Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə26/105
tarix31.12.2021
ölçüsü1,35 Mb.
#25305
1   ...   22   23   24   25   26   27   28   29   ...   105
Tərkibi:
Uzun düyü – 500 qr.
Yuxa – 1 ədəd
Xırda lobya – 200 qr.
Sarıkök və ya zəfəran – 3 qr.
Duz – 30 qr.
Hazırlanması:
Düyü isladılır sonra qaynadılır və süzülür. Bişmiş lobya düyüyə qatılır. Qazanın 
altına yuxa qoyularaq düyü qoyulur
Aş qarası üçün 
Ət – 1 kq.
Soğan – 300 qr.
Şabalıd – 200 qr.
Alça qurusu – 200 qr.
Qaysı qurusu – 100 qr.
Xurma – 100 qr.
Kişmiş – 100 qr.
Duz – 10 qr. 
Nəticə:
Plovun tərkibinə qatılan ərzaqlar demək olar ki, eynidir. Sadəcə Cəbrayılda 
plov toyuq ətindən hazırlanır. Xocalıda plova albuxara, Xocavənddə isə xırda 
lobya əlavə olunur. Hazırlanma qaydası isə eynidir.


2.2 Plovlar
● 79
Qubadlı
 

Qaralı aş
Tərkibi:
Düyü – 1 kq.
Ət – 1 kq.
Ərinmiş yağ – 500 qr.
Kişmiş – 200 qr.
Gavalı qurusu – 200 qr. (yaxud alça qurusu)
Şabalıd – 300 qr.
Ərik – 200 qr.
Soğan – 4 ədəd – 250 qr
Duz – 60 qr.
Sarıkök – 0,5 qr. 
Yuxa çörək – 2 ədəd. 
Hazırlanması:
Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana qədər 
islaqda qalır. Su qaynadıqdan sonra duz atılaraq düyü qazana tökülür. Düyü suda 
qaynayan zaman bir neçə  dəfə  kəfkirlə qarışdırılır. Düyü uzandıqda, bir qədər 
yumşaldıqda aşsüzəndə süzülür. Su süzüldükdən sonra düyü yenidən başqa qabın 
üzərinə qoyulur ki, düyünü buxar əzməsin və su tamamilə çəkilsin. Qazana ərinmiş 
yağ atılaraq odun üstünə qoyulur. (Yağ yaxşıca əridikdən sonra qazanın dibinə 
bir kəfkir düyü səpilir. Sonra yuxalar qazanın dibinə sərilir və düyü tökülür və 
düyüyə sarıkök və bir az ərinmiş yağ əlavə edilib (vam odda) dəmə qoyulur. Tez-tez 
düyünün dəmi alınır. Qazanın dibi cızıldadıqda onu odun üstündən götürərək qalın 
dəsmalla bükülür. Sonra qara hazırlanır (qara əvvəlcədən də hazırlana bilər). 
Doğranıb yaxşı-yaxşı yuyulmuş ət qaynadılır. Ət qaynayan zaman kəf tamamilə 
yığıldıqdan sonra qazana bir qədər duz və doğranmış bir ədəd soğan atılır. Ət 
sümükdən ayırdıqdan sonra azacıq yağ atılmış qazanda qovrulur. İsladılmış ərik, 
alça və pörtlədilərək təmizlənmiş  şabalıd, kişmiş  və uzunsov doğranmış soğan 
ayrı-ayrılıqda (azacıq sarıkök atılmaqla) yağda qovrulurlar. Lay-lay yığılaraq 
(kişmişdən başqa) üstünə bir çömçə ətin suyundan tökülür. Vam odun üstündə bir 
qədər bişdikdən sonra artıq yemək hazırdır. Düyü buludlara çəkilərək üstü kişmiş 
və qazmaqla bəzədilir və aşqarası ilə qablarda süfrəyə verilir.


Qarabaü mÿtbÿxi
80 ●
Xocalı
 

Aş qarası 
Qoyun əti – 1 kq.
Ərik qurusu – 300 qr.
Albuxara – 300 qr.
Alça qurusu – 300 qr.
Kişmiş – 300 qr.
Şabalıd – 500 qr.
Soğan – 500 qr.
Yağ – 300 qr.
Duz – 15 qr, istiot – 2 qr, sarıkök – 2 qr. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin