cənin möhkəmləndirilməsi üçün onun ətrafında hasar və xəndəklər
çəkdirdi. 1063-cü ildə şəhərə qala qapılarını dəmirçi İbrahim Os-
man oğluna hazırlatdı. Şəddadilər bu zaman erməni feodallarına və
Bizans imperiyasına qarşı uğurla mübarizə aparırdı. Şəddadilərin
zərbə qüvvəsi oğuz türkləri, qüvvətli müttəfiqi sonralar Səlcuq türk-
ləri idi (10, s. 210).
2. Slavyanların Azərbaycana basqınları
XI əsrin sonlarından başlayaraq slavyanlar-“ruslar” Xəzər-
yanı vilayətlərə soyğunçuluq yürüşləri təşkil etməyə başladılar. O
vaxt Kiyev knyazlarının hərbi drujinalarının üzvləri “rus” adlanırdı.
909-cu ildə onlar 16 gəmi ilə Xəzərə daxil oldular. Dənizin cənu-
bundakı Abaskun adasını ələ keçirdilər. Məğlubiyyətə uğrayan slav-
yanlar 910-cu ildə yenidən basqınlar etdilər, Sarı adasında və sahil
məntəqələrində yanğınlar, talanlar törətdilər. Sonra İran sahillərinə
hücum etdilər. Lakin Gilan şahının hərbi qüvvələri onları məğlu-
biyyətə uğratdılar. Geri çəkilərkən Şirvanşahların qoşunları tərəfin-
dən darmadağın edildilər. 914-cü ildə slavyanlar hər birində 100
döyüşçü olan 500 gəmi ilə Xəzərə daxil oldular. Xəzər xaqanlığının
ərazisindən keçdikləri üçün onlara ələ keçirdikləri qənimətin
yarısını verməyi vəd etdilər. Əhali hücum gözləmədiyindən qəflətən
50000 nəfərlik hərbi qüvvələrin dəhşətli basqınlarına və talanlarına
məruz qaldı. Ruslar Bakı sahillərinə gələrək, sahilə yaxın adalarda
düşərgə saldılar və buradan basqınlar edirdilər. Uşaqları və qadınları
əsir götürdülər, geri qayıdarkən vəd etdikləri qənimətin bir hissəsini
Xəzər xaqanına verdilər. Lakin 15000 nəfərlik müsəlman-türk
qoşunları ilə slavyanlar arasında şiddətli döyüş baş verdi. 3 gün da-
vam edən bu döyüşdə ruslar darmadağın edildi, onlardan ancaq 5
minə qədəri qaça bildi. Mənbələrə görə, ruslara qarşı xarəzm, xəzər,
burtas (mordva) və bulqar türkləri fəal iştirak edirdilər. 30 il sonra-
944-cü ildə slavyan drujinaları yenidən Xəzər sahillərində görün-
dülər. Bu zaman onlar Bərdəni ələ keçirmək və Azərbaycanda
möhkəmlənmək üçün gəlmişdilər. Kiyev knyazı İqorun (912-945)
67
gəmiləri Kürün mənsəbinə yetişib, Bərdə yaxınlığında Kür sahilində
Mübarəki adlı yerdə düşərgə saldılar və buradan Bərdəyə hücum
etdilər. Salarilər 5600 nəfərlik qüvvəsi ilə onlara müqavimət göstərə
bilmədilər və Bərdə slavyanların əlinə keçdi. Əhali qılıncdan keçi-
rildi və şəhər talan olundu. Lakin bərdəlilər müqavimət göstərmək-
də davam edirdilər. Bərdəni itaətdə saxlamağın mümkün olmaya-
cağını yəqin edən ruslar onlardan tələb etdilər ki, gün ərzində şəhər-
dən çıxıb getsinlər. Çıxmayan əhali yenidən qılıncdan keçirildi, sağ
qalanları, şəhər varlılarını məscidə toplayıb adambaşına 20 dirhəm
pul tələb etdilər. Pulu olan canını qurtardı, pulu olmayana isə divan
tutuldu. Mənbələrə görə, bu zaman Bərdədə 20000 nəfərə qədər
adam öldürüldü. Salari hökmdarı Mərzban ibn Məhəmməd 30000
nəfərlik qoşunla şəhəri mühasirəyə aldı. O, düşmənə ağır zərbə vur-
sa da, şəhəri ala bilmədi. Mosul hakimi Əbu Məhəmməd Nəsirəd-
dövlənin Azərbaycanın cənub sərhədlərini pozaraq Xoy və Salması
ələ keçirməsi xəbərini alan Mərzban ibn Məhəmməd özünün əsas
hərbi qüvvəsilə cənuba getdi. Salarilərin 4000 nəfərlik kiçik bir dəs-
təsi Bərdənin mühasirəsini davam etdirdi. Əhalinin mübarizə əzmini
qıra bilməyən, gündüz döyüşlərində şəhərin mühasirəsini yara
bilməyən slavyanlar gecə ikən qalanı yandırıb, qənimətlə birlikdə
şəhəri tərk etdilər və ölkələrinə qayıtdılar. 944-cü il basqınlarından
sonra Bərdə bir daha özünə gələ bilmədi. Yarım ildən çox slav-
yanların əlində qalan şəhər dağılmışdı, pul kəsilməsi dayandırıldı,
məşhur Bərdə bazarı öz əhəmiyyətini itirdi, bundan sonra şəhərin
bərpasına fikir verilmədi. 944-cü il faciəsindən sonra Azərbaycanın
şimal torpaqlarında müstəqil dövlət yaradan Şəddadilərin Gəncəni
paytaxt seçməsi Bərdənin süqutunu daha da sürətləndirdi. Azərbay-
can hakimləri ümumi düşmənə qarşı birləşmək əvəzinə öz araların-
dakı ixtilafları həll etmək üçün rus dəstələrini köməyə çağırırdılar.
987-ci ildə Dərbənd hakimi əmir Maymun ibn Əhməd yerli əyan-
lara qarşı 18 gəmi ilə Dərbəndə hücuma hazırlaşan slavyanlardan
kömək istədi. 1030-cu ildə 38 gəmidə yenidən Xəzər sahillərinə hü-
cum edən slavyan drujinaları Bakı yaxınlığında və Kürlə Arazın
qovuşduğu yerdə Şirvanşahların qoşunlarını məğlub etdilər. Şəd-
68
dadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu Musa Beyləqanda qiyam
qaldırmış qardaşı Əskuyəni məğlub etmək üçün slavyanları köməyə
çağırdı. Qardaşına qalib gəlib, Beyləqan əhalisinə divan tutduqdan
sonra o, slavyanlara çoxlu hədiyyə verdi. 1031-1033-cü illərdə
alanlar, sərirlər (Dağıstanda Sərir adlanan bölgədə yaşayan xalq) və
ruslar Şirvanşahların paytaxtı Yezidiyyə (Şamaxı) şəhərini ələ ke-
çirib, 10 gün ərzində qarət etdilər. 10000 nəfərə qədər adam qılınc-
dan keçirildi. Lakin xalq düşmənləri Azərbaycandan qovdu. Geri
qayıdan yadelliləri Dərbənd hakimi əmir Mansur ibn Maymun məğ-
lubiyyətə uğratdı. Əmirdən qisas almaq üçün 1033-cü ildə hücum
edən alanlar və slavyanlar yenidən məğlubiyyətə uğradılar.
3. Səlcuq türklərinin Azərbaycanda hökmranlığı
XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizi sahillə-
rinə və Dərbənd keçidindən İran körfəzinə qədər əraziləri əhatə
edən Böyük Səlcuq imperatorluğu yarandı. Öğuz türkləri olan Səl-
cuq türklərinin adı məşrk
69
feodallarının birləşmiş qüvvələrinə ağır zərbələr vurdular. Azərbay-
canın cənub əyalətləri Səlcuq sərkərdəsi Həsənin nəzarəti altına
keçdi. Səlcuq-Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18-
də Bizans, erməni və gürcü feodalarının birləşmiş qüvvələrini
darmadağın etdilər. Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu.
Sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan və
Xarəzm (1038-1044), Qərbi İran (1042-1051) Səlcuq türklərinin
hakimiyyətinə keçdi. 1055-ci ildə Bağdad da daxil olmaqla İraq
tabe edildi. Abbasilər asılı vəziyyətə düşdü. Azərbaycan türkləri, o
cümlədən oğuz türkləri Səlcuq türklərinin soydaşları idi. 1054-cü
ildə Sultan Toğrulun hərbi qüvvələri Təbrizə yaxınlaşdı (8, s. 285),
Rəvvadi hökmdarı Vəhsudan Səlcuq sultanına tabe olduğunu bil-
dirdi. Şəddadi hökmdarı Əbüləsvar Şarur da səlcuqlara tabe oldu.
Səlcuq sultanı ilə Şəddadi hökmdarı arasında bir saziş bağlandı:
onlar Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı əlbir
hərəkət etsinlər. 1066-cı ildə müqavimətə baxmayaraq, Şirvanşah I
Fəribürz səlcuqlara tabe oldu (2, s. 391). Bununla da Azərbaycan
bütünlüklə Böyük Səlcuq imperatorluğuna qatılmış oldu. Sasanilər
və Ərəb xilafətinin hökmranlıq etdiyi təqribən 600 illik bir tarixi
dövrdə bütün türk, habelə qeyri-türk tayfalarının vahid xalq halında
qaynayıb-qarışması prosesi gedirdi. Sasanilər və Ərəb xilafətinə
qarşı birgə mübarizə bu prosesə müsbət təsir göstərmişdi. Nəticədə
Azərbaycanda islam-türk etnik-siyasi amili daha da qüvvətlən-
mişdi. Azərbaycan isə İslam dünyasında həlledici hərbi-siyasi amilə
çevrilən türklüyün başlıca istinadgahı olmuşdu. Səlcuq axınları ərə-
fəsində vahid Azərbaycan türk xalqının yaranması prosesi, demək
olar ki, başa çatmaqda idi. Eyni kökdən və dildən olan, İslamı qəbul
etmiş Oğuz-Səlcuq türkləri ilə qədim Azərbaycan türkləri tez bir
zamanda qaynayıb-qarışdılar. Azərbaycan türk xalqının təşəkkülü
prosesi başa çatdı. Böyük Səlcuq imperatorluğunun yaranması ilə
torpaq mülkiyyəti və vergi sistemində də ciddi dəyişikliklər baş ver-
di. Hərbi-siyasi dayaq yaratmaq məqsədi ilə imperatorluq ərazisinə
daxil olan bütün torpaqlar hərbi xidmət əvəzində iqta şəklində Səl-
cuq əmirləri arasında bölüşdürülürdü. Təkcə Sultan Məlik şah
70
46 min Səlcuq süvarisinə iqta paylamışdı. İqtadarlar əvvəllər onlara
verilmiş torpaqlardan vergi (renta) almaqla kifayətlənir, daxili
idarəçiliyə və kəndlilərin həyatı ilə əlaqədar məsələlərə qarışmırdı-
lar, zaman keçdikcə iqta irsən keçməyə başlayır, mülk torpaqla-
rından fərqlənmirdi. Uc torpaqları-sərhədləri qoruyan Səlcuq sər-
kərdələrinə paylanmış torpaqlardır. Əhalidən əlavə olaraq, Səlcuq
döyüşçüləri üçün silah və şərab tədarük edilməyə, onların atlarını
nallamaq üçün silah bahası, şərab bahası, nal bahası kimi vergilər,
şəhər sənətkarlarından isə onların hazırladıqları sənət məhsulların-
dan pay alınmağa başlandı. XI-XIII əsrlərdə əhali xərac, üşr
(üşür), cizyə və bir çox başqa vergi və mükəlləfiyyətlər ödəyirdi.
Səlcuq dövləti XI əsrin sonlarında-işğallar ara verdikdə tənəzzülə
başladı. İqtadarlar daha mərkəzi hakimiyyətə tabe olmaq istəmir-
dilər. Əsarət altına alınmış ölkələrin, xalqların azadlıq mübarizəsi
genişlənməkdə idi. Bundan başqa I Səlib yürüşü dövründə (1096-
1099) səlibçilərə qarşı mübarizə, Aralıq dənizinin Kiçik Asiya,
Suriya və Fələstin sahillərində çox mühüm ərazilərin itirilməsi də
Böyük Səlcuq imperatorluğunun tənəzzülünə müəyyən təsir göstər-
di. Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin (1118-1157)
hakimiyyəti illərində imperatorluq faktiki olaraq, ayrı-ayrı müstəqil
dövlətlərə parçalanmışdı. Bu dövlətləri Səlcuq sultanlarının vəliəhd-
lərinin tərbiyəçiləri- atabəylər idarə edirdilər.
4. Şirvanşahlar və Atabəylər dövlətləri
Şirvanşahlar dövləti. Böyük Səlcuq hökmdarı I Məlik şahın
hakimiyyətinin sonuna yaxın Şirvanşahlar yenidən qüvvətlənməyə
başlamışdı. Bu zaman Fəribürz, sonra oğulları II Mənuçöhr və I Af-
ridun ölkəni müstəqil idarə edirdilər. Səlcuq türklərinə qarşı müba-
rizədə gürcü çarları Şirvanşahlarla yaxınlaşmağa çalışırdılar. Geniş
xarici siyasət planları olan gürcü çarı IV David Bizans imperatoru
Aleksey Komnin və qıpçaq türklərinin hökmdarı Atrak ilə ittifaqa
girmişdi. O, Qafqazın şimalından Gürcüstana 45.000 nəfərdən çox
qıpçaq türk döyüşçüsü köçürtmüşdü. Gürcü və erməni feodalları,
71
Bizans imperiyasının vasitəçiliyi ilə, Səlcuq türklərinə qarşı Qərbi
Avropa səlibçiləri ilə əlaqə yaratmışdılar. Bu tədbirlərlə onlar türk-
müsəlman amili Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan tor-
paqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. 1117-ci ildə De-
metre Şirvana hücum etdi. 1120-ci ildə isə IV David qüvvətli ordu
ilə Şirvana basqın etdi. Şirvanşahlar ordusu məğlubiyyətə uğradı (2,
s. 332). IV David Qəbələni talan etdi. 1121-ci ildə Didqori dö-
yüşündə gürcülər, qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlib-
çilərinin birləşmiş qüvvələri Səlcuq qoşunlarına qalib gəldilər.
1122-ci ildə Tiflis müsəlman əmirliyi ləğv edildi. Şirvanşah III
Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət-
lərinin yaxşılaşmasında Böyük Səlcuq imperatorluğunun zəifləməsi
ilə yanaşı, III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də
mühüm rol oynamışdı. Gürcü çarı ilə ittifaqa bel bağlayan III Mə-
nuçöhr Səlcuq türklərindən üz döndərdi. Nəticədə Şirvanşahlar Bö-
yük Səlcuq imperatorluğu ilə ittifaqdan çıxdılar və 40.000 dinar
məbləğində illik bac verməkdən imtina etdilər. 1123-cü ildə Səlcuq
hökmdarı Sultan Mahmud Şirvana hücum etdi. Lakin birləşmiş qüv-
vələrə qalib gələ bilməyən Sultan Mahmud çox keçmədən Şirvanı
tərk etdi. IV David Şirvan torpaqlarını Gürcüstana qatmaq qərarına
gəldi və 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi.
Gürcüstan və Buğurd qalalarını, Şamaxını ələ keçirdi, şəhər və qala-
larda gürcü qarnizonları qoyub geri döndü. Lakin 5 ay sonra IV Da-
vidin ölümündən sonra (1125) onlar Şirvanı tərk etməyə məcbur
oldular. Hakimiyyət yenidən III Mənuçöhrə keçdi. XII əsrin 30-60-
cı illərində Azərbaycan Şirvanşahlar dövləti Cənubi Qafqazda ən
qüdrətli siyasi amilə çevrilmişdi. 1160-cı ildə III Mənuçöhrün
ölümündən sonra onun oğulları arasında taxt-tac mübarizəsi başlan-
dı. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu
və bir qrup əyanla birlikdə qıpçaq turklərinə arxalanaraq, Şirvanı
Gürcüstanla birləşdirməyə cəhd göstərdi. Lakin Eldənizlər dövləti-
nin hakimi Atabəy Şəmsəddin Eldənizin qüvvələrinin köməyi ilə III
Mənuçöhrün böyük oğlu I Axsitan (1160-1196) hakimiyyəti ələ ke-
çirdi. O, Səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. I Ax-
72
sitan ömrünün sonunadək ona arxalandı. Gürcüstan çarlığı ilə dost-
luq münasibətləri davam edirdi. 1173-cü ildə Şirvanşahın hərbi
qüvvələri mərkəzi hakimiyyətə qarşı qiyamı yatırtmaqda gürcü çarı
III Georgiyə kömək etdi. I Axsitanın hakimiyyəti dövründə Dər-
bənd hakimliyi Şirvanşahlardan asılı vəziyyətə salındı. I Axsitan öl-
kənin ərazisində çoxlu müdafiə qurğuları-qalalar, qüllələr, sədlər
inşa və bərpa etdi. 1175-ci ildə Şirvanşahlar dövləti yenidən xarici
təcavüzə məruz qaldı. 73 gəmidən ibarət slavyan donanması
Azərbaycana hücum etdi, Lənbərana qədər hərəkət etdilər. Şimaldan
qıpçaq türkləri Dərbəndi və Şabranı ələ keçirdilər. Şirvanşahın hərbi
qüvvələri hər iki hücumu dəf etdi. Buna III Georginin gürcü qo-
şunları kömək etdi. Bizans şahzadəsi Andronik Komnin də gürcü
qoşunlarının ordugahında idi. 1192-ci ildə baş vermiş güclü zəlzələ
nəticəsində Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi (I Ax-
sitanın ailəsi də) tələf oldu. Paytaxt Bakıya köçürüldü (8, s. 297).
Azərbaycan Atabəylər (Eldənizlər) dövləti. Azərbaycan
atabəylərinin idarə etdiyi Eldəgizlər dövləti Azərbaycan tarixində
İldənizlər və ya Eldəgəzlər dövləti kimi də tanınır. Bu ərazi əvvəllər
İraq Səlcuq sultanlığının tərkibinə daxil idi. Böyük Səlcuq impera-
torluğunun parçalanması dövründə meydana gələn İraq Səlcuq sul-
tanlığı (1118-1194) İraqı, İranı və Kür çayından cənubdakı Azər-
baycan torpaqları da daxil olmaqla Cənubi Qafqazın bir hissəsini
əhatə edirdi. Eldənizlər sülaləsinin banisi Atabəy Şəmsəddin El-
dənizin adı ilə bağlıdır. Sultan II Toğrul (1132-1134) ona “əmir”
titulu verdi və onu öz oğlu Arslan şahın atabəyi təyin etdi. 1136-cı
ildə o, Arran hakimi təyin olundu və Bərdəyə göndərildi. Bununla
müstəqil Azərbaycan Eldənizlər dövlətinin və bu dövləti idarə
edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Şəmsəddin Eldəniz bir
çox xırda feodal mülklərini aradan qaldıraraq bütün Azərbaycanı öz
hakimiyyəti altında birləşdirdi. O, sultan sarayından iqta aldığı
Arranla yanaşı, Azərbaycanın bəzi cənub bölgələrini, habelə Nax-
çıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdirməyə başladı.
Paytaxt əvvəllər Naxçıvan şəhəri idi. Saray İraqda böyük nüfuza
malik idi və dövlətin idarə olunmasında yaxından iştirak edirdi.
73
1160-cı ildə “Böyük Atabəy” titulu aldı və oğulluğunu Arslan
şahın (1161-1176) İraqda sultan elan edilməsinə nail oldu. Bundan
sonra Şəmsəddin Eldəniz bütün İraq Səlcuq sultanlığını özü idarə
etməyə başladı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın
hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı
təyin edildi. Beləliklə, İraq Səlcuq sultanlığı Azərbaycan sultan-
lığına çevrildi. Kürdən cənubdakı bütün Azərbaycan torpaqları
Eldənizlər dövlətinin tərkibində yenidən birləşdirildi. Şirvanşahlar
dövləti də Eldənizlərdən asılı hala salındı. Azərbaycan Atabəyləri
Azərbaycan üçün daim təhlükə yaradan gürcü torpaqlarını
Eldənizlər dövlətinin tərkibinə daxil etmişdilər. 1161-ci ildə gürcü
qoşunları o zaman Eldənizlər dövlətinin tabeçiliyində olan Dəbil
şəhərinə hücum edib 10 minə qədər adamı qılıncdan keçirmiş, qa-
dınları və uşaqları çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü
qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarıl-
mışdı. Şəmsəddin Eldəniz gürcü qoşunları üzərində bir sıra qələbə
qazanmışdı. Gürcü çarları bir daha Azərbaycan sərhədini pozmağa
cəsarət etmirdilər. Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna
yaxın Eldənizlər dövləti Dərbənd keçidindən İran körfəzinə qədər
çox geniş əraziləri-Azərbaycanı, o cümlədən Arran və Şirvan, əl-
Cibal ölkəsi, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyi
əhatə edirdi. Hilat, Fars, Xuzistan, Mosul, Kirman və Təbəristan
Şəmsəddin Eldənizdən asılı idilər. Mərkəzi hakimiyyətdən iqta al-
mış əmirlərin hərbi qüvvələrindən başqa, hökmdarın özünün 50 min
nəfərlik nizami süvari qoşunu vardı. Səlcuq Sultanı III Toğrulun
(1176-1194) atabəyi olan Məhəmməd Cahan Pəhləvan (Şəmsəd-
dinin oğlu) hakimiyyətə gəldikdən sonra (1175-1186) paytaxtı
Naxçıvandan Həmədana köçürdü ( 1175), Təbrizi Ağsunqurilərin
əlindən aldı, müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavi-
mətini qırdı və mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Azər-
baycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. O, həm də qar-
daşı oğulları Əbu Bəkrin və Özbəyin atabəyi idi. İqamətgahı Təb-
rizdə idi. Məhəmməd Cahan Pəhləvan dövlət vəzifələrinə öz yaxın
adamlarını təyin etdi, mərkəzi hakimiyyəti xeyli qüvvətləndirdi,
74
50 min nəfərlik nizami süvari ordusu var idi. Gürcü feodallarını
dəfələrlə məğlub etdi. Hətta Abbasi xəlifələri belə Eldənizlər
dövlətinin daxili işlərinə qarışa bilmirdilər. Ömrünün sonuna yaxın
imperatorluğu oğulları arasında bölüşdürmüşdü. Hakimiyyətə keçən
qardaşı Qızıl Arslan (1186-1191) uzun müddət taxt-tacı ələ
keçirməyə cəhd edən saray müxalifətinə və iri feodallara qarşı
mübarizə apardı. Formal olaraq sultan titulu daşıyan III Toğrul,
narazı Səlcuq əmirləri, Məhəmməd Cahan Pəhləvanın arvadı İnanc
Xatın, oğlu Qutluq İnanc və b. Qızıl Arslana qarşı birləşdilər. III
Toğrulla Qızıl Arslan arasında dəfələrlə qanlı vuruşmalar olub. O,
bu münasibətləri sahmana salmaq üçün İnanc Xatınla evləndi,
qardaşı oğulları Qutluq İnancla və Əmir Əmiran Ömərlə barışdı.
1191-ci ildə Həmədan vuruşmasında qələbə qazandı, III Toğrulu
oğlu Məlikşahla əsir aldı. 1191-ci ildə Qızıl Arslan xəlifə ən-
Nasirin razılığı ilə özünü İraq sultanı elan etdi. Beləliklə,
Azərbaycan atabəyləri formal hakimiyyəti, yəni sultan titulunu da
ələ keçirdilər. Mərkəzi hakimiyyətin qüvvətlənməsindən narazı
qalan iri feodallar və İnanc Xatın onu sui-qəsdlə öldürdülər.
Azərbaycanda hakimiyyəti Əbu Bəkr (1191-1210) ələ keçirdi.
Məhəmməd Cahan Pələvanın digər oğulları Qutluq İnanc və Əmir
Əmiran Ömərin idarə etdikləri İsfahan, Rey vilayətləri və İraqın bir
hissəsi Eldənizlər dövlətindən ayrıldı. Bunlar dövlətin tənəzzülünü
sürətləndirdi. Vəziyyətdən istifadə edən Xarəzmşahlar, Əyyubilər,
Abbasilər, Şirvanşahlar, gürcü çarları fəallaşdılar. 1192-ci ildə
Sultan III Toğrul həbsdən qaçdı, Rey, İsfahan və Həmədanı ələ
keçirdi (8, s. 304). III Toğrul tərəfindən məğlub edilən Qutluq İnanc
kömək üçün Xarəzmşah Təkəşə (1172-1200) sığındı. Təkəş
Xorasan, Rey və Həmədanı ələ keçirdi. III Toğrul Təkəş və Qutluq
İnancın birləşmiş qüvvələrinə qarşı vuruşmada (1194) öldürüldü.
Təkəş Qutluq İnancı aradan götürdü (1196). Eldəniz Əbu Bəkr
Xarəzmşahların hərbi qüvvələri üzərində bir sıra qələbə çalsa da,
feodal hərc-mərcliyinin qarşısını almaq mümkün olmadı. Şirvanşah
I Axsitan Əmir Əmiran Ömərə onun qardaşı Əbu Bəkrə qarşı hərbi
qüvvə ilə yardım göstərdi. Gürcü çariçası Tamar və Şirvanşahların
75
birləşmiş qoşunları Şəmkir və Beyləqan vuruşmalarında ( 1194)
Əbu Bəkri ağır məğlubiyyətə uğratdılar. Əmir Əmiran Ömər və
gürcülərin hərbi qüvvələri Gəncəyə hücum etdilər. Gəncə əhalisi və-
tənə xəyanət edən Eldəniz şahzadəsinə şəhərə kafirlərlə gəldiyinə
görə təslim olmayacaqlarını bildirdilər. Əmir Əmiran Ömər Gən-
cəni hiylə ilə ələ keçirdi. Gürcü qoşunları Gəncəni tərk etdikdən
sonra gəncəlilər Əmir Əmiran Öməri öldürdülər. Şəhər yenidən Əbu
Bəkrin hakimiyyəti altına keçdi. Gürcü qoşunları Dəbili qarət
etdilər ( 1203), Qərbi Azərbaycan torpaqlarının tutulması təhlükəsi
yarandı. Xalq və Şirvanşahlar Azərbaycanın qərb sərhədlərinin
müdafiəsinə qalxdı. Gürcü qoşunları 1210-1211-ci illərdə Azərbay-
can torpaqlarına dağıdıcı basqınlar etdilər. Onlar Naxçıvanı müha-
sirəyə aldılar, lakin ələ keçirə bilmədilər. Sonra Mərəndi talan etdi-
lər, Təbrizi mühasirəyə aldılar. Şəhər hakimi Zahidə Xatın (Məhəm-
məd Cahan Pəhləvanın arvadı) çoxlu pul, daş-qaş və sənətkarlıq
məhsulları verib şəhəri dağıntıdan qurtardı. Özbəyin (1210-1225)
hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da sürətlən-
di. Beləliklə, monqolların hücumu ərəfəsində Azərbaycan dövlət-
lərindən heç biri-nə Eldənizlər, nə də Şirvanşahlar ölkəni xarici təh-
lükədən qorumağa qadir deyildilər. Monqollara qədərki Azərbay-
canın iqtisadi vəziyyəti məhsuldar qüvvələrin artması, ticarətin və
əmtəə-pul münasibətlərinin genişlənməsi ilə səciyyələnir. XI-XII
əsrlərin vergi sistemi əvvəlki dövrlərin qayda-qanunlarının çoxunu
mühafizə etmişdi. XII-XIII əsrlərdə Azərbaycanda 70-dək iri, orta
və kiçik şəhərlər vardı. Bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri
Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı
və Beyləqan idi. XII əsrin I yarısında Gəncənin tərəqqi və inkişafı
burada baş verən dağıdıcı zəlzələlər ( 1122, 1139) və gürcülərin
“daha dağıdıcı” basqın və qarətləri ilə ləngidildi. Lakin gəncəlilərin
səyi və köməyə gəlmiş sultan canişini Qara Sunqurun öz qoşunu ilə
etdiyi yardım nəticəsində XII əsrin sonu XIII əsrin əvvəlləri Gəncə
yenidən öz əvvəlki görkəmini qaytara bildi. Təbrizdə də 1042-ci
ildə baş vermiş zəlzələdə 40-50 min sakinini və gözəl binalarını
itirsə də yenidən bərpa edildi.
|