Qeyri -verbal kanalların satışın idarə edilməsi prosesində rolu Müştəri ilə işləmək məkanı. Mimika həmsöhbətə təsir vasitəsi kimi


Həmsöhbətlərin jestləri və pozalarından asılı olaraq onların daxili vəziyyətinin dərk edilməsi



Yüklə 45,24 Kb.
səhifə5/10
tarix24.11.2022
ölçüsü45,24 Kb.
#70198
1   2   3   4   5   6   7   8   9   10
Movzu 4 qeyri verbal kanalların satışın idarə edilməsində rolu

4.3. Həmsöhbətlərin jestləri və pozalarından asılı olaraq onların daxili vəziyyətinin dərk edilməsi.
Məlum olduğu kimi, həmsöhbətin jestlər, mimika və pozalara görə öyrənilməsi kinestetika sahəsinə aiddir. Ünsiyyət zamanı jestlər və pozalar həmçinin bizim partnyorlarımız haqqında informasiyanı saxlayır. Biz həmsöhbətin davranışını müşahidə edərək, kodlaşdırılmış xəbərləri (mesajları) verən ayrı jestlərə diqqət yetirərək bu informasiyadan istifadə edə bilərik. Qapalı pozada — insan əlləri və ayaqlarini çarpazlaşdıraraq, partnyorla öz arasında necə olursa olsun maneə yaradaır . Əgər müştəri qapalı pozadadırsa, sizin öz təklifinzin nümayişini davam etdirməniz lazım deyil. Əks halda sizin bu ana qədər çatdırmağa çalışdığınız informasiyaya onun neqativ münasibətini möhkəmlətmiş olacaqsınız. Bundan başqa, belə pozada qəbul edilən informasiyanın üçdə biri həmsöhbət tərəfindən mənimsənilmir. Müştərini sizin üçün əlverişsiz pozadan "çıxartmağın" ən sadə üsulu, ona bir fincan qəhvənin və ya çayın təklif edilməsidir. Bəzən bu vəziyyətdən çıxmaq üçün nəyəsə "birgə baxılma da" kömək edir. Müştəri bədən gövdəsinin vəziyyətini dəyişdirməklə, əllərin vəziyyətini də dəyişdirir. Satıcıya, hətta uzun sürməyən müddəti ərzində də qapalı pozada olmaq lazım deyil. Həmsöhbətlərin arasında maneənin yaranmasına imkan yaradan jestlər, müştəri ilə işdə satıcıya lazım olan qarşılıqlı anlaşmanın yaranmasına mane olacaqlar. Açıq poza — əllər və ayaqlar çarpazlanmamışdır, bədənin gövdəsi həmsöhbətə tərəf yönəldilmişdir və ovuclar ünsiyyət üçün tərəfdaşa doğru bir qədər açılmışdır. Elə ki. insan ona maraq kəsb etməyən vəziyyətdən ,öz baxışlarını maraq kəsb edən vəziyyətə dəyişdirən kimi, o artıq qapalı pozada qala bilmir: çiyinlər düzəlir, əllər maneə yaratmağı dayandırır, ayaqlar daha çox möhkəm vəziyyəti kəsb edir, üz ifadəsi daha çox açılmış olur. Açıq poza müştəriyə belə bir mesajı aparır : "Mən sizinlə ünsiyyətə köklənmiş durumdayam". Buna görə alıcılar adətən belə meneceri, xeyirxah, öz işini yaxşı bilən,maraqlı menecerlər kimi qiymətləndirirlər. Açıqlıq jestləri həmsöhbətin səmimiyyətini, onun ürəyiyumşaq əhval-ruhiyyəli olduğunun və açıq danışmaq arzusu olduğunu sübut edir. Açıqlığın əlamətləri qrupuna "açılmış əllər" və "pencəyin düymelerinin açıqlığı" jestləri aiddir. "Açılmış əllər" jestinin mahiyyəti ondan ibarətdir ki, həmsöhbət öz əllərini ovuclarları yuxarı sizin tərəfinizə irəli uzadır. Bu jest onun sizə qarşı getmək , yardım etmək və əlaqə qurmaq arzusunu göstərir. Alıcıyla açıq münasibətləri qurmağa və onunla münasibətləri qaydaya salmağa kömək edən əhəmiyyətli amil geyimin hərəkətini qapadan elementlərin yoxluğudur. "Bütün düymələri düymələnmiş" insanlardan fərqli olaraq açılmış düyməli pencəklərdə danışıqlar aparan işgüzar partnyorlar daha sürətli qarşılıqlı anlaşmalara çatırlar. Şübhəliliyin və gizliliyin jestləri sizin etibarsızlığıniza, sizin haqlılığınızda şübhə, nəsə gizlətmək və gizlətmək arzunuz olmanız haqqında şahidlik edir. Bu, hadisələrdə həmsöhbətin, alını şüursuz olaraq (mexaniki surətdə) sürtməsi, gicgahları, çənəni, və üzü əllər ilə örtməyə çalışır. Amma əksər hallarda oz baxışlarini o yana apararaq sizə baxmamağa çalışır.
Jestlər və müdafiənin pozalarınin əlamətləri, həmsöhbətə təhlükəni və ya təhdidi hiss etdirir. Sinədə çarpazlaşdırılmış əllər əlamətlərin bu qrupunun ən yayılmış jestidir.
Əllərini möhkəm bağlamış insanlar çox gərgindirlər, və bu onlarla ünsiyyət qurmağı çox çətinləşmişdir. Onlar zəiflətmək, yumşaltmaq üçün ,söhbət zamanı onlara tərəf əyilmək lazımdır .

Yüklə 45,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin