və humuslaşma prosesləri arasındakı qarşılıqlı münasibət torpaqda ekoloji
tarazlığı şərtləndirir. Adı çəkilən proseslərin balanslaşması torpaq blokunun,
yətini əks etdirir. Torpaqda ekoloji tarazlıq vəziyyətinə uyğun gələn kə-
miyyət parametrlərinin təyini, onun təbiətinin açılması və bu əsasda torpaq
məhsuldarlığının artırılması metodlarının hazırlanması – aqroekoloji prob-
kifayət qədər əhəmiyyətli kəmiyyət göstəricisi kənd təsərrüfatı bitkilərinin
laşmanın obyektiv qiyməti kimi göstərmək olar. Əvvəl deyilənlərdən belə
299
çıxır ki, aqroekosistemin torpaq blokunda humuslaşma və minerallaşma
proseslərinin balanslaşdırılmasının qiymətləndirilməsini, aqroekoloji para-
metrlərin qiymətləndirilməsinə - gübrə azotunun bioloji utilizasiya əmsalına
(K
N
ut
) əsasən aparmaq daha realdır. Deyilən göstərici və becərilən bitkinin
gübrədən N elementini mənimsəməsi əmsalı (K
m
N
) və növbəli əkinin rotasi-
yasında humusun artmasında onun akkumulyasiyası təcrübə qoyulmasından
əvvəl təyin olunan (K
ak
N
) miqdarına nisbətinin cəmi kimi hesablamaq olar.
Gübrə azotunun mənimsənilmə əmsalının onun akkumulyasiya əmsalına
nisbəti (K
m
N
: K
ak
N
) torpaqda minerallaşma və humuslaşma proseslərinin
balanslaşma dərəcəsini, deməli, həm də növbəl əkin rotasiyası dövründə
torpaq yaranma prosesinin istiqamətini əks etdirir. Həqiqətdir ki, digər
göstəricilərlə yanaşı bu nisbətdə yüksək məhsuldar aqroekosistemin davam-
lılığının qiymətləndirilməsinin obyektiv ekoloji kriteriyası kimi xidmət edə
bilər.
Aqroekosistemin torpaq blokunun ekoloji davamlılıq dərəcəsi aşağı-
dakı formula ilə təyin olunur:
E
dav
= K
m
N
: K
ak
N
burada E
dav
– aqroekosistemin torpaq blokunun ekoloji davamlılığının
inteqral göstəricisidir; K
m
N
– növbəli əkin rotasiyasında azotun bitkilər tərəfindən
mənimsənilmə əmsalı, %; K
ak
N
– nəvbəlı əkin rotasiyasında humusun artmasında
azotun akkumulyasiya əmsalı, % -lə.
Gübrə azotunun bioloji utilizasiyasının qiyməti, onların torpağın
effektiv və potensial mümbitliyinə təsirinin xüsusiyyətləri ilə, eləcə də növ-
bəli əkin tarlalarında becərilən bitkilərin məhsuldarlığı və azotu çıxarması
ilə birbaşa əlaqəlidir. Çoxillik çöl təcrübələrilə müəyyən olunmuşdur ki,
bitki rotasiya dövründə nə qədər çox gübrə azotu utilizasiya edirsə, bir o
qədər az akkumulyasiya edir humusda və bir o qədər yüksəkdir mənim-
sənilmə əmsalı (K
m
N
) bioutilizasiya əmsalında (K
m
N
). Bu xüsusən aydın
görünür, məsələn, torpağa asan minerallaşan maddələrlə zəngin olan yaşıl
gübrə basdırılanda. Əks asılılıq torpağa inert üzvi maddələr basdırılanda baş
verir – küləş, humus maddələrində tədricən minerallaşan azot və s.
Dostları ilə paylaş: