Şəkil 49. Kandaulezist ər tez-tez arvadının erotik pozalarda çılpaq şəkillərini
çəkir, sonra onları yaxın dost və tanışlarına göstərir, bundan olmazın məmnunluq duyur
[36].
Ərin öz çılpaq, lüt-üryan arvadını fotoqrafiyalaması və sonra belə biabırçı
şəkilləri internetdə qoyması, dost və tanışları ilə yazışmalarında onları nəzərə çarpdırmağa
çalışması «elektron kandaulezizmi» adını almışdır. Sosial şəbəkələr, saytlar, elektron
poçtları və digər yollarla çılpaq partnyorun nümayişi artıq elektron kandaulezizminin
olmasından xəbər verir. Sanki bununla partnyor sərgiyə («vitrinə») qoyulur, onun bədəni
reklam edilir. Əks təqdirdə belə hallara rast gəlinməzdi. Kandaulezist kişi arvadının
döşlərinin formasını yaxşı bilir, ancaq onların kənardan necə gözəl göründüyünü başqa
kişilərin nəzərinə çatdırmaq istəyir. Buna nail olmaq üçün kandaulezist ərin ixtiyarında
olan yollardan biri arvadının çılpaq şəkillərini çəkib internet vasitəsilə geniş kütlənin
nəzərləri altına salmaqdır.
Elektron kandavlizminin özünü iki yerə ayırmaq olar: erotik və pornoqrafik.
Cinsi orqanlar və seksual yaxınlıq elementləri göstərildiyi təqdirdə, buna
pornoqrafik elektron kandavlizmi deyilir. Məsələn, müəyyən bir nahiyəyə eyakulyasiyadan
sonra spermanın görünüşü, cinsi orqanların müxtəlif rakurslardan nümayişi və sairə
pornoqrafik elektron kandavlizminə aiddir.
Bəziləri iddia edə bilər ki, ərlə arvadın özlərini çılpaq hala salması, sonra
müxtəlif erotik pozalarda bir-birinin şəkillərini çəkməsi mütləq mənada pis bir şey
axtarılması mümkün olmayan, tamamilə qəbul edilə bilən, qadağan edilməsi heç bir vəchlə
düzgün sayılmayan, sadəcə özünəməxsus bir çalar alan bir əylənmə formasıdır. Heç kimin
ərlə arvadı belə əyləncədən məhrum etməyə haqqı yoxdur. İlk baxışda belə düşünən
insanlara bəraət qazandırmaq olar. Ancaq səmimi etiraf edək ki, insan həyatı üçün
106
sonradan lazım olmayan, tamamilə gərəksiz şey kimi kənara atılan, heç bir yerdə istifadə
edilə bilməyən hər hansı bir məhsulun əldə edilməsi üçün vaxt itirməyə və zəhmət
çəkməyə dəyməz. Əgər çılpaq şəkillər baxıldıqdan sonra cırılıb yandırılmazsa, mütləq
kiminsə əlinə keçəcəkdir. Bir qədər baxıldıqdan sonra məhv ediləcək şəklin hansı
məqsədlə çəkildiyini başa düşmək olmur. Bəla burasındadır ki, ərlə arvadın ayrı-ayrılıqda
və yaxud birlikdə olan çılpaq şəkilləri sonradan internetə düşə bilir. Boşanmadan sonra
qarşı tərəfi biabır etmək üçün belə addım atıla bilər. Bir çox hallarda çılpaq şəkillərin
internet vasitəsilə yayılmasının özü boşanmaya səbəb olur. Neçə-neçə ailənin məhz həmin
səbəbdən dağılmasına dair məlumatlar getdikcə artmaqdadır. Arvadın özü, yaxud rəfiqələri
onun çılpaq şəkillərinin internetdə yayılması haqqında məlumat əldə ediləndən və
dəqiqləşdiriləndən sonra ailədə möhkəm söz-söhbət yaranır, mərəkə qopur. Arvadın bunu
heç vaxt arzulamadığı, xahiş etmədiyi, razılıq vermədiyi və hətta xəbəri olmadığı bir halda
belə yaramaz əməlin törədilməsi onun haqlı narazılığına səbəb olur. Şəkillərin erotik
pozalarda çəkilməsi vəziyyəti xüsusən qəlizləşdirir. Bunun necə edilməsi, hansı məqsədlə
törədilməsi, nəyə görə baş verməsi sualına cavab verməkdə çətinlik çəkən ərlə
münasibətlər getdikcə gərginləşir. Əlbəttə, belə hallarda yerinə yetirilən ilk iş bütün belə
fotoların yubanmadan yığışdırılmasından, internet məkanından kənar edilməsindən ibarət
olur. İnamın itməsi bundan sonra kişi ilə qadının bütün münasibətlərinin kəsilməsinə
gətirib çıxarır. Əlbəttə, bunun ardınca tərəflər boşanmanın rəsmiləşdirilməsi üçün
məhkəmə zalında «görüşməli» olurlar.
Vəziyyət elə gətirib ki, adam öz elektron poçt yeşiyinə rahat baxa bilmir, birdən
keçmiş yoldaşlardan (sinif yoldaşı, tələbə yoldaşı, əsgər yoldaşı, səfər yoldaşı, iş yoldaşı və
sairə) kiminsə öz arvadının pikant
117
fotoqrafiyası ilə məktub göndərməsindən qorxur.
Artıq belə fikirlərin bir zarafatla söylənilməsi zamanı arxada qalmışdır, indi hər cür əməllə,
ağlagəlməz hərəkətlə rastlaşmaq mümkündür. Abır-həyanın saxlanması yolunda aparılan
mübarizə artıq konservatizm, mühafizəkarlıq sayılır. Çox vaxt gəlinən qənaət belə olur:
«Köhnəlik tərəfdarı, köhnəpərəst, tərəqqi düşməni, yeniliyə zidd olan adam belə düşünə
bilər».
Arvadın icazəsi olmadan onun çılpaq, lüt-üryan şəkillərinin əri tərəfindən saytda
yerləşdirilməsi bağışlanmaz bir pozğunluqdur, insana yaraşmayan bir hərəkətdir, yalnız
əclaf adama xas olan bir davranışdır. Təəssüf ki, qadınlar belə alçaqlıqla, əclaflıqla,
nacinsliklə, yaramazlıqla tez-tez rastlaşırlar. Ümumiyyətlə, belə bir addım şəxsiyyətin
azadlığına təcavüzün bir formasıdır, bir nankorluqdur, bir çirkinlikdir, natəmizlikdir,
murdarlıqdır, nakişilikdir, abır-həyanın olmamasının bariz göstəricisidir, bir rəzillikdir, cılız
düşüncə nişanəsidir.
Bəzən kandaulezist ər çılpaq halda olan arvadını videoyazıya almaqla
məqsədinə çatır. Video görüntülərilə məhdudlaşan kandaulezizm video kandaulezizmi
adlanır. Latınca video – baxıram, görürəm deməkdir. Kişi lüt-üryan arvadını lentə köçürür,
sonra belə videokassetləri başqa kişilərə, ilk növbədə tanışlarına nümayiş etdirir. Deməli,
video
118
kandavlist kişinin arzusuna çatması üçün yararlandığı bir vasitəyə çevrilir.
Yüngül kandaulezizm müşahidə olunan ər çılpaq arvadına başqa kişilərin yalnız
baxmasını, sadəcə göz yetirməsini arzulayır, bundan artıq heç nə istəmir. Buradan belə
çıxır ki, yüngül kandaulezizm müşahidə olunan ər arvadını başqa kişilərlə daha bölüşmək
107
istəmir. Belə ər arvadının bədənində daim başqa kişilərin baxışlarının «izlərini» axtarır.
Arvadının gözəl bədəninə baxıb ona yiyələnmək istəyən kişilərin bunu necə arzu
etdiklərini sadəcə görmək, kənardan sezmək kandaulezisti qane edir, onun seksual
tələbatının təmin olunmasına gətirib çıxarır. Yüngül kandaulezizmin xas olduğu ər arvadını
çılpaq halda yalnız elə kişilərə göstərmək istəyir ki, onlardan heç bir real «təhlükə»
gözlənilmir. Arvadına əl uzada, onu yatağına sürükləyə bilən kişilər yüngül kandaulezizmə
malik əri maraqlandırmır. Buna görə tamamilə xətərsiz saydığı kişilərin yanında arvadını
çılpaqlaşdırmaq istəyir. Məsələn, yuxarı məktəb yaşlı oğlanlara, etibar etdiyi dostuna,
yaxın tanışına arvadın çılpaq halda göstərilməsi halları çox müşahidə olunur. Aydındır ki,
yuxarı məktəb yaşlı oğlanlar kişinin arvadına əl atmağa, ona toxunmağa cürət etməzlər.
Ehtirası aşıb-daşan həmin oğlanlar sadəcə başqasının çılpaq arvadını diqqətlə gözdən
keçirə və onu masturbasiya vaxtı öz fantaziyalarının mərkəzində yerləşdirə bilərlər. Başqa
kişilərin onun arvadına gözlərini zilləmələri, artıq heç bir hərəkətə yol vermədən yalnız
«boş-boşuna» tamaşa etmələri kandaulezist ərin ən çox arzuladığı və maraqlandığı
səhnədir.
Yüngül kandaulezizmdən əziyyət çəkən ərin portretini belə təsəvvür etmək olar:
öz arvadını sevir, lakin gözləri önündəcə kiminsə ona sahiblənməsini arzu etmir, bunu heç
vaxt xəyalına gətirmir. Başqa kişilər arvadını çılpaq halda gördükdə bundan çox
ehtiraslanır, seksual oyanma əldə edir. Arvadının çox yaxşı formada olduğunu və heç bir
kompleksdən əziyyət çəkmədiyini güman edir. Arvadının həmişə sinəsi açıq paltar və qısa
yubka geyinməsini istəyir. Yay fəslində arvadını dövri olaraq toplesə
119
təhrik edir,
hərdənbir imkan düşüdükcə onu «nyu»
120
fotoqrafiyalayır. Arvadının çox müxtəlif erotik
pozalarda olan çılpaq şəkilləri adətən ailəyə məxsus adi albomda saxlanılır. Arvadın belə
şəkillər üçün xüsusi bir albom ayırmaqla bağlı təklifi ərinin ürəyincə olmur. Əri belə bir
təklifi hər bir vəchlə qəti surətdə rədd edir, ona görə ki, ayrıca albomun qonaq yanında üzə
çıxarılması ehtimalı azalır, ancaq ailə albomunda saxlanılan şəkillərin tez-tez qonaqların
gözünə sataşması, onların nəzərləri altına düşməsi ehtimalı çox olur və bundan kişi
məmnunluq duyur. Belə hallarda mübahisəyə heç bir zəmin olmur, çünki şəkillərin
təsadüfən aşkara çıxarıldığı qənaətinə gəlinir. Albom yerinə qoyulduqdan sonra hər şey
unudulur, növbəti dəfə qonaqlar baxarkən yenidən yada düşür.
Arvadın dövri olaraq toplesə təhrik edilməsi kandavlist ailəsi üçün səciyyəvi
haldır. Toples düşüncəsiz bir təşəbbüs, ehtiyatsız və tədbirsiz bir addımdır. Toplesdən
sonra qadın döşlərinin özündə gizlətdiyi füsunkar müəmmadan əsər-əlamət qalmır.
Ömrünün 50 ildən artıq bir müddətini filmlərdə aktiv iştirak etməklə keçirmiş məşhur
alman kino və teatr aktrisası Luitqard İm (Luitgard Im)
121
deyirdi: «Toples kişiyə əvvəlcə
açmacasını, sonra tapmacasını göstərən ağılsız bir cəhddir». Onun həmin sözləri bir aforzm
olaraq əksəriyyətin dilindən düşmür.
Arvadın çılpaq şəkillərinin və yaxud erotik video görüntülərinin başqa kişilərə
göstərilməsi haqqında ona qabaqcadan məlumat verilib-verilməməsindən asılı olaraq
yüngül kandaulezizm öz növbəsində iki növə ayrılır: 1) xəbərdarlıqsız kandaulezizm; 2)
xəbərdarlıqlı kandaulezizm.
Əgər kişi qadının xəbəri olmadan onun çılpaq şəkillərini və yaxud intim
səhnələrin yer aldığı video görüntülərini başqa kişilərə göstərirsə, belə hadisəyə
108
xəbərdarlıqsız kandaulezizm deyilir. Xaincəsinə, xəyanətkarlıqla həyata keçirilən həmin
hal başqa sözlə qeyri-konsensual kandaulezizm də adlanır. Qeyri-konsensual kandaulezizm
ailədə istər-istəməz inciklik yaradır, söz-söhbətə səbəb olur. Rusiyada dərc edilən «SPİD-
info» adlı məşhur və olduqca zəngin məlumatlı jurnalda yerləşdirilmiş, Arseni
Skorodumov tərəfindən yazılmış «Mən sənə pornoulduz deyiləm!!!» başlıqlı məqalə çox
ibrətamiz olduğundan burada onu təhlil etmək qərarına gəldik. Baş verənlərdən özünü
ciddi zərbə almış və məğlub olunmuş kimi hiss edən, olmazın çətinliyə düşən, çirkaba
batıb qalan arvad nə edəcəyini bilmədiyindən redaksiyaya müraciət edərək məsləhət almaq
istəmişdir. Əri Yevgeninin addımından heyrətə gəlmiş arvad bu barədə fikirləşdikcə
özündən asılı olmadan əsəbiləşir və ailəsinin dağılmaq təhlükəsi ilə üzbəüz qalmasına
təəssüflənir. Novosibirsk şəhərində yaşayan, tamamilə özünü itirən, «tora düşdüyündən»
çaşıb qalan qadının redaksiyaya ünvanladığı məktuba nəzər yetirək.
«Dəhşət doğuran kabusun lap əvvəlini mən çox yaxşı xatırlayıram. Jenya ilə
təzəcə ailə qurmuşdum. Bal ayını keçirmək üçün Türkiyəyə getdik, gözəl otellərdən
birində yerləşdik. Yatağa girəndə Jenya məhz elə indi mənim foto ilə şəklimi çəkmək
istədiyini bildirəndə tərəddüd etmədən məmnuniyyətlə razılıq verdim: belə gözəl
interyerdə bu cür təntənəli, təmtəraqlı və möhtəşəm yataqda bir də nə vaxt olacaqdım ki?
Sevgilim də dediyi kimi, ümumiyyətlə, mən çox gözələm. Evimizə qayıtdıqdan sonra ərim
şəkilləri fleşkadan kompüterə keçirdi, mənim necə gözəl olduğuma əmin olmaq üçün
onlara bir yerdə baxdıq. Sonra bir il ərzində artıq evimizdə çılpaq halda olduğum vaxt
mənim şəkillərimi çəkməyi xahiş etdi. Bunun üçün mənim müxtəlif pozalar almağımı rica
edirdi. Bəzən qəliz, mürəkkəb, qəribə pozalar almağa məcbur olurdum. Getdikcə hər şey
daha geniş vüsət tapırdı. Çılpaq bədənimin həddən ziyadə gözəl görünərək ərimə xoş təsir
bağışladığını zənn etdiyimdən onun sözünü yerə salmır, xahişinə ürəkdən əməl edirdim.
Lakin günlərin birində ərimin pornosaytlara girdiyini, sonra orada gizlicə baxdığı pozalarda
mənim çılpaq şəkillərimi çəkməyə çalışdığını hiss etdim. Onun bütün cəhdlərinin
arxasında nələr gizləndiyini, canfəşanlığının səbəbini öyrənməyə çalışdım, «axı, bütün
bunlar nəyə lazımdır?» sualıma cavab istədim. Yenə eyni cavabı aldım: «Çünki sən bir
dənəsən, sənin kimi gözəl heç harada yoxdur!» Əlbəttə, belə xoş sözlərdən sonra ürəyim
yumşaldı. Təbii ki, ərimin bu şəkilləri kiməsə göstərdiyini heç vaxt fikirləşməzdim, hətta
bunu səfeh və yaramaz bir yuxuda belə görə bilməzdim. Ancaq ərim bunu etdi!
Bir dəfə ərimin dostları bizə qonaq gəlmişdilər. Jenya kompüteri qoşdu, özünün
qoyduğu müxtəlif şəkilləri onlara göstərdi. Kompüter arxasında kişilər birdən-birə kiridilər.
Dostların eyni vaxtda bir növ susmaları mənə qəribə gəldi, hətta stolu düzəltməyi saxlayıb
tez onlara yaxınlaşdım və türk otelində çəkdirdiyim şəkilləri orada görəndə çox pərt oldum.
Ancaq qonaqların yanında qanıqaraçılıq salmaq istəmədim, heç bir şey olmamış kimi
özümü apardım. Axşam qonaqlar gedən kimi ərimin üstünə düşdüm, şahidi olduğum pis
hərəkətin hansı məqsədlə edildiyini öyrənməyə çalışdım, artıq səsimin tonunu
qaldırmışdım, istər-istəməz həyəcanla danışırdım. Jenya özünü təmizə çıxartmağa, əməlinə
bəraət qazandırmağa çalışırdı, onların guya təsadüfən şəkillər olan fayla düşdüklərini
deyirdi. Ərim bir daha bunu təkrarlamayacağına and içdi, xoşagəlməz hadisənin axırıncı
dəfə olduğuna söz verdi.
109
Lakin ərim sözünün üstündə çox dayana bilmədi. Cəmi bir aydan sonra ərimin
əmisi oğlu qonaq gəldi və gecə bizdə qaldı. Onlar çoxdan bir-birini görmədiklərindən
qızğın söhbətə başlamışdılar. Mən onları gözləməyib yatmağa getdim. Əmioğlular xeyli
söhbət etdilər, gecə yarıdan keçənə qədər oturdular. Səhər-səhər bu qardaş mənə deyir:
«Qulaq as görüm, sən necə gözəlsənmiş, sadəcə bir modelsən, Afrodita kimi gözəlliyinə
çatan olmaz». Jenyanın əvvəllər çəkdiyi mənim çılpaq şəkillərimin hamısını ona göstərdiyi
məlum oldu. Mən çox utandım, xəcalət çəkdim. Belə situasiyada qalmaq mənim üçün
naqolay, çətin idi. Qonaq gedəndən sonra yenidən mərəkə qopardım, çox əsəbiləşdiyimdən
davanın qızışmasını istəyirdim. Lakin mənim ərim təqsirli gözlərilə baxır və hansısa yad
bir qızın deyil, məhz əziz arvadının şəkillərini çəkdiyini və göstərdiyini, bundan olmazın
həzz aldığını, çox qüvvətli şəkildə ehtiraslandığını dedi. Ərim mənim çılpaq şəkillərimə
başqa kişilərlə bir yerdə baxarkən xüsusən cuşa gəldiyini və hədsiz məmnun qaldığını
bildirdi. Ümumiyyətlə, mənim yataqda şəkillərimi çəkərkən və sonra bunları kiməsə
göstərərkən ərimin əhvali-ruhiyyəsinin hədsiz yüksəldiyini, bundan çox böyük ləzzət
aldığını sezmək heç bir çətinlik törətmirdi. Əgər ərim sadəcə mənimlə yatağa girirdisə,
intim yaxınlığımıza elə-belə baxır, çox məmnun görünmürdü. Onun ruhlanması üçün
mənim çılpaq vəziyyətdə cürbəcür pozalarda şəklimi çəkməsi və başqa kişilərə göstərməsi
lazım gəlirdi.
Mən ərimi sevdiyimdən onun qeyri-adi meyli barəsində fikirləşdikdən sonra
çılpaq halda şəkillərimi çəkməsinə etiraz etməməyə qərar verdim. Ancaq onun qarşısında
bir şərt qoydum ki, şəkillərə baxanda bunların mənə məxsus olduğu bilinməsin. Ərim
mənim şəkillərimi kompüterə keçirdikdən sonra qara zolaqlarla sifətimi örtür, məni
tanınmaz hala salır. Artıq bir ildən çoxdur ki, belə yaşayırıq. Ərim usanmadan fəaliyyətini
davam etdirir, mən isə pozalarımı mürəkkəbləşdirməyə çalışıram. Ancaq bizim
psixikamızda hər şeyin yerində olmadığını hərdən fikirləşirəm. Bəzən mənə elə gəlir ki,
ərimlə ağlımızı itirir, öz yolumuzdan çıxıb dəli oluruq. İstənilən halda bizdə bu planda nəsə
bir çatışmazlıq olduğuna şübhə etmirəm» [46].
Seksoloq İrina Maşnaya məktubda yazılanlara belə şərh verir: Yevgenidə çılpaq
arvadını başqa kişilərə nümayiş etdirmək arzusu aydın şəkildə ifadə olunur. Ancaq
Yevgeni belə bir qəribə arzu ilə yaşayan yeganə kişi deyildir. Seksologiyada həmin qəribə
arzuya «kandaulezizm» adı verilmişdir [46].
Bir çox hallarda ər öz qəribə meyli barəsində arvadına məlumat verməyi özünə
borc bilir. Həmin hadisə xəbərdarlıqlı kandaulezizm adlanır. Kandaulezizmdən əziyyət
çəkən kişi bir yolla məqsədini arvadına bildirir, ondan icazə istəyir.
Ərin arvadını çılpaq halda başqa kişilərə göstərmək arzusunun ifadə olunduğu
təklifə kandaulezistik təklif deyilir. Kandaulezist ər tərəfindən arvadın xəbərdar edilməsi
onun xaincəsinə aldadılmasına nisbətən çox-çox yaxşıdır. Lakin arvadın əri tərəfindən
edilən kandaulezistik təklifə cavabı birmənalı deyildir. Ərindən kandaulezistik təklif alan
arvadın buna reaksiyası cürbəcür ola bilər. Buna görə kandaulezizm daha iki növə bölünür:
a) neqativ cavablandırılmış kandaulezizm; b) pozitiv cavablandırılmış kandaulezizm.
Konkret olaraq təklifə verilən cavab neqativ (mənfi) və pozitiv (müsbət) olmaqla
iki növə ayrılır.
110
Aydındır ki, hər arvad ərinin kandaulezistik təklifinə razılıq vermir. Əksər
vaxtlarda ər arvadına onu çılpaq halda başqa kişiyə göstərmək istədiyini söyləyəndə qəti
surətdə rədd cavabını alır. Arvadının lap üzə dayandığını görən kişi onda müəyyən
vasitələrə əl atır, lakin bunların heç bir lazımi nəticə vermədiyini gördükdə narahatlığı artır,
tez-tez əsəbiləşir, daim gərgin olur. Arvad tərəfindən kandaulezistik təklif pis qarşılanırsa
və qəti olaraq rədd edilirsə, buna kandaulezistik təklifin neqativ cavablandırılması, yaxud
kandaulezistik təklifə mənfi cavab verilməsi, müvafiq olaraq meyl pozuntusunun özünə isə
neqativ cavablandırılmış kandaulezizm, yaxud mənfi cavablandırılmış kandaulezizm
deyilir.
Son illərdə qadın hərəkatının inkişafı sayəsində kişilərin kandavlistik davranışı
pislənmişdir. Arvadını çılpaq halda başqa kişilərlə bölüşməyə hazır vəziyyətdə olan və
bunu həyata keçirmək üçün münasib məqamın yetişəcəyini gözləyən kişinin
məzəmmətləndirilməsi, onun qınanması tamamilə doğru bir yanaşmadır. Kandavlistik
davranış heç bir vəchlə bəyənilməyən, qınanmağa, pislənməyə layiq olan bir davranışdır,
kişi üçün ciddi iraddır. Normal halda feministlərin təzyiqinə məruz qalmadan, zərif cinsli
məxluqların müdaxiləsi olmadan kişi kandavlistik davranışdan çəkinməlidir. Həqiqətən
kişilərin xeyli qismi belə nalayiq və alçaldıcı əməldən uzaq qaçırlar.
Kandaulezistik təklifi neqativ cavablandımış arvadın buna reaksiyası cürbəcür
olur. Birincisi, ərindən son dərəcə gözlənilməz təklif eşidən arvad «şoka düşür» və necə
cavab verəcəyinə belə çaşıb qalır. Arvadın yaxşılığı onda olur ki, səbr edib belə rəzili
dinləyir, əlinə keçəni (məsələn, tavanı, süpürgəni və s.) onun başına vurmur. İkincisi, bəzi
arvadlar belə bir əcayib-qəraib təklifi eşidər-eşitməz ərinin psixi xəstəliyə mübtəla olması
qənaətinə gəlir, hətta tibb müəssisələrində çalışan mütəxəssislərə, xüsusən psixiatr və
seksoloqlara müraciət edə bilir. Üçüncüsü, ərinin nataraz şəxsiyyət olmasından şübhələnən
arvad onu əxlaqsızlığa sürükləməkdə günahlandırır, hətta bəzən müvafiq ölçü götürülməsi
üçün polisə müraciət etmək qərarına gəlir. Dördüncüsü, ziyalı və yüksək mədəniyyətli
arvad kandaulezizmlə bağlı xəbərdarlıq xarakterli xəbəri alanda belə bir addımı ərinin
xasiyyətinin təqdirəlayiq əlaməti kimi qiymətləndirir. Çünki arvad ərinin xaincəsinə
hərəkət etmək istəmədiyinə əmin olur, onun qəribə meyl pozğunluğuna mübtəla olduğunu
səmimi etiraf etməsini alqışlayır. Ancaq bununla bir vaxtda ərinə onun təklifini müsbət
qarşılaya bilməyəcəyini ciddi şəkildə bildirir və bir daha bu mövzuya qayıtmamasını, ona
dair söz salmamasını artıq dərəcədə xahiş edir.
Arvad tərəfindən təklif yaxşı qarşılanırsa və qəbul edilirsə, buna kandaulezistik
təklifin pozitiv cavablandırılması, yaxud kandaulezistik təklifə müsbət cavab verilməsi,
müvafiq olaraq meyl pozuntusunun özünə isə pozitiv cavablandırılmış kandaulezizm,
yaxud müsbət cavablandırılmış kandaulezizm deyilir.
Həqiqətən bəzi hallarda kişi qadının razılığını alaraq onun çılpaq şəkillərini və
yaxud intim səhnələrin yer aldığı video görüntülərini başqa kişilərə göstərir ki, həmin
hadisəyə konsensual kandaulezizm deyilir. Belə hal başqa sözlə razılaşdırılmış
kandaulezizm də adlanır.
Eləcə də kandaulezistik təklifi pozitiv cavablandırmış arvadın buna reaksiyası
müxtəlif olur. Qadının necə razılıq verməsinə görə konsensual kandaulezizm öz
növbəsində iki növə bölünür: a) volyuntarist kandaulezizm; b) könüllü kandaulezizm.
111
Bir çox hallarda arvad gözlənilməz təklifi dərhal rədd etdikdə, kişi onu ələ
almağa çalışır, məqsədinin səbəbini belə gözəl arvadı olduğunu bildirməyə çalışması və
onunla yatmaqdan öyünməsi ilə izah edir. Əgər kişi yenə yekdil cavab almırsa, onda
arvadını güclə razılaşmağa məcbur edir. Əksər hallarda qadın razılıq verməyə sadəcə
məcbur olur. Odur ki, buna volyuntarist kandaulezizm deyilir. Belə hal başqa sözlə
məcburi kandaulezizm də adlanır. Latınca voluntarium – icbari, məcburi, qeyri-könüllü
deməkdir.
Qadın müxtəlif səbəblərdən ərinin sözünü yerə salmaq istəmir. Elə həmin
səbəblərə görə volyuntarist kandaulezizm öz növbəsində üç növə ayrılır: 1) altruistik
kandaulezizm; 2) elpistik kandaulezizm; 3) şantaj kandavlizmi; 4) matrimonial
kandaulezizm.
Bir sıra hallarda kandaulezistik təklif arvadın ürəyincə olmur, ancaq tam rədd də
edilmir. Ərinə hörmət əlaməti olaraq, onun istəyini yerinə yetirmək, arzusunu ürəyində
qoymamaq naminə arvad əcayib-qəraib təklifi həyata keçirməyə hazır olduğunu bəyan
edir. Belə hal altruistik kandaulezizm (candaulesismus altruismus) adlanır.
Kandaulezistik təklifi eşidən arvad razılıq verəcəyi təqdirdə ərinin seksual
tələbatının təmin edilməsindən sonra onun sakitləşəcəyinə və belə axmaq fikirlərdən
birdəfəlik əl çəkəcəyinə ümid bəsləyə, tezliklə düzələcəyinə inana bilər. Belə hal elpistik
kandaulezizm (candaulesismus elpisticus) adlanır. Ümidi həyatın ən yaxşı elementi hesab
edən yunan filosoflarını «elpistiklər» adlandırırdılar. Elpistiklər xoşbəxtliyi ümid etməkdə
axtarırdılar. Yunanca elpizo – ümid etmək, ümid bəsləmək, inanmaq deməkdir.
Bir çox hallarda kandavlist ər şantajın köməyilə məqsədinə nail olur. Belə hal
şantaj kandavlizmi adlanır.
Məşhur polyak psixiatrı, psixoterapevt və seksoloqu, Zbiqnev Lev-Staroviç
«Qeyri-tipik seks» (polyak dilində «Seks nietypowy») kitabında yazır ki, pasiyentlərindən
biri şantajın köməyilə öz arvadını bu cüt tərəfindən təşkil olunmuş axşam qonaqlığında
striptiz göstərməyə məcbur etmişdir. Ər baş verənləri gecə klubunda nəsə bir oyun kimi
təsəvvür etmiş, qonaqlar isə bunu sahibin öz gözəl və incə arvadı ilə öyünüb lovğalanması
kimi qavramışlar. Ər arvadının striptiz ifa edən vaxt digər kişilərdə hansı maraq
doğurduğunu kənardan müşahidə etmiş, onların təəccüblə baxdığına əmin olduqda bundan
cazibəli iztirab kimi qəribə bir hiss keçirmişdir. Belə ki, ərdə mənəvi əzab valehediciliyə
qarışmışdır. İstənilən halda ərin keçirdiyi hiss çox gözəl və cazibəli olmuşdur. Arvadın əri
onu vəcdə gətirən hissini belə ifadə etmişdir: «Mən sanki arvadımı başqa kişilərlə
bölüşdüyümü, bir hissəmi onlara verdiyimi hiss edirdim» [40, səh. 302–303].
Bəzi hallarda arvad ərini çox istədiyindən, ailəsinin dağılması ilə
barışmadığından, yaxud valideynlərinin yanına qayıtmağı özünə sığışdırmadığından ərinin
kandaulezistik təklifinə müsbət cavab verməyə məcbur olur. Nəyin bahasına olursa-olsun
boşanmaq istəməyən arvadın müsbət cavablandırdığı təklifdən sonra ərində müşahidə
edilən kandaulezizmə matrimonial kandaulezizm deyilir. Matrimonial dedikdə nikahla
bağlı olan, izdivacla əlaqələndirilən, ər-arvadlıqla əlaqədar olan şeylər nəzərdə tutulur.
Latınca matrimonium – nikah, izdivac deməkdir.
Yalnız nadir hallarda qadın ərinin kandaulezistik təklifinə razılıq verir. Ərlə
arvad arasında fikir birliyi, həmrəylik əldə olunur. Belə hadisə koakt kandaulezizm
112
(candaulesismus coactus) adlanır. Ona başqa sözlə könüllü kandaulezizm də deyilir. Qadın
ərinin kandaulezist davranışına müxtəlif səbəblərdən etiraz etmək istəmir. Həmin
səbəblərdən asılı olaraq könüllü kandaulezizmin aşağıdakı növləri ayırd edilir: 1) marginal
kandaulezizm; 2) mutual kandaulezizm.
Ərinə hörmət əlaməti olaraq deyil, sadəcə onun var-dövlətinə, zir-zinətinə göz
dikən qadının kandaulezistik təklifi müsbət qarşılaması marginal kandaulezizm
(candaulesismus marginalis) adlanır.
Kandaulezistik təklifi eşidən qadının özünün bunu alqışlaması hadisəsi mutual
kandavlizm (candaulesismus mutualis) adlanır. İngiliscə mutual – qarşılıqlı deməkdir.
Mutual kandavlizm iki səbəbdən irəli gələ bilər: 1) arvadın kandavlistik təklifi
gözləməsi və bunu onun gözəlliyinə biganə qalmamağın bir nişanəsi kimi dəyərləndirməsi;
2) arvadın ərindəki kandavlistik meyldən öz məqsədlərinə yetişməsi naminə sui-istifadə
etməsi.
Bəzən paradoksal, qəribə bir vəziyyət yaranır. Kişinin həmişə qısqanmalı
olduğunu fikirləşən, onun qısqanmadığını gördükdə artıq sevmədiyi qənaətinə gələn qadın
kimi, ərinin daim onu tərifləməsini istəyən, gözəlliyindən danışmasını arzulayan arvad da
olur. Bu qəbildən olan arvad həmişə ərinin onun cəlbediciliyilə fəxr etməsini istəyir. Hətta
ər öz həyat yoldaşının gözəlliyi və füsunkarlığı haqqında danışmırsa, arvad bunu ona qarşı
bir biganəlik kimi dəyərləndirir. Buna görə arvad ərinin onu başqa kişilərə çox valehedici
və məlahətli partnyor kimi təqdim etdiyini eşidəndə, hətta buna əmin olmaq üçün həyat
yoldaşını çılpaq halda nümayiş etdirmək arzusunu duyanda dərhal baş verənləri diqqət
yetirməkdən irəli gələn bir hərəkət kimi qarşılayır və müsbət cavablandırmaqla
dəyərləndirir. Ərindən daim qeyri-adi təklif gözləyən arvadın ürəyindən keçənləri
təxminən belə təsvir etmək olar: «Əzizim, ürəyimdən tikan çıxartdın, axı necə ola bilər ki,
belə gözəl arvadına başqa kişilər məftun olmasınlar, səni əmin edirəm ki, məni çılpaq halda
görənlər dərhal tamah salacaqlar, sənə belə gözəl qadınla yatan bir kişi olaraq qibtə
edəcəklər».
Bundan başqa, bəzi qadınlar ərinin zəif meylindən agah olan kimi bundan sui-
istifadə etməyə başlayırlar. Belə arvadlar sadəcə olaraq üzdə bunu büruzə vermir, guya
ərinin xahişini yerinə yetirirmiş kimi davranırlar. Arvadın ərində aşkar olunan
kandavlizmdən aşağıdakı məqsədlərlə istifadə etməsi mümkündür: a) açıq-saçıq
geyinməyi sevən arvadın indi bunu çəkinmədən edə bilməsi; b) arvadın özünə yaxşı
baxması üçün rahatlıqla bütün prosedurları həyata keçirməsinə müvafiq şəraitin yaranması;
c) ərinin qeyri-adi meylindən ehtiraslanan arvadın özünün görüşmək istədiyi kişilərlə
asanca gəzə bilməsi, qrup seksində iştirak etməyə qədər çox müxtəlif seksual praktikadan
yararlanması.
Daim açıq-saçıq geyinməyi arzu edən, yarıçılpaq halda olmağı sevən arvad
ərində kandaulezizm olduğunu bilən kimi çox sevinir, çünki artıq bundan sonra
çəkinmədən istədiyini edə biləcəkdir. Qeyd edək ki, son vaxtlar arvadlarına olduqca açıq-
saçıq paltarlar geyindirib bu çılğın vəziyyətdə utanmaz-utanmaz özü ilə restoranlara,
istirahət mərkəzlərinə, toylara və başqa şənliklərə aparan qeyrətsiz kişilərin sayı hədsiz
çoxalmışdır. Hətta bəzi hallarda açıq-saçıqlıqda ifrata varma dərhal nəzərə çarpır.
113
Şübhəsiz, «simvolik geyimin» seçilməsinə ərin razılıq verməsi üçün onun kandaulezistik
meyli yardımçı olur.
Ərinin kandaulezizmə mübtəla olduğuna şübhə etməyən, bunu dəfələrlə
sınaqdan keçirən arvad mövcud vəziyyətdən özü üçün müəyyən qədər xeyir götürə, fayda
əldə edə bilər. Kandaulezizm sindromlu kişiləri müşahidə etmiş seksoloqların çoxu qeyd
edir ki, ərinin qəribəliyi və anlaşılmaz davranışı arvadın öz bədəninə daha yaxşı, incədən-
incəyə fikir verməyə başlamasına səbəb ola bilər. Tez-tez trenajor zalına
122
getmək,
hovuzda çimmək, kosmetoloqun xidmətindən yararlanmaq üçün arvadın qarşısında geniş
imkanlar açılır. Belə arvadın əri üçün deyəcəyi sözü, bəhanəsi də var: «Bəs başqa kişilər
necə baxarlar, deməzlərmi ki, filankəsin arvadı nə gündəymiş. Qoy, özümə yaxşı fikir
verim, gözəl görünüm, başqa kişilərin yanında soyunanda çirkin görünməyimə görə
utanmayasan, əksinə, füsunkar və cəlbedici bədənimə baxıb ağızları açıq qalsın, sənə
paxıllıqları tutsun. Bundan sonra hamının dilindən yalnız bunu eşitmək olar ki, halal olsun,
kişinin oğlu arvad saxlayır!» Əlbəttə, arvadın dedikləri kandaulezist ərin ürəyinə yağ kimi
yayılır. Belə ər arvadının öz bədəninə diqqətlə fikir verməsinə, gözəllik salonlarına,
çimərlik və hovuza, məşq zallarına və digər yerlərə tez-tez baş çəkməsinə nəinki etiraz
etmir, üstəlik ona verdiyi vəsaitin miqdarını artırmağa başlayır. «Kişi arvad saxlayır», lakin
bunu özündən çox, başqaları üçün edir. Həqiqətən arvadın çılpaq halda gözəl görünməsi
kandaulezist ərin ən böyük arzusudur. Arvadın soyunaraq gözəl bədənini başqa kişilərə
göstərməsi kandaulezist ərinə kömək etməsinin, ona yardım əlini uzatmasının əyani bir
formasıdır. Belə «köməkdən» ruhlanan ər heç də arvadına borclu qalmır, yataqda həddən
ziyadə ehtiraslanaraq onun seksual təmin olunması üçün əlindən gələni edir.
Bəzən kandavlizm öz arvadının çılpaq fotoqrafiyalarının nümayiş etdirilməsilə
məhdudlaşmır, həyat yoldaşının özü canlı olaraq prosesə cəlb edilir. Bir sözlə, seksual
partnyor olan qadının nümayiş etdirilməsi onun fotoqrafiya və portretinin başqa kişilərə
göstərilməsilə məhdudlaşa bilər, lakin onun özünün yad kişilər önündə poza alması, striptiz
ifa etməsi və başqa intim hərəkətlərə meylləndirilməsi hallarına da rast gəlinir. Hərəkətlərin
miqyasının belə genişlənməsi patologiyanın artıq yüngül formadan ağır formaya keçdiyinə
dəlalət edir.
Əgər kandaulezistik təmayül arvadın özünün bilavasitə canlı olaraq iştirakı
şəraitində həyata keçirilərsə, buna ağır kandaulezizm (candaulesismus gravis) deyilir.
Latınca gravis – ağır deməkdir. Belə hal başqa sözlə kontakt kandaulezizm də adlanır. Ona
həmçinin mürəkkəb kandavlizm deyilir. Bunu «canlı» kandaulezizm, yaxud
kandaulezizmin «canlı» forması kimi təsəvvür etmək olar. Bəzi mənbələrdə belə hal
həmçinin vasitəsiz kandaulezizm adlanır. Ona başqa sözlə birbaşa kandaulezizm də deyilir.
Hətta bəzi mənbələrdə «maksi-kandaulezizm» terminindən istifadə olunur.
Bəzi hallarda öz qadınının yalnız surətini və video görüntülərini yad kişiyə
göstərmək artıq ehtiraslı ər üçün kifayət etmir. Bunlardan heç bir vəchlə qane olmayan ər
arvadını yad adamların yanında soyunmağa, yaxud bir çox hallarda hətta başqa kişilərlə
cinsi akt törətməyə sürükləyir, özü isə baş verənləri böyük həvəslə kənardan izləyir, xəlvəti
yerdə dayanıb şövqlə müşahidə edir. Ağır kandavlizmə mübtəla olmuş ər daim arvadına
təkan verir, onu hərəkətə gətirir.
114
Ərin öz «ikinci yarısı» olan arvadını başqa kişiyə verməsi və bundan vəcdə
gəlməsi patologiyanın psixikaya güclü təsirinin labüd nəticəsidir. Normal halda kişi üçün
dəhşət kimi qarşılanan bir hadisənin adi intim oyun olaraq başa düşülməsi elə bu təsirdən
qaynaqlanır. Sanki bununla kişi özünə aid olanın bir hissəsini, özünün bir qismini başqa
kişiyə verir.
Ağır kandaulezizm qadının canlı olaraq təklif edildiyi halda bundan həzz
alınmasından ibarət olan cinsi pozğunluqdur. Əgər kişi arvadını çılpaq halda başqa kişiyə
bilavasitə göstərməyə nail olursa, bundan çox böyük məmnunluq duyur. Arvadını çılpaq
halda başqa kişiyə göstərməyə nail olmaq üçün kandaulezist ər bir neçə üsuldan istifadə
edə bilər. Ağır kandaulezizmin ekstrakoital və koital olmaqla iki növü fərqləndirilir.
Çox nadir hallarda ər arvadının özünü başqa kişiyə çılpaq halda göstərir və cinsi
əlaqədən savayı hər hansı hərəkət etməsini istəyir ki, belə hal ekstrakoital kandavlizm
(candaulismus extracoitalis) adlanır. Ona başqa sözlə ekstrakoital təmaslı kandavlizm də
deyilir.
Ekstrakoital kandavlizm arvadın başqa kişilərlə cinsi əlaqədən savayı hər hansı
hərəkəti etməsinə yol verilməsindən ibarət olan pozğunluqdur. Arvadın (məşuqənin)
soyundurularaq kişi cinsli şəxsə göstərilməsi, onun bədəninə başqa kişi bədəninin
toxunması (sürtünməsi), həmçinin digər yollarla yad adamların nəzərlərinin cəlb edilməsi
kandavlist ərin məqsədinə çevrilir.
Arvadın fiziki cəlbediciliyini göstərməyə imkan verən paltar geyinməyə məcbur
edilməsi hallarına çox rast gəlinir. Bunun üçün mini-paltar, mini-yubka, mikro-yubka, çox
dar olduğundan bədənə yapışan paltarlar, iki tərəfi açıq olan paltar, yuxarıdan dərin kəsik
olan paltar, krujeva şəklində olan paltar və başqaları daha çox seçilir. Belə paltarlar təkcə
kandavlist ərin təzyiqi altında seçilmir, eyni zamanda arvadın ekshibisionizmdən əziyyət
çəkməsinin əlaməti olaraq onlara tez-tez müraciət edilir, həmçinin ölkə əhalisinin
əxlaqsızlığa sürüklənməsində maraqlı olan qüvvələrin moda kimi sırıması istisna edilmir.
Ümumiyyətlə, geyim psixiatr və seksoloqların çox böyük əhəmiyyət verdiyi bir amildir.
İnsan xarakterinin geyimə güclü şəkildə sirayət etdiyi heç kimdə şübhə doğurmur.
Geyimin individin cinsinə və yaşa uyğun gəlib-gəlməməsi, ona lüzumsuz aksessuarların
əlavə edilib-edilməməsi xüsusən həkim-psixiatrları çox maraqlandırır. Geyim insan
seksuallığının «hopduğu» elementləri özündə daşıyır. Hətta bir çox hallarda geyim özü
insanın seksuallığının nəzərə çarpdırılmasının bir vasitəsinə çevrilir. Çılpaqlığa çağırış
edən, açıq-saçıqlığın təbliğ edilməsində maraqlı olan kandavlistlərin canfəşanlığı xüsusən
aydın büruzə olunur.
115
Şəkil 50. Gəlinlik paltarının getdikcə daha çox erotik üslubda hazırlandığı
müşahidə edilir
Ekstrakoital təmaslı kandavlizmin aşağıdakı növlərini ayırd etmək olar: a)
çimərlik kandavlizmi; b) hovuz kandavlizmi; c) hamam kandavlizmi; ç) masaj
kandavlizmi; d) müayinə kandavlizmi; e) poza kandavlizmi; ə) rəqs kandavlizmi.
Arvadın çimərliyə aparılaraq başqa kişilərə göstərilməsindən məmnunluq
duyulmasına çimərlik kandaulezizmi deyilir.
Aydındır ki, çimərlik (fransızca plage) rekreasion zona kimi istifadə edilən bir
sahədir. Çimərlik kandaulezizmi ekstrakoital təmaslı kandaulezizmin digər formalarına
nisbətən daha çox rast gəlinir. Bunu bir neçə səbəblə izah etmək olar. Birincisi, arvadını
çimərliyə aparma daha asan baş tutur, bundan ötrü həyat yoldaşını uzun-uzadı dilə tutmağa
ehtiyac yoxdur. İkincisi, arvadını çimərliyə aparmaq üçün elə böyük bir vəsait tələb
edilmir. Demək olar ki, bütün ailələrin buna imkanı çatır. Sadəcə olaraq seçilən
çimərlikdəki xidmət səviyyəsi ödənilən vəsaitdən asılı olaraq fərqlənə bilər. Ancaq
kandaulezist əri çimərlikdəki xidmət səviyyəsi deyil, orada arvadına nəzər yetirəcək
kişilərin çox olması maraqlandırır. Üçüncüsü, arvadını tez-tez çimərliyə aparan kişinin
kandaulezizmdən əziyyət çəkdiyinə heç vaxt şübhə edilmir. Bir çox hallarda nəinki kənar
şəxslərdə, hətta həyat yoldaşında belə qətiyyən şübhə oyanmır.
116
Əlbəttə, arvadını çimərliyə aparan bütün kişilərin kandaulezist olduğunu
düşünmək yanlışlıq sayılar və onlara münasibətdə haqsızlıq hesab edilərdi. Ancaq arvadını
çimərliyə aparan kişilərin arasında məhz kandaulezizm məqsədini həyata keçirmək
istəyənlər olduğunu danmaq mümkün deyildir. Arvadını çimərliyə aparan kişinin
kandaulezist olmasından şübhələnməyə əsas verən bir neçə məqam vardır. Birincisi,
kandaulezizmdən əziyyət çəkən ər arvadını dəniz, göl, çay və digər su hövzəsi sahilindəki
tənha guşələrə aparmağa maraqlı olmur. Beləsi adamların çox olduğu çimərliyi seçir.
İkincisi, kandaulezizmə mübtəla olmuş ər arvadının daha çılpaq görünməsinə imkan verən
çimərlik paltarı seçməsində israrlı olur. Kandaulezist ər arvadının erotik tipli çimərlik
paltarı seçməsinə maraq göstərir, hətta bəziləri «qoy səni görəndə hamısının ağlı başından
çıxsın, əsas odur ki, sənə yaraşır» deməklə məhz bu seçimin saxlanmasına çalışır və nail
olur. Üçüncüsü, kandaulezist ər arvadının çılpaq bədəninin daha aydın görünməsinə imkan
verən hərəkətlər edir, həyat yoldaşı hiss etmədən onu sanki sərgidə nümayişə hazırlayır.
Belə hallarda ər başqa kişilərin onun arvadına necə ehtirasla baxdıqlarına əmin olanda
bundan çox məmnun görünür, heç nəyi büruzə vermədən ona xoş təsir bağışlayan
mənzərənin xeyli müddət davam etməsini arzulayır.
Ekstrakoital təmaslı kandaulezizmin daha bir növü hovuz kandaulezizmi
adlanır. Onun başlıca cəhəti ərin öz arvadını məhz hovuza aparmaqla çılpaqlaşdırıb başqa
kişilərə göstərmək arzusunu həyata keçirməsidir. Aydındır ki, hovuz kandaulezizmi də
çimərlik kandaulezizmi kimi çox rast gəlinir, onlar bir-birinə çox oxşayır.
Ərin öz arvadını hamama aparmaqla kandaulezistik meylini reallaşdırması
mümkündür. Odur ki, buna hamam kandavlizmi deyilir. Hamam kandavlizmi ona xas olan
xüsusiyyətlərə görə çimərlik kandavlizminə çox bənzəyir.
Hamam kandavlizmindən danışanda buna dair məşhur bir tarixi nümunəyə
toxunmamaq mümkün deyildir. XVIII əsrdə ingilis siyasi xadimi ser Riçard Uorslidə (Sir
Richard Worsley) hamam kandavlizmi özünü qabarıq şəkildə büruzə vermişdir. Ancaq
onda kandavlizmin digər formalarının da olması istisna edilmir.
Arvadını kişi masajistin yanına aparma da elə çətin başa gəlmir və çox tez-tez
müşahidə edilir. «Səni yanına aparmaq istədiyim masajisti hamı tərifləyir, onun çox
bacarıqlı olduğunu hər kəs deyir, gəl biz də yoxlayaq» şəklində təklifin qarşısında aciz
qalan arvad razılaşıb yoxlamağa qərar verir. Adətən belə hallarda kandaulezist ər ürəyindən
bunu keçirir: «Arvadım tam soyunarkən onu masaj edən kişinin necə yanıqla baxdığını
görəndə hədsiz oyanır və gördüklərimdən olmazın həzz alıram».
Bir çox hallarda kandaulezist ər arvadını soyunma tələb edilən müayinələrdən
keçmək üçün kişi cinsli ginekoloqun, mama həkiminin, mammoloqun, seksoloqun və
başqalarının yanına aparır. Belə hal müayinə kandaulezizmi adlanır.
Kişi kompaniyasına arvadı ilə gedən kandavlist ər orada qarşıya qoyduğu
məqsədinə yetişməyə çalışır. Belə ki, kişilərin qarşısında arvadını seksual-erotik təsir
bağışlaya bilən poza almağa (müəyyən vəziyyətdə durmağa) təhrik edir. Həmin hadisə
poza kandavlizmi adlanır.
Ayrı-ayrı hallarda ər arvadının başqa kişilərlə erotik rəqs etməsini arzulayır və
buna nail olmaq üçün əlindən gələni edir. Belə hal rəqs kandavlizmi adlanır.
117
Ərdə olan qadının başqa kişi ilə yavaş, romantik rəqs etməsinə münasibət
birmənalı deyildir. Əlbəttə, konkret situasiyadan, ailədaxili münasibətlərdən və digər
amillərdən asılı olaraq bir-birindən fərqli münasibət ortaya qoyula bilər. Yavaş rəqsin
özündə nəsə bir intimlik, məhrəmlik, yaxınlıq nəzərdə tutduğu heç kimə sirr deyildir. Söz
yox ki, xeyli qadın haqlı olaraq yavaş rəqs təklifini qəbul etməyi xəyanət sayanların
yanıldıqlarını zənn edir. Rəqs özü bir incəsənətdir, ünsiyyət yaradılmasının çox gözəl bir
üsuludur. Qadının ərdə olması onun əks cinsli şəxslə yavaş rəqs etmək hüququnu itirməsi
anlamına gəlməməlidir. Artıq qadınların tam hüquqsuzluğu dövrü çox arxada qalmışdır.
Yavaş rəqsin erotik elementlərə malik olduğunu yalnız zahirən göstərməyə çalışan və kütlə
içərisində belə addımı atmaqdan qəti surətdə boyun qaçırmaqla özünü əxlaq carcısı kimi
qələmə verən neçə-neçə qadının ədəbsiz hərəkətlər etməkdən çəkinmədiyini dəfələrlə
görmüş, barələrində çox eşitmişik. Yavaş rəqs təklifini mədəni surətdə qəbul edən qadının
ərinə çox hörmət bəslədiyi, ona heç vaxt xəyanət etmədiyi də tez-tez rast gəlinir. Bir
qadının yavaş rəqs etməsini onun ərinə təhrif olunmuş şəkildə çatdırmaqla ailədə
xoşagəlməz mənzərə yaradılması və bunun yaxşı olmayan hallarla nəticələnməsi
mümkündür.
Arvadına inanmadığına görə onun başqa kişilərlə yavaş rəqs etməsinə qadağa
qoyan ərlə nikah münasibətlərinin davam etdirilməsi sual altına bilər. Bəzi qadınlar cəmi
bir dəfə yavaş rəqsi yoxlamağı məqbul sayır, lakin onu təkrarlamaqla taleyi imtahan
etməyi ağılsızlıq hesab edirlər. Çünki təklifin qəbulunun təkrarlanması zamanı qadını rəqsə
dəvət etmiş kişidə münasibətləri davam etdirməyə inam yarada bilər. Bir çox qadınlar ərə
getdikdən sonra özlərindən asılı olmadan başqa kişilərə hətta toxunmaq belə istəmir, sanki
yaranmış naməlum bir baryer onu belə addımlardan çəkindirir, xüsusən əri yanında
olmadıqda yavaş rəqs təklifini qəbul etməyi tamamilə qeyri-mümkün hesab edirlər. Buna
görə belə qadınlar ərli qadınların həyat yoldaşı yanında olmadan restoranlara və digər oxşar
yerlərə getmələrini heç cür başa düşə bilmirlər. Qadınların böyük bir qismi ailə
münasibətlərinin qiymətləndirilməsinə müvafiq surətdə hərəkət etməyin vsacib olduğunu
qabardırlar. Ailənin dostu, yaxud qohumu olan bir kişinin yavaş rəqsə dəvətini pisləmək,
bunu qəbahətli hərəkət, qınanmalı münasibət kimi qiymətləndirmək doğru olmazdı. Amma
əri yanında olan bir qadını içkili vəziyyətdə başqa kişi yavaş rəqsə dəvət edirsə, bunun
acınacaqlı halda yekunlaşmaması naminə tərəddüd etmədən təklifin mədəni surətdə rədd
olunması lazım gəlir. Ümumiyyətlə, spirtli içki qəbulundan sonrakı rəqslərin arxasında
səmimiyyətdən çox ehtiraslılıq dayanır, şəfqətlilik gizlənir.
Kandavlizmə mübtəla olan ər arvadının başqa kişilərlə yavaş, romantik, erotik
rəqs etməsini çox arzulayır və daim buna şərait yaradır. Nümunə kimi məşhur fransız şairi
və bəstəkarı, mahnılar müəllifi və ifaçısı, aktyor, kinorejissor və ssenarist Serj Gensbur
(Serge Gainsbourg) xatırlana bilər.
Rəqs kandavlizminin bir forması striptiz kandavlizmi adlanır. Striptiz özü erotik
rəqsin bir növüdür. Striptiz rəqsdə seksuallığı ifadə edə bilmək məharətidir. İngiliscə strip –
soyunmaq, paltarlarını çıxarmaq və tease – həvəsə gətirmək, həvəsləndirmək,
iştahalandırmaq, tamahsılandırmaq deməkdir.
118
Rusiyanın «SPİD-info» qəzetində Qalina Kotikovanın Moskva vilayətində
yaşayan Alyona adlı bir qızın göndərdiyi məktub əsasında ərsəyə gətirdiyi «Öz arvadını
bölüş» adlı məqaləsinə nəzər salaq:
«Üçüncü ildir ki, nikahdayam və ailə həyatının tezliklə sona çatacağını hiss
edirəm. Məgər yaxşı ər öz arvadı ilə belə rəftar edərmi?
Hər şey bir il bundan əvvəl başladı. Həmin vaxt mənim iştirakımla ərim
evimizdə fotosessiya təşkil etmişdi. Təbii ki, şəkillərim toples halında çəkilmişdir, hətta
əynimdə heç bir paltarım olmadığı anda bir cüt foto lentə alınmışdı. Ərim mənim
bədənimə həmişə heyran olmuş, ezamiyyətə gedərkən daim onun yanında olmağımdan
ötrü bu şəkilləri də özü ilə aparacağını demişdir. Ancaq həmin vaxt fotoların yalnız ailənin
baxması üçün nəzərdə tutulmadığı heç cür ağlıma gəlməmişdi. Çox keçmədən aydın
olmuşdur ki, ərim apardığı şəkilləri bir dostuna göstərərək onun qarşısında özünü
öymüşdür: baxıb zövq al, gör necə gözəl arvadım var! Ərimin dostunun arvadı bunu bilən
kimi mənə zəng vurub söyləmişdir. Əvvəlcə mən ona inanmamışdım, xüsusən ona görə ki,
ərimin izahına görə, guya təsadüfən bir cüt şəkli görən dostu onu aləmə yaymış, ağızlara
salmışdır.
Bir az keçəndən sonra ərimin rəhbəri bizi daçasına
1
dəvət etdi. Orada hamı
spirtli içki qəbul etmiş, hovuzda çimmişdi. Ərim məndən striptiz oynamağımı xahiş edərək
dil tökməyə başlamışdı, məni yola gətirməyə çalışırdı (mən bir vaxtlar rəqslə məşğul
olmuşdum, ancaq əlbəttə, striptiz göstərməmişdim). Təklifi qəbul etmədiyimi görən ərim
içkili qonaqların gözləri önündə çimərlik paltarımı əynimdən dartıb çıxartdı. Mən
ağlamağa başladım və oradan qaçdım. Evə gələndə ərim üzr istədi, çox içdiyindən belə
etdiyini dedi və bağışlanmasına təkid etdi. Həmin gecə ərim çox ehtiraslanmışdı, məni elə
əzizləyib nazladı ki, günahından keçdim, hər şeyi ona bağışladım.
Bir həftədən sonra qonaqlar bizə yığılışmışdılar, yenə ərim mənə striptiz
oynamağı təklif etdi. Ərim öz rəhbərinin bunu xahiş etdiyini dedi. Onun sözlərinə görə,
guya xidmətində irəli getməsi ancaq məndən asılıdır. Mən imtina edəndə ərim acıqlandı:
«Mən ki səndən onunla yatmağını xahiş etmirəm! Buna bax, nə böyük şey imiş, elə
bilirsən ki, soyunmaqla dünya dağılacaq!» Bu sözlərdən sonra güzəştə getməli oldum.
Ancaq mənə elə gəlirdi ki, ərimin rəhbərinin heç nə vecinə deyildi, yanında çılpaq qadının
rəqs etməsi onu zərrə qədər maraqlandırmır, diqqətini cəlb etmirdi. Ərim çox möhkəm
oyanmış, lap qızışmışdı, gecəyə qədər güclə səbrini basdı. Onu heç vaxt belə ehtiraslı,
şəhvətli görməmişdim. Mən başqa kişilərin yanında soyunanda ərimdə nələr baş verdiyini
heç cür anlaya bilmirəm. Ərimin başqa kişilərin qarşısında məni soyunmağa vadar
etməsinin niyə lazım olduğunu başa düşməkdə çətinlik çəkirəm. Məgər ərim başa
düşmürmü ki, belə etmək ayıbdır, adamın ürəyini bulandırır, mənim üçün xoşagələn deyil
və utandırıcıdır» [36].
Məktubda yazılanları həkim-seksoloq, tibb elmləri namizədi Yuri romanov belə
şərh etmişdir: Alyonanın əri kandaulezizmdən əziyyət çəkir. Özünün çılpaq partnyorunu
digər kişilərə göstərərkən seksual oyanma meydana çıxmasını məhz belə adlandırırlar. Bu
seksual kənarlanmanın əsasında natamamdəyərlilik kompleksi və gizli mazoxist
tendensiyalar dayanır. Ola bilsin ki, Alyonanın əri cəmiyyətdə özünü inamsız və
qətiyyətsiz aparır, özünə arxayın deyildir və arvadının ləyaqəti, məziyyəti hesabına
119
özünüqiymətləndirməni yüksəltməyə can atır. «buyurun, baxın görün, mən necə gözəl bir
qadına yiyələnmişəm, buna ki bir sözünüz ola bilməz!» deməklə ər həyat yoldaşının yaxşı
cəhətlərindən yararlanmaqla «boşluğu» doldurmağa çalışır. İstisna edilmir ki, qadının ərinə
özünüalçaltma kimi bir əlamət xasdır. Özünüalçaltma öz şəxsiyyət və qabiliyyətini
kiçiltməklə səciyyələnən bir hal olub, kandaulezist ərlər arasında daha çox müşahidə edilir.
Kandaulezistin arvadının çılpaq halda başqa kişilərin qarşısında qalmasının onun şərəf,
mənlik və heysiyyətinə toxunmaması bunun bariz sübutudur. Arvadını ümumi seyrə
çıxartmış ər heç də həyat yoldaşını deyil, elə özünü lağa, masqaraya qoyur. Çılpaq
arvadının bədəninin kütlə tərəfindən gözdən keçirilməsi ərin məhz özü üzərində həqarətə
yol verməsinin, təhqir olunmasından ötrü çalışmasının danılmaz bir göstəricisidir. Buna
görə kandaulezistin arvadı özünü təmkinli aparmalıdır. Hətta Alyonanın arvadı belə
situasiyalara bir yumor hissi ilə yanaşa bilər [36].
Qeyd edək ki, bəzi hallarda kandavlizm bir müddət ekstrakoital təmas formaları
şəklində özünü büruzə verir, lakin çox keçmədən onun koital formaya transformasiya
etməsi müşahidə edilir. Görünür, belə hallarda ekstrakoital təmas formaları sadəcə
hazırlayıcı mərhələ rolunu oynayır. Rus dilində olan mənbələrdən birində verilmiş
aşağıdakı nümunəyə nəzər salaq.
«Mən arvadımla hələ yeniyetmə olarkən tanış olmuşdum. Biz kiçik qəsəbədə
yaşayırdıq. Axşam düşən kimi hər kəs öz dostları ilə gəzintiyə çıxırdı. Günlərin birində
kompaniyalarımız kəsişdi, hamımız bir yerdə olduq, elə həmin vaxtdan bizim ünsiyyətimiz
başladı. Lakin bizim aramızda olan intim münasibətlər çox yavaş, ləng inkişaf edirdi. Qız
həddi-büluğa çatana qədər cinsiyyət orqanları nahiyəsinə əlimlə toxunmağıma icazə
verməmişdi, yalnız öpüşə və əllərimi döşlərinə vura bilərdim. Sveta büsthaltersiz gəzməyə
vərdiş etmişdi. Buna görə onun döşlərinin gilələri koftasının və yaxud futbol köynəyinin
nazik parçası altından dik durmuş vəziyyətdə görünür və ehtiraslandırıcı təsir bağışlayırdı.
Onun məmələrinin həvəsləndirici halda görünməsi heç cür gözlərimin qabağından
çəkilmirdi.
Qızın döşlərinin yalnız məni deyil, digər oğlanları da oyandırdığını, ehtirasa
gətirdiyini hiss edirdim. Bütün oğlanların belə bir xoş hiss keçirdiyini anlamaq çətin
deyildi. Elə bunun üstündə uzun müddət qısqanclıqdan iztirab çəkmişdim. Sonra qızın
məmələrinin dik görünüşündən ehtiraslanan oğlanların hərəkətlərilə bağlı getdikcə
özümdən asılı olmadan təfərrüata varmağa başladığımı hiss edirdim. Hətta yaxın dostum
Saşanın da bundan vəcdə gəldiyinə əmin olurdum. Dostumun edə biləcəyi intim xarakterli
bütün hərəkətləri xəyalıma gətirir, yalnız bunun ətrafında fikirləşir, təəccüblü də olsa,
əvvəllər qısqanclıqdan əzab çəkib üzüldüyüm halda, indi bunları gözlərimin qabağına
gətirməyimdən sanki xoşhal olurdum. Sevdiyim qızın məmələrinə diqqətlə göz gəzdirən
oğlanın onun koftasını çıxartdığını, öpüşə qərq edərək yatağa apardığını, sonra cinsi
əlaqəyə girdiyini təsəvvür etdikcə bütün bədənimi qəribə hiss bürüdüyünü başa düşürdüm.
Belə bir vəziyyətdə oğlanın hansı hisslər keçirdiyini özüm üçün aydınlaşdıranda bundan
məmnun olur və çox təsirlənirdim. Bütün bunların məni çox ehtiraslandırdığını, sanki
ağlımı əlimdən aldığını özümlə söhbətimdə artıq etiraf etməli olurdum.
Amma Svetadan ayrılmaq fikrində deyildim. Onunla ilk dəfə cinsi əlaqədə
olarkən həddən ziyadə oyanmağıma baxmayaraq yavaş-yavaş və ehtiyatla hərəkət etməyi
120
qarşıma məqsəd qoymuşdum. Svetanın mənim seks təklifimə heç vaxt rədd cavabı
verməməsi üçün ilk cinsi yaxınlığın uğurlu alınmasına çalışırdım. Hər şey elə gözlədiyim
kimi də oldu, ilk cinsi əlaqə qızın xoşuna gəlmişdi. Sonra cinsi əlaqələrimiz intensiv hal
aldı, ələ düşən hər fürsətdən maksimum yararlanırdıq. Cinsi əlaqəyə girmək üçün istənilən
imkandan istifadə edirdik. Hətta bir çox hallarda kifayət qədər riskli addımlar atırdıq.
Xüsusən qızın yaşadığı evin yaxınlığında elə küçədəcə cinsi yaxınlıqda olmağımız hər
ikimizin xoşuna gəlirdi. Halbuki qızın ata və anası hasarın digər tərəfindəki bostanda
işləyir, tez-tez orada eşələnirdi. Başqalarının bizi cinsi əlaqə vaxtı yaxalaya biləcəyini yaxşı
başa düşsək də, ancaq bunu təkrarlamaqda davam edirdik. Bir dəfə dostum bizim
üstümüzə çıxdı. Doğrusu, biz artıq cinsi aktı başa çatdırmışdıq, lakin Sveta trususunu hələ
əyninə geyinməmişdi. Elə həmin andaca Saşanın onun çılpaq cinsiyyət orqanlarını görə
bildiyinə əmin olduğumdan yalnız bu barədə fikirləşirdim. Həmin fikirlər məni elə
ehtiraslandırmışdı ki, hərəkətlərimə nəzarət etməyimə gücüm qalmamışdı. Təzəcə cinsi
əlaqədə olmağıma baxmayaraq bütün vücuduma xoş bir hiss hakim kəsilmişdi. Getdikcə
güclənməkdə olan hissin tükənməsini istəmirdim. Az qala trusuya «qurtaracaqdım». Yəqin
ki, dostum bizi münasib olmayan məqamda yaxaladığına görə mənim həyəcan keçirdiyimi
fikirləşirdi.
Sonra biz evləndik, ancaq dostlarımızla əlaqə saxlayırdıq. Dostum Saşa bizə
gəlirdi. Onda dostumun hələ öz evi yox idi. Mən və Sveta artıq ər və arvad kimi yaşamağa
başladığımız vaxt bəzən bir-birimizi çılpaq halda fotoqrafiyalayırdıq. Çox vaxt mən onun
foto ilə şəklini çəkirdim. Bütün fotoları ailə albomunda onun cildinə yapışdırılmış
konvertin içərisində saxlayırdıq. Bir dəfə dostum Saşa konverti aşkara çıxardı. Arvadımın
çılpaq fotolarını ona göstərdim. Saşa fotolara baxdıqca çox ehtiraslandığını məndən
gizlətmədi. Onun ereksiya vəziyyətini almış cinsiyyət üzvü yaxşıca «dirəyə» çevrilmişdi.
Eyni vəziyyət öz-özünə məndə də yarandı. Çox ehtiraslandığımızdan bir yerdə
masturbasiya edərək çılpaq Svetanın fotosu üzərinə torumumuzu tökməyimizdən
«xəbərimiz olmamışdı».
Biz şəhərdə yaşasaq da, qəsəbədən olan köhnə dostlarımızla arabir görüşürdük.
Günlərin birində onlarla bir yerdə mənim maşınıma əyləşib qonşu kənddəki gölə çimməyə
getdik. Adamın sayı çox, maşında yer məhdud olduğundan qabaq oturacaqda Svetanın
yanında Saşa da özünü birtəhər pərçim etmişdi. Arxa oturacaqda iki cüt əyləşmişdi.
Nəzərdə tutduğumuz yerə gəlib çatanda hələ maşında ikən bütün cütlər «əmişməyə»
başlamışdı. Əlbəttə, mən və Sveta bir-birimizə sarıldıq. Yalnız Saşa qıraqda tək qalmışdı.
Dostum bizi maraqla müşahidə edirdi. Dostumun kənarda qalmasını istəmədiyimdən
Svetanın futbol köynəyini yuxarı çəkərkən onun əllərini götürüb arvadımın çılpaq döşləri
üstünə qoydum. Dostum Svetanın döşlərini bir balaca əlləşdirdi, lakin arvadım bunu hiss
etmədi. Sonra hamımız maşından çıxıb suya tərəf qaçdıq. Oğlanlarda tam çılpaq halda
çimmək ideyası yarandı. Hamı bu qeyri-adi, qəribə ideyanı dəstəklədi. Ancaq qadınlar
trusularını çıxardan kimi futbol köynəkləri vasitəsilə özlərinin ayıb yerini örtməyə
başladılar. Mən arvadımı kürəyimə mindirib suda gəzdirməyə başladım. Saşanın bizə tərəf
üzdüyünü görəndə qəsdən, bilə-bilə arvadımın döşlərini çılpaq hala gətirdim. Saşa bir
qədər sərxoş olduğundan cürətlənərək zarafatlaşmaq üçün Svetanın əlindən yapışdı və onu
suyun dərinliyinə çəkdi. Sveta onun əllərində çırpınıb çapalayır və ciyildəyərək
121
buraxılmasını tələb edirdi. Saşa arvadımı gətirib əvvəlki yerinə qoydu. Ancaq arvadım
sahilə tərəf qaçdı. Biz bir-birimizə heç bir söz demədən bir qədər kənara çəkildik və
hamılıqla suda üzüaşağı üzməyə başladıq. Artıq dostumun mənim arvadıma göz dikdiyinə,
onunla cinsi əlaqədə olmaq istədiyinə şübhəm qalmamışdı. İndi mən bunu necə həyata
keçirmək haqqında fikirləşirdim».
Söhbətin heç bir fantaziyaya uymadan, səmimi edildiyi dərhal sezilir. Burada bir
neçə nüans diqqəti cəlb edir. Birincisi, ərdə lap yeniyetməlik dövründən kandaulezizm
yarandığı aydın görünür. İlk vaxtlar qısqanc olan həmin kişidə sonradan tədricən
kandaulezizm müşahidə edilməyə başlayır. İkincisi, arvadda ekshibisionizm əlamətləri
(büsthaltersiz gəzməyə vərdiş etmə, başqalarına çılpaq halda görünməkdən çəkinməmə,
habelə doqqinq nişanəsi (göz qabağında elə küçədəcə cinsi əlaqəyə girmə) özünü aşkar
şəkildə büruzə verir. Əks təqdirdə küçədə ata-anasının hər zaman görə biləcəyi bir yerdə
cinsi əlaqəyə girməz, maşının qabaq oturacağında yanında başqa bir adam ola-ola ərinə
sarınmazdı. Üçüncüsü, ərdə kandaulezizm sürətlə proqressivləşmə tipi üzrə cərəyan edir.
İlk vaxtlar sevdiyi qızın döşlərinin paltar altından hiss edilməsinə qısqanan oğlanın çox
keçmədən kandaulezistik məzmunlu dərin fantaziyalara qapılması, dostu ilə bir yerdə
arvadının çılpaq şəkillərinə baxaraq masturbasiyaya qapılması, hətta həyat yoldaşının
erotik fotoları üzərinə hər ikisinin eyakulyasiya etməsi, göldə çimərkən rastlaşdığı
mənzərədən sonra dostu ilə arvadının cinsi əlaqəsinin necə həyata keçirilməsinin təşkili
ətrafında fikirləşməyə başlaması qeyri-adi meylin proqressivləşən tipli olmasının bariz
əlamətləridir. Dördüncüsü, cəmiyyətdə seksual tələbatın aşkarda ödənilməsi tendensiyası
və əxlaqın eroziyaya uğraması müşahidə edilir. Hələ evlənməmiş cütlərin elə küçədəcə
cinsi əlaqədə olmaları, maşında əyləşən cütlərin bir-birinin yanında öpüşüb-
qucaqlaşmaları, iştirakçıların hamısının tam çılpaq halda çimmələri və bunun ardınca çılğın
hərəkətlərə yol vermələri seksual tələbatın ibtidai insanlara xas olan tərzdə abırsızlıqla
təmin edilməsinin bariz nümunələridir. Beşincisi, dostun yaranmış vəziyyətdən öz seksual
tələbatını ödəməsi üçün xəyanətkarlıqla istifadə etməsi diqqətdən kənarda qalmır. Halbuki
əsl dost heç vaxt belə addım atmaz, özünə qardaş bilib möhkəm münasibət qurduğu
adamın həyat yoldaşına pis nəzərlərlə baxmaz. Əgər dostun kandaulezizmdən əziyyət
çəkdiyi aşkara çıxarılarsa, saf dostyana münasibətə sadiq qalaraq onu vaxtında agah etmək,
yaxşı bir şey vəd etməyən qeyri-adi istəyindən daşındırmağa çalışmaq, lazım gələrsə
mütəxəssisin yanına aparmaq daha ağıllı və məqsədəuyğun yoldur.
Arvadın başqa kişilərlə cürbəcür seksual-erotik hərəkətlərə yol verməsi, hətta
onlarla cinsi əlaqəyə girməsi nəticəsində ərdə seksual oyanma və təminolunma meydana
çıxmasından ibarət olan pozğunluğa koital kandavlizm (candaulismus coitalis) deyilir. Belə
hal başqa sözlə koital təmaslı kandavlizm də adlanır.
Koital kandavlizmdən əziyyət çəkən kişinin vəziyyəti sözün həqiqi mənasında
acınacaqlı olur. Belə kişinin keçirdiyi hisslər çox dəhşətlidir: «Arvadımın elə yanımdaca
özünü tam olaraq başqa kişinin ixtiyarına verdiyini, ona ləzzət bəxş etdiyini, dili ilə onun
cinsiyyət üzvünü oxşadığını, onunla cinsi əlaqəyə girdiyini, içəriyə qurtarmasını xahiş
etdiyini, bundan sonra onun vaginasından yad kişinin spermasının axdığını müşahidə
etmək, kənardan izləmək, bütün bunları öz gözlərimlə görmək istəyirəm».
122
Koital kandavlizm bayaqdan barəsində məlumat verilən meyl pozğunluğunun
«finalı» hesab edilir. Burada başlıca şərt arvadın cinsi əlaqədə olması və bunu kənar
kişilərin görməsidir. Lakin arvad başqa kişinin ixtiyarına verilə bildiyi kimi, verilməyə də
bilər. Buna görə koital təmaslı kandavlizmin aşağıdakı növlərini ayırd etmək olar:
1. Seksual partnyorun başqa kişiyə verilməməsilə səciyyələnən koital
kandavlizm: a) seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə cinsi əlaqənin açıq
yerdə getməsilə səciyyələnən koital kandavlizm; b) seksual partnyorun başqa kişiyə
verilməməsi şərtilə cinsi əlaqənin qapalı yerdə getməsilə səciyyələnən koital kandavlizm.
2. Seksual partnyorun başqa kişinin ixtiyarına verilməsilə səciyyələnən koital
kandavlizm: a) seksual partnyorun başqa kişinin ixtiyarına verilməsi, lakin ərin özünün
iştirak etməməsilə səciyyələnən koital kandaulezizm; b) seksual partnyorun başqa kişinin
ixtiyarına verilməsi, lakin ərin özünün iştirak etməsilə səciyyələnən koital kandaulezizm.
Seksual partnyorun başqa kişiyə verilməməsilə səciyyələnən koital kandavlizm
zamanı ekshibisionizm elementləri üstünlük təşkil edir. Bu zaman ərlə arvad bir yerdə elə
cinsi əlaqədə olur ki, onların girdikləri aktı başqalarının aydın seyr etmələri üçün şərait
yaransın. Odur ki, həmin hadisənin özünün iki variantı ayırd edilir: a) seksual partnyorun
başqa kişiyə verilməməsi şərtilə cinsi əlaqənin açıq yerdə getməsilə səciyyələnən koital
kandavlizm; b) seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə cinsi əlaqənin qapalı
yerdə getməsilə səciyyələnən koital kandavlizm
Seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə cinsi əlaqənin açıq yerdə
getməsilə səciyyələnən koital kandavlizm gec-gec rast gəlinən haldır. Buna başqa sözlə
doqqinqlə qovuşmuş kandavlizm də deyilir.
Seksual partnyorun başqa kişiyə verilməməsi şərtilə cinsi əlaqənin qapalı yerdə
getməsilə səciyyələnən koital kandavlizm də çox müşahidə olunmur.
Əksər hallarda kənardan bir nəfərin baxması kandaulezist ərin təmin olunması
üçün kifayət edir. Məsələn, kandaulezizmə mübtəla olmuş ər dostunu çağırıb ondan xahiş
edir ki, arvadı ilə cinsi əlaqəsinə kənardan tamaşa etsin. Amerika Birləşmiş Ştatlarının
Federal Təhqiqatlar Bürosunun agenti Robert Filip Henssen (Robert Philip Hanssen) məhz
belə kandavlistlərdən biri kimi tarixə düşmüşdür.
Bəzi hallarda ərlə arvadın cinsi əlaqəsinə kənardan çoxlu sayda insanın tamaşa
etməsinə bir tələbat yaranır. Əlbəttə, belə bir tələbatı ödəyə bilmək üçün ər arvadını
götürüb insanların sekslə məşğul olmaq üçün toplaşdıqları kluba gedir, həyat yoldaşı ilə
məhz orada cinsi əlaqəyə girir. Kluba gələn cütlər adətən partnyorlarını dəyişdikləri halda,
kandaulezist ər və onun arvadı heç bir ailəyə qoşulmur, bir kimsəni yanlarına çəkmir,
sadəcə özləri üçün sekslə məşğul olurlar. Belə hallarda ər onun arvadının necə cinsi
əlaqədə olduğunu kənardan çoxlu sayda insanın izləyə biləcəyini fikirləşir və bundan
seksual təminolunma əldə edir.
Koital kandavlizmin xas olduğu ər arvadını çılpaq halda yalnız elə kişilərə
göstərmək istəyir ki, onlardan libidonun istiqamətlənməsi baxımından həmişə real
«təhlükə» gözlənilir. Arvadına əl uzada, onu yatağına sürükləyə bilən kişilər koital
kandaulezizmə malik əri daha çox maraqlandırır. Ərin öz arvadını başqa kişilərin ixtiyarına
verməsinin müxtəlif yolları vardır. Həmin yollardan və kişinin tutacağı mövqedən aasılı
olaraq seksual partnyorun başqa kişinin ixtiyarına verilməsilə səciyyələnən koital
123
kandavlizm iki növə bölünür: a) seksual partnyorun başqa kişinin ixtiyarına verilməsi,
lakin ərin özünün iştirak etməməsilə səciyyələnən koital kandaulezizm; b) seksual
partnyorun başqa kişinin ixtiyarına verilməsi, lakin ərin özünün iştirak etməsilə
səciyyələnən koital kandaulezizm.
Nadir hallarda kandaulezizmdən əziyyət çəkən ər arvadının başqa kişilərlə
görüşməsinə şərait yaradır, buna təhrik edir, lakin özü kənardan seyrçi mövqeyini tutmur,
yalnız sonra həyat yoldaşından keçirdiyi görüşü təfsilatı ilə danışmasını xahiş edir.
Arvadının başqa kişi ilə keçirdiyi cinsi əlaqəni hərtərəfli təsvir etməsini dinləyən ər hədsiz
ehtiraslanır. Bundan sonra şəhvətin gücündən daha özünü saxlaya bilməyən ər «cürətli»
arvadına sarılaraq onunla təmtəraqlı cinsi əlaqə yaşayır. Belə hal seksual partnyorun başqa
kişinin ixtiyarına verilməsi, lakin ərin özünün iştirak etməməsilə səciyyələnən koital
kandaulezizm adlanır.
Arvadını başqa kişilərlə cinsi əlaqəyə girməyə təhrik etmənin növbəti
variantında ərin özü seksual yaxınlığı izləmək (dinləmək, görmək) və yaxud prosesdə özü
iştirak etmək iqtidarında olur. Odur ki, belə hal seksual partnyorun başqa kişinin ixtiyarına
verilməsi, lakin ərin özünün iştirak etməsilə səciyyələnən koital kandaulezizm adlanır.
Seksual partnyorun başqa kişinin ixtiyarına verilməsi, lakin ərin özünün iştirak
etməsilə səciyyələnən koital kandavlizm zamanı parafiliyaların müxtəlif formaları aşkar
surətdə bir-birinə qovuşur. Bir yerdə rast gəlinən parafiliyaların təbiətindən asılı olaraq
seksual partnyorun başqa kişinin ixtiyarına verilməsi, lakin ərin özünün iştirak etməsilə
səciyyələnən koital kandavlizmin üç variantı fərqləndirilir: a) akustisizmlə qovuşmuş koital
kandavlizm; b) vizionizmlə qovuşmuş koital kandavlizm; c) plüralizmlə qovuşmuş koital
kandavlizm.
Bəzi hallarda ər arvadını başqa kişi ilə cinsi əlaqəyə təhrik edir, lakin özü
qapının arxasından, yaxud divarın digər tərəfindən onların cinsi əlaqə zamanı çıxardıqları
intim xarakterli səslərə qulaq asır və bundan seksual tələbatının tam təmin olunduğunu hiss
edir. Çox nadir hallarda rast gəlinən həmin hadisə akustisizmlə qovuşmuş koital
kandavlizm adlanır.
Əksər hallarda ər arvadını başqa kişi ilə yataqda olmağa təhrik edir, özü isə
kənardan əvvəlcədən müəyyənləşdirdiyi xəlvəti bir yerdən onların cinsi əlaqəsini müşahidə
edir və bundan hədsiz ehtiraslanır. Ər seyrçi mövqeyini tutduğuna görə onun mübtəla
olduğu meyl pozğunluğunun həmin variantı vizionizmlə qovuşmuş koital kandavlizm
adlanır. Belə hallarda kişi öz arvadını başqa kişinin yatağında görmək və onların cinsi
əlaqəsinə kənardan baxmaq istəyir. Məşhur Ukrayna həkimi və alimi, seksoloq və
androloq, tibb elmləri doktoru, professor Nikolay İvanoviç Boyko qeyd edir ki, klinik
praktikasında dostu ilə arvadının cinsi akta girməsini və onlara tamaşa etməsini arzulayan
kişi ilə rastlaşmışdır [25].
Əgər ər özü kənardan müşahidə etmək şərtilə arvadını başqa kişi ilə cinsi
əlaqəyə girməyə razı salmışdırsa, buna çox sevinir. Belə hallarda ər arvadının başqa kişi ilə
yatmasını, özünün isə gizlincə, əvvəlcədən özünün müəyyənləşdirdiyi sahədən, məsələn,
qonşu otağın qapısındakı deşikdən və sairə yerlərdən onları müşahidə etmək fikrində
olmasını bildirir. Ancaq arvad edilən qeyri-adi təklifdən özünü itirir. Əksər hallarda ərini
sevən arvad onun təklifinə müsbət cavab verir. Arvadını başqa kişi ilə görüşməyə təhrik
124
etmiş və məqsədinə nail olmuş ər özü xəlvəti bir yerdə dayanaraq kənardan bunu izləyir.
Deşikdən müşahidə edilən arvadın yataqdakı davranışı istər-istəməz təbii məcradan kənara
çıxır. Çünki arvad kənardan ərinin onları izlədiyini qabaqcadan bilir, yaxud bunu böyük
ehtimalla gözləyir. Ancaq kandaulezist ərin bundan aldığı həzz heç bir ölçüyə sığmır. Bu
zaman arvadının başqa kişi ilə cinsi yaxınlıqda olmasını diqqətlə izləyən ər bundan hədsiz
ehtiraslanır və çox vaxt masturbasiya edir, yaxud «seksual tanışdan» aralanan kimi həyat
yoldaşına sarılıb özünün seksual tələbatını təmin edir.
Lakin gözləmədiyi cinsi yaxınlıqdan sonra arvadda ərinə qarşı nifrət, ondan
iyrənmə formalaşa bilər. Bu baxımdan bir pasiyent qadının öz əri haqqında danışdıqlarını
xatırlamaq kifayətdir. Məşhur rus psixiatrı, psixiatriyada nozoloji istiqamətin banilərindən
və Moskvada psixiatriya üzrə elmi məktəbin əsasını qoyanlardan biri Sergey Sergeyeviç
Korsakov
123
belə bir nümunə gətirmişdir ki, pasiyentlərindən birinin əri günlərin birində öz
arvadının qarşısında diz çöküb gözlərinin yaşını axıda-axıda tanışlarından bir nəfərə
verməsinə, bu azmış kimi üstəlik özünün qonşu otaqdakı xüsusi dəlikdən onların seksual
yaxınlığını bütün təfərrüatı ilə görməsinə (cinsi aktı müfəssəl surətdə izləyə bilməsinə) görə
yalvarır. Ər özünün istəyini belə əsaslandırmağa çalışır: «Əzizim, mən sənin yataqdakı
müvəffəqiyyətlərini təfsilatlı görmək istəyirəm!» Ərini çox sevən və rədd cavabı verdiyi
təqdirdə onun ümidsiz vəziyyətə düşdüyünü görən arvad qeyri-adi təkliflə razılaşmalı olur.
Ərinin sözlərinə görə, cinsi aktı müşahidə edərək heç vaxt keçirmədiyi bir məmnunluq
duyur, misli-bərabəri olmayan səviyyədə təminolunma hiss edir. Ancaq bundan sonra əri
ikrah hissi doğurduğundan arvad həkimə müraciət edir. Şübhəsiz ki, arvadının tanış bir
kişiyə verməsini istəyən, özü isə qonşu otağın qapısındakı deşikdən onların cinsi
yaxınlığını müşahidə etmək fikrinə düşən, buna nail olmaqdan ötrü diz çökərək və göz
yaşları axıdaraq həyat yoldaşına yalvaran ərdə vizionizmlə qovuşmuş kandaulezizm
olduğu heç bir şübhə doğurmur. Bu barədə məşhur rus seksoloqları Vasili İvanoviç
Zdravomıslov, Zosya Yefimovna Anisimova və Sergey Sergeyeviç Libix tərəfindən 1985-
ci ildə ərsəyə gətirilən «Funksional qadın seksopatologiyası» adlı kitabda məlumat
vermişlər [31; 32]. Bundan başqa, məşhur rus psixoloqu və pedaqoqu Valentina
Mixaylovna Seluyko
124
tərəfindən 2003-cü ildə qələmə alınan «Qeyri-ənənəvi məhəbbətin
psixologiyası» [53], həmçinin 2008-ci ildə nəşr etdirilən «Qeyri-ənənəvi məhəbbətin
psixologiyası. Öz seksual davranışından necə baş çıxartmalı» [54] kitablarında həmin
məlumat bir daha xatırladılmışdır.
Seksual partnyorun başqa kişinin ixtiyarına verilməsilə səciyyələnən koital
kandavlizmin sonuncu variantında plüralizmlə birləşmə müşahidə edilir. Odur ki, cinsi
münasibətlərin həmin variantı plüralizmlə qovuşmuş koital kandavlizm adlanır. Sonuncu
halda təmtəraqlı elementlərin qatılması ucbatından kandavlizm rəngarəng bir şəkil alır,
çünki həm ekshibisionizm və vizionizm, həm də doqqinq və digər meyl formalarına xas
aktivlik eyni vaxtda bir məkanda təzahür edir.
Aydındır ki, belə hallarda kandaulezist ər arvadı ilə svinqdə iştirak etməyə
təşəbbüs göstərə bilər. Odur ki, buna svinger koital kandavlizmi deyilir. Həqiqətən kişinin
öz arvadı ilə svinqdə iştirak etməsi hesabına kandaulezistik tələbatını təmin etməsi
mümkündür. Elə buna görə həmin hadisə svinq kandaulezizmi adlanır. Təsadüfi deyildir
ki, bəzi hallarda məhz kandaulezistik meyl pozğunluğu ucbatından tərəflər qrup seksində
125
iştirak edə bilərlər. Lakin başqa situasiyalardan fərqli olaraq belə hallarda «dişdoğrayan»
səhnələrin yer alması hökmən tələb edilmir.
Son illərdə dünyanın hər yerində sving populyarlıq qazanır və sürətlə yayılır.
«Svinger turizmi», yaxud sadəcə «sving turizmi» deyilən bir anlayış yaranmışdır. Svinger
turizmi sabit, davamlı seksual cütlərin səfərini nəzərdə tutan bir turizm növüdür ki, həmin
səyahəti etməkdə güdülən məqsədlərdən biri seksual partnyorların müvəqqəti
dəyişdirilməsi – svinq ilə məşğul olmaqdır. Svingerlər üçün dünyanın müxtəlif
regionlarında gecə klubları (sving klubları), otellər (sving otelləri) və turistik
infrastrukturun digər elementləri təşkil edilmişdir.
Artıq əxlaqın köklü surətdə dəyişikliyə uğraması fonunda seksual partnyor
mübadiləsi tez-tez rast gəlinən bir hadisəyə çevrilmişdir. Buna görə arvadı ilə svingdə
iştirak etmə halları getdikcə çoxalır. Arvadın svingdə iştiraka razılıq verməsi elə asan
deyildir. Ancaq kandavlist ər bunun da yollarını fikirləşib tapır.
Bəzən ərin svingdə iştirak təklifinə arvadın tez, dərhal razılıq verməsi müşahidə
olunur. Bu yerdə bir lətifə yada düşür. Ər arvadına sving klubuna getməyi təklif edir, qeyri-
adi təklifdən sonra həyat yoldaşının kəskin reaksiya verəcəyini gözləyir. Ancaq buna
baxmayaraq arvad dərhal razılıq verir. Sözünü bitirib müsbət cavab alan ər öz-özünə
fikirləşir: «Bu pozğunla kluba gedim, yoxsa boşanmaq üçün məhkəməyə?»
Son illərdə plüralizmlə qovuşmuş koital kandavlizmin bir forması kimi ərlə
arvada üçüncü tərəf qoşulur. Əgər həqiqətən kandaulezist ər buna nail olursa, onda baş
verən hadisə triolizmlə qovuşmuş kandaulezizm adlanır.
Triolizmə mübtəla olan kişilərdən bir qismi hər hansı ərin gözləri önündə, yaxud
xəlvəti baxdığı şəraitdə onun arvadı ilə cinsi əlaqədə olmağı arzulayır. Bir kişinin arvadına
tam yiyələnmək ehtirası onu axtarışa sövq edir. Təsadüfi deyildir ki, triolizm aktının baş
tutmasında arvadın ərinin kandavlizmdən əziyyət çəkməsi çox mühüm rol oynayır.
Bir qadın öz həyat yoldaşı və məşuqu ilə eyni yerdə yaşayırsa və tərəflərin hər
üçü bundan məmnundurlarsa, belə «nikah» artıq «triqamiya» adını daşıyır. Həmin
«nikahda» iştirak edənlərin mübtəla olduqları cinsi meylin özü triolizm adlanır. Adətən
tərəflər açıqlama verərkən mövcud vəziyyətdən razı qaldıqlarını bildirir, özlərini xoşbəxt
hesab edir, mehriban ailələr kimi dolandıqlarını vurğulayırlar. Üçüncü adamın qoşulduğu
«nikah» müxtəlif səbəblərdən baş tuta bilər. Birincisi, qadın həyat yoldaşından ayrılıb
məşuqu ilə yaşamaq istəyir, lakin belə ayrılıq olmadan onlar bir yerdə həyat sürməyə qərar
verirlər. İkincisi, ərlə arvaddan biri, yaxud ola bilsin eyni vaxtda hər ikisi üçüncü tərəfin
yatağa cəlb edilməsini arzulayır. Adətən üçüncü tərəf də oxşar arzuya malik insan
olduğundan onların «sövdələşməsi» baş tutur. Nəhayət, üçüncüsü, qadının qanuni həyat
yoldaşında kandavlizm əlamətlərinin olması istisna edilmir. Ola bilsin ki, məhz onun
təşəbbüsü və təhriki əsasında yataqda üçüncü tərəf peyda olur. Adətən qadının əri
kandavlizmdən əziyyət çəkdikdə başqa kişinin «nikaha» qoşulmasına etiraz etmir, bunu
üzdə büruzə verməsə də, əksinə, qəlbinin dərinliyində baş verənlərə görə hədsiz sevinir,
çox məmnun qalır.
Bir çox hallarda arvadın pornoqrafiyaya və yaxud prostitusiyaya (fahişəliyə)
cəlb edilməsinin arxasında ərin ağır kandavlistik meyli dayanır. Ər arvadını belə iyrənc
yollara təhrik və yaxud məcbur edir.
|