Movzu 4 qeyri verbal kanalların satışın idarə edilməsində rolu
İntonasiyanin əhəmiyyətli xarakteristikalarından bir də pauzadır. Pauzanin əsas məqsədi- psixoloji məqsəddir ki, dinləyicinin diqqətini cəlb etmək və maraqlandırmaqdır. Pauzadan səmərəli istifadə edilməsi işgüzar danışıqlar gedişiatını idarə etmək imkanı verir. Pauza, menecerin qabaqcadan planlaşdırdığı vaxtda müştərinin söhbətə qoşulmağına imkan verir. Pauza adi sözə çoxsayli mənalar verə bilər və təziq vasitəsi kimi də çıxış edə bilər. Pauzanı aşağıdakı məqsədlər üçün istifadə etmək olar:
Bir fikri digərindən ayırmaq üçün;
Öz fikrini yenidən götür-qoy etmək üçün;
Yeni, guya daha maraqlı və əhəmiyyətli fikri söyləməmişdən qabaq həmsöhbətdə maraq oyada bilmək üçün;
Həmsöhbəti sizin sualiniza təsdiqedici cavab verməyə həvəsləndirmək üçün.
Pauza saxlamağı bacarmağı öyrənmək lazımdır, xüsusəndə, menecer müştəriyə sual verdikdən sonra.Çox vaxt bunu etmək mümkün olmur. Çünki,müştəri çox uzun müddətə fikirləşməli olur. Əgər belə vəziyyətdə satıcı söhbətini davam etdirirsə, bununla o, müştəriyə bildirmiş olur ki, onun fikrinin necə olmasının satıcı üçün əhəmiyyət kəsb etmir.Pauza gözləmədən satıcının davam etməsi alıcının söhbətdən kənarlaşmasına gətirib çıxarır ki, bu da satıcının verdiyi sualların cavabsız qalmasına və beləliklə sövdələşmənin baş tutmamasına gətirib çıxarır. Pauza ilə əlaqədar olan məsələlərdən biri də həlledici sualları verdikdən sonra pauza vermək bacarığının olmasıdır:” Siz A və yxud B variantini götürəcəksiniz?”. Əgər menecer yaranmış gərginliyə dözə bilməyib söhbəti davam etdirirsə, o müştəriyə qərar qəbul etməkdən yayınmağa imkan verir.
Pauza saxlamaq bacarığı olmayan insanlar adətən, həddən ziyadə həyacanlı və özlərinə güvənsiz olmaqları ilə xarakterizə olunur. Belə müştərilərlə söhbət edərkən, ünsiyyət qurmağa səy edərkən, çalışmaq lazımdır ki, söhbət zamanı onlar özlərini sakit və arxayın hiss etsinlər. Pauzadan həddən çox istifadə edən həmsöhbətlər isə,özlərinin xüsusi əhəmiyyətini nəzərə çarpdırmaq istəyirlər. Belə tip müştərilərə xüsusi diqqət göstərmək lazımdır ki, onlar sakitləşsinlər və özlərinin xüsusi ilə əhəmiyyətli olduqları fikrini təsdiqləyə bilsinlər.