Fərdi istehlakçılar – məhsulları şəxsi istifadə üçün alan şəxslərdir. Onlar
tənha və ya ailədən ayrı yaşayırlar. Azərbaycanda bu tip istehlakçılar nisbətdə azlıq təşkil edir. Fərdi istehlakçıların əksər hisssəsini, hər şeydən əvvəl, məhsulun istehlak xarakteristikaları – “faydalılıq”, “nisbi qiymət”, “xarici görünüş”, “qablaşdırma” maraqlandırır.
olmaqla ərzaq və qeyri - ərzaq məhsullarının, həmçinin xidmətlərin əsas istehlakçılarıdır. Alqı haqqında qərar ya cütlük tərəfindən birlikdə, ya da ailə başçısı tərəfindən qəbul edilir. Kiçik yaşlı uşaqların əvəvzinə də qərarları valideynlər qəbul edirlər, lakin minimum 10 yaşdan sonra uşaqların da fikirləri nəzərə alınır. Maraqlı olanı budur ki, Azərbaycanda ailə başçısı formal olaraq kişilər hesab edilsə də, faktiki olaraq qərarlara qadınların təsiri daha güclüdür. Mövcud analogiyaya əsaslanaraq belə qəbul etmək olar: gündəlik istifadə məhsulları, məişət əşyaları, paltar alınmasında qadınların fikirləri əsasdır; alətlər, kompüter, avtomobil və s. alınmasında kişilərin fikirləri daha vacibdir; ev, mebel, audio – video aparatlar alınması, istirahət edilməsi üçün qərarların qəbulu isə birlikdə həyata keçirilir.
əldə edirlər. Onlar həm istehlak, həm də istehsal – texniki təyinatlı məhsullar alırlar; maraqlandıqları əsas xarakteristikalar bunlardır; tələbin olması, mütləq qiymət, rentabellik, dövriyyə sürəti, nəqletmə qablaşdırması, saxlama müddəti və s. Lakin onlar ailə və ya fərdi istehlakçılardan daha professionaldırlar, istədikləri məhsul spektri isə adətən geniş olur.
Təchizatçılar - sənaye təyinatlı məhsul alqısı haqqında qərar qəbul edirlər.
Bunlar, adətən, dar profilli əsl professionallardır. Alqı prosesi onlar tərəfindən dəqiq formalizasiyaya məruz qalır və bu zaman nəzərə alınması mümükün olan hər şey diqqət mərkəzində saxlanlır: hər bir məhsulun qiyməti və keyfiyyət xarakteristikalar, daşımaların operativliyi və nəqliyyat xərcləri, personalın kvalifikasiyası, kredit alma imkanı, ödəmə müddətinin uzadılması və s.