12.9.2.2. Ketonemiya və ketonuriya. Üzvi turşuların
aralıq mübadiləsinin məhsulları olan keton cisimcikləri orqa-
nizmin toxumalarında (xüsusən əzələ və böyrəklərdə) asanlıqla
oksidləşərək, karbon qazına və suya çevrilir. Buna görə də sağlam
insanların qanında və sidiyində az miqdarda keton cisimciklərinə
təsadüf edilir. Normal halda qanda keton cisimciklərinin miqdarı 6
mq%-dən artıq olmur. Lakin qidanın tərkibindən karbohidratların
çıxarılması, aclıq və bir sıra xəstəliklər qanda β-hidroksi-yağ və
aset-sirkə turşularının artması ilə nəticələnir (300 – 400 mq%-ə
qədər). Bu ketonemiya və ya hiperketonemiya adlanır. Belə hal-
larda sidiklə çoxlu miqdarda keton cisimcikləri ifraz edilir (keto-
nuriya). Sağlam şəxslər bir gün ərzində sidiklə təxminən 40 mq
keton cisimcikləri ifraz edirlər. Karbohidratların çatışmazlığı
(aclıq) şəraitində qaraciyərdə üzvi turşuların parçalanması sürətlə-
nir. Bu zaman qaraciyərdə əmələ gələn keton cisimciklərinin
əksəriyyəti qan vasitəsilə digər toxumalara daşınaraq, orqanizmin
energetik təlabatının ödənilməsinə sərf olunur.
Şəkərli diabet xəstəliyində patoloji ketonemiya halına
təsadüf edilir. Bir sıra müəlliflərin fikrinə görə, şəkərli diabet
xəstəliyi zamanı ketonemiya xəstə orqanizmin energetik ehtiyacı-
nın ödənilməsi üçün lazım gələn kompensator hal kimi meydana
çıxır. Məlumdur ki, diabet xəstəliyi qaraciyərin qlikogen ehtiya-
370
tının tamamilə tükənməsinə səbəb olur; bu xəstəlik zamanı orqanı-
zmdə qanın tərkibindəki şəkərin əzələ liflərinə daxil olması
çətinləşir, nəticədə əzələ toxuması qlükozadan energetik material
kimi istifadə etmək imkanından məhrum olur. Belə hallarda
mərkəzi sinir sisteminin təsiri ilə həm qanın tərkibində qlükozanın
miqdarı artırılır, həm də piy toxumalarında olan yağlar səfərbərli-
yə alınaraq, qaraciyərə daşınır. Qaraciyərə gətirilmiş yağlar parça-
lanaraq, əzələ toxuması tərəfindən qlükozaya nisbətən asan
mənimsənilə bilən β-hidroksi-yağ və aset-sirkə turşularının sinte-
zinə sərf olunur. Bundan əlavə, əzələlərin energetik təlabatının
tam ödənilməməsi nəticəsində zülali maddələrin kompensator
parça-lanması baş verir. Bu zaman ketogen aminturşuların (leysin,
tirozin, fenilalanin və s.) parçalanması nəticəsində əmələ gələn
keton cisimcikləri qan vasitəsilə ətraf toxumalara daşınır; onların
miqdarı həddindən atıq olduğuna görə, toxumalar tərəfindən tama-
milə istifadə edilə bilmir. Bunun nəticəsində şəkərli diabetə tutul-
muş şəxslərin qanında keton cisimciklərinin miqdarı çoxalır və
onların artıq qalan hissəsi sidik vasitəsilə orqanizmdən xaric edi-
lir. Aseton uçucu birləşmə olduğuna görə tənəffüs yolları vasitə-
silə də orqanizmdən xaric edilə bilər.
Şəkərli diabet xəstəliyi olan şəxslər bir gün ərzində sidiklə
10 – 15 q keton çisimcikləri ifraz edə bilərlər.
Aset-sirkə və β-hidroksi-yağ turşuları məhlulda anionlar
halında olduqlarına görə, onların miqdarının artması asidozla
(qanın turşuluğunun normal hala nisbətən artıqlığı) nəticələnir; bu
zaman ifraz edilən sidik də turş reaksiyalı olur. Şəkərli diabetin
ağır formasına tutulmuş şəxslərdə baş verən hiperqlikemik koma-
nın əmələ gəlməsində keton cisimciklərinin də müəyyən rolu
vardır, onlar mərkəzi sinir sisteminə narkotik təsir göstərirlər.
12
.
9
.
2
.
3. Xolesterin mübadiləsinin pozğunluqları. Xoles
-
371
terin mübadiləsinin pozulmaları ateroskleroz, öd daşı xəstəliyi,
ksantomatoz (idiopatik hiperxolesterinemiya), lipoidli nefroz və s.
xəstəliklərin əsasını təşkil edir. Ateroskleroz xəstəliyi qanda
xolesterinin artması ilə müşayiət olunur. Öd daşlarının ümumi
kütləsinin əsas hissəsini (90%-ə qədər) xolesterin təşkil edir.
Xolesterin normal halda ödün tərkibində məhlul halında olur.
Suda həll olmayan xolesterinin məhlul halında qalmasında öd
turşularının mühüm rolu vardır. Xolesterinin kristallaşaraq çökün-
tüyə keçməsi nəticəsində öd daşları əmələ gəlir. Bu kristal daşlar
oksalat, urat, fosfat, karbonat duzlarının həll olmayan çöküntü-
ləridir. Xolesterin mübadiləsinin pozulmaları praktiki təbabətin
mühüm problemlərindən biridir. Bu problem haqqında tələbələr
―Patoloji fiziologiya‖ kursunda və klinik kafedralarda daha ətraflı
məlumat alacaqlar və onun aradan qaldırılması yolları haqqında
məlumat əldə edəcəklər.
Mövzuya aid suallar
1. Lipidlər haqqında ümumi məlumat verin. Onların orqa-
nizmdə əsas rolunu aydınlaşdırın.
2. Yağların parçalanmasının mexanizmini izah edin.
3. Ali yağ turşularının β-oksidləşməsinin əsas mərhələlə-
rini yazın. Yağların karbohidratlara nisbətən enerji effektivliyini
aydınlaşdırın.
4. Hansı fermentlər yağ turşularının mübadiləsində əsas rol
oynayır?
5. Qliserin orqanizmdə hansı yolla mübadiləyə qoşulur və
bu prosesdə iştirak edən fermentlər hansılardır?
372
6. Doymamış ali yağ turşularının orqanizmdə biosintezini
qısa təsvir edin.
7. Doymamış yağ turşularının biosintezini aydınlaşdırın.
8. Triqliseridlərin sintezi hansı yolla baş verir? Bu prosesi
kataliz edən fermentləri yazın.
9. Ketonemiya və ketonuriya nədir?
10. Lipid mübadiləsinin tənzimlənməsinin əsas detallarını
izah edin.
373
XIII FƏSİL
13. MİNERAL MADDƏLƏR MÜBADİLƏSİ.
İnsan və heyvanların bədənində mineral maddələrdən su
və duzlar olur. Bunlar da molekul və ionlar şəklində, həm də
başqa maddələrlə (zülallar, karbohidratlat, turşular və s.) birləşmiş
halda təsadüf edilir.
Duzlara molekul halında əsas sümük toxumasında və
qismən hüceyrələrin tərkibində rast gəlinir. Onlar birləşmiş halda,
yaxud ionlar şəklində hüceyrə və toxumaların əmələ gəlməsində
və s. (molekulların formalaşmasında da ) iştirak edirlər.
Su toxumalarda zülallarla, lipidlərlə, karbohidratlarla bir-
ləşmiş haldadır. Bu da onlardakı funksional qruplarla (karboksil,
hidroksil, keton, aldehid qrupları və s.), su ilə onun disssosiasiya
məhsullarının: hidrogen və hidroksil ionlarının xassələri ilə əlaqə-
dardır. Su birləşmiş halda sərbəst formaya nisbətən çox az olur.
Əzələlərdə suyun birləşmiş forması onun maksimum 1%-ni təşkil
edir.
Mineral maddələrdən çoxluğu təşkil edən sudur. O, poli-
funksional maddədir. Su polyarlıq xassəsinə və hidrogen rabitəsi
yaratmaq qabiliyyətinə malik olduğundan orqanizmdə həlledici
rolunu oynayır. O, bədəndə temperaturun nizamlanmasında iştirak
edir. Bu da istilik tutumunun çoxluğu ilə izah olunur.
Su bioloji mayelərin (qan, sidik, öd, həzm şirəsi və s.) əsa-
sını təşkil edərək, bədəndə onların hərəkətinə də şərait yaradır. O,
ifrazatda da iştirak edir. Maddələr mübadiləsi nəticəsində əmələ
gələn son məhsullar sulu məhlullar şəklində ifrazat orqanlarına
aparılır və bədəndən xaric olunur. Buna sidik, tər və s. misal gös-
tərilə bilər.
374
Su mübadilə proseslərində də qida maddələrinin parçalan-
masında, yeni maddələrin biosintezində də iştirak edir. Su mexa-
niki funksya da daşıyır: oynaqları hərəkət zamanı sürtünmə ilə
zədələnmədən qoruyur. Bütün bu göstərilənlərlə əlaqədar olaraq,
insan və heyvan 20%-dən çox su itirdikdə ölür.
Mineral maddələr miqdarına görə 2 qrupa: makroelement-
lərə və mikroelementlərə bölünür.
Makroelementlərin orqanizmdə miqdarı 0,001%-ə qədər-
dir. Bu miqdardan az, yəni 10
-3
─10
-12
% arasında olan elementlərə
isə m i k r o e l e m e n t l ə r deyilir. Makroelementlərə: kalsium,
maqnezium, natrium, kalium, xlor, kükürd, fosfor və s. mikroele-
mentlərə: mis, yod, kobalt, sink, manqan, molibden və başqaları
aidddir.
Makroelementlərə orqanizmdə əsas qeyri-üzvi birləşmələr:
sulfat, fosfat, karbonat, xlorid, flüorid turşularının duzları şəklində
təsadüf olunur. Bu duzlar osmos təzyiqinin yaranmasında, buferli
məhlulların əmələ gəlməsində, turşu-qələvi müvazinətində də
iştirak edir.
Mikroelementlər əsasən üzvi birləşmələrin: zülalların,
fermentlərin, vitaminlərin və hormonların tərkibində olur. Məsə-
lən, zülallardan hemoqlobində dəmir, vitaminlərdən siankobala-
mində kobalt, fermentlərdən ksantinoksidazada molibden, karbo-
anhidrazada sink, hormonlardan tiroksində yod vardır.
13.1 Suyun mübadiləsi
Su orqanizmdə diri çəkinin yarıdan çoxunu (50–80%-ni)
təşkil edir. Bu da heyvanın növündən, yaşından, yemindən, yem-
lənməsindən və s. amillərdən asılıdır. Yaşlı heyvanlarda suyun
375
miqdarı cavanlara nisbətən azdır. Əgər yeni doğulan buzovun
bədənində suyun miqdarı 75% təşkil edirsə, yaşlı öküzdə 55%
olur. Orta köklükdə olan qoyunun bədənində 50–60%, çox kök
qoyunda isə 35–45% su vardır. Bədəndə müxtəlif orqanlarda su
eyni miqdarda paylanmır. Məsələn, bədəndəki suyun mütləq
miqdarının 48%-i əzələdə, 11%-i dəridə, 8%-i qandadır. Beləliklə,
heyvan orqanizmindəki suyun mütləq miqdarının çoxu əzələlərdə,
dəridə, bağırsaqlarda, sümüklərdə və qanda, azı isə ağciyərdə,
beyində, böyrəklərdə və dalaqda mövcuddur. Orqanizmdə və
bioloji mayelərdə də suyun miqdarı müxtəlifdir. Məsələn, qaraci-
yərdə 70%, əzələ toxumasında 75%, beyində 70–84%, böyrəklər-
də 82%, qanda 85%, tüpürcəkdə 99,4%, sümük toxumasında 16–
46% su var.
İnsanın bədənində olan suyun ⅔ hissəsi hüceyrələrdə,
qalanı isə ondan xaricdə olur.
Insan və heyvan suyu xaricdən qida ilə və içməklə qəbul
edir. İnsan sutkada 2,5-2,8 l, at 15-18 l, camış 42-91 l mənimsə-
yir. Su orqanizmin özündə də, mübadilə zamanı qida maddələrinin
oksidləşməsində də yaranır. Toxumalarda 1 kq nişasta oksidləş-
dikdə 600 ml, 1kq zülaldan 400 ml və 1 kq yağdan isə 1 l-dən çox
su əmələ gəlir. Buna görə də onun balansı həmişə mənfi olur.
Qəbul olunan sudan ifraz edilən suyun miqdarı təxminən 15%
çoxdur. Su qismən mədədən və əsas bağırsaqlardan sorulur.
Bədəndə onun əsas deposu dəri sayılır. Çünki içilən suyun 80%-i
ehtiyat halında dəridə toplanır. Suyun bədəndə saxlanmasını
natrium ionu, əksinə, ifrazını isə kalium və kalsium ionları artırır,
toxumaların dehidra-tasiyasına səbəb olur.
Su bədəndən əsasən sidiklə gedir. Bədəndən çıxan suyun
təxminən 50%-i sidiklə, 30%-i dəri və ağciyərlə, qalanı isə bağır-
saqdan nəcislə ayrılır. İnsan sidiklə sutkada 1,5 l, at 4–8 l su ifraz
376
edir.
Suyun mübadiləsində dəri və böyrəklərin də əhəmiyyəti
çoxdur. Böyrəklərin normal fəaliyyəti zamanı insan orqanizmin-
dən içilən suyun 80%-i 3–4 saata, atınkı 30–54%-i və inəyinki 33–
61%-i 4–6 saata xaric olur.
Suyun mübadiləsinə bəzi daxili sekresiya vəzilərinin (qal-
xanabənzər, hipofiz, mədəaltı vəzi və s.) hormonları da təsir gös-
tərir. Buna misal vazopressini, tiroksini və s.-ni göstərmək olar.
Tiroksin suyun ifrazatını artırır, vazopressin və insulin isə
azaldır, toxumalarda saxlanmasına şərait yaradır. Suyun mübadi-
ləsinin nizamlanmasında sinir sistemi də (beyin qabığı, ara beyin,
boz qabıq) iştirak edir.
14.2 Duzların mübadiləsi
Bütün canlıların həyatında duzların da rolu az deyildir.
Duzlar ən çox (təxminən 84%) insan və heyvanların sümüklərində
olur. Sümük toxumasının 85%-ni kalsium-fosfat, 10%-ni isə kalsi-
um-karbonat təşkil edir. Sümüklərdə 1,5% maqnezium-fosfat da
vardır. Küldə 0,3% kalsium-flüorid də olur.
Duzlar orqanizmdə buferli sistemlərin də (fosfat, karbonat
buferləri və s.) əmələ gəlməsində, osmos təzyiqinin yaranmasında
iştirak edir.
Kalsiumun orqanizmdə miqdarı 2%-ə yaxın, maqnezium
0,05%, kalium 0,3%, natrium 0,15% və flüor 0,009% olur. Orqa-
nizm duzları qida və içilən su ilə qəbul edir. İnsan və heyvanların
duzlara olan təlabatı onların yaşından, qidasından, ilin fəslindən,
fizioloji və patoloji halından və s. amillərdən asılıdır. İnsanın
sutkalıq təlabatı kalsiuma 0,7–0,8 q, fosfora 1,5–2 q, natriuma 4–8
377
q, kaliuma 2–3 q, xlora 2–4 q təşkil edir. Heyvanların diri çəkisi-
nin hər 100 kq-na sutkada inəkdə 5 q, atda 35 q, qoyunda 3–10 q
kalsium, müvafiq olaraq 2,5 q, 37 q və 1,5–5,5 q fosfor tələb edi-
lir. Bəzi duzlar (kalsium-karbonat, maqnezium-karbonat, kalsium-
fosfat, maqnezium-fosfat) suda pis həll olur. Pankreas şirəsi və öd
onların sorulmasını asanlaşdırır.
Duzların orqanlarda paylanması müxtəlifdir. Kalsium,
maqnezium və fosforun duzları ən çox sümüklərdə, xörək duzu
dəridə, dəmir qaraciyərdə toplanır. Onlar sidiklə, tərlə (natrium
xlorid) və nəcislə ifraz olunur. Civə, qurğuşun və bismut duzları
yoğun bağırsağın selik qişası ilə ifraz edilir. Kalsium-fosfatlar isə
əsas sidiklə və qismən nəcislə ayrılır.
Natrium və kalium bədəndə fosfat, karbonat, xlorid, sulfat
turşularının duzları formasındadır. Bu elementlərin müəyyən
hissəsi ionlaşmış halda, bir qismi də zülallar, nuklein turşuları və
başqa maddələrlə birləşmiş vəziyyətdədir.
378
Natrium bioloji mayelərdə, kalium isə toxumalarda çox-
dur. Məsələn, qan zərdabında natrium 335 mq%, kalium 20 mq%,
əzələlərdə isə natrium 38 mq% və kalium 320 mq%-dir. Kaliumun
95%-dən çoxu eritrositlərdədir. Bu elementlər osmos təzyiqinin
yaranmasında (xüsusilə natrium), buferli məhlulların əmələ gəl-
məsində, ayrı-ayrı orqanların (sinir sistemi, ürək, əzələlər, damar-
lar və s.) fəaliyyətində iştirak edir. Natrium əzələlərin oyanmasını
artırır, kalium isə əksinə ləngidir.
Qidada natrium az olanda insan və heyvanlarda adinomiya
xəstəliyi baş verir.
Kalsium ən çox (97%) fosfat və karbonat turşusunun
duzları şəklində sümük toxumasında rast gəlinir. Qalan orqan və
toxumalarda ion şəklində, yaxud zülallarda (məsələn, kazeinlə)
birləşmiş haldadır.
Kalsium sinir oyanmalarını, toxuma zülallarının su ilə bir-
ləşmək qabiliyyətini, hüceyrələrin sızma xüsusiyyətini (keçrici-
liyini) azaldır, qanın laxtalanmasında iştirak edir, ürəyin fəaliyyə-
tini artırır. Fermentlərin fəallığına da təsir göstərir. Lesitinazanı
fəallaşdırır, dipeptidazaların fəallığını azaldır.
Kalsium 25–35% sidiklə, 65–75% isə nəcislə ifraz olunur.
Maqnezium hüceyrədaxili kationdur. Mitoxondriyalarda
oksidləşməklə fosforlaşmanı sürətləndirir. Nüvədə və ribosomlar-
da zülallarla və nuklein turşuları ilə birləşmiş halda olur. O, ADF
və ATF-lə komplekslər əmələ gətirməklə onları fəallaşdırır. Bu da
pirofosfat qrupunun ikivalentli kationlarla birləşmək qabiliyyəti
və hüceyrələrdə maqnezium ionunun qatılığının çoxluğu ilə əlaqə-
dardır. Kalsium və maqnizium mübadilə proseslərində bir-birinin
antoqanistidir. Maqnizium çox qəbul edildikdə, o kalsiumu zülal-
ların və mineral birləşmələrin tərkibindən sıxışdırıb çıxarır. Onun
artıq miqdarı böyrəklər vasitəsilə orqanizmdən xaric olunur.
379
Maqnezium ionunun ATF-lə kompleks əmələ gətirmək
qabiliyyəti ADF-ə nisbətən 10 dəfə çoxdur. ATF isə MgATF
2-
kompleksi şəklində daha fəal olmaqla, fermentativ reaksiyalarda
fosfatın donoru rolunu oynayır. Maqnezium ionu mübadilə pro-
seslərində vacib biostimulyatordur, zülalların biosintezində, irsiy-
yətlə əlaqədar çevrilmələrin nizamlanmasında, əzələlərin qısalma-
sında, bir sıra fermentlərin (fosfataza, peptidaza, karboksilaza və
s.) fəallaşmasında iştirak edir.
Maqneziumun 70%-ə yaxını fosfatlar və karbonatlar şək-
lində sümük toxumasındadır.
Fosfor fosfat turşusunun duzları şəklindədir. O, bəzi zülal-
ların (fosfoproteidlər), lipidlərin (fosfatidlər), karbohidratların
törəmələrinin (monosaxaridlərin fosfat efirləri), nukleotidlərin
(nukleozidfosfatlar) və s. birləşmələrin də tərkibinə daxil olur.
Mübadilə proseslərdə: zülalların, karbohidratların, yağların
parçalanmasında fosforun rolu çox böyükdür.
Fosfat turşusu bir sıra kofermentlərin də tərkib hissələrin-
dən biridir. O, kalsiumla birlikdə sümük toxumasının əsasını təşkil
edir. Bədəndəki fosforun 87%-i sümük toxumasındadır. Bunların
yəni fosfor və kaliumun mübadiləsi pozulduqda tetaniya, raxit və
Mg
2+
O
-
-
O O
│ │ │
Mg ATF
2-
Adenin-riboza
─O─P─O─P─O─P─O
-
║ ║
O O
O O
║ ║
Mg ADF
-
Adenin-riboza
─O─P──O──P─O
-
│ │
-
O─Mg
2+
─O-
380
osteomalyasiya xəstəliyi baş verir.
Kükürd əsas üzvi birləşmələrin: bəzi aminturşularının,
peptidlərin (qlütation), zülalların, hormonların və fermentlərin
tərkibində olur.
Kükürd bəzi vitaminlərdə də (tiamin, biotin) vardır. Bun-
larda kükürd reduksiyalaşmış formada: hidrogen-sulfidin qalığı
şəklindədir. Kükürd sulfhidril qrupu şəklində oksidləşmə-reduk-
siya reaksiyalarında mühüm rol oynayır. Lakin mukopolisaxarid-
lərdə kükürd oksidləşmiş formada, sulfat turşusunun qalığı şəklin-
dədir.
Kükürd ən çox tükdə (yunda), buynuzda, dırnaqda və
lələkdə olur. Onun qeyri-üzvi birləşmələrinin çoxu (60%-ə yaxını)
dəridə toplanır.
Kükürd orqanizmdə əmələ gələn bir sıra zərərli maddələrin
(fenol, krezol, indol, skatol və s.) sulfat turşusunun efirləri şəklin-
də zərərsizləşməsində mühüm rol oynayır. O, orqanizmə zülallarla
daxil olur. Onun çox hissəsi (60–70%) sidiklə sulfatlar (natrium-
sulfat, kalium-sulfat, ammonium-sulfat, kalsium-sulfat, maqne-
zium-sulfat), az qismi isə sulfat turşusunun efirləri (fenol-kükürd,
indoksilkükürd, krezolkükürd turşuları və s.) şəklində ifraz olunur.
Dəmir ən çox (60–70%) porfirinin törəmələrində (hemoq-
lobin, mioqlobin), katalazada, peroksidaza və sitoxromlarda olur,
zülal komplekslərində isə nisbətən azdır. Qan plazmasında beta-
qlobulinlərlə birləşərək transferrin əmələ gətirir.
Dəmir orqanizmdə baş verən oksidləşmə-reduksiya proses-
lərində, immunobioloji reaksiyalarda, boy artımı və qanyaranma
proseslərində aktiv iştirak edir. Dəmir mübadiləsi qan zərdabında
dəmirin daşıyıcısı rolu oynayan ixtisaslaşmış zülali maddə-
siderofillin vasitəsilə həyata keçirilir.
381
Dəmir zülal komplekslərindən ən çox (quru çəkiyə görə
17–25%) ferritində olur. Bu da əsas qaraciyərdə və dalaqdadır.
Xlor bütün toxumalarda və bioloji mayelərdə ion halında-
dır. Bu ən çox mədə şirəsində xlorid turşusunun tərkibində, qan
plazmasında, xörək duzunda mövcuddur. Bioloji mayelərdə
osmos təzyiqinin yaranmasında xlorun da rolu böyükdür. Qanın
osmos təzyiqinin 65–70%-i xloridlərlə əlaqədardır.
Flüor sümüklərdə, dişlərdə kalsium-flüorid şəklindədir.
Bunun artıqlığından dişlərdə ləkə əmələ gəlir. Bu da xallı emal
adlanır. Flüorid az olanda isə dişin emalı sərtliyini itirir.
13.3 Mikroelementlər
Heyvan orqanizmində mikroelementlər mühüm fizioloji
funksiya yerinə yetirir. Bir çox fermentlərin (karboanhidraza,
uratoksidaza, tirozinaza, prolidaza, ksantinoksidaza, fosfopiruvat-
382
hidrataza və s.) hormonların və vitaminlərin tərkib hissəsi mikro-
elementlərdən ibarətdir, mübadilə proseslərinin fəallaşmasında,
qandoğurmada, toxuma tənəffüsündə, boy və inkişaf proseslərində
iştirak edir.
Mikroelementlərin üzvi birtləşmələri qeyri-üzvi birləşmə-
lərinə nisbətən daha qüvvətli təsir göstərir. Məsələn, 20 mq qeyri-
üzvi kobalt 0,004 mq üzvi kobaltla əvəz olunur.
Mikroelementlərin çatışmazlığından bir sıra xəstəliklər baş
verir, heyvanların boy və inkişafı ləngiyir, məhsuldarlığı azalır.
Bu da xarici mühitdə: torpaqda, suda, bitkilərdə onların azlığından
və ya artıqlığından irəli gəlir. Bu məsələlərin öyrənilməsi ilə
biogeokimya elmi məşğul olur. Biogeokimya kainatın kimyəvi
tərkibi ilə orqanizmin elementar kimyəvi tərkibi arasındakı əlaqə-
ni və mübadilə proseslərini öyrənir. Biogeokimyanın banisi aka-
demik V. İ. Vernadskidir. Hazırda bəzi ölkələrdə bir sıra biogeo-
kimyəvi əyalətlər müəyyən edilmişdir. Bu da mikroelementlərin
xarici mühitdə yayılma dərəcəsini (azlığını və artıqlığını) göstərir.
Bu məsələni ilk dəfə öyrənən akademik L. P. Vinoqradov, sonra-
lar isə V V Kovalski, Y. V. Peyve, Y. M. Berzin, M. A. Riş, R. K.
Dautov və başqaları olmuşdur. Bu biogeokimyəvi əyalətlərə görə
insan və heyvanların mikroelementlərlə nə dərəcədə təmin olun-
duğu müəyyən edilir və bir sıra əməli tədbirlər həyata keçirilir. Bu
sahədə Azərbaycanda da xeyli işlər aparılmışdır (Ə. Güləhmədov,
İ. Eyyubov, F. Hacı-yev, Q. Xəlilov, K. Daşdəmirov və başqaları).
Azərbaycanın çox rayonlarında (Şəki–Zaqatala, Lənkəran–
Astara, Laçın–Kəlbəcər, Gəncə - Qazax, Muğan zonalarının və s.)
mikroelementlərin (yod, kobalt, mis, manqan və s.) çatışmazlığı
və bununla əlaqədar olan bəzi xəstəliklərdə (endemik ur, enzootik
ataksiya, alimentar anemiya və s.) aşkar edilmişdir. Lakin bir sıra
rayonlarda (Daşkəsəndə kobalt, Gədəbəydə mis, Naxçıvanda mo-
383
libden və s.) isə əksinə mikroelementlərin miqdarı çoxdur.
İnsan və heyvanlar mikroelementləri yediyi qida və içdiyi
su ilə qəbul edir. Xarici mühitdə kobalt çatışmadıqda heyvanlarda
akobaltoz xəstəliyi nəzərə çarpır. Bu xəstəlik zamanı B
12
vitami-
ninin sintezi pozulur. Çünki onun tərkibində 4,5% kobalt vardır.
Ona görə də akobaltoz B
12
avitaminoza da səbəb olur. Xəstəliyin
qarşısını almaq üçün və profilaktik məqsədlə heyvanların yeminə
kobalt və ya B
12
vitamini əlavə olunur.
Yod orqanizmdə ən çox qalxanabənzər vəzdə toplanır və
tiroksinin sintezində iştirak edir. O, çatışmayanda endemik ur xəs-
təliyi baş verir. Yodun çatışmamazlığına donuzlar, xüsusən cavan-
ları daha həsasadır. Yodun çatışmamazlığının qarşısını almaq
üçün insan və heyvanlara verilən xörək duzuna natrium yodid
(100 kq-a 1 q) qatılır.
Mis orqanizmdə ən çox qaraciyərdə və dalaqda toplanır.
Bu mikroelement qanyaratmada və hemoqlobinin sintezində işti-
rak edir. Orqanizmdə mis çatışmadıqda qoyunlarda enzootik atak-
siya (yalama) xəstəliyi baş verir, qanazlığı (anemiya) əmələ gəlir.
Manqan ən çox qaraciyərdə və böyrəklərdə olur. Ferment-
lərdən peptidazaları, fosfatazaları, arginazanı, karboksilazanı,
xolinesterazanı və s.-ni fəallaşdırır. ATF-lə fəal kompleks: Mn
ATF
2-
əmələ gətirir.
Manqanın çatışmazlığı qanyaranma prosesinə, cinsi yetiş-
məyə, daxili sekresiya vəzilərinin fəaliyyətinə mənfi təsir göstərir.
Manqanın çatışmazlığına quşlar daha həssasdır. Onlarda
perozis adlanan xəstəlik baş verir. Bu isə ətrafların və qanadların
sümüklərinin deformasiyası ilə xarakterlənir.
Molibden xarici mühitdə çox olduqda heyvanlarda xroniki
molibden toksikozu əmələ gəlir. Boy prosesi dayanır, anemiya baş
verir, diri çəki azalır. Qoyunlarda yun məhsuldarlığı pozulur.
384
Orqanizmdə təbii radioaktiv elementlərin əhəmiyyəti də
çoxdur. Onlardan (məsələn, radioaktiv karbon) alınan enerjidən
mübadilə proseslərində istifadə olunur. Bu məsələləri radiobiolo-
giya öyrənir. Hazırda radiobiologiya elminin sürətlə inkişafı da
bununla əlaqədardır.
Mikroelementlərin maldarlıqda: heyvanların normal inki-
şafında və məhsuldarlığında əhəmiyyəti böyükdür. Ona görə də
heyvanların yemləndirilməsində onların mikroelementlərə olan
təlabatı və yemlərdə, yem payında, kifayət qədər olmasına da fikir
verilməlidir.
Dostları ilə paylaş: |