Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə303/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   299   300   301   302   303   304   305   306   ...   493
BHOS Tezisler 2022 17x24sm

ə
r:
pestisidlər, mikroorqanizm, torpaq 
Kənd təsərrüfatında qlobal problemlərdən ən əsası əldə olunan məh-
sulun çox hissəsinin tarlada, sonra isə anbarlarda zərərvericilər tərəfindən və 
xəstəliklər nəticəsində məhv olmasıdır. Əkin sahələrində zərərvericilər, 
həşərat, gəmiricilər, göbələk, alaq otları ilə mübarizə üçün bir sıra üsullardan 
istifadə edirlər. Bu üsullardan ən geniş yayılmış pestisidlərdən istifadədir. 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
315
Pestisidlər- kimyəvi maddələrdir. Pestisidlərin aşağıdakı növləri var: akarisid-
lər- gənələrə, antifidinqlər, insektisidlər- cücülərə, herbisidlər- alaq bitkilərinə 
qarşı, zoosidlər- zərərli onurğalı heyvanlara, bakterisidlər, virusoidlər, funqi-
sidlər- virus və göbələklərə qarşı mübarizədə istifadə olunur. 
Pestisidlər nəinki zərərvericiləri məhv edir, həm də insan həyatı və sağ-
lamlığı üçün böyük təhlükə yaradır. Buna səbəb onların ksenobiotik (yəni 
təbiət üçün yad) birləşmələr olmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının 
verdiyi məlumata görə bütün dünyada pestisidlərdən istifadə hər il 20000 
adamın ölməsinə, 1milyona yaxın adamın isə zəhərlənməsinə səbəb olur. O 
cümlədən pestisidlər təbiətə də ciddi ziyan vurur. Belə ki, istifadə olunan 
pestsidlərin yalnız 1%-dən istənilən məqsəd əldə etmək olur, qalan 99%-i ət-
raf mühitə düşərək torpağı, havanı çirkləndirir. Tədqiqatlar göstərir ki, pesti-
sidlərə istifadə olunmayan ərazilərdə də rast gəlinir. Məsələn, Antarktidada 
morjların piy qatında. Bu onu göstərir ki, pestisidlər təbiətdə dövran edir. 
Pestisidlərin bəzi növləri torpaqda 20 ilə qədər qala bilir [1]. 
Pestisidlərin insan orqanizminə və ətraf mühitə verdiyi təhlükəni nəzərə 
alaraq, laboratoriyamızda tədqiqat işi aparılmışdır.Tədqıqat işinin məqsədi 
mikroorqonizimlər vasitəsilə torpağı pestisidlərdən təmizləməkdir. Bunun 
üçün Azərbaycanın ayrı-ayrı böl-gələrindən pestisidli torpaq nümunələri gö-
türülmüşdür.İlk olaraq həmin torpaqlardan xüsusi mühitdə mikroorqanizimlər 
ayrılmış, sonra isə şeyker vasitəsilə kultivasiya edilmişdir.Torpaq nümunələ-
rində bitki toxumları əkilmişdir. Əkilən bitkilər adi su və mikroorqonizimli məh-
lulla suvarılmışdır. Alınan nəticələr mikroorqonizimli məhlullardan istifadə et-
məklə torpağı pestisidlərdən təmizlənməsinin mümkün olduğunu təsdiq edir.

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin