Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə791/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   787   788   789   790   791   792   793   794   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

444 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

kömək edir. İbtidai təhsil pilləsi fənlərinin tədrisində geniş  şəkildə istifadə olunan fəndaxili inteqrasiya üçün konsentrik 

prinsipə əsaslanan spiralvari quruluş daha xarakterikdir. Bu cür inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən 

ümumiyə  və yaxud ümumidən xüsusiyə doğru ola bilər. Beləliklə, məzmun get-gedə yeni məlumatlarla, bağlılıqlarla və 

asılılıqlarla zənginləşərək daha maraqlı hala gəlir. Bu formanın üstün xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər başlanğıc 

problemi diqqətdən qaçırmadan onunla bağlı olan bilgilərini daha da genişləndirir və dərinləşdirirlər. 

Fəndaxili inteqrasiya həm üfüqi, həm də şaquli ola bilər. 

Fənlərarası inteqrasiya – iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, prinsip və sairin sintezidir. Bu inteqrasiya 

bir fənnə aid olan qanun, nəzəriyyə və metodların başqa bir fən¬nin öyrədilməsində istifadəsini nəzərdə tutur. 

Məzmunun bu modelə uyğun sistemləşdirilməsi  şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazının 

yaradılması ilə yanaşı, həm də ümumelmi anlayışlar, kateqoriyalar və yanaşmalarla xarakterizə olunan yeni tip biliklərin 

formalaşdırılmasına təkan verir. Bununla yanaşı, müxtəlif fənlərə aid oxşar və bir-birini tamamlayan mövzular elə 

planlaşdırılır və  tədris olunur ki, onlar üçün müəyyən bir çərçivə yaranır, yəni eyni vaxtda tədris olunur. “Həyat bilgisi” 

fənninin  əsas təhsil pilləsində  tədrisi zamanı müxtəlif fənn müəllimləri arasında birbaşa  əməkdaşlıq və  məsləhətləşmələr 

tələb olunduğu halda, ibtidai təhsil pilləsində bütün fənlərin, adətən, eyni müəllim tərəfindən tədrisi inteqrasiyanın bu 

səviyyəsinin təmin edilməsində başlıca amilə çevrilir. Bu amil ibtidai sinif müəlliminə təlim prosesində fənlər və mövzular 

arasındakı  əlaqələri asanlıqla izləməyə, ümumi xətlər tapmağa imkan verir. O, ayrı-ayrı  fənlərə aid ümumi təlim 

məsələlərini birlikdə nəzərdən keçirir, fənlərarası anlayış və bacarıqların formalaşdırılmasında bu əlaqələrdən yaradıcılıqla 

bəhrələnir. Fənlərüstü (transfənn) inteqrasiya – Bu, inteqrasiyanın ən yüksək səviyyəsi olmaqla, özündə təlimin əhatə etdiyi 

əsas və  əlavə  məzmun komponentlərinin sintezini ehtiva edir. Yəni bu inteqrasiya ilə  şagirdlərin məktəbdə öyrəndikləri 

məzmunla məktəbdən kənarda aldıqları məz¬mun sintez edilir. 

İnteqrasiyanın belə səviyyəsini, günümüzdə aktuallığını daha da artırmaqda olan məktəb-komplekslərlə yanaşı, həm də 

təhsil paradiqmalarının dəyişməsi və yeni nəslin icmalarda yetişdirilməsi ideyası da tələb edir. Belə  məktəblərdə  dərs 

gününün məzmunu  şagird üçün vahid fəaliyyət sahəsi kimi qurulur. Yəni həmin gün çərçivəsində  uşaqların məşğul 

olduqları müxtəlif fəaliyyətlər vahid bir iş kimi görünür. 

Türkiyə RespublikasıKonstitusiyasının (Anayasası) 42-ci maddəsinə  əsasən hər kəs təhsil almaq hüququna malikdir. 

Təhsil prosesi dövlətin nəzarəti və müşahidəsi altında həyata keçirilir və  təhsil siyasətinin aparılmasına məsul qurum 

Türkiyə Milli Təhsil Nazirliyidir.   

Türkiyə milli təhsil sistemi ümumi təhsil və məktəbdənkənar təhsil olmaqla 2 əsas hissədən ibarətdir. ümumi təhsil - 

məktəbəqədər təhsil, ibtidai, orta təhsil və ali təhsil pillələrini, məktəbdənkənar təhsil isə müxtəlif dərnəklər, peşə təhsili və 

xalq təhsili mərkəzlərini əhatə edir.  

 Bu mərkəzlərdə məktəbdənkənar və yaxud da məktəb dövründən vətəndaşlar öz maraq dairələrinə əsasən müxtəlif peşə 

və sənət öyrənirlər.  

Türkiyə Milli Təhsil Qanununa əsasən təhsilin məqsədi vətəndaşların türk dövlətinin dəyərlərini mənimsəməsinə, ölkəsi 

qarşısında vəzifə  və  məsuliyyətini bilməsi və öz davranışlarında bunlara riayət etməsinə, müasir texnologiyadan istifadə 

bacarığının formalaşmasına, insan haqlarına hörmətlə yanaşmasına və demokratik vətəndaş kimi yetişməsinə yardım 

etməkdir. Vətəndaşları  gələcəyə hazırlamaq, özlərinin və  cəmiyyətin xöşbəxtliyinə  səbəb ola biləcək bir peşəyə 

yiyələnmələrinə yardım etmək əsas məqsədlərdəndir.    

Türkiyə təhsil sisteminin strukturu aşağıdakı kimidir:  

- Məktəbəqədər təhsil;  

- İbtidai təhsil (8 il);  

- Orta təhsil (4 il);  

- Ali təhsil (2, 4, 6 il)  

- Diplomdansonrakı təhsil  

Türkiyədə ibtidai təhsilin müddəti 8 ildir, bu dövr 6-14 yaşlı uşaqların tədris və təlimini əhatə edir.Bu təhsil davamlı 

tədris prosesini təmin etməklə  məzunlara ibtidai təhsil diplomu verir.Türkiyə Respublikasının Təhsil Qanununa əsasən 

ibtidai təhsil icbaridir və pulsuzdur. 

Dövlət ibtidai məktəbləri ilə yanaşı, həmçinin özəl ibtidai məktəblər də  fəaliyyət göstərir.İbtidai təhsilin məqsədi 

şagirdlərin vətənpərvər bir vətəndaş olmaları üçün vacib sayılan minimum bilik, bacarıq, davranış  və  vərdişlər 

qazanmalarına, maraq və bacarıqları əsasında daha yüksək təhsil əldə olunmasına kömək etməkdir.İbtidai məktəbin son dərs 

ilinin ikinci yarısından başlayaraq  şagirdlərin orta məktəbdə oxuyacaqları proqram və peşə ixtisasları barədə  təhsil 

müəssisələri tərəfindən məlumatlandırılma aparılır. 

İbtidai təhsil pilləsini bitirən şəxslər təhsillərini orta təhsil səviyyəsində davam etmək imkanı qazanırlar. Orta təhsilin 

müddəti 4 il olmaqla ümumi, texniki və peşə təhsili müəssisələri  şəbəkəsindən ibarətdir. Orta təhsilin məqsədi  şagirdlərə 

minimum səviyyədə davranış qaydaları barədə məlumat verməyə, onların demokratik cəmiyyət üçün məsuliyyət daşımağa 

hazır olmalarına, insan hüquqlarına hörmətlə, ölkənin sosial-iqtisadi və mədəni inkişafına yardım edəcək səviyyədə bilikli, 

bacarıqlı  və istedadlı  şəxs kimi yetişməsinə yardım göstərməkdir.Orta təhsil zamanı  şagirdlər bilik, bacarıq və 

qabiliyyətlərinə müvafiq tədris proqramı olan təhsil müəssisələrinə istiqamətləndirilərək təhsil alırlar. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   787   788   789   790   791   792   793   794   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin