Sahə tranzistorlarının bipolyar tranzistorlardan fərqi ondadır ki, onların hazırlanma texnologiyası
mükəmməldir, ucuz başa gəlir, böyük giriş müqavimətinə malikdir, məxsusi küylərin səviyyəsi aşağıdır,
radioaktiv təsirlərə qarşı dayanıqlıdır, inteqral sxemlərdə yerləşmə sıxlığı yüksəkdir. Sahə tranzistorları
gücləndiricilərdə, generator və çevrici sxemlərdə geniş istifadə olunur. Keçirici kanalın yaranma üsuluna
görə sahə tranzistorları iki qrupa bölünür: keçidli və izolyasiyalı idarəedici elektrodlu və ya MDY (metal
dielektrik yarımkeçirici) -n keçidli sahə tranzistorunun əsası elektron keçiricilikli (n) germanium nüvədən
ibarətdir. Onun hər tərəfində diffuziya üsulu ilə p - tipli sahələr yaradılır. Nüvənin yan tərəflərinə çıxışlar
(elektrodlar, uclar) bərkidilir: elektronların hərəkətə başladığı
elektrod mənbə (istok) – MMn,
elektronların gəlib çatdığı elektrod
mənsəb (stok) –
MMs adlanır. Cərəyan keçirən kanal əks keçiricilikli n
və iki p- keçiricilikli
p sahə arasında yerləşir. Hər iki qatı bir-biri ilə
birləşərək bir xarici elektrod əmələ gətirir. Bu
elektroda
idarəedici elektrod (zatvor) – İE deyilir. p-
n keçidli sahə tranzistorunun idarəedici elektrodunda
işçi gərginlik mənfi işarəlidir. Sahə tranzistorlarının
çıxış cərəyanı giriş
gərginliyi ilə idarə olunur
p-n keçidli
sahə tranzistorunun qurluşu, şərti işarəsi Şəkil1
və dövrəyə qoşulma sxemi şəkil 1-də göstərilmişdir.
Tristorun struktur sxemi və növləri
Üç və daha artıq
–
keçidinə malik olan, bağlı vəziyyətdən açıq vəziyyətə qoşula bilən
Dostları ilə paylaş: