A. Maslounun motivasiya nəzəriyyəsi. Alim-psixoloq izah etməyə çalışmışdır ki, niyə müxtəlif vaxtlarda fərd, müxtəlif tələbatlar hiss edir.6 A. Maslou bunu onunla izah edir ki, insan tələbatları sistemi ierarxik qaydada, onun elementlərinin əhəmiyyətlilik dərəcələrinə müvafiq olaraq düzülmüş-dür: fizioloji tələbatlar, müdafiəyə olan tələbatlar, sosial tələbatlar və özünü ifadəyə olan təlabatlar. Fərd, ilk növbədə, ən vacib tələbatları təmin etməyə çalışır. Bunu etdikdən sonra, təmin olunmuş tələbat artıq motivləşdirici xüsusiyyətə malik olmur və insan əhəmiyyətinə görə növbəti tələbatın ödənilməsinə keçir. Bu nəzəriyyə, rəngarəng məhsulların potensial istehlak-çıların planları, məqsəd və şəxsi həyatları ilə necə uyğun gəldiyini başa düşməyə kömək edir.
Dostları ilə paylaş: |