MahirəNərimanqızı


Virtual İnternet Resurs Mərkəzi



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə251/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   613
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
55 
55 
55 
55 
55 
55 
55 
55 
55 
10-cu FƏSĠL 
 
HAFĠZƏ 
 
Qısa xülasə 

 Hafizə haqqında anlayıĢ. 
Ġnsanın duyub qavradıqlarının iz 
salmadan getməməsi, beyində hifz olunması. Hafizə keçmiĢ 
təcrübənin beyində nəqĢləndirilməsi, yadda saxlanması, yada sa-
lınması və tanınmasından ibarət idrak prosesi kimi. Hafizənin insan 
həyatında əhəmiyyəti. Hafizə haqqında nəzəriyyələr: psixoloji, 
fizioloji, biokimyəvi. Hafizə mərkəzi. 
Hafizənin prosesləri: 
yaddasaxlama, yadasalma, tanıma, 
unutma. Yaddasaxlama və onun növləri: məntiqi və mexaniki, qey-
ri-ixtiyari və ixtiyari, qısa müddətli və uzun müddətli, mnemonik 
yaddasaxlama. Yadasalma və tanıma. Unutma və onun 
xüsusiyyətləri; unutma tempi. Reminisensiya hadisəsi. 
Hafizənin növləri və tipləri: 
Yadda saxlanılan materialın 
növlərindən asılı olaraq hərəkət, surət, emosional və sözlü məntiqi 
hafizə. Qısa müddətli, uzun müddətli və operativ hafizə. 
Hafizənin tipləri: 
görmə tipi, eĢitmə tipi, hərəki tip, 
qarıĢıq tip. Onların təlim prosesində nəzərə alınmasının əhəmiyyəti. 
Hafizə pozuntuları. 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
56 
56 
IV.10.1. Hafizə haqqında anlayıĢ 
 
 
Ġnsanın duyub və qavradıqlarının, psixikasında baĢ 
verənlərin hamısı izsiz ötüĢmür, müəyyən mənada orada hifz 
olunur. Bəziləri isə ömürlük qalır. KeçmiĢdə baĢ verənlərin 
psixikada "izi", iĢarələri, kodu, sürəti qalır. Bizlərdən hər 
birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və 
qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o Ģəkildə 
yaĢadığımızı söyləyərik. 
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də 
informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu 
proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə 
bir çox hallarda avtomatlaĢır, hətta az qala qeyri-Ģüuri 
mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər 
tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik. 
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, 
yüksək tonla mənasını özünun də baĢa düĢmədiyi yunan və 
latın dillərində danıĢmağa baĢlayır. Məlum olur ki, uĢaqlıqda 
o, keĢiĢin yanında qulluqçu iĢləmiĢdir. KeĢiĢ adətən antik 
klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmıĢ. Qadın 
isə qeyri-ixtiyari olaraq onları yadda saxlamıĢ, lakin 
xəstələnənə qədər bunu heç özü də bilməmiĢdir.
Aptekdə gipnoz edilmiĢ Ģəxs dərmanların üzərindəki 
yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmiĢdir. 
Halbuki onun tibblə heç vaxt bağlılığı olmamıĢdır. 
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də 
yaddaĢının olması ilə bağlı elmi fikirlər söylənilir. GeniĢ 
mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən 
anadangəlmə və həyatda qazanılan mexanizm kimi də 
xarakterizə etmək olar.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin