I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə81/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   77   78   79   80   81   82   83   84   ...   94

bəhs edir (6, 37). Lakin Təbriz miniatürlərini nəzərdən keçirdikdə aydın olur ki, onlarda 

psixologizm, yəni ruhi təəssüratın əks etdirilməsi zəifdir. Bu miniatürlərdə insanların psixoloji 

vəziyyəti, əhval-ruhiyyəsindən daha çox təbiət mənzərələrinin möhtəşəmliyinə diqqət yetirilir. 

Təbriz miniatür üslubu üçün səciyyəvi olan cəhətlərdən biri də sarı və yaşıl sarayların təsviridir. 

Lakin Behzadın Səfəvi sarayına gətirilməsindən sonra Təbriz miniatür üslubunda Herat-Teymuri 

miniatür üslubunun təsiri özünü göstərməyə başlayır.  

 

Miniatür rəssamlığında Şah Abbas Səfəvinin dövrü və İsfahan rəssamlıq məktəbinin xüsusi 



yeri vardır. Həmin dövr miniatür nümunələri XVI-XVII əsrlərdə geyimlər, ictimai həyat haqqında 

təsəvvür yaradır. Məsələn, müxtəlif divar rəsmlərinin araşdırılması göstərir ki, əvvəllər miniatür 

rəsmlərdə kişi və qadın geyimlərinin təsvirində fərq yox idi. Lakin Şah Abbasın dövründə uzun və 

geniş qəbaları qısa, büzməli nimtənələr əvəz etdi və bu dəyişiklik miniatürlərdə də öz əksini tapdı.  

Orta əsrlər dövründəki həyat, memarlıq, musiqi, hərb sənəti, dövrün geyim üslubundakı 

dəyişikliklər və s. prosesləri miniatür rəsmlər vasitəsilə müəyyən etmək olur. 

 

Yuxarıda sadalanan bütün cəhətlər miniatür rəsmlərin dekorativ, estetik əsərlər və eyni 



zamanda dövrün xarakterik xüsusiyyətlərini özündə əks etdirən mühüm mənbə kimi əhəmiyyətə 

malik olduğunu göstərir.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



413

ƏDƏBİYYAT 

1.

  Azərbaycan tarixi. XIII-XVIII əsrlər, III cild (7 cildlik), Bakı: Elm, 2007, 592 s.,  



2.

  Brend B. İslamic art. Cambridge, Mass.: Harvard University Press, 1991, 238 pp.  

3.

  Hacıyev İ.A. Şərq miniatür sənətində kompozisiya quruluşunda forma və   üslub 



xüsusiyyətləri. Bakı: Təknur, 2012, 88s  

4.

  Hüseynli T. Orta əsr rəssamlarının yaradıcılığı  Azərbaycan mədəni dəyərlər sistemində // 



Mədəniyyət dünyası, XX buraxılış, Bakı, 2010, s.101-104  

5.

  Yetkin S.K. İslam minyatürünün estetiği//İlahiyat fakültesi dergisi, sayı 1, s.3-40-



http://dergiler.ankara.edu.tr/dergiler/37/740/9448.pdf , (18.09.2014) 

6.

     Sharif M.M. A history of muslim philosophy, Vol.2, Otto Harrowitz, Wiesbaden,  1966, 



1790 pp., 

7.

     Рахимова З. Батальный жанр в творчестве К.Бехзада // San’at, №2, 2005,s.1-4-



http://sanat2013.orexca.com/rus/archive/2-05/battle-piece.shtml,(7.09.2014)  

8.

  Рустамов Ж. Музыкальные инструменты в миниатюрах Бехзада // San’at, №2, 2000, 



s.1-3-http://sanat.orexca.com/2000-rus/2000-2-2/jasur_rasultaev/, (7.09.2014),  

Шпенглер О. Закат Европы. Очерки морфологии мировой истории. Том 1, Москва: 

Мысль, 1993, 572 с. 

 

Ulkar Aliyeva 



Historical and Aesthetic Aspects of the Turkic Miniature Painting 

Summary 


 

Turko-Islamic art of painting of the Middle Ages is characterized by the art of the miniature. 

In the article, the way of development of miniature art, its aesthetic features, miniature art schools 

and their contribution to the Turkic and the whole of the Muslim world, and also our history, 

depicted in miniatures are researched. Thumbnails are essential as an important decorative, aesthetic 

and at the same time, reflecting the characteristics of the medieval period of the source. 

 Key 

words: 


Turco-Islamic art, miniature, aesthetics, decorative 

 

 



Nağdəli Zamanov, tibb ü.f.d.,dos. 

Azərbaycan Tibb Universiteti 

n.zamanov@mail.ru 

 

HEYDƏR ƏLİYEVİN NİTQLƏRİNDƏ TÜRK DÜNYASI İNCƏSƏNƏTİ 



 

Heydər Əliyevin nitqlərinin bir gücü də onun estetik dünyagörüşümüzü zənginləşdirən 

incəsənətə münasibətidir. Bu baxımdan türk dünyası xalqlarının yaratdığı mədəniyyət, ədəbiyyat, 

bir sözlə incəsənətin müxtəlif növlərinin Ulu Öndərin çeşidli auditoriyalarda Azərbaycan dilinin 

geniş imkanları əsasında söylədiyi çıxışların araşdırılması mühümdür. 

 

Böyük natiq antroponimik sarılarla türk dünyasının ortaq şəxsiyyətlərini sadalayır, “elm, 



mədəniyyət, ədəbiyyat adamlarımız bizim həmişə birgə olmağımızı təmin edir” fikrini irəli sürürd: 

“Nizami də, Füzuli də, Mirzə Fətəli Axundov da, Vaqif də, Yunuz İmrə də, bu gün  burada şeiri 

səslənən Səməd Vurğun da, İstanbulda təhsil almış, böyük əsərlər qoyub getmiş, Hüseyn Cavid də, 

sözlərinə mahnı, şərqi bəstələnmiş şeirin müəllifi Əhməd Cavad da və bizim aramızda olan böyük 

mədəniyyət  xadimləri də – Arif Məlikov da, Bəxtiyar Vahabzadə də, habelə digər mədəniyyət 

xadimləri də bizim zəngin mədəni sərvətimizdir. Xalqlarımız bu sərvətlə fəxr edir və fəxr etməyə də 

haqları var”.  

 

Heydər Əliyevin nitqlərində bir türk dünyası mütəfəkkirlərinin yaratdıqları incəsənət əsərləri 



digər türkdilli xalqların, İslam dünyasına mənsub xalqların mədəniyyətində, ədəbiyyatinda yeni-

yeni böyük əsərlərin yaranmasına səbəb kimi göstərilir. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



414

 

Onun nitqlərində türk dünyasının incəsənət xadimləri bütün türkdilli ölkələr üçün bərabər 



əhəmiyyət daşıyırdı: “Buna görə də biz bu gün  həm qırğız xalqı üçün, həm də Azərbaycan xalqı 

üçün bərabər əhəmiyyəti olan Manas, Nizami, Füzuli haqqında heç də təsadüfən danışmadıq”. 

 

Türkdilli auditoriyalarda böyük natiqin söylədiyi “dahi mütəfəkkirlərimizin, ədəbiyyat və 



incəsənət klassiklərimizin yaradıcılığı “Dədə Qorqud”, “Manas”, “Alpamıs” kimi minillik tarixə 

malik eposlarımız bizim ümumi mədəni sərvətimizdir, xalqlarımızın yüksək mənəviyyatının və 

əxlaqının təməlidir, bizi xeyirxahlıq və humanism ruhunda yetişdirmiş ümumi qaynaqlardır” kimi 

fikirlər bu gün də türk xalqlarının yaratdığı incəsənətə verilən ən böyük qiymətidir.  

 

Beləliklə, türkdilli xalqların yaratdığı incəsənətin gələcəkdə də öyrənilməsində Heydər 



Əliyev çıxıçlarının mühüm rolu göz qabağındadır. 

 

 



 

Əfsanə Babayeva, sənət.ü.f.d., dos. 

AMEA Memarlıq və İncəsənət İnstitutu, böyük elmi işçi 

afsanababayeva@mail.ru  

 

TÜRKOLOJİ TƏDQİQATLAR AZƏRBAYCAN MUSİQİŞÜNASLIĞINDA  



PRİORİTET İSTİQAMƏT KİMİ 

 

 



Çağdaş Azərbaycan musiqi elminin ən aktual  problemlərindən biri  milli  musiqi  

mədəniyyətinin   türk  köklərinin  öyrənilməsindən  ibarətdir. Bundan  irəli  gələrək  Azərbaycan  

musiqişünaslığında Musiqi  türkologiyası  adlı yeni  istiqamət yaranmışdır. Türkdilli  xalqların  

musiqi  əlaqələrinin  müəyyənləşdirilməsi,  bu  əlaqələrin etnogenetik  əsaslarının  izah  edilməsi   

bu istiqamətin  vacib  məsələlərindəndir. 

 

2000-ci illərdə əsası  Üzeyir  bəy Hacıbəyli  tərəfindən  XX  əsrin  əvvəllərində  



müəyyənləşmiş   türk  xalqlarının   musiqi  mədəniyyətinin   müqayisəli  aspektdə  öyrənilməsinin  

yeni   mərhələsi  üçün   geniş  imkanlar  açılmışdır. 

 

Azərbaycan  musiqi  elmində  ilk  dəfə  olaraq  1919-cu ildə  Ü.Hacıbəylinin  “İstiqlal”  



məcmuəsində  dərc  olunmuş “Azərbaycan  türklərinin  musiqisi  haqqında“ [1] məqaləsində  

musiqiyə dair türkoloji araşdırmalar üçün ilkin zəmin  yaranmışdır.  

 

Vahid etnik kökə malik olan qədim türk xalqlarının musiqi təfəkkürünün  inkişafında  fərqli   



və  uyğun  tərəfləri görən  Ü.Hacıbəyli  zaman  keçdikcə “Cənub  türkləri,  Ərəstu  və  Fərabi  

zamanındanqalma  yunan  və  ərəb musiqisi  təsiri  altında  keçdikləri  halda,  şimal  türkləri  Çin  

musiqisi  əsası  üzərində  baqqi  çalmışlardır” fikrini  irəli  sürür. Türk  xalqlarının  musiqi  

sənətinin müqayisəli aspektdən araşdırılması  üçün bu fikrin aktuallığı indi də öz əhəmiyyətini  

itirməmişdir. 

 

Vahid musiqi sisteminə malik olan türk xalqları tarixən daxil olduqları mədəni mühitin  



təsirinə məruz qalaraq öz musiqisində həmin mühitin təsirini lad və üslub cəhətlərdə əks etdirmişlər. 

Buradan da nəzərə çarpacaq dərəcədə müxtəliflik yaranmışdır. 

 

Üzeyir bəy xüsusi olaraq, azərbaycanlıların osmanlılarla musiqisinin əsas üzrə bir olduğu  



halda, “qayda istimallarında və makamların aralarında fərq” olduğunu göstərmişdir. Şübhəsiz, 

bütün bu problemlər müasir Azərbaycan musiqişünaslığında prioritet olaraq qarşıya qoyulur və 

musiqi türkologiyasının bir istiqamət kimi əsas müddəalarını təyin edir. 

 

Maraqlıdır  ki,  XX  əsrin  əvvəllərində  aktual  olan  bu  problem  sonradan  siyasi-ideoloji 



rejimin qurbanına çevrilərək uzun zaman dondurulmuşdur. Yalnız  XX  əsrin sonunda  Azərbaycan  

öz müstəqilliyini qazandıqdan  sonra onun  zəruriliyi  yenidən gündəmə  gəlmişdir.    

 

Ümumiyyətlə,  müasir  musiqi  elmində  milli  musiqinin  etnik  əsaslarının  öyrənilməsi  



xüsusi aktuallıq  kəsb edir. Xalq musiqisinin hərtərəfli  dərk  edilməsi  üçün   onun  mənəvi  

mədəniyyətinin  etnopsixoloji və  dünyagörüşü  əsaslarını öyrənmək  vacib məsələ  hesab  edilir. 

Etnomusiqi işlərinin yerinə yetirilməsi üçün xalqın tarixinin və etnoqrafiyasının öyrənilməsi ön 

plana keçir. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



415

 

Qloballaşmanın,   dünya  mədəni  məkanına  inteqrasıyanın  gücləndiyi  dövrdə  mədəni 



irsin, etnik  köklərin qorunub saxlanılması  bu gün türkdilli  xalqları, xüsusilə,  postsovet  

məkanında  yaşayan  türk  xalqları narahat edən məsələdir. XX  əsrdən  başlayaraq  sovet  rejimi  

dövründə  uzun  illər  bu  xalqların  öz   milli  və  mənəvi  dəyərlərindən  uzaqlaşdırılması üçün 

cəhdlər  edilmiş,  soykökünün  unudulmasına çalışılmışdır. Məhz bu səbəbdən müqayisəli türkoloji  

araşdırmalar sahəsində  müəyyən çatışmazlıqlar,  bəzənsə “boşluqlar”, “ağ ləkələr” yaranmışdır.  

Yaranmış  boşluğu aradan  qaldarmaq  üçün Azərbaycan  musiqi  elmində  son 10-15  il ərzində 

musiqi  türkoloji  araşdırmalar öz  sürətini  artırmışdır. Bu  istiqamətdə aparılan  bütün  elmi  və  

praktiki  axtarışlar   kompleks  tədqiqatların meydana  gəlməsinə gətirib  çıxarmışdır. Şübhəsiz, bu 

işdə  musiqi  türkologiyasının  tarixi  əhəmiyyəti böyükdür. Artıq  postsovet  məkanına  daxil  olan 

Azərbaycan  və  digər türkdilli  ölkələrin alımlərinin  coxsaylı  işlərində  musiqi  türkologiyası  öz  

təsdiqini  tapmışdır.   

 

2002-ci ildə tanınmış Azərbaycan musiqişünas alimi, AMEA-nın  müxbir  üzvü Rəna 



Məmmədovanın “Musiqi tütkologiyası”  adlı  əsərinin  çap olunması  türkoloji  araşdırmaların  daha  

məntiqli  və ardıcıl aparılmasına yeni  təkan verdı. Ümumiyyətlə, qeyd  edək ki,  alimin  elmi  

fəaliyyətinin ən vacib səhifələrindən birini  türk  xalqlarının mədəniyyətinin öyrənilməsi  təşkil edir. 

Təsadüfi  deyil  ki,  musiqi  türkologiyasının  elmi  əsaslarının  yaradılmasında  ilk  addımı məhz  

R.Məmmədova atmışdır. 

 

Onun  bu  əsərinin  meydana  gəlməsi  ilə  musiqişünaslıqda  yeni  istiqamətin  nəzəri-



metodoloji  əsası qoyuldu. Şübhəsiz ki,  bu iş  fundamental  elmi  tədqiqat kimi  böyük  tarixi  

əhəmiyyət  kəsb edir. Əsərin elmi  dəyəri  ondan ibarətdir ki,  burada  türk  musiqi mədəniyyətinin  

qədim  ənənələrinin  “musiqi  arxeoloji bərpası”  nəzərdə  tutulur. Müəllifin  qəti  qənaətinə  görə,   

tədqiqatın  mühüm  əhəmiyyət  kəsb  edən   türk  musiqi  mədəniyyətinin   tipoloji  sırası  anlayışı  

ilə  yeni elmi  istiqamətin metodoloji  bazası  bütövləşir. Müəllifin  fikrincə, “türk  mədəniyyətini  

bir  neçə  milli  ənənənin  cəmi  kimi  deyil,  tərkib  hissələrin  genetik,  rabitəli,  tipoloji  

əlaqələrdən  yaranmış, inkişaf  etmiş və fəaliyyət  göstərən  xüsusi  dinamik  sistem  kimi qavramaq,  

dərk  etmək vacibdir”[2]. Alimin  düzgün  qeyd  etdiyi  kimi,  məhz  müqayisəli  təhlil  vasitəsilə  

biz   türkdilli  xalqların  musiqi  mədəniyyətinin  daha  dərin  qatlarına    nüfuz edir,  onu əsaslı  

surətdə  anlayıb  izahını verə  bilirik. 

 

Belə  tədqiqatların  yerinə  yetirilməsində    müqayisəli   elmi metodun  imkanları olduqca  



genişdir. Məhz  bu  metod  vasitəsilə  türk  musiqi  dünyasına  daxil  olan  müxtəlıf  milli  

mədəniyyətlərin  ümumi  və  fərqli  cəhətlərinin  üzə  çıxarılması ,  bu  istiqamətdə  daha  yeni  və   

mürəkkəb  məsələlərin  işıqlandırılması  nəticəsində  bütöv  elmi  məlumatlar  sisteminin  əldə  

edilməsi  mümkündür. 

 

Azərbaycan  milli  musiqişünaslığının da  aktual  problemlərindən  biri   türk  xalqlarının   



musiqi  mədəniyyətinin  müqayisəli  öyrənilməsindən ibarətdir. Müqayisəli  metod,  ilk öncə,  

prioritet təşkil edən milli  materialın  müqayisəli öyrənilməsini  nəzərdə tutur. Mədəniyyətlərin  

müqayisəli təhlili bir neçə  parametr  üzrə aparılır: lokal,  tarixi-etnoqrafik  xarakteristikanı  nəzərdə 

tutan etnomədəni səviyyədə,  bədii, siyasi,  mədəni-tarixi və s. aspektlərin  fəallığını nəzərdə  tutan  

milli  səviyyədə  və digər kontekstlər üzrə yerinə  yetirilir. 

 

Azərbaycan   musiqisi   mürəkkəb  və  çoxtərkibli   ümumtürk  mədəniyyətinin  ayrılmaz  



tərkib hissəsi  olduğu  üçün  bu  qarşılıqlı  əlaqələrin  öyrənilməsi  olduqca  vacibdir. Məhz  musiqi  

türkologiyasının   nəzəri  bazası  əsasında  musiqişünaslığın   gələcək  inkişaf  xəttini müəyyən edən  

tədqiqatların yeni perspektivləri açılır. Bu istiqamətdə  yaranan hər  bir tədqiqat  işində  Azərbaycan 

və Türkiyə  musiqi mədəni  əlaqələrinin  müxtəlif  tərəfləri  işıqlandırılır. Məsələn,  bu sahədə ilk 

addımlardan  biri sayılan  N.Şakirzadənin “Sovet Azərbaycanı və Türkiyənin  musiqi mədəni 

əlaqələri”[3] adlı  işində  bu əlaqələrin  geniş retrospektiv  icmalı  tarixi və  nəzəri  sinxron  

yanaşmada verilir.  Ümumiyyətlə,   Azərbaycan  və  türk  xalqlarının  musiqi  mədəniyyətinin  

qohumluq  əlaqələrinin   daha  qabarıq  göstərilməsi  üçün   müqayisəli  təhlilin  sinxron  və  

diaxron   metodlarının  birgə  tətbiqi  olduqca  zəruridir. Məhz  belə  bir  yanaşma  nəticəsində  

materialın  hərtərəfli  işıqlandırılması  mümkündür. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



416

 

Sonra  meydana  gələn  tədqiqat  işləri  bu əlaqələrin daha  dərin  qatlarına  nüfuz  etməsi  ilə  



seçilir. Xüsusilə,  problemin tədqiqində  ladintonasiya   əlaqələrinin öyrənilməsi  ön plana  keçir.  

Musiqişünasların  işlərində  türk  xalqlarının  musiqisində  tipoloji    sıranın  müqayisəli  təhlili  

təkcə  səssırasının  ümumiliyini  deyil,  həm də  ladintonasiya  formulların  identikliyini,  funksional  

münasibətlərin  eyniliyini  təsdiq  edir.

 

 

Aparılan  tədqiqatların  əhatə dairəsi   genişdir. Müqayisəli araşdırmalar  Azərbaycan və türk  



musiqisinin  müxtəlif  janrlarının  qarşılıqlı  əlaqədə  üyrənilməsini  nəzərdə  tutur [4]. 

 

Diqqətəlayiq  haldır  ki, Azərbaycanda  aparılan  türkoloji  araşdırmalara  Türkiyəli   



mütəxəssislərin  də  qoşulması musiqi, mədəni və elmi əlaqələrin dərinləşməsinə və  genişlənməsini 

öz  müsbət  təsirini  göstərir. Onların tədqiq  etdikləri  problemlər  vahid  intonasiya  modeli  

üzərində qurulmuş Azərbaycan və türk musiqi mədəniyyətinin oxşar aspektlərinin 

 

müəyyənləşdirilməsinə  xidmət  edir [5]. 



 

Aparılan  bütün  tədqiqatlar  istər  xalq,  istərsə  də  professional janr  müxtəlifliyi,  musiqi  

formasının  bir çox parametrləri  ilə  bağlı  tipoloji  uyğunluğun  mövcudluğu  hər iki  xalq  arasında  

olan  möhkəm  genetik  və  tarixi    əlaqələri sübut  edir. Bütün  bu  araşdırmalar,  sözsüz  ki,  

musiqi  türkologiyasının   inkişafına  təkan  vermişdir.  Professor  R.Məmmədovanın  qeyd  etdiyi 

kimi, “ türkdilli  xalqların  musiqi  əlaqələrinin  təyini  və bu  əlaqələrin  genetik  əsasının  izah  

olunması  türk  musiqi sisteminin  tamlığı və bütövlüyü  haqqında  fikir  yaratmaqla  yanaşı,  onun 

ayrı-ayrı  komponentlərinin  müfəssəl  səciyyəsini  verməyə  imkan  yaradır” [5].  

 

Məlum olduğu  kimi,  aparılan  tədqiqatlarda  müqayisəli  təhlil  metodu vacib  alət  kimi  



istifadə  olunur.  Müqayisəli  təhlil  türk  xalqlarının vahid  musiqi dilinin ladintonasiya əhəmiyyətli 

və  funksional cəhətdən eyni olan melodik formullarını göstərməyə imkan verir. Müasir türkologiya  

kontekstində belə araşdırmalar  gerçəkləşdirilməsi məqsədəuyğundur. Rəna Məmmədovanın haqlı  

olaraq  qeyd  etdiyi  kimi, “eynilik  genezisini”  tapmaq  üçün  bir  sıra  tipoloji    araşdırmalar  

aparılmalıdır. Şübhəsiz,  bir  sıra  milli  özünəməxsus  xüsusiyyətlərə  baxılmadan,   ümumi  

genofondun tipoloji xüsusiyyətlərindən danışmaq olmaz.  Formul  sıra  müəyyənləşmədən  “eynilik  

genezisi”  haqda anlayış yaratmaq  mümkün  deyil. Ona  görə  də  alim bunun  üçün  bir  sıra 

məsələlərin araşdırılmasını  vacib  sayır: türk musiqi yaradıcılığının  qədim  qatlarının   musiqi  

arxeoloji  bərpası;  türk  musiqi  yaradıcılığının  estetik  homogenliyinin  tədqiqi; türk  xalqlarının  

musiqi  mədəniyyətində əlaqəli  proseslərin  müəyyənləşdirilməsi; türk  musiqisinin  regional  

variantlarından  biri  kimi   musiqi sisteminin  tədqiqi və s. və i. 

 

Bu gün milli  musiqi elmində  Azərbaycan və türkdilli  xalqların    musiqi  mədəniyyətinin 



qarşılıqlı  əlaqələrinin müqayisəli  öyrənilməsi  istiqamətində   bir  çox  tədqiqatlar  aparılır. 

Xüsusilə, Azərbaycan Milli Elmlər Akademiyasının  Memarlıq  və İncəsənət  İnstitutunun  

“İncəsənətin qarşılıqlı  əlaqələri”  şöbəsində R. Məmmədovanın  rəhbərliyi  altında, həmçinin,  Bakı 

Musiqi Akademiyasında,  Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan  Dövlət  Mədəniyyət  

və İncəsənət Universitetində  yerinə  yetirilən  elmi  araşdırmalarda  türkdilli  xalqların  musiqi  

mədəniyyətinin  müxtəlif  sahələrinə  aid  müqayisəli  problemlər  ortaya  qoyulur  və  öz  həllini  

tapır. Əlbəttə,  bu  addımların  böyük  tarixi-mədəni  əhəmiyyəti vardır. Yaranmış  metodoloji  baza 

əsasında  bu istiqamətdə aparılan   tədqiqatların   artmasına   və  genişlənməsinə  ehtiyac  duyulur. 

Bu ehtiyacı  çoxtərəfli mədəni əlaqələr  əsasında  təmin  etmək  mümkündür.    

ƏDƏBİYYAT 

1.

  Hacıbəyli Ü. Azərbaycan  türklərinin  musiqisi  haqqında. (Tərtib  edən,  ön  söz  və  



lüğətin  müəllifi  F.Ş.Əliyeva).  B: Adiloğlu, 2005.  

2.

  Məmmədova R. Musiqi türkologiyası. Bakı: Elm, 2002. 



3.

  Шакирзаде Н. Взаимосвязи  музыкальных  культур  советского Азербайджана и  

Турции. Автореферат  дисс.  на соискание ученой степени  канд. искусствоведения. М., 1989. 

4.

  Гасанова А. Интонационно-типологические связи  азербайджанской и турецкой  



музыки. Автореферат дисс. ... k.и. Баку, 2000; Тагиева С. Проблема сравнительного  анализа  

азербайджанской и турецкой  ашыгской  музыки. Автореферат дисс. .. k.и. Баку, 2001; 

Насирова Дж. Проблемы  сравнительного  исследования  азербайджанского свадебного  


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



417

музыкального  фольклора  в контексте  культур тюркоязычных народов. Автореферат дисс. 

Баку, 2004; Ализаде Ф. Проблемы  вариантности  в музыке  тюркоязычных  народов. 

Автореферат дисс. Баку, 2005; İmanova S.  Azərbaycan və  türk   musiqisinin  lirik mahnılarının  

lad-məqam  əsasları.  Sənət. ü.f.d. ... diss. avtoreferatı.  Bakı,  2013. 

5.

  Ercan  Kilkil. Azərbaycan  və Türkiyədə  Koroğlu  dastanı aşıq havalarında  poetik  və  



musiqi  xüsusiyyətlərinin   müqayisəli  təhlili. Avtoreferat. Bakı, 2009; Nuri  Mahmut. 12 uyqur  

mukamlarının  Azərbaycan  muğamları  və Türkiyə  məqamları  ilə  müqayisəli  təhlili. Avtoreferat. 

Bakı, 2009; Tönel Adnan . Türkiyə və Azərbaycanda  laylay və ninnilərin  musiqi-poetik  

xüsusiyyətləri. Avtoreferat.  Bakı, 2007; Çengiz Daimi. Novruz  bayramı  mərasiminin  Azərbaycan 

və Türkiyədə  mövcudluğu  və  onun  melopoetik  əsaslsrının  özünəməxsusluğu. Avtoreferat. Bakı, 

2008; Savaş Ekici. Azərbaycan və Anadolu  Elazığ  bölgəsinin toy  mərasim  musiqisinin  

müqayisəli  təhlili. Avtoreferat. Bakı, 2013 və s. 

 

 



 

Агасалим Эфендиев, д.ф.по искус. 

Национальный Музей Истории Азербайджана 

efenag@yahoo.com 

 

СЛОЖЕНИЕ ОСМАНСКОЙ МИНИАТЮРЫ В 16 ВЕКЕ 



 

 

Исторический жанр, один из важнейших в искусстве мусульманского Востока, 



родился в начале 14 века в Тебризе, столице Южного Азербайджана. Азербайджанский 

ученый К.Керимов в своей монографии отмечает решающее значение тебризской школы, и в 

частности исторического жанра, в момент формирования османской школы в начале 16 века. 

Наши источники информации насчет книжного искусства османской Турции становятся 

более обширными начиная со второй декады правления Сулеймана Великолепного 

(Сулеймана – Законодателя, 1520-1566).  

 

«Сулейман-наме» 965/1558 (Топкапы, Н.1517) является вторым по счету 



историческим манускриптом времени Сулеймана. Первым была «Селим-наме» начала эры 

его правления. Его миниатюры все еще выполнены под сильным влиянием сефевидской 

традиции. Миниатюры же «Сулейман-наме» относятся к концу этого великолепного 

победоносного периода. Рукопись была иллюстрирована несколькими художниками, и 

иллюстрации представляют интересной образец синтеза различных тенденций, которые 

сосуществовали и боролись внутри османского стиля этого времени. Здесь можно 

обнаружить и миниатюры в классическом сефевидском стиле, как несколько шахских охот в 

духе тебризских 1530-40-х годов. Наибольшей силы османская линия достигает в одеждах, в 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin