716-cı ildə o, Mannaya qoşun yeridir. Ullusunu dağlara qaçır. II
Sarqon Mannanın paytaxtını və bir neçə şəhəri yandırdı, Azanın
qatillərindən birini tutub dərisini soydurdu və mannalılara göstərdi.
Ullusunu gəlib mərhəmət dilədi. II Sarqon Ullusunu hakimiyyətdə
saxladı və o, Mannanın yeganə hökmdarı oldu, Assuriyanın siyasi
ağalığını tanıdı. Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən
əl çəkmirdi. II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq, e.ə. 715-ci
ildə onlara qarşı yürüşə çıxdı və qalib gəldi. Urartu hökmdarı döyüş
meydanını tərk edib qaçdı. E.ə. 714-cü ildə II Sarqon Manna,
Midiya və b. ölkələrə yürüşə çıxdı. Ullusunu II Sarqonu təmtəraqla
qarşıladı və xərac verdi, ordunu ərzaqla təmin etdi. Ullusunu Sar-
qondan Urartu hökmdarı I Rusanı məğlub etməyi və mannalıların
öz yurdlarına qaytarılmasını istədi. II Sarqon bunu yerinə yetirə-
cəyinə söz verdi. O, mannalılarla ittifaqa böyük əhəmiyyət verirdi.
II Sarqon Mannanın Uişdiş vilayətinə gəldi. I Rusa məğlub olaraq
Urartuya qaçdı. II Sarqon Urartuya daxil oldu, I Rusa özünü öl-
dürdü. Bundan sonra Urartu bir daha Mannanın daxili işlərinə qarışa
bilmədi. Manna qüdrətli dövlətə çevrildi.
Manna quldarlıq istehsal formasına əsaslanan dövlət olmuş-
dur. Dövləti hökmdar idarə edirdi. E.ə. VIII əsrin II yarısında
hakimiyyət irsi olaraq atadan oğula keçirdi. Dövlətə qədim Azər-
baycan türk sülaləsi başçılıq edirdi. Manna mərkəzləşmiş dövlət idi,
vilayətləri canişinlər idarə edirdi. Mannada ağsaqqallar şurası da
fəaliyyət göstərirdi. Çox zaman Manna hökmdarları Assuriyaya
meylli siyasətə üstünlük vermiş və bununla da ölkənin ərazi bütöv-
lüyünü saxlamışlar. E.ə. VII əsrin I rübündə Qara dəniz sahil-
lərindən hərəkət edərək Qafqaz ərazisindən keçən kimmer, skif və
sak tayfaları Mannada da məskən salmışdılar. Onların gəlişi ilə
Assuriyanın sərhədlərində təhlükə yarandı. Belə şəraitdə Manna
Assuriyanın tabeliyindən çıxdı və tam müstəqil oldu. Manna hökm-
darı Ahşeri müstəqil xarici siyasət yürüdürdü. Assuriya hökmdarı
Aşşurbanipal Mannaya qoşun yeritdi. E.ə. 650-ci ildə baş verən
döyüşdə Ahşeri məğlub oldu. Ahşeriyə qarşı üsyan baş verdi, o öl-
dürüldü. Hakimiyyətə Ahşerinin oğlu Ualli gəldi və Assuriya ilə
24
ittifaqı bərpa etdi. E.ə. 616-cı ildə Ön Asiyanın qüdrətli Assuriya
dövləti Midiya və Babilistan ilə mübarizədə təklənən zaman Manna
hərbi dəstələri ona kömək etdi . E.ə. 593-cü ildə Manna müstəqil
dövlət kimi öz varlığını saxlayırdı. Təxminən e.ə. 590-cı ildə Man-
na İranın mərkəzində yaranmış Midiya dövlətinin tərkibinə daxil
edildi.
Mannanın ərazisində zəngin dəmir filizi, qiymətli daş yataq-
ları var idi. İndiki Cənubi Azərbaycan ərazisində-Həsənli qədim ya-
şayış yerində daş qəliblər tapılmışdır. Əridilmiş metalı həmin qəlib-
lərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, bəzək əşya-
ları və s. hazırlayırdılar. E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna
qalasından qızıl və gümüş döşlük, qılınc qınının və dəstəyinin hissə-
ləri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvari qədəhlər, kəmər,
dəmir qılınclar və s. tapılmışdır. Həsənli qazıntılarından tapılan
müxtəlif parça qalıqları toxuculuqda qoyun yunundan və keçi
qəzilindən istifadə edildiyini göstərir. Mannada boyaqçılıq sənəti də
olmuşdu. Mannalıların geyimi: üst paltar uzun, lakin qısaqol, dö-
yüşçülər isə uzun və dizə çatan libas geyirdilər.
Mannada memarlıq da inkişaf etmişdi. Mannada müdafiə
qalaları və qala-şəhərlər tikilmişdir. Paytaxt olan İzirtu və b. şəhər-
lər qala divarlarla əhatə olunmuşdur. Həsənli qala-şəhərində 2-3
mərtəbəli binalar, məbədlər tikilmişdir. Təsviri sənətə aid-Həsənli
qızıl camının üzərində maraqlı əfsanəvi səhnə təsvir olunmuşdur,
Ziviyənin qızıl və gümüş qədəhləri (ritonlar) dağkeçisi, yaxud cey-
ran başı formasında hazırlanmışdı, bəzilərində şiri yaralayan
hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı ərafında keçi
və qanadlı öküz təsvir edilmişdir (8, s. 111).
İbadət üçün tikilən binalarda-məbədlərdə allahların heykəli
qoyulurdu. Manna əsatirlərində müxtəlif motivli varlıqlar (qrifon-şir
bədənli, qartal qanadlı, şir və ya qartal başlı əfsanəvi heyvan, buy-
nuzvari yay kimi əyilmiş qanadlı qoç, insan sifətli öküz, qanadlı
sfinks-şir bədənli, insan başlı əfsanəvi varlıq) mühüm yer tuturdu.
Həsənlidə tapılmış qızıl camın yuxarı hissəsində döyüş arabası üs-
tündə 3 Allah (qanadlı)-Günəş, Ay, Külək-yağış allahları təsvir
25
edilmişdir (1, s. 226-227).
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı
ilə tanış idi. Ziviyədə tapılmış gümüş sini üzərində bir çox işarələr
həkk olunmuşdu-heroqlif yazı növü. Mannada türk, hürri, İran dil-
ləri və s. işlənirdi. Hökmdarların adları da türk söləri ilə izah olunur.
Aza-“böyük qardaş”, Ullusunu-ullu-ulu-“böyük, ulu, əzəmətli”,
“sun”-sifət şəkilçisi, yəni “ən böyük”, “ən ulu”, “ulu adam”. Belə-
liklə, Mannada əhalinin əsas dili ən qədim türk dili olmuşdur.
Skiflər. E.ə. VII əsrin əvvəllərindən başlayaraq kimmer, skif
və sak tayfaları qədim Azərbaycan ərazisinə, Ön Asiyaya yürüşlər
etmişlər. Şimali Qafqazın qərb hissəsi kimmerlərin ilkin məskəni
sayılır. Onlar e.ə. VIII əsrdə Qara dənizin şimalında və Krım yarıma-
dasında da yaşamışlar. Skiflər (iskitlər) Azərbaycanın şimal əra-
zilərində, Urmiya gölünün qərbində və şimalında məskən salmışlar.
Kimmerlər də Mannanın hüdudlarına gəlmişlər, mannalılar
kimmerlər və skiflərlə ittifaqa girmişlər. Azərbaycanda kimmerlərlə
bağlı Qımır və Qımırlı (Zaqatala), Kəmərli (Qazax), Qəmərli yer
adları qalmışdır.
Saklar Urmiya gölünün şimalına qədər olan ərazidə məskunlaş-
mışlar. Arazla Kürün qovuşduğu 2 çay arasında da saklar yaşamışlar.
Bura Balasakan (türkcə bala “çöl”, “düz”), yəni “Sak düzü” adlanır.
İndiki Bərdədən Qafqaz dağlarına qədər ərazidə sakasinlər-“saka
bənzərlər” yaşamışlar. Saklara massaqetlər də deyirdilər (8, s. 104).
Azərbaycanda-Urmiyadan şimalda və qərbdə kimmer, skif və
sak tayfaları məskunlaşdığı ərazidə Skif padşahlığı–Manna ilə Urar-
tu arasında yaranmışdır. E.ə. VII əsrin ortalarında bu padşahlığın
hökmdarı Tuqdamme Sak və Kuti ölkələrinin (Azərbaycanın cənu-
bu) hökmdarı rütbəsini də daşıyırdı. E.ə. VI əsrin əvvəllərində
Midiya ilə rəqabət apara bilməyən Skif padşahlığı tənəzzülə uğradı.
Azərbaycanda qazıntılar zamanı skiflərin mədəniyyəti üçün səciy-
yəvi olan silahlar (ox və nizə ucluqları, qılınclar), tunc güzgülər və
s. tapılmışdır. Skif silahları daha mükəmməl olduğundan onlardan
bir çox xalqlar, o cümlədən qədim Azərbaycan tayfaları da istifadə
etmişlər.
26
2. Azərbaycan Midiya və Əhəmənilər
dövlətinin tərkibində. Midiya dövləti
İranın mərkəzində meydana gəlmişdi. Mannadan cənub-
şərqdə yerləşirdi. Adı mixi yazılarda Maday, Matay, Amaday şək-
lində verilmişdi. Yunan mənbələri Midiya şəklində yazmışlar. Mi-
diya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən
idarə edilirdi . E.ə. IX əsrin 2-ci yarısında Assuriya hökmdarları
Midiyaya yürüşlər edərək, xırda hömdarları məğlub etdilər. E.ə.
VIII əsrin 2-ci yarısında belə yürüşlər çoxalmışdı: III Tiqlatpalasar
Midiyadan xərac almışdı, II Sarqon Midiya ərazisini işğal edib
Mannaya tabe etdirdi.
E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradıl-
mışdır. Rəvayətə görə, Deyok Ekbatan (indiki Həmədan) şəhərini
saldırmış və onu Midiya dövlətinin paytaxtı elan etmişdir. E.ə. 672-
ci ildə Fraorta Kaştaritinin (b.e.ə.672-653) başçılığı ilə Midiya As-
suriyanın tabeçiliyindən qurtarmış və müstəqil dövlətə çevrilmişdi.
E.ə. VII əsrin 50-ci illərində Kaştariti Assuriyaya qarşı yürüş
etmiş, skiflərin köməyi ilə o məğlub olmuş və döyüşdə həlak ol-
muşdur. E.ə. 653-625-ci illər Midiya skiflərin hakimiyyəti altına
düşdü. Kiaksar (e.ə. 625-585) skif ağalığına son qoymuş, daxili
qüvvələri birləşdirərək Assuriyaya qarşı müharibəyə hazırlaşmışdır.
O, Midiya ordusunu yenidən təşkil etmiş, yeni Babilistan dövləti ilə
ittifaqa girmiş. Babilistan hökmdarı Nabupalasar cənubdan, Kiaksar
isə şərqdən Assuriyaya hücum etmişlər . E.ə. 616-612-ci illərdə
onlar Assuriyanın Aşşur, Arbela, Kalat şəhərlərini, paytaxt Nine-
viyanı tutdular və dağıtdılar. E.ə. 605-ci ildə Asuriya süquta uğradı,
torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.
Kiaksar bu qələbədən sonra Egey dənizinin sahilinə çıxmaq
məqsədilə Lidiya dövlətinə qarşı müharibəyə hazırlaşdı. O, ilk növ-
bədə Urartunun müstəqilliyinə son qoydu, Manna Midiyanın
tərkibinə qatıldı. Manna Midiyadan bir neçə yüz il əvvəl yarandı-
ğından, o, Midiyanın ən çox inkişaf etmiş vilayəti idi. Kiaksarın
27
hakimiyyəti dövründə Midiya Ön Asiyanın qüdrətli dövlətinə çev-
rildi. Kiaksarın vəfatından sonra hakimiyyətə gələn oğlu Astiaqın
(e.ə. 585-550) hakimiyyətinin son illərində Midiyanın daxili və xa-
rici vəziyyəti mürəkkəbləşmişdi. Hökmdar ilə zadəganlar arasında
ziddiyyətlər artırdı. Bir qrup əyan fars vilayətinin hakimi II Kir ilə
gizli sazişə girdi. II Kirin ordusu Astiaq ilə müharibəyə başladı və 3
ildən sonra qələbə çaldı. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi
(1, s. 257).
Əhəməni imperiyası. II Kir Midiyanı işğal etdikdən sonra
Əhəməni fars dövlətinin əsasını qoydu. Əhəmənilər sülaləsindən
olan II Kir özünü Midiya şahı elan etdi. Əhəməni dövlətinin
paytaxtı Ekbatan şəhəri oldu. II Kir bir neçə il ərzində Midiyanın
bütün ərazisini, Babilistanı, Anadoluda Lidiya dövlətini işğal etdi.
Misirə qədər Qərb ölkələri Əhəmənilərə tabe idi. II Kir e.ə. 530-cu
ildə Araz çayı yaxınlığında köçəri massaqet tayfaları ilə döyüşdə
məğlub edilərək öldürüldü. Massaqetlərin hökmdarı Tomiris adlı bir
qadın Kiri məğlub etmiş, başını kəsdirmiş və qanla doldurulmuş
tuluğa saldıraraq demişdir: “Sən qan istəyirdin, doyunca iç”. Sak-
massaqet tayfaları Orta Asiyada və Şimali Azərbaycanda yaşamış-
lar. II Kirin oğlu II Kambiz (e.ə.530-522) Misiri işğal etdi. Kambiz
Misirdə olarkən, e.ə. 522-ci ildə İranda dövlət çevrilişi olmuş,
Qaumata adlı bir maq özünü Kirin oğlu Bardi kimi qələmə vermiş
və Əhəməni taxt-tacını ələ keçirmişdir. Əhəmənilər nəslinin nüma-
yəndəsi Qaumatanın yalançı Bardi olduğunu bildirmiş və ona qarşı
sui-qəsd təşkil edərək öldürmüşlər. Beləliklə, I Dara (e.ə.522-486)
hakimiyyətə gəlir. E.ə. 522-521-ci illərdə Əhəməni dövlətinin tərki-
bində üsyanlar baş vermiş, lakin yatırılmışdır. I Dara Əhəməni im-
periyasını 20 satraplığa (canişinliyə) bölmüşdür. Azərbaycan əhalisi
Əhəməni dövlətinə vergi verirdi və onun ordusunu müharibə za-
manı hərbi dəstələrlə təmin edirdi. Makedoniyalı İsgəndər (e.ə.336-
323) yürüşü zamanı Əhəməni imperiyasına dağıdıcı zərbələr vur-
muşdur. E.ə. 331-ci ildə Şimali Mesopotamiyada Qavqamel adlı
yerdə III Dara məğlub olmuşdur (1, s. 268). III Dara imperiyanın
Şərq hissəsinə qaçmış və e.ə. 330-cu ildə yolda öz adamı Bes tə-
28
rəfindən öldürülmüşdür. Beləliklə, Əhəmənilər imperiyasına son
qoyulmuşdur. Bundan sonra İsgəndər tutduğu ərazilərlə birlikdə
Balkan yarımadasından Hindistana qədər əraziləri (Azərbaycanın
cənubu da) əhatə edən imperiya yaratmışdır.
3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi
və siyasi vəziyyəti. Atropatena dövləti
E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər Atropatena dövlətinin
ilk hökmdarı olan Atropatı Midiyanın satrapı (canişini) təyin etdi.
İsgəndər Hindistanda olarkən Bariaks adlı bir nəfər üsyan qaldırmış,
özünü İranın və Midiyanın padşahı elan etmişdir. Atropat üsyanı
yatırtmış, Bariaksı əsir edib İsgəndərə təhvil vermiş və İsgəndər onu
edam etdirmişdir. Bununla Atropat İsgəndərin hörmətini qazan-
mışdır. O, qızını isə İsgəndərin ən nüfuzlu sərkərdəsi olan Perdik-
kiyə ərə vermişdir. Makedoniyalı İsgəndərin ölümündən sonra döv-
ləti müvəqqəti olaraq Perdikki idarə edirdi. Perdikki ilə qohumluq
Atropatın Midiyanın satrapı vəzifəsində qalmasına köməklik etdi.
Perdikkinin ölümündən sonra (e.ə.321) Midiya müstəqil dövlətə
çevrildi (1, s. 277).
E.ə. IV əsrin 20-ci illərindən Atropat yeni dövlətin Atropate-
nanın və ya Atropat Midiyasının hökmdarı oldu. Azərbaycanın coğ-
rafi adının yaranmasını Atropatena ilə bağlayırlar. Azərbaycan adı
eramızın VII əsrindən, ərəblərin istilasından sonra çəkilir. Atropa-
tena (Adərbayqan) dövləti əsasən indiki Cənubi Azərbaycanı və
Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdir.
Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı, ən böyük düzənlik
ərazisi Urmiya gölündən cənubda idi. Şimal hissədə Qaradağ dağ
silsiləsi yerləşirdi. Dağların çoxu sıx meşələrlə öltülmüşdü. Atropa-
tenanın mərkəzi şəhəri Qazaka idi. Atropatenada yaşayan tayfalar-
dan biri kaduslar idi. Midiya tayfaları arasında maqlar-atəşpərəstlik
dini ayinlərinin əsas icraçısı kimi xüsusi yer tuturdular. Atəşpərəst-
lik dininin kahini maq adlanırdı. Ərəbdilli qaynaqlarda əhalinin bir
hissəsinin azərilərdən ibarət olduğu göstərilirdi (1, s. 288). E.ə. IV
29
əsrdə Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsindən
sonra bütün Azərbaycanda vahid xalq yaranmağa başlamışdır.
Çay vadilərində, Urmiya gölü ətrafındakı torpaqlarda əkin-
çilik, bağçılıq və üzümçülük inkişaf etmişdir. Dağlıq ərazilərdə
yaylaq maldarlığı inkişaf etmişdir. Ölkənin zəngin faydalı qazıntı
yataqlarından dəmir, mis, gümüş, qızıl və s. çıxarılırdı. Atropatena-
da neft-“Midiya yağı” yataqları da var idi. Sənətkarlar yüksək key-
fiyyətli metal və gil qablar, müxtəlif silahlar, toxuculuq məhsulları,
bəzək şeyləri və s. istehsal edirdilər. Ən qədim pullar Makedoniyalı
İsgəndərin adından kəsilmişdir.
E.ə. 223-cü ildə III Antiox Selevkilər dövlətində hakimiyyətə
gəldi. III Antiox Atropatenaya hücum etmiş və qalib gəlmişdir. E.ə.
190-cı ildə Maqneziya döyüşündə romalılar III Antioxu məğlub
etdilər və Atropatena yenidən müstəqil oldu (1, s. 300-301). E.ə. I
əsrin I yarısında Romanın işğalçılıq siyasəti güclənmişdi. Atropa-
tena Romadan tam asılı olmamış, öz müstəqilliyini əsasən saxla-
mışdır. Atropatena Roma ilə döyüşə 10 min suvari, 40 min piyada
qoşun çıxarmışdır. Parfiya e.ə. 53-cü ildə romalıları məğlubiyyətə
uğratdı. Atropatena Parfiyanı müdafiə etdi. Lakin az sonra e.ə. 38-ci
ildə romalılar parfiyalıları ağır məğlubiyyətə uğratdı. Roma sər-
kərdəsi Antoni Atropatenanın mərkəzi şəhərlərindən biri Fraaspaya
hücum etmiş, uzun sürən mühasirə bir nəticə verməmiş və romalılar
geri çəkilərkən 35 min nəfərə yaxın əsgər itirmişlər. Bu hadisələr-
dən sonra Parfiya Atropatenanı bütünlüklə özünə tabe etməyə ça-
lışırdı. Belə bir şəraitdə Atropatena Roma ilə dostluq münasibətləri
yaratmağa səy etdi. E.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn
II Ariobarzan 10 ilə qədər Romada yaşamışdır. O, romalıların kö-
məyi ilə Ermənistanın da hökmdarı olmuşdur. Ermənistan müs-
təqilliyini itirərək, Atropatenadan asılı vəziyyətə düşdü. Eramızın
20-ci ilində Atropatenanın axırıncı hökmdarı Ariobarzın ölümündən
sonra Atropatena Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına
düşdü. Parfiyanın süqutuna qədər Atropatena bu dövlətin tərkibində
qalmışdı.
30
Atropatena dövlətində şəhərlər karvan yolları üzərində və bö-
yük məbədlərin ətrafında yaranmışdır. Bəzilərini hökmdarlar sal-
mışlar. Şəhərlər müdafiə divarları ilə əhatələnmişdi. Tikinti mate-
rialları kimi daşdan, çiy və bişmiş kərpicdən, ağacdan istifadə et-
mişlər. Bəzi ictimai binaların üstü saxsı kirəmitlə örtülürmüşdü.
Makedoniyalı İsgəndərin yürüşü nəticəsində yunan mədəniyyəti
Atropatena mədəniyyətinə təsir etmişdi. Atropatena əhalisi Zərdüşt
dininə sitayiş edirdi. Zərdüştlükdə oda sitayişə görə bu dinə atəş-
pərəstlik də deyilirdi və Peyğəmbər Zərdüştün adı ilə bağlı idi.
Onun e.ə. VII əsrin II yarısı-VI əsrin əvvəllərində yaşadığı gü-
man edilir. Bu dinə Orta Asiyada və İranda sitayiş edilirdi. Mü-
qəddəs kitabı “Avesta” idi. Rəvayətə görə “Avesta”nın ilkin variantı
e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Persopolda Əhəmənilərin
sarayını yandırarkən məhv olmuşdur. Dövrümüzə gəlib çatan his-
səsi İranda Sasanilər sülaləsi dövründə (III-VII əsr.) yenidən top-
lanmışdı. Zərdüştlüyə görə, dünyada 2 qüvvə-Xeyir (Hörmüz-
Ahuraməzda) və Şər (Əhriman) bir-biri ilə mübarizə aparır və Xeyir
axırda qalib gəlir. Bu dinin ehkamlarına görə od, torpaq, su müqəd-
dəs sayılmışdı (1, s. 339-356). Ölünü yandırmaq, torpağa basdırmaq
və suya atmaq olmaz, meyitləri xüsusi daxmalarda qoyurlar, onların
ətini quşlar və heyvanlar yedikdən sonra, sümüklər qablara yığılıb
basdırılırdı. Zərdüştlüyün ən başlıca məbədləri Atropatenanın mər-
kəzi Qazaka şəhərində yerləşirdi. Zərdüştlük təkallahlı dinlər, xü-
susilə islam dini tərəfindən sıxışdırılmışdır. Hazırda ona inananlar
130 min nəfərdir. Onların ən böyük icmaları Hindistanda (parslar)
və İrandadır (gəbrlər).
4. Alban çarlığı
Yunan tarixçisi Herodot Azərbaycanın şimalında kaspilərdən
bəhs edir. Kaspilər adı altında alban tayfaları da nəzərdə tutulurdu.
Kaspilər e.ə. V əsrin əvvəllərində İran şahları I Daranın və Kserk-
sin Yunanıstana hərbi yürüşlərində iştirak etmişlər. Əhəmənilərin
dövründə alban tayfaları vahid bir ad aitında birləşmişlər.Albanlar
31
26 dildə danışan tayfalardan ibarət idi. Xəzərin qədim adlarından
biri də Alban dənizidir. Bir qrup tarixçilər alban tayfalarını Qaf-
qazdilli hesab edirlər. Onlardan müasir dövrdə yaşayan Qəbələ
rayonun Nic kəndində udiləri, Quba rayonundakı Xınalıq kəndində
xınalıqları, Buduq kəndindəki buduqluları və b. göstərmək olar. Al-
banlar ucaboylu, ağbəniz və yaraşıqlı olmuşlar. O zaman Albani-
yada türkdilli və İrandilli tayfalar da yaşamışlar.
Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu
ildə Əhəmənilər imperiyası dağıldı. E.ə. IV əsrin axırı-III əsrin
əvvəlində Müstəqil Albaniya dövləti yarandı. Albanlar İberiya
(Gürcüstan) ilə Xəzər dənizi arasındakı ərazidə yaşamışlar. Alba-
niya dövləti şimalda Qafqaz dağları, cənubda Atropatena, cənub-
qərbdə isə Ön Asiya ilə həmsərhəd idi. Albaniyadakı yaşayış məntə-
qələrinin sayı İberiya və Atropatenadakı yaşayış məntəqələrinin
ümumi miqdarından çox olmuşdur. Albaniya dövlətinin ərazisinə
indiki Azərbaycan Respublikası ərazisi, Dağıstanın cənub rayonları
və Gürcüstanın Alazan (Qanıx) vadisi daxil olmuşdur.
Albaniya əhalisi arasında əmlak bərabərsizliyi (binaların fərq-
ləri, qəbir abidələri) var idi. Xristianlıq və islam dini qəbul edilənə-
dək dəfn zamanı qəbirlərə geyim, qab-qacaq, əmək alətləri, silah,
ərzaq, bəzək şeyləri qoyulmuşdur. Varlı və yoxsul qəbirlərini bir-
birindən asan fərqləndirmək olurdu. Albaniyada padşahdan sonra ən
hörmətli adam Ay allahının kahinidir. O, müqəddəs əyalətə başçılıq
edir, məbəd qulları da onun ixtiyarındadır. Əhali 4 təbəqəyə bölü-
nürdü: padşah, ordu başçısı və hakim 1-ci təbəqəyə, din xadimləri
(kahinlər) 2-ci təbəqəyə, hərbiçilər və əkinçilər 3-cü təbəqəyə, təsər-
rüfatda işləyən adi adamlar isə 4-cü təbəqəyə daxil idi. Qul əmə-
yindən də istifadə olunurdu.
Albanlar əkinçilik, bağçılıq, üzümçülük, maldarlıqla məşğul
olur, buğda, arpa, darı yetişdirirdilər. Şamaxıda və Qəbələdə şərab
istehsal olunan emalatxanaların qalıqları açılmış və şərab saxlamaq
üçün istifadə edilən iri küplər tapılmışdır.Taxıl iri xüsusi quyularda
və saxsı küplərdə saxlanırdı. Taxılı qayıqvari dən daşları ilə, əl də-
yirmanları ilə, eramızın ilk əsrlərindən isə su dəyirmanları ilə üyü-
32
dürdülər. Bağçılıq və bostançılıq, üzümçülük və şərabçılıq inkişaf
etmişdir. Maldarlıq, xüsusilə atçılıq inkişaf etmişdir. Metalişləmə
geniş yayılmışdır. Sənətkarlar müxtəlif növ silahlar (zireh, qılınc,
xəncər, ox, nizə ucluqları), əmək alətləri (balta, bıçaq, oraq, qayçı
və s.), bəzək şeyləri (üzük, sırğa, bilərzik, muncuq və s.) hazırla-
mışlar. Dulusçuluq inkişaf etmişdir. Gildən tikinti materialları
(kirəmit, kərpic), müxtəlif qablar, insan və heyvan fiqurları hazır-
layır, bunları dulus kürələrində bişirirdilər. Mingəçevirdə çoxlu du-
lus kürələri aşkar edilmişdir. Eramızın ilk əsrlərind
əə
%
33
ləri bir-birinə kömək edə bilməzlər . E.ə. 66-cı ilin dekabrında Kü-
rün sahilində qanlı döyüşdə Roma ordusu qalib gəldi. Pompey al-
banlarla sülh bağlayıb İberiyaya doğru hərəkət etdi. Albanlar roma-
lırarı izləyərək onlar üçün təhlükə yaratdılar. Buna görə də Pompey
e.ə. 65-ci ildə albanlara qarşı yürüşə başladı. Onlar bir neçə albanı
əsir alıb öldürməklə hədələmiş və ən qısa yolla aparmağı tələb et-
mişlər. Albanlar romalılarla Qanıx çayı yaxınlığında qarşılaşmışlar.
60 min piyada və 12 min atlıdan ibarət qoşuna Oroysun qardaşı
Kozis başçılıq edirdi. Pompey hiylə işlədərək kiçik atlı dəstələrini
irəli çıxartdı, piyadaları isə onlardan arxada gizlətdi. Albanlar dər-
hal hücuma keçdilər, romalılar geri çəkilərək onları öz arxalarınca
apardılar, sonra piyadalar albanları dövrəyə alaraq qırmağa başla-
dılar. Kozis Pompeyə nizə ilə zərbə endirdi, lakin Pompeyin zirehli
geyimi onu ölümdən qurtardı. Pompey isə cavab zərbəsi ilə Kozisi
ölümcül yaraladı. Sağ qalanlar meşədə gizləndilər, Pompey meşəni
yandırdaraq onları qırdırdı. Appian yazır ki, romalılara qarşı qadın-
lar da vuruşurdular. Döyüşdən sonra albanların əsas qüvvələri Oroy-
sun başçılığı ilə dağlara çəkilmişdi. Pompey Oroysa romalıların dü-
şərgəsinə gəlməyi tələb etdi. Oroys getmədi, lakin hədiyyələr və
məktub göndərərək barışıq təklif etdi. Pompey barışığı qəbul etdi.
Az sonra ölkənin içərilərinə döğru hərəkət etdi, albanlar güclü mü-
qavimət göstərdilər. Pompey yürüşün təhlükəli olduğunu görərək
Xəzərin sahilinə qədər getmək niyyətindən əl çəkdi və albanlarla
sülh sazişi bağladı. E.ə. 36-cı ildə romalılar yenidən şərqə yürüş
təşkil etdilər. Bu yürüşə Antoni başçılıq edirdi. Yürüşdə 100 min
nəfər olan 13 legion iştirak edirdi. Antoni Parfiyanın təzyiqi altında
geri çəkilib Misirə getdi. Bu zaman o, öz sərkərdəsi Kanidini
Azərbaycanın cənub torpaqlarında saxladı. Bu yürüşdən sonra İbe-
riya və Albaniya romalılardan asılı olduqlarını qəbul etdilər. 68-ci
Dostları ilə paylaş: |