311
Dağ meşələri arasında ən geniş yayılan fıstıq meşələridir. Bu meşələr respublika meşə fondunun 32%-ni
təşkil edərək əsasən orta və yuxarı dağ-meşə qurşaqlarının dik yamaclarında yerləşib böyük sutənzimləyici, tor-
paqqoruyucu əhəmiyyətə malikdir.
Lakin insan fəaliyyətinin mənfi təsiri nəticəsində dağlarımızın çox yerində fıstıq ağacları öz ilkin
quruluşunu itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş və müxtəlif törəmə meşə tipləri əmələ
gəlmişdir.
Pozulmuş və seyrək fıstıq meşələrinin məhsuldarlığını yüksəltmək üçün ən əlverişli üsul meşənin təbii
bərpasına kömək göstərmək tədbiri sayılır. Çox vaxt doluluğu aşağı salınmış fıstıq meşələrində və fıstığı əvəz
edən törəmə tipli ağaclıqlarda meşənin təbii bərpası vələsin və digər azqiymətli ağac cinslərinin üstünlüyü ilə
gedir. Odur ki, fıstıq seyrəkliyində, həmçinin meşə talalarında və meşənin yuxarı sərhədi aşağı endirilmiş
ərazilərdə təbii bərpaya kömək etməklə yanaşı, həmçinin süni fıstıq meşələrinin yetişdirilməsi
məqsədəuyğundur.
Süni fıstıq meşələri səpin və əkin üsulu ilə salınır. Meşənin səpinlə salınması meşəçilik baxımından üstün
olmasına baxmayaraq çox vaxt fıstıq toxumları gəmiricilər, böcəklər və s. tərəfindən məhv edilir. Odur ki, fıstıq
meşəsi salmaq üçün əvvəlcə tinglikdə yetişdirilib sonra onun daimi yerinə köçürülməsi iqtisadi cəhətdən
əlverişli sayılır. Respublikamızda fıstıq meşələrinin süni yolla artırılması işinə demək olar ki, fikir verilmir.
Şəmkirçay hövzəsində (Gədəbəy rayonu) XIX əsrin sonunda (1895-98-ci illər) salınan fıstıq-şam meşəliyi
kiçik sahədə olsa da, böyük elmi və praktiki əhəmiyyət daşıyır. Bu meşəlik bir-birinə yaxın iki sahədə salınıb
dəniz səthindən 1500 m yüksəklikdə, dikliyi 10-15
0
olan yamacın şimal cəhətində yerləşir. Burada fıstıq və adi
şam cərgələrdə 4-5 ədəd yan-yana və ya hər cinsdən tək-tək əkilmişdir. Hazırda
burada yüksək məhsuldar
meşəlik əmələ gəlmişdir.
Tədqiqat işləri göstərir ki, fıstığın süni əkinləri yalnız münbit torpağı olan rütubətli şəraitdə yaxşı nəticə ve-
rir. Quru və çox rütubətli torpaq şəraitində isə fıstıq meşəsi salmaq məqsədəuyğun deyildir.
Fıstıq meşəsi yox edilərək kənd təsərrüfatı bitkiləri altından çıxan, sonralar isə yenidən meşə və kol basmış
sahələrdə əksər halda fıstığa rast gəlinmir. Fıstıq kölgə və rütubətsevər bitki olduğu üçün ilk dəfə çılpaq
yamacları tuta bilmir. Həmin sahələri qabaqca əsasən vələs, palıd, ağcaqayın və b. ağac cinsləri və kolluqlar
tutur. Şübhəsiz, müəyyən dövr keçdikdən sonra bu törəmə tipli ağaclıqlar altında torpaq bərpa olunduqca və
meşə mühiti əmələ gəldikcə fıstığın inkişafı üçün şərait yaranacaqdır. Odur ki, fıstığın süni yolla artırılması
seyrək ağaclıqlar olan sahələrdə aparılmalıdır.
Şərq fıstığı meşəsi salmaq üçün aşağıdakı ardıcıl işlərin görülməsi lazımdır: 1) Toxumluq sahənin təşkili; 2)
Toxum tədarükü və onun saxlanılması; 3) Toxumun səpinə hazırlanması; 4) Tingliyin təşkili və ona qulluq
işləri; 5) Meşə əkinlərinin aparılması (Əsədov, Qəribov, Musayev, 1976).
Toxumluq sahənin təşkili üçün yetişmiş fıstıq meşələrində axtarış aparılaraq, «müsbət» ağaclıqlar ayrılır.
Bu ağaclıqlar yüksək taksasiya göstəriciləri, keyfiyyətli toxum vermə və irsi xüsusiyyətlərinə görə ətraf
ağaclıqlardan fərqlənməlidir. Seçilmiş müsbət ağaclıqdakı ən yaxşı ağaclar qeydə alınır.
Yüksəklik qurşaqları üzrə seçiləcək toxumluq sahələrdən toplanan toxum həmin sahədən 200-300 m yuxarı
və ya aşağıda səpilməlidir. Ağaclardan toxumların yığılması oktyabrın 2-ci yarısı, noyabr və dekabr aylarında
həyata keçirilməlidir. Tədarük olunan toxum saxlandığı və səpildiyi dövrdə gəmiricilərə qarşı lazımi mübarizə
tədbirləri görülməlidir. Əks halda gəmiricilər toxumu tamamilə məhv edə bilər.
Fitopatoloji xəstəliklərə qarşı mübarizə məqsədilə fıstıq toxumları payız səpinindən və stratifikasiyadan
əvvəl 0,5 faizli formalin məhlulunda yüngülcə yuyulmalı və dərhal süzülüb açıq havada qurudulmalıdır.
Toxum səpilmək üçün saxlanan sınaq variantlarında aşağıdakı nəticələr alınmışdır: toxum şüşə qabda axar
su altında hava borusu olmaqla saxlandıqda 75%, şüşə qabda ağzı qapalı soyuq binada həftədə 2-3 dəfə
qarışdırmaqla saxladıqda 69%, xəzəl və qar altında xəndəklərdə təbii şəraitdə – 65%, qumla qarışıq halda
saxladıqda 23%, adi kisələrdə saxlandıqda isə cəmi 2% cücərti alınmışdır. İkinci üsul əlverişli olub ucuz başa
gəlir.
Fıstıq toxumları yaxşı saxlandıqda cücərmə qabiliyyətini 150-180 gün saxlayır. Toxumun nəmliyi 10-12%-
dən aşağı olduqda cücərmə qabiliyyətini tamamilə itirir.
Aqrotexniki tələbata uyğun olaraq saxlanmış toxumların yaxşı cücərməsi üçün onu azı 40-50 gün stratifi-
kasiya etmək lazımdır. Toxumların stratifikasiyası üçün yuyulmuş çay və ya dəniz qumundan istifadə olunur.
Toxumlara ziyan verə biləcək göbələk və bakteriyaları məhv etmək üçün hazırlanmış qum yuyulduqdan sonra
yüksək temperaturda qovrulmalıdır.
Toxumlar tinglik sahəsinə yaxın yerdə, meşə çətri altında və toxum saxlanılan soyuq anbarlarda stratifika-
siya edilə bilər. Ən yaxşı üsul toxumların meşə çətri altında qarla stratifikasiya olunmasıdır.
Toxum stratifikasiya ediləcək sahə mümkün qədər yaşayış məntəqələrinə və yola yaxın olmalıdır. Bunun
üçün az qabarıq (təpəcik) formalı yer seçilir və 40-30 sm dərinliyində uzununa xəndəklər qazılır. Hazırlanmış
xəndəklərin dibi ağac toxmaqla tapdanır və 4-6 sm qalınlığında qum, onun üstündən isə 10 sm-ə
qədər qar tökülür, sonra yenidən möhkəm tapdanır. Toxum hər yana bərabər olmaqla 3-4 sm qalınlığında tapda-
nan qarın üstünə yayılır. Sonra qum-qar qatları yenidən təkrar olunur. Beləliklə, xəndəyə 4-6 qat toxum tökülür,
312
axırda yenə üst qatda qumdan sonra 40-50 sm qalınlığında tapdalanmış qar qatı yığılır. Cəmiricilərə qarşı xüsusi
tədbirlər görülməlidir, zəhərləyici maddələrdən və aldadıcı yemlərdən istifadə edilməlidir.
Stratifikasiya olunmuş toxumların rüşeymi qabığı deşdikdən sonra dərhal səpin başlanır. Elə etməlidir ki,
cücərti 4-6 mm-dən artıq olmasın. Cücərti zoğunun çox uzanması səpin işini çətinləşdirir və onun sınması qor-
xusunu artırır.
Yaxşı stratifikasiya olunmuş toxumlar 5
0
temperaturda cücərməyə başlayır. Əgər toxumlar yaxşı
çırtlamamışsa, səpinə 2-3 gün qalmış onlar 10-12
0
istilikdə saxlanıb sonra torpağa səpilməlidir. Fıstıq toxumları
səpinqabağı 5-7 gün suda saxlandıqdan sonra səpildikdə torpaqdan cücərmə qabiliyyəti nəzarətə nisbətən 8-10%
artıq olur. Toxumlar sudan çıxarılıb 10-12 dəqiqə açıq havada çərilib qurudulduqdan sonra səpilir.
Dostları ilə paylaş: