Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı



Yüklə 139,24 Kb.
səhifə7/17
tarix25.04.2023
ölçüsü139,24 Kb.
#102202
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Məmmədzadə Xanım

Milli mədəniyyət. Milli mədəniyyət ayrı-ayrı millətlər və xalqlara məxsus olan dəyərlər və normalar sisteminin, qavrama modelinin, davranış ste­reo­tiplərinin və s. məcmusudur. Müxtəlif millətlərin mədəniyyətində olan bu fərqlər məhsulların differensiallaşdırılmasını, marketinq kompleksinin və strategiyasının onlara uyğunlaşdı­rıl­masını və deməli, hər bir bazar (və ya bazarlar) üçün xüsusi marketinq strate­gi­ya­sının və proqramlarının hazırlanmasını tələb edir.
Doğrudur, bu işlərin həyata ke­çi­rilməsi məhsulun istehsalına və satışına çəkilən xərclərin və deməli, məhsulun qiy­mə­tinin artmasına gətirib çıxarır. Lakin, məhsulun və marketinq kompleksinin digər elementlərinin, həmçinin marketinq strategiyasının bazarların tələbatına uyğunlaş­dırılması sayəsində məhsul satışının həcminin artması həmin xərcləri artıqlaması ilə ödəməyə və əlavə mənfəət əldə etməyə imkan verir.
Submədəniyyət. Submədəniyyət dedikdə həyat təcrübəsinə və cəmiyyətdəki mövqeyinə uyğun olaraq bütünlükdə cəmiyyətdə və müxtəlif millətlərdə üstünlük təşkil edən dəyərlərdən fərqlənən oxşar dəyərlər sisteminə, tələbatlara və dav­ranış tərzinə malik olan geniş istehlakçılar qru­pu (ayrı-ayrı etnik qruplar, irqi, dini, dil əlamətlərinə və s. görə formalaşmış qruplar) başa düşülür.
Məsələn, ispan mənşəli amerikanlar ABŞ-da yaşayan digər millətlərdən və xalqlardan özlərinin milli mə­də­niy­­yətinə sadiq və konservativ olmaları ilə fərqlənirlər: bu ailələrdə kişi hakim möv­qe­yə malikdir, bu qrupun qadınlarının 4/5 hissəsi üçün çoxlu sayda uşaq dünyaya gə­tir­mək onların həyat­larının ən əlamətdar hadisəsi hesab edilir. Bundan başqa, ispan mənşəli amerikanlar is­tifadə etdikləri ticarət markasına sadiqdirlər, ölkə miqyasında reklam edilən məh­sulun keyfiyyətli olmasına inanır və reklamın təsi­rinə daha çox məruz qalırlar.
İnsanların özlərinə, bir-birinə, ictimai ins­ti­tut­lara və cəmiyyətə münasibəti də müəssisənin marketinq fəaliyyətinə xeyli dərəcədə təsir edir. Belə ki, sağlamlığına daha çox diqqət yetirən insanlar idman məhsulları, ekoloji cəhətdən təmiz məhsul­lar və sağlam həyat tərzi üçün zəruri olan məhsullar almağa üstünlük verirlər.

Yüklə 139,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin