Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı



Yüklə 139,24 Kb.
səhifə4/17
tarix25.04.2023
ölçüsü139,24 Kb.
#102202
1   2   3   4   5   6   7   8   9   ...   17
Məmmədzadə Xanım

Referent qruplar. Referent qrup hər bir fərdin davranışına və münasibətinə bir­başa təsir edən, həmin fərdin özünü eyniləşdirdiyi və özünə tay tutduğu şəxslər qrupudur. Re­ferent qrup formal olaraq müəyyən klublar və ictimai təşkilatlar formasında və qey­ri-formal qaydada mövjud ola bilər (məsələn, hər hansı gənc futbolçu özünü şəxsən tanış olmadığı məşhur futbolçuya bənzətməyə çalışa və onun üstünlük verdiyi, istifadə etdiyi məhsullara üstünlük verə və istifadə edə bilər). Sosial siniflərdə olduğu kimi, bu qrupun hər bir üzvü qrupun davranışını, münasibətini, seçimini və s. meyar kimi qəbul edir və məhsul alarkən onları əsas götürür. Buna görə də, müəssisələr özlərinin məqsəd bazarlarının referent qrupunu müəyyən etməyə və ona uyğun marketinq proqramları tərtib etməyə çalışırlar.
Məsələn, Mary Kay Cosmetics kompaniyası öz məhsullarını ev şəraitində satmaq sahəsində böyük təcrübəyə malikdir. Kompaniyanın məsləhətçiləri qadınlardan kosmetika məhsullarının ev şəraitində nümayiş etdirilməsi prosesində iştirakını xahiş edirlər. Hər bir evdar qadın rəfiqələrini və qonşularını öz evinə qonaq dəvət edir və kompaniyanın məsləhətçisi öz məhsullarından istifadə etməklə onlara pulsuz makiyaj dərsi keçir. Adətən, iştirak edən qonaqların 60%-i ev sahibinin və yaxud digər iştirakçıların təsiri altında kompaniyanın satdığı məhsulları alırlar .
İstehlakçının statusu rolu. İstehlakçının rolu fərdi əhatə edən insanların rəyinə görə onun yerinə yetirməli olduğu hərəkətlərin və ya fəaliyyətlərin məcmusudur. Status dedikdə isə həmin rolun cəmiyyət (ailə, sosial sinif, referent qrup və s.) tərə­findən dəyərləndirilməsi başa düşülür. Hər bir fərd cəmiyyətdəki roluna və statusuna uyğun məhsul almağa üstünlük verir.
Demoqrafik amillər. Demoqrafik amillər ölkə əhalisinin tərkibində baş verən dəyişiklikləri xarakterizə edir. Bura əhalinin təbii artımı və ya azalması; əhalinin yaş st­rukturu; ailələrin sayı; ailədə uşaqların sayı; yeni evlənənlərin sayı; əhalinin miqrasiyası; əhalinin ümumi təhsil səviyyəsinin dəyişməsi və digər demoqrafik amillər aiddir. Bu amillərin hər bir müəssisənin marketinq fəaliyyətinə müxtəlif istiqamət­lərdə və müxtəlif cür təsir edir. Məsələn, əhalinin artımının yüksək olması ərzaq məhsullarına olan tələbatın həcminə təsir edirsə, ailələrin sayı ailənin kollek­tiv istifadə etdiyi məhsulların satışının həcminə təsir edir. Körpələrin sayının artması uşaq yeməklərinə olan tələbatın həcminin artmasına səbəb olur və s.

Yüklə 139,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin