İkinci fəsil
Gəldiyev Vartaşendə taxıl tədarükü müvəkkilliyində çalışanda ya xamlıq
ucundan, ya ehtiyatsızlıqdan, ya da ayrı səbəbdən bir balaca dolaşan kimi
olmuşdu. Özündən soruşsan deyər: "Yoldaşa daverit eləmişəm, başıma bu
işlər gəlib".
Rayon icraiyyə komitəsinin sədri yazdı ki: "Ay Kərim, filan qədər taxıl
burax!". Kərim buraxdı. Torpaq şöbəsi dedi: "Qəşəng oğlan, arpa ver, atlar
acdır". Qəşəng oğlan verdi. Bir başqası zəng elədi ki: "Yoldaş Gəldiyev,
bir-iki tay buğdaya gümanın gəlməzmi, bacı oğlunun toyudur, darda
qalmışıq". Gəldiyev də rədd eləmədi. "Yoldaş tədarükçü, vacib yer üçün on
beş torba taxıl ayırıb mənim sərəncamıma göndərməlisən". Tədarükçü əməl
elədi...
Gəldiyevin işləri öz qaydasınca gedirdi. Anbardan ağ, dolu torbalar
azalır, yer genişlənirdi. Bunun əvəzində məxaric qovluğundakı qəbzlərin,
xahiş kağızlarının sayı artır, hesabı çoxalırdı. Axırı bir gün atası rəhmətlik
hesabdar Gəldiyevi ayıltdı.
Güman eləməyin ki, indiyə qədər Gəldiyevə məsləhət demir,
öyrətmirdilər. Yox! Hər dəfə, əl boyda qəbzlərə, ya dilucu tapşırığa,
212
anbar açdırıb taxıl buraxanacan Gəldiyevin canı boğazına yığılırdı. Nə
hesabdar yazır, nə anbardar buraxır, nə də fəhlə taya yaxın gəlirdi. Hamısı
nəm-nüm ilə tərpəşirdilər: "Canım, sabah kim cavab verəcək? Ordersiz-
mordersiz, hesabsız-kitabsız bu taxıl hara gedir?.."
Gəldiyev hirslənirdi, partiya kitabçasını çıxarıb sol ovcunda tutur, sağ əli
ile meşin cildə elə şappıldadırdı ki, eşiden dik atılırdı:
- Bu cavab verəcəkdir ey, bu! Qaragöz bileti cibində gəzdirən oğlan
atveçatdır! Sizin qarnınıza niyə sancı dolur? Sizə deyilir: ver, ver! Daha
uzun müşərrəf lazım deyil. Daverit eləyib bizi bura qoyublar!
Gəldiyevin hərbə-zorbasından qorxan da olurdu. Əl-qolu gəlməyən,
çəkilib mat-məəttəl qıraqda dayanan da olurdu. Xoruz kimi kişi ilə döş-döşə
gələn, ora-bura yazan da herdən tapılırdı. Ancaq Gəldiyevin arxası möhkəm
idi. Atalar yaxşı deyib: "Arxalı köpek qurd basar!". Artıq-əskik danışanlar
haqqında, görürdün, Geldiyev zəng elədi, danışdı, sonra əmr verib
başmaqlarını bayırda qoydu.
Gəldiyev işini elə qurmaq istəyirdi ki, əlinin altındakılar "yumurta yükü
aparsınlar". Bu zabitə bəzilərinin lap xoşuna gəlirdi.
Gəldiyev aşağı işçilərin sözünə fikir vermirdi. Çünki onlardan heç bir
təhlükə gözləmirdi. Fikri həmişə yuxarıda böyüklərdə idi. İnanmışdı ki:
"Qulluq işində, adamı yıxan-tikən sədrin, naçalnikin bir qırmızı qoludur".
Ona elə gəlirdi ki, bu qəzet, tənqid, yoxlama-filan hamısı əvvəlcədən
"böyüklər yanmda aşı bişirilmiş adamlar üçündür. Allah dəymeyənə, bəndə
nə eləyəcək". Gəldiyevin qənaəti bu idi. İndiyə qədər də bu etiqadla
işləmişdi. Hələlik ziyan görməmişdi.
Rayonda bir hadisə oldu. Ondan sonra Gəldiyevin gözlərindən pərdə
çəkildi. Etiqadları da altına su düşən divar kimi uçulub töküldü.
Hadise deyəndə, böyük düşməsin, rayon icraiyyə komitəsi sədrinin
İskəndər adlı bir katibi var idi. Avadanlıq üstündə müəllim ilə sözləri çəp
gəlmişdi. Katib müəllimə demişdi: "Xuliqan!"
Müəllim başını aşağı salıb getmişdi. Qıraqdan baxanlar müəllimin
qorxaqlığına gülmüşdülər, bəziləri də demişdi: "Hökumətdir, qorxmasın, nə
eləsin!".
Müəllim qoçaq nə din, nə danış, götür ərizə yaz, İskəndəri məhkəməyə
ver! Rayon məhkəməsi, düzdür, müəllimin ərizəsini dəftərə salıb
nömrələmişdi, amma sonra bu ərizə saqqız olub məsul işçilərin ağzında
çeynəndi. Qapalı aşxananın qabağında rayon icraiyyə komitəsi
213
sədri əllərini cibinə qoyub gülür, dili ilə dişlərini təmizləyir, müəllimə
deyirdi:
- Söz deyəndə təşəxxüsünə dəyir, ay müəllim! Ərizəbazlıq eləyirsən,
sovet məhkəməsinin də vaxtını alırsan... bu necə işdir?
Müəllim dedi:
- Yoldaş İsmiyev, sən rəsmi kommunist sayılırsan.
- Rəsmi niyə?
- Cibində kitabçan-zadın var da, kommunist sayılırsan, gərək yadında
ola ki, insan şəxsiyyətini bizim ölkədə uca tuturlar. Vətənimiz belə
olmasaydı, mən baş götürüb diyarbadiyar gedərdim. Mənim üçün izzeti-nəfs
hər şeydən əzizdir. Öz şərəfini qorumayan nə vətənin, nə də xalqın şərəfini
qoruyar. Bizim ölkedə heç kəsə ixtiyar verilməyib başqasını təhqir eləsin.
Məhkəmə mənim ərizəmə ədalətlə baxmalıdır. Arxaynıam ki, baxacaqdır.
Siz katibinizin sözünü qulaqardına verirsinizsə, bu da sizin öz işinizdir.
İsmiyev müəllimi lağa qoydu. Gəldiyev də qəh-qəh çəkdi:
- Padumiş!.. Müəllim, bu od-atəşlə sizi bura kim göndərib?
- Mən özüm gəlmişəm.
- Gəlmisən, başını sal aşağı, işində ol! İdarədə adamla söz olar, artıq-
əskik də olar. Bundan ötrü daha qiyamət qopmaz ki!
- Qiyamət-zad qopardan yoxdur. Bəzi işçilərə danışmaq lazımdır.
- Sən elə o körpə uşaqlara öyrət, qalanlar ilə işin yoxdur.
Gəldiyev sədri çağırdı:
- Əşi, gəl bəri!..
Onlar aşxanaya girib təzədən qabaq-qabağa oturdular.
Müəllim ovqatı qarışmış halda ağzını çevirib küçə aşağı getdi.
Üç gün çəkmədi, bir də gördülər, budur, maarif komissarının müavini
icraiyyə komitəsinin qapısından içəri girdi. Salam-kalam elədi. Bir az
məktəblərdən, məktəblilərdən xəbər aldı. Sonra başladı müəllimin təhqir
olunması barəsində dəftər-kitab açmağa. İsmiyev and içdi ki: "Canım,
təhqir-filan olmayıb, siz allah şişirtməyin, ona bircə kəlmə "xuliqan"
deyilib, lap xuliqan olanda nə olar? Burjuaziya deyilməyib, qolçomaq
deyilməyib, opportunist deyilməyib. Burada nə var axı?".
Komissarın müavini hamıdan çox Gəldiyevi heyrətə salmışdı. Gəldiyev
onun, o böyük qulluq sahibinin elə bir iş dalınca gəlməsinə ınana bilmirdi.
Öz-özünə deyirdi: "Taxıl hazırlığı deyil, plan deyil, tə-
214
darük deyil, iclas deyil, bir dılğır müəllim üçün də komissar müavini
gedərmi?.."
O yandan da rayon məhkəməsindən maddə gətirdilər. İskəndəri
müttəhim kimi dindirdilər. İsmiyev ha zəng elədi: "Ay yoldaş məhkəmə,
pustyak işdir, sürtün getsin". Prokurora papaq açdı, mümkün olmadı.
Məhkəmə sədri deyirdi:
- Qanunnamədə nə yazılıb, o cür də rəftar olunacaq...
Dostlar özlərini yığışdırıb, İskəndərə qahmar çıxınca, kişini camaat
qabağında mühakimə elədilər.
Qəribə işlər var. Həmin İsmiyev qardaşdan artıq istədiyi, idarəsmin
dirəyi saydığı İskəndəri qulluqdan qovmalı oldu. Əmrə qol çəkəndə başını
bulayıb, öz-özünə deyirdi: "Gör nə boş işdən ötrü..."
Dedim ki, komissar müavininin gəlməyi Gəldiyevi heyrətə salmışdı. Bu
heyrət get-gedə ehtiyata çevrildi. İskəndərin işin görəndən sonra Gəldiyev
özünə gələn kimi oldu. Hesabdar ona məsləhət gördü ki: "Çıx bu rayondan.
Bu işlərin axırını fəna görürəm. Firqəçi adamsan, sənə yermi əskikdir?!
Hara getsən vəzifə var. Dost-aşnaya o qədər də bel bağlama..."
Ömründə birinci dəfə idi ki, Gəldiyev, dili ilə olmasa da başını
tərpədərək, aşağı vəzifəli bir adamın sözünü təsdiq edirdi. Gəldiyevin
böhran keçirdiyi həmin bu günlərdə Bakıdan təşviqat şöbəsinə kağız gəldi
ki, "Fəal rayon işçilərindən bir nəfərini mərkəzə ali məktəbə göndərin.
Həmkarlar beşminliyi hesabına təqaüd alacaqdır".
Təşviqat şöbəsi müdiri rayon icraiyyə komitəsi sədrilə məsləhətləşdi.
İsmiyev həmin kağızı oxuyanda Gəldiyev irəli yeriyib yalvardı:
- Yoldaş İsmiyev, - dedi, - bu mənə yapışır. Ali məktəb əsil mənim
yerimdir, göndər gedim!
İsmiyev etiraz eləmirdi. O yan-bu yandan deyirdilər ki: "Kərim dünən
savad kursundan çıxıb; ali məktəbə getmək üçün bilik lazımdır".
İsmiyev rədd elədi:
- Firqəçi adamdır, öyrənər. Mən Gəldiyevi göndərınək tərəfdarıyam!
Özü təcrübəli, özü inanılmış, özü...
Gəldiyev Vartaşendən lap arxayın çıxdı.
Ona görəmi ki, tutduğu işlər düz idi, ya özü bu işləri düz sayırdı? Ona
görəmi ki, cəsarətli idi, məsuliyyətdən qorxmurdu? Ona görəmi ki,
yoldaşlarının sədaqətinə inanırdı, yamana dil bulamayacaqlarına əmin idi?
215
Yox!
Ona görə arxayın çıxdı ki, özünün partiya kitabçasını, şəxsi işini,
vəsiqələrini, yoxlamalarını tamam yığışdırıb aparırdı. O, bu əqidədə idi ki,
insan çıxdığı idarədən şəxsi işini təmiz apara bilsə, sonralar yüz adam
yığılsın, jüz cinayət açılsın, faydasızdır, sübuta yetməz, boynuna qoyula
bilməz.
Kərim Gəldiyev Vartaşendən qaçmaqla bir göz dağından da uzaqlaşırdı:
çayxana xidmətçisi Zoyaya, xata elədi, bir "salaməleyk" dedi.
Bir neçə dəfə pitinin duzsuz olmasından şikayətləndi. Zoyanı kənara
çağırıb "məxsusi" hazırlanmış yarpaq dolması xahiş elədi. Zoya bu xahişin
aşpaza aid olduğunu deyəndə, Gəldiyev onun qulağına pıçıldadı: "Aşpazı da
görürəm, Zoyanı da!". Zoya dedi: "Mən xörək bişirməyi bacarmıram".
Gəldiyev əl çəkmədi: "Bəs ürək bişirməyi niyə bacarırsan?".
Zoya onun atmacalarını başa düşmədi. O birisi gün Gəldiyev altı manat
xörək pulu əvəzinə, bir otuzluq qoyub çıxdı: Zoya otuzluğun artığını
verəndə dedi:
- Qoy dursun, patom-patom!
Bir az sonra Gəldiyev Zoyanın iş saatı, boş vaxtı ilə maraqlandı:
- Sən heç çisti vozduxa, seyrə çıxmırsan?..
- Nabələdəm bu yerlərə.
- Mən bələdçilik eləməyə hazıram, bir gəz, ürəyin açılsın, kuxni iyi
burnundan getsin.
Gəldiyev Zoyanı çəkə-çəkə meşənin otluq yerinə, alçaq, lakin qol-
qanadlı bir qarağacın altına apardı.
- Oturaq, - dedi, - yorğunluğumuz çıxsın.
- Buradan heç yer görünmür.
- Əyləş, görünməyi neynirsən. Lesdi da! Qarağac kölgəsi özü hər zaman
ələ düşməz, əyləş!
Qarağacın kölgəsində Zoya necə məğlub oldusa, o gündən sonra, kölgə
kimi Gəldiyevin dalmca sürünməyə başladı.
Zoyanın cismən vəziyyəti dəyişdi. Gəldiyevi yaxaladı ki: "Gedək
zaqsa!".
Gəldiyev onu qorxutdu, aldatmaq istədi: "Uşağın ola-ola mən sənlə
birləşə bilməyəcəyəm. Gör onu birtəhər elə, sonra kak sleduyet toyumuz
olsun!".
216
Zoya aldanmadı. Gəldiyevi o yana-bu yana dartışdıranda öz abırından
partiyadan qovulmağından qorxub övlad haqqı verməyi boynuna aldı,
amma heç uşağın üzünə də baxmadı. Onun qız və ya oğlan olduğunu
soruşanda Gəldiyevin başından ağrı tuturdu: "Nə bilim nə zəhrimardır".
Zoyanı görmək, o barədə bir söz eşitmək, ya ata olduğunu xatırlamaq
Gəldiyevə cəhənnəm əzabmdan ağır idi: "Gözüm görməz, qulağım eşitməz.
Bərkə qalanda ayda iyirmi-otuz manat ağzına ataram. Tələbə adamam,
özüm nə alıram, ona nə verim... Bir-iki ildən sonra rədd olub gedər,
başımdan açılar. Yoxsa mən, otvetstvenni qulluqda girli pul aldıqca o fahişə
(Gəldiyev Zoyanı həmişə bu ad ilə xatırlardı.) buradan tərpəşınəyəcək,
qohum-əqrəbasını da çağırıb yanına yığacaq ki, gəlin bir axmaq adam tora
salmışam. Gəlin yeyək, dalısınca da söyək!.. Bu əxlaqsızlar mənim pulum
ilə kef edəcəklər... Bu da zaqundu, a kişi?..".
Bunlara görə idi ki, Gəldiyev təhsilə getdiyini səsə salmadı. Bir gün
hesabdarı çağırıb açarlan verdi, ezam kağızım göstərib, öz haqq-hesabını
yazdırdı. Axşam yatacağını, çamadanını icraiyyə komitəsinin maşınına
qoyub, birbaş Yevlaxa sürdürdü...
İnstituta girəndə Gəldiyev dərsdən qabaq bir ictimai işin qulpundan
yapışınağı, hiss ediləcək "canyanğısı" büruzə verınəyi düşünmüşdü.
Hələ qəbul komissionu işini qurtarmamış, dərslər başlanmamış Gəldiyev
məktəb dəftərxanasından qırağa çəkilmədi. Bir tələbə öz adını siyahıda tapa
bilməyəndə Gəldiyev onun qolundan tutub, katibin yanına aparırdı.
Tələbələr eyvanda söhbət eyləyəndə, dərs kitablarının nə vaxt alınacağı ilə
maraqlananda Kərim Gəldiyev əlüstü tədris müdirinin otağına girib, iki
dəqiqə sonra çıxır, ucadan hamıya bildirirdi. İmtahanların hansı otaqda, nə
vaxt aparılacağını elandan qabaq xəbər verirdi. "Kişi yaxşı kömək eləyir".
Bir gün gördülər Gəldiyev eyvanın küncündə stol qoyub oturub, gələnə
deyir:
- Yoldaşlar, kollektiv kinoya getmək istəyən yazıla bilər. Ucuz bilet
gəlib.
Direktorun otağına girib, xahiş elədi: "Yoldaş Verdiyev, sabah-biri gün
Beynəlxalq Gənclər günü gəlir. Pervi kurslarda yoldaşlar maraqlanır,
istəyirik məruzə təşkil eləyək".
Direktor onu başa saldı:
217
- Kərimdirmi adınız, yoldaş Kərim, təşkilat ilə əlaqəyə girin. Planları
var, danışın. Siz də iştirak edəcəksiniz?..
Gəldiyev o saat partiya komitəsinə getdi: "Məni direktor göndərdi ki,
sizinlə danışım. Yeni gələn bəzi yoldaşlara ictimai naqruzka vermək
barəsində..."
Gəldiyevin partiyalı olduğunu, ictimai iş ilə çox maraqlandığını biləndən
sonra tapşırıqlar verməyə başladılar. Çox çəkmədi ki, Kərim Gəldiyev
institutda "mədəni hücum" ştabının rəhbəri təyin olundu.
Üçüncü fəsil
Dünyada cürbəcür insanlar var. Biri maddi həyatını, biri mənəvi
həyatını, üçüncüsü ailə həyatını, dördüncüsü mənsəbi, şöhrəti üstün tutur.
Kərim Gəldiyevin hansı əqidədən olduğunu bilmək üçün onun həyat
fəlsəfəsilə bir balaca tanış olmaq kifayətdir.
Onun üçün həyat güzərandan ibarətdir. Bacaranlar yaxşı qururlar,
bacarmayanlar qarışqa kimi ayaqlanıb, tələf olurlar. Bacaranlar azdır,
bacarmayanlar çoxdur. Qulaqlarınızı yerə qoyun, dinləyin. Daimi bir
gurultu gəlir, əzilənlərin, məhv olanların səsidir. Ancaq bunu dinləyən
kimdir!
Gəldiyevin qənaəti budur ki: "Əzməsən əziləcəksən, ayaqlamasan
ayaqlanacaqsan... Güzəran, mənsəb cəhənnəmin təkində də olsa, enməyi
bacar!"
Onun üçün qadın ancaq qadındır. Qiyməti də bundadır: "Bir zaman var
idi, kasıb adama arvad müyəssər olmurdu. Halal pul ilə rəğbətlisini almaq
çətin idi. İndi ondan bol nə var. Madam ki, belədir, evlənmək, xirtdəyi
kəndirə keçirınək nə üçün? Cibinin puluna münasib, istədiyin aşxanada
xörək yeyərsən. Kişilik hünərinə münasib, rast gəldiyin qadın ilə də görüşə
bilərsən".
Dostluq məsələsi haqqında Kərim daha qətiyyət sahibidir: "Dost adama
xeyir verməlidir. Ya pullu və ağılsız olub yedirtməlidir, ya qulluq sahibi
olub himayə kölgəsi salmalıdır, ya avara olub ələ su tökməli, başmaq
cütləməlidir, yaxud da müxtəlif səbəblərə görə adama lazım olmalıdır.
Üzüyola olsun, söz gəzdirən olsun, yaxud da qoçuluq, boşboğazlıq,
böhtançılıq əlindən gəlsin... Müxtəsər: ən yaxşı dost istəyirsənsə, ən alçaq
adamı tap! Beləsi yalandan şahid durmağa, düşmənini biabır etməyə, səs
salmağa, dəstə düzəltməyə yarar".
218
Bu niyyət ilə də Gəldiyev Qurd oğlu Qədiri dost seçmişdi. Qədir əvvəl
rayon qəzetlərinin birində kütləvi işçi idi. Şeirdən-zaddan da qaralayardı.
Ancaq onu qəzetçi, ya şair kimi tanıyan yox idi. "Qəzetçini yazıları ilə
tanıyarlar, ay Qədir, sənin yazını heç görmürük?"
Qədir məğrur danışırdı:
- Yazılarını demə, imzanı de!
- Deməli yazırsan!
- Yazmıram bəs hər gün o boyda qəzet hardan dolur?
Camaat onun şikəstə nəfsliyinə heyran qalardı.
Qədirin duruşu, oturuşu qəribə idi, Bakıya, kooperativ texnikumuna
oxumağa gələndən sonra bu qəribəlik daha da artdı.
Bir dəfə ictimaiyyat müəllimi demişdi: "Böyük adamlar tarixdə həmişə
ümumi axının əleyhinə gediblər. Onlar məlum vərdiş və görüşlərin ziddinə
çıxıblar. Ayrıca, hamıdan seçilən bir yol tutublar. Hər bir yeni cərəyan, hər
bir ideya uzun mübarizələrdən sonra qəbul olunduğu kimi, böyük adamların
tutduqları yol da uzun illərdən, bəlkə də əsrlərdən sonra etiraf və təsdiq
olunmuşdur. Böyük şəxsiyyətlər qarşılarında çox maneələr görmüşlər,
meydanda tək də qalmışlar, ancaq sonra kütlə onların dalınca getməli
olmuşdur..."
Müəllimin izahatını diqqətlə dinləyib düşünəndən sonra Qurd oğlu
Qədir gördü ki, özündə böyük adam olmaq həvəsi və imkanı vardır. Ağır
şeyi tərəzidə yoxlayan kimi Qədir də özünə güzgü qabağında vəra-vurdla
baxdı. Gördü doğrudan da böyük adama oxşayır. Ancaq bir az qeyrət
çatışmır. Qeyrət lazımdır. Qədir görünmək üçün fürsət axtardı. Özünü
kütlədən, yəni "qara camaatdan" ayırınaq üçün həmişə hamı deyənin
ziddinə getdi. Məktub yazdı, imza atmadı.
İclasların, uzun sürən müşavirələrin nəticəsini, qəbul ediləcək qərarı
aramsız gözlərdi. Gözlərdi ki, mübahisə kəsilsin, hamı müəyyən rəyə gəlsin.
Qərar oxunan kimi söz alıb, ziddinə gedərdi. Bəzən müzakirələr bitmirdi,
qərar da yazılmırdı. Bu müddət Qədir üçün çox əzablı və üzüntülü idi. O,
mərəzə tutulmuş kimi, bədəni ilə əlləşər, ellərini ovuşdurar, qalxıb oturar,
oturub qalxardı. Adamlar arxaym dinib-danışdıqca Qədir əsəbiləşər, "qərar
oxunsun" deyə qışqırardı. Tez-tez sədrin ağzına baxar, "Qərar! Qərar!"
deyərdi. Sədr qərarı oxuyanda o qollarım çırınar, zehnində nitq hazırlardı.
Bəzən Qədirin nitqinə ehtiyac qalmazdı. O, dilxor olar, əməyinə acıyardı.
Qərar qəbul olundumu, Qədir, dərsini əzbərləmiş uşaq kimi cəld qalxar,
etiraz edərdi.
219
Qədirin bu hərəkətini hamı bilsə və pisləsə də, o əl çəkmirdi. "Bizim
məsələyə öz münasibətimiz var".
Özünün adamlardan seçilməsini böyüklük əlaməti sayırdı. Camaat onu
görən kimi deyərdi: "Ziddinə getməyə qərar axtarır, bir şey yazın, atın
qabağına didişdirsin".
Bir dəfə yataqxanada tələbələr sözü bir yerə qoydular ki, Qədiri
danışdırmamış rəy söyləməsinlər. Onu ələ salıb danışdırdılar, qəsdən hamısı
onun fikrinə şərik oldu. Qədir bir uyğunluğu, özünün "qara camaat" içində
batıb-getdiyi kimi bildi. Qalxıb
etiraz elədi: "Mən o mənada demədim, siz
başa düşməmişsiniz. Ziddəm, ziddəm!".
Qədirin iştirak etdiyi elə iclas yox idi ki, protokolun ayağında
qətnaməyə zidd gedən olmasın. Katiblər onun əlindən təngə gəldikləri üçün
əvvəlcə protokolun ayağını yazardılar: "Qədir ziddinə səs verdi".
Bıınun üstündə Qurd oğlunu həmkarlar komitəsinə çağırdılar:
- Balam, sən ki, hər tədbirin əleyhinəsən, bəs nəyin tərəfdarısan?
Qədir dedi:
- Mən füqərayi-kasibə tərəfdarıyam.
- Necə kasıb tərəfdarısan ki, iki adam ilə dil tapa bilmirsən?
- Tarixdə böyük adamlar tək qalıblar. Bəşəriyyət onları sonradan başa
düşür.
- Qədir, heç səni başa düşən bir nəfər varmı?
- Gəldiyev məni yaxşı başa düşür. Görürəm ki, artıq ziyalılarımız yetişir,
inkişaf edir.
Yataqxanada çarpayı paylananda hamı cumub özü üçün yaxşısını seçdi.
Qədir başqalarına qarışa bilmədiyindən gözlədi. Axırda ona çarpayı
çatmadı. Tesərrüfatçı ona qırıq bir taxt göstərib dedi: "Hələlik ötüş".
Tələbələr Qədirin vəziyyətinə güldülər. O öz vüqarını pozmadı. "Qaydadır
böyük adamlar tarixdə zillət çəkiblər".
Sonradan Qədirin bu xasiyy’ti inkişaf elədi, dairəsmi genişlətdi. Öz
evlərində heç bir şeyi sonalamayan, anası gətirən hər xörəyi yeyən Qədir
qonaq getdiyi yerd’ mərəkə açardı. Dərhal xörəyi kənara itələyərdi ki: "Bu
dadsızdır, ayrısını gətirin!". Küçədə rast gəldiyi dostuna, hətta Gəldiyevə də
salam verməz və almazdı. Daldan birisi çağırsaydı ki: "A Qədir, keyfın,
halın?". Əli ilə rədd edərdi: "Sonra! Sonra!". Evdə əyləşib dostları ilə
söhbətə məşğul ikən, birdən ayağa qalxar, oturanlar ilə əhvallaşardı:
"Necəsən, kefin-zadın lap yaxşıdırmı?".
220
Qədir bununla demək istəyirdi ki, mən fıkirliyəm, başım məşğuldur.
"Xırda" məsələlər sonradan yadıma düşür.
Beləliklə, Qədir az zamanda çox "şöhrət" sahibi olmuşdu. Onu yalnız
tələbələr, yataqxana işçiləri deyil, az qala bütün şəhər tanımışdı. Hər kəsdə
bir uyğunsuz hərəkət görünsə, deyərdilər: "Qurd oğlu kimi eldən dişqarı
deyilsən ha!".
Bəli, Gəldiyevin belə dostları var idi.
Cəmiyyətin həyatı, ictimai mübarizələr haqqında Gəldiyevin fikri
qapalıdır. Bu barədə ondan soruşanda acığı da tutur.
Bu nə sözdür, mən necə ki, bir kommunist, bütün bu mesələlərə
kommunistcəsinə baxıram.
Amma onun qəlbinə-qılığına girməyi bacaran hünərli və fəndgir bir
adam olsa, boş damarından tutar, Gəldiyev ürəyinin qapağını tas-kabab
qapağı kimi götürər, orada nələrin qaynayıb-qarışdığı aydın görünər.
Belə hünərli adam tapıldı, o gündən də Gəldiyev kələfçənin ucunu itirdı.
İsti yay axşamlarının birində Gəldiyev dostu İslam Verdiyevlə, bir də
Verdiyevin rayondan gəlmiş yoldaşı Qurban ilə pivəxanada əyləşib pivə
içirdilər. Pivəxana ağzına qədər dolu idi. Pivə vardı, yer yox idi. Qapı
ağzında azı bir otuz-qırx nəfər dayanıb, boyun-boğazlarının tərini silirdilər.
İşçilər istiyə baxmadan od kimi işləyirdilər. Ağzından köpük daşan sərin
pivə dolu, tərləmiş şüşə qabları bəzən qucaq-qucaq daşıyırdılar. Müştərilər
də istinin gücündən yar-yoldaşın həvəsindən, bir az da pivənin öz təsirindən
içdikcə içirdilər. Qapı ağzında dayananlar həsrət çəkir, ayaqlarının birini
qoyub birini götürür, divara söykənir, içənlərin lap gözünün içinə baxırdılar.
Atəş göstərən bu baxışları ilə deyirdilər: "Bəsdir də, bir insafın olsun. Dur,
qoy biz də sərinləyək!". İçənlər isə həris nəzərləri gördükcə daha da
iştahaya gəlir, ciblərinin küncünədək töküşdürür, təzədən sifariş verirdilər.
Ona görə də gözlərini dayananların nəzərindən yayındırmağa çalışırdılar.
Birisi gəlib kürsüyə söykənsə ki: "Sizin yerinizi tutmaq olarmı?", onlar elə
vəziyyət alırdılar ki, fıkirlərini üzlərindən oxumaq olurdu: "Durası deyiləm,
ayrısını gör! Ayaq üstə qalarsan!".
Belə bir həngamədə Gəldiyevgil arxayın əyləşmişdilər. Onların stolu
pəncərə tərəfdə idi. Bir az o yanda bir cavan gəlin, iki nəfər də oğlan
oturmuşdu. Pivəxanaya girən kimi Gəldiyev gəlini görmüşdü.
221
Ürəyindən keçmişdi ki: "Düz arvad bu qədər kişinin içinə soxulub pivə
içməz. Görəsən, bu kimdir?.."
Oturanda Verdiyev həmin gəlinə dilucu salam da verdi. Gəldiyev istedi
əyilib soruşa: "Ay İslam, bu kim ola?.." Oğlanlardan çəkindi. Bir şey
demədi, amma gözünü o tərəfdən də çəkmədi. Gəlinə baxdıqca narahatlığı
artır, yerində otura bilmir, ağır gövdəsilə o yan-bu yana dönür, kürsünü
dilləndirirdi. Nəhayət, oğlanlar durub getdilər. Gəldiyev güman etdi ki, yenə
qayıdacaqlar. Ancaq on-on beş dəqiqə sonra xidmətçi gəlib pulu alanda
Gəldiyev gəlinin tək əyləşdiyini, oğlanlar ilə tanış olmadığını bildi. Böyük
bir sıxıntıdan qurtulmuş kimi sevindi. Meydanı boş görüb cürətləndi.
Verdiyev bunu duymuşdu; ona tərəf əyildi.
- Çox baxırsan!
Gəldiyev boğazının ətini çəkdi:
- Mən ölüm, İslam, bir gör nə qayırırsan.
- Bizim qonşuluqda olur.
Verdiyev əvvəl bir zala göz gəzdirdi. Tanış adam görmədikdə gəlinə sarı
döndü:
- Ağca xanım, tək nə üçün, kürsünü yaxına çəksəniz!
Ağca xanım dedi:
- Sağ olun, mən içdim.
Qurşağından ağ, qırağı tikməli, kəpənək boyda bir yaylıq çıxardıb,
boyası pozulmasın deyə, çox ehtiyatla dodağının yanlarını sildi. Ağca
xanım haqq-hesabını vermişdisə də durmurdu. Gəldiyev Verdiyevin sözünə
qüvvətlə israr elədi:
- Bəri çəkin stolunuzu! Kollektivin... dadı ayrıdır.
Verdiyev işarə edib, stəkan gətirtdi. Ağca xanım onlara yanaşanda
Gəldiyev qalxıb yer elədi. Verdiyev dedi:
- Ağca xanım, tanış olun, bizim institut tələbələrindəndir. Qurban da
mənim köhnə yoldaşımdır, Şəmkirdə işləyir.
Gəldiyev qırmızı iri əli ilə Ağca xanımın zərif, xırda, pambıq kimi ağ
əlini sıxdı. Əyləşən kimi yumruğunu stola döydü:
- Qrajdanka, qarj... altı butulka pivə, isqəri!
Qurban onun səhvini düzəltdi:
- Butılka yox, adə, qrafika.
222
Verdiyev Gəldiyevi Ağca xanıma təqdim edəndə "tələbə" deməsi ona
bərk toxunmuşdu. Qurbanın təshihi də bir yandan pərt elədi. Verdiyev
xanımla söhbətə başladı:
- Bəs tək nə üçün?
Ağca xanım dizi üstə qoyduğu redikuluna baxa-baxa dedi:
- Partnixaya gelmişdim. İt qızı da məni zavtra-zavtraya salmaqdan təngə
gətirib. Platiyam hazır deyil, istidən boğulurdum, dedim, bir stəkan sərin
pivə içim, ürəyim yanırdı.
Gəldiyev söhbətə qarışdı.
- Sənətkarlarda yalançılıq adətdir, xanım!
Qurban soruşdu:
- Xüsusidir, ya arteldir?
- Xeyr, xüsusidir. Biz artel-martelə paltar vermərik. Onun oçer-moçerine
kim dayanacaq. Beş şahi baha olsun, çasni olsun. Bir də artel belə tikməz
axı! Bu çoxdan bizə tanış müştəridir.
Gəldiyev istədi desin: "Tanışdır, bəs niyə yalan satır?". "Tanış" sözü
ağzından çıxanda bu sualın yersiz olduğunu dərk edib dəyişdi:
- Tanış olmayanların da paltarını tikər, ya yox?
Ağca xanım Gəldiyevə baxdı. Onun sözündə bir istehza güman edib
dedi:
- Xeyr, tikməz! - Sonra əlavə etdi, - kişi paltarları tikmir!
Gəldiyev yenə hazırcavablıq eləyib demək istədi ki, "Siz nə bildiniz mən
kişi paltan tikdirəcəyəm?". Bu sözü ağlına vurdu, özünü məzəmmətlədi:
"Ay bədbəxt, qadın paltarı tikdirınək istədiyini deyərsən, işi korlarsan, heç
hənanın yeridir?".
Sözünün çəp gəldiyini görüb şüşələri götürdü, stəkanları doldurdu:
- Dünyada
gözəllik yaxşı nemətdir!
Müqəddiməsindən sezilirdi ki, mənalı bir şey demək istəyir. Oturanların
susduğunu görüb, daha da ruhlandı:
- Gözəllik yaxşı nemətdir, heyif ki, hər adamda olmur.
- Hər adamda olsa nemətliyi qalmaz.
Verdiyev Qurbanı susdurmaq istədi: "Toxta!".
- ...Yaxşı nemətdir, demək olar ki, anadangəlmə xoşbəxtlikdir.
- Bəzən də bədbəxtlikdir.
Gəldiyev kiridi. Qurban elə bildi ki, o pərt olub, daha danışmaq istəmir.
Ancaq belə deyildi. Gəldiyev ayrı şey düşünürdü:
223
- Yoldaş Qurban burada bir təzə söz danışdı. Guya gözəllik
bədbəxtlikdir, nesçastiyedir. Qurban ağıllı adamdır, amma mən ha
fıkirləşirəm, bu sözü başıma yerləşdirə bilmirəm.
- Hansı sözü başına yerləşdirə bilmirsən? Qurbanın ağıllı olmağınımı?
Oturanlar qəhqəhə çəkib güləndə Gəldiyev qızardı.
- Yoldaşlar, bilmirəm bu gün niyə belə şair kimi olublar, hər sözlə kritka
çıxartmağı mən də bacararam. Xahiş edirəm, yanımızda əziz qonaq var.
Verdiyev dedi:
- Bu məclis adamı şair də eləyər, o yana da keçər.
Gəldiyev Ağca xanımın üzünə baxdı:
- Mən bu sözü ağlıma sığışdıra bilmirəm ki, gözəllik bədbəxtlik ola!
Qurban dedi:
- Gözəllikdən doğan fəlakəti Allah heç bəndəsinə göstərınəsin.
Məsəl üçün, mənim bir çopur bacım var, indi də evdədir. Nə istəyən, nə
tamah salan oldu. Qız rahat-farağat ağa kimi yaşayır. Amma Mina adlı
göyçək bir qız tanıyırdım, üstündə dava düşdü. Biri bıçaqlandı, ikisi tutuldu,
biri də baş götürüb getdi. Axırda qız özü də ürəkkeçmə azarına düşüb,
Semaşkoda
1
öldü. Yazıq Mina çirkin olsaydı, indi mənim bacım kimi asudə
dolanardı. Yoldaş Kərim, görürsənmi gözəllik adamın başına nə bəla gətirir!
Gəldiyev qabağındakı şüşəni götürüb ortalığa qoydu, sözünə davam
etdi:
- Qurban mətləbi çox uzaqdan başladı. Pervi mən söz almışam, qoyun
bir-iki kəlmə danışım. Kompaniyamızda, xotya kompaniya demək olmaz,
stolumuzun başında adam da var. Qurbanın tanışı nə bilim Semaşkoya
düşüb, ya bacısı evdə oturub qab-qaşıq yuyur, filan, behman... Allah bu
barədə Qurbana səbir versin. Gəlin biz qayıdaq əsil mətləbə. O mətləb
nədir? O mətləb gözəllikdir. Mən bu gün çox şadam ki, Ağca xanım kimi
gözəl, nəcib bir qızla tanış oluram. Qabaq-qabağa oturub, kəlmə verib,
kəlmə alıram. Bilirsən, İslam, bu nə priyatnıdır! İçək, bu qabları boşaldaq
həmin nəcib xanımın sağlığına!
Ağca xanım da stəkam araq qədəhi kimi iki barmağı ilə tutub, havada
saxlayır, içənlərə başı ilə razılıq edir, gülümsəyirdi. Axırda özü də başına
çəkir, sanki, ağzının acısı getsin deyə, tez-tez noxud çeynəyirdi.
1
İndiki Musa Nağıyev adına xəstəxananın əvvəlki adı
224
Onun məclisdə sərbəst hərəkətini, qayda-qanunu yaxşı bildiyini,
kişilərdən az içmədiyini gördükcə, Geldiyev Verdiyevin üzünə baxır,
Ağcanı göstərirdi. Verdiyev işarə ilə cavab verirdi: "Görüb götürmüş
arvaddır..." Gəldiyev Ağcanın göz çuxurlarna, alın cizgilərinə,
yanaqlarından aşağı an çökəklərinə diqqət edəndə, üzündəki boyaları
seçəndə qadının yaşlı olduğunu, ancaq özünü cavan saxlamağı bacardığını
duydu.
Dostlar qalxanda Verdiyev Gəldiyevə dedi:
- Mən yataqxanaya gedəcəyəm, tələbələrin yer-yurduna baxmağa.
Gecdirsə də gərək dəyəm. Zəhmət də olsa sən Ağca xanımı evlərinə
ötür. Yuxarıda, Sovetski tərəfdə olurlar. Xahiş edirəm tək buraxma!
Ağca xanım razılıq elədi:
- Zəhmət çəkməyin, özüm gedərəm, hələ gec deyil.
Gəldiyev kişiləndi:
- Bizə nə deyərlər, ay Ağca xanım! Deməzlər bəs üç başı papaqlıdan bir
qanacaqlı tapılmadı?..
Onlar Kommunist küçəsindən diklənib, sağa buruldular. Oradan da
qaranlıq, tərəddüdsüz döngələrin birinə keçib, gözdən itdilər. Gəldiyev bu
görüşdən sonra Ağca xanımın həyat yoluna beləd oldu. Bildi ki, o
Zakirbəyovlardandır. Firavan güzəran görmüş adamdır. Altı ay ərdə olub.
Xasiyyətləri tutmadığından ayrılıblar. Dörd yaş yarımlıq bir oğlu var, övlad
haqqı verirlərsə də almır, ehtiyacı yoxdur. Özü işləmək istəyir.
Ağca xanım keçmiş ərini deyəndə, rıədənsə, Gəldiyev Zoyanı
xatırlamadı. Ancaq övlad haqqı adı gələndə xəyal elədi ki: "Deyəsən,
taleyimiz arasında oxşayış var. O, nəcibdir, aliment istəmir, mənimki
nanəcibdir, əl çəkmir". Ürəyinə gəldi ki: "Belə şeyin üstünü vurmazlar".
Gəldiyev Ağca xanımı lap evlərinə qədər gətirdi. Qayıtmaq istəyəndə
Ağca təklif elədi.
- Buyurun, çay için.
- İndicə pivə içmişik ki!
- Pivədən sonra pis olmaz.
Kərim boyun qaçırmaq istəmədi. Ürəyində "Fürsətdi, bismillah!" - deyib
içəri girdi.
Ağca xanımın evi, səliqə-sahmanı onu valeh elədi. Xanım böyük və uca
pəncərələrin şüşəsini örtməsə də qara, ağır və qotazlı, piləkli pərdələri saldı.
Sanki bununla otağın və otaqdakıların kənar aləmdən
225
əlaqəsi kəsildi. Gəldiyevdə xoş bir məhrəmlik hissi oyandı. Oturan kimi ev
sahibi onun qabağına bir albom qoydu, özü mətbəxə çay hazırlamağa getdi.
Gəldiyev köhnə, divarı naxışlı, varlı bir adamın olduğu seçilən otaqları
nəzərdən keçirdi. Albomu varaqlayıb, dalısı ərəb hərfləri ilə yazılan
şəkillərə baxdı. Bunların içində ticarət palatası, yarmarka komitəsi, tomojna
məmurları vardı.
İçəri otaqda çarpayı səsi Gəldiyevi diksindirdi. Özü kimi başqa bir
vaxtsız qonağın olacağından qorxdu. Əyilib baxanda uşaq çarpayısını
gördü. Yadına düşdü ki, Ağca xanımın oğlu var. Bu haman uşaqdır ki, Ağca
xanım həyatında buraxdığı ikinci səhv adlandırır.
Deyirlər hər şey var-dövlətdən asılıdır.
Ağca xanımın atası Hacı Abdulla təkcə Bakıda yox, bütün Qafqazda beş
kişinin biri idi. Dərbənddə, Aşqabadda, Mərvdə, Buxarada, Vladiqafqazda,
Batumda onun adını çəkəndə tanıyırdılar. "Hansı, o gödək Hacı Abdulla? O
milyonçudur!"
Bəli, Hacı Abdulla milyonçu idi. Ancaq onun yeganə istəkli və göyçək
qızı Ağca nə atasının milyonçuluğunu, nə də bunun nə demək olduğunu
bilirdi. Onun yadında qalan budur ki, səhər anası ilə faytona oturar, əmiləri
evinə, toya, qonaqlığa, nişana, xeyrata, görüşə, oyuna gedərdi. İkinci bir
fayton da nökərləri, ayrı-ayrı qutulara bağladığı peşkəşləri gətirərdi. Bunları
Ağca güc ilə yerdən qaldırıb qohumlarına paylardı. İpəksaplı qutunun
bağından tutub ortalığa sürüyərdi:
- Bu Zibanınkıdır.
- Bu da sənin!
Əmisi uşaqları peşkəş qutularını açmamış Ağcanın ürəyi sakitləşməzdi.
Elə bilərdi gətirdiklərini yerinə çatdırmayıb. Qutunu bəzən Ağca özü açardı.
Budur, Zibaya çəkmə, corab, oyuncaqlar. Lətifınki qara məxmərdən bir dəst
paltar, bir də gümüş toqqa, gümüş xəncər, gümüş vəznələr. Əmilərə çal
papaq, Tələtə qatı açılmamış ləzgi şalı, yaylı uşaq avtomobili...
Qohumlar sevinişər, Ağca bundan ləzzət alardı.
O da Ağcanın yadındadır ki, cümə axşamları, bayram axşamları əmiləri
səfərdən qayıdanda özü də belə peşkəşləri qəbul edərdi. Novruz bayramında
onun başına o qədər pal-paltar, bər-bəzək, şirniyyat, oyun şeyləri tökərdilər
ki, zalın ortasında tərpənməyə yer qalmazdı. Bu səxavətli qonaqların
hamısından artıq, nədənsə, Təbarəkin sovqatlarına fıkir verilirdi. Atası tez-
tez onun adını çəkərdi, hamı görünərdi,
226
Təbarək görünməzdi. Daha sonralar Ağca bildi ki, Təbarək onun
nişanlısıymış. O, ancaq toyda gələcək, ancaq onda görüşəcəklər.
Ağcanın uşaqlıq günləri beləcə şən-şətarətlə, əzizlik, bəxtiyarlıqla keçdi.
Günün birində bu dəm-dəsgah lap böyüdü. Aləm, xara geyinmiş kimi, par-
par parıldadı, evlərin qabağı camaatla doldu, musiqi çalındı, kişilər, qadınlar
dəstə ilə evə doldu, gümüş göyə sovruldu, güllələr açıldı, oğlanlar küçəyə
səs saldı, xonçalar bəzəndi, şamlar yandı, axund xeyir-dua verdi, faytonlar
tərpəndi, sanki şəhərin bir hissəsi o biri hissəsinə köçdü.
Ağca gözünü açıb özünü Təbarəkin otağında gördü...
Onun birinci səhvi bundan ibarət idi.
Bilən olmadı Təbarəkin nəyi pisdir, niyə Ağca beş gün onun evində
oturmadı. Toydan bir ay sonraya qədər hər gün səhər fayton Ağcanı atası
evinə gətirər, axşam ər evinə qaytarardı. 31 -ci gün axşam fayton nə qədər
dayandısa Ağca atası evindən çıxmadı. Özü də soyuq, küləkli bir axşam idi.
Axırda anasının faytonçuya rəhmi gəldi:
- Dur get, oğul, özünü soyuğa verərsən, yenə qızın tutması tutub!
Hacı Abdulla qızının ər evinə getməyəcəyini yəqin edəndə ürək verdi:
- Qızım, - dedi, - sıxılıb eləmə, istəmədiyin adama getməyəcəksən. Bunu
mənə qabaqcadan da deyə bilərdin. Əlli qızım yoxdur, bir qızım var. Onu da
xunciyər eləyə bilmərəm. Otur, bu ev-eşik sənindir. Havaxt kimi istərsən
gedərsən. Heç könlünə qubar-zad gəlməsin!
Bu təsəllidən sonra Ağca başa düşdü ki, bütün külfətləri səhv iş
görmüşdür.
İkinci səhvinin öhdəsindən gəlmək istəyirdi, anası qorxurdu: "Amanın
bir günüdür, bala, tələf eləmə. Elə işdən hər adam salamat qurtarmır. Allaha
da xoş getməz, cavan canını bədbəxt eləmə!".
Ağca dedi:
- Qucağımda bəbə gəzdirməkləmi xoşbəxt olacağam?
- Uşağı qoy mənim öhdəmə! Sən get cavanlığını elə!
Ana ilə qız arasında bu söhbət olan günün axşamı vergi yığanlar Hacı
Abdullanın qapısını döydülər. Arvad qışqırdı ki: "Ay aman, hamilə arvad
var, qorxar, çıxın bayıra!".
Onlar eşiyə çıxanda Ağcanın qoltuğuna iki boğça verib, qonşu otağa
ötürdü. Ağca boğçaları pəncərədən o biri həyətə saldı. Bir neçə dəfə belə
gedib-gəldi; anası onu eyvana çıxartdı, vergi yığanlara izin verdi.
227
Evdə şey qoymamışdılar. Olan Ağcanın cehizi idi. Gələnlər bəzi şeyləri
yazıb getmişdilər.
Hacı Abdulla gündüzdən yola çıxmışdı.
Dükanını möhürlü görəndə səhər başıaşağı evə qayıdıb, pul çamadanını
götürmüş, uzaq səfərə yol almışdı. Arvadına tapşırınışdı: "Qız bilməsin,
yazacağam, yığışdırıb gələrsən".
Atası gedəndən bir il sonra Ağcanın anası sətəlcəmdən öldü. Əmiləri də
yaxın gəlmədi. Qız körpəsi ilə tək-tənha qaldısa da özünü itirmədi.
Dünyagörmüş xanımların məsləhətiylə bir dayə tutub, uşağı ona tapşırdı.
Özü də zəhmət çəkib, orda-burda gizlətdiyi boğçalardan birinin böyründən
xərcləməyə başladı.
Bundan sonra Ağcanın dost-aşnası çoxalırdı. Onu yeni tikilmiş bahalı
libaslarda, şəhərin ən gözəl, ən yaraşiqlı oğlanlarının qolunda "toqsinə"
girən, "mostorqdan" çıxan, "Novaya Yevropada" oturan, bulvarda gəzən,
söhbət eləyən, musiqi dinləyən, nəhayət, yaxşı həkimlərin qapısında
gözləyən görərdilər.
Ağca xanım "bəxtəvərlərin bəxtəvəri" idi. Bakının axar-baxarlı
küçələrinin birində dörd otaqdan ibarət, ağzinacan dolu, topdağıtmaz ev-
eşik təkcə ona qalmışdı. Rəzəli sandıqdakı boğçaların hərəsi bir ömrə bəs
elərdi. Özü də cavan, ay kimi açılmış, gün kimi gümrahlaşmış, gəlinlər
bulağından təzəcə su içmişdi. Şəhərdə beş qızın söhbəti var idisə, biri Ağca
xanım idi. Müsamirələrdə qabaq cərgədə oturan, teatrların baş lojasını tutan,
ilk tamaşaları buraxmayan, məsxərə yarışında diqqəti cəlb edən,
seyrəngahlarda ən şux görünən də Ağca xanım olardı. Güman edərdi ki,
xanəndə ona baxıb segaha dəm verir, tarçı acığını simlərdən çıxır, məruzəçi
ibarə başlayır, şair onun göz-qaşına bədahətdən bir bənd artıq deyir...
Özünəgümaanı gələn hər gənc onunla oturub-durmağı xoşbəxtlik sayırdı.
Ağca xanım bunların hamısını hiss edər, gününü xoş keçirməyə səy
edərdi.
Deyəcəksiniz niyə ərə getmirdi? Deyəcəyəm: alan yox idi! Deyəəksiniz:
bayaqdan şəhər cavanları Ağcaxanımın əsiri idilər, niyə bəs alan olmasın?
Siz mənim yalanımı tutmaq istəyirsiniz! Mən də dedim şəhər cavanları
Ağca xanımla maraqlanırdı. Bunu yenə də deyirəm. Ona görə də Ağca
xanımı heç kəs almırdı.
228
Bəli, qəribə də elə budur. Ağca xanım ilə bir axşam vaxt keçirməyi
səadət bilən gənclərin heç biri ona həmişəlik yaxın durmaq istəmirdi.
Bilirdilər ki, ona həmişəlik sahib olmaq mümkün deyil. Əvvəl o, "baxışına,
duruşuna, gülüşünə qurbanam" deyən bir məsul işçiyə könül vermək istədi.
Məsul işçi bunu hiss edən kimi daha gözə görünmədi. Sonra bir hərbiyəlinin
nəvazişləri Ağcanın xoşuna gəldi, ürəyinin mətləbini deyəndə hərbiyəli üzr
istədi: "Bizlər, - dedi, - bü gün varıq, sabah yox, mənim bir ayağım
otaqdadırsa, bir ayağım cəbhədədir. Risk eləməyin, məsləhət görmürəm,
səni sevdiyim üçün də almaq istəmirəm... Sağlıq olsun, kapitalizm
əhatəsinin öhdəsindən gələrik, düşməni qovub dənizlərə tökərik, onda bu
haqda danışmaq olar..."
Sonralar Ağca, nədənsə, heç belə təmənnaya düşmədi. Görüşüb ünsiyyət
bağladığı adamdan asanlıqla ayrıla bilərdi. Ayrıldığı adama
qovuşduğundan, qovuşduğunu ayrıldığından fərqləndirmirdi. Ancaq yenə
ürəyinin dərinlərində həsrətmi, ağrımı, arzumu deyək, nə deyək, incidici bir
hiss oyanırdı. Bir-birini təqib edən qayğısız gənclik günlərinin izində sanki
boranlarla süpürülmüş soyuq bir səhra ağarırdı. Get-gedə bu səhra böyüyür,
soyuyur, tənhalaşır, sükut içində batıb qalırdı. Ağca düşündükcə
təsəvvürünə gələn və onu vahiməyə salan mənzərələrdən üz döndərməyə,
hər şeyi unutmağa, nəyə, kimə isə ümid bəsləməyə çalışırdı.
İstəyirdi ki, ona indi sadəcə Ağca yox, filankəsin arvadı desinlər.
İstəyirdi ki, rəsmi də olsa birisinin, bir abırlı kişinin olsun. Məclislərə,
ziyafətlərə başqaları kimi o da cüt getsin, cüt qayıtsın. Xüsusilə zəmanəyə
münasib oxumuşlar, firqəçilər, komsomolçular, ziyalılar ilə durub-oturmağı
arzu edirdi. Buna görə də Gəldiyev ilə görüşməsi Ağca xanımı
sevindirımşdi.
Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. Ağca xanımın daş-
qaşla parıldayan səxavətli əlləri stol başında tərpəndikcə süfrə ulduzlu göy
kimi bərq vurardı. "Nikolaydan qalma" stəkan-nəlbəkiləri, qırmızı mürəbbə
qablarını, göy meyvə büllurlarını gətirib tökər, növbənöv mürəbbələr
çıxarar, şəkərçörəyi düzər, lumu kəsərdi. Çox çəkməzdi ki, ev sahibinin
qohum-əqrəbası, yaxın yoldaşlarından bəziləri yığılardı. Xüsusilə yetim
qalmış bacıqızı gələndən sonra Ağca xanım məclisi ona həvalə edərdi. Özü
yumşaq divanda oturub, sədəfli qarmonu dizi üstə qoyar, açıb-büzər,
vücudu da qarmonla bərabər uzanıb gedərdi. Gəldiyev özünü məhrəm bir
evdə, - qız-gəlin içində görəndə
229
cənnətə düşdüyünü güman edər, inanmağı gəlməz, "yuxu aləmi" olmasın
deyə, zənnini yoxlamaq üçün neçə dəfə kirpik çalar, gözünü bərk yumub,
boş açardı, "Yox, həqiqətdir!" Ağca xanımı qarşısında sərbəst əyləşən və
çalıb-oynayan görəndə sevincindən özü də çargah başlamaq istərdi. Səsi
gəlmədiyindən özünə qəzəblənər, Ağcanın qolundan ərklə tutub rəqsə çəkər,
balalarını öyrədən qartal kimi qol-qanad açar, oturanlara deyərdi: "Əl vurun,
əl vurun!".
Verdiyev bir gün məktəbdə Gəldiyevlə zarafat elədi:
- Aşna, - dedi, - özünü yaman yerə yıxmısan ha! Gec gəldin, əcəb tez
öyrəndin. Gözlə, bir balaca məişət pozğunluğuna oxşaya bilən işlərə doğru
meyl göstərmək niyyətinə yuvarlanarsan ha!
Gəldiyev irişdi:
- Ay İslam, sən allah, boşla! Qoyarsan kasıbçılığımızı eləyək, ya yox!
Vərdiş, deyirlər ki, insanda ikinci xasiyyətdir. Gəldiyev həyata nəqd
baxan adamdır. Onun üçün Ağca xanımm səliqəsi əvəzsizdir. Bu səliqə,
Gəldiyevi qız dalınca düşməkdən, bulvara çıxıb ona-buna sataşmaqdan
qurtarırdı. İndi bu evdə o, keçmiş Bakı varlılarının həyatını yaşaya bilərdi,
ürəyində neçə dəfə deyirdi: "Zalım burjuaziya, nə kef görüb!.. Təki mən də
elə ömür sürüm, sonradan dalımca ha söysünlər". Bir də Ağca xanım və
onun evi Gəldiyevi dərsdən sonra "Ermənikənddəki" yataqxanaya
qaçmaqdan, qarlı-boranlı günlərdə tramvaylardan sallana-sallana instituta
iclasa gəlməkdən qurtarırdı. İclas olan günlər iki nömrəliyə oturur, Ağca
xanımgilə gedir, yeyir-içir, rahatlanırdı. Axşam da durub hamıdan tez iclasa
gəlirdi. İllərdən bəri arzuladığı "normal" həyatı tapmışdı. Neçə dəfə Ağca
xanıma pul təklif eləmişdi, Ağca xanım acıqlandı. O da rastına düşəndə
əlinə keçəndən, Corat qovunu, ya bir Şəmkir qarpızı, ya bir qutu konfet, bir
şüşə Kon-kordiya çaxırı..., İstirahət günləri də bir şaqqa ət çəkdirib aparırdı.
Ağca xanım Gəldiyevin bazarlığını bəyənmirdi:
- Bu, - deyirdi, - qoca ətidir, səni aldadıblar. Çaxın, arağı, oradan
almazlar, sən Bakıya nabələdsən. Pulu korlama! Kooperativçilər bu
konfetləri xam adama verirlər. Özün ilə bir dəfə gedək, onun abırını ətəyinə
büküm, qoy səni tanısın.
Bunlar Gəldiyevin şəstinə dəyirdi:
- Bax, Ağca, bir də bura ayaq basmaram ha!
Ağca onun qolundan tutub çəkir, divanda, öz yanında əyləşdirib, başa
salırdı:
230
- Ay mənim key balam, sənə qıymıram. Lazım deyil, o qədər xərcləməli
yerlərin olacaq ki, nə tələsirsən. Sən məni bir kinoya, teatra apar ey!
- İstəyirsən bilet alım, sirkdə yaxşı tamaşa var.
- Sirki neynirəm! Pişik maşın sürür. Teatra apar, teatra!
- Teatr skuçna olur.
- Tək getmirsən ki, ikimiz gedərik!
Gəldiyev Ağca xanımın xəcalətindən çıxmaq üçün tələbələrə gələn
güzəştli biletdən iki dənə ayırır. Ağca ilə getməli olurdu. Biletlər dal
cərgələrə alınmış olanda Ağca redikulunu qoltuğuna vurub, dəhlizdə
dayanır, qapıda işləyən qadına acıqlanırdı: "Bu nə yerdir bizə veriblər, ayıb
deyil? Məsul işçi gəlsin tələbələrdən də dalda otursun?".
Onları qənnadı dükanından, şəkilxanadan, peşkəş mağazasından çıxan
görərdilər. Kişi dəlləkxanasının qabağında Ağca xanım gözlərdi. Qadın
dəlləkxanasının qabağında Gəldiyev var-gəl edərdi. Bir ay çəkmədi ki,
Gəldiyev ilə Ağca xanımın söz-söhbəti ağızlarda gəzdi. Biri deyirdi:
"Dünən səni qırmızıpapaqlı arvad ilə Mirzə Fətəli bağından keçəndə
gördüm". O biri deyirdi: "Saqqala salam vermirsən, ay Kərim! Kinoda niyə
özünü görməməzliyə qoymuşdun?". Bəzisi də küsənirdi: "Əcəb adamdı o
yanındakı... hardan tapmısan onu, həmişəlik olsun".
Gəldiyev ha inandırırdı:
- Canım, söz eləməyin, kulturnı olun. Ayıbdır, tanış adamdır, qulağına
çatar...
Ağca xanım tərəfdən Gəldiyevi tanıyanlar isə ədəb-ərkanla təbrik
edirdilər: "Mübarək olsun, amma bizi toya çağırmadm ha..." Gəldiyev
bunlardan da danırdı.
- A kişi, evlənmək nədir, zad nədir, məktəbi qurtarmaymca elə şey
fıkrimə gəlmir.
* * *
Dekabrın axırlarında tələbələr qış imtahanlarına hazırlaşırdılar. Gəldiyev
məşğul idi. Ağca xanım onu partkom otağında tapdı, kənara çağırıb dedi:
- Təzə ili bizdə qarşılayacağıq. Birisi gün gələrsən. Gəldiyev sevindi:
- Ay qız, xərcdən-mərcdən payımıza düşəni deyin görək.
231
Ağca xanım barmağını siikələdi ki, "danışma".
Təzə ili Gəldiyev bir çox tanıdığı və tanımadığı qonaqlar ilə Ağcagilin
zalında qarşıladı. Qonaqlar gedəndə səhərə az qalmışdı. Tramvaylar çoxdan
dayanmış, şəhər yatmışdı. Boran ağ tük süpürgəsilə küçələri gah yuxarı, gah
aşağı süpürürdü. Ağca xanım Gəldiyevə eşitdirdi: "Sən getməyəcəksən".
Qonaqları pilləkənlərdən ötürüb qayıdan Gəldiyev soyuq havadan isti
evə girəndə xoşhallanır, əllərini ovuşdura-ovuşdura bu otaqdan o birisinə
keçir, xışhaxış ipək yorğan-döşək açan Ağca xanıma minnətdarlıq edirdi.
"Sənə də yaman zəhmət veririk, gərək bağışlayasan". Gəldiyev Ağca
xanımın mehmannəvazlıqla o yan-bu yana keçməsmə, tük balışları
şapalaqlayıb yumşaltmasına baxır, ürəyində fikirləşirdi: "Bu qadın səfehdir,
hiyləgərdir, ya ağıllıdır? Səfeh adam belə səliqə yiyəsi olmaz, bu cür ev
saxlamaz. Səfeh əldən bu qabiliyyət çıxmaz. Ağıllı adamdırsa, var-yoxunu
niyə göyə sovurur? Özün dul arvad olasan, kənarlardan gəlmələri başına
yığıb, belə xərc tökəsən? Buna kim ağıllı deyər? Bu pulunun dəlisidir...
Bəlkə bir hiylə var?".
Son zənni Gəldiyevə gülünc gəldi. Molla Nəsrəddinin ərizə yazan qazını
aldatması yadına düşdü. Xəyalında dedi: səhv olsa, küpədə olacaqdır,
ərizədə səhv yoxdur. İndi burada da hiylə varsa məndədir. Onun hiyləsi
yağ-düyüdür, bişirir, mürəbbədir, gətirir, gözəllikdir, təslim edir..."
Bu xəyallar Gəldiyevə ləzzət verirdi. Ancaq ürəyində yenə bir sorğu
səsləndi: "Axı bu arvad sənin nəyinə bənd olub?".
Doğrudan da Ağca xanımın, ya da ona bənzər başqa bir xanımın
ehtiramına nail olmaq üçün ya müstəsna gözəllik, ya nadir sənət, ya da
yüksək rütbə lazım gələrdi. Gəldiyevdə bunların heç biri olmadığından o,
Ağca xanımın səfehliyinə inanmaq istəyirdi. Bir az düşünəndə onun ağıllı
olduğunu kəsdirdi. "Tacir-tüccar içindən çıxmış adamdır. Mənim kimi bir
fırqəçi, ziyalı ilə dost olmağına fəxr edir də! Kor deyil, görür ki, təşkilatda
işləyirəm. Beş adam sözümü eşidir. Görür ki, sabah məktəbi qurtarmağıma
macal verməyəcəklər, yaxamdan tutub, bir yerə direktor, ya naçalnik
qoyacaqlar, hardadır indi mütəxəssis, həm də kommunist. Yaxşı, bunu bilə-
bilə niyə yaxın gəlməsin, niyə aşna olmasın? Gedib şübhəli, bitərəf
elementləri kavaler seçməyəcək ki... Yəqin söhbət düşəndə döşünə döyür:
"Filankəslər bizdə idü". Qoy sevinsin, yazıqdır. Ona sevinmək qalacaq,
mənə də xoş gün!
232
Gəldiyev səhər saat onda ayıldı, öz-özünə "Ayıbdır, gəlib görən olar"
deyə cəld durdu, geyinib getmək istədi. Ağca xanım dedi:
- Dayan, sözüm var!
Gəldiyev qayıtdı. Bir də gördü qoltuğunda portfelə oxşayan bir şey
gətirən cavan bir oğlan içəri girdi.
- Olarmı?
Ağca xanım onu baş otağa keçirdi. Gəldiyevi çağırdı.
- Dur gəl bir şəklimizi alsın.
Gəldiyev tez güzgü qabağına keçdi. Yaxasını, başını düzəltdi. Cavan
oğlan onları yan-yana oturtdu, başlarını yanaşdırdı, aparatı çıqqıldatdı.
Gəldiyev maraqlandı:
- Bunun birini havaxt almaq olar, mastır?
- Sayasım bu saat verə bilərəm. Kabinetni istəsəniz üç günə!
- Kabinetnidən birini mənə hazırla!
Ağca xanım dedi:
- Sənin işin yoxdur, özüm böyütdürəcəyəm.
Gəldiyevin ürəyinə bir şey gəldi: "Mənim şəklimi evdə vurar, gəlib-
gedənə göstərər, yaxşı deyil. Aramızda olan münasibəti aləm niyə bilsin".
İstədi Ağca xanıma bu şəkillər barədə bir şey desin, bacarmadı. Bircə
bunu deyə bildi:
- Necə mastırdır? Yaxşı çəkir?
- Yaxşı olmasa, çağırarammı?
Gəldiyev paltosunun boğazını qaldırıb, dəhlizə çıxanda Ağca xanım
dalınca gəldi: "Axşam gözləyirəm".
- Ağca, zəhmət verdiyim bəsdir.
Ağca bir az qətiyyətlə çağırdı:
- Zəhməti-zadı yoxdur, xörəyimiz var. Qonağım olacaq, hökmən
gələrsən!
* * *
Gəldiyev axşamkı müvəffəqiyyətini deməyə adam axtarırdı. Zəngi basıb
katibi çağırdı:
- Gör direktor gəlib?
Verdiyevin gəldiyini biləndən sonra durub kabinetinə getdi. Verdiyev əl
verib onun yeni ilini təbrik elədi. Yenə yumşaq sandalına söykənib, məbhut
qaldı. Məlum idi ki, yaxşı yatmayıb. Gəlib-gedən isə
233
onu rahat qoymurdu. Bir tələbə müəllimin qiymətlərindən narazı idi. Kitab
imzalatmaq üçün bir dəstə kağız gətirmişdi. Yerli komitə sədri Lenin
günlərini keçirınə planını razılaşmaq istəyir, nəşriyyat nümayəndəsi hansı
kitablara isə abunə yığırdı... Xüsusilə davakar tələbə Verdiyevi
qısnaşdırmışdı, əl çəkmirdi. Verdiyev müəyyən cavab verə bilmirdi: "Sabah
gəl" deyəndə tələbə ayağını yerə döydü:
- Yoldaş direktor, sizin kabinetə girmək özü möhkəm bir iradə istəyir,
hər igidə müyəssər olmur. Təvəqqə eləyirəm, mənə qəti cavab verəsiniz, ya
hə, ya yox!
Gəldiyev direktoru onun əlindən qurtardı:
- Naxçıvanlı deyilsən?
- Onun nə dəxli?
- Yox, eləcə soruşuram. Fərhadovdur da familiyan?
Tələbə bir az şübhələnən kimi oldu:
- Bəli, Fərhadovdur.
- Səni mən görmək istəyirdim. Axşam saat 8-də partkom otağına
gələrsən.
- Baş üstə.
Tələbə üzünü Verdiyevə çevirib yenə danışmaq istəyəndə Gəldiyev
qoymadı:
- Fərhadov, gələrsən danışarıq, axşam!
İşarə ilə onu qovdu, sonra içəridəkilərə döndü:
- Yoldaşlar, bir yarım saat bizi tək buraxın. Partkomun suroşni, vacib işi
var.
Gəldiyev bunu deyib ayağa qalxdı, qapının əlcəyindən tutub, müntəzir
dayandı. Hamı çıxdı. Gəldiyev qapıçıya tapşırdı:
- Zənitik, adam buraxma!
Qapıçı çıxandan sonra Verdiyev dostunu danlamaq istədi:
- Sən lap ağ eləyirsən. Qəbul saatıdır axı, nə deyərlər bizə?
Gəldiyev əli ilə rədd işarəsi verdi, keçib Verdiyevin qabağında oturdu,
gülə-gülə başladı:
- Sənin canın üçün, təzə ili elə vstereçat eləmişəm ki, heç Nikolay öz
arvadını elə vstreçat eləməyib.
Verdiyevin dodaqlan qaçdı. Gözucu qapıya baxaraq dedi:
- Budur partkomun vacib işi!
Gəldiyev qapı tərəfə döndü, sanki qapının örtülü olmasından razı
qalaraq, səsinə daha da arxayın ahəng verdi:
234
- Bu ilim gərək uğurlu ola.
Verdiyev onu yaxşı başa düşür, söhbətinin təfsilatını da bilirdi. Ona görə
heç nə soruşmadı.
- Ədə, - dedi, - gözlə, ənbərəni bada verərsən ha!
- Ənbərə nədir?
- Ənbərə o şeydir ki, adam qızanda gözünə görünmür.
Gəldiyev başını tovladı:
- Bu saat mənim gözümə heç nə görünmür. Elə bilirəm ki, bir kasa yağ
içmişəm.
- Tək idin, ya yoldaşın-zadın...
- Axşam məclisdə idik, sonra təkləşdik.
Verdiyev Ağca xanım ilə Gəldiyevi tanış elədiyini xatırlatdı:
- Görürsən, mənim ilə gəzən belə-belə, şeylər yeyər ha...
- Boynumda minnətin var.
- Oğraş özünsən.
- Niyə ad qoyursan, dost-dosta yaxşılıq eləməz məgər?
Verdiyev söhbətə ayrı rəng verdiyini görüb, açıq danışa bilmədi, yalnız
bunu əlavə etdi.
- Bu gecə də zənitəm!
Gəldiyev o gecəni də Ağcagildə keçirdi. Səhər samovarı dəmdə, süfrəni
hazır gördü. Ağca xanım onu tələsdirdi:
- Dur, çayını iç, işimiz var.
Gəldiyev yeyib-içəndən sonra çıxmaq istədi. Öz vəziyyətindən utandı:
"İndi deyər yeyən kimi qaçır". Azca duruxdu, saatına baxdı:
- Birinci dərsimiz texnologiyadır. Gecikirəm. Ağca, mən gedim.
Ağca xanım kinayə ilə dedi:
- Yeri, dərs qaçır!
Gəldiyev onun qolundan tutdu:
- Dərs qaçmırsa, gülüm, sənnən də az oturmadıq ha, iki gündür
burdayam ki...
Ağca xanım geyindi, uşağa tapşırdı ki, eşiyə çıxmasın. Geldiyevə
qoşulub gedəndə Gəldiyev soruşmaq istədi: "Sən hara?". Xətrinə dəyər,
deyə soruşmadı. Pilləkənlərdən enəndə Ağca xanım onun qoluna girdi.
Tramvay tərəfə qoymadı, küçə aşağı yeyin getdilər.
Dünənki bərk qardan sonra gün çıxmış, hava durulmuşdu. Əriyən qarın
axıb getdiyini, novdanlardan suyun töküldüyünü gördükcə yaz yada
düşürdü. Amma Bakıda belə günlər, qışda yazı, yazda qışı və pa-
235
yızı andıran günlər çox olur. Gəldiyev tramvay xəttinə mümkün qədər tez
çatmaq, Ağca xanımdan ayrılmaq istəyirdi: "Nə lazım, görən olar..."
Verdiyevin sözü yadına düşdü: "Gözlə; bir balaca məişət pozğunluğuna
oxşaya bilən işlərə doğru meyl göstərmək niyyətinə yuvarlanarsan ha!.."
Buna bir qorxağın vahiməsi deyib güldüsə də yenə tələbələrdən
çəkinirdi. Ancaq bu hissini Ağca xanımdan gizlətməyə çalışırdı. Tramvay
xəttinə çatan kimi küçə saatına baxacaq, dizinə döyüb yüyürəcək ki:
"Vaxtım keçdi, uşaqlar məni gözləyir".
Gəldiyevin niyyəti Ağca xanıma məlumdurmu, məlum deyilmi, bu
barədə heç nə deməyəcəyik. Bircə onu bilirik ki, Ağca xanım Kərimi
tramvay xəttindən çox uzaq, instituta da səmt olmayan bir tərəfə, Proletarski
küçəyə çəkdi. Gəldiyev dedi:
- Hara gedirik?
- Mənimlə getmək istəmirsən yoxsa?
Gəldiyev şeir ilə cavab verdi:
- Hara getsən səninlə mən də varam...
Ağca xanım şüşəbəndi təzə salınmış, hələ rənglənməmiş bir dükanın
qapısında dayandı. Əvvəlcə Gəldiyevi itələdi, dalınca özü girdi. Gəldiyev
güman elədi ki, haradırsa Ağca xanımın işi var. Tək gelməyi münasib
bilməyib.
Bura darısqal, alçaq, yarımqaranlıq bir otaq idi. Ancaq səliqədə idi. Sağ
və sol tərəfdə köhnə, uzun kürsülər qoyulmuşdu. Bir neçə adam oturub
gözləyirdi. Gəldiyev gülə-gülə soruşdu:
- Bura haradır?
Ağca dinmədi. Otağın dib tərəfinə baxdı. Dib tərəf maliyyə idarələrində
olan kimi alçaq şüşəbənd ilə qurşağa qədər kəsilmişdi. Ağca yeriyib,
şüşəbəndin qapısını açdı. Onu içəri çağırdılar, getmədi. Qayıdıb Gəldiyevə
işarə elədi. Gəldiyev əlləri paltosunun cibində, deyəsən, idarə başçısının
otağına girdi. İdarə başçısı ortayaşlı, qarayanız, arıqca bir adam idi. Qalxıb
əl verdi, yer göstərdi:
- Mübarək olsun! - dedi.
Gəldiyev:
- Sağ ol, - cavabını versə də, niyə mübarəkbazlıq olunduğunu seçmədi.
Ağca üzünü arıq kişiyə tutub dedi:
- Ay Paşa, bizı yola sal, Kərimin dərsi var.
Paşa:
236
- Bu saat! - deyib çağırdı: - Həbib, Həbib!
Ağ geyimli bir oğlan gəldi. Paşa yazdığı kağızı ona verdi:
- Həbib, bu yoldaşlan qabağa sal.
Həbib onları apardı. Gəldiyev Ağcanın qolundan tutub, ahəstə səslə
soruşdu:
- Nə məsələdir?
Ağcanı gülmək tutdu. Ciddiliyini pozmadı. Gəldiyev bir də soruşmaq
istəyirdi ki, Həbib şüşəbəndin qabağında dayanıb təklif elədi:
- Buyurun bura!
Gəldiyev gözünü Ağca xanımdan ayırmayaraq, pərdənin dalısına keçdi.
Həbib pərdəni örtdü, gülər üzlə Gəldiyevin qarşısında dayandı: Onun üzünə
baxdı:
- Soyunun, xəstəliyə-zada tutulduğunuz olmayıb?
Ancaq indi Kərimə əyan oldu ki, bura nə imiş, Ağca xanım onu nə üçün
gətirib və həkim nə üçün belə sözlər soruşur. Elə bil başından bir qazan dağ
su tökdülər. Bütün vücudu mum kimi yumşaldı, gözləri alacalandı. Dizləri
taqətdən düşdü. Başı vurulmuş kimi boynuna endi, boğazından nəgahani bir
"uf' qopdu. Həkimin suallarına ala-yarımçıq cavab verib çıxdı. Qaçmaq
istədi, düşündü ki: "Qaçmaq ilə qurtarmayacaqsan. Dava eləyib
pozdurmasan, evlənmisən ki, evlənmisən", Çaşmış halda qapıları açıb örtdü,
gah müdirin, gah katibin yanına baş vurdu. Ağca xanım həkim otağından
çıxıb, gülə-gülə Gəldiyevə yaxınlaşdı.
Gəldiyev bulud kimi tutulmuşdu:
- Bu nə işdir, Ağca xanım, məndən xəbərsiz məni evləndirirsiniz
deyəsən?
Ağca xanım onun rəngini görüb xəyalını anladı. Sifətinə qəzəbli bir
görkəm verdi:
- Bu nə qaşqabaqdır?
Gəldiyev qolunu ölçdü:
- Mən belə şeyə dözüb eləmərəm ha!
Ağca it ilə qarşılaşmış pişik kimi üzünü qabartdı. Sanki başının tükləri
biz-biz olub tirmə şalı qaldırdı:
- Xəbərin yoxdur?
- Mənim razılığımı soruşmamış, bilməmiş...
Bu anda katib dəftəri və kəbin kağızını gətirib, Gəldiyevin qabağında
tutdu. Gəldiyev heç üzünü o yana çevirmr. Ağca xanımdan cavab istəyirdi:
237
- Mənim razılığım: xahişim...
Ağca xanım onun ağzının üstündən elə bir sillə çəkdi, uzaqdan eşidənlər
elə bildi ki, bez cırdılar.
- Razılıq, xahiş! Gör haçan razılıqdan danışır. Sənin üçün üç aydır
bəyəm istirahət evi açmışdılar, qol çək!
Gəldiyev ağzını tutdu. Bu həngaməyə baxan adamların xəcaləti, qızmış
aslan kimi duran Ağca xanımın qəzəbi, kiminsə hırıldayıb gülməsi, sanki
Gəldiyevi hər şeydən məhrum edir və hər şeyə məcbur edirdi.
Ağca:
- Qol
çək! - deyəndə katib dəftəri daha yaxın tutdu. Gəldiyev başını
qaldırmadı. Qələmi güc ilə tutdu, dəftəri cızdı, nə yazdığını özü də başa
düşmədi. Ağca xanım kağızı qatlayıb redikuluna qoydu. Onu elə şəst ilə
bağladı ki, deyərdin illərdən bəri çalışıb ələ gətirdiyi arzularını oraya
qoymuşdu.
Məmnun bir baxışla adamlara xudahafiz eləyib Gəldiyevin qoluna girdi,
onu çəkə-çəkə tramvay ayağına apardı, vaqona mindirəndə yadına saldı:
- Axşam gecikmə!
Ağca xanımın səfehliyi haqqındakı axşamkı düşüncələr Gəldiyevin
başından dağıldı.
Ağca xanımın təkidilə Gəldiyev İzzəti bağçaya qoydu. Axşam saat
dörddə ötürməli, səkkizdə gedib gətirməli idi. Ancaq həmişə gedə bilmirdi
və getməyəcəkdi də... Ağca xanım hər gün səliqə ilə uşağını geyindirib,
bağçaya yola sala bilsə və vaxtında da gedib gətirə bilsə, heç bağça-filan
lazım gəlməzdi. Özü işləmirdi. Evində oturub, yeganə uşağına qulluq
eləyər, get-gəl əzabından da qurtarardı. İş belədir ki, Ağca xanımın nə uşaq
ilə eylənməyə, nə də bağçaya yola salmağa vaxtı vardı: geyinib-keçinəndə
dünya gözünə görünməzdi. Gəldiyev dərsi, ya iclası bəhanə gətirərdi. Ağca
eşitməzdi.
- Sənə iclas şirindirsə, mənə də teatr...
- Bəs uşaq necə olsun?
- Uşaq var deyən, mən ömrümü puç eləməliyəm ki?
- Ağca xanım, bunu mən yanımda gətirməmişəm, öz balandır, qorxudan
ölər!
- Balamdırsa, mən bilərəm, sən qarışma!
238
Ağca xanım hiss ilə çəkib qapını bağlar, uşağı həyətə endirər, tapşırardı:
- A qonşular, bundan muğayat olun. Oynasın, bir-iki saata qayıdırıq.
Əvvəl qonşular bir söz demirdilər. Elə ki, İzzət hər gün axşamlar
həyətdə, qapı-bacada, ya onun-bunun evində qalmalı oldu, söz çıxdı, hətta
bir gün ev idarəsinin işçisi gəlib, Gəldiyevi danışdırdı da:
- Bu uşağı niyə sahibsiz qoyursunuz?
Gəldiyev üzr istədi:
- Anasının vacib işi olur, qonşulara tapşırıb gedir, uşaqdır, durmur,
qaçır.
İdarə işçisi ona inandı:
- Siz bunun atalığısınız, nə qədər yaxşı baxsanız, ögey deyəcəklər. Elə
eləyin, uşaq sarıdan sizə diqqət tutan olmasın.
Gəldiyev ondan sonra uşağı bağçaya verdi. Ağca bir-iki gün özü yola
saldı. Sonra uşağın yolu tanıdığına arxayın oldu, axşamlar onun qeydinə
qalmadı.
Bağça saat səkkizdə bağlanırdı. Ağca xanımın qapısı saat səkkizdə
açılmırdı. Uşaqlar bağçadan dağılışanda İzzət əlləri dizində dəhlizdə,
qarovul kürsüsünün üstündə tək oturub mürgüləyirdi. Qulluqçular bağçanı
silib-süpürər, yığışdırardı. İzzətin adamı gəlmədiyini görüb onu ötürərdilər.
Buna da Ağcanın acığı tutdu:
- Ay itin balası, özün gələ bilmirsən bir addım yolu? Niyə qapını ona-
buna tanıdırsan!
O idi ki, İzzət qorxusundan heç kəsə qoşulmurdu. Anası, ya Gəldiyev
gəlməyəndə yola düşüb maşından, tramvaydan, milisdən, keflidən qorxa-
qorxa gəlirdi.
* * *
Rübabə dərsdən qayıdanda və ikinci dəfə İzzəti küçədə tək görəndə
izindən əl çəkməməyi qət etdi. Özünü ona göstərmədi, dalısınca gəlib
evlərinə çatdı. İzzətdən beş dəqiqə sonra qapını döydü. Su daşıyan qarı
qabağa çıxdı:
- Ay xala, İzzət kimin uşağıdır?
Qarı heç nə demədən həyətə çəkildi. Bir az sonra Ağca xanım qabağa
çıxdı. Rübabə dedi:
239
- Bağışlayın, bu uşağı mən ikinci dəfədir sahibsiz görürəm. Gecə vaxtı,
böyük şəhər, küçədə beş yaşlı uşaq...
Ağca xanım bunun ağzını yamsılayıb danışdı:
- Bağışlayın, bunun sizə nə dəxli?
- Uşaq bədbəxt ola bilər...
Ağca qışqırıq saldı:
- Bədbəxt olsun canın. Bikarlamısınız, bilmirsiniz nə hoqqa çıxarırsınız!
Sizinki uşaq deyil, böyük dərdidir. Qızışıbsınız, çarə tapın,
Kərimin ailəsi var, ay yazıqlar! Ummayın, şişərsiniz!
Vaxtilə Gəldiyev Ağcaya danışınışdı ki, məktəbdə bir neçə qız var,
məndən el çəkmirlər. Biri lap məktub-zad da yazıb. Ancaq Rübabə,
bilsəydi, bu arvad Gəldiyevin arvadıdır və bu uşaq onun oğulluğudur, heç
dalınca düşməz, bir kəlmə də danışmazdı. Ağcanın həyasızlığını gördüsə də
susmadı:
- Xanım, - dedi, - uşaq mal deyil, istədiyin yerdə bağlayasan.
Onun üçün sən məsulsan. O, tək sənin yox, gələcəyin, xalqın da
övladıdır. Saxlamağı bacarmayanda əlindən ala bilərler. Uşaq tərbiyəsi indi
ümumi işdir.
Ağca qəh-qəh çəkib istehza ilə güldü və şəhadət barmağını ona tərəf
silkələdi:
- Uşağı alsan da, atasını əlimdən ala bilməyəcəksən, umsuna-umsuna
qalacaqsan, ay yazıq!
Rübabə başa düşdü ki, Ağca onun sözünü hayana yozur. Gəldiyinə,
danışdığına peşman oldu, evin ünvanını götürdü, sakitcə qayıdıb getdi.
Bütün gecəni fikir-xəyal içində başağrısı çəkdi.
Dostları ilə paylaş: |