Hüquqiamillərə ölkədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini və tənzimlənməsini təmin edən qanunlar və qanunvericilik aktları və onlara əməl edilməsi üzərində dövlət nəzarəti sistemi aiddir.
İstehlakçılarınhüquqlarınınmüdafiəsiamillərinə bütünlükdə cəmiyyətin, o cümlədən istehlakçıların mənafeyinin qeyri-mükəmməl, haqsız sahibkarlıq fəaliyyətindən və sahibkarların məsuliyyətsiz fəaliyyətindən müdafiəsini təmin edən amillər, həmçinin sahibkarlıq etikası və istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət və ictimai təşkilatlar aiddir.
Marketinqin mədəni mühiti Mədənimühit dedikdə cəmiyyətin dəyərlər sistemini, qavrama modelini, tələbatlarını, həyat və davranış tərzini formalaşdırmağa kömək edən sosial institutlar və digər güclər başa düşülür. Marketinqin mədənimühit amillərinə bəşəri və milli mədə-niyyət; submədəniyyətlər; milli adət-ənənələrə sadiqlik; insanların bir-birinə, ictimai institutlara və cəmiyyətə münasibəti; cəmiyyətin mədəni inkişaf səviyyəsi; həmçinin danışıqların aparılması tərzi və digər mədəniyyət amilləri daxildir.
Mədəni mühit amilləri istehlakçıların və alıjıların məhsulun bu və ya digər özəlliklərinə (məziyyətinə, istehlak xüsusiyyətinə) üstünlük verməsinə, məhsulların seçilməsinə və satın alınmasına dair qərarların qəbuluna və müəssisənin marketinq fəaliyyətinə təsir göstərən ən mühüm makromühit amillərindən biridir.
Bəşərimədəniyyət.Bəşəri mədəniyyət dedikdə bütün dünya xalqlarının qəbul və əməl etdiyi dəyər və normalar sisteminin, qavrama modelinin, davranış stereotiplərinin və s. məcmusu başa düşülür. Müxtəlif mədəniyyətlər arasındakı fərqlər aradan qalxdıqca və müxtəlif mədəniyyətlər baş verdikcə müəssisənin bütün bazarlara standart məhsullar təklif etmək və standart marketinq proqramları hazırlaması imkanları artır. Bu isə məhsulun istehsalına və satışına çəkilən xərclərin, onun qiymətinin səviyyəsinin aşağı düşməsinə və deməli, məhsulun satışının həcminin artmasına səbəb olur.