Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə790/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   786   787   788   789   790   791   792   793   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

443 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Beləliklə, məktəb öz işini bu standartlara nail olunması istiqamətində qurur, sifarişçilər isə 11 il ərzində böyük maddi 

və  mənəvi resurslar sərf etdikləri “məhsul”un müəyyən olunmuş bilik, bacarıq, dəyər və  vərdişlərə hansı  səviyyədə 

yiyələndiyini müntəzəm yoxlama imkanına sahib olurlar. 

Son zamanlara qədər bilik öyrətmə, yəni bilikli şagird yetişdirmə məktəbin qarşısında qoyulmuş başlıca vəzifə hesab 

olunurdu.Tez-tez eşitdiyimiz “Məktəb bilik ocağıdır!” kimi şüarlar da əslində onun bu vəzifəsinin təbliğindən 

qaynaqlanırdı.Müasir dövrdə isə biliyə münasibət tamamilə  dəyişib.Çünki yaşadığımız yüksək texnologiyalar dövründə 

biliklər sürətlə köhnəlir, bacarıq və dəyərlər isə öz əhəmiyyətini uzun illər boyu saxlayır.İndi biliklərdən istifadə etməyə – 

onun tətbiqinə daha çox önəm verilir, nəinki onları nümayiş etdirməyə.Ona görə də şagirdlər məktəbdə daha çox gündəlik 

həyatda qarşılaşdıqları problemləri həll etmədə, məsələlərə analitik yanaşmada, yaradıcı düşünmədə yiyələndikləri 

biliklərdən istifadə bacarıqlarına yiyələnməlidirirlər. 

Əlbəttə, həm biliyi, həm də bacarığı  qısa bir zaman ərzində öyrətmək və öyrənmək mümkündür.Vərdişin 

formalaşdırılması isə daha çox vaxt və iradə tələb edir.Vərdiş – şagirdin təlim prosesi dövründə qazandığı, təkmilləşdirdiyi 

və lazım olan anda asanlıqla (avtomatik şəkildə) tətbiq edə bildiyi bacarıqdır. 

Həm ümumbəşəri, həm də milli dəyərlər... 

Bu gün ölkəmizin beynəlxalq birliklərə inteqrasiyası – genişlənən iqtisadi-siyasi və  mədəni  əlaqələr, informasiya və 

mədəniyyət resurslarından maneəsiz istifadə imkanı  gənclərimizin mühüm ümumbəşəri dəyərlər formalaşdırmasını 

asanlaşdırmaqla yanaşı, həm də milli adətənənələrimizi, mənəvi dəyərlərimizi qoruyub saxlamaq və inkişaf etdirmək 

zərurəti doğurur.Ona görə  də “Həyat bilgisi” fənninin məzmununda milli-mənəvi dəyərlərin formalaşdırılmasına xidmət 

edən alt-standartlara xüsusi yer verilmişdir. 

Dəyər – özünün fiziki və  mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin 

əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd,  əxlaq normaları  və 

inanclardır.“Həyat bilgisi”nin aşıladığı başlıca dəyərlər bunlardır: 

  adil olma 

  azad fikirli olma 

  ailə birliyinə önəm vermə 

  vətənsevərlik 

  qanunlara hörmət 

  tolerantlıq 

  məsuliyyətlilik 

  çalışqanlıq 

  qonaqpərvərlik 

  yardımsevərlik 

Gündəlik həyatda istifadə olunacaq bilik, bacarıq və  dəyərlərin formalaşdırılması  və  təkmilləşdirilməsi fasiləsiz 

olduğundan bu proses məktəbdəki dərslərlə məhdudlaşmır, məktəbdən kənarda – ailədə, şagirdin olduğu hər yerdə davam 

edir. Ona görə  də  fənnin məzmununun mənimsənilməsində  şagirdlərin valideynlərinin və yaxınlarının üzərinə  də ciddi 

vəzifələr düşür. Bunu isə yüksək səviyyədə qurulmuş  məktəb-ailə  işbirliyinin köməyilə asanlaşdırmaq olar. İşbirliyi bu 

fasiləsiz öyrənmə prosesini sistemləşdirib sağlam zəmin üzərində bərqərar etməyə xidmət göstərməlidir. Bəzi ailələrlə əlaqə 

yaradılarkən ümumi işə  mənfi təsir göstərə biləcək aşağıdakı  məsələlərə xüsusi diqqət yetirilməsi də yaddan 

çıxarılmamalıdır: 

  valideynlərin sahib olduqları bilgilərin səhv və ya yarımçıqlığına; 

  valideynlərin mədəni səviyyələrinin yetərsizliyinə; 

  ailənın maddi durumunun aşağı olmasına; 

  valideynlərin övladları ilə məşğul olmağa və məktəblə işbirliyinə vaxtlarının olmamasına. 

Çağdaş təhsil təcrübəsi göstərir ki, təlim prosesində müxtəlif inteqrasiya metodlarından istifadə etmədən hər hansı bir 

fənnin, xüsusən də  həyati bacarıqlar formalaşdırmaq məqsədi daşıyan “Həyat bilgisi”nin tədrisində müvəffəqiyyət  əldə 

etmək mümkün deyil. Təlim prosesində motivasiyanın yaradılması, sinifdə  fəallığın artırılması, məzmunun hərtərəfli 

aşılanması və şagirdlərdə müasir dünyagörüşün formalaşdırılmasında onun rolu danılmazdır. İnteqrasiya – müəyyən təhsil 

sistemi çərçivəsində  şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və 

özünüinkişafa istiqamətləndirmək məqsədilə  təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və 

onları sistemləşdirməkdir. 

Müasir dünya təcrübəsində, adətən, inteqrasiyanın 3 səviyyəsini fərqləndirirlər: Fənndaxili inteqrasiya – müəyyən bir 

fənnin aşıladığı anlayış, bilik və bacarıqların  əlaqələndirilməsi, fənn daxilində  səpələnmiş faktların sistemləşdirilməsidir. 

Belə səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Bu isə 

son nəticədə fənnin məzmununun strukturunun dəyişdirilməsinə gətirib çıxarır. Bu mənada, inteqrasiya olunmuş məzmun 

informativ cəhətdən daha tutumlu olur, şagirdlərin daha əhatəli kateqoriyalarla düşünmə bacarıqları formalaşdırmalarına 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   786   787   788   789   790   791   792   793   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin