Yalan olmasını əks etdirən jestlər və mimika. Yalanla problemin mahiyyəti ondan ibarətdir ki, bizim şüuraltımız bizdən asılı olmayaraq avtomatik işləyir . Ona görə də biz yalanı danışmağa çalışışanda bizim şüursuz jestlərimiz və bədən hərəkətlərimiz bizi ələ verə bilər . Yalançı, öz yalanını nə qədər gizlətməyə çalışsa da , onun yalan deyib demədiyini müəyyən etmək olur, çünki ifadə edilmiş jestlərlə və deyilmiş sözlərlə şüuraltının mikrosiqnalları arasında uyğunluğun olmaması onu ələ verir. Əgər söhbət zamanı tərəfdaş əllərini üzünə yaxınlaşdirmaqla bağlı jest edərsə,bu əks tətəfi ehtiyatlandırmalıdır : görünür ki, həmsöhbətdə şübhə, inamsızlıq və ya nəsə yaxşı olmayan hallar ürəyinə damıb. Aldatmaq niyyətinin olmasını əks etdirən bəzi tipik jestlərə baxaq.
Ağızın örtülməsi və burunun qaşınması. Ağızın örtülməsi həmsöhbətdə iki bir-birinə əks arzunun mövcud olmasını əks etdirir: həm fikrini bildirmək və eyni zamanda nə deyinin eşidilməməsini istəmək. Bu hal onu göstərir ki, insan hansısa bir səbəbdən öz şəxsi fikirlərini "saxlayır". Ona sual verməklə və ya belə bir müraciətin köməkliyi ilə onun pozasına diqqəti yönəldib tərəfdaşı söhbətə başlamağa kömək etmək lazımdır: "Mən görürəm, Siz hər şeydə mənimlə razı deyilsiniz?". Buruna toxunmaq jesti də analoji informasiyanı verir. Belə hal, "bağlı ağız" variantıdır. Öz burnunu qaşıyan və ya tumarlayan müştəri, çox böyük ehtimalla indi o satıcının fikiri ilə əks mövqedədir. Burunu qaşımaq və ya ağızın örtülməsi kimi müştəri tərəfindən istifadə edilən jestlər onun dürüstlüyü haqqında bizim üçün əhəmiyyətli olan informasiya daşıyır. Bu jestlər,müştərinin nədən danışdığı ilə və əslində düşündüyü arasında ziddiyyət mövcud olmasıni xəbər verir. Ehtimal ki, əgər siz növbəti görüşdə onunla hansısa əhəmiyyətli məsələləri müzakirə etməyə ümid edirsinizsə, növbəti dəfə olmayacaqdır. Əgər o özünə və ya alıcıya təklif edilən informasiyanin doğruluğuna əmin deyilsə satıcı özü də şüursuz olaraq göstərilən jestlərdən istifadə edə bilər. Xatırlamaq lazımdır ki, bu jestlər tərəfdaşın etibarının artırılmasına imkan yaratmır. Danışıqlarda buruna toxunulması adətən, təklif və ya əks-təklifidən ya əvvəl olur və ya bilavasitə ondan sonra gəlir. Buruna toxunma jestinin variasiyası kimi— qulağın giləsinə toxunmaq və yaxud gözlərin ovuşdurulmsidir. Göz qapağının ovuşdurulmsı ilə bağlı jest, yalan danışmaqdan və ya şübhədən gizlənməkdən ötrü yalan sölədiyi həmsöhbətin gözlərinə baxmaqdan qaçmaq arzusundan meydana çıxır. Kişilər adətən göz qapağını çox enerjili ovuşdururlar,lakin çox ciddi yalan danışanda, onlar baxışlarını yana çevirirlər və ya daha hallarda isə çox döşəməyə baxirlar. Qadınlar isə gözün altından barmağını keçirərək bu hərəkət çox nəzakətlə edirlər.
Qulağa toxunma. Əgər müştəriyə satıcıya qulaq asmaq darıxıdırcıdırsa və yaxud onun fikirlərindən biri ilə razı deyilsə onda belə reaksiya mümkündür. Müştəri ,ona nə haqqında danışsalar belə o heç nəyə qulaq asmaq istəmir. Alıcıda etibarsızlığa və şübhəyə nə səbəb olduğunu aydınlaşdırmaq üçün ,ona belə sualları vermək lazımdır: "Siz mənimlə razı deyilsiniz?", " Siz necə hesab edirsiniz?". Satıcı, əgər müştərinin şübhələrini hiss edirsə və ya, onun fikirinə görə, eşidirsə ki, müştəri "cəfəngiyat" danışır,onda həmçinin şüursuz səviyyədə qulağa toxunma jestindən istifadə edə bilər. Bu halda alıcı bu jesti satıcının ona qulaq asmaq istəməməsi kimi qəbul edir ki, bu halda ünsiyyət əhəmiyyətli dərəcədə çətinləşdirir.