Erkən Orta əsrlərdə (III-VII əsr) Azərbaycanın vahid döv-
lətin-Sasanilərin tərkibində olması mədəniyyətin inkişafında böyük
rol oynamışdır. Güman edilir ki, Atropatenada Sasani dövlətində
tətbiq olunan pəhləvi yazı sistemindən, V əsrin əvvəllərində alban-
lar isə 52 işarədən ibarət fışıltılı və boğaz səsi ilə zəngin olan öz
əlifbasından istifadə edirdilər. 1948-ci ildə Mingəçevirdə aşkar edil-
miş qısamətnli epiqrafik abidələr bu yazının bir növüdür. Yazı 21
işarədən ibarətdir, 4 sətirlidir. Üzərində alban yazısı olan dörd-
künclü ştamp da tapılmışdır. V əsrdə alban dilində fərman tərtib
edilmişdir. İslam dinini qəbul etmiş Azərbaycan əhalisi ərəb əlifba-
sından istifadə etməyə başlamışdır.
Bu dövrdə mövcud olan şəhərlərdən Dərbənd, Bərdə (Partav),
Çola (Çora), Hunarakert (Hun şəh.), Paytakaran, Təbriz, Şiz,
Ərdəbil, Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Qəbələ, Şabran, Xalxal,
Beyləqan və s. var idi. Şimala gedən yollar üzərində sədlər tikil-
mişdir. Beşbarmaq dağından dənizədək qoşa divar uzanırdı. Şirvan
səddi (Gilgilçay boyu) Beşbarmaq divarından 23 km şimalda çəkil-
miş, Çıraqqala bu səddin başlanğıcında dağ zirvəsində yerləşirdi.
Digər sədd Samur çayından şimalda inşa edilmişdir. Ən əzəmətli
Dərbənd səddi yüksəklikdən dənizin içinədək uzanırdı. Orta hissə-
sində qala var idi. Azərbaycan ərazisində Torpaqqala (Alazan çayı
45
sahili), Govuqqala (Ağdam), Cavanşir (İsmayıllı), Çarabkert (Ağ-
dam) qalaları inşa olunmuşdu. Alban məbədlərinin qalıqlarına Qə-
bələ, Qax, Yuxarı Qarabağ, Şəki, Zaqatala, Mingəçevir, Ağdam,
Kəlbəcər, Laçın, Qubadlı və s. yerlərdə rast gəlinir.
Azərbaycanda təkallahlığa (monoteizmə) keçid tam müstəqil
dövlət olmaması şəraitində baş verirdi. Zərdüştliliyin təkallahlılığa
çağırışı Azərbaycanda (eləcə də İranda) atəşpərəstlik dini ehkamına
qarışdı. Sasani hakimiyyəti illərində Mani, sonra məzdəkilərin tə-
limlərində Xeyirlə Şərin mübarizəsi ideyası Zərdüştlük dininin təsiri
altında meydana gəlmişdir. Atəşpərəstlik, oda sitayiş Sasani imperi-
yasında dövlət dini səviyyəsinə qaldırılmışdır. Günəşə, Aya, suya,
göyə və s. ibadət edirdilər. Sehr, cadu və rəmmallığa inam o qədər
dərin imiş ki, Azərbaycanda xristianlığı yayanlar ilk növbədə bu iş-
lərlə məşğul olanları cəzalandırırdılar. Xristianlıq zorla qəbul edilir-
di. Albaniyada çoxları qədim dinlərini saxladı. Erkən Orta əsrlər-
də Azərbaycanda alban, kaspi, müq, qarqar, udin, girdiman adları
daşıyan əhali yaşayırdı. Azərbaycanda yaşayan etnosların çoxu (al-
ban, qarqar, uti, sovde, sakasen, hun, girdiman və s.) türk mənşəli
idi. Qədim və Erkən Orta əsrlərdə Azərbaycana 2 böyük etnik axın
olmuşdur: I axında türk mənşəli kimmer, skit, sak tayfaları, II axın-
da isə türk mənşəli hun tayfaları (kəngər, pesənək, onoqur, sabir,
hun, herlat, oğuz və b.). İlk oğuzlar ümumtürk məkanının tərkib
hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə Dər-
bənd keçidi və Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək
yayılmışdır.
Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda Sasani
imperiyasının tərkibində olması mütərəqqi hadisə idi. Çünki ölkənin
bütün bölgələri arasinda daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri
genişləndi. Ölkəmizin etnik-siyasi və mədəni birliyinin yaranması
yolunda mühüm irəliləyiş baş verdi. Sasani əsarətinə qarşı uzun-
sürən azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha
sıx birləşdirdi, onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi.
Vahid xalqın yaranması prosesi sürətləndi.
46
IV FƏSİL
AZƏRBAYCAN VII-IX ƏSRLƏRDƏ.
AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜLÜ
Plan:
1. Ərəb Xilafətinin Azərbaycanı işğal etməsi. İslam dininin
yayılması.
2. Xilafətin Azərbaycanda idarəçilik, köçürmə, torpaq və vergi
siyasəti.
3. Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı azadlıq
müharibəsi.
4. Azərbaycan xalqının və dilinin təşəkkülü.
1. Ərəb Xilafətinin Azərbaycanı işğal etməsi.
İslam dininin yayılması
Ön Qafqaz uğrunda III əsrdən başlamış və fasilələrlə davam
edən Bizans və Sasani imperiyası arasındakı müharibə əsasən Azər-
baycan ərazisində gedirdi. Müharibə Azərbaycanın təsərrüfatını da-
ğıdır, məhsuldar qüvvələrin inkişafını ləngidirdi. VII əsrin əvvəllə-
rində müharibənin yeni mərhələsi başlandı. İran-Bizans mühari-
bəsindən istifadə edən Albaniya əhalisi Sasanilərin əsarətinə qarşı
üsyana başladı və amansızlıqla yatırıldı. Müharibənin son mərhələsi
603-cü ildə Sasani hökmdarı Xosrov Pərvizin (591-628) hücumu
ilə başlandı və 25 il davam etdi. Müharibənin əvvəllərində İran qo-
şunu üstünlüyü ələ alaraq, Misiri tutdu, Bizansın paytaxtı Konstan-
tonopolu təhlükə qarşısında qoydu. Lakin 623-cü ildə 120 min qo-
şunla Bizans imperatoru II İrakli Dəbili və Naxçıvanı qarət etdi.
Azərbaycanın paytaxtı Qazaka şəhərini işğal etdi. Bərdə yaxınlı-
ğında Tərtər çayı sahilində düşərgə saldı. Lakin Sasanilər Bizans
ordusunu mühasirəyə aldılar. Bizans hökmdarı xəzərlərə xərac və
hədiyyələr verərək, onları köməyə çağırdı. Onlar Sasani ordularına
güclü zərbələr endirdilər, imperiyanın paytaxtı Mədain (Ktesifon)
47
şəhərində şahənşahın sarayı yandırıldı. Xosrov Pərviz hakimiy-
yətdən salındı və edam edildi. 629-cu ildə bağlanan müqavilənin
şərtinə görə Albaniya yenə də Sasanilərin hakimiyyəti altında qaldı
(8, s. 236-237). Bununla belə, 30-cu illərdə xəzərlər Albaniyanı
işğal etdilər, Qəbələdə möhkəmləndilər və Albaniya onlara xərac
verməli oldu. Beləliklə, ərəblərin hücumu ərəfəsində Azərbaycan
Sasanilərin hakimiyyəti altında olub şimal canişinliyinin tərkibində
idi və İrandan tam asılı idi. Albaniya İrandan rəsmən asılı olsa da,
daxili müstəqilliyini saxlamışdı.
630-cu ildə Ərəbistan yarımadasında yeni dövlətin – Ərəb Xi-
lafətinin əsası qoyuldu. Dövlətin banisi İslam dininin əsasını qoyan
Məhəmməd peyğəmbər oldu. Bu hərbi – feodal dövlət yarandığı
dövrdən istilalara başladı və ilk zərbə uzun müddət Bizansla müha-
ribələrdə zəifləmiş Sasani İranına dəydi.
Ərəb ordusu 633-cü ildə İraq tərəfdən Sasanilər imperiyasının
sərhədini keçdi. Albaniya-Girdiman hakimi Varaz Qriqor 634-cü
ildə oğlu Cavanşirin rəhbərliyi ilə Sasani hökmdarı III Yezdəgerdin
köməyinə qoşun göndərdi. Sasani ordusunun sərkərdəsi Rüstəm idi.
636-cı ildə Kadisiyyə deyilən yerdə döyüş başlandı (2, s. 169-170).
Bu döyüşdə Cavanşir igidliyi ilə fərqlənirdi. Sasani hökmdarı ona
mirvari ilə bəzədilmiş qızıl kəmər, qızıl dəstəkli qılınc verdi və
başına gözəl tac qoydu. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı
Ktesifonu mühasirəyə aldılar. Cavanşir 3 minlik Alban qoşunu ilə 6
ay şəhəri müdafiə etdi. İran ordusu darmadağın edildi. Müharibənin
mənasız olduğunu görən Cavanşir 640-cı ildə Albaniyaya qayıtdı.
Ərəblər bilirdilər ki, Cavanşirin vətənində onunla vuruşmaq asan
olmayacaq. Cavanşir (616-681) 21 yaşında Albaniyanı idarə etmə-
yə başladı. 7 il vuruşduqdan sonra o, mübarizəni vətənində davam
etdi. Əvvəlcə, Albaniyanı İran feodallarından təmizlədi, Bərdədə
əsir götürülmüş anasını və qarldaşlarını xilas etdi. Sasanilər imperi-
yası dağıldıqdan sonra Cavanşir ərəblərə qarşı mübarizəni davam
etdirməli oldu. Düşmənin gücünü obyektiv qiymətləndirən Varaz
Qriqor oğluna ərəblərlə mübarizəni məsləhət görmədi. Lakin Ca-
vanşir ərəblər Albaniyaya soxulduqda onları qılıncla qarşıladı və
48
Bizans imperatoru ilə ittifaqa girdi. 654-cü və 660-cı illərdə Bizans
imperatoru II Konstantin və Cavanşir görüşdülər (8, s. 244). Ərəb-
lərə qarşı müqavimət inadla göstərilirdi. Bu dövrdə Albaniyanın
üzərini yeni bir təhlükə aldı, bu Bələncər yaxınlığındakı döyüşdə
ərəbləri darmadağın edən xəzərlər idi. VII əsrin 60-cı illərinin əv-
vəllərində onlar Albaniyaya soxuldular. Cavanşir Kür çayı yaxın-
lığında onları məğlubiyyətə uğratdı. 3 il sonra xəzərlər böyük qüvvə
ilə hücuma keçdilər. Araz çayının sahillərinə qədər gələrək xeyli
əsir tutdular. Cavanşir xəzərlərin başçısı ilə sülh bağlayıb qohum
oldu. Hər il onlara xərac verməli oldular. Bütün əsirlər və mal-qara
geri qaytarıldı. Lakin müəyyən fasilədən sonra xəzərlərin hücumları
davam etdi. 60-cı illərin əvvəllərində xilafətdə hakimiyyət Əmə-
vilər sülaləsinin əlinə keçdi. Albaniyanın Bizansla əlaqəsi Ərmə-
niyyə ərazisi ilə mümkün idi. Ərməniyyə ərəblər tərəfindən tutul-
duqdan sonra bu mümkün olmadı. Həm də Bizans Xilafətlə müqayi-
sədə zəif idi. Albaniya təklikdə özünü qorumaq iqtidarında deyildi.
Şimaldan xəzərlərin, cənubdan İran feodallarının hücumlarını nəzə-
rə alaraq Alban hakimi Xilifətlə münasibətləri diplomatik yolla ni-
zama saldı. 667-ci və 670-ci illərdə 2 dəfə Dəməşq şəhərinə gedə-
rək xəlifə Müaviyə ilə görüşdü. Danışıqlar uğurlu oldu. Xəlifə Al-
baniyanın daxili müstəqilliyinə toxunmadı, vergiləri 1/3 qədər azalt-
dı. Xəlifənin güzəştə getməsinin səbəbi Albaniyanın strateji-coğrafi
mövqeyi, zəngin sərvətləri və Albaniya hökmdarının şəxsi nüfuzu
idi. Beləliklə, ilk ərəb işğallarından sonra Azərbaycanın cənub his-
səsi-Adərbayqan müstəqilliyini tamamilə itirdi. Xəlifənin canişinləri
tərəfindən idarə olunmağa başladı. Albaniya isə Cavanşirin uğurlu
siyasəti nəticəsində daxili müstəqilliyini saxlaya bildi və Xilafətin
vassalı kimi ancaq vergi ödəmək şərti ilə asılı vəziyyətə düşdü. Öl-
kənin daxili müstəqilliyinə nail olan Cavanşir bir sıra xarici dövlət-
lərlə diplomatik münasibətləri saxlamağa çalışırdı. O, Ölkənin daxi-
lində mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün tədbirlər gö-
rürdü. Cavanşir müstəqilliyə can atan iri feodallara qarşı ciddi mü-
barizə aparırdı. 681-ci ildə ölkə daxilində bizanspərəst feodalların
sui-qəsdi nəticəsində Cavanşir qətlə yetirildi (8, s. 245-246). Haki-
49
miyyət Varaz Trdata keçdi. Xilafət Albaniyanın tədricən daxili müs-
təqilliyini ləğv etdi, həmin il Cavanşirin intiqamını almaq bəhanəsi
ilə xəzərlər hücuma keçdilər, Qəbələni və Bərdəyə qədər şəhər və
kəndləri soyub taladılar (Cavanşir Xəzər xaqanının müttəfiqi və kü-
rəkəni idi). Varaz Trdat çətinliklə sülh bağlayıb onları geri qaytardı.
VIII əsrin əvvəllərində Bizansla yeni müharibə ərəfəsində Bizans
tərəfdarlar
50
Bundan sonra ərəb qoşunları Gilan və Muğana doğru hərəkət
etdilər. Ərdəbildə qalxan üsyanı yatırtmaq üçün 646-cı ildə buraya
yeni ərəb qoşunu gəldi. Yeni müqavilə imzalandı. Vergilərin miq-
darı əvvəlkindən xeyli artırıldı. Albaniyada ərəblər ciddi müqavi-
mətə rast gəldilər. Ərəblər etiraf edirdilər ki, bu vaxta qədər vuruş-
duqları ölkələrin heç birində Azərbaycanda olduğu qədər güclü mü-
qavimətə rast gəlməmişlər. Sərkərdə Salmanın (Əbrürrəhmanın qar-
daşı) başçılığı ilə Azərbaycana daha güclü ordu göndərildi. Naxçı-
vanı, Şəki və Gorusu, Beyləqanı, Bərdəni işğal etdikdən sonra mü-
qavilə bağlandı. Onlar Qəbələni, Şəmkiri, Şəkini, Şirvanı, Şabranı
çapıb taladılar. Lakin bu uğurlar asanlıqla başa gəlmədi. 653-cü ildə
Dərbənddən şimalda Bələncər yaxınlığında xəzərlərlə döyüşdə
ərəblər məğlub oldular, sərkərdə Salman öldürüldü. Ərəblər türk
döyüşçülərinin igidliyinə heyran idilər. Böyük itkilər olsa da ərəblər
Azərbaycan uğrunda mübarizəni davam etdirirdilər. VII əsrdə təsa-
düfü hallarda baş verən müharibələr VIII əsrdə kiçik fasilələrlə əsrin
sonuna qədər davam etdi. 730-cu ildə 300 minlik ordu ilə xəzərlər
ərəbləri Ərdəbilə sıxışdırdılar. Savalan dağı yaxınlığında xəzərlər
qələbə çaldı. Diyarbəkrə və Mosula çatan xəzərlərin hücumunu Van
gölü yaxınlığındakı Hilat şəhəri ətrafında çətinliklə dayandırdılar.
Ərəblər böyük ordu ilə hücuma keçdilər və xəzərləri Azərbay-
candan çıxartdılar. Sülh bağlayan xəzərlərin bir hissəsi islam dinini
qəbul etdi. Xəlifə Harun Ər-Rəşidin dövründə- VIII əsrin 90-cı
illərində xəzərlər 100 minlik qoşunla Azərbaycanın şimal hissəsini
talan etdi. Xəzər-ərəb müharibələri Azərbaycana dağıntı və fəlakət
gətirdi. 100 illik mübarizədən sonra ərəb orduları Azərbaycanın is-
tilasını başa çatdırdı. Ərəblər əhali ilə mülayim rəftar etməyə və la-
zım gəldikdə onlara güzəştə getməyə məcbur oldular. Xəlifə Əbu-
bəkr sərkərdələrinə göstəriş vermişdi ki, adamları şikəst etməsinlər,
qocaları, uşaqları və qadınları öldürməsinlər. Əhalinin adət-ənənələ-
rinə toxunmasınlar. Bununla da əhalidə ərəblərə qarşı münasibət
mülayimləşdi. Xilafətin topladığı vergi və töycülər Sasani imperiya-
sındakından qat-qat az idi. Xalq yadellilərin dağıdıcı basqınlarindan,
Bizans-Sasani müharibələrindən hədsiz dərəcədə əziyyət çəkmişdi.
51
Azərbaycanda İslam dininin yayılması siyasi sabitlik və milli bir-
lik üçün təminat verə bilər, belə ki, yeni din humanist, ümidverici,
obyektiv və ədalətli idi. İslam qanunları və ehkamları adamları pis
əməllərdən çəkindirir, qəlbləri paklaşdırır, onlarda yüksək hisslər və
vərdişlər yaradırdı. Başqasının əməyinə və sərvətinə göz dikmə-
məyə, kimsəsizlərə, şikəstlərə, əlacsızlara yardım əli uzatmağa,
paxıllıqdan, xudpəsəndlikdən, lovğalıqdan uzaq olmağa çağırırdı.
İslam dini Azərbaycanın cənub hissəsində, Muğanda, Mildə, Xəzər
sahilində, Kür və Araz çayları boyunda, xüsusilə şəhərlərdə nis-
bətən sürətlə yayıldı. Təkcə xristianların məskunlaşdığı dağlıq və
dağətəyi ərazilərdə yeni dinə müqavimət güclü idi. Digər tərəfdən
xristianlar da vahid allaha inandıqlarına və “əhli-kitab” olduqlarına
görə ərəblər onları təqib etmirdilər. Azərbaycanda İslam dininin ya-
yılması xalqın taleyində misilsiz dönüş yaratdı. Onun mənəvi inki-
şafı üçün əsas oldu, mədəni yüksəlişinə təkan verdi. İslama qədərki
mədəniyyət məzmununu dəyişərək yeni keyfiyyət kəsb etdi.
2. Xilafətin Azərbaycanda idarəçilik, köçürmə,
torpaq və vergi siyasəti
Ərəblər əsarətə aldığı əraziləri idarə etmək üçün əmirlik sis-
temi yaratdılar. Əmirlik daha kiçik inzibati vahidlərə-mahal və
məntəqələrə (hər mahal 12 məntəqə, hər məntəqə də 12 kəndə)
bölünürdü. Əmirliyi xəlifə tərəfindən təyin edən əmir idarə edirdi.
Azərbaycanın şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədan şə-
həri müəyyən edildi. Əhalini ərəbləşdirmək üçün Bəsirədən, Ku-
fədən, Suriyadan və Ərəbistandan 10 minlərlə ərəb ailəsi köçürüldü.
Onlara imtiyazlar verilir və torpaqla təmin edilirdi. Əməvilər süla-
ləsinədək ilk xəlifənin dövründə vergilər xeyli yüngül idi, həm də
Sasanilərdən fərqli olaraq vergi tək-tək adamdan deyil, bütün ölkə-
dən alınırdı. Azərbaycanda xristianlar 2 vergi-xərac (torpaq vergisi)
və cizyə (can vergisi) verirdi, müsəlmanlar isə cizyədən azad idilər.
Xilafətə kömək etdiyinə görə kilsə vergidən azad idi və dövlət tərə-
findən himayə olunurdu. Xəlifə Əli vergi sahəsində islahat keçirdi.
52
Əsas diqqət xərac yığmağa deyil, torpağı səmərəli əkib-becərməyə
yönəldildi. Əməvilərin dövründə isə vergi sistemində dəyişiklər
edildi. 725-ci ildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya
alındı. Əvvəl ləğv edilmiş vergilər bərpa olundu. Ruhanilərdən də
cizyə alınırdı, vergilərin ümumi məbləği artırıldı. Ağır vergilər
təkcə yoxsulları deyil, həm də orta və iri feodalları da müflisləş-
dirdi. VIII əsrin ortalarında Əməvilər sülaləsini Abbasilər əvəz
etdi. Kəndlilərin vəziyyəti daha da ağırlaşdı. Vergi torpağın əkilib-
əkilməməsindən asılı olmayaraq yığılırdı. Hətta meyvə ağaclarına
da vergi qoyuldu. Acgözlüyünə görə xəlifə əl-Mənsur “pul atası”
ləqəbini almışdı. Qəddarlığı ilə seçilən xəlifə Harun ər-Rəşidin döv-
ründə (786-809) vergi daha da artırıldı. 15 yaşa çatan kişilər vergi
verirdi. Azərbaycanın cənub hissəsindən ildə 4 milyon, Muğandan
isə 300 min dirhəm yığılırdı. Daşına bilən əmlakdan “xüms”, mal-
qara, becərilən məhsullardan və meyvədən, qızıl və gümüş sənət-
karlıq məmulatlarından “zəkat” (sədəqə) vergisi alınırdı. “Zəkat”
ruhanilərin, yetimlərin, şikəstləri və əlacsızların ehtiyacına sərf olu-
nurdu. Xilafətin Azərbaycandan aldığı vergi təxminən 8 milyon dir-
həmə yaxın idi.
Feodal torpaq mülkiyyətinin əsas forması dövlət torpaqları- di-
van və ya sultan (xəlifə) torpaqları idi. “İqta” divan torpağından
orduda göstədiyi hərbi hünərə və sədaqətli xidmətə görə verilirdi.
İqtanın 2 forması vardı: bağışlanan “iqta” sahibinin şəxsi mülkiy-
yətinə çevrilir və nəsildən-nəslə keçirdi. II isə icarə edilən “iqta”-
irsən keçə bilməz, hətta geri alına bilərdi. Mülkiyyət formalarından
biri feodal mülkiyyətində olan torpaq idi- mülk, sahibi isə malik
adlanırdı, istədikləri kimi istifadə edə bilərdilər. Daha sonra vəqf
torpaqları var idi-müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din
uğrunda mübarizlər və şəhidlər üçün verilirdi. Vəqf torpaqları mü-
səlman din idarələrinin ixtiyarında idi, almaq, satmaq və bağışlamaq
olmazdı. İcma torpaqları-kəndlərdə əkin yerləri, biçənəklər, otlaq-
lar, meşələr, qəbiristanlıqlar və s. ibarət idi. Vergi və mükəlləfiyyət-
lərin bütün ağırlığı bu torpaqların üzərinə düşürdü.
53
3. Xürrəmilər hərəkatı. Babəkin başçılığı ilə ərəblərə qarşı
azadlıq müharibəsi
VIII əsrin ortalarında Əməvilər sülaləsinin siyasətinə qarşı
Xilafətin mərkəzində və asılı ölkələrdə mübarizə kəskinləşdi. Mər-
kəzdəki üsyanın əsas iştirakçıları xaricilər deyilən dini təriqətin tə-
rəfdarları idi. Onlar xəlifənin xalq tərəfindən seçilməsini tələb edir-
di. Azərbaycanda çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. 748-ci
ildə Beyləqanda başlanan üsyan digər əyalət və şəhərlərə, Bərdəyə
və Ərdəbilə yayıldı (8, s. 256). Üsyana Müsafir adlı qəssab başçılıq
edirdi. Ərəb əmirləri qorxaraq üsyanın rəhbərlərindən bir neçəsini
həbs etdi. Bundan qəzəblənən üsyançılar şəhər əhalisinin köməyi ilə
qalaya girib, ərəbləri qılıncdan keçirdilər, əmiri əsir aldılar, məh-
busları azad etdilər. Sonra Bərdəyə köməyə getdilər, orada da əmiri
əsir alıb öldürdülər. Köməyə gələn yeni ordunu da məğlubiyyətə
uğratdılar. Xalq hərəkatı bütün Azərbaycanı bürüdü. Hakimiyyəti
ələ keçirən Abbasilər bütün üsyanları amansızlıqla yatıra bildilər.
Lakin VIII əsrin 2-ci yarısında Azərbaycanda Xilafətə qarşı çıxış-
lar yenidən gücləndi. Xəlifə Harun əl-Rəşidin hakimiyyəti dövründə
15-dən artıq üsyan baş verdi. Üsyanların əsas mərkəzi Beyləqan və
Bərdə idi. Üsyan Şirvanı, Dağıstanı və Azərbaycanın bütün əyalət-
lərini bürüdü. Dərbəndlilər xüsusilə fərqlənirdilər.
Azərbaycanda azadlıq mübarizəsindən biri xürrəmilər hərə-
katı (qədim pəhləvi dilində əbədi od, günəş) müəyyən fasilələrlə 60
ildən artıq davam etmişdilər. Onların şüarı torpağı və istehsal vasi-
tələrini hakim təbəqənin asılılığından xilas etmək idi. Xürrəmilər
sosial bərabərlik uğrunda mübarizə aparır, bütün təbəqələrdən olan
gənclər üçün istisnasız kəbin hüququ azadlığı, maddi nemətləri in-
sanlar arasında bərabər bölüşdürmək kimi tələblər irəli sürürdülər.
Məzdəkilər isə feodal istismarına və hakim təbəqənin firavan həyat
tərzinə qarşı mübarizə aparırdılar. Xürrəmilər onlardan fərqli olaraq
Azərbaycanın istiqlaliyyətini bərpa etmək istəyirdilər, Vətəni yadel-
lilərdən qurtarmağa çalışırdılar. Xürrəmilər islamın bəzi ehkamla-
rına qarşı çıxır, qədim dini ayinləri ona qarşı qoyurdular. Onların
54
fikrincə, dünya əbədi mövcud olduğu kimi, insanın ruhu da əbə-
didir.
Orta əsrlərdə bütün çıxışlar milli zəmində başlasa da, sonra-
dan siyasi mahiyyət kəsb edərək, azadlıq müharibəsi səviyyəsinə
yüksəldi. Bu, Erkən Orta əsrlərdə Şərqdə islamın bəzi ayinlərinə,
feodal zülmünə və ən başlıcası-ərəb əsarətinə qarşı çevrilmiş xalq
hərəkatı idi. Xürrəmilər tarixdə ilk dəfə işğalçılara qarşı mübarizədə
azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar gey-
mişlər.
Xürrəmilərə başçılıq edən Cavidan və Əbu İmran arasında
kəskin mübarizə gedirdi. Cavidan Bəzz qalasının sahibi və xürrəmi-
lərin başçısı idi. Hər il qış vaxtı Zəncan bazarlarında qoyun satardı.
816-cı ildə Babəklə də ilk dəfə bazarda rastlaşmışdı, özü ilə Bəzz
qalasına gətirmişdir. Babək 798-ci ildə Ərdəbil yaxınlığındakı Bi-
lalabad kəndində kasıb bir ailədə doğulmuşdu, 1 yaşında ikən ata-
sını öldürmüşlər, anası Sərab şəhərinə köçərək oğlunu çətinliklə bö-
yütmüşdür. Babək əvvəlcə çoban, sonra dəvə karvanlarında sarban,
Təbrizdə usta yanında şagird işləmişdi. Babəkdən əvvəl 778-ci ildə
qalxan üsyan yatırıldı, 2-ci üsyan isə bundan 30 il sonra xəlifə Ha-
run əl-Rəşidin dövründə Cavidanın başçılığı ilə 808-ci ildə baş
verdi (8, s. 261). Üsyançılar 100 min nəfərdən artıq sayı var idi. Üs-
yan çətinliklə yatırıldı, 10 minlərlə adam əsir götürüldü, kişilər öl-
dürüldü, qadınlar və uşaqlar qul bazarlarında satıldı. 816-cı ildə
növbəti döyüşlərin birində Cavidan və Əbu İmran bir-birini öldür-
dülər. Cavidanın dul qadınının təşəbüsü ilə xürrəmilər icmasının ba-
şına 18 yaşlı Babək keçdi. Babək olan üsyanları təhlil etdi, uğur-
suzluğun səbəblərini araşdırdı və belə qənaətə gəldi ki, xalqı ayağa
qaldırıb silahlandırmaqla ölkəni əsarətdən xilas etmək olar. O, öz
adamlarını Azərbaycanın hər yerinə göndərərək camaatı ərəblərə
qarşı müharibəyə çağırdı. Əsgərlərin sayı o qədər artmışdı ki, piya-
da hesaba alınmadan, təkcə atlılar 20 min nəfər idi. Babək orduda
ciddi hərbi intizam yaratdı. Xürrəmilərə Müaviyə, Abdülla (hər ikisi
Babəkin qardaşları), Tarxan, Adin, Rüstəm və b. başçılıq edirdi.
Xürrəmilərin mərkəzi Azərbaycan idi. Təkcə Azərbaycanın cənu-
bunda və Deyləmdə Babəkin tərəfdarları 300 min nəfərə çatırdı.
|