ucadan bir-birinə nə isə deyən adamların bağırtıları onu fikirdən ayı randa, Lətifə müvəqqəti olaraq yadından çıxırdısa da, hər şey adi qay dasına düşəndə Tahir yenə onu xatırlayır, özünə o qədər də aydın olmayan bir ümidlə gülümsəyirdi. Səhər, mavi üfüqdən qırmızı günəş doğanda və dalğalar sakitlə şəndə, Tahirlə yoldaşları gündüz növbosinin fəhlələrini gətirən “Çapayev” qayığı ilə sahilə qayıdan zaman, Tahir yenə Lətifəyə rast gəldi. Bu dəfə qızın gözlərində heç bir istehza ifadəsi görməyib sevin di, ilk gecə növbəsinin yorğunluğunu unudaraq, aydın yay səhərində Lətifənin boyuna-buxununa, günəşin şüalarında indi daha d9 yaraşıq lı görünən çəhrayı yanaqlarına baxanda, onun əvvəllər düşündüyün dən qat-qat gözəl olduğunu gördü. Tahir indi onun əynindəki sadə libası da bəyəndi. H ələ rayon mərkəzində oxuyanda ipək paltar geyən, üzünü kirşanlayan, dodağını boyayan, lakin heç de göyçek olmayan qızlara ve qadınlara çox rast gəlmiş Tahir Lətifənin bu sadəliyində də ürəyinə yatan gözəllik nişanələri tapırdı. V S > 64
Tahirin heyranlıqla parlayan nəzərlərini öz çöhrəsində hiss edən Lətifə, səbirli addımlarla qayığa yanaşanda, ixtiyarsız olaraq başım dik qaldırıb Tahirə baxdı. Onun günəşdə yanıb mis rənginə çalan dolğun yanaqlarım, nazik dodağı üstündə yenicə tərləmiş bığ yerini görəndə, üstəlik uzunboğaz çəkməsinə, qalife şalvarına, qoşa cibli mixəyi köynə yinə nəzər salanda, yenə də dodağında o istehza titrədi. Tahir yalnız in di başa düşdü ki, onun gözlərində bu İfadə həmişə olur və o Tahiri ələ salmaq xəyalında deyil, əksinə, Lətifə ona qarşı çox nəvazişkar bır tərz- do baxır. Tahir do ona no isə bir soz demək, ondan nə isə bir söz eşitmək İstədi. Lakin Lətifə addımlarını yeyinlədib cəld qayığa mindi, sahildən