AZƏRBAYCANDA TƏHSİL SİSTEMİ VƏ TƏHSİL SAHƏSİNDƏ
DÖVLƏT SİYASƏTİNİN PRİNSİPLƏRİ
Filiz ALTUNBAŞ
Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili, strateji üstün sahə elan edir və ölkələrinin
gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edir. Azərbaycan Respublikası müstəqillik əldə
edəndən sonra təhsil sistemində islahatların aparılması zəruriyyəti ortaya çıxdı. Dünyanın bir çox ölkələrində gedən təhsil
islahatları haqqında informatik məlumatlar verilməklə yanaşı, təhsil sahəsindəki problemlərin obyektiv səbəbləri açıqlanır
və mövcud təhsil böhranının aradan qaldırılması üçün atılan zəruri addımlardan da danışılır.
|