M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə317/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   313   314   315   316   317   318   319   320   ...   437
FƏSĠL IV 

 

AQROSƏNAYE TULLANTILARININ EKOLOGĠYASI 

 

1997-ci ildə tullantıların federal təsnifat kataloqu hazırlandı. Bu kata-

loqun  əsas  vəzifəsi  bütün  növ  tullantıların  üçotunun  təşkili  və  tullantıların 

bazarı  haqda  dövlət  təşkilatlarını  informasiya  ilə  təmin  etməkdir.  Tullantı-

ların kataloqu – bu tullantı növlərinin siyahısıdır, tullantıların mənşəyini, aq-

reqat vəziyyətini, kimyəvi tərkibini və ekoloji təhlükəlilik səviyyəsini əhatə 

edir (Сметанин В.И., 2000).    

Tullantıların  aşağıdakı  növlərini  fərqləndirirlər:  sənaye  tullantıları 

(ST);  bərk  məişət  tullantıları  (BMT);  çirkab  sular  (ÇS);  tibbi  tullantılar 

(TT);  gübrə  kimi  yararsız  olanlar  (GY).  Tulllantılar  tərkibindəki  kimyəvi 

maddələrin zəhərliliyindən asılı olaraq, ətraf mühitə müxtəlif dərəcədə təsir 

göstərə  bilirlər:  həddən  çox  təhlükəlilər  –  I  sinif  zəhərlilər,  yüksək  təh-

lükəlilər  –  II  sinif,  orta  təhlükəlilər  –  III  sinif,  az  təhlükəlilər  –  IV  sinif, 

praktiki olaraq təhlükəsizlər -  V sinif.  

Sənaye  və  aqrosənaye  kompleksinin  tullantıları  partlayış  və  yanğın 

təhlükəli,  oksidləşdirici  qabiliyyətli,  korroziya  yaradanlar,  zəhərli  və 

ekozəhərli ola bilirlər (Бурцева Н.Н., 2001).  

Tullantıların təhlükəlilik səviyyəsi aşağıdakı bərabərliklə təyin olunur:   

 

                           





n

i

i

t

n

K

U

1

2



/

,                 (4.1) 

 

hansı ki, tullantıların təhlükəlilik indeksi K



= YVQ / (Y

 

+ p


i

), burada 

n – komponentlərin seçilmiş sayı, hansı ki, az əhəmiyyət kəsb edir K

; YVQ 



– tullantıda kimyəvi maddənin  yol verilən qatılığı; Y

  -  i  maddəsinin  suda 



həll  olmasını  xarakterizə  edən  əmsal;  p

i

  –  tullantıda  i  zəhərli  maddəsinin 



miqdarı.  

Aqrosənaye  tullantıları  və  ya  ikinci  maddi  ehtiyatlar  (İME)  istifadə 

spesifikliyinə görə altı qrupa bölünür:   

● ərzaq məhsullatının tullantıları;  

● yem tullantıları;  

● toz formalı tullantılar;  

● sənaye tullantıları;  

● tikinti materialları tullantıları;  

● yanacaq kimi istifadə olunan tullantılar. 

İME  –  ı  aşağıdakı  səbəblərdən  təsnifləşdirirlər:  yaranma  mənbəsinə 

(bitki, mineral, kimyəvi); aqreqat vəziyyətinə görə (bərk, maye, qazformalı); 



380 

 

alınma texnologiyasına görə (xammalın ilkin emalı, xammalın ikinci emalı, 



tullantıların sənaye emalı); əlavə işlər görülmədən təkrar istifadə imkanları; 

yaranma həcminə  görə  (çoxtonlu  –  100 min t/il –dən çox, aztonnajlı  – 100 

min  t/il-ə  qədər);  istifadə  olunma  dərəcəsinə  görə  (tam  istifadə  olunan, 

qismən istifadə olunan, istifadə olunmayan); sonrakı istifadə istiqamətlərinə 

görə  (ərzaq  məhsulları,  texnoloji  yönümlü  məhsullar);  aid  olduğu  sahəyə 

görə (şəkər, dən emalı sənayesi və s.).   

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin