TƏRCÜMƏÇİNİN VƏZİFƏLƏRİ
Kəmalə MUSAYEVA
Bakı Dövlət Universiteti
consular@bsu.az
Bakı/AZƏRBAYCAN
Tərcümə prosesində tərcüməçinin işi böyük əhəmiyyət kəsb edir. Tərcüməçi müxtəlif dillərdə danışan tərəflər arasında
“əlaqələndirici vasitə” və ya “anlaşma vasitəsi” rolunu oynayır. Ona görə də bu vasitə olmadan anlaşmaların
müvəffəqiyyətinə inanmaq mümkün deyil. Məhz bununla əlaqədar olaraq tərcüməçilərin üzərinə böyük məsuliyyət düşür.
Bu vəzifələri layiqincə yerinə yetirmək üçün tərcüməçilər həmişə öz ixtisas və biliklərini artıqmaq sahəsində çalışmalıdırlar.
Aydındır ki, hər hansı bir beynəlxalq görüş, konfransın müvəffəqiyyəti, keyfiyyəti müəyyən dərəcədə tərcüməçinin bilik
səviyyəsindən, dünya görüşündən və siyasi hazırlığından asılıdır. Təəccüblü deyildir ki, tərcümə məsələləri ilə məşğul olan
alim və mütəxəssislər tərcüməçinin şəxsiyyətinə, bilik və bacarığına böyük əhəmiyyət verirlər. Xüsusilə bədii əsərlərin
tərcüməsi ilə məşğul olanlar tərcümə prosesində labüd olaraq öz şəxsi keyfiyyətlərini də əks etdirirlər. Burada tərcüməçinin
müəyyən mədəni və ədəbi ənənələrlə bağlılığı, onun özünün yaradıcılıq və estetik görüşləri, öz dövrünü bilməsi, qarşısına
qoyduğu məqsəd və s. daxildir. Bədii əsərlərin tərcüməsi o zaman müvəffəqiyyətli ola bilər ki, tərcüməçinin keyfiyyətləri
ilə, müəllifin keyfiyyətləri əksərən üst-üstə düşsün, əks təqdirdə tərcümə orijinalın rolunu tam əks etdirə bilməz. Xarici dil
və ya dillər bilən, onlardan müxtəlif dillərdə danışan tərəflər arasında yazılı və ya şifahi anlaşmada istifadə edən şəxsə
tərcüməçi deyilir. Həmin şəxslər xalqların bir-birinin tarixi, mədəniyyəti, həyatı və məişəti ilə tanış olmaq işində fəal iştirak
edirlər. Deməli tərcüməçilər xalqların bir-birinə yaxınlaşması, onların arasında müxtəlif əlaqələrin yaranması və
ümumiyyətlə cəmiyyətin mədəni inkişafı sahəsində mühüm rol oynayır.
Tərcüməçilərlə onların xidmət etdikləri ixtisas sahibləri arasında qarşılıqlı münasibət məsələlərinə gəlincə, ilk növbədə
bir-birindən fərqli 2 tərəfi nəzərdə tutmaq lazımdır. I tərəf kimi çıxış edən şəxs, mütəxəssis xarici dili bilmir. II tərəf kimi
çıxış edən tərcüməçi isə mütəxəssis deyil. Lakin bu 2 tərəf 1-1-i ilə işləməli və arada tam anlaşma yaratmalıdırlar. Tərcümə
prosesində əsas rol oynayan tərcüməçi nəinki öz ixtisasını yüksək səviyyədə bilməli, həm də digər ixtisasa müəyyən
dərəcədə bələd olmalıdır. Tərcüməçi bir ixtisas sahəsini bilməklə kifayətlənməməli, o həm də digər bir neçə ixtisasa bələd
olmalıdır. Tərcüməçi sənətinin çətinliklərindən biri də məhz budur. Hər hansı bir tərcümə prosesinin müvəffəqiyyətli olması
|