MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə452/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   448   449   450   451   452   453   454   455   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
272 
272 
ictimai iĢlər zamanı yerinə yetirdikləri iĢlərin əhəmiyyətini 
dərk etmələri ilə bağlı olur. Böyük məktəblilər bəzən bütün 
dərs müddətində diqqətlərini onun üzərində saxlaya bilirlər. 
Bununla yanaĢı olaraq böyük məktəblilərdə diqqətin həcmi 
əsaslı Ģəkildə geniĢlənir. Bu, böyük məktəblilərin öyrən-
diklərini əvvəllər öyrənmiĢ olduqları ilə əlaqələndirə bilmək 
bacarığı ilə Ģərtlənir. Böyük məktəblilər diqqətlərini 
paylamaqda və keçirməkdə çətinlik çəkmirlər. 
Ġlk gənclik yaĢında 
hafizənin
inkiĢafı nəzərə çarpacaq 
dərəcədə yüksəlir. Mənalı, məntiqi yaddasaxlama üstünlük 
təĢkil edir. Bu dövrdə məktəblilər yaddasaxlamanın səmərəli 
yollarından istifadəyə geniĢ yer verirlər.
Ġlk gənclik dövründə 
təfəkkürün
inkiĢafında da əsaslı 
yüksəliĢ baĢ verir. Bu dövrdə məktəblilərin təfəkkürü özünün 
müstəqilliyi, tənqidiliyi, ardıcıllığı, nəzəri və mücərrəd 
xarakter daĢıması ilə fərqlənir. Təfəkkürün proseslərindən və 
formalarından yerində və düzgün istifadə etmək imkanları 
artır. Bütün bunlarla yanaĢı bu dövrdə məktəblilərin ümu-
miləĢdirmələrində bəzən tələsgənlik ucundan qüsurlar özünü 
göstərə bilir.
Təlim prosesində böyük məktəblilərdə 
bərpaedici
 
təxəyyüllə
yanaĢı 
yaradıcı
 
təxəyyülün
inkiĢafı üçün də geniĢ 
imkan yaranır. Bu hal ən çox Ģagirdlərin yaradıcı fəaliyyətdə 
özünü aydın göstərir.
Bütün qeyd edilənlərlə yanaĢı ilk gənclik dövründə 
məktəblilərdə 
maraq
və 
tələbatlar
,
xüsusilə mənəvi tələbatlar 
inkiĢaf edir. Onlar elmin, texnikanın, cəmiyyət və onun həyat 
tərzinin müxtəlif sahələri ilə maraqlanmaqla yanaĢı, onlarda 
ünsiyyətə, incəsənətə, əxlaqi davranıĢ normalarını həyata 
keçirməyə mənəvi tələbatlar formalaĢır.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   448   449   450   451   452   453   454   455   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin