Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,66 Mb.
Pdf görüntüsü
səhifə70/77
tarix29.11.2016
ölçüsü7,66 Mb.
#453
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

Yetişdirilən bitki 

Y

en



C

ənubi

 

U

el

s 

 

V



ik

tor

iya

 

 



Kv

in

sle

n

d

 

Q



ərb



A

vs

tr

al

iya

 

C



ənubi

 

A

vs

tr

al

iya

 

T



as

m

an

iya

 

 



Ü

mu

mi

 

Buğda 

6714 

2173 


1301 

6959 


3382 

23 


20552 

Arpa 

1070 


1173 

202 


1511 

2000 


25 

5981 


Kalış 

739 


1140 




1885 

Pambıq 

663 


1140 




1806 

Kanola 

637 


312 

530 



225 

1706 



Yulaf  

360 


420 

588 



137 

1520 



Lupin (acıpaxla) 

140 


30 

1050 



103 

1323 



Noxud  

20 


166 

47 



190 

424 



Qarğıdalı 

190 


171 




375 

Nut 

86 


20 

56 


29 



196 

M

ərci 

68 



56 



128 


Paxla  

42 


68 



14 

125 



Gün

əbaxan 

46 


65 




112 

 

 



Avstraliya  xeyli  miqdarda meyv

ə, qoz-fındıq və tərəvəz istehsal edir. 300 

min  tondan  artıq  məhsulu  apelsin,  alma,  banan,  şabalıd,  kartof,  yerkökü  və 

pomidor t

əşkil  edir.  Kvinslend  Ştatı  və  Şimal  ərazi  manqo və  ananas 

t

ədarükçüsüdür. 



Avstraliya  – 

əczaçılıq  məqsədi ilə  tiryək  laləsini  yetişdirən ölkələrdən 

biridir

. Tasmaniya adasındakı istehsal ciddi dövlət nəzarətindədir.  



T

ərəvəzçilik məhsullarının əsas hissəsi daxili bazarda istifadə edilir. İxracın 

payı  kənd təsərrüfatı  məhsullarının  bu növündə  azlıq  təşkil  edir. Son zamanlar, 

gömrük n


əzarətinin bir qədər zəifləməsi ilə əlaqədar, xarici istehsalçılar tərəfindən 

Avstraliya bazarına ekspansiya (yayılma) təhlükəsi yaranır. Buna baxmayaraq, bir 

çox avstraliyalı inanır ki, meyvə və tərəvəz yalnız Avstraliya istehsalı olmalıdır. 

Şərabçılıq Avstraliyada kənd təsərrüfatının əsas tərkib hissələrindən biridir. 

Şərabın ixracından gəlir təxminən 2,3 milyard Avstraliya dolları təşkil edir. 

Ət  ixracından  olan  gəlir təxminən 996,5 milyon Avstraliya  dolları  təşkil 

edir. İribuynuzlu mal-qaradan olan gəlir təxminən 662 milyon Avstraliya dolları, 

qoyun 


ətinin ixracından – 323 milyon Avstraliya dolları təşkil edir. Avstraliyadan 

olan 


ətin iri istehlakçisi İndoneziyadır. 

 

 



 

 

 



Mal k

əsmə 

Min baş 

Mal 

əti 

8.587 


 

 



 

İri buynuzlu malqara (ixrac) 

797 


Qoyun d

ərisi 

14.441 


Qoyun 

əti 

17.400 


Qoyun (ixrac) 

6.443 


Donuz 

əti 

5.402 


Quş əti 

416.000 


 

Mal 


ətinin  istehsalı  iri  kənd təsərrüfatı  sahəsidir və  Avstraliyanın  əsas 

s

ənaye növlərindən biridir. Ölkə mal ətinin ixracı səviyyəsinə görə dünyada ikinci 



yeri  tutur (Braziliyadan sonra). Mal 

ətini bütün ştat və ərazilərdə istehsal edirlər. 

Otlaqların ümumi sahəsi 200 milyon hektardan çox təşkil edir. Mal ətinin istehsalı 

ixrac bazarlarından asılıdır, çünki mal ətinin 60 faizi əsasən ABŞ-a, Koreyaya və 

Yaponiyaya ixrac edilir. 

Dig


ər ölkələrin  iribuynuzlu mal-qaranın  yetişdirilməsi  üsullarından  fərqli 

olaraq Avstraliya mal-

qarası süni yemlər əlavə edilmədən, otlaqlarda bəslənilir. 

İribuynuzlu mal-qara Avstraliyaya Avropa mühacirləri ilə  gətirilib.  Hal-

hazırda  mal-qaranın  miqdarı  Britaniya  və  Avropa  cinslərindən ibarətdir, cənub 

rayonlarda h

əmçinin Aberdin-anqus və Qereford cinsləri də yer alır. Avstraliyanın 

şimal hissəsində, isti iqlimə dözümlü və parazitlərə qarşı daha yüksək müqaviməti 

olan Zebu il

ə cütləşdirilmiş cinslər vardır. 

Son ill

ər qoyun əti daha mühüm ərzaq məhsullarından biri olub, çünki kənd 



t

əsərrüfatı  istehsalçıları  yun  istehsalından  qoyun  əti  istehsalına  keçirlər. 

İribuynuzlu  mal-qaranın  və  qoyunların  Astraliyadan  Asiya  və  Yaxın  Şərq 

ölk


ələrinə ixracı, ətin ümumi ixracının böyük hissəsini təşkil edir. 

Avstraliyada donuzçuluq sah

əsində  təxminən 2000  nəfərə  qədər kənd 

t

əsərrüfatı  istehsalçıları  çalışır, onlar ildə  5 milyon  baş  donuz  tədarük edirlər. 



Baxmayaraq ki,  dünyada 

donuzçuluğun payı elə də çox deyil (dünya istehsalının 

t

əxminən 0,4  faizi),  bu istehsal sektoru gəlirin və  məşğulluğun  artırılması 



hesabına, ölkənin regional və dövlət iqtisadiyyatlarına müsbət təsirini təmin edir. 

Donuzçuluqdan olan ümumi g

əlir təxminən 2,6 milyard Avstraliya  dolları  təşkil 

edir. 


Avstraliya  ixracının  kənd təsərrüfatı  məhsullarının  ümumi  həcmində  süd 

m

əhsullarının ixracı dördüncü yerdədir. 



1980-ci il

ədək süd məhsulları bazarı, xüsusən də daxili bazar ciddi nəzarət 

altında  idi.  Bu  tədbir, yerli bazarlar üçün süd məhsulları  istehsal  edən  şimal 

ərazilərin xırda fermerlərini müdafiə edirdi. 

Avstraliya süd s

ənayesinin inkişafı ixrac bazarının genişlənməsindən asılı 

olmuşdur.  İxrac,  gözlənildiyi kimi, uzun müddət  ərzində  əsasən Asiya və  Yaxın 

Şərq ölkələrinə artmağa davam etmişdir. 

Avstraliyanın  kənd təsərrüfatı  məhsullarının  mühüm  sahələrindən biri də 

yundur.  Avstraliyanın  yun  sənayesi  ən yüksək keyfiyyətli muton sayəsində 

dünyada m

əşhurdur.  2001-ci ildən  başlayaraq  Avstraliyanın  yun  istehsalı  dünya 

istehsalının 9 faizini təşkil edir. Bununla yanaşı, Avstraliya dünyada mutonun 50 

faizini istehsal ed

ərək, incə yun sektorunda üstünlük təşkil edir. 


 

 



 

 Sah


ə ixrac yönümlüdür. Tarixən elə formalaşıb ki, Avstraliyada yununun 

90 faizi ixrac edilir. 

Avstraliya,  h

əmçinin  xeyli  miqdarda  pambıq  istehsal  edir.  Roundup 

herbisidin

ə  qarşı  davamlılığını  artırmaq  və  Bacillus thuringiensis  (Bi-pambıq) 

z

əhərli maddəsinin  (toksin)  ifrazatının  hesabına  ziyanvericilərin məhv edilməsi 



m

əqsədilə pambıq genetik modifikasiya edilir. 

Avstraliyanın  kənd təsərrüfatının  qarşısında  duran  əsas problemləri  – 

quraqlıq,  torpaqların  aşağı  münbitliyi,  alaq  otları,  iqlim  dəyişikliyi  ilə  qlobal 

istil

əşmə, biotəhlükəsizlik (xaricdən gətirilmiş  ərzaq məhsullarından  və 



heyvandarlıqdan yaranan bioloji təhlükələr), idxal-ölkələrində Avstarliya ixracına 

tarifl


ər (xüsusən  Avropada, Yaponiyada), valyuta məzənnələrin dəyişkənliyi və 

qiym


ətlərin qeyri-sabitliyidir. 

Böyük sah

ələri  əhatə  edən  Avstraliya səhralarının,  həmçinin  yağıntıların 

qeyri-münt

əzəm düşməsi, kənd təsərrüfatı üçün süni suvarmanı zəruri edir. Kənd 

t

əsərrüfatına yaralı torpaqların suvarılmasının ümumi dəyəri 2004 - 2005-ci illərdə 



9076 milyon 

Avstraliya  dolları  təşkil  etmişdir.  Kənd təsərrüfatı  istehsalı 

torpaqlarının  suvarılmasının  ümumi  dəyəri,  Avstraliyada kənd təsərrüfatı 

torpaqlarında  istehsal  edilmiş  kənd təsərrüfatı  məhsullarının  ümumi  dəyərinin  1 

faizd

ən də az, təxminən dörddə birini (23 faizini) təşkil edir.  



Avstraliyanın kənd təsərrüfatı yüksək əmtəəliliyi və tarixən formalaşan iri 

mülkiyy


ətçiliyi ilə fərqlənir. Kənd təsərrüfatında aparıcı yer -  ən qədim sahəyə - 

otlaq heyvandarlığına  məxsusdur. Bütün kənd təsərrüfatı məhsullarının dəyərinin 

t

əxminən 60  faizi  onun  payına  düşür.  Heyvandarlıqda  birinci  yer  qoyunçuluğa 



m

əxsusdur (180-190  milyon  baş).  Əsas  qrupu,  ən yüksək keyfiyyəti olan və  ən 

bahal

ı  yunu  olan merinoslar (70  faizə  qədər) təşkil  edir.  Onları  əsasən çöl və 



yarımsəhra  rayonlarında  yetişdirirlər.  Sahilyanı  zonada,  500  mm  yağıntıların 

olduğu yerdə kökəltmə təsərrüfatları üstünlük təşkil edir (quzu əti). 

Sahilyanı  rayonlarda,  həmçinin  süd  və  ət  heyvandarlığı  (Avstraliyanın 

şimalında),  donuzçuluq,  quşçuluq,  arıçılıq,  dəvələrin və  cıdır  atlarının 

yetişdirilməsi inkişaf etmişdir. 

Bitkiçilik strukturunda 

əsas  rol,  buğdaya  məxsusdur, onu 250  -  500 mm 

yağıntıları  olan  zolaqda  yetişdirirlər.  Buğda  əkinlərinin  əsas rayonu, Kvinslend 

ştatının Brisben şəhərindən Avstraliyanın cənubunadək eni olan, 70 - 300 km-lik 

zolaqla uza

nan “buğda qurşağı” adlandırılan sahədir. Buğdadan başqa, yem üçün 

çovdar, yulaf, arpa, qar

ğıdalı  yetişdirirlər.  Yem  otları  –  yonca,  lupin  (acı  paxla) 

bec


ərilir. 

Avstraliyada h

əm  bitkiçilik  (bağçılıq,  taxılçılıq), həm də  heyvandarlıq 

(maldarlıq və qoyunçuluq) inkişaf etmişdir. 

K

ənd təsərrüfatında  ölkə  ərazisinin təxminən 10  faizi  istifadə  edilir  ki, 



ondan  da 

əkin sahələri altında həmin sahənin üçdə bir hissəsindən az olmayaraq 

tutul

muş, qalanarı isə otlaq sahələridir. Fermaların orta ölçüsü 2300 hektar olmaqla, 



dünyada 

ən yüksəkdir. Lakin, Avstraliyada bu şübhəsiz kənd təsərrüfatı inkişafının 

ekstensiv  istiqam

əti yüksək mexakləşdirmə, elektrikləşdirmə,  biotexnologiyanın 



 

 



 

t

ətbiqi səviyyəsi ilə səciyyələnir. Xüsusi qayğı və iri istehsal xərcləri bitkiçilikdə 



suvarılmanın və heyvandarlıqda otlaqların su ilə təmin edilməsinin payına düşür. 

Avstraliyanın kənd təsərrüfatı xəritəsində, sahildən uzaqlaşmış torpaqların 

istifad

ə intensivliyinin azalması müşahidə edilir. 



Avstraliyanın şərq sahilində iqlim isti və mülayimdir, ona görə də, burada 

ət istiqamətli qoyunlar  yetişdirilir, südlük  inəklər otarılır və bağçılıqla, həmçinin 

taxılçılıqla məşğul olunur. 

Avstraliyanın  cənub-qərb hissəsinə,  əkinçiliyin  intensiv  inkişafına  imkan 

ver

ən Aralıq dənizi iqlimi xasdır. 



Tasmaniya  adasında  yağıntıların  çox  olması  və  temperaturların  cüzi 

d

əyişkənliyi iribuynuzlu mal-qaranın və qoyunların yetişdirilməsinə imkan verir. 



Avstraliyanın  çol  və  yarımsəhra  rayonları  dünyada  ən iri qoyunçuluq 

sah


ələridir.  Fərdi fermalarda yerləşən  qoyunlar ilboyu təbii  otlaqlarda  bəslənilir. 

Qoyunların baş sayına (əsasən merinos cinsləri) və yun qırxımına görə Avstraliya 

dünyada birinci yerd

ədir. 


Yun, 

istehsalçılara  hər il milyardlarla dollar  gəlir  gətirən və  ölkədə  iş 

yerl

əri yaradan, Avstraliyanın əsas ixrac məhsuludur.  



Bağçılıqda  da,  həmçinin robototexnikadan  istifadə  edilir. Robototexnika 

sistemi bağların səmərəliliyini bir neçə dəfə artırır, çünki robot məhsulu, hər dəfə 

“kalibrl

ənmiş” seçir, bu da yenidən çeşidlənməni aradan qaldırır.  

K

ənd təsərrüfatı  məhsulları  dəyərinin təxinən 2/3 hissəsini  heyvandarlıq 



verir. Qoyunçuluq ot

laqları  qitənin demək olar ki,  yarısını  tutur.  190  milyon 

qoyundan  dem

ək olar ki, 3/4 hissəsi merinosdur. Onların yunu yüksək keyfiyyəti 

il

ə seçilir. Avstraliya yunun təxminən 90 faizini ixrac edir, çox hissəsini isə xam 



şəkildə.  Avstraliya  yuyulmamış  yun  üzrə  bütün dünya  məhsulunun təxminən 50 

faizini  t

əchiz  edir.  İxracın  ikinci  maddəsini  ət və  diri qoyunlar təşkil  edir.  25 

milyon  başdan  çox  iribuynuzlu mal-qara  mövcuddur.  1980-ci illərdə  Avstraliya 

şərabın  istehsalını  və  idxalını  kəskin  artırıb.  İstehsalın  böyük  hissəsi Cənubi 

Avstraliyada c

əmləşib. Avstraliya şərabının əsas idxalçısı – İsveçdir. 

Ölk


ənin kənd təsərrüfatının  fərqli xüsusiyyətlərindən biri də, bir məşğul 

n

əfər hesabı ilə iri torpaq massivlərinin istifadəsi və ilboyu mal-qaranın bordaqdan 



k

ənar otlaq yemlə saxlanılmasıdır. 

K

ənd təsərrüfatı  ilə  məşğul  olan  hər  bir  nəfər  hesabına  kənd təsərrüfatı 



m

əhsullarının  çıxışı  göstəricilərinə  görə  (yəni  əməyin səmərəliliyinə  görə), 

Avstraliya 

əvvəlki kimi dünya liderləri qrupuna daxildir. 

Ən  sadə  hesablamalara görə, hətta sadəcə  kənd təsərrüfatı  dövriyyəsinə 

daxil edilm

əyən torpaqların  miqdarının  artırılması  hesabına,  ətraf mühitə  zərər 

vurmadan 

60  milyon  insanın  ərzaq məhsulları  ilə  təmin  olunmasına  şərait 

yaradardı. 

Avstrariyada istehsal edil

ən kənd təsərrüfatı məhsullarının təqribən 60 faizi, 

o cüml

ədən  taxılın  75 faizi,  yunun  90  faizi, mal və  qoyun  ətinin  30  -  40 faizi, 



şəkərin 80 faizi ixrac edilir. 

 

 



 

Tam  olaraq    m

əhsulun  dörddə  birini qoyunçuluq məhsulları  (yun  və  ət), 

dördd


ə biri – iribuynuzlu mal-qara (mal əti və süd), dörddə biri – taxıl və dörddə 

biri – 


şəkər, tərəvəz, texniki bitkilər, quşçuluq və s. verir. 

Müharib


ədən  sonrakı  illərdə  kənd təsərrüfatının  strukturunda  əsaslı 

d

əyişikliklər  baş  vermişdir.  Əgər  keçmişdə  aparıcı  rolu  burada,  yun  istehsalında 



ixtisaslaşdırılmış qoyunçuluq oynayırdısa və yun dəyəri üzrə birinci yer tuturdusa

t

ədricən  buğda  və  ət onu üçüncü yerə  sıxışdırmışdır.  Öz növbəsində, 



heyvandarlığın  özündə  mal  ətinin  istehsalı  qoyun  əti  istehsalına  nisbətən  daha 

sür


ətli templə inkişaf etmişdir. 

Yüks


ək effektivliyinə  baxmayaraq,  ölkənin kənd təsərrüfatı  artıq  bir  çox 

ill


ər  ərzində  xroniki çətinliklər hiss edir, bu çətinliklər  dünya  bazarlarında  kənd 

t

əsərrüfatı  məhsullarına  olan  nisbətən  aşağı  qiymətlər, kənd təsərrüfatı  sahəsində 



aparıcı  ölkələrin proteksionizm siyasəti və  bu  Avropa  İqtisadi  Birliyi  və  ABŞ 

t

ərəfindən ixraca maddi yardım verməsinə  səbəb olmuşdur. 



İribuynuzlu mal-qaranın yetişdirilməsi sahələri qoyunçuluq sahəsindən xeli 

d

ərəcədə  genişdir.  Ətlik  iribuynuzlu mal-qara  həm isti, həm də  rütubətli iqlimə 



dözümlüdür, buna gör

ə də iri naxıra Qərbi Avstraliyanın şimalında, Kvinslenddə,  

Şimal  ərazilərdə, hətta qitənin mərkəzi  rayonlarında  rast  gəlmək olar.  Bu sahə 

Kvinslendin q

ərbində  və  şimalında,  həmçinin  Şimal  ərazilərdə  yerli  şəraitdə 

s

əmərəli olan yeganə kənd təsərrüfatı sahəsidir. 



Tropik zonaya iribuynuzlu mal-qara 

naxırının  dörddə  biri  düşür.  Şimal 

zonalarda  heyvandarlıq  təsərrüfatları  ərazilərinin  böyüklüyü  ilə  fərqlənir, hər 

t

əsərrüfata  orta hesabla 200  -  350 min hektar sahə  düşür.  Təsərrüfatlarda  olan 



h

eyvanların  baş  sayı  10  minə  çatır.  Onlardan  çoxu  xarici,  əsasən də  amerikalı 

sahibkarlard

ır.  Heyvanların  otarılması  zamanı  atlı  kovboylarla  yanaşı,  indi  bəzi 

hallarda helikopterl

ərdən də  istifadə  edilir.  Umumilikdə  heyvandarlıq  burada 

ekstensiv xara

kter daşıyır. Ən yaxşı halda, örüşlərin bir-birindən kilometrlərlə aralı 

yerl

əşən artezian quyuları var.  



Avropa v

ə  ABŞ-dan fərqli  olaraq  Avstraliyanın  iqlim  şəraiti ilboyu mal-

qaranı otlaq yemlə saxlamağa imkan verir. Naxırlarda ceyser və friz cinslərindən 

olan in


əklər üstünlük təşkil edir. Südün dörddə üç hissəsi emal sənayesinə gedir. 

Süd m


əhsullarının 40 faizindən çoxu ixrac edilir. 

Quşçuluq,  həmçinin daxili bazara yönəldilib.  Keçmişdə  ev  quşlarının 

yetişdirilməsi “kustar” xarakter daşıyırdı, heyvandarlıq və bitkiçiliklə məşğul olan 

fermerl


ərin əlavə gəlir mənbəyi idi. 

Avstraliyada arıçılıq da inkişaf etmişdir. Bal istehsalı ildə 25 min tona çatır, 

onun  çox hiss

əsini Yeni Cənubi Uels (40 faiz) və Cənubi Avstraliya verir. Balın 

yarıdan çoxu ixrac edilir, əsasən də Böyük Britaniyaya, Almaniyaya, ABŞ-a. 

İstehsal edilən məhsulun həm dəyərinə, həm də  əkin sahələrinə  (19-20 

milyon  hektar) gör

ə  taxılçılıq  təsərrüfatları  bitkiçiliyin  aparıcı  sahəsidir.  Buğda 

Avstraliyanın  əsas dənli bitkisidir.  Kənd  təsərrüfatı  məhsullarının  19  –  20  faizi, 

bitkiçiliyin 60  faizi, 

əkinə  yararlı  torpaqların  60  faizdən çoxu (təxminən 12-13 

milyon hektar) 

buğdanın payına düşür. Müharibədən sonrakı dövrdə buğdanın əkin 


 

 



 

sah


ələri iki dəfə,  orta  illik  yığım  üç dəfə  artmışdır  və  1980-ci illərin birinci 

yarısında orta hesabla 16 milyon ton təşkil etmişdir. 

Avstralıyada buğdanın orta məhsuldarlığı 13 - 14 s/ha təşkil edir, bununla 

bel


ə 1960-cı illərin əvvələrindən, o praktiki olaraq artmamışdır. 

Bir neç


ə ildir ki, Avstraliya buğdanın istehsalına görə, təkcə ABŞ-dan və 

Kanadadan gerid

ə qalaraq, dünyada üçüncü yeri tutur. 1980-ci illərdə biologiya və 

kimya  elmin nailiyy

ətlərinin aktiv tətbiqi sayəsində  Fransada istehsal  və  idxal, 

n

əzərə  çarpacaq  dərəcədə  artaraq,  bəzi illərdə  dünya bazarında  Avstraliyanı  da 



qabaqlamışdır. 

Avstraliya buğdasının ixracı ilə ikinci dünya müharibəsindən dərhal sonra 

yaradılan  Buğda  üzrə  Avstraliya  İdarəsi məşğul  olur.  İdarənin  özünün    taxıl 

anbarları,  limanlarda  taxıl  terminalları  var.  İdarə  taxılı  fermerlərdən zəmanət 

verilmiş  qiymətə  alır  və  sonra müstəqil surətdə  xarici bazarda onun  satışı  ilə 

m

əşğul  olur.  Avstraliya  taxılının  iri  idxalçıları  –  Koreya  Xalq  Respublkası  və 



Yaponiya

dır. Keçmişdə aparıcı istehlakçı olan Böyük Britaniya Avropa Birliyinə 

daxil olandan sonra Avstraliya taxılının tədarükünü dayandırıb.  

Avstraliyanın iqlim şəraiti, həm mülayim, həm də tropik zonaya xas olan 

müxt

əlif giləməyvə, meyvə  və  tərəvəzin  becərilməsinə  imkan  yaradır.  Burada 



üzüm, sitrus meyv

ələri, alma, armud, şaftalı, banan və ananas daha çox yayılmışdır. 

Meyv

ə  bağları  108  min  hektar,  üzüm  bağları  isə  –  64 min hektar sahəni tutur. 



Sah

ələrin 28  faizi  Yeni Cənubi Uelsin, 23  faizi Cənubi  Avstraliyanın,  17  faizi 

Kvinslendin, 5 faizi Q

ərbi Avstraliyanın, 2 faizi Tasmaniyanın payına düşür. Süd 

fermaları, ətlik istiqamətli fermalardan fərqli olaraq ölçülərinə görə elə də böyük 

deyil. Onlarda t

əsərrüfat  olduqca  intensiv  aparılır,  otlaqlarda    mütəmadi    olaraq  

çoxillik  v

ə   birillik  yem otları əkilir, ayrı-ayrı sahələrdə isə silosluq dənli bitkilər 

v

ə  köküyumrular becərilir.  Süd  fermalarında  istehsal proseslərində 



mexanikl

əşdirmə  səviyyəsi,  ət və  yun  istehsalında  ixtisaslaşmalardan daha 

yüks

əkdir. Südlük istiqamətli  fermalar  əsasən  yağıntıları  çox  olan  sahilyanı 



rayonlarda c

əmləşir. 

Taxılçılıq  təsərrüfatları  əksər hallarda ekstensiv metodlarla  aparılır. 

Suvarılan torpaqlarda məhsuldarlıq 5 - 6 dəfə yüksəkdir. Buğda qismən yem kimi 

d

ə istifadə edilir. Buğdadan başqa yemlər üçün, həmçinin çovdar, yulaf, arpa, kalış, 



qarğıdalı və xüsusilə də paxla bitkiləri (yonca, lupin (acıpaxla) və s.) və yem otları 

bec


ərilir. 

B

əzi rayonlarda iribuznuzlu mal-qaranın yetişdirilməsi kənd təsərrüfatının 



mühüm istiqam

ətidir. Ət maldarlığı, əsasən Avstraliyanın Şimalında tropik zonada, 

intensiv 

ət-süd  maldarlığı isə Cənub-Şərqdə cəmləşmişdir. Ət istehsalı ilə məşğul 

olan t

əsərrüfatlarda  əsasən təbii  otlaqlardan  istifadə  edirlər və  bəzi fermalarda 



suvarılan otlaqlar da vardır. Təsərrüfatlar, bir qayda olaraq, böyük, varlı maldarlara 

v

ə  ya  maldarlıq  şirkətlərinə  məxsusdur. Adətən  onların,  həmçinin,  sallaqxanaları 



v

ə ət konservləri zavodları da mövcuddur. Avstraliyanın ət istiqamətli təsərrüfatları 

yüks

ək məhsuldardır,  mal və  dana  ətinin  ixracına  görə  ölkə  dünyada birinci 



yerd

ədir.  


 

 



 

Ərazisi 8 682,3 min km

2



əhalisi 22 700 ,0 min nəfərdir, 1 km

2

-

ə 2,4 nəfər 

düşür. ÜDM 917,7 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 40 428 ABŞ dolları 

düşür. Kənd təsərrüfatı məhsullarının dəyərinin 2/3 hissəsini heyvandarlıq verir. 

25 

milyon baş iribuynuzlu mal-qara, 190 milyon baş qoyun var. 25 min tondan 

artıq bal istehsal edilir. Avstraliyada 20,5 milyon ton buğda, 6,0 milyon ton arpa, 

1,9 milyon ton darı, 1,8 milyon ton pambıq, 1,5 milyon ton vələmir, 375 min ton 

qarğıdalı və s. istehsal olunur. Şərabçılıq ixracından 2,3 milyard, ətin ixracından 

996,5 milyon, mal-

qaranın ixracından 662 milyon, qoyun ətinin ixracından 323 

milyon  ABŞ  dolları  qazanılır.  Ölkədə  5 milyondan çox donuz var ki, bunun 

satışından  2,6  milyard  Avstraliya  dolları  əldə  edilir. Kənd təsərrüfatında  ölkə 

ərazisinin 10 faizi istifadə edilir. 


Yüklə 7,66 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin