Meyxanada qətl. Professor Hadı Əliyevdən bir dəfə bolşevik qardaşı
Haşımın faciəsi barədə soruşdum. O kədərləndi: «Haşım məndən bir neçə yaş
böyük idi. 1892-ci ildə doğulmuşdu. Realnı məktəbdə oxuyurdu,
xəstələndiyindən 7-ci sinifdən çıxası oldu. Dövlətli uşaqlarına dərs deyib, pul
qazanırdı.
Bizim təlim-tərbiyəmizə İbad dayım baxırdı. Maddi kömək edirdi.
Dayım Orconikidze ilə dost idi. Haşım 1915-ci ildə bolşeviklər partiyasına
daxil olmuşdu. Caparidze ilə də dost idi. Tez-tez evimizə gələrdi. Soltan Məcid
Əfəndiyev də, Tağı Şahbazi də... Haşım dilmanclıq edib Caparidzenin
müsəlmanların yığıncağında dediyi nitqləri azərbaycanca camaata başa salırdı.
1918-ci ildə Nərimanovla Narginə, əsirlərin vəziyyətini yoxlamağa o da
getmişdi. Komissiyanın üzvü idi».
«Böyük tətil olanda Haşım komitənin sədr müavini idi. Başına köhnə
panama qoymuşdu ki, tanımasınlar. Evə gəlmir, Maştağaya gedirdi, orada
qalırdı. Fəhlə konfransında Qoqoberidze sədr, Haşım müavin idi.
downloaded from KitabYurdu.org
212
Firqə tərəfindən Tağıyev fabrikasına təhkim olunmuşdu. Partiyanın
pullarını ona etibar etmişdilər.
O da gətirib verirdi anama ki, saxlasın. Anam da gizlədirdi».
«Hacıbəy Seyidbəyov Haşımı və Mirfəttah Musəvini 1919-cu il,
sentyabrın 5-də «Новы Свет» restoranında öldürmüşdü. Seyidbəyov dəmir
yolu teleqrafxanasının rəisi idi. Qubernatora qohumluğu çatırdı, özü mühəndis
idi. Mirfəttah Musəvi əksinqilabla mübarizə idarəsində rəis müavini işləyirdi.
Vağzalda kommunist yoldaşlarını Tiflisə yola salıb gedirlər limana. Oradan
Həştərxana benzin aparacaq barkazı yola salandan sonra üçlükdə «Новы Свет»
restoranına gəlirlər. Qonşu stolda Seyidbəyov bir qadın və bir kişi ilə şam
edib, şərab içirlərmiş».
«Aralarında mübahisə düşür. Seyidbəyov tapançanı çıxardıb onlara
atəş açır. Haşımla Mirfəttahı öldürür. Qoqoberidze qarnından yaralanır. Dəfn
mərasimi sentyabrın 7-də Qurban bayramı günü oldu. Küçə-bazarı qurban
kababının iyi bürümüşdü. Üstünə qırmızı parça salınmış qoşa mafəni əllərdə
aparırdılar. İki cavanın şəkillərinin çərçivələrinə qara parça sarınmışdı. Mədən
və zavodlardan yüzlərlə fəhlə və işçi gəlmişdi. Mitinqdə danışanlar saniyə ağır
cəza tələb etdilər. Mafələri parlaman binası qabağında saxladılar. Əliheydər
Qarayev eyvanda olan müsavat nazirlərinə əlini uzadıb, qışqırdı: «Bu qurbanlar
sizə baha tamam olacaq».
Dörd ay sonra Hacıbəy Seyidbəyovdan əlli min manat girov alıb,
məhkəməyə qədər zaminə buraxdılar. Bu məsələ camaatın bərk narazılığına
səbəb oldu. Parlamanda qatilin həbsdən nə üçün buraxıldığı barədə sorğu
verildi. «Hümmət» təşkilatından parlaman üzvü tribunadan dedi: «Əksinqilab
Dağıstanı işğal etdikdə, necə həyəcanlı günlər keçirdiyimizi yaxşı bilirsiz.
Bilirsiniz ki, o vaxt qara qüvvələrlə mübarizə nə qədər çətin və qorxulu idi. Bu
yolda çalışan gərək öz çanından keçəydi. Biz qorxmadıq, bunu bilirdik.
Hökumətə köməkdən qaçmadıq, ən çalışqan yoldaşlarımızı əksinqilabla
mübarizəyə səfərbər etdik. Mirfəttah Musəvi və Haşım Əliyev yoldaşlarımız bu
işdə çoxlu düşmən qazandılar. Axırda onları qətl etdilər. Biz gözlədik ki,
hökumət canini, qatili cəzalandırar. Qəzetlərə yazmağa qoymadılar, mitinq
keçirməyə qoymadılar. Hökumət söz verdi ki, qatili cəzalandıracaq. İndi isə pul
alıb, onu buraxıblar. Ağ terrora qırmızı terrorla cavab verə bilərik. - Böyük
həyəcanla, - heç insafdır ki, iki gənc yoldaşımız öldürülsün, biri də yaralansın,
özü də dörd aydan sonra cani həbsdən çıxsın. Şəhərdə gözümüzün qabağında
gəzsin. Qan satılır. Biz bilmək istəyirik ki, hökumət bu xüsusda nə deyir? Biz
bu tribunadan açıq deyirik ki, hərgah hökumətdən cavab çıxmazsa, bizi qane
etməzlərsə, ağ terrorun qabağına qırmızı terror çıxardacayıq».
Parlaman sədri sorğuya cavab vermir, bahalıq və başqa məsələlərin
müzakirəsinə keçir.
Qatil İrana qaçır.
downloaded from KitabYurdu.org
213
İngilislər Bakını tərk edirlər. Hadisələr bir-birini sürətlə əvəz edirdi.
Heç kəs sabahkı günün necə qurtaracağını bilmirdi. Hamı intizarda, nə isə
gözləyirdi. Hərə bir mülahizə yürüdürdü. On doqquzuncu ilin axırına yaxın
ingilis qoşunları Bakıdan Tiflisə yola düşürdü. Zabitlər burada «evləndikləri»
xanımları üçün qatarın arxasında xüsusi vaqon qoşdurmuşdular. Xanımların
çoxu erməni dövlətlilərinin qızları idi. Əşyalarını - çamadan, boxça-torbalarını
yerbəyer edib, yola düşməyə müntəzir idilər. Xanım-xatın gözəllər İngiltərədə
necə yaşayacaqları barədə fikirləşirdilər.
Zabitlər qabaq tərəfdəki, komanda heyəti olan vaqonda idilər. Onlar
söhbət edir, danışıb-gülürdülər. Belə zəngin, rəngarəng şəhərdən ayrılmağa
təəssüf edirdilər.
Parovoz uzun, sürəkli fit çalır, astadan hərəkətə gəlib vaqonları
arxasınca sürükləməyə başlayır. Xanımlar üçün qoşulmuş «xüsusi» vaqon isə
tərpənməyib yerindəcə qalır. Xanımlar bunu gördükdə dəhşətə gəlir və başa
düşürlər ki, burda da ingilislər hiylə işlədib, onları aldadıblar. İngilis zabitləri
isə pəncərələrdən baxıb, istehza ilə gülə-gülə əlləri ilə xanımlara vida salamı
yollayırdılar.
İngilis qoşunları Bakıdan tamamilə çıxıb gedəndən sonra fəhlə Bığlı
Həsənəli bədiyə yazmışdı; fəhlələr ingilispərəstlərə sataşıb vedrənin altına
döyəcləyib oxuyurdular:
Başlagınan nağaranı çalmağa,
Sözlərimi ta yadıma salmağa.
O, gəlmişdi Qafqazyada qalmağa,
Qalaydı mehman, hara çıxdı getdi?
Gül-çuvalın yığışdırıb bağladı,
Qonşumuzun ürəyini dağladı,
Onlar getdi, «arvadları» ağladı,
O mahi-taban hara qaçdı getdi?
Gələn kimi quyruğuvu buladın,
Sevincindən lap it kimi uladın.
Qarına-fətir
*
qatırların suladın,
Dərdüvə dərman hara çıxdı getdi?
Qoy getsinlər, daşlarını sən də at!
Min altı yüz biz almışıq qatır, at,
*
Bir qarın çörəyə, pulsuz maaşsız işləyənlərə deyirdilər
downloaded from KitabYurdu.org
214
Onlar getdi, dul qaldı çoxlu arvad,
Ol can alan, can hara çıxdı getdi?
Qonaq, qonaq, buydu sənin qonağın?!
İndi söylə kimə gəlir gümanın?
Sən allahın, sən məzhəbin, sən dinin,
Şapkası fincan hara çıxdı getdi?
Dilləri pis, danışırlar qart kimi,
Söz deyəndə, qalırdılar mat kimi.
Çoxlarının tumanı arvad kimi,
Bığın qırxdıran, hara çıxdı getdi?
Kəndlərdə yaxşı kənddür Bülbülə
Yalanı doldurmuşdulər zənbilə,
O Batuma, sən də ki, cəhənnəmə,
Podrati İran hara çıxdı getdi?
Gəlmiş idi, əsir edə bizləri,
Xırda-xuruş idi bütün sözləri.
Belə deyir əcnəbilər özləri,
Bir dəstə «reyhan» hara çıxdı, getdi?
O gündən ki, başladılar gəlməyə,
Cəhd etdilər hər bir işi bilməyə.
Neft aldılar, pulları yox verməyə,
Qatır satanlar hara çıxdı getdi?
Pencəkləri oxşayırdı lap dona,
Çətin işdir, yarı yoldan dönə,
Bir nəfəsə getdilər düz Londona,
Aləmə «Soltan» hara çıxdı getdi?
Bildir bu vaxt ürəyimi dağlardın,
Vedrə açıb, jalonkaya bağlardın.
O qaçanda, sən vağzalda ağlardın,
Söylə, o qağan hara çıxdı getdi?
Fikr eləmə, pencəyi satdırarsan,
Şapkanı da çevirtdirib qoyarsan.
Olmasa, verdirib boyatdırarsan,
downloaded from KitabYurdu.org
215
O naxələflər hara çıxdı getdi?
* * *
Qocaman müəllim Ağabəy İsrafilbəyli deyirdi ki, «Şirvanşahlar»
sarayını müəllimlər ittifaqına vermişdilər və mənə tapşırmışdılar ki, get bax,
layihə tərtib elə, eyni zamanda tarixi əhəmiyyəti olan qala divarlarını, məscid,
hamam, mədrəsə və yaşayış binalarını siyahıya alın. Sonra hamısı üçün bərpa
planı duzəldəcəkdik. Əsas məqsəd xalqın keçmişini, mənəvi varlığını gələcək
nəsillərə çatdırmaq idi.
Rəssam Yakov İosifoviç Çelxis İçərişəhər haqda deyirdi: «Baxın,
yaxşı-yaxşı baxın! Bu darısqal küçələr, bu daxmalar, bu kəlləbənd, qapı,
pəncərələr, şəbəkə və hətta navalçaların hər biri millətinizin tarixidir. Bu
iyirmidən çox məscid-mədrəsə xalqınızda elmə, mədəniyyətə, incəsənətə,
inkişafa olan həvəs və əzmi göstərir. On beş hamam, bir neçə ovdan çoxlu su
quyuları bu xalqın paklığa, təmizliyə, suya aşiq olduğunu nümayiş etdirir, -
gedə-gedə əlləri ilə ətrafı göstərib davam edirdi. - «Bu qala divarları,
darvazalar, məhəccərlər böyük mədəniyyət nümunəsidir... «Şirvanşahlar
sarayı», «Qız qalası», bürclər tükənməz milli sərvətdir».
Saraya çatanda rəssam darvazanı oxşayırmış kimi nəqşlərə toxunaraq
əlavə etdi: «Xahiş edirəm, bu qapılardakı geometrik nəqşlərə diqqət yetirin... O
minarə və o qübbə sənətkarı özünə tərəf çəkir. Bu kompleks memarlıq incisidir.
Adam diz çöküb, səcdə etmək istəyir. Divanxana nə qədər yığcam, lakonikdir...
Otaqlar... Salonlar... Həyət-baca».
Rəssam danışdıqca mən fikirləşirdim ki, vaxtı ilə buralar neçə bərq
vururmuş... Nə təntənə, nə dəb-dəbələr varmış... Ey gidi dünya! İngilislər on
səkkizinci ilin yayında Bakıya gələndə ilk növbədə Şirvanşahlar sarayında olan
qiymətli sənət əsərlərini gəmilərə yükləyib, Ənzəliyə apardılar. Tarixi ziqiymət
əsərlər... Bina qaldı başlı-başına... İndi də xarabazara dönməkdədir... Ah
çəkdim, ağlamaqdan özümü zorla saxlayırdım. Üfunətdən baş gicəllənir, ürək
bulanırdı.
Rəssam üzüntülü bir səslə şikayətləndi: «Sizin müsəlman ziyalıları,
varlıları nə qədər kəmetina, nə qədər ruhən yorğundurlar. Heç güman etmək
olmaz, inanmaq olmaz ki, belə sənət incisini yaradanların, belə laqeyd xələfləri
var. Bu qiymətli incini bərpa etmək üçün neçə ildir qapı qalmayıb ki,
açmayam, yer qalmayıb ki, getməyəm. Minlərlə adamdan xahiş etmişəm,
yalvarmışam ki, qoymayın. Qoşa qala qapısı yanındakı Bakı xanının sarayı
kimi Şirvanşahlar sarayı da yerlə yeksan olsun, itsin. Boş sözdən, uzun,
mənasız danışıqdan savayı heç bir kömək görməmişəm. Mən rəssamam, həm
də nəqqaşam, gözəl bir abidənin göz qabağında xərabə qalmağı gözlərimi
ağrıdır, məni kor edir. Sarayda olan zibilləri daşıyıb, otaqları, həyət-bacanı
təmizləyib, qaydaya salmaq lazımdır. Buranı muzeyə çevirmək olar, həyətdə
downloaded from KitabYurdu.org
216
ağac, gül əkilər... Cavanlardan bir neçə nəfərə dərs verib, incəsənəti öyrətmək
olar. Onlar da gəlib-gedənləri başa salar, millətin keçmişini öyrənər. Dərnək
düzəldib uşaqlara rəsm çəkmək, heykəl düzəltmək təlim etmək vacibdir,
müasir mədəni insanlar yaranar... İlk növbədə bu kompleksi bərpa edin, sonra
yüzlərlə digər abidələri də...»
Darülfünun açılması. Vaxtilə Zaqafqaziyada bir ali məktəb açmaq
barədə Peterburqa, imperiya maarif nazirliyinə dəfələrlə müraciət etmişdilər,
təəssüf ki, bütün cəhdlər boşa çıxmış, zəhmətlər hədər getmiş, heç bir nəticə
hasil olmamışdı.
Birinci dünya müharibəsinin axırlarında Zaqafqaziya seymi bir ali
məktəb açmaq istədi, amma təşəbbüs nəticəsiz qaldı, sözdən işə keçmədi.
Məsələ döndü balıq, xərçəng və ördək əhvalatına. Gürcülər universitet üçün
Tiflisi, ermənilər Yerevanı, müsəlmanlar isə hər cəhətdən Bakını ən münasib
və məqsədəuyğun saydılar.
Nəhayət, 1919-cu ilin ikinci rübündə, Bakıda universitet açmaq barədə
qərar çıxarılır və xüsusi komissiya heyəti qurulur. Professor Vasili İvanoviç
Razumovski sədr, dörd qəti və üç müşavir səslə yeddi nəfərlik komissiya
üzvləri təyin edilir. Təşkilat komissiyasına müəllimlikdə mahir, zəmanə
tələbatını bilən yeni əsr ziyalılarının birincilərindən, rusca, azərbaycanca,
farsca mükəmməl savadı olan Əli Cabbar Orucəliyev rəhbərlik edir və yükün
ağırlığını çiyinlərində daşıyırdı. Professsor Razumovski başqa şəhərdə yaşayıb
işlədiyindən, yalnız vaxtaşırı Bakıya gələ bilirdi. Universitetin heyətindəki 20
müəllimdən yalnız ikisi azərbaycanlı idi.
Universitet keçmiş Kamerçeski məktəbinin (Lenin adına Pedaqoji
İnstitut) binasında yerləşdirildi. Dörd fakültəsi - tibb, hüquq, fizika-riyaziyyat
və tarix-ədəbiyyat fakültələri açmağı məqsədə faydalı hesab etdilər. Balaxanı
(Basin) küçəsindəki gimnaziya mülkünü də əlavə bina kimi universitetə
verdilər. 1919-cu il sentyabrın 15-də tələbələr ilk məşğələyə başladılar.
Qürbət ellərə səfər - əlvida Bakı. Rusiya və Avropa ali məktəblərində
müxtəlif ixtisaslar üzrə oxumağa 100 nəfər azərbaycanlı tələbə göndərilirdi: 17
nəfər Rusiyaya, 3 nəfər İngiltərəyə, 11 nəfər Almaniyaya, 1 nəfər İtaliyaya, 13
nəfər Fransaya, 4 nəfər Türkiyəyə və 50 nəfər İsveçrəyə. O zamankı
Azərbaycanda zor-bəla ilə 100 nəfər orta təhsilli gənc tapdılar, lakin bir nəfəri,
Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyindən və onun
əvəzinə orta təhsilli bir gənc tapılmadığından 99 nəfər göndərildi.
1920-ci ilin yanvar ayında, tələbələr xarici ölkələrə yola düşürdülər.
Gedənləri yola salmaq üçün stansiyaya çoxlu adam: qohum-əqraba, yoldaşlar
və tanışlar, elm-mədəniyyət xadimləri, ədiblər, şairlər, müxtəlif partiyaların
nümayəndələri gəlmişdi.
Onlar vağzalın böyük salonunda toplaşmışdılar. Balaxanı məktəbinin
müəllimi Seyidbağır Axundzadə ayağa durub dedi: «Cavanlar, siz xaricə
downloaded from KitabYurdu.org
217
oxumağa yüz nəfər yollanacaqdız, çox təəssüf ki, yoldaşınız Miryusif Mir
Abdullazadə həyata vida etdi... Azərbaycan fəal bir tələbəsini itirdi. O, Şamaxı
qəzasının Lahıc qəsəbəsində doğulmuşdu. Şuşa orta məktəbini qurtarmışdı.
İnqilab ərəfəsində, Şuşada kommunistlər firqəsinə daxil olub? çalışmışdı. Ötən
1919-cu ilin yayında Bakıya gəlib, kommunist yoldaşları ilə bərabər çalışırdı.
Müəllimlər kursuna girib qurtardı. Balaxanı zükür məktəbində müəllimliyə
başladı. Vəzifəyə son dərəcə diqqətlə yanaşırdı, Məktəbin dörd şöbəsini
öhdəsinə alıb gündə fəhlə balaları ilə 5-6 saat çalışırdı. Artıq vaxtını fəhlələrə
qəzet-jurnal oxumaqla keçirirdi. Əcnəbi məmləkətə gedəcəyindən valideynləri
və qohum-əqrabası ilə vidalaşmaq üçün Lahıc qəriyəsinə getmişdi; orda
Aragird məhəlləsində yuxarı məscid meydanında hümmət təşkilatı adından
izdihamlı mitinq keçirir, yüzlərlə zəhmətkeş - misgər, dəmirçi, kargər, muzdur,
bənna, fəhlə, dülgər, dabbaq və digər sənətkar və füqəra kəndliləri kommunist
bayrağı altına, istismarçılarla, dövlətlilər əleyhinə, azadlıq uğrunda
mübarizəyə, xalq səadəti üçün vuruşa çağırmışdı. Bakıya qayıdanda azarlayıb
xəstəxanada yatırdı. Üç gün orda qalandan sonra vəfat etdi. Yoldaşlarını yalnız
buraxıb, əbədi getdi. Əziz Miryusif yoldaş, sənin müqəddəs fikirlərin, arzuların
uğrunda yoldaşların çarpışacaqlar. Sən vaxtsız vəfat etdin. Allah sənə rəhmət
eləsin, - tələbələrə müraciətlə əlavə etdi, - Allah sizə də yar olsun, Vətən
övladları».
Səmədağa Ağamalıoğlu qalxdı. Hamı ayağa durdu. Miryusifin
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Səmədağa Ağamalıoğlu ilə bərabər İbrahim Əbilov, Əhməd Pepinov
və başqaları da məclisdə iştirak edib tələbələrə nəsihət, məsləhət verdilər.
Məclisə tar və kamança çalan, bir də xanəndə Cabbar Qaryağdıoğlu
dəvət olunmuşdu. Böyük salon musiqi təranələrinə, Cabbarın ecazkar,
əfsanəvi ahənginə darısqallıq edirdi.
Ədəbiyyatşünas Salman Mümtaz qürbətə gedənlərin şərəfinə çay-
şirniyyat-meyvə süfrəsi açdı.
Səmədağa Ağamalıoğlu gedənlərə nəsihət etdi, bol-bol elm,
mədəniyyət, texniki fənn ləvazimatı gətirməyi tapşırdı.
Nitqlər söyləndi, xoş arzular diləndi. Qurban Pirimov tar, Saşa
Oqonozaşvili kamança çalır, Cabbar Qaryağdıoğlu vaxtaşırı oxuyurdu.
Məclisdə çox xoş bir əhvali-ruhiyyə vardı. Lakin dünyanın bu
qarmaqarışıq vaxtında Vətəndən, qohum-əqrəba və dostlardan ayrılmaq, övladı
uzaq, qürbət ellərə yola salmaq intizarı üzlərdə oxunurdu.
Vida məclisində Səmədağa Ağamalıoğlu maraqla danışırdı: «Tiflisdə
seym iclasında məndən soruşdular ki, bu inqilabın axırı nə olacaq. Hərçənd ki,
gələcək barədə söz deyənlərin çoxunun yalanı çıxıb, amma indi deyirəm ki:
«hərdən qaz yumurtalarını bir toyuğun altına qoyurdular. Gələcəkdə o
downloaded from KitabYurdu.org
218
yumurtalardan qaz cücələri çıxırdı, su görən kimi yüyürüb özlərini tullayırdılar
suya, qırt toyuq özünü itirirdi, o yan-bu yana qaçıb bərkdən qaqqıldayırdı...».
Məclisdə olanlar güldülər.
Səmədağa Ağamalıoğlu sözünə davam etdi: «Baxın, indi biz də bu
hürriyyət yumurtalarını qoymuşuq burjuyların altına və bunlar da çırtlayıb
çıxanda qırt... qırt... qartıldayacaq, ördək təki qaçıb özlərini atacaq bizim
hürriyyət nohuruna. Qırt toyuqlar - burjuylar nə qədər qırt-qırt edib qanad
çalacaqsa, heç bir şey çıxmayacaq... Bu azərbaycanlı cavanlar gedir oxumağa,
təhsil alıb qayıdanda bizə, xalqa qulluq edəcəklər...».
Stansiyada zəng çalındı. Parovoz uzun, sürəkli xəbərdarlıq fiti verdi.
Həyəcan daha da artdı, gedənlər də, qalanlar da üzüntülü dəqiqələr
keçirirdilər, gözlərdə yaş, dodaqlarda həzin bir təbəssüm vardı. Astadan səslər
eşidilirdi: «Tezliklə məktub yaz!», «Özündən muğayat ol!», «Dərslərində
diqqətli ol!», «Qürbət eldə xoş rəftar ol!», «Həftədə çox yox, heç olmasa bir
sətir yaz!».
Tarzən birdən «Orta Mahur» çalmağa başladı, gözəl xanəndənin
ilhamı coşqun dəniz təki təlatümə gəldi.
Şəbi hicran yanar canım,
Tökər qan çeşmi kiryanım...
Oyadar xəlqi əfqanım,
Qara bəxtim oyanmazmı...
Hamı ayağa qalxdı...
Tələbələr,
qohum-əqraba,
valideynlərilə
vidalaşıb vaqonlara
doluşdular.
Musiqi təranələri altında qatar stansiyadan yavaş-yavaş ayrıldı.
Pəncərələrdən yaylıqlar göyərçin qanadları təki yellənirdi. Göz yaşları ilə
əzizlərini yad diyarlara yola salanlar da əlləri ilə, yellədikləri yaylıqlarla vida
salamı göndərir, onlara uğurlu yol diləyirdilər.
Hərbi nazirin evinin girəcəyində bomba partlayışı. Don, Terek və
Kuban baş dairəsi nümayəndələri Mixail Zazuliya, Nikolay Baqiyev və Pyotr
Kovalyov Azərbaycan Cümhuriyyətinin hökumət başçıları ilə görüşmək üçün
Tiflisdən Bakıya gəlmişdilər.
Onlar Azərbaycanın hərbi naziri tam topçu generalı Səmədbəy
Mehmandarovu ziyarət məqsədilə Sahil (Neftçilər) küçəsində yaşadığı 51
nömrəli evə gəlirlər.
Bir saatlıq söhbətdən sonra binadan çıxıb, faytona əyləşəndə
gözlənilmədən faytonun arxasında çox güclü bomba partlayır. Zazuliya özünü
kənara birinci tullayır, onun dalınca Kovalyov düşəndə faytonun kənarına ilişib
yıxılır, Baqiyev sıçrayanda ikinci bomba eyni şiddətlə partlayır. Yan-yörəyə
downloaded from KitabYurdu.org
219
səpələnən qəlpələrdən Kovalyovun sol əli, hərbi nazirin qapısı ağzında növbədə
olan Qulu Məmməd oğlunun üzü yaralanır. İkinci növbətçi Rəsul Mikayıl oğlu
bombanı atıb qaçan üç nəfər sui-qəsdçiyə tapançadan atəş açır, lakin güllələr
hədəfə dəymir.
Hərbi nazir Mehmandarov partlayış səsinə küçəyə, hadisə yerinə gəlir,
tələsdiyindən papağını da qoymağı unudur.
Tezliklə hər şey aydınlaşır.
İçərişəhərdə bir dükanda naməlum bir şəxs yaxalanır - qara paltoda,
başında kepka, cibindən çıxan iki pasportdan onun şəxsiyyəti müəyyənləşir:
Filipp Fenoqenoviç Novıkov. Onun üstündə 2 bomba, tapança, 9 dənə patron,
275 manat Azərbaycan pulu varmış.
Novikovu liman polis şöbəsinə gətirirlər. Daxili işlər naziri və onun
iki müavini, ədliyyə nazirinin müavini, general qubernator Tlexas, qalabəyi
Yusifov, şəhər komendantı general-mayor Firidunbəy Vəzirov, polismeyster
Mirzəyev və məhkəmə palatası prokuroru Nəzərov hadisə yerinə gəlirlər.
Polis şöbəsinə dəvət edilmiş nümayəndələri sorğu-sual etdikdə, yağış
olduğundan sui-qəsdçiləri görmədiklərini, tanıya bilmədiklərini söyləyirlər.
Hərbi nazirin mühafizəçiləri üç nəfər bomba atanın birisi Novikovun
olduğunu təsdiq edir. Təsadüfən, yoldan keçən 14 yaşlı gimnaziya şagirdi
Baraşvili də Novikovu geyimindən tanıyır və deyir ki, bomba atanlardandır.
Novikov sərxoş olduğundan əvvəl diş texniki olduğunu, Bakıda
işlədiyini, hadisə yerinə təsadüfən gəlib çıxdığını, bomba tullamadığını
söyləyir. Üstündə tapılan bombaları ona tanımadığı, naməlum gürcünün
verdiyini deyir.
Novikovu polismeyster Rüstəmbəy Mirzəyevin iştirakilə təkrar
dindirəndə deyir ki, Batumda «Amur» gəmisində ocaqçı işləyib, içki
məclisində gürcü yoldaşları onu şirnikdirib Bakıya gətiriblər, «Astrabad» hərb
gəmisinə işə düzəldəcəklər. Onun üçün təfavütü yoxdur, hara olursa-olsun, təki
araq, şərab olsun. Bu ilin (1920) fevral ayının 7-də Bakıya gəlib. Hər iki
pasportu da gürcülər ona verib, saxta pasportları da ona gürcülər düzəldib.
Novikov əvvəlcə Nobel qardaşlarının 172-ci mədənində işə düzəlir,
amma bir həftədən sonra oradan çıxır. Balaxanı küçəsində Yakov, ya da ki, Əli
adlı tatarın otağında yaşayıb. Bekar-bekar veyillənirmiş. Bakıda Qriqori adlı bir
gürcü ilə tanış olur. Axır günlərdə Parapetin yaxınlığında, zirzəmidəki
meyxanada gürcülərlə içib kef eləyirmiş. Martın 11-də səhər saat 8-dən 11-ə
qədər onu bərk içirdiblər; meyxana yiyəsi də onlarla içirmiş. Gürcülərdən biri
bomba doldurulmuş bir karzinka gətirir; ona iki dənə bomba, bir də
«Parabellyum» markalı tapança verirlər. Bulvara göndərirlər. Gürcülər özləri
isə, içərisində 12 bomba olan karzinka ilə «Metropol» mehmanxanasına
gedirlər; dediklərinə görə orda tanışları var imiş. Novikov bulvara gedəndə
yolüstü İçərişəhərdəki örtülü bazara girib, orada da onu tutublar.
downloaded from KitabYurdu.org
220
Prokuror, polismeyster və digər vəzifə sahibləri Parapetin
yaxınlığındakı şərab anbarı və «Qruziya» meyxanası olan zirzəmiyə yollanırlar.
Axtarış zamanı heç nə tapa bilməyirlər. «Qruziya» meyxanasının sahibi Qriqori
Davidoviç Paridzeni çəkməçi dükanında tapırlar. Çəkməçi emalatxanasının
yiyəsi Lavrenti Stepanoviç Sikulyadır. Bunlar Novikovun dediyi gürcülər idi.
Onların yanındakı ucaboy, cüssəli naməlum gürcü Novikova iki bomba və bir
tapança verib. Gürcülər həbsə alınır, evləri axtarılır, heç nə tapılmır,
Təzədən istintaqa başlayanda Novikov deyir ki, 8-ci polis şöbəsinin
əməkdaşı Tatarenko da zirzəmidə idi. Yoxlayış nəticəsində məlum olmuşdur
ki, Tatarenko martın 12-də səhərdən polis şöbəsində növbətçi olub, heç yerə
getməyib, verilən telefonoqramları qeyd dəftərinə yazıb, 8-ci şöbənin pristavına
xidmət raportu verib.
Mixaylovsk xəstəxanasının aşpazı Ağa Hacı oğlunu gətirib sorğu-
suala başlayıblar. O, valideynləri getdiyinə görə elan yazıb pəncərəyə asıbmış
ki, tək, subay adama otaq kirayəyə verir. Novikov gəlib otağı kirayələyib,
dostunu da yanına gətirib. Sakit dolanırdılar, tez-tez harasa gedirdilər. Novikov
arabir içib sərxoş olurdu. Yanlarına şübhəli adamlar gəlmirdi.
20 gündən sonra kirayə pulunu vermədiyinə görə Ağa Hacı oğlu onları
qovur. Ondan sonra rastlaşmayıblar.
Hər ikisi ev dəftərinə qeyd edilib, sonra da pozulub.
Hərbi nazirin yaşadığı ikimərtəbəli mülkün üst mərtəbəsindəki
pəncərələrin şüşələri sınıb. Növbətçilərin hər iki budkası zədələnib, sağ
tərəfdəki isə yerindən tərpənib, taxtalar çatdayıb. Partlayış yerində girdə çuqun
və qurğuşun qəlpələr səpələnib, hər bombanın ağırlığı 5-6 girvənkəyə
bərabərdir. Bombalar əldə qayrılmadır. Forma və görkəmləri yarım silindrikdi.
İş hərbi səhra məhkəməsinə verilir. Mart ayının 19-da Novikov əlavə
məlumat verir: «28 yaşım var. Orlov quberniyasındanam. Baltik donanmasında
«Amur» kreyserində matros olmuşam. Axır vaxtlarda Tiflisdə və Bakıda
yaşayırdım.
Mən, İvan Levin və Razin tapşırığa görə Don, Terek və Kuban baş
dairələrinin nümayəndələrini öldürməli idik. Dallarınca Aleksandropol şəhərinə
getmişdik. Fikrimizdən daşınıb Tiflisə qayıtmalı olduq. Sonra həmin
nümayəndələrlə bir qatarda Bakıya gəldik. İstəyirdik stansiyada onlara bomba
ataq, adam çox idi. Günahsız adamların yersiz ölümünə səbəb olmaq istəmədik,
həm də polis məmurlarının orada hərlənməsi mane oldu.
Nümayəndələrin «Metropol»da yerləşdiklərini bizə bildirdilər.
Marşrutları öyrənib izləməyə başladıq. «Metropol»dan çıxanda istədik bomba
ataq, yenə qələbəlik mane oldu. Faytonda hərbi nazirin evi olan yerə gəldik.
Münasib yerdə dayanıb, nümayəndələrin çıxmağını gözləyirdik.
Şəxsən mən mühafizlərdən birinə (üzündən yaralanana) yaxınlaşıb, rus dilində
xəbərdar etdim ki, uzaqlaş, indi burada partlayış olacaq, buradan çıx get.
downloaded from KitabYurdu.org
221
Dediyimi başa düşmədi, başının hərəkətilə mənə işarə elədi ki, öt burdan. Mən
də uzaqlaşdım.
Nümayəndələr hərbi nazirin evindən çıxıb faytona minəndə
yoldaşlarım Levin və Razin hərəsi bir bomba tulladılar. Mənə elə gəldi ki,
nümayəndələr öldü. Yoldaşlarım qaçdılar, mən də götürüldüm, özümü verdim,
İçərişəhərə. Liman pristavı «dayan!» deyə qışqırdı. Ayaq saxlayıb, pristava
təslim oldum. Başqalarını öldürmək məramım yox idi. Üstümdə iki bomba və
tapança vardı.
Özüm Denikinlə vuruşlarda neçə dəfə yaralanmışam, bədənimdə yara
yerləri də var. Mən Denikinin amansız əleyhdarıyam.
Bakıya tez-tez gəlib fəhlələrin mənzilində qalırdıq.
Hacıyev müttəhim Novikovun dediklərini və onunla Petrovgildə tez-
tez görüşdüyünü təsdiq etdi. Rusiyadan 17.000.000 manat gətirildiyini
deyirdilər. Siyasi mövzularda və Denikinin əleyhinə danışırdılar. Petrov onlara
rəğbət bəsləyirdi.
Petrov Hacıyevdən xahiş edir ki, iki nəfərə otağında yer versin.
Hacıyev razılaşır. Novikovla Levinə yer verir. Bir dəfə onu Sabunçuya fəhlə
klubuna aparırlar. Petrov da orada olub. Hacıyev qorxub, daha onları evinə
qoymayıb. Çıxıb gediblər və 1.800 manat ona borclu qalıblar. Hacıyev
qorxusundan heç yerə şikayət etməyib, hökumətə deməyib. Dediklərindən
savayı heç nə bilmir, onların işlərindən xəbərdar deyil.
Petrov ev kirayəsi barədə Hacıyevə söz verib ki, haqqını alacaqsan.
Dostlarım harasa gediblər, tezliklə qayıdacaqlar, pulunu verəcəklər.
A. A. Petrov ifadəsində göstərir ki, dülgər işləyirmiş, işdən
çıxardıblar. Birtəhər düzəlib Mixaylovski xəstəxanasına, ehtiyacdan otağına
kirayənişin buraxıb.
Hacıyevlə üzləşəndə Petrov hər şeyi boynuna alır.
Novikovun hərbi səhra məhkəməsində aparılan istintaqı mart ayının
19-da qurtarır və martın 21-də bu işə polkovnik Nəbibəyovun sədrliyi altında
keçirilən iclasda baxılır. F. F. Novikov dar ağacından asılmaqla ölüm cəzasına
məhkum edilir.
Hökm mart ayının 23-də, səhər saat 5-də Bayıl qazamatında yerinə
yetirilmişdir.
Bakı general qubernatorluğunun məlumatı. 1920-ci il fevral ayının
əvvəllərində burjua qəzetləri yazırdılar ki, son günlərdə şəhərdə şayiə
yayılmışdır ki, guya camaat hökumətdən narazıdır, çıxış edib, bazar, dükanı
talan edəcəklər. Əhali də bundan həyəcana gəlmişdir.
Şəhərə girməyə heç kəsə ixtiyar verilmir. Körpülərə yanaşan
gəmilərdəki sərnişinlərin yalnız bəzilərinə düşməyə icazə verilir. Üç gün
ərzində şəhərə Ənzəli, Şamil qala (Mahaç-Qala) və Təzə şəhərdən
downloaded from KitabYurdu.org
222
(Krasnovodsk) 7 gəmidə 500 nəfər gəlmişdir. Gələnlərin bəziləri Tiflisə gedir.
İranlılar İrana qaytarılır, ləzgilər Dağıstana yollanır.
Gəmilərdə səpmə yatalaq və başqa xəstəliklər müşahidə olunur. Radio
ilə gəmilərə bildirilib ki, hər kəs Bakıya gəlsə geri qaytarılacaq. Əcnəbi
heyətlərə, siyasi nümayəndələrə və dövlət işləri üçün gələn adamlara gəmidən
düşməyə izin veriləcək...
Belə məlumatların yazılmasına baxmayaraq şayiələr artır, həm də
şişirdilir, ətraf qəsəbə və kəndlərə yayılır, həyəcan və narahatlığı daha da
artırırdı.
Qızıl Ordu Denikin dəstələrini darmadağın edərək Cənuba
Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Qızıl Ordunun polad pəncəsində
qıvrılmaqda olan ağ ordunun nümayəndəsi general Baratov Bakıya varid olub,
hökumətə təklif edir ki, qırmızılar yürüşü davam etdirib, şəhərə girsələr əl-ələ
verək, bütün neft mədənlərinə və zavodlara od vuraq, bolşeviklərə qalmasın.
Belə qorxulu xəbərlərdən camaat zara gəlmişdi. Nə gecəsi gecə idi, nə
gündüzü gündüz, aclıq, ehtiyac və xəstəlik də əhalini əldən salmışdı.
Bolşeviklər Bakıda orduda, hərbi, mülki və ticarət donanmasında,
fabrik və zavodlarda, mədənlərdə siyasi iş aparırdılar, xalqı silahlı üsyana
hazırlayırdılar.
Hökumətin yarım rəsmi orqanı «Azərbaycan» qəzetində bolşeviklərin
süni niyyəti barədə xəbərlər dərc edildi. Hazırkı hökuməti yıxmaq və şura
hökuməti qurmaq üçün üsyan hazırlanırdı. Bu məqsədlə kəndlərdə, fəhlə və
əsgərlər arasında gizli şöbələr və hər yerdə hərbi təşkilat yaradılırdı. İşin üstü
açılır, dövlət üçün təhlükəli cani kimi Əli Bayramovun axtarıldığı elan olunur.
Vətəndaşlardan xahiş edilir ki, Əli Bayramovun yerini bilən varsa mütləq
polisə xəbər versin.
Qəzetdə üsyan barəsində uzun-uzadı izahat verilirdi. Bu sənədlər
Həbib Cəbiyevin mənzilində axtarış aparılanda polisin əlinə keçmişdi.
Bundan sonra hökumət bolşevikləri təqibə başlayır, ələ keçənləri
zindana salır.
Xəfiyyə idarəsi Əli Bayramov və Həbib Cəbiyevin parlaman üzvü
Əliheydər Qarayevin mənzilində gizləndiklərini öyrənir. Həmin bina
mühasirəyə alınır. Bakının general qubernatoru Gəray Murad Tlexas əməliyyatı
şəxsən idarə edir. Lakin parlaman üzvünün toxunulmazlığına görə mənzilinə
girə bilmirlər. Bu barədə parlaman rəyasət heyətinin rəsmi qərarı olmalı idi.
Əli Bayramov və Həbib Cəbiyev çıxılmaz vəziyyətə düşdüklərini hiss
edib qonşu binanın damına keçirlər, dolambac dalan və döngələrlə aradan
çıxırlar.
General qubernator və polis rəisinə parlaman üzvünün mənzilinə daxil
olmağa icazə verilir; o şərtlə ki, yalnız otaqlara və mətbəxə baxa bilərlər,
axtarış aparmaq olmaz.
downloaded from KitabYurdu.org
223
Onlar mənzildə Əlini və Həbibi tapa bilmirlər.
Əli Bayramov şəhərin kənarında, Məhəmmədəli məhəlləsinin ucqar
evlərinin birində gizlənir.
Şəhər polismeysteri Mirzəyev casus və agentləri, məhəllə qoçularını
səfərbər edir ki, Həbib Cəbiyevin və Əli Bayramovun gizləndikləri evi axtarıb
tapsınlar, onları tutub hökumətə versinlər.
Hadisələri izləmək üçün söhbət elədiyim adamların dediklərini
oxuculara çatdırmaq istəyirəm.
Ceyran Bayramova: 1918-ci il, mart hadisələri vaxtı Lahic bağlarına
qaçdıq, oradan da Qasım İsmayılovla bərabər Corata piyada getdik. Araba
tutduq, əvvəl Ağcaqabula, sonra da Salyana yollandıq. Əli Salyanda idi. Kür
qırağında mənzili vardı. Anam, qayınatam Bayram kişi, qaynım Oruc da orada
idilər.
Avqust ayında Ramazan paşanın əsgərləri Salyanı tutub Bakıya
irəliləyirdilər.
Çar hökuməti dövründə uzun müddət pristav olmuş Əliheydər
Yusifovu Salyana qəza rəisi təyin etmişdilər. Türklər Əlinin kapitan olduğu
«Demosfen» gəmisini tutub, komanda heyətini əsir aparmışdılar. Yusifovun
fitvası ilə bircə Əlini tək saxlamışdılar ki, bolşevik kimi camaatın gözü
qabağında dar ağacından assınlar. Əli türk zabitini başa salır ki, mən füqərayi
kasib tərəfdarıyam, heç yerə qaçan deyiləm. Zabit də onu evə buraxır. Qəza
rəisi Əliheydər Yusifov bu əhvalatdan xəbər tutur və gecə yarısı evimizə
gələrək Əlini başladı hədələməyə: «Sən bolşeviksən, səni dar ağacından
asacayıq. Muğana silah daşımağın yadından çıxıb? Lap məğamında düşmüsən
tələyə. Qaçan yerin yoxdur».
O gedən kimi Əli bizi - atasını, anamı, qardaşı Orucu qayığa mindirib
Ərəbuşağı kəndinə qaçırtdı. Oradan da 12 kilometr yolu Ağcaqabula piyada
gəldik. Atasını, anamı, qaynım Orucu Bakıya yola saldı. Özümüz ikilikdə
getdik Gəncəyə. Gəncədə Əli kommunist İbrahim Əminbəylini tapıb başladılar
gizli fəaliyyətə. Kəndlilər, dəmir yolu fəhlələri və əsgərlər arasında təbliğat
aparırdılar. Türklər Azərbaycandan gedəndən sonra qayıtdıq Bakıya. Az sonra
Əlini tutub saldılar həbsxanaya. Bir azdan azad etdilər.
Məni parlamanda Mirzəsamalovun yanında, qanun-layihə şöbəsində
balaca bir işə düzəltdilər. Məktubları, təliqələri, sənədləri kitablara qeyd
edirdim.
Evimizdə təşkilatın gizli telefonu saxlanırdı. Telefon stansiyasında da
mötəbər adamlar vardı ki, nazirlər, prokuror, polisiya bir-birilə danışanda bizim
gizli telefona calayırdılar, evimizdəki növbətçi onların söhbət və danışıqlarının
hamısını yazır, təşkilata çatdırır, onlar da əvvəldən tədbir görürdülər. Kimi
tutub həbsə salacaqlar, harda axtarış aparılacaq, mitinqə necə mane olmaq
downloaded from KitabYurdu.org
224
istəyirlər... Gizli telefon böyük otaqda, küncdəki stolun altında, məxfi
saxlanırdı.
Ruhulla Axundov, Həbib Cəbiyev, Ağababa Yusifzadə və başqaları
tez-tez bizə gəlib-gedərdilər. Əli on doqquzuncu ildə Ruhullanı və Həbibi
Moskvaya yola saldı və qardaşı Orucu da qoşdu onlara.
Evimizdə adi telefon da vardı.
İyirminci ilin əvvəllərində Əlini bərk axtarırdılar ki, tutsunlar. O da
yerini tez-tez dəyişdirirdi, evə gəlmir, başqa yerdə qalırdı. Mart ayının 19-u,
gecə yarısında mənzilimizdə qalabəyi Əliheydər Yusifov polislərlə gəlib
başladılar axtarış aparmağa. Otaqları ələk-vələk elədilər, hər iki telefon
aparatını çıxarıb apardılar. Martın 20-də anam Bibixanımı və evimizdə yaşayan
qohumumuz gimnaziya şagirdi Ağarəhim Nəzərovu polis tutur, anamı 2-ci
polis şöbəsində, Ağarəhimi liman polis şöbəsində saxlayırlar, tələb edirlər ki,
Əli Bayramovun gizləndiyi yeri desinlər. Eyni zamanda, dayım Həsən Əli
oğlunu da tutub, 4-cü polis şöbəsinə aparırlar.
Əsassız və qanunsuz tutulanları azad etdirmək üçün ora-bura
qaçırdım. Başım bərk qarışmışdı. Qalmışdım polismeyster, qalabəyi,
qubernator idarələrinin və parlamanın arasında. Əhvalatı «Hümmət» təşkilatı
üzvlərinə xəbər verib, kömək istədim.
Neçə gün idi ki, Əlinin bizdən xəbəri yox idi. Nigaran qalıb, mart
ayının 20-də, Novruz bayramı axşamı, çıraqlar yananda, gizləndiyi evdən çıxıb,
çox da uzaqda olmayan nənəm səadətin evinə yollanır. Məhəmmədlilər
məscidinin yanından keçəndə qoçu Əjdər və Hüseyn Qədir oğlu onu görür,
qabağını kəsirlər, tapançasını alırlar.
Qonşu Sərdar Babayev qaçıb nənəmə xəbər verir ki, qoçu Əjdər Əlini
tutub divanxanaya aparır, çıx, yalvar, buraxdır.
Səadət nənəm qaçır, başlayır qoçuya yalvarmağa ki, bayram axşamına
səni and verirəm... Əjdər qoca arvadı söyüb, elə itələyir ki, arvad yıxılır...
Əlini aparıb verirlər polismeysterə. İki gün idi ki, mənim başım
anamla Ağarəhimə qarışıq idi. Çapalayırdım. Əlini qoçu Əjdərin tutub polisə
verdiyini eşidəndə getdim Qasım İsmayılovu tapdım. Martın 21-i idi. Yollandıq
Əliheydər Qarayevin mənzilinə ki, Əli barədə nə bilir, nə eşidib. Novruz
bayramının sabahı martın 22-si Qasım İsmayılovla düşdük idarələrə. 4-cü polis
şöbəsinin rəisi dedi ki, Əli Bayramovun tutulmağından xəbərim var. Onda
xahiş etdim ki, kağız verin aparaq, anamla, günahsız oğlanı buraxdıraq. Cavab
verdi ki, polismeyster Mirzəyev özü hər şeyi yaxşı bilir, kağız lazım deyil.
Məni ələ salıb istehza ilə dedi: «bolşevikə qoşuldun, cəzandır çək, evdə gizli
telefon aparatı saxlayırsız, sizə nə etsələr azdır...».
Oradan yollandıq polismeyster idarəsinə. Növbətçi dustaqların adları
qeyd olunan dəftərləri yoxlayıb dedi ki, burda Əli Bayramov yazılmayıb. Mən
inanmadım. Dadaş Bünyadzadə dustaqların arasında idi, təsdiq etdi ki, Əli
downloaded from KitabYurdu.org
225
burada, bizim yanımızda yoxdur. Getdik Mirzəyevin evinə, dedik ki, Əli
tutulub, əmr verin, girov saxlanan arvadla oğlanı buraxsınlar. Əlinin də yerini
soruşduq ki, xörək aparaq, pulu yoxdur üstündə. Polismeyster söz verdi ki,
tutulanları buraxdırar. Əlinin də yerini öyrənib sabah xəbər verər bizə. Sabah,
sabah gəlin. Olur ki, qubernatorun əmrilə məhbus saxlayırıq, dəftərə adı
yazılmır. Üstüörtülü bildirdi ki, sabaha qədər gözləmək vacibdir.
Getdik qalabəyi idarəsinə. Yusifov yox idi. Yollandıq evinə. Yusifov
dedi: «Əli Bayramovun tutulmağından xəbərim yoxdur. Amma Əli də, onuk
bütün yoldaşları da, hamısı çoxdan tutulmalıdırlar. Hökuməti devirmək
istəyirlər. Muğan əhvalatı, Salyandakı həngamə yadınızdan çıxıb?». Bizi
göndərdi idarəyə, informasiya şöbəsinin rəisi Şahsuvarovun yanına. Qalabəyi
və qubernatorluğun idarələri bir binada yerləşirdi.
Şahsuvarovla küçədə rastlaşdıq, qalxdıq yuxarı. Başladı sorğu-suala:
«Əli neynəyirdi? Kimlər yanına gəlib-gedirdi?» Və sairə. Oturduq Qasımla
qubernatoru gözlədik. Dal qapıdan Yusifov gəldi.
Düz üç saat, axşam 7-dən 11-ə qədər gözlədik, general-qubernator
Tlexas gəldi. Yarım saatdan sonra bizi çağırdılar kabinetə. Qubernator soruşdu:
«Nə istəyirsiz?» Dedim: «Əli Bayramovu tutublar, xahiş edirik, əmr verin
anamı və oğlanı buraxsınlar». «Əli Bayramov nəyinizdir?», «Ərimdir...»,
«Harda işləyirsiz?», «Parlamanda, qanun şöbəsində». Sonra Qasımı dindirdi,
Dedi ki, bayırda gözləyin. Qapının ağzında dayanmışdıq. Yusifov dal qapıdan
girdi qubernatorun kabinetinə. Bir azdan qubernator çıxdı. Ona yaxınlaşıb
danışmaq istəyəndə, Şahsuvarov mənə dedi ki: «Nə lazımdır biz öyrənmişik.
Sizin sözünüzə ehtiyac yoxdur».
Qubernator getdi. Şahsuvarov bizi bir az yubandırdı. İki qaradovoy
gəlib çıxdı (görünür telefonla çağırıblar), bizi onlara qoşub, polismeysterliyə
göndərdi.
Polismeysterlikdə baş qaradovoy Babayev tez-tez içəri girib çıxırdı,
qaradovoylarla danışırdı. Pəncərədən görünürdü ki, qaranlıq həyətdə
qaradovoylar dayanıb. Ümumi bir narahatlıq var.
Səhər polis agenti Cəbrayıl Ayvazov növbətçi Abdullayevə dedi ki,
arvadı burax getsin. Gündüz saat 2-ya qədər məni yubandırdılar.
