Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı



Yüklə 139,24 Kb.
səhifə8/17
tarix25.04.2023
ölçüsü139,24 Kb.
#102202
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Məmmədzadə Xanım

«Cəmiyyət Mənəm» prinsipi ilə yaşayan insanlar isə yaxşı geyinməyə, gəzməyə və fərdiçiliyə üstünlük verir, geyim və şəxsi istifadə məhsullarının, həmçinin səyahət və gəzinti üçün lazım olan məhsulların alınmasına daha çox pul xərcləyirlər.
«Cəmiyyət bizik» prinsipinə əməl edən insanlar isə özlərinə nisbətən ailəsinə daha çox diqqət yetirir və cəmiyyətin problemləri ilə məşğul olurlar. Bu insanlar mənzil alınmasına və mənzil, həmçinin ailəsinin istirahəti üçün lazım olan məhsulların alınmasına, təh­si­lə daha çox pul xərcləyir, xeyriyəçilik fəaliyyəti ilə məşğul olur, təbii mühitin mühafizəsinin qayğısına qalırlar.


Marketinqin təbii mühiti
Təbii mühit amilləri müxtəlif dövlət təşkilatlarının, ictimai təşkilat və hərəkatların təbiətin mühafizəsi, ekoloci tarazlığın qorunması uğrunda mübarizəsilə əlaqə­dardır və istehlakın sosial dəyərini, onun jəmiyyətə verdiyi xeyrin və yaxud ziyanın dəyərini xarakterizə edir. Bu amillərə ölkənin təbii sərvətləri və onlardan istifa­də­nin intensivliyi, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və istifadəsi, bəzi təbii resursların ehtiyatlarının tükənməsi və qıtlığı, məhsulun qablarının utilizasiya səviyyəsi, təbiətin çirkləndirilməsi səviyyəsi, yerin ozon qatının mühafizəsi və yeni məhsulların heyvanlar üzərində təcrübədən keçirilməsinə qarşı mübarizə ilə əla­qə­dar olan amillər aiddir.
Son illərdə material resurs­la­rının, xüsusən də enerji daşıyıcılarının qiymətinin yüksəlməsi nəticəsində məhsulun bahalaşması, təbii mühitin mühafizəsi və istehlakçıların hüquqlarının müdafiəsi hərəkatlarının fəaliyyətinin daha da fəallaşması, ətraf mühiti çirkləndirməyə görə ödənilən cərimələrin səviyyəsinin yüksəldilməsi, bəzi Avropa ölkələrində «ekoloji vergi» adlanan verginin tətbiqi müəs­sisələrin mark­e­tinq fəaliyətində bu amillərin rolunu daha artırmışdır.
Müəssisələr marketinq fəaliyyətinə təbii mühit amillərinin qeyd edilən neqativ təsirini aradan qaldırmaq məqsədilə baha və ehtiyatları qıt olan material resurslarının daha ucuz və ehtiyatları kifayət qədər olan material resursları ilə əvəz edilməsinə, heyvan mən­şəli məhsullar əvəzinə bitki mənşəli inqrediyentlərdən istifadə edilməsinə, tul­lan­tı­sız və ətraf mühitin çirkləndirilməsinin qarışısını alan texnologiyaların tətbiqinə və s. başlamışlar.



Yüklə 139,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin