Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə75/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   80
Ali mekteb Pedaqoqikasi

Tərbiyənin rolu. Şəxsiyyətin inkişafına təsir edən amillər içərisində tərbiyə aparıcı yer tutur. Onun təsiri mühitin təsirindən bir çox cəhətdən fərqlənir:
- Mühit insana kortəbii, bəzən də mənfi təsir göstərdiyi halda, tərbiyə məqsədyönlü və planlı təsirdir;
- Tərbiyə mühitin müsbət cəhətlərinə istinad edir, mənfi təsirlərini isə neytrallaşdıra bilir;
- Tərbiyə insanda mühitin zərərli təsirlərinə qarşı müqavimət gücü formalaşdırmağa qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni dərəcədə məruz qalmır;
- İnsanın mühitə münasibəti, bir çox cəhətdən, tərbiyə ilə şərtlənir, onunla tənzim olunur. Tərbiyə bioloji amillərlə də sıx bağlıdır. O, insanın təbii (irsi) imkanlarının üzə çıxarılması və inkişafına kömək göstərir. Tərbiyə insanın həyat və fəaliyyətini təşkil etməklə onun maraq və qabiliyyətlərinin inkişafına əlverişli şərait yaradır. Tərbiyə şəxsiyyəti “layihələşdirir”, onun ahəngdar inkişafını istiqamətləndirir. Şəxsiyyətin formalaşmasında insanın şəxsi fəallığının rolu. İnsan mühitin və tərbiyənin passiv obyekti kimi yox, fəal qüvvə kimi çıxış edir, mühitə və tərbiyə prosesinə, özünün şəxsiyyət kimi formalaşmasına fəal təsir göstərir. Tərbiyə insanı ancaq obyekt kimi qəbul edərsə, çox şeydən məhrum olar, öz məqsədinə çata bilməz. Nə irsiyyət, nə mühit, nə də tərbiyə insanın şəxsi fəallığı olmadan ona lazımi dərəcədə təsir edə bilməz. Yalnız öz fəallığı sayəsində insan ətraf mühitlə münasibətə girir, yalnız bu şərtlər onun irsi imkanlarını üzə çıxıb inkişaf etdirə bilər və tərbiyəvi təsirlər lazımi nəticə verər. Əslində, insanın bioloji və sosial keyfiyyətləri onun şəxsi fəallığında bir vəhdət halında özünü büruzə verir. İnsan mühitlə və tərbiyə ilə fəal qarşılıqlı təsir prosesində şəxsiyyət kimi formalaşır, öz təbii imkanlarını reallaşdıra bilir. İnsanın şəxsi fəallığı müxtəlif formalarda təzahür edir: zehni, əmək, fiziki, bədii, ictimai-siyasi fəallıq. Nəzərdən keçirilən amillər – irsiyyət, mühit, tərbiyə və insanın şəxsi fəallığı bir- birilə sıx bağlı olub, bir-birini şərtləndirir. Buna görə də şəxsiyyətin formalaşması səbəblərini yalnız bir amillə – irsiyyət, mühit və ya tərbiyə ilə izah etmək, insanda müşahidə olunan nöqsanlara görə yalnız irsiyyəti, mühiti, yaxud tərbiyəçini (və ya valideynləri) günahlandırmaq düzgün deyildir. Tərbiyə işində bütün amilləri qarşılıqlı vəhdətdə, kompleks halında götürmək və həyata keçirmək vacibdir.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin