Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası


) Udlaq badamcıqlarının hamısına aid ümumi xüsusiyyət hansıdır?



Yüklə 1,54 Mb.
səhifə3/15
tarix26.11.2016
ölçüsü1,54 Mb.
#228
1   2   3   4   5   6   7   8   9   ...   15

139) Udlaq badamcıqlarının hamısına aid ümumi xüsusiyyət hansıdır?

A) Heç birinin gətirici limfa damarları yoxdur

B) Hamısı cütdürlər

C) Hamısı yaş artdıqca atrofiyaya uğrayırlar

D) Hər birinin quruluşu lakunardır

E) Hamısının kapsulası var


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 41-45
140) Udlaq divarının ən xarici qatı nədən ibarətdir?

A) Köndələn-zolaqlı əzələ

B) Adventisiya

C) Saya əzələ

D) Periton

E) Selikli


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 40-46
141) Hər damaq badamcığında nə qədər lakuna olur?

A) 8-10


B) 10-12

C) 3-5


D) 16-18

E) 20-25
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 46


142) Udlağı qaldıran əzələlər hansılardır?

A) M.styloglossus, m.salpingopharingeus

B) M.stylopharingeus, m.palatopharingeus

C) M.constrictoris pharingei superiror et media

D) M.levator veli palatini, m.palatoglossus

E) M.tensor veli palatini, m.salpinqopharingeus


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 45-46
143) Xarici yuxu arteriyasından damaq badamcığının aşağı qütbünə kimi olan məsafə nə qədərdir?

A) 4,8-5,8 sm

B) 2,3-3,3 sm

C) 1,5 – 1,9 sm

D) 1,0-1,4 sm

E) 3,8-4,8 sm


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр.310

144) Xarici yuxu arteriyasından damaq badamcığının yuxarı qütbünə kimi olan məsafə nə qədərdir?

A) 1,1 sm

B) 4,1 sm

C) 3,1 sm

D) 5,1 sm

E) 2,1 sm


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр.310
145) Daxili yuxu arteriyasından damaq badamcığının yuxarı qütbünə kimi olan məsafə nə qədərdir?

A) 1,8 sm

B) 2,8 sm

C) 3,8 sm

D) 5,8 sm

E) 4,8 sm


Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр.310

Qulağın anatomiyası və fiziologiyası

146) Üz siniri təbil boşluğunun hansı divarından keçir?

A) Ön və alt

B) Lateral və arxa

C) Medial və arxa

D) Üst və arxa

E) Ön və üst


Ədəbiyyat: Стратиева О.В. Клинческая анатомия уха. С-Пб, Спецлит, 2004, стр. 25
147) Təbil pərdəsi təbil boşluğunun medial divarından neçə millimetr aralı yerləşir?

A) 8 mm


B) 4 mm

C) 7 mm


D) 10 mm

E) 1 mm
Ədəbiyyat: Стратиева О.В. Клинческая анатомия уха. С-Пб, Спецлит, 2004, стр. 30


148) Daxili qulaqda endolimfanın həcmi neçə millimetr kub təşkil edir?

A) 5


B) 3

C) 10


D) 1

E) 2
Ədəbiyyat: Стратиева О.В. Клинческая анатомия уха. С-Пб, Спецлит, 2004, стр. 116


149) Otoskleroz xəstəliyinin diaqnostikası zamanı hansı akumetrik sınaq əsas sayılır?

A) Jele


B) Binq

C) Rinne


D) Şvabax

E) Federiçi


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.147
150) Timpanoskleroz xəstəliyinin diaqnostikası zamanı hansı akumetrik sınaq əsas sayılır?

A) Binq


B) Rinne

C) Jele


D) Federiçi

E) Şvabax


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.148
151) Orta qulaqda radikal əməliyyatdan sonra hansı növ timpanoplastika əməliyyatı tətbiq olunur?

A) IV-cü növ

B) I-ci növ

C) V-ci növ

D) III-cü növ

E) II-ci növ


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.449
152) Timpanoplastika əməliyyatı orta qulaqda irinli-iltihabı proses tam sanasiya olunandan neçə müddət sonra icra olunur?

A) 1 ay


B) 1 il

C) 1 ildən artıq

D) 6 ay

E) 3 ay
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.445


153) Timpanoplastika əməliyyatının hansı növü mirinqoplastika adlanır?

A) I növ


B) II növ

C) III növ

D) V növ

E) IV növ


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.445
154) Timpanoplastika əməliyyatına əsas əks-göstəriş hansıdır?

A) Neyrosensor agıreşitmə

B) Adheziv otit

C) Xroniki epimezotimpanitin kəskinləşməsi

D) Xroniki mezotimpanit remissiya fazasında olması

E) Qarışıq ağıreşitmə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.445
155) Timpanoplastika əməliyyatına əsas göstəriş hansıdır?

A) Otogen kəllədaxili ağırlaşmalar

B) Xroniki epimezotimpanitin kəskinləşməsi

C) Eşitmə borusunun keçiriciliyinin pozulması

D) Xroniki mezotimpanit remissiya fazasında

E) Otogen kəllədaxili ağırlaşmalar


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.445
156) Timpanoplastika əməliyyatına audioqrammada əsas göstəriş hansıdır?

A) Eşitmə dipazonu hava-sümük yarığının 50-70 dB arasında olması

B) Eşitmə diapazonu hava-sümük yarığının 10-20 dB arasında olması

C) Eşitmə dipazonu hava-sümük yarığının 70-80 dB arasinda olması

D) Eşitmə diapazonu hava-sümük yarığının 20-50 dB arasında olması

E) Eşitmə dipazonu hava-sümük yarığının 50-60 dB arasında olması


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.446

157) Orta qulaqda endoaural əməliyyata göstəriş hansıdır?

A) Kəskin və xroniki mastoidit

B) Gicgah sümüyünün kariyesi

C) Xroniki epimezotimpanit

D) Otoğen kəllədaxili agırlaşmalar

E) Xroniki mezotimpanit


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.440-442
158) Mastoiditin hansı forması daha çox kəllədaxili agırlaşmaların səbəbi ola bilər?

A) Timpanit

B) Apisit

C) Ziqomatisit

D) Besold

E) Petrozit


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.419
159) Otoskleroz xəstəliyinin irsi faktorunun tipi hansıdır?

A) Multifaktorial

B) Autosom-dominant

C) Autosom-resessiv

D) Y-cinslə əlaqədar

E) X-cinslə əlaqədar


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.470
160) Anadangəlmə ağıreşitmənin və karlığın əsas irsi faktoru hansıdır?

A) X-cinslə əlaqədar

B) Autosom-resessiv

C) Multifaktorial

D) Y-cinslə əlaqədar

E) Autosom-dominant


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.488
161) Parasentez təbil pərdəsinin hansı kvadrantında aparılır?

A) Ön-aşağı

B) Arxa-yuxarı

C) Arxa-aşağı

D) Ön-aşağı və arxa-aşağı

E) Ön-yuxarı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.404

162) Menyer xəstəliyinin irsi faktoru hansıdır?

A) X-cinslə əlaqədar

B) Autosom-dominant

C) Multifaktorial

D) Atosom-resessiv

E) Heç biri


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.464
163) Təbil pərdəsinin hansı hissəsinin perforasiyası zamanı eşitmə qabiliyyətinin pozulması daha çox müşahidə olunur?

A) Mərkəzi

B) Arxa

C) Ön


D) Aşağı

E) Yuxarı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.440-442
164) Qulaq mənşəli ekstradural abses zamanı infeksiyanın kəllə daxilinə əsas yayılma yolu hansıdır?

A) Perinevral

B) Kontakt

C) Hematogen

D) Limfogen

E) Heç biri


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
165) Hansı xəstəlikdə adətən qulaqda küy rast gəlmir?

A) Hipertoniya xəstəliyində

B) Menyer sindromunda

C) Xroniki otitlərdə

D) Sensonevral ağıreşitmədə

E) Eşitmə sinirinin nevrinomasında


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.457
166) Oval və girdə pəncərələrin arasında nə yerləşir?

A) Pars ampularis canalis semicircularis horizontalis

B) N. Facialis

C) Promontorium

D) Bulbus venae yugularis

E) Sinus sigmoideus


Ədəbiyyat: Стратиева О.В. Клинческая анатомия уха. С-Пб, Спецлит, 2004, стр. 25

167) Ağıreşitmənin orta dərəcəsi hansıdır?

A) 80-90 dB

B) 90 dB artıq

C) 60-80 dB

D) 40-60 dB

E) 20-40 dB


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.459
168) Timpanoqrammanın klassifikasiyasında orta qulağın normal funksiyası hansıdır?

A) B – tipi

B) As – tipi

C) C – tipi

D) Ad – tipi

E) A – tipi


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс.Москва, 2003, стр. 188
169) Neyrosensor ağıreşitmənin əsas etioloji faktoru hansıdır?

A) Antibiotiklərin ototoksikliyi

B) Şəkərli diabet

C) Hipertoniya xəstəliyi

D) İrsi faktor

E) Presbiakusis


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.458
170) Prussak cibi təbil boşluğunun hansı hissəsində yerləşir?

A) Hypotympanum

B) Protympanum

C) Epitympanum

D) Aditus ad antrum

E) Mezotympanum


Ədəbiyyat: Стратиева О.В. Клинческая анатомия уха. С-Пб, Спецлит, 2004, стр. 35
171) Danışıq nitqini insanın eşitmə aparatı hansı məsafədən qəbul edir?

A) 10 m


B) 15 m

C) 30 m


D) 25 m

E) 20 m
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.140



172) Eşitmə borusunun genişlənməsində hansı əzələ əsas rol oynayır?

A) m. stapedius

B) m. tubopharyngeus

C) m. tensor membranae tympani

D) m. levator veli palatini

E) m. tensor veli palatin


Ədəbiyyat: Стратиева О.В. Клинческая анатомия уха. С-Пб, Спецлит, 2004, стр. 90
173) “Tinnitus” nə deməkdir?

A) Başgicəllənmə

B) Qulaqda küy

C) Spontan nistaqm

D) Karlıq

E) Eşitmə qabiliyyətinin pozulması


Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии, Невский диалект, С-Пб., 1998, стр. 92
174) Adətən, qulaqlarda küy neçə dB gücündə olur?

A) 25 dB


B) 20 dB

C) 10 dB


D) 5 dB

E) 15 dB
Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии,Невский диалект, С-Пб., 1998, стр.92


175) Nitq zonası eşitmə diapazonunun hansı hissəsini əhatə edir?

A) 64-2000 Hz

B) 1000-6000 Hz

C) 500-4000 Hz

D) 128-8000 Hz

E) 128-10000 Hz


Ədəbiyyat: В.Г.Ермолаев,А.Л.Левин «Практическая аудиология» Л:. Медицина, 1969, стр.16

176) Hansı eşitmə nəzəriyyəsi müasir elmdə əsas kimi qəbul olunubdur?

A) Evald nəzəriyyəsi

B) Nəzəriyyələrın hamısı

C) Bekeşi nəzəriyyəsi

D) Helmholtz nəzəriyyəsi

E) Heç biri


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.116-117

177) Daxili qulaqda dəhlizin həcmi neçə millimetr kubda təşkil edir?

A) 5 mm kub

B) 12 mm kub

C) 8 mm kub

D) 15 mm kub

E) 10 mm kub


Ədəbiyyat: Стратиева О.В. Клинческая анатомия уха. С-Пб, Спецлит, 2004, стр.119
178) Təbil pərdəsinin daxili səthindən qan hansı venalara toplanır?

A) V. palatinae

B) V. auricularis

C) V. Yugularis

D) Sinus sigmoideus

E) Sinus transverses


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство,М:.Медицина, 2001, стр.84

179) Menyer xəstəliyinin müalicəsinin ən effektiv üsulu hansıdır?

A) Konservativ müalicə

B) Rozen əməliyyatı

C) Portmann əməliyyatı

D) Lempert əməliyyatı

E) Heç biri


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.468
180) Endolimfatik kisənın (Saccuc endolymphaticus) həcmi necə millimetr kubtadır?

A) 6 mm kub

B) 12 mm kub

C) 15 mm kub

D) 10 mm kub

E) 5 mm kub


Ədəbiyyat: Стратиева О.В. Клинческая анатомия уха. С-Пб, Спецлит, 2004, стр.183.
181) Akumetrik müayinə zamanı ən dəqiq kamerton hansıdır?

A) C128


B) C1024

C) C512


D) С2084

E) C2048
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.146



182) Eşitmə sinirin nevrinoması xəstəliyi zamanı Veber sınağının nəticəsi nəyi göstərir?

A) Lokalizasiyanı ayırd etmək olmur

B) Veber sınaqı əhəmiyyətsizdir

C) Lokalizasiya sağlam qulağa tərəf

D) Səs kəllənin mərkəzindədir

E) Lokalizasiya xəstə qulağa tərəf


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.147
183) Hamiləlik zamanı ana bətnində eşitmə analizatorunun formalaşmasının müddəti nə qədərdir?

A) 6 aya qədər

B) 1 aya qədər

C) 6-8 ay

D) 3-6 ay

E) 3 aya qədər


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.107
184) Uşaqlarda neçə yaşdan sonra tonal audiometriya müayinəsini aparmaq mümkündür?

A) 3 yaşından sonra

B) 2 yaşından sonra

C) 6 yaşından sonra

D) 5 yaşından sonra

E) 4 yaşından sonra


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 169
185) Hansı xəstəliyin diaqnostikası zamanı timpanometriya effektiv müayinə üsulu sayılmır?

A) Xroniki tubootit

B) Adheziv otit

C) Timpanosleroz

D) Otoskleroz

E) Neyrosensor ağıreşitmə


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр.188
186) “Konneksin 26” hansı anadangəlmə irsi xəstəliyin genidir?

A) Ağıreşitmə və karlıq

B) Orta qulaqın diskeneziyası

C) Otoskleroz

D) Xarici qulağın anomaliyaları və qusurları

E) İlbizin diskeneziyası


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва,2003, стр. 350
187) Körpə uşaqlarda anadangəlmə ağıreşitmənin və karlığın diaqnostikası hansi audioloji üsul vasitəsi ilə təyin olunur?

A) Tonal astanaüstü audiometriya

B) Timpanometriya

C) Tonal astanalı audiometriya

D) Danışıq audiometriyası

E) Törədilmiş potensiallar


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 199
188) Koxlear implantasiya mikrocərrahiyyə əməliyyatını neçə yaşda etmək daha məsləhətdir?

A) 14 yaşında

B) Bütün yaşlarda

C) 3 yaşa qədər

D) 6 yaşında

E) 5 yaşında


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 349
189) Stapedoplastika cərrahi əməliyyatını ikinci qulaqda neçə müddətdən sonra icra etmək olar?

A) 1 ildən sonra

B) 6 aydan sonra

C) 1 aydan sonra

D) 3 aydan sonra

E) 3 ildən sonra


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.470
190) Otoskleroz xəstəliyinin hansı forması cərrahi əməliyyata əks-göstəriş sayılır?

A) Timpanal forma

B) Koxlear forma

C) Spontan forma

D) Birtərəfli forma

E) Qarışıq forma


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.470
191) Timpanoplastika əməliyyatının 5 növü hansı alim tərəfindən icad edilib?

A) S. Rozen

B) A. Lempert

C) M. Portmann

D) N. Preobrajenski

E) H. Wullstein


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.445
192) İlk otocərrahiyyə mikroskopu neçənci ildə ixtira olunubdur?

A) 1921


B) 1934

C) 1959


D) 1946

E) 1872
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.447


193) Chorda tympani n.fasialis –in təbil boşluğuna daxil olduğu təbil dəliyi təbil boşluğunun hansı divarında yerləşir?

A) Arxa


B) Medial

C) Üst.


D) Alt

E) Ön
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.87



194) Qulağın hansı hissəsinin (xarici, orta, daxili) iltihabı ən çox kəllədaxili ağırlaşmalara səbəb olur?

A) Orta


B) S-bənzər sinus

C) Daxili

D) Xarici

E) Xarici, orta, daxili qulaq birlikdə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
195) İnfeksiyanın qulaqdan kəllə boşluğuna yayılma yollarının ən çox rast gələni hansıdır?

A) Nevrogen

B) Hematogen

C) Kontakt

D) Limfogen

E) Heç biri


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
196) Orta otit və labirintit zamanı hansı kəllə çuxurunda daha çox ağırlaşma baş verir?

A) Arxa


B) Varoli körpüsündə

C) Orta


D) Kəllə əsasında

E) Ön
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.493



197) İrinli orta otitin hansı forması daha çox kəllədaxili ağırlaşmalar törədə bilər?

A) Kəskin

B) Epimezotimpanit

C) Heç biri

D) Mezotimpanit

E) Epitimpanit


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
198) Otogen kəllədaxili ağırlaşmaların hansı nozoloji formasının proqnozu daha ağır və təhlükəlidir?

A) S-bənzər sinusun trombozu

B) Ekstradural absess

C) Beyin absessi

D) Otogen meningit

E) Subdural absess


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
199) Gicgah sümüyü piramidinin köndələn sınığı zamanı nə müşahidə olunur?

A) Təbil pərdəsinin zədələnməsi

B) Qanaxma

C) Hamısı

D) Üz sinirinin iflici

E) Likvoreya


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 482
200) Otogen meningit zamanı hansı simptom daha çox müşahidə olunur?

A) Brudzinski simptomu

B) Ənsə əzələlərində gərginlik

C) Kerman simptomu

D) Kerniq simptomu

E) Lessaj simptomu


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
201) Otogen beyin absesi zamanı hansı simptom daha çox müşahidə olunur?

A) Lessaj simptomu

B) Kerniq simptomu

C) Kerman simptomu

D) Ənsə əzələlərində gərginlik

E) Brudzinski simptomu


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.493
202) VIII kəllə-beyin sinirinin hansı nüvəsi koxlear şaxəni təşkil edir?

A) Ventral və dorsal

B) Şvalbe

C) Bexterev

D) Deyters

E) Roller


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.103
203) Azərbaycan dilində eşitmə qabliyyətini nitqlə müayinə cədvəlini ilk dəfə kim qurub?

A) Y. Qasımov və A. Şıxlinski

B) A. Eyvazov

C) M.Polunov

D) M. Kajlayev və A. Eyvazov

E) İ.Lukov


Ədəbiyyat: Qasımov Y.Ə. Qulaq,burun və boğaz xəstəlikləri. Bakı, 1980 səh. 34
204) S-ə bənzər sinusun tromboflebiti və sepsis zamanı qulaqda və sinusda hansı əməliyyat tətbiq olunur?

A) Antrotomiya

B) Qulaqda ümumi boşluq əməliyyatı

C) Attikoantrotomiya

D) Mastoidektomiya

E) Fenestrasiya əməliyyatı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.513
205) Otogen kəllədaxili ağırlaşmalarda lumbal punksiya zamanı likvorun təzyiqi neçə mm. su sütunudur?

A) 50-100

B) 100-150

C) 150-200

D) 300-600

E) 200-300


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.499
206) Normada lumbal punksiya zamanı onurğa beyin mayesinin təzyiqi neçə mm. su sütunu olmalıdır?

A) 380-ə qədər

B) 200-ə qədər

C) 280-ə qədər

D) 180-ə qədər

E) 300-ə qədər


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.513
207) Otogen kəllədaxili ağırlaşmalarının diaqnostikasında lumbal punksiya hansı patologiyada daha önəmlidir?

A) Otogen meningit

B) Beyin abssesi

C) Subdural absses

D) Ekstradural absses

E) S-ə bənzər sinusun trombozu və sepsis


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.502
208) Otogen kəllədaxili ağırlaşmalar zamanı diaqnostik lumbal punksiya onurğa sütununun hansı fəqərələri arasında olunur?

A) L1-L2


B) L2-L3

C) L3-L4


D) L4-L5

E) L5-S1
Ədəbiyyat: Talışinski Ə.M. Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis. Baki – 1998, səh. 55


209) Otogen kəllədaxili ağırlaşmalar zamanı eşitmə funksiyasında hansı dəişiklik baş verir?

A) Eşitmə funksiyası pozulmur

B) Qarışıq tipdə pozulur

C) Qulaqlarda yalnız küy müşahidə olunur

D) Səs qəbuletmə aparatının pozğunluğu tipində zəifləyir

E) Səs keçirmə aparatının pozğunluğu tipində zəifləyir


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
210) Labirintitlər zamanı xəstədə hansı formada başgicəllənmələr müşahidə olunur?

A) Sistem xarakterli (əşyalar xəstənin ətrafında)

B) Horizontal müstəvidə

C) Vertikal müstəvidə

D) Xaotik

E) Saqital müstəvidə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
211) Otogen kəllədaxili ağırlaşmaların hansı formasında diplopiya müşahidə olunur?

A) Otogen meningit

B) Subdural absses

C) Beyin abssesi

D) Ekstradural absses

E) S-ə bənzər sinusun trombozu və sepsis


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin