Yağlı boyalarla
çəkilmiş şəkil. İspaniyanın paytaxtı Madrid şəhərində Tissen-Bornemiz (Tissen-
Bornemisa) kolleksiya fondunda saxlanılır.
Qadının İzabo olması daha çox ehtimal edilir. Hərçənd kandavlist ərin təkcə öz
məşuqəsini deyil, eyni zamanda arvadını da nümayiş etdirməsi çox müşahidə edildiyindən
portretdəki qadının Valentina olduğuna güman artır. Həmçinin Odetta da ola biləcəyi
istisna edilmir.
Ümumiyyətlə, həmin dövrün Fransa kral sarayının tarixini danışmaq bir qədər
məsuliyyətli, eyni zamanda asan olmayan işdir. Çünki Aleksandr Düma-ata (Alexandre
Dumas pere), Onore de Balzak (Honore de Balzac), Donasyen Alfons Fransua de Sad
(Donatien Alphonse François de Sade) və başqa məşhur müəlliflərin əsərlərindən tutmuş
digər mötəbər mənbələrə qədər çox müxtəlif ədəbiyyatı qaldırmaq lazım gəlir. Əlbəttə,
söhbət həmin müəlliflərlə rəqabət apara bilməyin çətinliyindən deyil, mövcud materialın
təhlil süzgəcindən keçirilməsinin böyük zəhmət tələb etməsindən gedir.
Avropanın aristokratik dairələrində qeyd edilən dövrdə hökmranlıq etmiş ədəb
və əxlaq qaydaları nəinki nikahdankənar məhəbbət əlaqələrini mühakimə etmir, əksinə,
43
belə halların olması bəyənilir, təqdirəlayiq dəyişikliklər kimi qiymətləndirilir. Məşuqələrin
çox olması ilə öyünmə bir dəb halını alırdı. Lakin qadına qiymətsiz bir «xüsusi mülkiyyət»
kimi baxılırdı. Hətta adlı-sanlı kişinin öz məşuqələrilə lovğalanması onun yeni at, it və
başqa heyvanları alarkən öyünməsinə bərabər tutulurdu.
İntibah epoxasının ən çox oxunan fransız müəlliflərindən biri, Yekaterina
Mediçi zəmanəsinin saray həyatının xronisti Pyer de Burdeyl (Pierre de Bourdeille) də öz
münasibətini bildirmişdir. Çox vaxt senyor de Brantom (seigneur de Brantome) kimi
tanınan araşdırıcı yazırdı: «Sonralar Parisdə Barbett qapısının yaxınlığında öldürülmüş
Orlean hersoqu Lüdovik başqa cür hərəkət etmişdi (onun böyük bir şuluqçu olduğuna və
saray xanımları içərisində əsil-nəcabətli, adlı-sanlı, kübar olanlarını yoldan çıxarmağı
sevdiyinə etiraz etmək mümkün deyildi): hersoq başını tovladığı qadınlardan biri ilə yatır,
ertəsi gün səhər ertədən arvadın ərini öz evində yataq otağında qəbul edilir. Hersoq ona öz
hörmət və ehtiramını təsdiq etmək üçün gəlmiş ərə yataqdakı qadının çılpaq bədənini
göstərir. Xanımın başını döşəkağı (mələfə) vasitəsilə örtərək onu tanınmaz edir, ancaq
bütün bədənini çılpaqlaşdırır, gələn kişinin ona göz yetirməsinə şərait yaradır, hətta əllərilə
ona toxunmasına icazə verir, ancaq heç bir vəchlə sifətini görməsinə imkan yaratmır. Sonra
hersoq kişidən ona tanış olmayan bu gözəl qadından xoşu gəlib-gəlmədiyini inadla soruşur.
Kişi göz yetirdiyi çılpaq qadının gözəlliyindən heyrətə düşdüyünü, ona valeh olduğunu
bildirir. Ancaq kişi baxdığı qadının onun arvadı olduğunu heç cür anlamır. Nəhayət, hersoq
qonağını lütfkarlıqla yola salır, onu buraxır. Bədbəxt kişi öz arvadına baxıb ləzzət
aldığından xibər halda, heç nəyi bilmədən çıxıb gedir.
Əgər gələn kişi öz arvadı ilə yataqda olarkən ona çılpaq halda daha yaxşı
baxsaydı, həmişə gözdə olan, daimi nəzərləri altına düşən müəyyən əlamətlərini aşkara
çıxarardı və hersoqun yatağında onu görən kimi belə əlamətlərdən bir çoxunu sezən kimi
üzünü görmədən elə həmin andaca onu tanıyacağını fikirləşmək olardı. Elə buradan ərlərə
belə bir məsləhət verilir: arvadı hər iki ucdan öyrənməyin, ona yaxşı-yaxşı baxmağın zərəri
yoxdur.
Başıbəlalı və uğursuz ərin yataq otağını tərk etməsindən sonra Orlean hersoqu
məşuqəsindən çox güclü qorxub-qorxmadığını soruşur. Saatın təxminən dörddə biri qədər
çəkən zaman kəsiyinin qadın tərəfindən necə keçirildiyini, onun hansı dəhşət və vahimə
yaşadığını təsəvvür etmək çətin deyildir. Bədbəxt qadının hansı vəziyyətlə üzbəüz
qaldığını və bundan necə qorxduğunu hər kəs özündə düşünüb asanlıqla mühakimə edə
bilər. Qadının əri bir qədər fərasətli və cəsarətli olsaydı, mələfənin qıraq tərəfini bir qədər
qaldırsaydı, dərhal onu tanıyacaqdı. Bununla qadının axırı çatdığını düşünmək olardı.
Lakin hersoq məşuqəsinə bəyan etmişdi ki, əgər belə şey olsaydı, kişi öz hirsini arvadının
üstünə tökmək, ondan qisas almaq fikrinə düşsəydi, bu halda ədəbsizlik və kobudluq
etdiyini bəhanə gətirib onu elə yerindəcə öldürərdi.
Maymaq, fərsiz, bacarıqsız ər növbəti gecə öz arvadı ilə yataqda olarkən orlean
hersoqunun onların önündəcə öz çılpaq məşuqəsilə necə öyünüb lovğalandığını, belə bir
gözəlliyə malik qadını heç vaxt görmədiyini, ancaq hökmdarın mələfə ilə xanımın başını
örtməsi səbəbindən onun üzü barəsində heç bir fikir yürüdə bilmədiyini danışmışdır. Qadın
ona doğru danışan ərinin söhbətini dinlədikcə bir anlığa dəhşətli hadisələr fikirləşmiş,
xəyalına vahiməli səhnələr gətirmişdir.
44
Yeri gəlmişkən, əxlaqsız qadın hersoqdan qeyri-qanuni uşaq dünyaya gətirir.
Bic olan uşağa Orlean bastardı ləqəbi verilir. Uşaq böyüdükdən sonra fransız taxt-tacının
dayağı və İngiltərəni qorxudan bir hərbçi olur. Dünua qraflarının alicənab və cəsarətli nəsli
məhz ondan törəmişdir».
Çox vaxt Markiz de Sad (Marquis de Sade) adlandırılan məşhur fransız
aristokratı, siyasətçi, yazıçı və filosofu Donasyen Alfons Fransua de Sad (Donatien
Alphonse François de Sade)
80
tərəfindən «Lətifələr, hekayələr və fablio» adlı əsərində
danışılmış əxlaqi əhəmiyyətə malik, ibrətli hekayədə VI Karl və Orlean hersoqunun eyni
bir qadını sevmələrinə münasibətdə məlumat əldə etmək olar.
Markiz de Sadın «Özü özünə buynuz qoymuş kişi, yaxud ağıla gələ bilməyən
qarışıq» («Le Cocu de lui-meme, ou le Raccommodement imprevu») adlı hekayəsində
vəfasız bir əri təsvir etmişdir. Kişi bir kübar qadın haqqında pis şeylər danışmış, mənfi fikir
söyləmişdir. Həmsöhbət olduğu, lakin yaxşı tanımadığı birisinin qarşısında özünü
tərifləyən, adlı-sanlı və son dərəcə gözəl bir xanımla yatmasına görə öyünən kişi gecəni
keçirdiyi qadının potaskuxa
81
, onun ərinin isə buynuzdaşıyan (dəyyus) olduğunu
bildirmişdir. Sən demə, onun «buynuzdaşıyan» kimi təqdim etdiyi kişi elə söhbət
yoldaşıymış. Müsahib yeni tanışını öz evinə dəvət edir və məşuqəsinin sifətini
göstərmədən onun bütün bədənini çılpaqlığı ilə nümayiş etdirir, hətta onunla cinsi əlaqəyə
girməkdən ötrü dilə tutur. Axırda yola gətirilən kişi «üzünü görmədiyi» əxlaqsızla cinsi
əlaqədə olur. Bundan sonra evin yiyəsi olan kişi məhəbbət nəşəsindən hələ soyumamış,
özünə gəlməmiş xanımın sifətini açıb göstərir. Yataqdakı qadının qeybətçi, söz
saxlamayan, çərənçi kişinin həyat yoldaşı olduğu aşkarlanır. Ehtiyatsızlıq edib çoxlu şeylər
danışan, boşboğaz, xəbərçi kişi indi özü özünə «buynuz qoymuş» olur.
Şəkil 24. Kral və Odinetta
Bir qədər yuxarıda İzabo və Valentina haqqında məlumat verilmişdir, indi
Odetta barəsində bir neçə kəlmə demək lazım gəlir. Odetta de Şamdiver (Odette de
Champdivers) Fransa kralı Ağılsız Altıncı Karlın məşuqəsi olmuşdur. Onu həmçinin
Odinetta, yaxud Udina da adlandırırdılar. Ona «balaca kraliça» ləqəbi verilmişdir. 1391-ci
ildə Burqundiyada doğulmuş, təqribən 1425-ci ildə vəfat etmişdir.
* * *
45
Lidiyada baş verən qəribə hadisə həmçinin Avropa rəssamlarının bir çoxunun
mənzərələri üçün süjet kimi xidmət göstərmişdir. Tarix boyu rəssam, boyakar və
heykəltəraşlar arasında kandavlizm dəfələrlə qeyd edilmişdir. Nümunə üçün böyük
flamand boyakarı və rəssamı Piter Paul Rubens (Pieter Paul Rubens), ispan naqqaşı və
sürrealist rəssamı, qrafik, heykəltəraş, rejissor və yazıçı, sürrealizmin görkəmli
nümayəndələrindən biri Salvador Dali (Salvador Dali), fransız heykəltəraşı Fransua Ogüst
Rene Roden (François-Auguste-Rene Roden) və başqaları xatırlana bilər.
Kandavlizmdən bəhs edilən ədəbiyyatların demək olar ki, hamısında böyük
flamand boyakarı və rəssamı Piter Paul Rubensin (Pieter Paul Rubens) adı çəkilir. Əlbəttə,
onun adının belə pis mənada məşhurluq qazanması əbəs yerə ola bilməzdi.
Hüquqşünas ailəsində doğulmuş sənətkarın adının bir çox mənbələrdə Piter
deyil, məhz Peter kimi yazılmasının daha doğru olduğu göstərilir.
Şəkil 25. Piter Paul Rubens (Pieter Paul Rubens; 1577–1640). Avtoportret,
1623-cü il
P. P. Rubens öz tablolarında (lövhələrində) qadın gözəlliyi idealını yaratmışdır.
Onun kompozisiyalarına insan ehtiraslarının dinamikası və rənglərin parlaqlığı xasdır.
Həyatın təbii təzahürlərinin tərənnümü Rubens yaradıcılığının məğzini təşkil edir. Əgər
Piter Paulun 1620-ci illərə aid portretlərində zahiri parlaqlıq üstün yer tuturdusa, 1630-cu
illərdə onun tabloları daha intim və fərdiləşdirilən xarakter daşıyırdı. Piter Paul iki dəfə
evlənmişdir.
1909-cu ilin oktyabrında məşhur humanist Yan Brantın və Klara de Moyun qızı
İzabella Brant (Isabella Brant) ilə nikaha girmişdir. İzabella Brant rəssama üç uşaq
doğmuşdur, lakin həm özü, həm də uşaqları çox az yaşamışdır. 1611-ci ildə dünyaya
gətirdiyi Klara Siren 1623-cü ildə 12 yaşında vəfat etmişdir. 1614-cü ildə doğduğu Albert
1657-ci ildə 43 yaşında dünyasını dəyişmişdir. 1618-ci ildə doğduğu Nikolaas 1655-ci ildə
37 yaşında ölmüşdür. Ananın özü 1626-cı ilin 20 iyununda 34 yaşı olarkən taun
xəstəliyindən dünyasını dəyişmişdir.
Rəssam arvadı İzabella Brantı sevmiş, ona böyük hörmət bəsləmiş,
məmnuniyyətlə şəkillərini çəkmişdir.
46
Şəkil 26. Piter Paul Rubens. İzabella Brantın portreti, təxminən 1610-cu il
Şəkil 27. Piter Paul Rubens. «İnfant İzabellanın kameristkasının portreti»
(flamand dilində «Sael doegter van de Infante tot Brussel»)
82
. Təxminən 1625-ci il.
Hazırda Sankt-Peterburq Dövlət Ermitajında saxlanılır.
İkinci arvadı Yelena Furman (Helene Fourment) 16 yaşında olarkən rəssam
onunla evlənmişdir. Qeyd edək ki, sənətkarın ikinci arvadı mənbələrdə Yelena Fourmen,
Yelena Fourment, yaxud Yelena Furment [51] kimi yazılır. Rubensin dostu, xalı (xalça,
gəbə) ticarəti ilə məşğul olmuş Daniel Furmanın qızıdır. 1614-cü ilin 11 aprelində dünyaya
göz açan Yelena sənətkara beş uşaq doğmuşdur. Ən kiçik uşaq rəssamın ölümündən sonra
47
dünyaya gəlmişdir. Yelena rəssamın ölümündən sonra Yan Baptist van Brukxovenə ərə
getmiş və ona bir oğlan doğmuşdur.
Şəkil 28. Piter Paul Rubens. Yelena Furmanın portreti. Münhen, Köhnə
pinakoteka
83
Şəkil 29. Piter Paul Rubens. Yelena Furman və onun iki uşağının portreti. Paris,
Luvr muyzeyi
Dostları ilə paylaş: |