MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


Azərbaycan Respublikası prezidentinin 4 aprel



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   2   3   4   5   6   7   8   9   ...   35

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı 
ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli 
Qəhrəmanı" adı verilmişdir. 
                   Yandır haqqın məşəlini, aləm nura dönsün,  
                  Çıxsın yağı düşmən önünə, ərlər öyünsün,   
                 Üçrəngli bayrağı qaldır, dünyada görünsün.   
                Çal cəngini, olsun yağının bağrı qızıl qan,  
               Azərbaycan, türkün Vətəni, can sənə qurban. 
                                                                                                 Ələkbər Sadiq 
 
 

31 
 
Fevral
 
Əlamətdar tarixi günlər və bayramlar
 
Gənclər günü 02.02. 
Hərbi Hava Qüvvələri Günü 14.02.1992 
Beynəlxalq kitab bağıĢlayan gün. 14.02. 
Beynəlxalq ana dili günü 21.02.2000 
Bu tarixi unutmayaq 
Xocalı faciəsinin 24-cü ildönümü 26.02.1992 
Yubilyar yazıçı və şairlər 
ġair Əbdülbaqi Fövzinin (Yusifzadə) 115 illiyi 12.02.1901-07.01.1956 
ġair, dramaturq Nəriman Həsənzadənin 85 illiyi 18.02.1931 
Azərbaycan alimi, ensiklopediyaçı Nəsirəddin Tusinin 815 illiyi (1201-1274) 
Tənqidçi, tərçüməçi Ġshaq Ġbrahimovun 95 illiyi (21. 02. 1921-05.07.1987) 
UĢaq dramaturgiyasının banisi, yazıçı Abdulla ġaiqin 135 illiyi  (24.02.1881-1959) 
ġairə Ağabəyim Ağanın 235 illiyi (25.02.1781-1831) 
 
Yazıçı Firuz Sadıxzadənin 85 illiyi  (25.02.1931-1995) 
Xalq yazıçısı Əli Vəliyevin 115 illiyi  (27. 02. 1901-02.02.1983)  
Xarici ədəbiyyat 
Özbək Ģairi ƏliĢir Nəvainin 575 illiyi  (09.02.1441-1501) 
Ġngilis uĢaq yazıçısı  Eleanor Farconun 135 illiyi (1881-1965) 
Tatar Ģairi Musa Cəlilin 110 illiyi (15.02.1906-25.08.1944) 
Rus uĢaq Ģairi A.L.Bartonun 110
 
illiyi (17.02.1906-1982) 
Alman filoloqu, folklorçu, nağılçı Vilhelm Qrimin 230 illiyi
 
(24.02.1786-16.12.1859). 
Azərbaycanın tanınmış elm adamları 
Lütfi Rəhim oğlu Ələsgərzadənin 95 illik yubileyi (02.02.1921) 
İncəsənət 
Bəstəkar, ictimai xadim Geyhun Hacıbəyovun 125 illiyi (03. 02.1891-1962) 
Tarzən, xalq artisti Bəhram Mansurovun 105 illiyi (12.02. 1911-1985) 
Xalq artisti Əliabbas Qədirovun 70 illiyi (13.02.1946-08.03.2006) 
Xalq artisti Sofiya Hüseynovanın 90 illiyi  (17.02.1926-30.06.2015) 
Xalq rəssamı Böyükağa Mirzəzadənin 95 illiyi (21.02.1921-03.11.2007) 
Rejissor, xalq artisti ġəmsi Bədəlbəylinin 105 illiyi  (23.02.1911-24.05.1987) 
Xalq rəssamı Oqtay Sadıqzadənin 95 illiyi (24.02.1921) 
Xalq artisti Səkinə Ġsmayılovanın 60 illiyi (24.02.1956) 
Milli qəhrəmanlar zirvəsi 
Kərimov BəĢir Bəylər oğlu (02.02.1976-17.03.1995) 
 
 
 
 
 
 
 

32 
 
Fevral
 
Əlamətdar tarixi günlər və bayramlar 
 
2.Ümumrespublika Gənclər günü 
 
 
“Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir.”            
                                         
Ulu öndər Heydər Əliyev 
 
              “Gənclik, əlbətdə, başqa nemətdir,  
                 Unudulmaz böyük səadətdir...‖ 
                                                               Hüseyn Cavid                                                                                                                                
 
                                                         
 
1  Fevral  1997-ci  il tarixdə  forumun  ildönümü  münasibəti  ilə  gənclərin  bir  qrupunu 
qəbul  edən  Heydər  Əliyev  "2  fevral  -  Azərbaycan  gənclər  gününün  elan  edilməsi 
haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral 
Azərbaycanda Gənclər günü kimi təntənəli Ģəkildə qeyd olunur. Azərbaycanda əsası ulu 
öndər  Heydər  Əliyev  tərəfindən  qoyulan  dövlət  gənclər  siyasəti  mövcuddur  və  indi 
həmin  siyasət  daha  qətiyyətlə  həyata  keçirilir.  Bu  gün  ölkəmizin  hər  yerində 
Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə 
və  gənclərə  etimadı  indi  öz  təsdiqini  tapmaqdadır.  Bu  gün  ölkəmizdə  gənclər  siyasəti 
mahiyyət  və keyfiyyətcə  yeni  mərhələsini  yaĢayır. Prezident  Ġlham  Əliyev  ulu  öndərin 
gənclər  siyasətinə  sadiqliyini  öz  qərarları  ilə  təsdiq  edir.  Gənclərin  mənəvi  inkiĢafı, 
vətənpərvərlik  tərbiyəsi,  xarici  ölkələrdə  təhsili,  sosial  müdafiəyə  ehtiyacı  olanların 
problemlərinin həlli istiqamətində görülən iĢlər, gənclər təĢkilatlarının formalaĢması və 
inkiĢafı  üçün  yaradılan  Ģərait  və  imkan  böyük  diqqətin  nəticəsidir.  Ġndi  ölkəmizdə 
dövlət  qeydiyyatından  keçən  170-dən  çox  gənclər  təĢkilatı  fəaliyyət  göstərir,  minlərlə 
gənc  lider  yetiĢir.
 
Ölkəmizin  aparıcı  partiyası  olan  Yeni  Azərbaycan  Partiyasının 
Gənclər  Birliyinin  gördüyü  iĢlər  də  diqqəti  xüsusilə  cəlb  edir.
 
Azərbaycan  gənclərin 
xarici  ölkələrdə  təĢkilatlanması  da  uğurla  gedir.  Bu  gün  gənclərimiz  Avropa  və 
dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təĢkilatında təmsil olunur və bununla 
da  beynəlxalq  gənclər  hərəkatının  fəal  tərkib  hissəsinə  çevrilirlər. Beləliklə, 
Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu 
siyasət  sağlam  və  intellektual  nəslin  formalaĢmasına  xidmət  edir.  Bütün  bunlar  isə 
Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.  
 
 
 
 
 

33 
 
14.Beynəlxalq kitab bağışlama günü (14.02.) 
  
 
 
14  Fevral  -  Beynəlxalq  kitab  bağıĢlama  günü  (International  Book  Giving  Day)  – 
təqvimdə ən gənc bayramlardandır. Bu gün, uĢaqlara kitab bağıĢlayan və onlarda kitaba 
məhəbbət  yaradan  bütün  insanları  birləĢdirir.  Bu  bayram  2012-ci  ildə  özünü  meydana 
gəlməsində ABġ-da məĢhur Delightful Children’s Books uĢaq kitabı saytının yaradıcısı 
Emmi  Brodmura  borcludur.  Bu  ideyanı  ona  balaca  oğlu  vermiĢdir.  O,  anasından 
soruĢmuĢdur  ki,  niyə  insanların  bir-birinə  kitab  bağıĢladığı  xüsusi  gün  yoxdur.  Öncə 
Emmi  Brodmur  Ġnternet  Ģəbəkəsində  müxtəlif  insanlara  bu  təĢəbbüsdə  iĢtirak  etmək 
təklif etmiĢdir. Mövcud olduğu iki il ərzində bu təĢəbbüs bütün dünyada dəstək qazanır 
və  indi də yeni iĢtirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında 
məĢhur  müəlliflərin, bloqqerlərin  və uĢaq yazıçılarının  dəstəyi  mühüm  rol  oynamıĢdır. 
Hər il minlərlə həm oxunmuĢ, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola 
düĢür və uĢaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağıĢlamaq, hədiyyə etmək sevinci 
yaradır.  
 
 
 
 
 
 
 
 
 
 
 

34 
 
14. Hərbi Hava Qüvvələri günü 
 
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, 
Birinci  Dünya  Müharibəsində  almanlara  qarĢı  keçirilən 
hava  əməliyyatlarında  fəal  iĢtirak  edib  və  indiki  Belarus 
ərazisində  gedən  döyüĢlərdən  birində  həlak  olub.  1992-ci 
ildən  Azərbaycanda  HHQ  ilə  bağlı  islahatlar  dövrü 
baĢlanıb.  Həmin  il  bu  qurumun  strukturu  milliləĢdirilib. 
General-mayor  Rail  Rzayev  HHQ-nin  komandanı  təyin 
edilib. Bir  qədər  sonra  HHQ  Hava  Hücumundan  Müdafiə 
QoĢunları  ilə  birləĢdirilib.  General-leytenant  rütbəsi  alan  Rail  Rzayev  Hərbi  Hava 
Qüvvələri və Hava Hücumundan Müdafiə QoĢunlarının (HHQ və HHMQ) komandanı 
kimi fəaliyyətini davam etdirib. 1994-cü ildə - atəĢkəs müqaviləsi imzalandıqdan sonra 
Azərbaycanda baĢlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təĢkil 
edib. Səbəb  aydındır  –  iĢğal  altında  olan Azərbaycan  əraziləri yüksək  relyefə  malikdir 
və  bu  əraziləri  iĢğaldan  qurtarmaq  iĢində  qırıcıların,  hərbi  təyyarələrin  və  hava 
hədəflərini  vuracaq  texnikaların  əvəzi  yoxdur.  1997-ci  ildə  Azərbaycanın  Ali  Hərbi 
Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılıĢına baĢlayıb. Beləliklə, 
2005-ci  ildən  Azərbaycanda  müdafiəyə  ayrılmıĢ  vəsaitlərin  əhəmiyyətli  hissəsi  məhz 
HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə - Azərbaycanın illik hərbi 
büdcəsinin 80-90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir 
neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15 
faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq 
hərbi büdcənin təxminən  250  milyon  manatı deməkdir. Proqrama  uyğun  olaraq, 2008-
2010-cu illər ərzində HHQ-nin aviaparkının modernləĢdirilməsi aparılacaq və HHQ-nin 
aviaparkı  təxminən  50%-dək  müasir  döyüĢ  təyyarələri  hesabına  yeniləĢdiriləcək. 
Xatırladaq  ki,  Azərbaycan  və  NATO  arasında  imzalanmıĢ  Fərdi  TərəfdaĢlığq  üzrə 
Əməliyyat  Planı  (ĠPAP)  çərçivəsində  H.Z.Tağıyev  qəsəbəsindəki  hərbi  aerodrom 
modernləĢdirilib.  Eyni  zamanda  hərbi  aerodromlarda  uçuĢların  təhlükəsizliyini  təmin 
etmək  məqsədilə  xüsusi  avadanlıqlar  quraĢdırılıb,  texniki  təminat  binaları  yenidən 
tikilib  və  təmir  edilib,  aerodromun  texniki  təminatı,  paraĢüt-desant  xidməti  və  əyləc 
paraĢütlərinin  yığılması  binalarının  inĢasına  baĢlanılıb.  Hazırda  Azərbaycan  HHQ-nin 
pilotları MDB məkanında ən çox uçuĢlar keçirmiĢ pilotlar sayılır. Azərbaycan pilotları 
əsasən  Azərbaycan  Ali  Hərbi  Təyyarəçilik  Məktəbində  hazırlanır,  Türkiyə,  Ukrayna, 
ABġ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər. 1992-ci ilin 
sentyabrında  verilən  fərmana  əsasən    14  fevral  -  Azərbaycan  Hərbi  Hava  Qüvvələri 
günü  kimi  qeyd  olunur.  Azərbaycanın  ikinci  müstəqilliyi  dövründə  –  1992-ci  ilin 
aprelin  1997-ci  ildə  Azərbaycanın  Ali  Hərbi  Təyyarəçilik  Məktəbi  ilk  milli  hərbi 
təyyarəçilərimizin  buraxılıĢına  baĢlayıb.  Beləliklə,  2005-ci  ildən  Azərbaycanda 
müdafiəyə  ayrılmıĢ  vəsaitlərin  əhəmiyyətli  hissəsi  məhz  HHQ  və  HHMQ-nin 
dirçəldilməsinə  sərf  edildi.  2008-2010-cu  illər  ərzində  HHQ-nin  aviaparkı 
modernləĢdirilib.  
 

35 
 
21.Beynəlxalq Ana Dili günü 
“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir.” 
                                                                               
Ümummillilider Heydər Əliyev
 
“Ey  türk  oğulları,  vətənin  bir  ovuc  torpağını  dünyanın  var-dövlətinə,  dilimizin  bir 
sözünü ləl cavahirata dəyişməyin.”
                                      Şah İsmayıl Xətai 
 
 
 
 
 
 
 
 
Beynəlxalq  Ana  Dili  Günü  UNESCO-nun  1999-cu  il  noyabr  tarixində  keçirilən  BaĢ 
konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət 
rəngarəngliyini  qoruyub  saxlamaq  üçün  qeyd  edilir.  Dil  hər  bir  millətin  maddi  və 
mənəvi irsini qoruyan və inkiĢaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan 
öz  ana  dilini  yaxĢı  bilməli  və  onu  qorumalıdır.  Ana  dili  insanın  mənəvi  aləminin 
zənginləĢməsində,  dünyagörü-Ģünün  geniĢlənməsində,  mükəmməl  təhsil  almasında,  öz 
soydaĢları  ilə  ünsiyyət  qurmasında  mühüm  rol  oynayır.  Ana  dili  millətin 
özünəməxsusluğunu  qorumaqla  yanaĢı,  tərcümə  vasitəsilə  baĢqa  xalqların  mədəni  irsi 
ilə  tanıĢ  olmağa,  onlarla  ünsiyyət  qurmağa  imkan  yaradır.  Dünyada  məhv  olmaq 
təklükəsi  ilə üzləĢən dillərin qorunması  məqsədilə  hər  il  keçirilən  Beynəlxalq  Ana dili 
günü  hər  kəsə  öz  doğma  dilinin  varlığını  hiss  etmək,  onunla  qürur  duymaq,  inkiĢaf 
etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsidir, millətin simasını 
səciyyələndirən amillərdən  biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının 
təzahürü,  onun  milli  sərvəti,  qan  yaddaĢıdır.  Xalqın  taleyi,  onun  mənliyi,  mənəviyyatı 
və mədəniyyəti olan dil cəmiyyətin təĢəkkülü və inkiĢafı ilə birgə yaranır, tərəqqi edir. 
Millətin  dilinin  dövlət  statusuna  yüksəlməsi  isə  tarixi  hadisə,  milli  dövlətçilik,  tarixin 
qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.  
 
                                         Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi, 
 
 
 
 
 Bu dil, - əcdadımızın bizə qoyub getdiyi 
 
 
 
 
 Ən qiymətli mirasdır, onu gözlərimiz  tək 
 
 
 
 
 Qoruyub nəsillərə biz də hədiyyə verək. 
                                                                                                                               B. Vahabzadə 
 
 
 
 
 

36 
 
Tariximizin qan yaddaşı 
26.Xocalı faciəsi (1992) 
 
Ümumi itkilər 
613  nəfər  Xocalı  sakini  qətlə  yetirildi,  8  ailə  tamamilə 
məhv  edildi,  25  uşaq  hər  iki  valideynini,  130  uşaq 
valideynlərindən birini itirdi, 1275 xocalılı əsir, 
150 xocalılı itkin düşdü. 
 
 
Xocalı  soyqırımı-1992-ci  il  fevralın  25-dən  26-na  keçən 
gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-
cı  motoatıcı  alayının  iĢtirakı  ilə  Xocalı  Ģəhərini  iĢğal 
edərkən, etnik azərbaycanlılara qarĢı baĢ vermiĢ soyqırımdır. 
Bu  faciə  Dağlıq  Qarabağ  münaqiĢəsi  zamanı  baĢ  vermiĢ  ən 
dəhĢətli 
hadisələrdən 
biridir.  Bu  soyqırım  zamanı 
Azərbaycan  xalqı  yüzlərlə  Ģəhid  vermiĢdir.  1992-ci  il 
fevralın  25-dən  26-na  keçən  gecə  Ermənistan  silahlı 
qüvvələri SSRĠ dövründən Xankəndi Ģəhərində yerləĢən 366-cı motoatıcı alayın zirehli 
texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı Ģəhərini iĢğal etdi. Hücumdan əvvəl, 
fevralın 25-i axĢam Ģəhər toplardan və ağır artileriyadan Ģiddətli atəĢə tutuldu. Nəticədə, 
fevralın  26-ı  səhər  saat  5  radələrində  Xocalı  tam  alova  büründü.  Mühasirəyə  alınan 
Ģəhərdə qalmıĢ təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi 
ilə Ģəhəri  tərk  etdi. Amma  bir  günün içində  yer  üzündən silinən  Ģəhəri  tərk edən 2500 
Xocalı  sakinindən  613-ü  düĢmən  gülləsinə  tuĢ  gəlib  qətliamın  qurbanı  oldu.  Bu 
soyqırım  nəticəsində  63-ü  uĢaq,  106-ı  qadın,  70-i  qoca  və  qarı  olmaqla  –  613  nəfər 
Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uĢaq hər iki valideynini, 
130  uĢaq  valideynlərindən  birini  itirdi.  DüĢmən  gülləsinə  tuĢ  gəlib  yaralanan  487 
nəfərdən 76-sı uĢaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düĢdü. Dövlətin və əhalinin 
əmlakına  1  aprel  1992-ci  il  tarixinə  olan  qiymətlərlə  5  mlrd.  rubl  dəyərində  ziyan 
vuruldu. 1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təĢəbbüsü ilə Azərbaycan 
hökuməti  və  parlamenti  erməni  millətçilərinin  azərbaycanlılara  qarĢı  törətdikləri 
cinayətlər,  o  cümlədən  Xocalı  soyqırımı  haqqında  həqiqətləri  bütün  miqyası  və 
dəhĢətləri  ilə  dünya  dövlətlərinə  və  beynəlxalq  ictimaiyyətə  çatdırmaq,  bunların 
soyqırımı  siyasəti  kimi  tanınmasına  nail  olmaq  üçün  ardıcıl  tədbirlər  görmüĢdür. 
Məqsəd  Xocalı  faciəsinə  beynəlxalq  hüquqi,  siyasi  qiymət  verilməsinə,  onun 
təĢkilatçılarının,  ideoloqlarının  və  icraçılarının  dünya  ictimaiyyətinin  gözündə  ifĢasına 
və  cəzalandırılmasına  nail  olmaq  idi.  Bu,  bir  tərəfdən  Xocalı  müdafiəçilərinin  və 
Ģəhidlərinin ruhu qarĢısında bizim insanlıq və vətəndaĢlıq borcumuz idi. 
 
 
 
 

37 
 
Yubilyar yazıçı və şairlər 
12.Şair Əbdülbaqi Fövzinin (Yusifzadə) anadan olmasının 115 illiyi (1901-1956) 
Yusifzadə Əbdülbaqi Nəsir oğlu -(12.02.1901 – 07.01.1956) — şair, 1938-ci 
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü 
1901-ci  il  fevralın  12-də  Azərbaycanın ġamaxı  qəzasında (indiki  ġamaxı  Ģəhərində) 
dəmirçi ailəsində doğulmuĢdur. Ġbtidai təhsilini ġamaxıda rus-tatar məktəbində almıĢdır 
(1911-1916). 1918-ci ildə ailəliklə Gəncəyə köçmüĢlər. Burada əvvəlcə tütün fabrikində 
iĢləmiĢ,  sonra  Gəncə  müəllimlər  seminariyasına  daxil  olmuĢdur  (1919).  Əksinqilabi 
qiyam  nəticəsində  seminariya  müvəqqəti  bağlanmıĢdır  (1920).  1921-ci  ildə  Ģagird 
komitəsinin sədri olmuĢdur. Gəncə qəza icraiyyə komitəsində müxtəlif vəzifələrdə, həm 
də  savadsızlığın  ləğvi  sahəsində  çalıĢmıĢdır  (1921-1924).  Təhsilini  davam  etdirmək 
üçün  Bakıya  göndərilmiĢdir.  Əvvəlcə  fəhlə  fakültəsində  oxumuĢ,  sonra  pedaqoji 
texnikuma  dəyiĢilmiĢdir  (1924-1928).  Eyni  zamanda  ,  yazıçı  S.S.Axundovun  müdirlik 
etdiyi 19 nömrəli 1 dərəcəli orta məktəbdə müəllim iĢləmiĢdir. 1926-cı ildə "Gənc qızıl 
qələmlər"  cəmiyyətinin  üzvü  olmuĢdur.  Azərbaycan  Proletar  Yazıçıları  Birliyi  1928-ci 
ildə onu Moskvaya, V. Bryusov adına ali ədəbiyyat kurslarına göndərmiĢdir. Əvvəcə 1 
Moskva  Dövlət  Universitetinin  ədəbiyyat  fakültəsində,  sonra  Dövlət  Redaksiya-
NəĢriyyat  institutunda  təhsil  almıĢ,  orada    kursu  bitirmiĢdir  (1928-1933).  AzərnəĢrdə 
bədii  ədəbiyyat  Ģöbəsində  redaktor  iĢləmiĢdir  (1933-1941).  Azərbaycan  Radio 
VeriliĢləri  Komitəsində  "Son  xəbərlər"  redaksiyasında  məsul  redaktor,  sədr  müavini, 
uĢaq Ģöbəsində məsul redaktor, ədəbi-dram Ģöbəsinin məsul redaktoru, sonra redaktoru 
iĢləmiĢdir. 
Ədəbi 
fəaliyyətə 
1920-1922-ci 
illərdən 
baĢlamıĢdır. 
"Gəncə 
seminariyasında"  adlı  ilk  tənqidi  məqaləsi  "Dilxor"  təxəllüsü  ilə  "Əxbar"  qəzetinin 
1920-ci  il  payız  nömrələrində  çap  olunmuĢdur.  1922-ci  ildə  "Yeni  Gəncə"  qəzetində 
"Eynək"  Ģerini  "Salik"  təxəllüsü  ilə  dərc  etdirmiĢdir.  Ġstər  "Yeni  fikir"  qəzeti,  "Qızıl 
Ģəfəq"  və  "Dan  ulduzu"  jurnallarında  (Tiflis  dövri  mətbuatı),  istərsə  də  "Komsomol", 
"Pioner",  "Maarif  iĢçisi",  "Ġnqilab  və  mədəniyyət"  jurnallarında,  "Kommunist",  "Yeni 
yol", "Gənc iĢçi" qəzetlərində Ģeir və hekayələrini ġahid, xüsusən ġirvani təxəllüsləri ilə 
çap etdirmiĢdir. Onun Simferopolda Krım tatarlarının dilində çap edilən "Ġleri" ("Ġrəli") 
jurnalında,  "Yeni  dünya",  "YaĢ  qüvvət"  ("Gənc  qüvvə")  qəzetlərində  də  yazıları  çap 
olunmuĢdur.  "Tamara"  adlı  ilk  pyesi  Bakı  və  Gəncədə  1923-1924-cü  illərdə  fəhlə 
klubunda tamaĢaya qoyulmuĢdur. Bakıya köçdükdən sonra əsərlərini Fövzi təxəllüsü ilə 
dərc  etdirmiĢdir.  Əsas  janrı  poeziya  olsa  da,  hekayə  və  pyeslər  də  yazmıĢdır. 
V.Mayakovski,  M.Lermontov,  A.  Qaydar  və  b.  sənətkarlardan  tərcümələr  etmiĢdir. 
Xidmətlərinə görə üç medalla təltif olunmuĢdur. 1956-cı il yanvarın 7-də Bakıda vəfat 
etmiĢdir. 
 
Əsərləri: ―Qadın intiqamı‖, ―Üfüqlər qızaranda‖, ―Həyatdan səslər‖, ―Qaçay‖ və s. 
 
  
 
 
 

38 
 
18.Şair, dramaturq Nəriman Həsənzadənin anadan olmasının 85 illiyi (18.02.1931) 
Nəriman Həsənzadə olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin 
duruşunda,  bir  körpənin  baxışında  bütün  kainatı,  ictimai  aləmi  və  məna  dolu 
həyatımızı görmək istəyir.”
                                                         Xalq yazıçısı Mir Cəlal Paşayev
 
Həsənzadə  Nəriman  Əliməmməd  oğlu —  şair,  dramaturq, 
Azərbaycan  Yazıçılar  İttifaqının  üzvü  (1954),  Filologiya 
elmləri  namizədi  (1965),  Azərbaycanın  əməkdar  incəsənət 
xadimi  (1981),  Azərbaycan  Respublikası  Ali  Sovetinin 
deputatı  (1990-1995),  Azərbaycanın  xalq  şairi  (2005),  "İlin 
şairi" makafatı laureatı (2010).
 
Nəriman  Həsənzadə 1931-ci  il  fevralın  18-də  Qazax  (indiki 
Ağstafa)  rayonunun  Poylu  qəsəbəsində  anadan  olub.  1949-cu 
ildə  H.Zərdabi  adına  Kirovabad  Dövlət  Ġnstitutunun  filologiya 
fakültəsinə  daxil  olmuĢdur.  1953-cü  ildə  həmin  Universiteti 
bitirmiĢdir.  Azərbaycan  Yazıçılar  Ġttifaqı  onu  Moskvadakı  Ġkiillik  ədəbiyyat  kursuna 
göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat Ġnstitutuna daxil olur. BeĢ il 
burada təhsil alıb, Bakıya qayıdır. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının 
humanitar  fənlər  kafedrasının  müdiri  vəzifəsində  çalıĢır,  dosentdir.  Müstəqil 
Azərbaycan Respublikasının "ġərəf" ordeni (2011) ilə təltif olunmuĢ və Fərdi prezident 
təqaüdünə  layiq  görülmüĢdür.  ―Kayseri  poeziya  günləri‖ndən  (Türkiyə,  2009)  Ģair 
yüksək təəssüratlar və ödüllərlə qayıtmıĢdır. N. Həsənzadə ilin Ģairi elan olunmuĢ, ona 
―Uğur – 2009‖ diplomu verilmiĢdir. 
Kitabları: ‖Dostlar gözləyir məni‖ (1956), ‖Qız ürəyi‖ (1957), ‖Haradasan‖ (1959), 
‖Qaraca Çobanın hekayəti‖ (1960), ―Sizdən ayrılmadım‖ (1961), ‖Könlüm Ģer istəyir‖ 
(1964), ‖Yadına düĢəcəyəm‖ (1966), ‖Niyə demədiniz‖ (1970), ‖Mənim gecəm-
gündüzüm‖ (1973), ‖Zümrüd quĢu‖ (1976), ‖Sən bağıĢladın‖ (1979), ‖Bir az möhlət 
istəyirəm ömürdən‖ (1981), ‖Fikir eləmə‖ (1982), ‖Kimin sualı var?‖ (1984), ‖Nabat 
xalanın çörəyi‖ (1986), ‖SeçilmiĢ əsərləri‖ (1987), ‖Mənim nigahımı pozdu təbiət‖ 
(1989), ‖Bütün millətlərə‖ (1991), ‖Taleyin töhfəsi‖ (1993), ‖Gəlimli-gedimli dünya‖ 
(1995), ‖Pompeyin yürüĢü‖ (1995),‖Poylu beĢiyim mənim‖ (2007),  ‖Nəriman‖ (2009), 
‖SeçilmiĢ əsərləri‖ (2010), ‖Nuru PaĢa‖ (2010).
 
Poemaları: ―Nəriman‖, ‖Zümrüd quĢu‖, ‖Kimin sualı var?‖, ‖Atabəylər‖, ‖Pompeyin 
Qafqaza yürüĢü‖, ‖Midiya sarayı‖, ‖Bəyanət‖, ‖Həsrət‖, ‖Vətənsiz‖, ‖Heybədə gəzən 
Ģeir‖,  ―ġahid ol, günəĢ‖, ‖Rəsul Həmzətova məktub‖, ‖ġəhid atası ġərif qağaya 
məktub‖, ‖Qafqaz‖, ‖Cavid‖, ‖Qaçaq Kərəm‖, ‖Səfirə‖, ‖Xarı bülbül‖ və s. 
Povesti: Nabat xalanın çörəyi 
Filmoqrafiya: Nəriman Həsənzadə (film, 2006), Qəmbər Hüseynli (film, 2007),      
Mən Hüseyn Arifəm... (film, 2010) və s.  
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin