Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı



Yüklə 139,24 Kb.
səhifə3/17
tarix25.04.2023
ölçüsü139,24 Kb.
#102202
1   2   3   4   5   6   7   8   9   ...   17
Məmmədzadə Xanım

Gəlirlərin səviyyəsi. Əhalinin gəlirlərinin səviyyəsi dedikdə onun müəyyən vaxt ərzində qazandığı, əldə etdiyi gəlirlərin məbləği başa düşülür. Bu göstəriciyə gö­rə dünya ölkələri 5 qrupa bölünür:
1) ailə gəlirləri çox aşağı səviyyədə olan ölkə­lər;
2) ailə gəlirləri əsasən aşağı səviyyədə olan ölkələr;
3) ailə gəlirlərinin çox aşa­ğı və çox yuxarı səviyyədə olduğu ölkələr;
4) ailə gəlirləri aşağı, orta və yüksək sə­viy­yədə olan ölkələr və
5) ailə gəlirləri əsasən orta səviyyədə olan ölkələr.
Əhalinin alıcılıq qabiliyyəti bilavasitə onların gəlirlərinin səviyyəsi ilə müəyyən edildiyindən marketinq fəaliyyətinə ciddi surətdə təsir edir. Belə ki, əhalinin gəlirlərinin səviyyəsi yüksəldikcə bahalı, ekoloji cəhətdən təmiz və prestijli məhsulların satışı imkanları genişlənir və satışın həcmi artır.
Ailə büdcəsinin bölüşdürülməsi. Müxtəlif istehlakçılar müxtəlif amillərdən (məsələn, statusundan, hansı sosial qrupa aid olmasından, mədəni səviyyəsindən və s.) asılı olaraq öz gəlirlərini müxtəlif məhsulların alınmasına yönəldirlər, yəni onu müxtəlif cür bölüşdürürlər. Başqa sözlə desək, ailə büdcəsinin bölüşdürülməsi ai­lə­nin istehlak strukturunu xarakterizə edir.
Sosial siniflər. Sosial siniflər oxşar dəyərlər sisteminə, maraqlara və davranışa ma­lik olan nisbətən stabil ictimai qruplardır. Ölkə əhalisi peşə fəaliyyətinə, təhsil səviyyəsinə, maddi rifah halına və s. xüsusiyyətlərinə görə sosial siniflərə bölünür­lər. Konkret sosial sinifə daxil olan hər bir alıjının davranışı və məhsula münasibəti həlledici dərəcədə həmin sosial sinfin davranışı və münasibətilə müəyyənləşir, onlar bu və ya digər məhsulun satın alınmasına dair qərar qəbul edərkən həmin so­sial sinifə daxil olan digər şəxslərin rəyini nəzərə alırlar. Buna görə də bir çox müəs­sisələr məhsulların hazırlanmasında konkret sosial sinifin davranışını, tələbat­la­rını və digər xüsusiyyətlərini nəzərə alır və buna uyğun olaraq öz məhsullarını differensiallaşdırırlar.

Yüklə 139,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin