Aşın düyüsünün tərkibi: Düyü – 1 kq.
Yağ – 200 qr.
Kişmiş – 100 qr.
Sarıkök – 3 qr.
Duz – 60 qr.
Hazırlanması: Aşın qarasının hazırlanma qaydası: Qoyun əti doğranıb qaynadılır, soğan doğranıb qızardılır, şabalıd duzlu suda bişirilib təmizlənir. Ərik qurusu, albuxara, alça qurusu, kişmiş yuyulur və ayrı-ayrı yağda qızardılır. Bu qaydada lay-lay düzülür. Ət, soğança, ərik qurusu, şabalıd, albuxara, alça
Qarabaü mÿtbÿxi
78 ●
qurusu, kişmiş. 4 litr suya bir xörək qaşığı duz əlavə olunur və qaynadılır. Su qaynayan zaman düyü suya əlavə olunur və bişənədək qaynadılır. Bişən düyü süzülür və qazana tökülüb üzərinə ərinmiş yağ, sarıkök və qızardılmış kişmiş əlavə olunur. Qazanın qapağı dəsmalla bükülüb vam odda dəmə qoyulur. Aş süfrəyə verilən zaman boşqaba çəkilmiş aş düyüsünün üzərinə aşqarası əlavə olunur. Xocavwnd