Laçın
Tərkibi: Qoyun əti – 220q
Ərinmiş кərə yağı – 50q
Ağ lobya – 50q
Düyü – 100q
Kişmiş – 40q
Baş soğan – 40q
Zəfəran – 0,1q
Darçın – 0,2q
İstiot – 1 qr, duz – 5 qr
Hazırlanması: Hər pay üçün 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib, hazır olunca bişirilir. Lobya və düyü ayrılıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağda ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə lobya çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.
2.2 Plovlar
● 75
Şuşa
Lobyalı aş
Tərkibi: Düyü – 500 qr.
Lobya – 150 qr.
Yağ – 50 qr.
Duz – 30 qr
Hazırlanması: Düyü ilıq duzlu suda 3 saat saxlanılır. Sonra qaynadılır, süzülənə yaxın əvvəlcədən hazırlanmış xırda lobya düyüyə qatışdırılır, süzülərək yağ əlavə edilir və dəmə qoyulur. Qazanın dibinə qazmaq qoyulur.