Başımıza gələnləri parlamanda əli altında işlədiyim Mirzəsamalova
danışdım, xahiş etdim ki, kömək eləsin, kimə lazımca dil çatdırsın. O da
telefonla daxili işlər nazirinin müavini Şəfibəy Rüstəmbəyovla danışdı. Xeyli
qulaq asandan sonra dedi: «Əli Bayramovu demirəm, məktəb şagirdi, 13 yaşlı
Ağarəhimi, bir də qoca arvadı, Bibixanımı buraxdırmanızı xahiş edirəm». Bu
söhbətdən başa düşdüm ki, Əlinin tutulmağından nazir müavininin xəbəri var.
Parlaman üzvü, sosialist partiyası liderlərindən Əhməd Pepinovun da
yanına getdim. O da, oğlanla anam barədə telefonla danışıb xahiş etdi ki,
buraxsınlar.
downloaded from KitabYurdu.org
226
Bir nəfər tanımadığım kişi Əlidən mənə məktub gətirdi. Məzmunu
belə idi; 1) Firqə özəklərinin yerini dəyişsinlər. 2) Telefon aparatlarının necə və
kimdən alındığını deməyin. 3) Mənə pul çatdırın. Qasım İsmayılovun
vasitəsilə. 4) Əliheydər Qarayevə deyin ki, Yusifova inanmasın. O, satqındır;
özünü tülkülüyə vurur ki, guya bolşeviklərə kömək edir. 5) Yusifova deyin ki,
məndən əl götürsün. 6) Özüm polismeysterlikdə qaradovoyların otağındayam.
7) Ceyran, sən və Bibixanım dalımca gəlməyin! Qoy yoldaşlar mənim üçün
əlləşsinlər.
Vərəqəni aparıb verdim Əliheydər Qarayevə, Qulu Hüseynov,
Musaxanov və başqa yoldaşlar da o kağızı oxudular. Başladılar Əlini
axtarmağa. Qarayev parlamanda kəskin, gurultulu çıxış etdi, yoldaşlarımızı
həm açıq, həm də gizli yollarla aradan çıxartdıqlarına görə hökuməti
günahlandırdı. Musəvi və Haşım Əliyevin öldürülməsindən heç altı ay
ötməmiş, indi də Əli Bayramovu oğurlayırsız.
Müsavatçılar da iddia etdilər ki, bu provakasiyaçı bolşeviklər hökumət
böhranını sürətləndirmək üçün özləri quraşdırıb, çox güman ki, Əli Bayramovu
gizlədib, hökumətə şər atırlar. Əli Bayramov günahkardır, üsyançıdır.
Hökuməti devirmək istəyib. Taxsırı olan adam cəzalanmalıdır.
Əliheydər Qarayev ikinci dəfə daha kəskin çıxış etdi. «Biz Qırmızı
Ordu ilə ciddi danışığa girməliyik. Bu hökumət isə bunu bacarmayacaqdır.
Sovet Rusiyası ilə danışığa girmək lazımdır».
Daxili işlər naziri müavini Şəfibəy Rüstəmbəyov izahat verir:
«Daxiliyyə naziri burada yox ikən Qarayev Əli Bayramov haqqında danışdı.
Bu xüsusda bir neçə söz deyəcəyəm. Bir neçə gün bundan əvvəl polis dövlət
çevrilişi və üsyan qaldırmaq planı kəşf etdi. Burada hökuməti yıxmaq,
parlamanı dağıtmaq və Şura hökuməti qurmaq istəyirlər.
Əli Bayramov da bu çevrilişin iştirakçılarından biridir. Parlaman üzvü
Əliheydərin də orda imzası var.
Polisə əmr olunmuşdu ki, o adamları tutsun. Polis axtarır, tapa
bilmirdi. Bu aralıq xəbər çıxdı ki, Əli Bayramov yoxa çıxıb. Bu barədə hələ
rəsmi bir məlumat da yoxdur. Ancaq şayiələr var ki, onu bir qoçu tutub polisə
verib. Polis isə onu boğmuşdur. Bu xəbəri eşidəndə nazir qaradonaçalnikə əmr
verdi ki, xəbəri rəsmi şəklə salsın, tapıb açsın. Keçən gün, mən Əli
Bayramovun qaynanasını, arvadını öz kabinetimə çağırdım. Orada general
qubernator və parlaman üzvlərindən bir neçə nəfər də vardı. Əli Bayramovun
arvadı və qaynanasından Əlini harda və kimlərin tutduğunu soruşdum. Kənarda
gəzən şayiələrdən başqa heç nə demədilər. Qoçulardan qorxduqlarını
söylədilər. Deyilənlər doğru çıxsa kim müqəssir olsa məhkəməyə veriləcək və
cəzalanacaq. Hökumətə iftira, böhtanlar yağdırılır, buna ciddi etiraz edirəm».
Bu əhvalatdan sonra Bakı məhkəmə prokurorluğu qəzetlərdə elan etdi
ki, Əli Bayramovun işi ilə əlaqədar xüsusi istintaq başlanır. Kim nə bilir (adsız
downloaded from KitabYurdu.org
227
da olar) xəbər versin. İstintaqı mühüm işlər müstəntiqi S. N. Kovalenko aparır.
O adamları hər gün səhər saat 10-dan 4-ə qədər qəbul edir.
Əliheydər Yusifov: Əli Bayramov bolşevikdir. Bakıda nəzərdə tutulan
silahlı üsyanla hökuməti, dövləti yıxmağa çalışanlardan biridir. General-
qubernatorun əmriylə tutulmalı idi. Mənzilində axtarış aparılmışdı. Evdə yox
idi. Bir neçə nəfər başqa bolşevik tutuldu və xüsusi siyahıya salındı. Əli
Bayramovu bu siyahıya yazmadıq. Belə adamları həbsə alanda mənə xəbər
verirlər, lakin bu hadisədən xəbərim yoxdur. Mart ayının 30-da bolşevik Bağı
Cəfəri daxili işlər naziri müavini Şəfibəy Rüstəmbəyova və əmək naziri Əhməd
Pepinova dedi ki, Əli Bayramovu tutub və öldürüblər. Belə bir şayiə gəzir.
Cəfəri eyhamla polismeysterin bu işdə barmağı olduğunu başa saldı. Nazir
müavini mənə dedi ki, əhvalatı prokurora xəbər ver.
Əjdər və Mirrəhimi belə tanıyıram: Mirrəhimin qardaşı Ələkbər
dustaqxanadan qaçmışdı. Əjdəri və Mirrəhimi qalabəyi idarəsinə çağırmışdıq
ki, Ələkbəri gətirib təhvil versinlər.
Daxili işlər nazirliyindən Cəfəri ilə bərabər prokurorun yanına getdik
və Əli Bayramovun öldürüldüyü barədəki şayiəni Cəfəri ona xəbər verdi.
Alı Əkbərxan Şahsuvarov: Qubernatorluqda istixbarat şöbə rəisiyəm.
Terek vilayətinin Kizlər şəhərindən gəlmişəm. «Metropol» mehmanxanasında
yaşayıram.
General-qubernatorun əmri ilə martın 19-da Əli Bayramovun
mənzilində axtarış aparılmışdı. Hələ 1920-ci il, mərt ayının 10-da general-
qubernator və qalabəyi mənə tapşırıq verdilər ki, hazırkı Azərbaycan
Cümhuriyyətindəki dövlət quruluşunu devirmək istəyən silahlı qiyamçılardan
Əli Bayramovu tap. Mən də onun evində nəzarətçi qoydum. Son həftələr o,
evdə yaşamırdı. Öyrəndim ki, Sabunçuya, Balaxanıya gedir, bir də Melniçnı
küçəsindəki 29 nömrəli evdə, arvadının qohumları yanında olur. Həmin evdə
tez-tez iclas keçirirlər. Mart ayının 19-dakı axtarış cənab qalabəyi Yusifovun
başçılığı ilə pristav müavini Süleymanbəy Sübhanverdixanovun iştirakı ilə
aparılmışdı.
Qasım İsmayılov bir neçə dəfə o evə gəlmişdi. Ağarəhim Nəzərov,
Bibixanım və Ceyran Əli Bayramovun pusquçuları idi. Ağarəhim
poçtalyondan aldığı məktubu aparıb kiməsə verirdi. Oğlan tutulanda ona
qoşulub gəlmiş Bibixanımdan nə xəbər alırdıq çalpaşıq, şübhəli cavablar
verirdilər, hiss olunurdu ki, izi itirməyə çalışırlar. Qubernatorun əmri ilə hər
ikisi tutuldu. Ayın 21-də Bibixanım buraxıldı. Ceyranla Qasım gəlib oğlanı
buraxmağı tələb etdilər. Ceyran və Qasım İsmayılov suallarıma qeyri-müəyyən
cavablar verdilər. General-qubernator idarədə olmadığına görə, məsələni
qalabəyi Yusifova dedim. O da əmr etdi ki, şəxsən general qubernatora xəbər
ver, həm də tapşırdı ki, Əli Bayramovun tutulmağı barədə heç kimə heç nə
demə, heç yerə də xəbər vermə. Axşam saat 11-də əhvalatı general-qubernatora
downloaded from KitabYurdu.org
228
nəql elədim. O da hər ikisini - Ceyranı da, Qasımı da üsyan iştirakçısı
kimi tutmağı əmr etdi, Etiraz etdilər. Ceyranı ayın 22-də buraxdılar. Neçə
gündən sonra gəlib mənə xəbər verdi ki, Əli Bayramov heç yerdə yoxdur; tələb
etdi ki, harda saxlayırsız yerini göstərin. General-qubernator onu qəbul etdi, nə
cavab verdiyindən xəbərim yoxdur.
Ceyran Bayramova: Mart ayının 27-də məni daxili işlər nazirinin
müavini Şəfibəy Rüstəmbəyovun yanına çağırdılar. Anam Bibixanımla
bərabər oraya yollandıq. Tlexas, Əliheydər Yusifov, Muxtar Əfəndizadə də
orda idilər. Rüstəmbəyov mənə kağız verib dedi ki, Əli Bayramovun necə
tutulduğunu yaz, ver bizə. Ətraflı yaz! Mən imtina etdim. Dedim ki, iş
məhkəmə orqanlarındadır. Burada ifadə verməyə ehtiyac yoxdur. Muxtar
Əfəndizadədən başqa hamınız yaxşı bilirsiniz ki, Əlinin başına nə gəlib.
Əliheydər Yusifov isə Əliylə qərəzlik eləyir; odur ki, Əli düşüb dərin quyunun
dibinə, heç sədası da gəlmir. Yusifov dedi: «Get, nə bilirsən onu da elə».
Ömər Faiq Nemanzadə: Mart ayının ikinci yarısında idarədə yanıma
tanımadığım bir arvad gəlib dedi ki, mən Ceyran Bayramovayam, ərimi
tutublar, amma harada olduğunu öyrənə bilmirəm. O saat Mirzəyevə, zəng
çalıb soruşdum. O dedi ki, məndə belə dustaq yoxdur, telefonu qoydu yerinə.
Mən təkrar zəng çaldım: «Bəs deyirlər ki, Əjdər Əminov tutub Əlini gətirib
sizə...» O səsini ucaltdı: «A!.. Onu deyirsiz? hə, Əli Bayramovu Əjdər götürüb
dala apardı». «Necə yəni, dala apardı?! Dustağı bir yerdə saxlamaq lazım idi».
Mirzəyev dedi: «Əjdər ondan, Əli Bayramovdan iltizam alıb buraxıb».
Mən Ceyran xanıma dedim ki, şikayət yaz ver mənə, isti-isti işin izini
axtarıb tapaq. Hadisəni olduğu kimi yazıb verdi və Roman Şalvaşvilinin
sözlərini də əlavə etdi. Tapşırdım ki, söhbəti məxfi saxla. Sabah şahidlərlə
gəlin yanıma. Sabahı gün bircə gürcünü gətirdi və sualıma cavab verdi ki,
başqaları qorxudan gölməyiblər. Əjdər hədələyib ki, hər kəs bu işə qarışsa
öldürəcəyik. Romanı dindirdim, tapşırdım ki, söhbəti gizlin saxlasın.
Mollazadədən xahiş etdim ki, gizlicə qaradovoy Həmzə Mirzə oğlunu bir
bəhanə ilə mənim yanıma gətirsin. Elə olsun ki, nəzərə çarpmasın. Həmzə
gəldi. Hadisəni ətraflı mənə nəql etdi. İşi verdik prokurora.
4-cü polis şöbəsinin rəis müavini Süleymanbəy Sübhanverdixanov
dedi ki, qalabəyi Əliheydər Yusifova tapşırılmışdı ki, necə olur-olsun bolşevik
Əli Bayramovu tutun. Polismeyster Mirzəyev məşhur məhəllə qoçusu Əjdər
Əminovu çağırıb tapşırdı ki, yerin altında da olsa Əli Bayramovu tap gətir
yanıma. O da tutub apardı, polismeysterə təhvil verdi.
Mollazadə də təsdiq etdi ki, Mirzəyev qalabəyi Yusifov adından 4-cü
polis şöbəsinə bir neçə nəfər qoçu çağırıb tapşırdı ki, Əli Bayramovu axtarın,
hətta Əjdərə dedi ki, bu işi eləsən, sənin köhnə günahlarının da üstündən qələm
çəkib bağışlayarıq. Köhnə iş də o imiş ki, qoçu Əjdər, qoçu Mirrəhim
Mirmövsümovun bacanağı idi, bir gecədə 15 adam öldürmüşdülər.
downloaded from KitabYurdu.org
229
Aradan bir-iki gün ötdü. Qaradovoy Məşədibrahim Məşədabas oğlunu
çağırdım. O bərk qorxurdu ki, qaradovoylar və Mirzəyev onun özünü öldürə
bilərlər. Əli Bayramovun gecə vaxtı aparıldığını nəql etdi. Baş qaradovoy
Babayev əvvəl Mirzəyevin evinə gedib, sonra gəlib Əli Bayramovu apardı.
Dedi ki, Mirzəyev əmr edib ki, Bayramovu 10-cu polis şöbəsinə aparmaq
lazımdır.
Qaradovoylardan Həbib, Vəli və Əbdülrəhman Əli Bayramovu
faytonda apardılar. Babayev qaldı.
Şəxsən nazir müavini Şəfibəy Rüstəmbəyova müraciət etdim ki,
istintaqa mane olduğuna görə Mirzəyevi tutmaq lazımdır. Rüstəmbəyov mənə
acıqlanıb töhmət etdi ki, sən daxili işlər nazirliyinə qarşı iş açırsan. Əmr etdi ki,
bu işə burnumu soxmayım! Məsələ prokurorluğa verilibdir. İki gündən sonra
Vəkilov, nazir gələndə yanına, kabinetə getdim. Hadisəni ona danışdım və
Mirzəyevi tutmağı xahiş etdim. Bu vaxt, Rüstəmbəyov nazirin yanına gəldi və
işi başa düşəndə, acıqlı-acıqlı söhbətə qarışıb dedi: «Heç belə şey yoxdur.
Bunlar hamısı sənin şəxsi fantaziyandır».
Mən tutuldum. Vəkilovdan xahiş etdim ki, mənə təklikdə danışmağa
imkan yaratsın. Rüstəmbəyov çıxıb getdi. Vəkilov məni dinlədi. Sözümü axıra
kimi dedim və bütün sübutları söylədim və xahiş etdim ki, özümlə gətirdiyim
qaradovoy Məşədibrahim Məşədabas oğlunu şəxsən dindirsin. Vəkilov
Məşədibrahimi təklikdə dindirdi. Mirzəyevi tutmaq barədə əmr verdi. Şəhər
polismeysteri təyin olunmuş Kabulov əmri sabahı gün saat 12-də yerinə yetirdi.
Mirzəyevi kaupvaxta
*
, İçərişəhərə gətirdilər. Mən Bayıl qazamatına salmağı
əmr etdim. Şəfibəy Rüstəmbəyov mane oldu.
General-qubernator Tlexasın yanına getdim, işin gedişini, Əli
Bayramovun tələf edildiyini ona da danışdım. Mirzəyevi zorla tutublar. Əjdəri
və Qədir oğlunu tutmurlar. Cinayətin əsl israçıları şəhərdə gəzir.
Qubernator mənə dedi: «Əli Bayramovun ölümü haqqında mənə heç
kim şikayət etməyibdir», Və həmin günün səhərisi qəzetdə əmr dərs etdirdi ki,
bu barədə heç kəsi tutmaq olmaz. Bunu da mənə mane olmaq məqsədilə
etmişdi ki, Əjdər Əminov və Hüseyn Qədir oğlu tutulmasın, cinayətin əsl izi
aşkara çıxmasın».
Bayram oğlu!
Məhbus hanədəyəm,
Məhbus hanədə qəlbimin
*
Kaupvaxt
- İçərişəhərdə Qoşa qala
qapısının girəcəyində məs
ul
məmurların
dustaq saxlandığı səkili bina.
downloaded from KitabYurdu.org
230
qanıyan çılpaq ayaqları
nə zaman çox uzun bulsa yolunu,
xatırladım bilməm nədən
Azəri yoldaşım Bayram oğlunu.
Nazim Hikmət
Məşədibrahim Məşədabas oğlu: (qaradovoy) Baş qaradovoy Babayev
məni budkanın yanına aparıb dedi ki, «Burdakı ermənini möhkəm saxla,
qaçmasın (şəkildə göstərdiyiniz adam idi). Bir az keçdi dustaqla söhbət etdim.
Dedi ki, evində telefon tapıldığına görə onu tutublar, özü də müsəlmandır. Mən
inanmadım, dedim ki, «fındıq»da görüm. Düz dedi. İnandım ki, müsəlmandır.
Gecə yarıya az qalmışdı, saat 11-12-də növbədə idim, Babayev gəldi,
yanında da üç qaradovoy: Vəli, Həbib, bir də Əbdülrəhman, dedi ki, dustağı
polismeyster Mirzəyev yanına çağırır, mənzilinə aparacayıq.
Qaradovoylar dustağı apardılar küçəyə, fayton çağırıb oturtdular,
özləri də əyləşib, yollandılar Qaraşəhər tərəfə. Babayev gedib uzanıb yatdı.
Dustağı aparan qaradovoylar üç-dörd saatdan sonra gəlib çıxdılar.
Həbibin xəncərində, Vəlinin isə patrondaşında qan ləkələri vardı. Səhərisi
öyünürdülər ki, o adamı necə öldürüblər.
«Bəs bunların hamısını prokurora niyə deməmisən?».
«Ona görə ki, prokuror sorğu-sualı polismeyster idarəsində aparırdı.
Qapının dalındakı qaradovoylar polismeysterin adamıdır, qulaq asırdılar. Çox
güman ki, Mirzəyev özü də orada idi. Addımbaşı məni güdürdülər. Eşitmişəm
ki, məni öldürəcəklər.»
Yaremçuk Nikolayeviç Yakov (9-cu polis şöbəsinin okolodoçnisi):
1920-ci il mart ayının 23-də iki nəfər süd satan malakan arvadı səhər tezdən
şəhərə gedəndə yolun kənarında çuxurda başsız bir meyit görürlər, səs-küy
salıb adamları yığırlar. Hadisə yerinə getdim. 9-cu Zavağzal ilə 11-ci Zavağzal
küçələrinin arasında, yerdə bir adam başı gördüm. Tatara da oxşayırdı,
yəhudiya də. Olardı 25-30 yaşlarında, üzü qırxılmamış; yeddi-səkkiz
addımlıqdakı çuxurda ayaqları yamacda başsız bədən uzanırdı. Əynində üst
köynək, göy mahud şalvar, ağ corab, bir də jilet vardı. Jilet və şalvarın cibləri
boş idi. Palto, pencək və papaq yox idi. Cənazədən azca aralı yerdə qan izi
görünürdü. Torpaq tapdanmışdı. Belə təsəvvür oyanırdı ki, cəsədi
sürükləyiblər. Qan ləkələri olan yerdə torpağa sancılmış xəncər və ya da digər
iti silahın izi aydın görünürdü. Yerdə iki parça kəndir də vardı. Cənazə soyuq
olsa da təzə idi. Yaxınlıqdakı daxmalarda fəqir-füqəra ermənilər yaşayır,
qorxularından gündüzlər də qapını daldan bağlayıb bərkidirdilər. Sorğu-sual
apardım, heç nə deyə bilmədilər.
downloaded from KitabYurdu.org
231
Xatisovun mərmi zavodundakı (indiki l. Şmidt) gözətçini də
dindirdim, o da heç nə görmədiyini və eşitmədiyini söylədi. Cənazə tapılan
cinayət yeri zavoddan min addımlıqdadır.
Mən bir köhnə palaz və kisə tapıb cənazənin üstünə sərdim. Yoldan
ötən arabanı saxladım, meyiti qoyub polis şöbəsinə gətirdim. Pristavın əmri ilə
cəsədi aparıb universitetin anatomiya teatrına təhvil verdim, ordan da
müstəntiqin yanına yollandım.
Kabulov (sabiq şəhər polismeysteri): Aprel ayının 7-də məni
Balaxanı-Sabunçu polismeysterliyindən şəhərə köçürdülər. General-qubernator
əmr vermişdi. Ayın 9-da, ya da 10-da məni Tiflis vağzalına, daxili işlər naziri
Vəkilov olan vaqona çağırdılar. Qalabəyi Yusifov və general-qubernator
Tlexas da yanında idilər. Hər ikisini vaqondan çıxartdı. Qaldıq ikimiz. Nazir
mənə tapşırdı ki, Ömər Faiqin verəcəyi siyahıda olan adamları tutub həbsə
salarsan. Heç kəsin sözünə qulaq asmazsan, heç kimin əmrini yerinə
yetirməzsən, heç bir təzyiqə, hədə-hərbəyə baxmazsan. İş son dərəcə vacib və
mürəkkəbdir. Qarabağa gedirəm, mən qayıdana qədər heç birini həbsdən
buraxmazsan.
Ömər Faiqdən siyahını alan kimi Mirzəyevi tutub saldım kauptvaxta.
Üç qaradovoyu da silahlı gözətçilər Bayıl dustaqxanasına apardılar. Dördüncü
qaradovoyu tapa bilmədim, qaçmışdı Gəncəyə, Qoçu Əjdəri tutmaq mümkün
olmadı. 4-cü polis şöbəsinin pristavı (Mirzəyevin yaxın qohumu) Seyidov və
onun müavini Süleymanbəy mane oldular. Hər ikisini işdən xaric etmək barədə
binagüzarlıqda oldum, qalabəyi Yusifov yol vermədi, ancaq yerlərini dəyişdirib
Balaxanıya göndərdi.
Aprelin ortalarında Roman Şalvaşvili mənə müraciət etdi ki, onu
öldürmək istəyirlər, təqibçilərdən xilas edim. Ona lazımi təlimat verib yola
saldım.
Əli Bayramovun ölümü haqqında, hamıya məlum olanlardan başqa
heç nə bilmirəm.
Belə vəhşiçəsinə öldürülmənin səbəbi, məncə, siyasi məqsəd üçün
müəyyən planla olmuşdur.
Ceyran Bayramova: Əlini tapmaq üçün daha açmadığım qapı, baş
salmadığım idarə, güman gələn yer qalmamışdı. Axır getdim «Müsavat»
firqəsinin yerləşdiyi Haşımovun evinə. Girdim müsavatın lideri Məhəmməd
Əmin Rəsulzadənin kabinetinə, ikinci mərtəbədə, qapı ilə üz-üzə oturmuşdu.
Otaq iri idi. Orta boylu, dolu, enlikürək kişi idi.
Məni hörmətlə qəbul etdi, oturmağa yer göstərdi; parlamandan
tanıyırdı. Onda azərbaycanlı qızlarının idarədə işləməyi nadir hadisə idi. Nəql
etdim ki, Əli Bayramovu hökumət tutub, yerini bilmək istəyirəm, xörək
aparmalıyam. Üstündə pul yoxdur. hökumət tutub, taxsırı nədir qanunla cəza
downloaded from KitabYurdu.org
232
verərlər. Yerini mənə söyləsinlər. Cavab verdi ki, Ceyran xanım, Əlinin
tutulmağından mənim xəbərim yoxdur.
Aprelin 5-də axşam saat 9-a yaxın evdə idim. Ömər Faiq gəldi bizə,
soruşdu ki, «Əlini tanıya bilərsən?», «Bəli, tanıyaram, - dedim, - niyə
tanımıram?!». «Onda dur gedək mənimlə».
Qapıda fayton dayanmışdı. Minib getdim Çəmbərə kənd
qəbristanlığına. Küçələr bərbad, atlar faytonu zorla çəkirdilər, tez-tez
büdrəyirdilər, yoxuşu qalxdıqca tövşüyür, fınxırırdılar. Faytonçu tez-tez
atlara acıqlanırdı: «Ay çər dəysin sizə!.. Hə, kürən! Tərpən!».
Hər yer bomboş idi. Əhali qorxu və ehtiyatdan gün batanda, hələ
qaranlıq düşməmişdən ev-eşiyinə çəkilib, darvazaları arxadan lomlamışdılar.
Az evdə, qırılmaqda, üzülməkdə olan ümidi xatırladan zəif işıq görünürdü, elə
bir təsəvvür oyanırdı ki, indi, bir azdan sönəcək. Hər addımda küçə uzunu o
tay-bu tayda xaraba daxmalar, evlər, viranə məhəllələrin acınacaqlı görkəmi
göz ağrıdır, ürək yandırırdı. Qəbiristanlığın ətrafında əsl mənada məzar, ölüm
sükutu vardı.
Ürəyimdən qara qanlar axırdı.
Fayton dayandı. Düşdük. Milyonçu Şəmsi Əsədullayevin təmtəraqlı
qəbirindən xeyli aralı olan daxmaya tərəf getdik. Küçələrdən yığılıb gətirilən
sahibsiz meyitlər bu xaraba daxmada saxlanılırdı.
Ömər Faiq əlində fanar qabaqda, mən də onun dalıyca xaraba
daxmaya girdim. Brezent parçasını qaldırdı, fanarı yaxınlaşdırıb cənazəni mənə
göstərdi. Tez əyilib üzünə baxmağa cəhd etdim. Başı yox idi, başsız bədən.
Qırmızı uzun boyun çıxıb dəridən. Diksindim. Dedim: «Mən başsız adamı necə
tanıya bilərəm...». Az qaldı qəşş edim. O yazıq da meyitin başsız olduğunu
yəqin ki, bilmirmiş (bəlkə də bilirmiş). Meyitin əynindəki ağ tuman-
köynəyində qan quruyub qalmışdı.
«Tanımıram, Ömər Faiq əfəndi», təkrar etdim. Gəzlərim qalmışdı
başsız, yarım üryan meyitdə.
Birdən yadıma düşdü, dedim: «Dayanın, onun sağ əlində nişan var».
Aldım əlini ovsuma. Əl parça-parça, xəncər yarası, sağ əlinin baş barmağında
tikiş yeri vardı, dırnağı da haça bitirdi. Kapitan olan zaman tufana düşür.
Maşınxanaya enəndə baş barmağı zədələnir. Xeyli vaxt sarıqlı qalmışdı. O da
yadıma düşdü ki, boyunlu idi, boyunla bədən birləşən yerdə iri bir qara xal da
vardı... Onu da tapdım... Özü idi...
Ömər Faiq meyitin üstünü brezentlə örtdü, fanarı yuxarıya qaldıranda
gördüm ki, kənarda bir baş var. Dəhşətə gəldim: «A!.. - dedim, - Odur, baş
orda...». Gedib başı gətirdim qoydum cəsədin yanına, üstünü örtdüm...».
Evimizdə məhşər qopmuşdu. Anam özünü öldürürdü.
Səhərisi Əliheydər Qarayev başda olmaqla yoldaşları gəldilər.
downloaded from KitabYurdu.org
233
Həyətdə pərdə asıldı, meyit yuyuldu. Yuyanda Səadət nənəm pərdəni
aralayır ki, baxsın, birdən tək başı Həsənbala dayımın yuduğunu görəndə
yıxılıb özündən gedir. Nənəm tezliklə öldü.
Yas quruldu. Aprelin 7-də dəfn mərasimi oldu.
Çox adam gəlmişdi. Mədənlərdən, zavodlardan, fabriklərdən fəhlələr,
qulluqçular axışıb gəlirdilər. Dənizçilər daha çox idi. Səhərdən gəlmişdilər.
Kəmilərdə, mədənlərdə, dəmir yolunda, depolarda, tərsanələrdə, zavodlarda
matəm fiti bir-birinə qarışmışdı.
İki orkestr qəmli, yanıqlı matəm havası çalırdı. Dənizçilər səs-səsə
verib mübariz inqilab şərqiləri oxuyurdular.
Tabutu qaldırıb Spaski (Qasım İsmayılov) küçəsi ilə qəbiristana
yollandılar. Bu küçə düz gedib parlamanın qabağına çıxırdı. Camaat tabutu
çiyinlərində aparırdı.
Parlamanın qabağına çatanda ayaq saxladılar. Matəm mitinqini
Əliheydər Qarayev açdı. Dənizçilərdən iki kapitan, firqəçilərdən qocaman
kommunist Şəmsəddin Musaxanov danışdı. Əliheydər Qarayev öz atəşin
çıxışında qəzəblə dedi: «Ey cəlladlar, insan başı kəsənlər, siz elə bildiniz ki, Əli
Bayramovun başını kəsməklə hakimiyyəti əlinizdə saxlaya biləcəksiniz, tarixin
çərxini geri çevirib çəkəcəksiniz, bu mümkün olmayacaq».
Tabutu qaldırıb dəfn namazını qılmaq üçün Təzəpir məscidinə
apardılar. İnsan sel təki axırdı, küçələr darısqallıq edirdi. Məscid həyətində də
mitinq oldu. Bir nəfər fəhlə neftə bulaşmış qara libasda qışqıra-qışqıra
izdihama müraciətlə, əlilə tabutu göstərərək xitab etdi: «Camaat, görürsüz də!
Pullular, dövlətlilər füqəra kasibənin adamlarına nə divan tuturlar. Bu gün
füqərayi kasibənin matəmidir. Qanundan, ədalətdən danışanlar haqq yolunda
çalışanların başını kəsib qana qərq edirlər...».
Birdən minarənin eyvanından başdan-ayağa matəm libası geymiş, qara
əmmaməli bir molla sözləri uzada-uzada kədərli fəryad qopartdı: «Qətlil
Hüseyn...»
Dostları ilə paylaş: |